Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.39.0-wmf.22 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Page Page talk Index Index talk TimedText TimedText talk Modul Modul müzakirəsi Qadcet Qadcet müzakirəsi Gadget definition Gadget definition talk Koroğlu dastanı/Alı kişi 0 17904 78258 52822 2022-07-28T13:33:44Z 188.253.237.171 wikitext text/x-wiki {{Başlıq | başlıq = Koroğlu dastanı. | müəllif = Koroğlu | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = Alı kişi | əvvəlki = | növbəti = [[Koroğlu dastanı/Koroğluynan Dəli Həsən|Koroğluynan Dəli Həsən]] | il = | qeydlər = }} <poem> Alı kişi neçə illər Həsən xana ilxı otnebdb4beheh3 ... rhdh3harıb ömrünü, gününü onun qapısında çürüdüb, saqqalını ağartmışdı. O, hər gün səhər dan yeri ağaranda ilxını haylar, bütün günü otarar, gecədən bir pas keçəndən sonra xalxala gətirərdi. Tay dağlarda, daşlarda kövşənlərdə Alı kişinin ayağı dəyməmiş bir yer yox idi. Yenə də bir gün Alı kişi ilxını sürüb dərya qırağına aparmışdı. Atlar dəryanın qırağındakı otlaqda otlayırdılar. Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Qoca ilxıçı bir də baxdı ki, budu dəryadan iki at çıxdı. Alı kişi dərya atı olmağını eşitmişdi, amma heç görməmişdi. Atlar yavaş-yavaş gəlib ilxıya qarışdılar. İki madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Alı kişi nə qədər ilxıçılıq eləmişdi, belə şey görməmişdi. Tez qalxıb madyanları manşırladı. Amma bu barədə heç kəsə bir söz demədi. Bu işin üstündən bir neçə vaxt keçdi. Alı kişi ayları, günləri sayıb, madyanları gözdən kənara qoymurdu. Bəli, elə ki, vədə tamam oldu, Alı kişi tay madyanların yanından əl çəkmədi. Ta o qədər gözlədi ki, axırda madyanlar doğdu. Alı kişi tamam-kamal iki il dayları bəslədi. Tay az qalırdı ki, gözünün yağını onlara yedirtsin. Bəli, daylar böyüyüb iki yaşar oldular. Bir gün Həsən xanın evinə bir paşa dostu qonaq gəlmişdi. Həsən xan dostu paşanı çox yaxşı qonaq elədi. Paşa söhbət arasında dedi: – Həsən xan, eşitmişəm sənin qəşəng, cins atların var, gərək ilxından mənə iki ayğırlıq at verəsən. Həsən xan o saat “baş üstə” deyib, Alı kişini yanına çağırıb tapşırdı: – Sabah ilxını çölə aparma, paşa üçün iki ayğırlıq at tutduracam. Həsən xan bu sözü deyən kimi daylar Alı kişinin yadına düşdü. O, xanın başını uca eləmək üçün səhər tezdən durdu, dayları tutub xalxala bağladı, ilxını sürüb çölə ötürdü. Bir az sonra Həsən xan, paşa da yanında, xalxala gəldi. Paşa baxdı ki, xalxalda iki uzunorta, arıq, çöpüklü day bağlanıb. Bildi ki, bu dayları ona vermək istəyirlər; gülüb dedi: – Həsən xan, mənə demişdilər ki, sənin yaxşı cins ayğırlıq atların var. Bunlar nədir? İş belə ələngə-üləngəyə qalsa, bunlardan mənim özümdə də çoxdu. Paşanın sözü Həsən xana ox kimi dəydi. Üzünü Alı kişiyə tutub dedi: – Axmaq qoca, mən sənə deməmişdimmi at tutduracağam, ilxını saxla; niyə saxlamamısan? Alı kişi dedi: – Xan sağ olsun, mən qoca ilxıçıyam. Sən bu dayların beləliyinə baxma. Əgər başının uca olmağını istəyirsənsə paşaya bunları ver. Alı kişinin yekə-yekə danışmağınnan Həsən xan daha da qəzəbləndi. Onun üstünə qışqırıb dedi: – Mənim ilxımda aləmdə söylənən cins ayğırlıq atlar var. Bu ələngələri qonağa göstərib məni xəcalət eləməkdə məqsədin nədi? Alı kişi dedi: – Xan sağ olsun, mənim məqsədim paşanın yanında sənin başını uca eləməkdi. Sənin ilxında bunlardan yaxşı at yoxdu. Bütün dünyanı gəzsən, genə də belə at tapa bilməzsən. Həsən xan qəzəblənib dedi: – Bilmirəm. Bir saata qədər yerdə də olsa, göydə də olsa, gərək paşaya layiq, mənim adıma layiq iki yaxşı ayğırlıq at seçəsən. Bu saat get, seç, gəti. Alı kişi dedi: – Xan, onda izn ver paşa üçün ayğır seçməyə başqa adam getsin. İlxıda bu daylardan yaxşı at yoxdu. Mən özüm başa düşə-düşə yaxşı atı qoyub pis at seçə bilmərəm. Bu mənim adıma layiq olmaz. Bu söz xanı cin atına mindirdi. Cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. Paşa da qəzəblənmişdi. Alı kişinin axır sözü onu da dəlil eləmişdi. Odu ki dedi: – Həsən xan, mən görürəm ki, sənin ilxıçın bu daylara çox böyük qiymət verir. Yəqin ki, elə o haqlıdı. Onda sən belə elə. Bu dayların hər birini onun bir gözünə qiymət elə. Paşanın sözü Həsən xanın xoşuna gəldi. Əmr etdi, cəllad Alı kişinin gözlərini çıxartdı. Alı kişi nə dindi, nə də səsini çıxartdı. Bir dəfə uf da eləmədi. Elə ki, cəllad işini qurtardı, Alı kişi ayağa qalxıb dedi: – Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdü. Sən məni ondan binəsib elədin. Mən sənin qapında canımı çürüt- düm, ilan kimi qabıq qoydum, saç, saqqal ağartdım, amma sən bunların heç birini bilmədin, qədir-qiymət vermədin, bir paşanın xatırına məni kor elədin. İndi heç olmazsa bu iki çöpüklü dayları mənə ver. Həsən xan dayları Alının yedəyinə verdirib yanından qovdu. Kor Alı kişinin Rövşən adında yeniyetmə, iyid bir oğlu var idi. Rövşən baxdı ki, atası qızıl al qana bulanmış, yedəyində iki day budu gəlir. Tez qaçıb onu qabaxladı. Alı kişi oğlunun səsini eşidib dedi: – Oğul, ömrümün əvvəlindən axırına qədər Həsən xana qulluq elədim, indi əvəzində məni dünya işığına həsrət qoydu. Bala, mənim gözlərim bu atların üstündə çıxıb. Al bu atları töyləyə çək, qapı-bacanı basdır. Yaxşı muğayat ol. Amma gözlə, bu atlar gərək qırx gün, qırx gecə gün işığı görməyələr. Rövşən atları dama çəkdi, atasının dediyi kimi onlara yaxşı qulaq asmağa başladı. Bəli, qırx gün tamam oldu. Alı kişi oğlu Rövşəni çağırdı ki: – Oğlum, Rövşən, məni atların yanına apar. Rövşən atasının əlindən tutub toyləyə gətirdi. Qoca ilxıçı uzun, caydaqçəkmə sağrılı, nazik ortalı Dürata yanaşdı, əli ilə üzünü, gözünü, yalını, sağrısını tumarladı. Sonra iri başlı, dolu gözlü, qara birçəkli, uzun boyunlu, tökmə döşlü, yoğun, enli sağrılı Qırata yanaşdı. Qırat fınxırıb iki dal ayaqları üstə göyə qalxdı, ağzını açıb Alıya yönəlmək istədi. Qoca Alı atın üstünə qışqırdı. At səsindən onu tanıyıb sakit oldu. Alı Qıratın da başını, üzünü, yalını, belini, sağrısını tumarladı. Amma bunun sağrısında balaca bir batıq olduğunu hiss elədi. Dedi: – Oğul, Rövşən, bax gör Qıratın üstünə işıq düşən yer yoxdu ki? Rövşən baxıb gördü ki, pərdənin arasından bir iynə boyda deşik var, dedi: – Qıratın üstündə bir iynə boyda deşik var. İlxıçı dedi: – Oğul, bir iynə boyda deşikdən bir kərən boyda soyuq gələr. Çıx, oranı ört. Rövşən çıxıb deşiyi örtdü, atlara bir az da yaxşı muğayat olmağa başladı. Bir gün yenə atası Rövşəndən soruşdu: – Oğul, atlar necədi, necə yeyirlər? Rövşən dedi: – Ata, Qırat dəyirman kimi yeyir, arpa, saman yetirmək olmur; Dürat da yaxşıdı, ancaq Qıratdan az yeyir. Özü də dincdi, amma Qırat durub dincəlmir, qızmış nər kimi oyur-oyur oynuyur. Qoca ilxıçı gecə oğlu ilə bərabər toylaya gəldi, atları yoxladı, dedi: – Rövşən, oğul, atlar daha böyüyüb, minmək həddinə çatıblar. İndi atları bir-bir bərkə, boşa salıb, sınaqdan çıxartmaq lazımdı. Əzəl Qıratı, ondan Düratı min, təzəcə sulanmış şumda səyird, sonra qaratikanlığa sür, sonra da sıldırım daşlı dağa çap. Rövşən atasının öyrətdiyi kimi əzəl Qıratı mindi, yenicə sulanmış şumla səyirtdi, sonra qoca ilxıçının yanına qayıtdı. Təcrübəli qoca ilxıçı Qıratın burnunu tutdu, at öskürmədi. Sonra ürəyinə qulas asdı, baxdı ki, atın ürəyi heç töyşümür. Ondan sonra dırnaqlarını yoxladı. Bir qırıq da palçıq tapa bilmədi. Rövşən indi də Düratı mindi, şuma sürdü, səyirdib yenə atasının yanına qaytardı. Alı kişi Düratın da ürəyini dinlədi, burnunu sıxdı, dırnağını yoxladı. Dürat da öskürmədi, ürəyi töyşümədi, ancaq dırnağının birindən bir qırıq palçıq tapıldı. Rövşən bu dəfə Qıratı minib qaratikanlığa vurdu. Qırat qaratikanlığı yarıb ildırım kimi süzüb ilxıçının yanında dayandı. Qoca ilxıçı onun baldırlarını, çəçiklərini yoxladı, bir yerində nə bir tikan izi tapa bilmədi, nə də bir yara. Dürat da sınaqdan pis çıxmadı. Ancaq dal ayağının birini tikan balaca cırmışdı. Rövşən axırıncı sınaq üçün Qıratı sıldırım daşlığa saldı. Qırat güllə kimi sıldırım daşlığı endi, qızıl quş kimi uçub qoca ilxıçının barabarında dayandı. Qoca Alı Qıratın qabaq ayaqlarının üylərini bərk sıxdı. Qırat nə diksinmədi, nə də qırpınmadı. İndi Düratı minib sıldırım aşağı əldən qoydu. Dürat çeçiklərini daşlara çırpa-çırpa sıldırımı endi. Qoca Alı: – Oğul, Rövşən, Qırat sınaqdan çox yaxşı çıxdı. Düşündüyüm kimi, Dürat da yaxşı çıxdı. Əmək itirmədi. Ancaq Qırata tay ola bilməz. Qıratın tayı-bərabəri çarx altında tapılmaz. Həmişə qorxulu səfərlərə, düşmən üstünə, qəflə sındırmağa, qalalar almağa Qıratı minərsən. Qırat səni çox darlardan, çox ölümlərdən qurtarar. Qıratın qədrini yaxşı bil, onu candan əziz saxla. Sonra Alı kişi bir ah çəkib dedi: – Oğul, atlar böyüdü, sınaqdan çıxdı. İndi Həsən xandan intiqam almaq vaxtı çatıbdı. Çək atları yəhərlə, gedib Həsən xanla haqqhesabımızı çəkək. Hələ uşaqlıqda bir gün Rövşən çöldə oynadığı vaxt yerdən bir daş tapmışdı. Daş balaca idi, amma çox ağır, samballı bir daş idi. Daş işırişır işıldayır, parıl-parıl parıldayırdı. Rövşən daşı yerdən götürüb, örüşdə otlayan bir buzova atdı. Daş buzova dəymədi, amma buzov onun yelindən yerə yıxılıb öldü. Rövşən qayıtdı, əhvalatı atasına danışdı. Qoca Alı təcrübəli adam idi, dünya görmüşdü, çoxlarını yola salmışdı. Rövşənin sözlərinə qulaq asıb, dedi: – Oğul, Rövşən, get buzov yiyəsini tap, cəriməsini ver, razı sal, sonra da haman daşı götür, gətir mənim yanıma. Rövşən getdi, əzəl buzov yiyəsini razı elədi. Sonra haman daşı tapıb gətirib atasına verdi. Alı kişi daşı əli ilə yoxladı, o üzünə, bu üzünə çevirdi, bildi ki, bu, göydən düşmüş ildırım parçasıdı. Sabahısı gün Alı kişi Rövşəndən xəlvət ildırım parçasını götürüb tapdana-tapdana bir ustanın yanına getdi. Salam-əleykəssalamdan sonra daşın bir balaca tikəsini ustaya verib dedi: – Usta, bu daşdan mənə bir biz qayır. Usta bir daşa baxdı, bir də dönüb diqqətnən Alı kişiyə baxdı. Daşı qaytarıb verdi ki, sən ya özünü dolamısan, ya da ki, məni. Daşdan da biz olar? Çox çənə-boğazdan sonra axırı Alı kişi ustanı razı elədi ki, daşı bir zindanın üstünə qoyub döysün, görsün döyülür, ya yox. Alı kişi özü bilirdi ki, daş nə daşdı. Bilirdi ki, daş dəmir kimi döyülər. Usta baxdı ki, ədə bu daş mum kimi bir şeydi. Alı kişiyə dediyi sözlərə peşiman olub daşdan bir biz qayırıb ona verdi. Alı kişi ustanın haqqını verib bizi cibində gizlətdi. Daşın qalanını bir qılınc qayıranın yanına apardı ki, bəs, usta bundan mənə bir qılınc çək. Bu usta əvvəlkindən də uzunçu idi. Qərəz, çox baş ağrısı olmasın, uzun çək-çövürdən sonra Alı kişi bu ustanı da razı elədi. Usta yeddi günə daşdan bir qılınc qayırdı. Elə ki qılınc hazır oldu, usta baxdı ki, nə qılınc? ...Vallah bu elə bir qılınc oldu ki, almas kimi par-par parıldayır, gün kimi yanır, ay kimi işıq salır. Ustanın qılınca gözü düşdü. Elə ki, vədə tamam oldu, Alı qılınc üçün gəldi. Usta ona öz qılıncını verməyib, əvəzində ayrı bir qılınc verdi. Ancaq qoca Alı işini əvvəldən möhkəm tutmuşdu. Dinməzsöyləməz cibindən bizi çıxardıb, qılıncın tiyəsinə basdı. Biz qılıncı dəlib, o tərəfə keçdi. Usta baxdı ki, işlər xarabdı. Alı kişini aldada bilməyəcək, axırda naçar qalıb, onun öz qılıncını verdi. Alı kişi qılıncı götürüb evlərinə gəldi. Bu barədə oğlu Rövşənə heç bir söz demədi. Elə ki, Rövşən Qıratı, Düratı ifçin yəhərləyib aatsının barabarına çəkdi, Alı kişi hər şeyi hazır görəndə evə girdi, qılıncı gizlətdiyi yerdən götürüb, oğlu Rövşənə verdi. Dedi: – Rövşən, al bu qılıncı belinə bağla. Bu qılınc özgə qılınclara bənzəməz. Adi qılınc deyil. Bu qılınca ildırım qılıncı deyərlər. Bu elə bir qılıncdı ki, qabağında heç bir şey dayanmaz. Hər nəyə vursan kəsər, tökər. Bu qılınc ilə sən xanlara, bəylərə, paşalara qan udduracaqsan. Bu qılınc ilə müxənnəslər, namərdlər, qarı düşmanlar sənin əlindən dad çəkəcəklər. Bu qılınc ilə sən qalalar sındıracaqsan, qəflələr, karvanlar dağıdacaqsan. Ancaq bunun ildırım qılınc olduğunu heç kəsə bildirmə. Bundan sonra bunun adına Misri qılınc deyərsən. Nə qədər ki, sən Qıratın belindəsən, qılınc da sənin belindədi, heç bir düşman sənə bata bilməyəcək. Rövşən qılıncı atasından alıb belinə bağladı. Gözləri çıxarılmış Alı kişi Dürata, Rövşən də Qırata minib yola düşdülər. Atlar ildırım kimi gedirdilər. Qırat yolu dəstələyib əlinə almışdı. Az getdilər, çox getdilər, axırda gəlib Həsən xanın imarətinə çatdılar. Rövşən bir tərəfdə dayandı. Qoca Alı kişi Düratı imarətin qabağına sürüb Həsən xanı çağırdı. Həsən xan çıxıb Alı kişini yalmanına əl çatmayan, uzun yallı bir atın üstündə gördü. Xan o tərəfə baxanda gördü Alının oğlu Rövşən də buradadı. Özü də bir ata minib, bir ata minib ki, ruzigarın gözü hələ belə at görməyib. Alı kişi dedi: – Həsən xan, bu atlar sənin bəyənmədiyin, o çöpüklü daylardı. Sən bunların üstündə mənim gözlərimi çıxartdırdın. Bax, gör indi necə at olublar. Mən sənə yaxşılıq eləmək istədim, sən anlamadın. Yaxşılığımın əvəzində məni dünya işığına həsrət qoydun. İndi səndən qısasımı almağa gəlmişəm. Əlindən gələni əsirkəsən kişi deyilsən. Həsən xan Alının bu sözündən acıqlandı, qılıncını çəkib ona hücum etmək istədi. Rövşən Qıratı onun üstünə sürdü. İldırımdan qayrılmış Misri qılıncın göydə parıldamağı ilə xanın başının yerə dığırlanmağı bir oldu. Səs-küy qopdu. Qoşun yeridi. Rövşən özünü qoşuna vurdu. Bir yandan Qırat, bir yandan Dürat, bir yandan da Rövşən Misri qılıncla qoşunun əvvəlinci dəstəsini əldən, ayaqdan salıb qırıb dağıtdılar. Qoşunun dalı kəsilmədi. Dəstə dəstənin dalınca gəlirdi. Qarışqanın sayı var idi, qoşunun sayı yoxudu. Qoca Alı kişi bunu başa düşüb dedi: – Oğul, bu qədər qoşuna sən tək cavab verə bilməzsən. Axırda ya öldürərlər, ya da tutarlar. Sür atları, özümüzü bu qoşundan salamat qurtaraq. Rövşən əzəl atasının sözünə baxmadı, yenə də özünü qoşuna vurdu. Başlar kəsdi, qollar qırdı, mərd-mərdanə dava elədi. Ancaq kor atasının tutulmağına qorxub əlacsız davadan əl çəkdi. Atası ilə bərabər atları sürüb çölə üz qoydular. Qoşun əl çəkməyib onların dalından düşdü. Bir xeyli getmişdilər ki, bir də Rövşən Qıratın başını çəkdi, dönüb geri baxanda gördü ki, bir dəstə kəhər atlı ildırım kimi budu dallarınca gəlir. Dedi: – Ata bir dəstə kəhər atlı yetirhayetirdədi. Alı dedi: – Oğul, Rövşən, ağızlarını sulanmış şuma sal. Rövşən atları şuma saldı. Kəhər atların hər birisi şumdan çıxa bilməyib batıb qaldılar. Qırat ilə Dürat ilıdırım kimi şumdan çıxıb yola düşdülər. Bir az getmişdilər ki, yenə Rövşən Qıratın yüyənini çəkib dönüb geri baxdı. Gördü bu dəfə də bir dəstə qara atlı budu elə gəlirlər ki, ley kimi. Dedi: – Ata, bir dəstə qara atlı yetirhayetirdi. Qoca Alı dedi: – Bala, ağızlarını qaratikanlığa sal. Rövşən atları qaratikanlığa sürdü. Qara atlılar da özlərini tikanlığa vurdular. Qara atların baldırları qızıl qana boyandı. Rövşən bir az getmişdi, bir də atın cilovunu dartdı, qanrılıb geri baxdı, gördü indi də bir dəstə ağ atlı çathaçatdadı. Dedi: – Ata, bir dəstə ağ atlı budu yetirhəyetirdədi. Atası dedi: – Oğul, qorxma, ağızlarını daşlığa sal. Rövşən atları daşlığa dırmaşdırdı. Ağ atlar sıldırım daşlıqlara çıxa bilməyib yarı yolda qaldılar. Qırat və Dürat qızılquş kimi süzüb sıldırım qayaların dalında gözdən itdilər. Ata, oğul axşama qədər yol gedib axşam bir çayın qırağına çatdılar. Alı kişi buranın necə yer olduğunu oğlundan xəbər aldı. Rövşən dedi: – Ata, bura ağaclıq, otluq bir yerdi. Ortadan da bir çay axır. Qoca Alı dedi: – Oğul, burada yurd salmaq olmaz. İlxının, mal-qaranın əlindən dincələ bilmərik. Bir də ki, xanlar, paşalar xəbər tutar, bizə namərdlik eləyər. Ata, oğul o gecə çay qırağında qaldılar. Sabah açıldı, yenə qalxıb yola düşdülər. Az getdilər, çox getdilər, axşam bir düzəngaha çatdılar. Alı oranın da nə cür olduğunu Rövşəndən soruşdu. Rövşən cavab verdi ki: – Ata, bura ucu-bucağı görünməyən bir düzəngahdı. Qoca Alı dedi: – Burada da qalmaq olmaz. Orada atlanan burda düşər, karvanların ayaqları altında qalarıq. Bu gecəni də burada gecələyib sabah yenə yola düşdülər. Getdilər, getdilər uca bir dağın belinə çatdılar. Qoca Alı dedi: – Rövşən, bu necə yerdi? Rövşən dedi: – Ata, bura hər tərəfi sıldırım qayalıq, çənli, çiskinli bir dağ belidi. Alı kişi soruşdu: – Oğul, bax gör, bu bel ki, deyirsən, bunun hər tərəfində bir uca təpə var, ya yoxdu? Rövşən dedi: – Ata, var. Biri sağında, biri də solunda. Özü də başları qarlıdı. Alı dedi: – Oğul, axtardığım yer elə buradı. Mən buranı çox yaxşı tanıyıram. Cavan yaşlarımda bu yerlərdə çox at oynatmışam. Çox ceyranlara ox atmışam, çox cüyürlər ovlamışam. Köhnə oylağımdı, mən buranın hər daşına bələdəm. Buraya Çənlibel deyərlər. Əsl yurd salmalı bu Çənlibeldi. İndi özümüz olmağa bir olacaq, atları da saxlamağa bir töylə tik. Rövşən özləri üçün bir olacaq, atlar üçün də bir töylə tikdi. Ataoğul Çənlibeldə yurd saldılar. Yaşamağa başladılar. Günlərin bir günündə Alı kişi Rövşəni yanına çağırıb, dedi: – Oğul, buradakı dağların birində bir cüt bulaq var, adına Qoşabulaq deyərlər. Yeddi ildən-yeddi ilə cümə axşamı məşriq tərəfdən bir, məğrib tərəfdən də bir ulduz doğar. Bu ulduzlar gəlib göyün ortasında toqquşarlar. Onlar toqquşanda Qoşabulaq köpüklənib daşar. Hər kim Qoşabulağın o köpüyündə çimsə elə qüvvətli bir iyid olar ki, dünyada misli-bərabəri tapılmaz. Hər kim Qoşabulağın suyundan içsə aşıq olar. Özünün də səsi elə güclü olar ki, nərəsindən meşədə aslanlar ürkər, pələnglər tük tökər, quşlar qorxusundan qanat salar, dağlar, daşlar titrəyər, atlar, qatırlar dırnaq tökər. Çox iyidlər, şahzadələr bu su üçün gəlib, heç birinin baxtı yar olmayıb. İndi yeddi il tamam olhaoldu. Vədə çatıb, get axtar, Qoşabulağı tap, o köpükdən bir qab doldurub mənə gətir. Rövşən getdi dağları, daşları, düzləri əndər-döndər elədi. Axırda bir dağa çatdı. Gördü dağın bir tərəfində bir uca sıldırım daşlı, əl çatmaz, ün yetməz qaya var. Amma qaya elə bir qayadı ki, iyid istəyir, üstünə çıxsın. Rövşən qayanın dörd tərəfinə dolandı. Göz gəzdirdi. Əl tutan bir yer tapa bilmədi. Axırda belindən kəməndini açıb qayaya atdı, min ənvai-müsibətinən qayaya dırmaşdı. Baxdı ki, bura elə bir mənzər, laləzar yerdi ki, day nə deyim. Gül gülü çağırır, bülbül bülbülü, elə bil ki, bu sıldırım qayanın üstündə bir bağça şəkili çəkilib, yetmiş iki qələmnən yetmiş iki rəng vurulub. Qoca kəhənsalə bir ağac gördü. Yaxına gəlib baxdı ki, vallah Qoşabulaq qaynayıb göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. Rövşən o qədər gözlədi, axşam oldu. Gecədən xeyli keçmişdi, bir də məşriqdən bir ulduz doğdu, məğribdən də bir ulduz. Bu ulduzlar gəlib düz Qoşabulağın üstündə toqquşdular. Ulduzların toqquşmağından Qoşabulaq coşub-daşdı, ağ köpük adam boyu qalxdı. Rövşən köpükdən bir qab doldurdu. Köpük elə gözəl, elə içməli idi ki, Rövşən özünü saxlaya bilməyib doldurduğu qabı qabaqca öz başına çəkib doyunca içdi. İkinci dəfə təzədən bir də qabı doldurmaq istəyirdi ki, atasına gətirsin, baxdı ey dadi bidad... köpük hayanda idi, bulaqlar yenə də elə durulub, elə durulub ki, elə bil göz yaşıdı axır. Rövşən bir başına, bir də dizinə vurdu, ancaq hara çatacaq... Qabı da götürüb kor-peşiman geri dönüb əhvalatı atasına danışdı. Qoca Alı kişi bir ah çəkib, dedi: – Mənim gözlərimin dərmanı o köpükdə idi. O da ki, ələ gəlmədi. Rövşənin dərdi bir idi, beş oldu. Özünə əl qoydu, başına-gözünə döyməyə başladı ki, niyə qabaqca özüm içdim. Alı kişi dedi: – Oğul, cəza-fəza eləməkdən bir şey çıxmaz. Keçənə güzəşt deyərlər. Görünür ki, mənim alnımda belə yazılıbmış. Yəqin ki, mənə bir də səni görmək qismət deyilmiş. Tay mənim əcəlim tamamdı. Qulas as, sənə bir-iki sözüm var: – Bala, ay keçər, il dolanar, sənin adın məğribdən məşriqətən bütün dünyada məşhur olar. O köpüyü ki, sən içdin, ondan sənin qollarına qüvvət, özünə də şairlik verildi. Bir də sənin səsinə, nərənə elə bir qüvvət gələcək ki, İsrafilin suru onun yanında milçək vızıltısı olacaq. Bəylər, xanlar, paşalar sənin qorxundan tük tökəcək, quşlar qanad salacaq. Necə ki Misri qılınc sənin belində, sən də Qıratın belindəsən, özü də bu Çənlibeldəsən, sənə heç kəs dov gələ bilməyəcək. Ancaq bu həndəvərdə manşur bir qacaq var. Adına Dəli Həsən deyərlər. Özünü bircə ondan gözlə!.. Get, sənin adını Koroğlu qoydum! Qoca Alı kişi vəli-varisini eyləyib ömrünü öz oğluna bağışladı. Koroğlu atasını Qoşabulağın yanında dəfn eləyib, o gündən Çənlibeldə yurd saldı. </poem> [[Kateqoriya:Koroğlu dastanı|*01]] 95zqzqji63ck8xq70ry2s77co3tjjlh Məndən (Aşıq Qurbani) 0 18215 78259 66884 2022-07-29T11:21:43Z Araz Yaquboglu 734 wikitext text/x-wiki {{aydınlaşdırma|Məndən}} {{Başlıq | başlıq = Məndən | müəllif = Aşıq Qurbani | tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = Mənbə: [http://anl.az/el/latin_qrafikasi/ea/aass1.pdf Azərbaycan aşıq şeirindən seçmələr], İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 }} <poem> Dağlar, sənin ilə həmdəm olmada, Əsirgərsən indi qarı da məndən. Seyraqıbın o tənəli sözləri, Axır ayrı salar yarı da məndən. Bu ilməyin, bu köynəyin, bu ağın, Əzəl başdan bağbanıydım bu bağın, Sinəm üstə çarpaz düyün bu dağın, Bağban əsirgəyər narı da məndən. Bu dünya dediyin bir boş ələkdi, Haqqın min bir adı onda gərəkdi, Qurbani der: bu nə çərxi-fələkdi, Zülümlə ayrarlar yarı da məndən. </poem> [[Kateqoriya:Qoşmalar]] pn3p6mro7wsije67q560twg9jvq68pq 78260 78259 2022-07-29T11:21:51Z Araz Yaquboglu 734 [[Kateqoriya:Oxşar şeirlər]] əlavə olundu [[VM:HC|HotCat]] wikitext text/x-wiki {{aydınlaşdırma|Məndən}} {{Başlıq | başlıq = Məndən | müəllif = Aşıq Qurbani | tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = Mənbə: [http://anl.az/el/latin_qrafikasi/ea/aass1.pdf Azərbaycan aşıq şeirindən seçmələr], İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 }} <poem> Dağlar, sənin ilə həmdəm olmada, Əsirgərsən indi qarı da məndən. Seyraqıbın o tənəli sözləri, Axır ayrı salar yarı da məndən. Bu ilməyin, bu köynəyin, bu ağın, Əzəl başdan bağbanıydım bu bağın, Sinəm üstə çarpaz düyün bu dağın, Bağban əsirgəyər narı da məndən. Bu dünya dediyin bir boş ələkdi, Haqqın min bir adı onda gərəkdi, Qurbani der: bu nə çərxi-fələkdi, Zülümlə ayrarlar yarı da məndən. </poem> [[Kateqoriya:Qoşmalar]] [[Kateqoriya:Oxşar şeirlər]] a48cja87niqsayskkqrblabcufkzg1m Məndən (Şəmkirli Aşıq Hüseyn) 0 18840 78261 50491 2022-07-29T11:22:23Z Araz Yaquboglu 734 [[Kateqoriya:Oxşar şeirlər]] əlavə olundu [[VM:HC|HotCat]] wikitext text/x-wiki {{aydınlaşdırma|Məndən}} {{Başlıq | başlıq = Məndən | müəllif = Şəmkirli Aşıq Hüseyn | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = {{cite web |url=http://anl.az/el/latin_qrafikasi/ea/aass1.pdf |archiveurl=https://web.archive.org/web/20100923124328/http://anl.az/el/latin_qrafikasi/ea/aass1.pdf |archivedate=2010-09-23 |title=Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 |author= |date= |work= |publisher= |isbn=9952-418-41-5 |accessdate=2016-08-06 |language=az }} | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem> Yeri dağlar, sənlə həmdəm olmaram, Dağlar, əsirgədin qarı da məndən, Seyrağıbın tənə-tənə sözləri, Bir gün ayrı salar yarı da məndən. O köynəyin, o çarpazm, bu bağm, O süsənin, o sünbülün, bu bağm, Nə müddətdi bağbanıydım bu bağm, Bağban, əsirgədin barı da məndən. Boylanırsan oğrun, baxırsan qıyqac, Dodağm şərbəti dərdimə əlac, Hüseyni elədin zəlili möhtac, Aldı bu dövləti, varı da məndən. </poem> [[Kateqoriya:XIX əsrin qoşmaları]] [[Kateqoriya:Oxşar şeirlər]] at5au7389kjzot7to7r2aky1j1zzcbl 78262 78261 2022-07-29T11:23:03Z Araz Yaquboglu 734 wikitext text/x-wiki {{aydınlaşdırma|Məndən}} {{Başlıq | başlıq = Məndən | müəllif = Şəmkirli Aşıq Hüseyn | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = {{cite web |url=http://anl.az/el/latin_qrafikasi/ea/aass1.pdf |archiveurl=https://web.archive.org/web/20100923124328/http://anl.az/el/latin_qrafikasi/ea/aass1.pdf |archivedate=2010-09-23 |title=Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 |author= |date= |work= |publisher= |isbn=9952-418-41-5 |accessdate=2016-08-06 |language=az }} | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem> Yeri dağlar, sənlə həmdəm olmaram, Dağlar, əsirgədin qarı da məndən, Seyrağıbın tənə-tənə sözləri, Bir gün ayrı salar yarı da məndən. O köynəyin, o çarpazın, bu bağın, O süsənin, o sünbülün, bu bağın, Nə müddətdi bağbanıydım bu bağın, Bağban, əsirgədin barı da məndən. Boylanırsan oğrun, baxırsan qıyqac, Dodağın şərbəti dərdimə əlac, Hüseyni elədin zəlili möhtac, Aldı bu dövləti, varı da məndən. </poem> [[Kateqoriya:XIX əsrin qoşmaları]] [[Kateqoriya:Oxşar şeirlər]] h66evm98gjwkd97szffr1jh5mgxl8gn Koroğlu dastanı/Həmzənin Qıratı aparması 0 19986 78255 76385 2022-07-28T12:33:22Z 188.253.229.149 wikitext text/x-wiki {{Başlıq | başlıq = Koroğlu dastanı. | müəllif = Koroğlu | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = Koroğluynan Bolu bəy | əvvəlki = [[Koroğlu dastanı/Koroğluynan Bolu bəy|Koroğluynan Bolu bəy]] | növbəti = [[Koroğlu dastanı/Koroğluynan Ərəb Reyhan|Koroğluynan Ərəb Reyhan]] | il = | qeydlər = }} <poem> salam dosdarr xd vasmoy...Bolu bəyin başına gələn iş bütün paşaları, xanları, bəyləri qorxuya salmışdı. Ta elə ki, gecələr yata bilmirdilər. Qoç Koroğlunun adı gələndə qorxudan siçan deşiyi axtarırdılar ki, gizlənsinlər. Xotkar özü də qorxuya düşmüşdü. Odu ki, yenə bütün paşalara namə göndərmişdi ki, kim Koroğlunu tutsa, ya öldürsə onu dünya malından qani eyləyəcək, özünü də böyük mənsəbə çatdıracaq. Toqatlı Mahmud paşa xotkarın bu naməsini alıb oxuyandan sonra, bir məclis qurdurdu, vəzirləri, vəkilləri, bəyləri, xanları, tacirləri o məclisə çağırtdı. Adamlar cəm olanda Mahmud paşa üzünü onlara tutub dedi: – Koroğlu getdikcə günü-gündən tuğyan eləyir. Belə getsə çox çəkməz ki, bizi də Camal paşanın gününə salıb yerimizdə turp əkəcək. Sizi buraya cəm eləməkdə məqsədim budu ki, deyin görək necə eliyək ki, bu bəlanı başımızdan dəf eləyək. Vəzirlər, vəkillər dedilər: – Paşa sağ olsun, Koroğlunun nə ki hünəri var, hamısı Qıratdadı. Gərək Qıratı ələ keçirək. Paşa dedi: – Qıratı ondan necə almaq olar? Vəzir dedi: – Nəmər, pul, mal versəniz bəlkə özünə umudu gələnlərdən biri gedib Koroğlunun Qıratını gətirə bilə. Mahmud paşa dedi: – Mənim yurduma, yuvama sahib olan, gözümün ağı, qarası bir qızım var. Hər kim gedib Çənlibeldən Koroğlunun Qıratını gətirsə, qızım Dona xatunu ona verib, özünü də dünya malından qəni edərəm. Mahmud paşa bunu deyib, bir cam şərab doldurub əlinə aldı, üzünü məclisdəkilərə tutub ucadan bir də dedi: – Kimin özünə gümanı gəlir ayağa dursun, alsın bu şərabı içsin, getsin Koroğlunun Qıratını gətirsin. Məclis əhli hamısı başını aşağı tikdi. Cıqqırtısını çıxardan olmadı. Mahmud paşa bir də dedi. Yenə səs çıxardan olmadı. Məclisin alt tərəfində Həmzə adlı sayılmayan, urvat olunmayan bir keçəl oturmuşdu. Ayağa qalxıb dedi: – Paşa sağ olsun, əyər razı olub vədənizə doğru çıxsanız, mən gedərəm, Koroğlunun Qıratını gətirərəm. Keçəl Həmzə bu sözü deyəndə məclisdəki adamlar çaxnaşıb birbirinə dəydilər. Hamı keçəldəki bu cürətə mat-məhəttəl qaldı. Mahmud paşanın qızı Dona xatun pəncərənin ağzında durub buna qulaq asırdı. Gülüb özü-özünə dedi: – Mən ölüm, qoç Koroğlunun Qıratını gətirənə bir bax. Gedib başının keçəlinin dərdini çəkmir, gör nə qələtlər eləyir. – Mahmud paşa sözünü bir də təkrar elədi. Yenə də keçəl Həmzədən savayı gedirəm deyən olmadı. Mahmud paşa axırda çarəsiz qalıb razı oldu. Keçəl Həmzə irəli yeridi, aldı şərabı içdi, dedi: Mahmud paşa, mənə bir ay vədə ver. Koroğlunun Qıratını gətirə bilmədim, heç, gətirə bildim, onda sözümüz sözdü. Mahmud paşa dedi: – Get, gətirə bilsən Dona xatun sənindi. Keçəl Həmzə ordan çıxıb, evlərinə gəldi. Bir parça çörək götürüb bir dəsmal ilə belinə bağlayıb yola düşdü. Pay-piyada, günə bir mənzil neçə gündən sonra xəbər ala-ala gəlib Çənlibelə çıxdı. Keçəl Həmzə gəlməkdə olsun, sənə kimdən xəbər verim, Koroğludan. Koroğlu bir qayanın başında durub yola baxırdı. Gördü ki, bir adam budu üz qoyub Çənlibelə gəlir. O qədər gözlədi ki, keçəl Həmzə gəldi, yetişdi. Koroğlu qayadan enib, onu qabaqladı ki: – Oğul, nəçisən? Haradan gəlib, haraya gelirsən? Keçəl Həmzə dedi: – İlxıçıyam. Paşanın atına gedirdim. Yeddi il ona at otardım, axırda haqqımı da verməyib, qapısından qovaladı. İndi Çənlibeldə səni deyib gəlmişəm. Əl mənim, ətək sənin, gərək məni dolandırasan. Koroğlu keçəl Həmzəni götürüb Çənlibelə gəldi. Dəlilər Həmzəni görüb dedilər: – Ay Koroğlu, bunu haradan tapıb gətirdin! Keçəllər fəndgir olurlar. Bunun gözləri üçtəpə sağsağanının gözləri kimi qayır-qayır qaynayır. Heç əməlli adama oxşamır. Rədd elə, getsin. Xanımlar da dəlilərin sözlərini təsdiqlədilər. Koroğlu xanımları, dəliləri bir təhər sakit eləyib, dedi: – Görürsünüz yazığın birisidi. Sizə nə eləyəcək. Qoyun süfrəmizin qırıq-quruğundan yeyib, qapıda, bacada dolansın. Keçəl Həmzə qırıx-quruxdan yeyib, qapı-bacanı süpürürdü. Xanımlar, dəlilər nəyə buyururdularsa gedirdi. Getdiyi işi də yaxşı yarıdırdı. Belə zirəkliyinə görə dəlilərin, xanımların yanında keçəl Həmzənin hörməti artdı. Koroğlu keçəl Həmzənin diribaşlığını görüb, onun adını dəyişdirib Kaloğlan qoydu. Günlərin bir günü Koroğlu keçəl Həmzəni yanına çağırıb soruşdu: – Kaloğlan, ata muğayat ola bilərsənmi? Keçəl Həmzə dedi: – Əlimdən gələr, yaxşı baxa bilərəm. Töylədə bir yük yabısı var idi. O qədər yükləmişdilər ki, sümükləri çıxmışdı. Koroğlu ona baxmağı keçəl Həmzəyə tapşırdı. Keçəl Həmzə yabıya muğayat olmağa başladı. Axşam tumarlayır, səhər tumarlayır, yabıya bir can yandırırdı ki, gəl görəsən. Dəlilərin gözlərini oğurlayıb, töylədəki o biri atların otundan, arpasından götürüb yabının qabağına tökürdü. Yabı elə kökəlmişdi ki, dərisinə sığmırdı. Bir gün Koroğlu töyləyə atların yanına gəlmişdi. Yabıya baxıb mat-məhəttəl qaldı, dedi: – Ay Kaloğlan, sən ata yaxşı muğayat olurmuşsan. İndi ki, belə ata baxmaq əlindən gəlirdi, niyə məndən gizlədirdin? Afərin sənə! Keçəl Həmzə çox hörmətə minmişdi. Hansı işə buyururdular yarıdırdı, hansı ata muğayat olmağı tapşırırdılar, beş gündə dərisinə sığmaz eləyirdi. Axırda Koroğlu Dürata bağmağı keçəl Həmzəyə tapşırdı. Bu işə xanımlar, dəlilər razı olmadılarsa da, Koroğlu onlara qulaq asmadı. Keçəl Həmzə bir neçə gün Dürata çox yaxşı baxdı. Elə ki, bir neçə gün keçdi, atın arpasını xırpadan kəsdi. Dürat başladı arıqlamağa. Koroğlu işi belə görüb bir gün Həmzədən soruşdu: – Ay Kaloğlan, bu at niyə belə günü-gündən dala gedir? Olmaya yaxşı baxmırsan? Keçəl Həmzə dedi: – Mən əlimdən gələni eləyirəm, amma at gecə-gündüz içəridə başından axura bağlı, ayaxları da buxovlu. Eşik üzü görmür, çox güman ki, ondan sınıxdır. Qırat ilə Dürat bir töylədə bağlanırdı. Atların ikisinin də ayağında buxov var idi. Özləri də ayrı-ayrı açarlarla açılırdı. Koroğlu çıxartdı Düratın açarını keçəl Həmzəyə verdi. Xanımlar, dəlilər bunu eşidib dedilər: – Ay Koroğlu, sən nə eləyirsən? Tanımadığın, bilmədiyin bir adama etibar eləyib Düratın buxov açarını verirsən? Koroğlu yenə də xanımları, dəliləri sakit elədi ki, qorxmayın, heç zad olmaz. Keçəl Həmzə bir neçə gündə Düratı dərisinə sığmaz elədi. Keçəl Həmzə buraya gələni az qalmışdı ki, bir ay olsun. Onun Mahmud paşaya verdiyi vədə tamam olurdu. Keçəl Həmzə gecələrin birində ayağa qalxıb öz-özünə dedi: – Mən bir il də burada qalsam Koroğlu Qıratın nə mehtərliyini, nə də buxovunun açarını mənə verməyəcək. Toqat şəhərində nə tanıyırlar ki, Qırat hansıdı, Dürat hansıdı. Elə bunu aparım, paşanı aldadım, qızı alım, beş gün bu dünyada kef çəkim. Keçəl Həmzə bunu deyib, gecə xəlvətcə Düratı mindi. Asta qaçan namərddi, birbaş qaçdı. Sabah açıldı, mehtərlər yerlərindən qalxıb, atlara arpa-saman vermək üçün töyləyə gəldilər. Gördülər ki, nə Dürat var, nə də keçəl Həmzə. Başı lovlu Koroğlunun yanına gəlib dedilər: – Nə Dürat var, nə də keçəl Həmzə. Dəlilər çaxnaşıb bir-birinə dəydilər. Xanımlar da bir yandan düşdülər Koroğlunun üstünə, başladılar onu məzəmmətləməyə. Taxsırkar olduğundan Koroğlu nə dəlilərin, nə də xanımların töhmətinə dinmədi. Kiriyib qaldı. Amma dəlilər sakit olmayıb deyirdilər: – Biz sənə demədikmi, tanımadığın adama etibar eləyib atı tapşırma. İyidin atını apardılar ya arvadını, ikisi də namusdan sayılır. Bizim qorxumuzdan quş quşluğu ilə Çardaxlı Çənlibelin həndəvərinə gələ bilmir. Qoç Koroğlunun, Çənlibelin, dəlilərin adı gələndə paşalar, bəylər tir-tir titrəyir. Bir keçəl gədənin birisi gəlib buradan at aparsın. İndi bu xəbər ətrafa yayılacaq, düşmənlər üstümüzə ayaq alacaq. Özün öz əlinlə elə iş elədin ki, aləm yığılsaydı, eləyə bilməzdi. İndi de görüm Düratı haradan tapacaqsan, necə gətirəcəksən? Koroğlu dedi: – Dürat gedib, Qırat durur, minib gedib tapıb gətirərəm. Az məni məzəmmət eləyin. Koroğlunun hirsi tutanda yanına gedib onu dindirmək olmazdı. Deyirlər ki, belə vaxtlarda bir üzü üstə, iki-üç gün yatardı, acığı soyuyardı. İndi də ki, Koroğlunun hirsindən, qəzəbindən tay danışma, gözləri qanla dolmuşdu. Acığından az qalırdı dəmir gəmirsin. Necə ki, üzü üstə düşdü düz iki gün-iki gecə ac-susuz yatdı. Üçüncü gün yuxudan ayılıb, Eyvazı səsləyib tapşırdı ki, bir ayrılıq məclisi qursun. Eyvaz məclis qurdu. Təkcə Koroğluya yeddi batman düyünün plovunu, yeddi qoyun şaqqası, yeddi tuluq şərab hazırlatdı. Yedilər, içdilər, Koroğlu bığlarını eşdi, qulaqlarının dalında burdu. Altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı, axırıncı badəni bığlarının altından ötürüb ayağa qalxdı. Qıratı ifçin yəhərləyib, qabağına çəkdilər. Xanımlarla, dəlilərlə halallaşıb sıçradı Qıratın belinə mindi. Düratın üç günd getdiyi yolu Qırat bir gündə gedirdi. Koroğlunun elə bircə Qırata mindiyi göründü. At elə bil ki, quş kimi qanad açdı. Dağları, daşları düz elədi, ildırım kimi çaxıb gözdən itdi. Qıratın nallarından qığılcım qalxırdı. Yolu başına götürmüşdü. Elə gedirdi ki, elə bil bir ox idi kamandan qurtarmışdı, süzürdü. Koroğlu getməkdə olsun, o tərəfdən keçəl Həmzə də üç gün, üç gecə idi ki, canının qorxusundan bir yerdə düşüb dincəlməyib at sürürdü. Yolun üstündə Qırx dəyirmanlar deyilən bir yer var idi. Oraya çatmağa az qalmışdı ki, Həmzə dönüb geri baxdı ki, yolda toz-dumana qarışıb, duman toza. Bir də diqqət eləyəndə gördü budu Koroğlu Qıratın üstündə elə gəlir, elə gəlir ki, ley kimi. Keçəl Həmzənin tüpürcəyi ağzında qurudu. Ha udqundu gördü yox, ağzının suyunu uda bilmir. Çünki öz işini bilirdi. Bilirdi ki, Koroğlu yetişən kimi onunkunu ona verəcək. Düratı qamçılayıb, özünü tez qırx dəyirmanların qapısına saldı. Atdan düşdü, atı dəyirmanın qapısındakı dirəyə bağlayıb tələsik çağırdı: – Ay dəyirmançı, bir tez eşiyə çıx! Dəyirmançı tez eşiyə çıxıb soruşdu: – Qardaş, nə istəyirsən? Həmzə dedi: – Bax o yol ilə gələn qoç Koroğludu, Çənlibeldən gəlir. İlxısına qotur düşüb, dəyirmançı beyni axtarır ki, atlarını qoturdan qurtarsın. Tez başına çara tap. Yetişsə ömrünü tamam eləyəcək. Dəyirmançı dili tutar-tutmaz dedi: – Ay qadan alım, bəs mən nə eləyim? Onun əlindən necə qurtarım? Həmzə dedi: – Soyun paltarını mənə ver, mən geyim, mənim də paltarımı sən gey, get dəyirmanın donuzluğunda gizlən. Mən Koroğlunun ağzını yana sala bilsəm salmışam, yox sala bilməsəm onda qoy məni öldürsün, sən yazıqsan. Dəyirmançı tez paltarını çıxardı, ona verdi, Həmzə də paltarını dəyirmançıya verdi. Dəyirmançı qaçıb donuzluğa girdi. Həmzə dəyirmançının paltarını geyinib dəyirmanın içinə girdi. Özünü guppadan unluğun içinə salıb üzünü-gözünü o ki var una buladı, un kürəyini də əlinə alıb, unluğun qabağında dayandı. O tərəfdən Koroğlu özünü alıcı quş kimi dəyirmanın qapısına yetirib çığırıb dedi: – Ay dəyirmançı, tez gəl bu atı tut! Keçəl Həmzə dəiyrmançı paltarında qapıya çıxıb dedi: – Nə buyurursan? Koroğlu dedi: – İndicə mənim qabağımca buraya gələn atlı necə oldu? Keçəl Həmzə dedi: – Odu, içəridə dəyirmanın donuzluğuna girib gizlənib. Koroğlu tez atdan düşdü. Qıratı Həmzənin yedəyinə verib özü dəyirmana girdi. Ağzını donuzluğa tutub dedi: – Əyə, ay keçəl, belə çıx! Dəyirmançı daha da qorxub dedi: – Haraya çıxım? Mənim sənin ilxının qoturuna dərman olası beynim yoxdu. Ölsəm də çıxmaram. Koroğlu dedi: – Əyə, ay keçəl, qotur nədi, beyin nədi, belə çıx səninlə işim çoxdu. Koroğlu gördü ki, dəyirmançı öz xoşuna donuzluqdan çıxmaq istəmir, irəli yeridi. Dəyirmançı qorxub çəkildi. Koroğlu bir az da irəli yeridi. Dəyirmançı yenə də o tərəfə çəkildi. Birdən dəyirmançının başı dəyirmanın pərinə keçdi. Pər yazıq dəyirmançını bircə dəqiqədə öldürdü. Koroğlu irəli yeriyib gördü ki, keçəl Həmzə nə gəzir, ölən dəyirmançıdı. Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yanyörəsinə hərlənib özünə mehriban eləmişdi. Bir də Qıratın belə bir xasiyyəti var idi ki, Koroğlu onun yüyənini kimə tapşırsaydı, ona üzəngi verərdi. Odu ki, Koroğlunun başı içəridə dəyirmançıya məşğul olanda keçəl Həmzə Qıratı mindi. Koroğlu dəyirmandan çıxıb baxdı ki, keçəl Həmzə Qıratın belində, özü də dəyirmandan bir az aralı durub hərdən bir də atı qamçı ilə vurub incidir. Koroğlu indi başa düşdü ki, keçəl Həmzə onu aldadıb. Bir qəzəbləndi, Misri qılıncı çəkib hücum eləmək istədi. Ancaq baxdı ki, bundan bir fayda olmayacaq. Bilmədi ki, nə eləsin. Bir də baxdı ki, insafsız həm də Qırata elə bir qamçı vurdu ki, az qaldı od çıxsın. Ürəyi yanıb aldı, görək nə dedi: Canım Həmzə, gözüm Həmzə!.. Həmzə, incitmə Qıratı!.. Budu sənə sözüm Həmzə, Həmzə, incitmə Qıratı!.. Qıratdı mənim dirəyim, Əriyər, qalmaz ürəyim. Sən olasan duz çörəyim, Həmzə, incitmə Qıratı!.. Eşidər paşalar, bəylər, Şadlıq xəbərini söylər, Koroğlu iltimas eylər, Həmzə, incitmə Qıratı! Keçəl Həmzə dedi: – Koroğlu, elə adın var imiş. Bir ay süfrənin qırıq-quruğundan yedim, indi onu da dilinə gətirdin, başıma çaldın. Özün karvanlar soyursan, mal-dövlət alırsan, indi bir at nədi ki, ondan ötəri bu qədər yalvarır, yaxarır, yanıb hayıfsılanırsan? Koroğlu dedi: – Mən ondan ötəri hayıfsılanmıram. Ona yanıram ki, sən Qıratı aparıb saxlayan, minən deyilsən. Gəl atı özümə sat. Bunu eləməsən əylən, onda Qıratın qiymətini deyim, allanıb ucuz satma! Aldı Koroğlu: Əylən, deyim Qıratın qiymətini, Səksən min sərkərdə mala da vermə! Səksən min ağ tüklü qəmər öyəcə, Səksən min xəzinə pula da vermə! Səksən min ilxıya, səksən min ata, Səksən min mahaldan gələn barata, Səksən min kotana, səksən min cütə, Səksən min kotanlı kala da vermə! Koroğlu dövlətin endirsin düzə, Say götür hamısın səksən min yüzə. Səksən min gəlinə, səksən min qıza, Səksən min ərgənə, dula da vermə! Keçəl Həmzə dedi: – Koroğlu, arxayın ol, qiymətinə sataram. Koroğlu gördü keçəl Həmzə Qıratı verməyəcək, dedi: – Barı qulaq as deyim, atı necə saxlamaq lazımdı. Aldı əlüstü, görək nə dedi: Həmzə, atı yaxşı saxla, At iyidin qardaşıdı. Gündə muğayat ol yoxla, At iyidin qardaşıdı. Yaz olanda dağa yollat, Yay olanda ifçin nallat, Qış olanda məxmər çullat, At iyidin qardaşıdı. Atı sevib bəslə körpə, Hayqıranda çıxsın sarpa. Hər yeyəndə qırx tas arpa, At iyidin qardaşıdı. Uzaq-uzaq yollarınan, Belə ipək çullarınan, Hoqqa yarım nallarınan, At iyidin qardaşıdı. Məclis qurdum çoxlarınan, Dava etdim oxlarınan, Qara polad mıxlarınan, At iyidin qardaşıdı. Sərin-sərin yu suyunan, Quyruğu bağlı muyunan, Qoç Koroğlu çox öyünən At iyidin qardaşıdı. Keçəl Həmzə dedi: – Koroğlu, nə zaman Qıratın dalınca Toqata gəlsəm özüm üzəngini basıb səni mindirəcəyəm. Amma indi heç üz vurma, atı verməyəcəyəm. Gərək aparıb Mahmud paşaya verib, Dona xatunu alam. Keçəl Həmzə bunu deyib, Qıratı səyirtdi, gözdən itdi. Koroğlu Düratı qaytarmağa gəlmişdi, Qıratı da əlindən verdi. Ona bu hamısından ağır gəldi, dəyirmanın qapısında yerə oturdu, aldı görək nə dedi: Çünki oldun dəyirmançı Çağır gəlsin dən Koroğlu! Verdin Qırı, aldın Dürü, Döy başına, yan Koroğlu! Qırat əldən getdi, barı, Canda qaldı intizarı. Üyüd arpa, buğda, darı, Al şahadın sən, Koroğlu! Uca dağlarda döşlətdin, Ağır alaylar boşlatdın, Yüz il lotuluq işlətdin, Axır oldun xam, Koroğlu! Özün allatdırdın büyün, Sinəmə çəkildi düyün, Gedin dəlilərə deyin, İşə düşdüm mən Koroğlu! Koroğlunun özü ac idi, atı da arpasız. Axşam düşdüyündən dəyirmana gələn də olmadı. Koroğlu ac-susuz yatdı. Elə ki, sabah açıldı bir də baxdı ki, budu bir kişi qabağında iki yüklü öküz gəlir. Kişi gəlib yetişdi. Bir Koroğluya baxdı, bir paltar-maltarına, şəst-bəstinə baxıb dedi: – A qardaş, hanı dəyirmançı? Koroğlu dedi: – Dəyirmançı yoxdu, indi dəyirmanda mən dururam. Koroğlu özü öküzlərin üstündən çuvalları düşürdü, dəyirmana apardı, sonra kişidən soruşdu: – Qardaş, bunların içində heç arpa varmı? Mənim atım arpasızdı, qorxuram damağ ola, bir az ona arpa verim yesin. Kişi dedi: – Çuvalların ikisi arpadı, ikisi buğda. Arpa çuvalları yarımçıq idilər. Koroğlu bağlamaları bir-birinə boşaltdı, bir çuval elədi, Düratın qabağına qoydu. Kişi istədi Koroğluya mane olsun, Koroğlu gözünü elə bərəltdi ki, kişi qorxudan çıqqırını da çəkə bilmədi, çəkilib bir tərəfdə durdu. Gördü yox, bu o dəyirmançılardan deyil, bir az da o yan, bu yan eləsə çəkib cərcənəyini ayıracaq. Koroğlu özü də yaman ac idi. Dürat arpasını yeyənə qədər buğda çuvallarını töküb üyütdü. Unluğa da su buraxıb xamır qayırdı. Çəkib dəyirmanın bir tərəfini sökdü, pərdilərdən ocaq çatdı, xamırı çörək bişirdi. Öküzün də birini kəsdi, soydu, cəmdəyinin yarısını kabab çəkdi, yarı çiy, yarı bişmiş yeyib toqqanın altını bərkitdi, sonra durub Düratı minib, üzünü Çənlibelə çevirdi. Bir də baxdılar ki, budu Koroğlu gəlir. Gəlir amma necə gəlir... Hamı başını aşağı saldı. Nə bir salam, nə bir sabah. Heç keyfin, halın da soruşmadılar. Koroğlu atdan düşdü. Eyvaz onun qabağına çıxdı, aldı görək nə dedi: Təzə sövdəyər olubsan, Sövdan da mübarək olsun! Alış-veriş öyrənibsən, Sövdan da mübarək olsun! Niyə girdin dəyirmana, Bizi qoydun yana-yana, Atı verdin Kaloğlana, Sövdan da mübarək olsun! Sən Eyvazı qoydun xəstə, Get comərddən mətləb istə, De bir neçə verdin üstə? Sövdan da mübarək olsun! Koroğlu neçə-neçə səfərlərə getmişdi, amma heç olmamışdı ki, qayıdanda dəlilər belə eləsinlər. Amma bu dəfə xanımlar onun üzünə baxmırdı, dəlilər salam vermirdi. Axırda Koroğlu aldı, görək nə dedi: Keçər dövran belə qalmaz, Şad ol könül, nə məlulsan? Dəlilərim salam verməz, Şad ol könül, nə məlulsan? Geydiyim iyid kürküdü, Dünya Süleyman mülküdü, Dövlət ki var əl çirkidi, Şad ol könül, nə məlulsan? Koroğluyam deyim sənə, Od tutub alışdı sinə. Aşıqlığım bəsdi mənə, Şad ol könül, nə məlulsan? Bu sözdən dəlilər incidilər ki, çox yaxşı iş görübsən hələ danışırsan da ki, “aşıqlığım bəsdi”. İndi ki belə oldu, indi ki sən bizi heçə sayırsan, onda biz də çıxıb gedirik. Koroğlu çox qəzəbli idi. Bir tərəfdən Qırat əldən getmişdi, bir tərəfdən də Həmzə kimi keçəlin biri onu aldatmışdı. Öz dərdi özünə bəs deyildi, indi də dəlilər belə deyirdilər. Elə ki, dəlilər dedilər biz də çıxıb gedirik, Koroğlu qəzəbinin gücündən özünü saxlaya bilməyib birdən qayıtdı ki: – Əşi gedin də, nə eləyim gedirsiniz! Bu söz dəliləri götürdü. Tay onların qabağını saxlamaq çətin iş idi. Hamısı vəlvələyə düşdü. Hamı getmək üçün hazırlaşmağa başladı. Nigar işdən xəbər tutub dəlilərin qabağını kəsdi, onları geri qaytardı. Nigarın dəlilər arasında o qədər hörməti var idi ki, onun bir sözünü iki eləməzdilər. Hamı qayıdıb oturdu. Nigar da onların arasında oturub üzünü də o yana çevirdi. Koroğlu baxdı ki, Nigar da ondan üz çevirdi. Bu, Koroğluya hamısından bərk yer elədi. Sazı döşünə basıb görək Nigar xanıma nə dedi: Ala gözlü Nigar xanım, Üzün məndən niyə döndü? Sənə qurban şirin canım, Üzün məndən niyə döndü? Qoyun otlar quzu ilə, Ayağının tozu ilə. Müxənnətin sözü ilə Üzün məndən niyə döndü? İyidin yatmasın baxtı, Yana çevrilməsin taxtı, Koroğlunun məlul vaxtı, Üzün məndən niyə döndü? Nigar heç bir söz deməyib sazı Koroğlunun əlindən aldı. Səmərqənd kağızı kimi ağ sinəsi üstünə basıb dedi: Binadan gözəl olmayan Telin qədrini nə bilər? Çöldə gəzən boz sərçələr, Gülün qədrini nə bilər? Kal qoşub kotan əkməyən, Nanın süfrəyə tökməyən, Arının qəhrin çəkməyən Balın qədrini nə bilər? Utan, qoç Koroğlu, utan! Dağların damənin tutan! Sənin kimi başa çatan Elin qədrini nə bilər? Nigar sazla dediyi kimi sözlə də dedi: – Sən ki dəlilərə belə söz dedin, daha mənim də səninlə işim yoxdu. Deyirlər ki, Koroğlu heç bir söz deməyib düz durub getdi. Üç gün, üç gecə tamam ac, susuz ağzı aşağı düşüb yatdı. Bir də yuxusunda gördü ki, Toqatdadı. Qırat da altında. Diksinib qalxdı. Baxdı ki, Eyvaz başının üstündə oturub ağlayır. Koroğlunun ürəyi alışdı, sazın götürüb dedi: Eyvaz, məndən nə istərsən Candımı, başdımı, nədi? Axıdırsan ala gözdən Qandımı, yaşdımı, nədi? Məclisdə dolanmır sağın, Sinəm üstdən getməz dağın, Tökülübdü qaş-qabağın, Boranmı, qışdımı, nədi? Dayan, Qoç Koroğlu, dayan!.. Sözlərini elə bəyan. Yatıbsan qəflətdən oyan, Gördüyün duşdumu, nədi? Eyvaz qalxdı, genə bir məclis qurdu. Xanımlar, dəlilər hamısı Koroğlunun başına yığışdılar. Yedilər, içdilər, kefləri kökəldi, damaqlar çağaldı, inciklik yaddan çıxdı, əvvəlki kimi şirin dost, mehriban yoldaş oldular. Bu zaman Koroğlu sazı sinəsinə basdı aldı görək nə dedi: Allahı çağırıb düşərəm yola, Bu dərdi sinəmdə qala qoymaram. Qıratım həsrətlə yolum gözləyir, Düşmənin əlində qala qoymaram. Ah çəkərəm hərdən köysüm ötürrəm, Yola düşüb mətləbimi bitirrəm, Ya ölərəm, ya Qıratı gətirrəm, Ayı dolansa da, ilə qoymaram. Koroğluyam, qoç oğluyam, qoçam mən, Çətindi ki, mərd meydandan qaçam mən, Havada dövr edən tərlan quşam mən, Sarlar şikarımı ala qoymaram. Koroğlu altdan geyindi, başdan qıfıllandı, başdan geyindi, ayaqdan qıfıllandı, Misri qılıncı bağladı, qalxan asdı, əmud götürdü, dava libasının üstündən, bir kürk geyindi, çiyninə də bir saz keçirdi, tək başına payıpiyada Toqata tərəf yola düşdü. Az getdi, çox dayandı, çox getdi az dayandı, gecəni gündüzə qatdı, gündüzü gecəyə qatdı, özünü Toqat şəhərinə yetirdi. Baxdı ki, hava qaranlıqlaşır. Bir qarının qapısını döyüb dedi: – Ay qarı nənə, bu gecəliyə məni qonaq eləyərsənmi? Qarı dedi: – Niyə eləmirəm. Koroğlu qarıya bir qədər pul verib dedi: – Elə isə al, mənə yemək hazırla. Qarı pulu çox görüb soruşdu: – Pulun qalanını neyləyim? Koroğlu dedi: – Qalanı nədi, hamısına al. Qarı soruşdu: – Tək başına bu qədər şeyi neyniyirsən? Koroğlu gülüb dedi: – Qonağım var, on adamlıq xörək bişir. Koroğlu içəri girib, oturdu. Qarı tez ayağa durub bazara üz qoydu. Yağdan, düyüdən, ətdən alıb gətirib on adamlıq xörək hazırladı. Elə ki, xörək hazır oldu, qarı gəldi ki: – Yaxşı, xörək hazırdı, sənin də yoldaşların gəlmədi, nə eləyək? Koroğlu dedi: – Onlar tay gəlməyəcək. Çək, gətir buraya. – Elə hamısını? – Elə hamısını. Qarı əvvəlcə inanmadı. Sonra gördü yox balam bu elə deyəsən ciddi danışır. Fikirləşdi ki, yaxşı çəkib apararam. Bu tay əjdaha-zad deyil ki, bir qarını var da, yediyini yeyər, qalanı da qalar. Bu elə mənim on beş günümə bəsdi. Qərəz, qarı ortalığa yekə bir mis məcməyi qoyub plovu çəkdi. Məcməyi təpə kimi qalandı. Yazıq qarı nə qədər hıqqandı, məcməyini yerdən götürə bilmədi. Koroğlu işi belə görüb durub gəldi, məcməyini özü götürüb evə gətirdi. Plovu ortalığa qoydu, qollarını çırmayıb əyləşdi. Qarı fikirləşdi ki, mənim oturub bununla bir yerdə yeməyim yaxşı deyil. O yeyər, doyar, onsuz da qalanı mənə qalacaq. Koroğlu qarını çağırdı ki: – Qarı nənə, gəl. Qarı dedi: – Sən ye, mən ac deyiləm. Koroğlu dedi: – Nə yemisən ki, ac deyilsən? Gəl, sonra peşiman olarsan. Qarı naz edib dedi: – Yox, sən ye. Mən plovun iyisi ilə doymuşam. Koroğlu bir də dedi: – Qarı nənə gəl, bax sonra peşiman olarsan ha... Koroğlu ilişdi plova, birinci tikədə plovun ürəyi üzüldü. İkinci, üçüncü, qarı gördü bu bir-iki tikə də vursa, məcməyidə bir şey qalmayacaq, düşdü qarın ağrısına ki, plovdan şişəcəyəm. Ancaq tay bir dəfə yemirəm demişdi, düşmüşdü boynuna deyin yaxınlaşa da bilmirdi. Elə bu fikirdəydi, Koroğlu bir də dedi: – Qarı nənə, gəl... peşman olarsan. Qarı elə bu sözə bənd idi. Tez çökdü məcməyinin başına. Qərəz yedilər, içdilər. Koroğlu bir düzəldi, pələ bığlarını eşdi, qarı ortalığı yığışdırdı, əyləşib söhbətə başladılar. Qarı soruşdu: – Ay qonaq, de görüm sən kimsən? Haradan gəlib, haraya gedirsən? Koroğlu dedi: – Qarı nənə, mən aşıqam. Çənlibeldənəm, bəs sizin şəhərdə nə var, nə yox? Qarı soruşdu: – Oğul, yaxşı vaxtında gəlib çıxıbsan. Keçəl Həmzə Koroğlunun Qıratını gətirəndən sonra paşa ona bəylik verib. Bu gün paşa qızını da ona verib toy eləyir. İndi toydu, aşıq axtarırlar. Sabah gedər oxuyar, bolluca nəmər yığarsan. Koroğlu dedi: – Ay nənə, indi Həmzənin gətirdiyi Qıratı harada saxlayırlar? Qarı nənə: – Mahmud paşanın töyləsində. Amma ay qonaq, bir də mənə nənə desən səndən inciyərəm. Mən qoca ha deyiləm. Dişlərimi nuzla töküb. Koroğlu o gecə qarının evində qaldı, sabah qalxıb keçəl Həmzənin toyuna gedəndə dedi: – Ay qarı, mən gedirəm, bəlkə buraya qayıda bilmədim, görüşə bilmədik, sənə bir neçə kəlmə sözüm var, onu deyim barı ürəyimdə qalmasın. Aldı Koroğlu dedi: Bir qarıya qonaq oldum, Nə yaman camxanası var. Dövlətini xəbər aldım, Bir inək, bir danası var. Qarı gəlir bizə yavuq, Əl-ayağın tutub soyuq, Çeşdəliyə bir cüt toyuq, Axşama qayğanağı var. Qarı deyəndə tozlanır, Gəlin deyəndə nazlanır, Qabaqda qarpız gizlənir, Dalında topxanası var. Koroğlunun hədyan işi, Qovğadan açılmır başı, Düşüb otuz iki dişi, Bir kötük nişanası var. Koroğlu sözünü qurtarıb qarıya bir az da pul verdi, saz da çiynində gəlib, Mahmud paşanın imarətinə çatdı. Baxdı ki, bir toydu, bir toydu ki, gəl görəsən. Otaq paşa, bəy, xan, tacirlərlə doludu. Eşitdilər ki, aşıq gəlib, hamı sevindi... Koroğlunu çəkib məclisə apardılar. Baxdılar ki, bu aşıq heç onlar görən aşıqlardan deyil. Boyu uca, kürəkləri enli, süksünü kal süksünü kimi, boynunun əti kirdin-kirdin, bığları burulub keçirilib qulaqlarının dalına. Süründən-sifətindən zəhm tökülür. Qorxudan üzünə baxmaq olmur. Məclisdəki paşalardan biri dedi: – Aşıq, hara aşığısan? Koroğlu dedi: – Çənlibel aşığıyam. Paşa dedi: – Qoç Koroğlunu tanıyırsanmı? Koroğlu dedi: – Yaxşı tanıyıram. Bir neçə il onun yanında aşıq olmuşam. Toqatın paşası Mahmud paşa dedi: – Bu gün dəli Koroğlunun Qıratını gətirən Həmzə bəyin toyudu. Qıratı gətirdiyinə görə bəylik alıb. Dona xatunu da ona vermişəm. İndi sən də bu toyda bir az dəli Koroğludan oxu, qulaq asaq. Koroğlu Qıratın adını eşitcək elə bil ki, ürəyinin başına od düşdü. Sazı sinəsinə basıb, aldı görək nə dedi: Canım Qırat, gözüm Qırat?! Yarəb, Qırat dururmu ola?! Mahmud paşa mehtərləri, Otun, suyun verirmi ola?! Qırata xələt biçəndə, Üstündə badə içəndə, Şeşpər yalmandan keçəndə Sərxoş-sərxoş yerirmi ola?! Qoç Koroğlu, hanı, hanı? Dostunla düşmanın tanı! Qırat ilə Eyvaz xanı, Bir də gözüm görürmü ola?! Mahmud paşa dedi: – Aşıq, dəli Koroğlunu çox hünərli deyirlər. İndi de görüm Koroğlu iyiddi, ya mən? Koroğlu dedi: – Paşa, onun iyidliyi, mərdliyi dillərdə əzbər olub, aləmə yayılıb, hamı eşidib, mən də bilirəm. Amma səni indi görürəm. İzin ver, iyidliyin nişanını səndən xəbər alım, bilim, sonra deyim. Götürdü Koroğlu, görək nə dedi: Uca-uca dağ başında, Yel kimi əsdiyin varmı? Əlli, altmış atlı ilə Bir ordu basdığın varmı? Namərd sirrini biləndə, Müxənnət üzə gələndə, Yağı düşman güc gələndə, Meydandan qaçdığın varmı? Qızıb gəzəndə meydanı, Qıraram sultanı, xanı, Ovuc-ovuc düşman qanı, Doldurub içdiyin varmı? Ərin qüvvəti qolumda, Dəlilər sağı-solumda, Eyvaz tək oğul yolunda, Canından keçdiyin varmı? Koroğlunun yox insafı, Dava günü olmaz lafı, Misri qılınc, dəmir qapı, Endirib kəsdiyin varmı? Məclisdəki paşalardan biri dedi: – Aşıq, yaxşı oxuyursan, amma elə bərk bağırırsan ki, səsin az qalır qulaqlarımızı dəlsin. Sözünü bir az alçaqdan de. Bir də sən Mahmud paşadan iyidliyin nişanəsini xəbər aldın, heç özün demədin görək iyidin nişanı nədi. Söylə görək sizin yerin iyidləri necə olur? Aldı Koroğlu: Bizim elin dəliləri Girər meydana mərd olu. Ölüncə meydandan qaçmaz, Girəndə meydangərd olu. Sarp qayalarda yurd olmaz, Müxənnətə söz dərd olmaz, Çaqqal əniyi qurd olmaz, Yenə qurd oğlu qurd olu. Dəlilərim fovcu-fovcu, At minib düşman qovucu, Belində Misri qılıncı, Koroğlu kimi mərd olu. Mahmud paşa dedi: – Aşıq, sən dedin ki, Dəli Koroğlunu tanıyırsan, onun Qıratını da görübsən. Heç atın xasiyyətindən, nişanından bilirsənmi? Bir az de, qulaq asaq. Aldı Koroğlu: Paşa, sənə nişan verim Qıratı, Əbrişin ipəkdən yalı gərəkdi. Bir mina boyunlu, uca sağrılı, Bir yarım hoqqadan nalı gərəkdi. Bir alma dırnaqlı, hündür boyunlu, Meydana girəndə yüz min oyunlu, Dəyirman mədəli, ac qurd yeyimli, Ortası qoluna dolu gərəkdi. Qaranlıq gecədə yol çaşırmayan, Düşmən qabağında ər düşürməyən, Üstündə əl-ayaq yığşırılmayan, Koroğlunun atı dəli gərəkdi. Mahmud paşa dedi: – Aparın aşığı yedirib, içirin. Saqi Koroğlunu şərab olan otağa apardı. Qabağına bir qab şərab qoydu. Koroğlu qabı bir xortumda boşaldıb dedi: – Belə şey mənim ağzımı da islatmaz. Verirsən ver əməlli-başlı içək, vermirsən gedək özümüzə gün ağlayaq. Otaqda üç tuluq yarım şərab var idi. Saqi Koroğlunu orada qoyub iri qab gətirməyə getdi. Saqi çıxcaq Koroğlu özünü verdi tuluqların yanına. Bir, iki, üç, bir hovurdu üç tuluq yarım şərabı içib, boş tuluqları bir tərəfə tullayıb, oradan keçdi aşxanaya. Aşbaz bir sini aş çəkib qoydu Koroğlunun qabağına. Gözünə dönüm Koroğlu, iki şapalaqda bir sini aşı qara bığının altından ötürüb dedi: – Aşbaz qardaş, bu mənim bir küncümdə qaldı, aş ver oturduğuma görə doyunca yeyim. Aşbaz bir yekə sini də çəkib aşı Koroğlunun qabağına qoydu, Koroğlu onu da aşırdı. Bir də istəyəndə aşbaz dedi: – Ay balam, haramı deyilsən ki, iki sini aşla doymadın? Koroğlu dedi: – Yeddi batman düyünün aşı, yeddi qoyunun yarı şaqqası, mənim bir dəfəmin xörəyidi. Belə şeylər mənim harama çatacaq? Aşbaz istədi ki, Koroğlunu aşxanadan çıxartsın. Koroğlu bir əli ilə aşbazın boğazından tutub, belindən iki qatlayıb boş qazanlardan birinin içinə soxdu, ağzına da bir sini çevirib üstündə oturdu. Yavaşca qollarını çırmaladı, aş qazanlarını qabağına çəkib bir oturumda yeddisini aşırdı. Elə ki, qurtardı, pələ bığlarını eşdi, qulaqlarının dalından keçirdi, girdi məclisə, məclisdəkilər dedilər: – Aşıq, yedin doydun, indi oxu, qulaq asaq. Aldı Koroğlu görək nə dedi: Muradbəyli derlər bizə, Meydanda mərdlik işləni. Qoç iyiddən oğul törər, Düşman gözündə beşləni. Uca dağlarda duraram, Çəkib bəzirgan vuraram, Gündə üç içki quraram, Yüz min tümənlər xərcləni. Hay deyəndə haylarım var, Hoy deyəndə hoylarım var, Qurdlarım var, aylarım var, Hay vursam şəhrin boşlanı. Paşalar Koroğlunu tanımamışdılar. Onlar elə bilirdi ki, bu doğrudan da aşıqdı. Keçəl Həmzə Çənlibeldən Qıratı gətirəndən bəri at neçə mehtəri tələf eləmişdi. Heç kəs atın yanına gedə bilmirdi. Mahmud paşa baxdı ki, bu aşıq deyəsən Qıratı yaxşı tanıyır. Ondan soruşdu: – Aşıq, budu neçə müddətdi ki, Qıratı gətirtdirmişəm, amma vərəm dəymiş heç kəsə əl verməyir. Sən onu ipə-sapa öyrədə bilərsənmi? Koroğlu bunu eşitcək az qaldı ruhu bədənindən uçsun. Tez dedi: – Bəli. Mahmud paşa əmr elədi, Koroğlunu Qıratın yanına saldılar. Qırat Koroğlunu görən kimi tanıdı. Bərkdən kişnədi. Koroğlunun könlü açıldı. Ürəyi coşub tel-tel oldu. Aldı görək nə dedi: Çənlibeldən səni deyib gəlmişəm, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Dəmir libas, polad geyib gəlmişəm, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Əzəldən biləydim sənin halını, Əşrəfidən kəsdirərdim nalını, Yüz gözələ toxudardım çulunu, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Qabaqda qalırmı arpan səhərə? Üzəngilər nə yaraşar yəhərə... Dəlilər salmışdı məni qəhərə, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Bir atım var atım-atım atılır, Qulaqları qarğı kimi çatılır, Ucuzluqda min tümənə satılır, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Mərd iyidlər belə baxmaz atına, Sənsiz getmək olmaz el baratına, And verirəm Koroğlu qıryatına, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Qırat Koroğlunun səsini eşidəndə elə kişnədi ki, yer titrədi. Koroğlu irəli yeriyib qollarını doladı Qıratın boynuna. Üzündəngözündən öpüb, yalını-yalmanını tumarladı, ifçin yəhərləyib töylədən çıxartdı. Keçəl Həmzə töylənin qapısında hazır durmuşdu. İrəli gəlib Qıratın üzəngisini basdı, dedi: – Koroğlu, mən dəyirmandakı vədəmi yerinə yetirdim. Koroğlu Qıratı minəndən sonra əynindəki kürkü çıxartdı, Misri qılıncının dəstəsindən yapışdı. Tay paşalardan, xanımlardan, bəylərdən soruşma. Hamı bir-birinə dəydi. Aldı Koroğlu görək nə dedi: Mindim Qıratın belinə, Kaş ki, düşman yüz olaydı. Çəkəndə Misri qılıncı, Dərə, təpə düz olaydı. Atı mindim gəzdirməyə, Düşman bağrın əzdirməyə, Dona çayı üzdürməyə, Qırat bir qəvvas olaydı. Verin yeddi illik xarcı, Paşalar gətirsin bacı. Koroğlu çəkib qılıncı, Düşmən üzbəüz olaydı. Mahmud paşa hökm elədi, qoşun yerbəyerdən atlanıb Koroğlunun üstünə yeridi. Koroğlu Mahmud paşanın belə hökm verməyini görəndə, aldı görək nə dedi: Laf eyləmə, dəli paşa, Ağır-ağır ellərim var, Bir tamaşa eyləyəsən, Qılınc çalan qollarım var. Uca dağlardan daşlanı, Ağır alaylar boşlanı, Gəlsələr dava başlanı, İyid-iyid dəllərim var. Mən anadan mərd olmuşam, O Çənlibeldən gəlmişəm, Koroğluyam, at minmişəm, Yüz min belə fellərim var. Koroğlu qoşuna hücum eləyib, mərdanə qılınc vurmağa başladı. Düşmən çox idi, Koroğlu tək. Yalqızlıq Koroğluya əl verdi. Aldı görək nə dedi: Ay həzərat, ay camaat, Heç iyid yalqız olmasın! Ətim yeyib, qanım içən, Namərdə möhtac olmasın! Haşa a bəylər, haşadan, Qorxmaram xandan, paşadan, Əsrəyib çıxsa meşədən, Aslan da yalqız olmasın! Koroğlunun daş qalası, Ərşə çəkildi nalası, Ördək ilə qaz balası, Göllərdə yalqız olmasın! Qoşun Koroğlunu aralığa almışdı. Qızğın dava idi. Koroğlu əmud vurur, cida oynadır, şeşpər atırdı. Hansı yana üz çevirirdi düşmanı qatımqatım qatlayırdı. Baş kəsirdi, qol qırırdı, qanı su kimi axıdırdı. Qırat da işi ilə, çəçiyi ilə qoşunu didib tökürdü. Koroğlu Qıratın hünərini görüb, aldı əl üstü: Ceyrana bənzər qaçışın, Addımla, qurban qoluna! Tərlana bənzər uçuşun, Əl çatmaz ipək yalına!.. Kəsdirrəm gümüşdən yəhər, Tumarlaram axşam, səhər, Götür burdan qaç bir təhər Sikkə vurdurram nalına! Koroğluyam, güman belə, Deməyinən gəlməz dilə, Məni çıxart Çənlibelə, Qotaz düzdürrəm çuluna! Qoç Koroğlunun dəli nərəsi düşmanı qorxutmuşdu. Hamının əli davadan soyumuşdu. Koroğlu sağdan vurdu, soldan çıxdı, soldan vurdu, sağdan çıxdı, düşmanı şil-küt eləyib bir tərəfdən özünə yol açıb qoşunun arasından çıxdı. Mahmud paşa yolları tənablarla neçə yerdən kəsdirmişdi ki, bəlkə Koroğlu keçib gedə bilməsin, tutsunlar. Qırat tənabların yeddisini bir eləyib sıçrayırdı. Koroğlu hər yerdən keçib Çənlibelə yol başladı. Az getdi, çox getdi, bir də gördü Çənlibel tərəfdən göyün üzü ilə ötüşə-ötüşə bir qatar durna gəlir. Çənlibel Koroğlunun yadına düşdü. Aldı, görək nə dedi: Göynən gedən beş durnalar, Bizim ellər yerindəmi? Bir-birindən xoş durnalar, Bizim ellər yerindəmi? Söhbət olurdu sazınan, Ördək olurdu qazınan, Necə incəbel qızınan, Tuti dillər yerindəmi? Sevib, seçib bəyəndiyim, Sədasından oyandığım, Arxasında dayandığım, Çənlibellər yerindəmi? Bəzirgana sataşdığım, Qumaşına bulaşdığım, Dönüb boynundan aşdığım, Çənlibellər yerindəmi? Hərdən işvə-qəmzə satan, Mənimlə ixtilat qatan, Gələndə atbaşı tutan, Şux gözəllər yerindəmi? Çalxalanıb döyündüyüm, Arxa vurub söyündüyüm, Qovğa günü öyündüyüm, Nər dəlilər yerindəmi? Koroğlu heç deməz yalan, Toqata salmışam talan, Cümlə dəlilər, Eyvaz xan, İyid ərlər yerindəmi? Koroğlu uzaq yolları keçib gəldi Çənlibelə yetişdi. Qırat Çənlibelə çatanda elə kişnədi ki, dağlar, dərələr dilə gəldi. Dəlilər tökülüb qabağa gəldilər. Qıratı tutdular. Koroğlunun Qıratı tapıb sağ-salamat gəlməyinə hamı sevindi. Şadlıq məclisi qurdular, yedilər, içdilər, keflər kökəldi. Koroğlunun kefi saz, damağı çağ idi. Badəni badənin dalınca qara bığlarının altından ötürürdü. Nigar xanım dəlilərə göz basıb Koroğluya dedi: – Koroğlu, iyidliyinə sözüm yoxdu, amma belə sifətdən çox qarasan ey... Koroğlu sazını sinəsinə basıb, aldı görək Nigar xanıma necə cavab verdi: Mənə qara deyən gözəl, Qaşların qara deyilmi? Tökülübdü dal gərdənə, Saçların qara deyilmi? Hökm ilə oturub durma, Müjganın sinəmə vurma, Ala gözə siyah sürmə, Çəkibsən qara deyilmi? Koroğlu verdi salamı, Dolandı cümlə aləmi, Qüdrətin göhər kalamı, Yazısı qara deyilmi? Hamı gülüşdü. Nigar Koroğlunun bu hazır cavabına şad oldu. Məclis təzədən qızışdı...</poem> [[Kateqoriya:Koroğlu dastanı|*011]] mv8i3fnr34lrz3x0vefjqzyp8p95z8b 78256 78255 2022-07-28T12:35:17Z 188.253.229.149 wikitext text/x-wiki {{Başlıq | başlıq = Koroğlu dastanı. | müəllif = Koroğlu | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = Koroğluynan Bolu bəy | əvvəlki = [[Koroğlu dastanı/Koroğluynan Bolu bəy|Koroğluynan Bolu bəy]] | növbəti = [[Koroğlu dastanı/Koroğluynan Ərəb Reyhan|Koroğluynan Ərəb Reyhan]] | il = | qeydlər = }} <poem> salam dosdarr xd jdjd orik♡aska ..vasmoy...Bolu bəyin başına gələn iş bütün paşaları, xanları, bəyləri qorxuya salmışdı. Ta elə ki, gecələr yata bilmirdilər. Qoç Koroğlunun adı gələndə qorxudan siçan deşiyi axtarırdılar ki, gizlənsinlər. Xotkar özü də qorxuya düşmüşdü. Odu ki, yenə bütün paşalara namə göndərmişdi ki, kim Koroğlunu tutsa, ya öldürsə onu dünya malından qani eyləyəcək, özünü də böyük mənsəbə çatdıracaq. Toqatlı Mahmud paşa xotkarın bu naməsini alıb oxuyandan sonra, bir məclis qurdurdu, vəzirləri, vəkilləri, bəyləri, xanları, tacirləri o məclisə çağırtdı. Adamlar cəm olanda Mahmud paşa üzünü onlara tutub dedi: – Koroğlu getdikcə günü-gündən tuğyan eləyir. Belə getsə çox çəkməz ki, bizi də Camal paşanın gününə salıb yerimizdə turp əkəcək. Sizi buraya cəm eləməkdə məqsədim budu ki, deyin görək necə eliyək ki, bu bəlanı başımızdan dəf eləyək. Vəzirlər, vəkillər dedilər: – Paşa sağ olsun, Koroğlunun nə ki hünəri var, hamısı Qıratdadı. Gərək Qıratı ələ keçirək. Paşa dedi: – Qıratı ondan necə almaq olar? Vəzir dedi: – Nəmər, pul, mal versəniz bəlkə özünə umudu gələnlərdən biri gedib Koroğlunun Qıratını gətirə bilə. Mahmud paşa dedi: – Mənim yurduma, yuvama sahib olan, gözümün ağı, qarası bir qızım var. Hər kim gedib Çənlibeldən Koroğlunun Qıratını gətirsə, qızım Dona xatunu ona verib, özünü də dünya malından qəni edərəm. Mahmud paşa bunu deyib, bir cam şərab doldurub əlinə aldı, üzünü məclisdəkilərə tutub ucadan bir də dedi: – Kimin özünə gümanı gəlir ayağa dursun, alsın bu şərabı içsin, getsin Koroğlunun Qıratını gətirsin. Məclis əhli hamısı başını aşağı tikdi. Cıqqırtısını çıxardan olmadı. Mahmud paşa bir də dedi. Yenə səs çıxardan olmadı. Məclisin alt tərəfində Həmzə adlı sayılmayan, urvat olunmayan bir keçəl oturmuşdu. Ayağa qalxıb dedi: – Paşa sağ olsun, əyər razı olub vədənizə doğru çıxsanız, mən gedərəm, Koroğlunun Qıratını gətirərəm. Keçəl Həmzə bu sözü deyəndə məclisdəki adamlar çaxnaşıb birbirinə dəydilər. Hamı keçəldəki bu cürətə mat-məhəttəl qaldı. Mahmud paşanın qızı Dona xatun pəncərənin ağzında durub buna qulaq asırdı. Gülüb özü-özünə dedi: – Mən ölüm, qoç Koroğlunun Qıratını gətirənə bir bax. Gedib başının keçəlinin dərdini çəkmir, gör nə qələtlər eləyir. – Mahmud paşa sözünü bir də təkrar elədi. Yenə də keçəl Həmzədən savayı gedirəm deyən olmadı. Mahmud paşa axırda çarəsiz qalıb razı oldu. Keçəl Həmzə irəli yeridi, aldı şərabı içdi, dedi: Mahmud paşa, mənə bir ay vədə ver. Koroğlunun Qıratını gətirə bilmədim, heç, gətirə bildim, onda sözümüz sözdü. Mahmud paşa dedi: – Get, gətirə bilsən Dona xatun sənindi. Keçəl Həmzə ordan çıxıb, evlərinə gəldi. Bir parça çörək götürüb bir dəsmal ilə belinə bağlayıb yola düşdü. Pay-piyada, günə bir mənzil neçə gündən sonra xəbər ala-ala gəlib Çənlibelə çıxdı. Keçəl Həmzə gəlməkdə olsun, sənə kimdən xəbər verim, Koroğludan. Koroğlu bir qayanın başında durub yola baxırdı. Gördü ki, bir adam budu üz qoyub Çənlibelə gəlir. O qədər gözlədi ki, keçəl Həmzə gəldi, yetişdi. Koroğlu qayadan enib, onu qabaqladı ki: – Oğul, nəçisən? Haradan gəlib, haraya gelirsən? Keçəl Həmzə dedi: – İlxıçıyam. Paşanın atına gedirdim. Yeddi il ona at otardım, axırda haqqımı da verməyib, qapısından qovaladı. İndi Çənlibeldə səni deyib gəlmişəm. Əl mənim, ətək sənin, gərək məni dolandırasan. Koroğlu keçəl Həmzəni götürüb Çənlibelə gəldi. Dəlilər Həmzəni görüb dedilər: – Ay Koroğlu, bunu haradan tapıb gətirdin! Keçəllər fəndgir olurlar. Bunun gözləri üçtəpə sağsağanının gözləri kimi qayır-qayır qaynayır. Heç əməlli adama oxşamır. Rədd elə, getsin. Xanımlar da dəlilərin sözlərini təsdiqlədilər. Koroğlu xanımları, dəliləri bir təhər sakit eləyib, dedi: – Görürsünüz yazığın birisidi. Sizə nə eləyəcək. Qoyun süfrəmizin qırıq-quruğundan yeyib, qapıda, bacada dolansın. Keçəl Həmzə qırıx-quruxdan yeyib, qapı-bacanı süpürürdü. Xanımlar, dəlilər nəyə buyururdularsa gedirdi. Getdiyi işi də yaxşı yarıdırdı. Belə zirəkliyinə görə dəlilərin, xanımların yanında keçəl Həmzənin hörməti artdı. Koroğlu keçəl Həmzənin diribaşlığını görüb, onun adını dəyişdirib Kaloğlan qoydu. Günlərin bir günü Koroğlu keçəl Həmzəni yanına çağırıb soruşdu: – Kaloğlan, ata muğayat ola bilərsənmi? Keçəl Həmzə dedi: – Əlimdən gələr, yaxşı baxa bilərəm. Töylədə bir yük yabısı var idi. O qədər yükləmişdilər ki, sümükləri çıxmışdı. Koroğlu ona baxmağı keçəl Həmzəyə tapşırdı. Keçəl Həmzə yabıya muğayat olmağa başladı. Axşam tumarlayır, səhər tumarlayır, yabıya bir can yandırırdı ki, gəl görəsən. Dəlilərin gözlərini oğurlayıb, töylədəki o biri atların otundan, arpasından götürüb yabının qabağına tökürdü. Yabı elə kökəlmişdi ki, dərisinə sığmırdı. Bir gün Koroğlu töyləyə atların yanına gəlmişdi. Yabıya baxıb mat-məhəttəl qaldı, dedi: – Ay Kaloğlan, sən ata yaxşı muğayat olurmuşsan. İndi ki, belə ata baxmaq əlindən gəlirdi, niyə məndən gizlədirdin? Afərin sənə! Keçəl Həmzə çox hörmətə minmişdi. Hansı işə buyururdular yarıdırdı, hansı ata muğayat olmağı tapşırırdılar, beş gündə dərisinə sığmaz eləyirdi. Axırda Koroğlu Dürata bağmağı keçəl Həmzəyə tapşırdı. Bu işə xanımlar, dəlilər razı olmadılarsa da, Koroğlu onlara qulaq asmadı. Keçəl Həmzə bir neçə gün Dürata çox yaxşı baxdı. Elə ki, bir neçə gün keçdi, atın arpasını xırpadan kəsdi. Dürat başladı arıqlamağa. Koroğlu işi belə görüb bir gün Həmzədən soruşdu: – Ay Kaloğlan, bu at niyə belə günü-gündən dala gedir? Olmaya yaxşı baxmırsan? Keçəl Həmzə dedi: – Mən əlimdən gələni eləyirəm, amma at gecə-gündüz içəridə başından axura bağlı, ayaxları da buxovlu. Eşik üzü görmür, çox güman ki, ondan sınıxdır. Qırat ilə Dürat bir töylədə bağlanırdı. Atların ikisinin də ayağında buxov var idi. Özləri də ayrı-ayrı açarlarla açılırdı. Koroğlu çıxartdı Düratın açarını keçəl Həmzəyə verdi. Xanımlar, dəlilər bunu eşidib dedilər: – Ay Koroğlu, sən nə eləyirsən? Tanımadığın, bilmədiyin bir adama etibar eləyib Düratın buxov açarını verirsən? Koroğlu yenə də xanımları, dəliləri sakit elədi ki, qorxmayın, heç zad olmaz. Keçəl Həmzə bir neçə gündə Düratı dərisinə sığmaz elədi. Keçəl Həmzə buraya gələni az qalmışdı ki, bir ay olsun. Onun Mahmud paşaya verdiyi vədə tamam olurdu. Keçəl Həmzə gecələrin birində ayağa qalxıb öz-özünə dedi: – Mən bir il də burada qalsam Koroğlu Qıratın nə mehtərliyini, nə də buxovunun açarını mənə verməyəcək. Toqat şəhərində nə tanıyırlar ki, Qırat hansıdı, Dürat hansıdı. Elə bunu aparım, paşanı aldadım, qızı alım, beş gün bu dünyada kef çəkim. Keçəl Həmzə bunu deyib, gecə xəlvətcə Düratı mindi. Asta qaçan namərddi, birbaş qaçdı. Sabah açıldı, mehtərlər yerlərindən qalxıb, atlara arpa-saman vermək üçün töyləyə gəldilər. Gördülər ki, nə Dürat var, nə də keçəl Həmzə. Başı lovlu Koroğlunun yanına gəlib dedilər: – Nə Dürat var, nə də keçəl Həmzə. Dəlilər çaxnaşıb bir-birinə dəydilər. Xanımlar da bir yandan düşdülər Koroğlunun üstünə, başladılar onu məzəmmətləməyə. Taxsırkar olduğundan Koroğlu nə dəlilərin, nə də xanımların töhmətinə dinmədi. Kiriyib qaldı. Amma dəlilər sakit olmayıb deyirdilər: – Biz sənə demədikmi, tanımadığın adama etibar eləyib atı tapşırma. İyidin atını apardılar ya arvadını, ikisi də namusdan sayılır. Bizim qorxumuzdan quş quşluğu ilə Çardaxlı Çənlibelin həndəvərinə gələ bilmir. Qoç Koroğlunun, Çənlibelin, dəlilərin adı gələndə paşalar, bəylər tir-tir titrəyir. Bir keçəl gədənin birisi gəlib buradan at aparsın. İndi bu xəbər ətrafa yayılacaq, düşmənlər üstümüzə ayaq alacaq. Özün öz əlinlə elə iş elədin ki, aləm yığılsaydı, eləyə bilməzdi. İndi de görüm Düratı haradan tapacaqsan, necə gətirəcəksən? Koroğlu dedi: – Dürat gedib, Qırat durur, minib gedib tapıb gətirərəm. Az məni məzəmmət eləyin. Koroğlunun hirsi tutanda yanına gedib onu dindirmək olmazdı. Deyirlər ki, belə vaxtlarda bir üzü üstə, iki-üç gün yatardı, acığı soyuyardı. İndi də ki, Koroğlunun hirsindən, qəzəbindən tay danışma, gözləri qanla dolmuşdu. Acığından az qalırdı dəmir gəmirsin. Necə ki, üzü üstə düşdü düz iki gün-iki gecə ac-susuz yatdı. Üçüncü gün yuxudan ayılıb, Eyvazı səsləyib tapşırdı ki, bir ayrılıq məclisi qursun. Eyvaz məclis qurdu. Təkcə Koroğluya yeddi batman düyünün plovunu, yeddi qoyun şaqqası, yeddi tuluq şərab hazırlatdı. Yedilər, içdilər, Koroğlu bığlarını eşdi, qulaqlarının dalında burdu. Altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı, axırıncı badəni bığlarının altından ötürüb ayağa qalxdı. Qıratı ifçin yəhərləyib, qabağına çəkdilər. Xanımlarla, dəlilərlə halallaşıb sıçradı Qıratın belinə mindi. Düratın üç günd getdiyi yolu Qırat bir gündə gedirdi. Koroğlunun elə bircə Qırata mindiyi göründü. At elə bil ki, quş kimi qanad açdı. Dağları, daşları düz elədi, ildırım kimi çaxıb gözdən itdi. Qıratın nallarından qığılcım qalxırdı. Yolu başına götürmüşdü. Elə gedirdi ki, elə bil bir ox idi kamandan qurtarmışdı, süzürdü. Koroğlu getməkdə olsun, o tərəfdən keçəl Həmzə də üç gün, üç gecə idi ki, canının qorxusundan bir yerdə düşüb dincəlməyib at sürürdü. Yolun üstündə Qırx dəyirmanlar deyilən bir yer var idi. Oraya çatmağa az qalmışdı ki, Həmzə dönüb geri baxdı ki, yolda toz-dumana qarışıb, duman toza. Bir də diqqət eləyəndə gördü budu Koroğlu Qıratın üstündə elə gəlir, elə gəlir ki, ley kimi. Keçəl Həmzənin tüpürcəyi ağzında qurudu. Ha udqundu gördü yox, ağzının suyunu uda bilmir. Çünki öz işini bilirdi. Bilirdi ki, Koroğlu yetişən kimi onunkunu ona verəcək. Düratı qamçılayıb, özünü tez qırx dəyirmanların qapısına saldı. Atdan düşdü, atı dəyirmanın qapısındakı dirəyə bağlayıb tələsik çağırdı: – Ay dəyirmançı, bir tez eşiyə çıx! Dəyirmançı tez eşiyə çıxıb soruşdu: – Qardaş, nə istəyirsən? Həmzə dedi: – Bax o yol ilə gələn qoç Koroğludu, Çənlibeldən gəlir. İlxısına qotur düşüb, dəyirmançı beyni axtarır ki, atlarını qoturdan qurtarsın. Tez başına çara tap. Yetişsə ömrünü tamam eləyəcək. Dəyirmançı dili tutar-tutmaz dedi: – Ay qadan alım, bəs mən nə eləyim? Onun əlindən necə qurtarım? Həmzə dedi: – Soyun paltarını mənə ver, mən geyim, mənim də paltarımı sən gey, get dəyirmanın donuzluğunda gizlən. Mən Koroğlunun ağzını yana sala bilsəm salmışam, yox sala bilməsəm onda qoy məni öldürsün, sən yazıqsan. Dəyirmançı tez paltarını çıxardı, ona verdi, Həmzə də paltarını dəyirmançıya verdi. Dəyirmançı qaçıb donuzluğa girdi. Həmzə dəyirmançının paltarını geyinib dəyirmanın içinə girdi. Özünü guppadan unluğun içinə salıb üzünü-gözünü o ki var una buladı, un kürəyini də əlinə alıb, unluğun qabağında dayandı. O tərəfdən Koroğlu özünü alıcı quş kimi dəyirmanın qapısına yetirib çığırıb dedi: – Ay dəyirmançı, tez gəl bu atı tut! Keçəl Həmzə dəiyrmançı paltarında qapıya çıxıb dedi: – Nə buyurursan? Koroğlu dedi: – İndicə mənim qabağımca buraya gələn atlı necə oldu? Keçəl Həmzə dedi: – Odu, içəridə dəyirmanın donuzluğuna girib gizlənib. Koroğlu tez atdan düşdü. Qıratı Həmzənin yedəyinə verib özü dəyirmana girdi. Ağzını donuzluğa tutub dedi: – Əyə, ay keçəl, belə çıx! Dəyirmançı daha da qorxub dedi: – Haraya çıxım? Mənim sənin ilxının qoturuna dərman olası beynim yoxdu. Ölsəm də çıxmaram. Koroğlu dedi: – Əyə, ay keçəl, qotur nədi, beyin nədi, belə çıx səninlə işim çoxdu. Koroğlu gördü ki, dəyirmançı öz xoşuna donuzluqdan çıxmaq istəmir, irəli yeridi. Dəyirmançı qorxub çəkildi. Koroğlu bir az da irəli yeridi. Dəyirmançı yenə də o tərəfə çəkildi. Birdən dəyirmançının başı dəyirmanın pərinə keçdi. Pər yazıq dəyirmançını bircə dəqiqədə öldürdü. Koroğlu irəli yeriyib gördü ki, keçəl Həmzə nə gəzir, ölən dəyirmançıdı. Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yanyörəsinə hərlənib özünə mehriban eləmişdi. Bir də Qıratın belə bir xasiyyəti var idi ki, Koroğlu onun yüyənini kimə tapşırsaydı, ona üzəngi verərdi. Odu ki, Koroğlunun başı içəridə dəyirmançıya məşğul olanda keçəl Həmzə Qıratı mindi. Koroğlu dəyirmandan çıxıb baxdı ki, keçəl Həmzə Qıratın belində, özü də dəyirmandan bir az aralı durub hərdən bir də atı qamçı ilə vurub incidir. Koroğlu indi başa düşdü ki, keçəl Həmzə onu aldadıb. Bir qəzəbləndi, Misri qılıncı çəkib hücum eləmək istədi. Ancaq baxdı ki, bundan bir fayda olmayacaq. Bilmədi ki, nə eləsin. Bir də baxdı ki, insafsız həm də Qırata elə bir qamçı vurdu ki, az qaldı od çıxsın. Ürəyi yanıb aldı, görək nə dedi: Canım Həmzə, gözüm Həmzə!.. Həmzə, incitmə Qıratı!.. Budu sənə sözüm Həmzə, Həmzə, incitmə Qıratı!.. Qıratdı mənim dirəyim, Əriyər, qalmaz ürəyim. Sən olasan duz çörəyim, Həmzə, incitmə Qıratı!.. Eşidər paşalar, bəylər, Şadlıq xəbərini söylər, Koroğlu iltimas eylər, Həmzə, incitmə Qıratı! Keçəl Həmzə dedi: – Koroğlu, elə adın var imiş. Bir ay süfrənin qırıq-quruğundan yedim, indi onu da dilinə gətirdin, başıma çaldın. Özün karvanlar soyursan, mal-dövlət alırsan, indi bir at nədi ki, ondan ötəri bu qədər yalvarır, yaxarır, yanıb hayıfsılanırsan? Koroğlu dedi: – Mən ondan ötəri hayıfsılanmıram. Ona yanıram ki, sən Qıratı aparıb saxlayan, minən deyilsən. Gəl atı özümə sat. Bunu eləməsən əylən, onda Qıratın qiymətini deyim, allanıb ucuz satma! Aldı Koroğlu: Əylən, deyim Qıratın qiymətini, Səksən min sərkərdə mala da vermə! Səksən min ağ tüklü qəmər öyəcə, Səksən min xəzinə pula da vermə! Səksən min ilxıya, səksən min ata, Səksən min mahaldan gələn barata, Səksən min kotana, səksən min cütə, Səksən min kotanlı kala da vermə! Koroğlu dövlətin endirsin düzə, Say götür hamısın səksən min yüzə. Səksən min gəlinə, səksən min qıza, Səksən min ərgənə, dula da vermə! Keçəl Həmzə dedi: – Koroğlu, arxayın ol, qiymətinə sataram. Koroğlu gördü keçəl Həmzə Qıratı verməyəcək, dedi: – Barı qulaq as deyim, atı necə saxlamaq lazımdı. Aldı əlüstü, görək nə dedi: Həmzə, atı yaxşı saxla, At iyidin qardaşıdı. Gündə muğayat ol yoxla, At iyidin qardaşıdı. Yaz olanda dağa yollat, Yay olanda ifçin nallat, Qış olanda məxmər çullat, At iyidin qardaşıdı. Atı sevib bəslə körpə, Hayqıranda çıxsın sarpa. Hər yeyəndə qırx tas arpa, At iyidin qardaşıdı. Uzaq-uzaq yollarınan, Belə ipək çullarınan, Hoqqa yarım nallarınan, At iyidin qardaşıdı. Məclis qurdum çoxlarınan, Dava etdim oxlarınan, Qara polad mıxlarınan, At iyidin qardaşıdı. Sərin-sərin yu suyunan, Quyruğu bağlı muyunan, Qoç Koroğlu çox öyünən At iyidin qardaşıdı. Keçəl Həmzə dedi: – Koroğlu, nə zaman Qıratın dalınca Toqata gəlsəm özüm üzəngini basıb səni mindirəcəyəm. Amma indi heç üz vurma, atı verməyəcəyəm. Gərək aparıb Mahmud paşaya verib, Dona xatunu alam. Keçəl Həmzə bunu deyib, Qıratı səyirtdi, gözdən itdi. Koroğlu Düratı qaytarmağa gəlmişdi, Qıratı da əlindən verdi. Ona bu hamısından ağır gəldi, dəyirmanın qapısında yerə oturdu, aldı görək nə dedi: Çünki oldun dəyirmançı Çağır gəlsin dən Koroğlu! Verdin Qırı, aldın Dürü, Döy başına, yan Koroğlu! Qırat əldən getdi, barı, Canda qaldı intizarı. Üyüd arpa, buğda, darı, Al şahadın sən, Koroğlu! Uca dağlarda döşlətdin, Ağır alaylar boşlatdın, Yüz il lotuluq işlətdin, Axır oldun xam, Koroğlu! Özün allatdırdın büyün, Sinəmə çəkildi düyün, Gedin dəlilərə deyin, İşə düşdüm mən Koroğlu! Koroğlunun özü ac idi, atı da arpasız. Axşam düşdüyündən dəyirmana gələn də olmadı. Koroğlu ac-susuz yatdı. Elə ki, sabah açıldı bir də baxdı ki, budu bir kişi qabağında iki yüklü öküz gəlir. Kişi gəlib yetişdi. Bir Koroğluya baxdı, bir paltar-maltarına, şəst-bəstinə baxıb dedi: – A qardaş, hanı dəyirmançı? Koroğlu dedi: – Dəyirmançı yoxdu, indi dəyirmanda mən dururam. Koroğlu özü öküzlərin üstündən çuvalları düşürdü, dəyirmana apardı, sonra kişidən soruşdu: – Qardaş, bunların içində heç arpa varmı? Mənim atım arpasızdı, qorxuram damağ ola, bir az ona arpa verim yesin. Kişi dedi: – Çuvalların ikisi arpadı, ikisi buğda. Arpa çuvalları yarımçıq idilər. Koroğlu bağlamaları bir-birinə boşaltdı, bir çuval elədi, Düratın qabağına qoydu. Kişi istədi Koroğluya mane olsun, Koroğlu gözünü elə bərəltdi ki, kişi qorxudan çıqqırını da çəkə bilmədi, çəkilib bir tərəfdə durdu. Gördü yox, bu o dəyirmançılardan deyil, bir az da o yan, bu yan eləsə çəkib cərcənəyini ayıracaq. Koroğlu özü də yaman ac idi. Dürat arpasını yeyənə qədər buğda çuvallarını töküb üyütdü. Unluğa da su buraxıb xamır qayırdı. Çəkib dəyirmanın bir tərəfini sökdü, pərdilərdən ocaq çatdı, xamırı çörək bişirdi. Öküzün də birini kəsdi, soydu, cəmdəyinin yarısını kabab çəkdi, yarı çiy, yarı bişmiş yeyib toqqanın altını bərkitdi, sonra durub Düratı minib, üzünü Çənlibelə çevirdi. Bir də baxdılar ki, budu Koroğlu gəlir. Gəlir amma necə gəlir... Hamı başını aşağı saldı. Nə bir salam, nə bir sabah. Heç keyfin, halın da soruşmadılar. Koroğlu atdan düşdü. Eyvaz onun qabağına çıxdı, aldı görək nə dedi: Təzə sövdəyər olubsan, Sövdan da mübarək olsun! Alış-veriş öyrənibsən, Sövdan da mübarək olsun! Niyə girdin dəyirmana, Bizi qoydun yana-yana, Atı verdin Kaloğlana, Sövdan da mübarək olsun! Sən Eyvazı qoydun xəstə, Get comərddən mətləb istə, De bir neçə verdin üstə? Sövdan da mübarək olsun! Koroğlu neçə-neçə səfərlərə getmişdi, amma heç olmamışdı ki, qayıdanda dəlilər belə eləsinlər. Amma bu dəfə xanımlar onun üzünə baxmırdı, dəlilər salam vermirdi. Axırda Koroğlu aldı, görək nə dedi: Keçər dövran belə qalmaz, Şad ol könül, nə məlulsan? Dəlilərim salam verməz, Şad ol könül, nə məlulsan? Geydiyim iyid kürküdü, Dünya Süleyman mülküdü, Dövlət ki var əl çirkidi, Şad ol könül, nə məlulsan? Koroğluyam deyim sənə, Od tutub alışdı sinə. Aşıqlığım bəsdi mənə, Şad ol könül, nə məlulsan? Bu sözdən dəlilər incidilər ki, çox yaxşı iş görübsən hələ danışırsan da ki, “aşıqlığım bəsdi”. İndi ki belə oldu, indi ki sən bizi heçə sayırsan, onda biz də çıxıb gedirik. Koroğlu çox qəzəbli idi. Bir tərəfdən Qırat əldən getmişdi, bir tərəfdən də Həmzə kimi keçəlin biri onu aldatmışdı. Öz dərdi özünə bəs deyildi, indi də dəlilər belə deyirdilər. Elə ki, dəlilər dedilər biz də çıxıb gedirik, Koroğlu qəzəbinin gücündən özünü saxlaya bilməyib birdən qayıtdı ki: – Əşi gedin də, nə eləyim gedirsiniz! Bu söz dəliləri götürdü. Tay onların qabağını saxlamaq çətin iş idi. Hamısı vəlvələyə düşdü. Hamı getmək üçün hazırlaşmağa başladı. Nigar işdən xəbər tutub dəlilərin qabağını kəsdi, onları geri qaytardı. Nigarın dəlilər arasında o qədər hörməti var idi ki, onun bir sözünü iki eləməzdilər. Hamı qayıdıb oturdu. Nigar da onların arasında oturub üzünü də o yana çevirdi. Koroğlu baxdı ki, Nigar da ondan üz çevirdi. Bu, Koroğluya hamısından bərk yer elədi. Sazı döşünə basıb görək Nigar xanıma nə dedi: Ala gözlü Nigar xanım, Üzün məndən niyə döndü? Sənə qurban şirin canım, Üzün məndən niyə döndü? Qoyun otlar quzu ilə, Ayağının tozu ilə. Müxənnətin sözü ilə Üzün məndən niyə döndü? İyidin yatmasın baxtı, Yana çevrilməsin taxtı, Koroğlunun məlul vaxtı, Üzün məndən niyə döndü? Nigar heç bir söz deməyib sazı Koroğlunun əlindən aldı. Səmərqənd kağızı kimi ağ sinəsi üstünə basıb dedi: Binadan gözəl olmayan Telin qədrini nə bilər? Çöldə gəzən boz sərçələr, Gülün qədrini nə bilər? Kal qoşub kotan əkməyən, Nanın süfrəyə tökməyən, Arının qəhrin çəkməyən Balın qədrini nə bilər? Utan, qoç Koroğlu, utan! Dağların damənin tutan! Sənin kimi başa çatan Elin qədrini nə bilər? Nigar sazla dediyi kimi sözlə də dedi: – Sən ki dəlilərə belə söz dedin, daha mənim də səninlə işim yoxdu. Deyirlər ki, Koroğlu heç bir söz deməyib düz durub getdi. Üç gün, üç gecə tamam ac, susuz ağzı aşağı düşüb yatdı. Bir də yuxusunda gördü ki, Toqatdadı. Qırat da altında. Diksinib qalxdı. Baxdı ki, Eyvaz başının üstündə oturub ağlayır. Koroğlunun ürəyi alışdı, sazın götürüb dedi: Eyvaz, məndən nə istərsən Candımı, başdımı, nədi? Axıdırsan ala gözdən Qandımı, yaşdımı, nədi? Məclisdə dolanmır sağın, Sinəm üstdən getməz dağın, Tökülübdü qaş-qabağın, Boranmı, qışdımı, nədi? Dayan, Qoç Koroğlu, dayan!.. Sözlərini elə bəyan. Yatıbsan qəflətdən oyan, Gördüyün duşdumu, nədi? Eyvaz qalxdı, genə bir məclis qurdu. Xanımlar, dəlilər hamısı Koroğlunun başına yığışdılar. Yedilər, içdilər, kefləri kökəldi, damaqlar çağaldı, inciklik yaddan çıxdı, əvvəlki kimi şirin dost, mehriban yoldaş oldular. Bu zaman Koroğlu sazı sinəsinə basdı aldı görək nə dedi: Allahı çağırıb düşərəm yola, Bu dərdi sinəmdə qala qoymaram. Qıratım həsrətlə yolum gözləyir, Düşmənin əlində qala qoymaram. Ah çəkərəm hərdən köysüm ötürrəm, Yola düşüb mətləbimi bitirrəm, Ya ölərəm, ya Qıratı gətirrəm, Ayı dolansa da, ilə qoymaram. Koroğluyam, qoç oğluyam, qoçam mən, Çətindi ki, mərd meydandan qaçam mən, Havada dövr edən tərlan quşam mən, Sarlar şikarımı ala qoymaram. Koroğlu altdan geyindi, başdan qıfıllandı, başdan geyindi, ayaqdan qıfıllandı, Misri qılıncı bağladı, qalxan asdı, əmud götürdü, dava libasının üstündən, bir kürk geyindi, çiyninə də bir saz keçirdi, tək başına payıpiyada Toqata tərəf yola düşdü. Az getdi, çox dayandı, çox getdi az dayandı, gecəni gündüzə qatdı, gündüzü gecəyə qatdı, özünü Toqat şəhərinə yetirdi. Baxdı ki, hava qaranlıqlaşır. Bir qarının qapısını döyüb dedi: – Ay qarı nənə, bu gecəliyə məni qonaq eləyərsənmi? Qarı dedi: – Niyə eləmirəm. Koroğlu qarıya bir qədər pul verib dedi: – Elə isə al, mənə yemək hazırla. Qarı pulu çox görüb soruşdu: – Pulun qalanını neyləyim? Koroğlu dedi: – Qalanı nədi, hamısına al. Qarı soruşdu: – Tək başına bu qədər şeyi neyniyirsən? Koroğlu gülüb dedi: – Qonağım var, on adamlıq xörək bişir. Koroğlu içəri girib, oturdu. Qarı tez ayağa durub bazara üz qoydu. Yağdan, düyüdən, ətdən alıb gətirib on adamlıq xörək hazırladı. Elə ki, xörək hazır oldu, qarı gəldi ki: – Yaxşı, xörək hazırdı, sənin də yoldaşların gəlmədi, nə eləyək? Koroğlu dedi: – Onlar tay gəlməyəcək. Çək, gətir buraya. – Elə hamısını? – Elə hamısını. Qarı əvvəlcə inanmadı. Sonra gördü yox balam bu elə deyəsən ciddi danışır. Fikirləşdi ki, yaxşı çəkib apararam. Bu tay əjdaha-zad deyil ki, bir qarını var da, yediyini yeyər, qalanı da qalar. Bu elə mənim on beş günümə bəsdi. Qərəz, qarı ortalığa yekə bir mis məcməyi qoyub plovu çəkdi. Məcməyi təpə kimi qalandı. Yazıq qarı nə qədər hıqqandı, məcməyini yerdən götürə bilmədi. Koroğlu işi belə görüb durub gəldi, məcməyini özü götürüb evə gətirdi. Plovu ortalığa qoydu, qollarını çırmayıb əyləşdi. Qarı fikirləşdi ki, mənim oturub bununla bir yerdə yeməyim yaxşı deyil. O yeyər, doyar, onsuz da qalanı mənə qalacaq. Koroğlu qarını çağırdı ki: – Qarı nənə, gəl. Qarı dedi: – Sən ye, mən ac deyiləm. Koroğlu dedi: – Nə yemisən ki, ac deyilsən? Gəl, sonra peşiman olarsan. Qarı naz edib dedi: – Yox, sən ye. Mən plovun iyisi ilə doymuşam. Koroğlu bir də dedi: – Qarı nənə gəl, bax sonra peşiman olarsan ha... Koroğlu ilişdi plova, birinci tikədə plovun ürəyi üzüldü. İkinci, üçüncü, qarı gördü bu bir-iki tikə də vursa, məcməyidə bir şey qalmayacaq, düşdü qarın ağrısına ki, plovdan şişəcəyəm. Ancaq tay bir dəfə yemirəm demişdi, düşmüşdü boynuna deyin yaxınlaşa da bilmirdi. Elə bu fikirdəydi, Koroğlu bir də dedi: – Qarı nənə, gəl... peşman olarsan. Qarı elə bu sözə bənd idi. Tez çökdü məcməyinin başına. Qərəz yedilər, içdilər. Koroğlu bir düzəldi, pələ bığlarını eşdi, qarı ortalığı yığışdırdı, əyləşib söhbətə başladılar. Qarı soruşdu: – Ay qonaq, de görüm sən kimsən? Haradan gəlib, haraya gedirsən? Koroğlu dedi: – Qarı nənə, mən aşıqam. Çənlibeldənəm, bəs sizin şəhərdə nə var, nə yox? Qarı soruşdu: – Oğul, yaxşı vaxtında gəlib çıxıbsan. Keçəl Həmzə Koroğlunun Qıratını gətirəndən sonra paşa ona bəylik verib. Bu gün paşa qızını da ona verib toy eləyir. İndi toydu, aşıq axtarırlar. Sabah gedər oxuyar, bolluca nəmər yığarsan. Koroğlu dedi: – Ay nənə, indi Həmzənin gətirdiyi Qıratı harada saxlayırlar? Qarı nənə: – Mahmud paşanın töyləsində. Amma ay qonaq, bir də mənə nənə desən səndən inciyərəm. Mən qoca ha deyiləm. Dişlərimi nuzla töküb. Koroğlu o gecə qarının evində qaldı, sabah qalxıb keçəl Həmzənin toyuna gedəndə dedi: – Ay qarı, mən gedirəm, bəlkə buraya qayıda bilmədim, görüşə bilmədik, sənə bir neçə kəlmə sözüm var, onu deyim barı ürəyimdə qalmasın. Aldı Koroğlu dedi: Bir qarıya qonaq oldum, Nə yaman camxanası var. Dövlətini xəbər aldım, Bir inək, bir danası var. Qarı gəlir bizə yavuq, Əl-ayağın tutub soyuq, Çeşdəliyə bir cüt toyuq, Axşama qayğanağı var. Qarı deyəndə tozlanır, Gəlin deyəndə nazlanır, Qabaqda qarpız gizlənir, Dalında topxanası var. Koroğlunun hədyan işi, Qovğadan açılmır başı, Düşüb otuz iki dişi, Bir kötük nişanası var. Koroğlu sözünü qurtarıb qarıya bir az da pul verdi, saz da çiynində gəlib, Mahmud paşanın imarətinə çatdı. Baxdı ki, bir toydu, bir toydu ki, gəl görəsən. Otaq paşa, bəy, xan, tacirlərlə doludu. Eşitdilər ki, aşıq gəlib, hamı sevindi... Koroğlunu çəkib məclisə apardılar. Baxdılar ki, bu aşıq heç onlar görən aşıqlardan deyil. Boyu uca, kürəkləri enli, süksünü kal süksünü kimi, boynunun əti kirdin-kirdin, bığları burulub keçirilib qulaqlarının dalına. Süründən-sifətindən zəhm tökülür. Qorxudan üzünə baxmaq olmur. Məclisdəki paşalardan biri dedi: – Aşıq, hara aşığısan? Koroğlu dedi: – Çənlibel aşığıyam. Paşa dedi: – Qoç Koroğlunu tanıyırsanmı? Koroğlu dedi: – Yaxşı tanıyıram. Bir neçə il onun yanında aşıq olmuşam. Toqatın paşası Mahmud paşa dedi: – Bu gün dəli Koroğlunun Qıratını gətirən Həmzə bəyin toyudu. Qıratı gətirdiyinə görə bəylik alıb. Dona xatunu da ona vermişəm. İndi sən də bu toyda bir az dəli Koroğludan oxu, qulaq asaq. Koroğlu Qıratın adını eşitcək elə bil ki, ürəyinin başına od düşdü. Sazı sinəsinə basıb, aldı görək nə dedi: Canım Qırat, gözüm Qırat?! Yarəb, Qırat dururmu ola?! Mahmud paşa mehtərləri, Otun, suyun verirmi ola?! Qırata xələt biçəndə, Üstündə badə içəndə, Şeşpər yalmandan keçəndə Sərxoş-sərxoş yerirmi ola?! Qoç Koroğlu, hanı, hanı? Dostunla düşmanın tanı! Qırat ilə Eyvaz xanı, Bir də gözüm görürmü ola?! Mahmud paşa dedi: – Aşıq, dəli Koroğlunu çox hünərli deyirlər. İndi de görüm Koroğlu iyiddi, ya mən? Koroğlu dedi: – Paşa, onun iyidliyi, mərdliyi dillərdə əzbər olub, aləmə yayılıb, hamı eşidib, mən də bilirəm. Amma səni indi görürəm. İzin ver, iyidliyin nişanını səndən xəbər alım, bilim, sonra deyim. Götürdü Koroğlu, görək nə dedi: Uca-uca dağ başında, Yel kimi əsdiyin varmı? Əlli, altmış atlı ilə Bir ordu basdığın varmı? Namərd sirrini biləndə, Müxənnət üzə gələndə, Yağı düşman güc gələndə, Meydandan qaçdığın varmı? Qızıb gəzəndə meydanı, Qıraram sultanı, xanı, Ovuc-ovuc düşman qanı, Doldurub içdiyin varmı? Ərin qüvvəti qolumda, Dəlilər sağı-solumda, Eyvaz tək oğul yolunda, Canından keçdiyin varmı? Koroğlunun yox insafı, Dava günü olmaz lafı, Misri qılınc, dəmir qapı, Endirib kəsdiyin varmı? Məclisdəki paşalardan biri dedi: – Aşıq, yaxşı oxuyursan, amma elə bərk bağırırsan ki, səsin az qalır qulaqlarımızı dəlsin. Sözünü bir az alçaqdan de. Bir də sən Mahmud paşadan iyidliyin nişanəsini xəbər aldın, heç özün demədin görək iyidin nişanı nədi. Söylə görək sizin yerin iyidləri necə olur? Aldı Koroğlu: Bizim elin dəliləri Girər meydana mərd olu. Ölüncə meydandan qaçmaz, Girəndə meydangərd olu. Sarp qayalarda yurd olmaz, Müxənnətə söz dərd olmaz, Çaqqal əniyi qurd olmaz, Yenə qurd oğlu qurd olu. Dəlilərim fovcu-fovcu, At minib düşman qovucu, Belində Misri qılıncı, Koroğlu kimi mərd olu. Mahmud paşa dedi: – Aşıq, sən dedin ki, Dəli Koroğlunu tanıyırsan, onun Qıratını da görübsən. Heç atın xasiyyətindən, nişanından bilirsənmi? Bir az de, qulaq asaq. Aldı Koroğlu: Paşa, sənə nişan verim Qıratı, Əbrişin ipəkdən yalı gərəkdi. Bir mina boyunlu, uca sağrılı, Bir yarım hoqqadan nalı gərəkdi. Bir alma dırnaqlı, hündür boyunlu, Meydana girəndə yüz min oyunlu, Dəyirman mədəli, ac qurd yeyimli, Ortası qoluna dolu gərəkdi. Qaranlıq gecədə yol çaşırmayan, Düşmən qabağında ər düşürməyən, Üstündə əl-ayaq yığşırılmayan, Koroğlunun atı dəli gərəkdi. Mahmud paşa dedi: – Aparın aşığı yedirib, içirin. Saqi Koroğlunu şərab olan otağa apardı. Qabağına bir qab şərab qoydu. Koroğlu qabı bir xortumda boşaldıb dedi: – Belə şey mənim ağzımı da islatmaz. Verirsən ver əməlli-başlı içək, vermirsən gedək özümüzə gün ağlayaq. Otaqda üç tuluq yarım şərab var idi. Saqi Koroğlunu orada qoyub iri qab gətirməyə getdi. Saqi çıxcaq Koroğlu özünü verdi tuluqların yanına. Bir, iki, üç, bir hovurdu üç tuluq yarım şərabı içib, boş tuluqları bir tərəfə tullayıb, oradan keçdi aşxanaya. Aşbaz bir sini aş çəkib qoydu Koroğlunun qabağına. Gözünə dönüm Koroğlu, iki şapalaqda bir sini aşı qara bığının altından ötürüb dedi: – Aşbaz qardaş, bu mənim bir küncümdə qaldı, aş ver oturduğuma görə doyunca yeyim. Aşbaz bir yekə sini də çəkib aşı Koroğlunun qabağına qoydu, Koroğlu onu da aşırdı. Bir də istəyəndə aşbaz dedi: – Ay balam, haramı deyilsən ki, iki sini aşla doymadın? Koroğlu dedi: – Yeddi batman düyünün aşı, yeddi qoyunun yarı şaqqası, mənim bir dəfəmin xörəyidi. Belə şeylər mənim harama çatacaq? Aşbaz istədi ki, Koroğlunu aşxanadan çıxartsın. Koroğlu bir əli ilə aşbazın boğazından tutub, belindən iki qatlayıb boş qazanlardan birinin içinə soxdu, ağzına da bir sini çevirib üstündə oturdu. Yavaşca qollarını çırmaladı, aş qazanlarını qabağına çəkib bir oturumda yeddisini aşırdı. Elə ki, qurtardı, pələ bığlarını eşdi, qulaqlarının dalından keçirdi, girdi məclisə, məclisdəkilər dedilər: – Aşıq, yedin doydun, indi oxu, qulaq asaq. Aldı Koroğlu görək nə dedi: Muradbəyli derlər bizə, Meydanda mərdlik işləni. Qoç iyiddən oğul törər, Düşman gözündə beşləni. Uca dağlarda duraram, Çəkib bəzirgan vuraram, Gündə üç içki quraram, Yüz min tümənlər xərcləni. Hay deyəndə haylarım var, Hoy deyəndə hoylarım var, Qurdlarım var, aylarım var, Hay vursam şəhrin boşlanı. Paşalar Koroğlunu tanımamışdılar. Onlar elə bilirdi ki, bu doğrudan da aşıqdı. Keçəl Həmzə Çənlibeldən Qıratı gətirəndən bəri at neçə mehtəri tələf eləmişdi. Heç kəs atın yanına gedə bilmirdi. Mahmud paşa baxdı ki, bu aşıq deyəsən Qıratı yaxşı tanıyır. Ondan soruşdu: – Aşıq, budu neçə müddətdi ki, Qıratı gətirtdirmişəm, amma vərəm dəymiş heç kəsə əl verməyir. Sən onu ipə-sapa öyrədə bilərsənmi? Koroğlu bunu eşitcək az qaldı ruhu bədənindən uçsun. Tez dedi: – Bəli. Mahmud paşa əmr elədi, Koroğlunu Qıratın yanına saldılar. Qırat Koroğlunu görən kimi tanıdı. Bərkdən kişnədi. Koroğlunun könlü açıldı. Ürəyi coşub tel-tel oldu. Aldı görək nə dedi: Çənlibeldən səni deyib gəlmişəm, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Dəmir libas, polad geyib gəlmişəm, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Əzəldən biləydim sənin halını, Əşrəfidən kəsdirərdim nalını, Yüz gözələ toxudardım çulunu, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Qabaqda qalırmı arpan səhərə? Üzəngilər nə yaraşar yəhərə... Dəlilər salmışdı məni qəhərə, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Bir atım var atım-atım atılır, Qulaqları qarğı kimi çatılır, Ucuzluqda min tümənə satılır, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Mərd iyidlər belə baxmaz atına, Sənsiz getmək olmaz el baratına, And verirəm Koroğlu qıryatına, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Qırat Koroğlunun səsini eşidəndə elə kişnədi ki, yer titrədi. Koroğlu irəli yeriyib qollarını doladı Qıratın boynuna. Üzündəngözündən öpüb, yalını-yalmanını tumarladı, ifçin yəhərləyib töylədən çıxartdı. Keçəl Həmzə töylənin qapısında hazır durmuşdu. İrəli gəlib Qıratın üzəngisini basdı, dedi: – Koroğlu, mən dəyirmandakı vədəmi yerinə yetirdim. Koroğlu Qıratı minəndən sonra əynindəki kürkü çıxartdı, Misri qılıncının dəstəsindən yapışdı. Tay paşalardan, xanımlardan, bəylərdən soruşma. Hamı bir-birinə dəydi. Aldı Koroğlu görək nə dedi: Mindim Qıratın belinə, Kaş ki, düşman yüz olaydı. Çəkəndə Misri qılıncı, Dərə, təpə düz olaydı. Atı mindim gəzdirməyə, Düşman bağrın əzdirməyə, Dona çayı üzdürməyə, Qırat bir qəvvas olaydı. Verin yeddi illik xarcı, Paşalar gətirsin bacı. Koroğlu çəkib qılıncı, Düşmən üzbəüz olaydı. Mahmud paşa hökm elədi, qoşun yerbəyerdən atlanıb Koroğlunun üstünə yeridi. Koroğlu Mahmud paşanın belə hökm verməyini görəndə, aldı görək nə dedi: Laf eyləmə, dəli paşa, Ağır-ağır ellərim var, Bir tamaşa eyləyəsən, Qılınc çalan qollarım var. Uca dağlardan daşlanı, Ağır alaylar boşlanı, Gəlsələr dava başlanı, İyid-iyid dəllərim var. Mən anadan mərd olmuşam, O Çənlibeldən gəlmişəm, Koroğluyam, at minmişəm, Yüz min belə fellərim var. Koroğlu qoşuna hücum eləyib, mərdanə qılınc vurmağa başladı. Düşmən çox idi, Koroğlu tək. Yalqızlıq Koroğluya əl verdi. Aldı görək nə dedi: Ay həzərat, ay camaat, Heç iyid yalqız olmasın! Ətim yeyib, qanım içən, Namərdə möhtac olmasın! Haşa a bəylər, haşadan, Qorxmaram xandan, paşadan, Əsrəyib çıxsa meşədən, Aslan da yalqız olmasın! Koroğlunun daş qalası, Ərşə çəkildi nalası, Ördək ilə qaz balası, Göllərdə yalqız olmasın! Qoşun Koroğlunu aralığa almışdı. Qızğın dava idi. Koroğlu əmud vurur, cida oynadır, şeşpər atırdı. Hansı yana üz çevirirdi düşmanı qatımqatım qatlayırdı. Baş kəsirdi, qol qırırdı, qanı su kimi axıdırdı. Qırat da işi ilə, çəçiyi ilə qoşunu didib tökürdü. Koroğlu Qıratın hünərini görüb, aldı əl üstü: Ceyrana bənzər qaçışın, Addımla, qurban qoluna! Tərlana bənzər uçuşun, Əl çatmaz ipək yalına!.. Kəsdirrəm gümüşdən yəhər, Tumarlaram axşam, səhər, Götür burdan qaç bir təhər Sikkə vurdurram nalına! Koroğluyam, güman belə, Deməyinən gəlməz dilə, Məni çıxart Çənlibelə, Qotaz düzdürrəm çuluna! Qoç Koroğlunun dəli nərəsi düşmanı qorxutmuşdu. Hamının əli davadan soyumuşdu. Koroğlu sağdan vurdu, soldan çıxdı, soldan vurdu, sağdan çıxdı, düşmanı şil-küt eləyib bir tərəfdən özünə yol açıb qoşunun arasından çıxdı. Mahmud paşa yolları tənablarla neçə yerdən kəsdirmişdi ki, bəlkə Koroğlu keçib gedə bilməsin, tutsunlar. Qırat tənabların yeddisini bir eləyib sıçrayırdı. Koroğlu hər yerdən keçib Çənlibelə yol başladı. Az getdi, çox getdi, bir də gördü Çənlibel tərəfdən göyün üzü ilə ötüşə-ötüşə bir qatar durna gəlir. Çənlibel Koroğlunun yadına düşdü. Aldı, görək nə dedi: Göynən gedən beş durnalar, Bizim ellər yerindəmi? Bir-birindən xoş durnalar, Bizim ellər yerindəmi? Söhbət olurdu sazınan, Ördək olurdu qazınan, Necə incəbel qızınan, Tuti dillər yerindəmi? Sevib, seçib bəyəndiyim, Sədasından oyandığım, Arxasında dayandığım, Çənlibellər yerindəmi? Bəzirgana sataşdığım, Qumaşına bulaşdığım, Dönüb boynundan aşdığım, Çənlibellər yerindəmi? Hərdən işvə-qəmzə satan, Mənimlə ixtilat qatan, Gələndə atbaşı tutan, Şux gözəllər yerindəmi? Çalxalanıb döyündüyüm, Arxa vurub söyündüyüm, Qovğa günü öyündüyüm, Nər dəlilər yerindəmi? Koroğlu heç deməz yalan, Toqata salmışam talan, Cümlə dəlilər, Eyvaz xan, İyid ərlər yerindəmi? Koroğlu uzaq yolları keçib gəldi Çənlibelə yetişdi. Qırat Çənlibelə çatanda elə kişnədi ki, dağlar, dərələr dilə gəldi. Dəlilər tökülüb qabağa gəldilər. Qıratı tutdular. Koroğlunun Qıratı tapıb sağ-salamat gəlməyinə hamı sevindi. Şadlıq məclisi qurdular, yedilər, içdilər, keflər kökəldi. Koroğlunun kefi saz, damağı çağ idi. Badəni badənin dalınca qara bığlarının altından ötürürdü. Nigar xanım dəlilərə göz basıb Koroğluya dedi: – Koroğlu, iyidliyinə sözüm yoxdu, amma belə sifətdən çox qarasan ey... Koroğlu sazını sinəsinə basıb, aldı görək Nigar xanıma necə cavab verdi: Mənə qara deyən gözəl, Qaşların qara deyilmi? Tökülübdü dal gərdənə, Saçların qara deyilmi? Hökm ilə oturub durma, Müjganın sinəmə vurma, Ala gözə siyah sürmə, Çəkibsən qara deyilmi? Koroğlu verdi salamı, Dolandı cümlə aləmi, Qüdrətin göhər kalamı, Yazısı qara deyilmi? Hamı gülüşdü. Nigar Koroğlunun bu hazır cavabına şad oldu. Məclis təzədən qızışdı...</poem> [[Kateqoriya:Koroğlu dastanı|*011]] 8ng9ftqeu49u7gmwc0d4b2lo7185vfu 78257 78256 2022-07-28T12:36:15Z 188.253.229.149 wikitext text/x-wiki {{Başlıq | başlıq = Koroğlu dastanı. | müəllif = Koroğlu | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = Koroğluynan Bolu bəy | əvvəlki = [[Koroğlu dastanı/Koroğluynan Bolu bəy|Koroğluynan Bolu bəy]] | növbəti = [[Koroğlu dastanı/Koroğluynan Ərəb Reyhan|Koroğluynan Ərəb Reyhan]] | il = | qeydlər = }} <poem> salam dosdarr xd jdjd orik♡aska ..vasmoy...Bolu bəyin başına gələn iş bütün paşaları, xanları, bəyləri qorxuya salmışdı. Ta elə ki, gecələr yata bilmirdilər. Qoç Koroğlunun adı gələndə qorxudan siçan deşiyu axtarırdılar ki, gizlənsinlər. Xotkar özü də qorxuya düşmüşdü. Odu ki, yenə bütün paşalara namə göndərmişdi ki, kim Koroğlunu tutsa, ya öldürsə onu dünya malından qani eyləyəcək, özünü də böyük mənsəbə çatdıracaq. Toqatlı Mahmud paşa xotkarın bu naməsini alıb oxuyandan sonra, bir məclis qurdurdu, vəzirləri, vəkilləri, bəyləri, xanları, tacirləri o məclisə çağırtdı. Adamlar cəm olanda Mahmud paşa üzünü onlara tutub dedi: – Koroğlu getdikcə günü-gündən tuğyan eləyir. Belə getsə çox çəkməz ki, bizi də Camal paşanın gününə salıb yerimizdə turp əkəcək. Sizi buraya cəm eləməkdə məqsədim budu ki, deyin görək necə eliyək ki, bu bəlanı başımızdan dəf eləyək. Vəzirlər, vəkillər dedilər: – Paşa sağ olsun, Koroğlunun nə ki hünəri var, hamısı Qıratdadı. Gərək Qıratı ələ keçirək. Paşa dedi: – Qıratı ondan necə almaq olar? Vəzir dedi: – Nəmər, pul, mal versəniz bəlkə özünə umudu gələnlərdən biri gedib Koroğlunun Qıratını gətirə bilə. Mahmud paşa dedi: – Mənim yurduma, yuvama sahib olan, gözümün ağı, qarası bir qızım var. Hər kim gedib Çənlibeldən Koroğlunun Qıratını gətirsə, qızım Dona xatunu ona verib, özünü də dünya malından qəni edərəm. Mahmud paşa bunu deyib, bir cam şərab doldurub əlinə aldı, üzünü məclisdəkilərə tutub ucadan bir də dedi: – Kimin özünə gümanı gəlir ayağa dursun, alsın bu şərabı içsin, getsin Koroğlunun Qıratını gətirsin. Məclis əhli hamısı başını aşağı tikdi. Cıqqırtısını çıxardan olmadı. Mahmud paşa bir də dedi. Yenə səs çıxardan olmadı. Məclisin alt tərəfində Həmzə adlı sayılmayan, urvat olunmayan bir keçəl oturmuşdu. Ayağa qalxıb dedi: – Paşa sağ olsun, əyər razı olub vədənizə doğru çıxsanız, mən gedərəm, Koroğlunun Qıratını gətirərəm. Keçəl Həmzə bu sözü deyəndə məclisdəki adamlar çaxnaşıb birbirinə dəydilər. Hamı keçəldəki bu cürətə mat-məhəttəl qaldı. Mahmud paşanın qızı Dona xatun pəncərənin ağzında durub buna qulaq asırdı. Gülüb özü-özünə dedi: – Mən ölüm, qoç Koroğlunun Qıratını gətirənə bir bax. Gedib başının keçəlinin dərdini çəkmir, gör nə qələtlər eləyir. – Mahmud paşa sözünü bir də təkrar elədi. Yenə də keçəl Həmzədən savayı gedirəm deyən olmadı. Mahmud paşa axırda çarəsiz qalıb razı oldu. Keçəl Həmzə irəli yeridi, aldı şərabı içdi, dedi: Mahmud paşa, mənə bir ay vədə ver. Koroğlunun Qıratını gətirə bilmədim, heç, gətirə bildim, onda sözümüz sözdü. Mahmud paşa dedi: – Get, gətirə bilsən Dona xatun sənindi. Keçəl Həmzə ordan çıxıb, evlərinə gəldi. Bir parça çörək götürüb bir dəsmal ilə belinə bağlayıb yola düşdü. Pay-piyada, günə bir mənzil neçə gündən sonra xəbər ala-ala gəlib Çənlibelə çıxdı. Keçəl Həmzə gəlməkdə olsun, sənə kimdən xəbər verim, Koroğludan. Koroğlu bir qayanın başında durub yola baxırdı. Gördü ki, bir adam budu üz qoyub Çənlibelə gəlir. O qədər gözlədi ki, keçəl Həmzə gəldi, yetişdi. Koroğlu qayadan enib, onu qabaqladı ki: – Oğul, nəçisən? Haradan gəlib, haraya gelirsən? Keçəl Həmzə dedi: – İlxıçıyam. Paşanın atına gedirdim. Yeddi il ona at otardım, axırda haqqımı da verməyib, qapısından qovaladı. İndi Çənlibeldə səni deyib gəlmişəm. Əl mənim, ətək sənin, gərək məni dolandırasan. Koroğlu keçəl Həmzəni götürüb Çənlibelə gəldi. Dəlilər Həmzəni görüb dedilər: – Ay Koroğlu, bunu haradan tapıb gətirdin! Keçəllər fəndgir olurlar. Bunun gözləri üçtəpə sağsağanının gözləri kimi qayır-qayır qaynayır. Heç əməlli adama oxşamır. Rədd elə, getsin. Xanımlar da dəlilərin sözlərini təsdiqlədilər. Koroğlu xanımları, dəliləri bir təhər sakit eləyib, dedi: – Görürsünüz yazığın birisidi. Sizə nə eləyəcək. Qoyun süfrəmizin qırıq-quruğundan yeyib, qapıda, bacada dolansın. Keçəl Həmzə qırıx-quruxdan yeyib, qapı-bacanı süpürürdü. Xanımlar, dəlilər nəyə buyururdularsa gedirdi. Getdiyi işi də yaxşı yarıdırdı. Belə zirəkliyinə görə dəlilərin, xanımların yanında keçəl Həmzənin hörməti artdı. Koroğlu keçəl Həmzənin diribaşlığını görüb, onun adını dəyişdirib Kaloğlan qoydu. Günlərin bir günü Koroğlu keçəl Həmzəni yanına çağırıb soruşdu: – Kaloğlan, ata muğayat ola bilərsənmi? Keçəl Həmzə dedi: – Əlimdən gələr, yaxşı baxa bilərəm. Töylədə bir yük yabısı var idi. O qədər yükləmişdilər ki, sümükləri çıxmışdı. Koroğlu ona baxmağı keçəl Həmzəyə tapşırdı. Keçəl Həmzə yabıya muğayat olmağa başladı. Axşam tumarlayır, səhər tumarlayır, yabıya bir can yandırırdı ki, gəl görəsən. Dəlilərin gözlərini oğurlayıb, töylədəki o biri atların otundan, arpasından götürüb yabının qabağına tökürdü. Yabı elə kökəlmişdi ki, dərisinə sığmırdı. Bir gün Koroğlu töyləyə atların yanına gəlmişdi. Yabıya baxıb mat-məhəttəl qaldı, dedi: – Ay Kaloğlan, sən ata yaxşı muğayat olurmuşsan. İndi ki, belə ata baxmaq əlindən gəlirdi, niyə məndən gizlədirdin? Afərin sənə! Keçəl Həmzə çox hörmətə minmişdi. Hansı işə buyururdular yarıdırdı, hansı ata muğayat olmağı tapşırırdılar, beş gündə dərisinə sığmaz eləyirdi. Axırda Koroğlu Dürata bağmağı keçəl Həmzəyə tapşırdı. Bu işə xanımlar, dəlilər razı olmadılarsa da, Koroğlu onlara qulaq asmadı. Keçəl Həmzə bir neçə gün Dürata çox yaxşı baxdı. Elə ki, bir neçə gün keçdi, atın arpasını xırpadan kəsdi. Dürat başladı arıqlamağa. Koroğlu işi belə görüb bir gün Həmzədən soruşdu: – Ay Kaloğlan, bu at niyə belə günü-gündən dala gedir? Olmaya yaxşı baxmırsan? Keçəl Həmzə dedi: – Mən əlimdən gələni eləyirəm, amma at gecə-gündüz içəridə başından axura bağlı, ayaxları da buxovlu. Eşik üzü görmür, çox güman ki, ondan sınıxdır. Qırat ilə Dürat bir töylədə bağlanırdı. Atların ikisinin də ayağında buxov var idi. Özləri də ayrı-ayrı açarlarla açılırdı. Koroğlu çıxartdı Düratın açarını keçəl Həmzəyə verdi. Xanımlar, dəlilər bunu eşidib dedilər: – Ay Koroğlu, sən nə eləyirsən? Tanımadığın, bilmədiyin bir adama etibar eləyib Düratın buxov açarını verirsən? Koroğlu yenə də xanımları, dəliləri sakit elədi ki, qorxmayın, heç zad olmaz. Keçəl Həmzə bir neçə gündə Düratı dərisinə sığmaz elədi. Keçəl Həmzə buraya gələni az qalmışdı ki, bir ay olsun. Onun Mahmud paşaya verdiyi vədə tamam olurdu. Keçəl Həmzə gecələrin birində ayağa qalxıb öz-özünə dedi: – Mən bir il də burada qalsam Koroğlu Qıratın nə mehtərliyini, nə də buxovunun açarını mənə verməyəcək. Toqat şəhərində nə tanıyırlar ki, Qırat hansıdı, Dürat hansıdı. Elə bunu aparım, paşanı aldadım, qızı alım, beş gün bu dünyada kef çəkim. Keçəl Həmzə bunu deyib, gecə xəlvətcə Düratı mindi. Asta qaçan namərddi, birbaş qaçdı. Sabah açıldı, mehtərlər yerlərindən qalxıb, atlara arpa-saman vermək üçün töyləyə gəldilər. Gördülər ki, nə Dürat var, nə də keçəl Həmzə. Başı lovlu Koroğlunun yanına gəlib dedilər: – Nə Dürat var, nə də keçəl Həmzə. Dəlilər çaxnaşıb bir-birinə dəydilər. Xanımlar da bir yandan düşdülər Koroğlunun üstünə, başladılar onu məzəmmətləməyə. Taxsırkar olduğundan Koroğlu nə dəlilərin, nə də xanımların töhmətinə dinmədi. Kiriyib qaldı. Amma dəlilər sakit olmayıb deyirdilər: – Biz sənə demədikmi, tanımadığın adama etibar eləyib atı tapşırma. İyidin atını apardılar ya arvadını, ikisi də namusdan sayılır. Bizim qorxumuzdan quş quşluğu ilə Çardaxlı Çənlibelin həndəvərinə gələ bilmir. Qoç Koroğlunun, Çənlibelin, dəlilərin adı gələndə paşalar, bəylər tir-tir titrəyir. Bir keçəl gədənin birisi gəlib buradan at aparsın. İndi bu xəbər ətrafa yayılacaq, düşmənlər üstümüzə ayaq alacaq. Özün öz əlinlə elə iş elədin ki, aləm yığılsaydı, eləyə bilməzdi. İndi de görüm Düratı haradan tapacaqsan, necə gətirəcəksən? Koroğlu dedi: – Dürat gedib, Qırat durur, minib gedib tapıb gətirərəm. Az məni məzəmmət eləyin. Koroğlunun hirsi tutanda yanına gedib onu dindirmək olmazdı. Deyirlər ki, belə vaxtlarda bir üzü üstə, iki-üç gün yatardı, acığı soyuyardı. İndi də ki, Koroğlunun hirsindən, qəzəbindən tay danışma, gözləri qanla dolmuşdu. Acığından az qalırdı dəmir gəmirsin. Necə ki, üzü üstə düşdü düz iki gün-iki gecə ac-susuz yatdı. Üçüncü gün yuxudan ayılıb, Eyvazı səsləyib tapşırdı ki, bir ayrılıq məclisi qursun. Eyvaz məclis qurdu. Təkcə Koroğluya yeddi batman düyünün plovunu, yeddi qoyun şaqqası, yeddi tuluq şərab hazırlatdı. Yedilər, içdilər, Koroğlu bığlarını eşdi, qulaqlarının dalında burdu. Altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı, axırıncı badəni bığlarının altından ötürüb ayağa qalxdı. Qıratı ifçin yəhərləyib, qabağına çəkdilər. Xanımlarla, dəlilərlə halallaşıb sıçradı Qıratın belinə mindi. Düratın üç günd getdiyi yolu Qırat bir gündə gedirdi. Koroğlunun elə bircə Qırata mindiyi göründü. At elə bil ki, quş kimi qanad açdı. Dağları, daşları düz elədi, ildırım kimi çaxıb gözdən itdi. Qıratın nallarından qığılcım qalxırdı. Yolu başına götürmüşdü. Elə gedirdi ki, elə bil bir ox idi kamandan qurtarmışdı, süzürdü. Koroğlu getməkdə olsun, o tərəfdən keçəl Həmzə də üç gün, üç gecə idi ki, canının qorxusundan bir yerdə düşüb dincəlməyib at sürürdü. Yolun üstündə Qırx dəyirmanlar deyilən bir yer var idi. Oraya çatmağa az qalmışdı ki, Həmzə dönüb geri baxdı ki, yolda toz-dumana qarışıb, duman toza. Bir də diqqət eləyəndə gördü budu Koroğlu Qıratın üstündə elə gəlir, elə gəlir ki, ley kimi. Keçəl Həmzənin tüpürcəyi ağzında qurudu. Ha udqundu gördü yox, ağzının suyunu uda bilmir. Çünki öz işini bilirdi. Bilirdi ki, Koroğlu yetişən kimi onunkunu ona verəcək. Düratı qamçılayıb, özünü tez qırx dəyirmanların qapısına saldı. Atdan düşdü, atı dəyirmanın qapısındakı dirəyə bağlayıb tələsik çağırdı: – Ay dəyirmançı, bir tez eşiyə çıx! Dəyirmançı tez eşiyə çıxıb soruşdu: – Qardaş, nə istəyirsən? Həmzə dedi: – Bax o yol ilə gələn qoç Koroğludu, Çənlibeldən gəlir. İlxısına qotur düşüb, dəyirmançı beyni axtarır ki, atlarını qoturdan qurtarsın. Tez başına çara tap. Yetişsə ömrünü tamam eləyəcək. Dəyirmançı dili tutar-tutmaz dedi: – Ay qadan alım, bəs mən nə eləyim? Onun əlindən necə qurtarım? Həmzə dedi: – Soyun paltarını mənə ver, mən geyim, mənim də paltarımı sən gey, get dəyirmanın donuzluğunda gizlən. Mən Koroğlunun ağzını yana sala bilsəm salmışam, yox sala bilməsəm onda qoy məni öldürsün, sən yazıqsan. Dəyirmançı tez paltarını çıxardı, ona verdi, Həmzə də paltarını dəyirmançıya verdi. Dəyirmançı qaçıb donuzluğa girdi. Həmzə dəyirmançının paltarını geyinib dəyirmanın içinə girdi. Özünü guppadan unluğun içinə salıb üzünü-gözünü o ki var una buladı, un kürəyini də əlinə alıb, unluğun qabağında dayandı. O tərəfdən Koroğlu özünü alıcı quş kimi dəyirmanın qapısına yetirib çığırıb dedi: – Ay dəyirmançı, tez gəl bu atı tut! Keçəl Həmzə dəiyrmançı paltarında qapıya çıxıb dedi: – Nə buyurursan? Koroğlu dedi: – İndicə mənim qabağımca buraya gələn atlı necə oldu? Keçəl Həmzə dedi: – Odu, içəridə dəyirmanın donuzluğuna girib gizlənib. Koroğlu tez atdan düşdü. Qıratı Həmzənin yedəyinə verib özü dəyirmana girdi. Ağzını donuzluğa tutub dedi: – Əyə, ay keçəl, belə çıx! Dəyirmançı daha da qorxub dedi: – Haraya çıxım? Mənim sənin ilxının qoturuna dərman olası beynim yoxdu. Ölsəm də çıxmaram. Koroğlu dedi: – Əyə, ay keçəl, qotur nədi, beyin nədi, belə çıx səninlə işim çoxdu. Koroğlu gördü ki, dəyirmançı öz xoşuna donuzluqdan çıxmaq istəmir, irəli yeridi. Dəyirmançı qorxub çəkildi. Koroğlu bir az da irəli yeridi. Dəyirmançı yenə də o tərəfə çəkildi. Birdən dəyirmançının başı dəyirmanın pərinə keçdi. Pər yazıq dəyirmançını bircə dəqiqədə öldürdü. Koroğlu irəli yeriyib gördü ki, keçəl Həmzə nə gəzir, ölən dəyirmançıdı. Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yanyörəsinə hərlənib özünə mehriban eləmişdi. Bir də Qıratın belə bir xasiyyəti var idi ki, Koroğlu onun yüyənini kimə tapşırsaydı, ona üzəngi verərdi. Odu ki, Koroğlunun başı içəridə dəyirmançıya məşğul olanda keçəl Həmzə Qıratı mindi. Koroğlu dəyirmandan çıxıb baxdı ki, keçəl Həmzə Qıratın belində, özü də dəyirmandan bir az aralı durub hərdən bir də atı qamçı ilə vurub incidir. Koroğlu indi başa düşdü ki, keçəl Həmzə onu aldadıb. Bir qəzəbləndi, Misri qılıncı çəkib hücum eləmək istədi. Ancaq baxdı ki, bundan bir fayda olmayacaq. Bilmədi ki, nə eləsin. Bir də baxdı ki, insafsız həm də Qırata elə bir qamçı vurdu ki, az qaldı od çıxsın. Ürəyi yanıb aldı, görək nə dedi: Canım Həmzə, gözüm Həmzə!.. Həmzə, incitmə Qıratı!.. Budu sənə sözüm Həmzə, Həmzə, incitmə Qıratı!.. Qıratdı mənim dirəyim, Əriyər, qalmaz ürəyim. Sən olasan duz çörəyim, Həmzə, incitmə Qıratı!.. Eşidər paşalar, bəylər, Şadlıq xəbərini söylər, Koroğlu iltimas eylər, Həmzə, incitmə Qıratı! Keçəl Həmzə dedi: – Koroğlu, elə adın var imiş. Bir ay süfrənin qırıq-quruğundan yedim, indi onu da dilinə gətirdin, başıma çaldın. Özün karvanlar soyursan, mal-dövlət alırsan, indi bir at nədi ki, ondan ötəri bu qədər yalvarır, yaxarır, yanıb hayıfsılanırsan? Koroğlu dedi: – Mən ondan ötəri hayıfsılanmıram. Ona yanıram ki, sən Qıratı aparıb saxlayan, minən deyilsən. Gəl atı özümə sat. Bunu eləməsən əylən, onda Qıratın qiymətini deyim, allanıb ucuz satma! Aldı Koroğlu: Əylən, deyim Qıratın qiymətini, Səksən min sərkərdə mala da vermə! Səksən min ağ tüklü qəmər öyəcə, Səksən min xəzinə pula da vermə! Səksən min ilxıya, səksən min ata, Səksən min mahaldan gələn barata, Səksən min kotana, səksən min cütə, Səksən min kotanlı kala da vermə! Koroğlu dövlətin endirsin düzə, Say götür hamısın səksən min yüzə. Səksən min gəlinə, səksən min qıza, Səksən min ərgənə, dula da vermə! Keçəl Həmzə dedi: – Koroğlu, arxayın ol, qiymətinə sataram. Koroğlu gördü keçəl Həmzə Qıratı verməyəcək, dedi: – Barı qulaq as deyim, atı necə saxlamaq lazımdı. Aldı əlüstü, görək nə dedi: Həmzə, atı yaxşı saxla, At iyidin qardaşıdı. Gündə muğayat ol yoxla, At iyidin qardaşıdı. Yaz olanda dağa yollat, Yay olanda ifçin nallat, Qış olanda məxmər çullat, At iyidin qardaşıdı. Atı sevib bəslə körpə, Hayqıranda çıxsın sarpa. Hər yeyəndə qırx tas arpa, At iyidin qardaşıdı. Uzaq-uzaq yollarınan, Belə ipək çullarınan, Hoqqa yarım nallarınan, At iyidin qardaşıdı. Məclis qurdum çoxlarınan, Dava etdim oxlarınan, Qara polad mıxlarınan, At iyidin qardaşıdı. Sərin-sərin yu suyunan, Quyruğu bağlı muyunan, Qoç Koroğlu çox öyünən At iyidin qardaşıdı. Keçəl Həmzə dedi: – Koroğlu, nə zaman Qıratın dalınca Toqata gəlsəm özüm üzəngini basıb səni mindirəcəyəm. Amma indi heç üz vurma, atı verməyəcəyəm. Gərək aparıb Mahmud paşaya verib, Dona xatunu alam. Keçəl Həmzə bunu deyib, Qıratı səyirtdi, gözdən itdi. Koroğlu Düratı qaytarmağa gəlmişdi, Qıratı da əlindən verdi. Ona bu hamısından ağır gəldi, dəyirmanın qapısında yerə oturdu, aldı görək nə dedi: Çünki oldun dəyirmançı Çağır gəlsin dən Koroğlu! Verdin Qırı, aldın Dürü, Döy başına, yan Koroğlu! Qırat əldən getdi, barı, Canda qaldı intizarı. Üyüd arpa, buğda, darı, Al şahadın sən, Koroğlu! Uca dağlarda döşlətdin, Ağır alaylar boşlatdın, Yüz il lotuluq işlətdin, Axır oldun xam, Koroğlu! Özün allatdırdın büyün, Sinəmə çəkildi düyün, Gedin dəlilərə deyin, İşə düşdüm mən Koroğlu! Koroğlunun özü ac idi, atı da arpasız. Axşam düşdüyündən dəyirmana gələn də olmadı. Koroğlu ac-susuz yatdı. Elə ki, sabah açıldı bir də baxdı ki, budu bir kişi qabağında iki yüklü öküz gəlir. Kişi gəlib yetişdi. Bir Koroğluya baxdı, bir paltar-maltarına, şəst-bəstinə baxıb dedi: – A qardaş, hanı dəyirmançı? Koroğlu dedi: – Dəyirmançı yoxdu, indi dəyirmanda mən dururam. Koroğlu özü öküzlərin üstündən çuvalları düşürdü, dəyirmana apardı, sonra kişidən soruşdu: – Qardaş, bunların içində heç arpa varmı? Mənim atım arpasızdı, qorxuram damağ ola, bir az ona arpa verim yesin. Kişi dedi: – Çuvalların ikisi arpadı, ikisi buğda. Arpa çuvalları yarımçıq idilər. Koroğlu bağlamaları bir-birinə boşaltdı, bir çuval elədi, Düratın qabağına qoydu. Kişi istədi Koroğluya mane olsun, Koroğlu gözünü elə bərəltdi ki, kişi qorxudan çıqqırını da çəkə bilmədi, çəkilib bir tərəfdə durdu. Gördü yox, bu o dəyirmançılardan deyil, bir az da o yan, bu yan eləsə çəkib cərcənəyini ayıracaq. Koroğlu özü də yaman ac idi. Dürat arpasını yeyənə qədər buğda çuvallarını töküb üyütdü. Unluğa da su buraxıb xamır qayırdı. Çəkib dəyirmanın bir tərəfini sökdü, pərdilərdən ocaq çatdı, xamırı çörək bişirdi. Öküzün də birini kəsdi, soydu, cəmdəyinin yarısını kabab çəkdi, yarı çiy, yarı bişmiş yeyib toqqanın altını bərkitdi, sonra durub Düratı minib, üzünü Çənlibelə çevirdi. Bir də baxdılar ki, budu Koroğlu gəlir. Gəlir amma necə gəlir... Hamı başını aşağı saldı. Nə bir salam, nə bir sabah. Heç keyfin, halın da soruşmadılar. Koroğlu atdan düşdü. Eyvaz onun qabağına çıxdı, aldı görək nə dedi: Təzə sövdəyər olubsan, Sövdan da mübarək olsun! Alış-veriş öyrənibsən, Sövdan da mübarək olsun! Niyə girdin dəyirmana, Bizi qoydun yana-yana, Atı verdin Kaloğlana, Sövdan da mübarək olsun! Sən Eyvazı qoydun xəstə, Get comərddən mətləb istə, De bir neçə verdin üstə? Sövdan da mübarək olsun! Koroğlu neçə-neçə səfərlərə getmişdi, amma heç olmamışdı ki, qayıdanda dəlilər belə eləsinlər. Amma bu dəfə xanımlar onun üzünə baxmırdı, dəlilər salam vermirdi. Axırda Koroğlu aldı, görək nə dedi: Keçər dövran belə qalmaz, Şad ol könül, nə məlulsan? Dəlilərim salam verməz, Şad ol könül, nə məlulsan? Geydiyim iyid kürküdü, Dünya Süleyman mülküdü, Dövlət ki var əl çirkidi, Şad ol könül, nə məlulsan? Koroğluyam deyim sənə, Od tutub alışdı sinə. Aşıqlığım bəsdi mənə, Şad ol könül, nə məlulsan? Bu sözdən dəlilər incidilər ki, çox yaxşı iş görübsən hələ danışırsan da ki, “aşıqlığım bəsdi”. İndi ki belə oldu, indi ki sən bizi heçə sayırsan, onda biz də çıxıb gedirik. Koroğlu çox qəzəbli idi. Bir tərəfdən Qırat əldən getmişdi, bir tərəfdən də Həmzə kimi keçəlin biri onu aldatmışdı. Öz dərdi özünə bəs deyildi, indi də dəlilər belə deyirdilər. Elə ki, dəlilər dedilər biz də çıxıb gedirik, Koroğlu qəzəbinin gücündən özünü saxlaya bilməyib birdən qayıtdı ki: – Əşi gedin də, nə eləyim gedirsiniz! Bu söz dəliləri götürdü. Tay onların qabağını saxlamaq çətin iş idi. Hamısı vəlvələyə düşdü. Hamı getmək üçün hazırlaşmağa başladı. Nigar işdən xəbər tutub dəlilərin qabağını kəsdi, onları geri qaytardı. Nigarın dəlilər arasında o qədər hörməti var idi ki, onun bir sözünü iki eləməzdilər. Hamı qayıdıb oturdu. Nigar da onların arasında oturub üzünü də o yana çevirdi. Koroğlu baxdı ki, Nigar da ondan üz çevirdi. Bu, Koroğluya hamısından bərk yer elədi. Sazı döşünə basıb görək Nigar xanıma nə dedi: Ala gözlü Nigar xanım, Üzün məndən niyə döndü? Sənə qurban şirin canım, Üzün məndən niyə döndü? Qoyun otlar quzu ilə, Ayağının tozu ilə. Müxənnətin sözü ilə Üzün məndən niyə döndü? İyidin yatmasın baxtı, Yana çevrilməsin taxtı, Koroğlunun məlul vaxtı, Üzün məndən niyə döndü? Nigar heç bir söz deməyib sazı Koroğlunun əlindən aldı. Səmərqənd kağızı kimi ağ sinəsi üstünə basıb dedi: Binadan gözəl olmayan Telin qədrini nə bilər? Çöldə gəzən boz sərçələr, Gülün qədrini nə bilər? Kal qoşub kotan əkməyən, Nanın süfrəyə tökməyən, Arının qəhrin çəkməyən Balın qədrini nə bilər? Utan, qoç Koroğlu, utan! Dağların damənin tutan! Sənin kimi başa çatan Elin qədrini nə bilər? Nigar sazla dediyi kimi sözlə də dedi: – Sən ki dəlilərə belə söz dedin, daha mənim də səninlə işim yoxdu. Deyirlər ki, Koroğlu heç bir söz deməyib düz durub getdi. Üç gün, üç gecə tamam ac, susuz ağzı aşağı düşüb yatdı. Bir də yuxusunda gördü ki, Toqatdadı. Qırat da altında. Diksinib qalxdı. Baxdı ki, Eyvaz başının üstündə oturub ağlayır. Koroğlunun ürəyi alışdı, sazın götürüb dedi: Eyvaz, məndən nə istərsən Candımı, başdımı, nədi? Axıdırsan ala gözdən Qandımı, yaşdımı, nədi? Məclisdə dolanmır sağın, Sinəm üstdən getməz dağın, Tökülübdü qaş-qabağın, Boranmı, qışdımı, nədi? Dayan, Qoç Koroğlu, dayan!.. Sözlərini elə bəyan. Yatıbsan qəflətdən oyan, Gördüyün duşdumu, nədi? Eyvaz qalxdı, genə bir məclis qurdu. Xanımlar, dəlilər hamısı Koroğlunun başına yığışdılar. Yedilər, içdilər, kefləri kökəldi, damaqlar çağaldı, inciklik yaddan çıxdı, əvvəlki kimi şirin dost, mehriban yoldaş oldular. Bu zaman Koroğlu sazı sinəsinə basdı aldı görək nə dedi: Allahı çağırıb düşərəm yola, Bu dərdi sinəmdə qala qoymaram. Qıratım həsrətlə yolum gözləyir, Düşmənin əlində qala qoymaram. Ah çəkərəm hərdən köysüm ötürrəm, Yola düşüb mətləbimi bitirrəm, Ya ölərəm, ya Qıratı gətirrəm, Ayı dolansa da, ilə qoymaram. Koroğluyam, qoç oğluyam, qoçam mən, Çətindi ki, mərd meydandan qaçam mən, Havada dövr edən tərlan quşam mən, Sarlar şikarımı ala qoymaram. Koroğlu altdan geyindi, başdan qıfıllandı, başdan geyindi, ayaqdan qıfıllandı, Misri qılıncı bağladı, qalxan asdı, əmud götürdü, dava libasının üstündən, bir kürk geyindi, çiyninə də bir saz keçirdi, tək başına payıpiyada Toqata tərəf yola düşdü. Az getdi, çox dayandı, çox getdi az dayandı, gecəni gündüzə qatdı, gündüzü gecəyə qatdı, özünü Toqat şəhərinə yetirdi. Baxdı ki, hava qaranlıqlaşır. Bir qarının qapısını döyüb dedi: – Ay qarı nənə, bu gecəliyə məni qonaq eləyərsənmi? Qarı dedi: – Niyə eləmirəm. Koroğlu qarıya bir qədər pul verib dedi: – Elə isə al, mənə yemək hazırla. Qarı pulu çox görüb soruşdu: – Pulun qalanını neyləyim? Koroğlu dedi: – Qalanı nədi, hamısına al. Qarı soruşdu: – Tək başına bu qədər şeyi neyniyirsən? Koroğlu gülüb dedi: – Qonağım var, on adamlıq xörək bişir. Koroğlu içəri girib, oturdu. Qarı tez ayağa durub bazara üz qoydu. Yağdan, düyüdən, ətdən alıb gətirib on adamlıq xörək hazırladı. Elə ki, xörək hazır oldu, qarı gəldi ki: – Yaxşı, xörək hazırdı, sənin də yoldaşların gəlmədi, nə eləyək? Koroğlu dedi: – Onlar tay gəlməyəcək. Çək, gətir buraya. – Elə hamısını? – Elə hamısını. Qarı əvvəlcə inanmadı. Sonra gördü yox balam bu elə deyəsən ciddi danışır. Fikirləşdi ki, yaxşı çəkib apararam. Bu tay əjdaha-zad deyil ki, bir qarını var da, yediyini yeyər, qalanı da qalar. Bu elə mənim on beş günümə bəsdi. Qərəz, qarı ortalığa yekə bir mis məcməyi qoyub plovu çəkdi. Məcməyi təpə kimi qalandı. Yazıq qarı nə qədər hıqqandı, məcməyini yerdən götürə bilmədi. Koroğlu işi belə görüb durub gəldi, məcməyini özü götürüb evə gətirdi. Plovu ortalığa qoydu, qollarını çırmayıb əyləşdi. Qarı fikirləşdi ki, mənim oturub bununla bir yerdə yeməyim yaxşı deyil. O yeyər, doyar, onsuz da qalanı mənə qalacaq. Koroğlu qarını çağırdı ki: – Qarı nənə, gəl. Qarı dedi: – Sən ye, mən ac deyiləm. Koroğlu dedi: – Nə yemisən ki, ac deyilsən? Gəl, sonra peşiman olarsan. Qarı naz edib dedi: – Yox, sən ye. Mən plovun iyisi ilə doymuşam. Koroğlu bir də dedi: – Qarı nənə gəl, bax sonra peşiman olarsan ha... Koroğlu ilişdi plova, birinci tikədə plovun ürəyi üzüldü. İkinci, üçüncü, qarı gördü bu bir-iki tikə də vursa, məcməyidə bir şey qalmayacaq, düşdü qarın ağrısına ki, plovdan şişəcəyəm. Ancaq tay bir dəfə yemirəm demişdi, düşmüşdü boynuna deyin yaxınlaşa da bilmirdi. Elə bu fikirdəydi, Koroğlu bir də dedi: – Qarı nənə, gəl... peşman olarsan. Qarı elə bu sözə bənd idi. Tez çökdü məcməyinin başına. Qərəz yedilər, içdilər. Koroğlu bir düzəldi, pələ bığlarını eşdi, qarı ortalığı yığışdırdı, əyləşib söhbətə başladılar. Qarı soruşdu: – Ay qonaq, de görüm sən kimsən? Haradan gəlib, haraya gedirsən? Koroğlu dedi: – Qarı nənə, mən aşıqam. Çənlibeldənəm, bəs sizin şəhərdə nə var, nə yox? Qarı soruşdu: – Oğul, yaxşı vaxtında gəlib çıxıbsan. Keçəl Həmzə Koroğlunun Qıratını gətirəndən sonra paşa ona bəylik verib. Bu gün paşa qızını da ona verib toy eləyir. İndi toydu, aşıq axtarırlar. Sabah gedər oxuyar, bolluca nəmər yığarsan. Koroğlu dedi: – Ay nənə, indi Həmzənin gətirdiyi Qıratı harada saxlayırlar? Qarı nənə: – Mahmud paşanın töyləsində. Amma ay qonaq, bir də mənə nənə desən səndən inciyərəm. Mən qoca ha deyiləm. Dişlərimi nuzla töküb. Koroğlu o gecə qarının evində qaldı, sabah qalxıb keçəl Həmzənin toyuna gedəndə dedi: – Ay qarı, mən gedirəm, bəlkə buraya qayıda bilmədim, görüşə bilmədik, sənə bir neçə kəlmə sözüm var, onu deyim barı ürəyimdə qalmasın. Aldı Koroğlu dedi: Bir qarıya qonaq oldum, Nə yaman camxanası var. Dövlətini xəbər aldım, Bir inək, bir danası var. Qarı gəlir bizə yavuq, Əl-ayağın tutub soyuq, Çeşdəliyə bir cüt toyuq, Axşama qayğanağı var. Qarı deyəndə tozlanır, Gəlin deyəndə nazlanır, Qabaqda qarpız gizlənir, Dalında topxanası var. Koroğlunun hədyan işi, Qovğadan açılmır başı, Düşüb otuz iki dişi, Bir kötük nişanası var. Koroğlu sözünü qurtarıb qarıya bir az da pul verdi, saz da çiynində gəlib, Mahmud paşanın imarətinə çatdı. Baxdı ki, bir toydu, bir toydu ki, gəl görəsən. Otaq paşa, bəy, xan, tacirlərlə doludu. Eşitdilər ki, aşıq gəlib, hamı sevindi... Koroğlunu çəkib məclisə apardılar. Baxdılar ki, bu aşıq heç onlar görən aşıqlardan deyil. Boyu uca, kürəkləri enli, süksünü kal süksünü kimi, boynunun əti kirdin-kirdin, bığları burulub keçirilib qulaqlarının dalına. Süründən-sifətindən zəhm tökülür. Qorxudan üzünə baxmaq olmur. Məclisdəki paşalardan biri dedi: – Aşıq, hara aşığısan? Koroğlu dedi: – Çənlibel aşığıyam. Paşa dedi: – Qoç Koroğlunu tanıyırsanmı? Koroğlu dedi: – Yaxşı tanıyıram. Bir neçə il onun yanında aşıq olmuşam. Toqatın paşası Mahmud paşa dedi: – Bu gün dəli Koroğlunun Qıratını gətirən Həmzə bəyin toyudu. Qıratı gətirdiyinə görə bəylik alıb. Dona xatunu da ona vermişəm. İndi sən də bu toyda bir az dəli Koroğludan oxu, qulaq asaq. Koroğlu Qıratın adını eşitcək elə bil ki, ürəyinin başına od düşdü. Sazı sinəsinə basıb, aldı görək nə dedi: Canım Qırat, gözüm Qırat?! Yarəb, Qırat dururmu ola?! Mahmud paşa mehtərləri, Otun, suyun verirmi ola?! Qırata xələt biçəndə, Üstündə badə içəndə, Şeşpər yalmandan keçəndə Sərxoş-sərxoş yerirmi ola?! Qoç Koroğlu, hanı, hanı? Dostunla düşmanın tanı! Qırat ilə Eyvaz xanı, Bir də gözüm görürmü ola?! Mahmud paşa dedi: – Aşıq, dəli Koroğlunu çox hünərli deyirlər. İndi de görüm Koroğlu iyiddi, ya mən? Koroğlu dedi: – Paşa, onun iyidliyi, mərdliyi dillərdə əzbər olub, aləmə yayılıb, hamı eşidib, mən də bilirəm. Amma səni indi görürəm. İzin ver, iyidliyin nişanını səndən xəbər alım, bilim, sonra deyim. Götürdü Koroğlu, görək nə dedi: Uca-uca dağ başında, Yel kimi əsdiyin varmı? Əlli, altmış atlı ilə Bir ordu basdığın varmı? Namərd sirrini biləndə, Müxənnət üzə gələndə, Yağı düşman güc gələndə, Meydandan qaçdığın varmı? Qızıb gəzəndə meydanı, Qıraram sultanı, xanı, Ovuc-ovuc düşman qanı, Doldurub içdiyin varmı? Ərin qüvvəti qolumda, Dəlilər sağı-solumda, Eyvaz tək oğul yolunda, Canından keçdiyin varmı? Koroğlunun yox insafı, Dava günü olmaz lafı, Misri qılınc, dəmir qapı, Endirib kəsdiyin varmı? Məclisdəki paşalardan biri dedi: – Aşıq, yaxşı oxuyursan, amma elə bərk bağırırsan ki, səsin az qalır qulaqlarımızı dəlsin. Sözünü bir az alçaqdan de. Bir də sən Mahmud paşadan iyidliyin nişanəsini xəbər aldın, heç özün demədin görək iyidin nişanı nədi. Söylə görək sizin yerin iyidləri necə olur? Aldı Koroğlu: Bizim elin dəliləri Girər meydana mərd olu. Ölüncə meydandan qaçmaz, Girəndə meydangərd olu. Sarp qayalarda yurd olmaz, Müxənnətə söz dərd olmaz, Çaqqal əniyi qurd olmaz, Yenə qurd oğlu qurd olu. Dəlilərim fovcu-fovcu, At minib düşman qovucu, Belində Misri qılıncı, Koroğlu kimi mərd olu. Mahmud paşa dedi: – Aşıq, sən dedin ki, Dəli Koroğlunu tanıyırsan, onun Qıratını da görübsən. Heç atın xasiyyətindən, nişanından bilirsənmi? Bir az de, qulaq asaq. Aldı Koroğlu: Paşa, sənə nişan verim Qıratı, Əbrişin ipəkdən yalı gərəkdi. Bir mina boyunlu, uca sağrılı, Bir yarım hoqqadan nalı gərəkdi. Bir alma dırnaqlı, hündür boyunlu, Meydana girəndə yüz min oyunlu, Dəyirman mədəli, ac qurd yeyimli, Ortası qoluna dolu gərəkdi. Qaranlıq gecədə yol çaşırmayan, Düşmən qabağında ər düşürməyən, Üstündə əl-ayaq yığşırılmayan, Koroğlunun atı dəli gərəkdi. Mahmud paşa dedi: – Aparın aşığı yedirib, içirin. Saqi Koroğlunu şərab olan otağa apardı. Qabağına bir qab şərab qoydu. Koroğlu qabı bir xortumda boşaldıb dedi: – Belə şey mənim ağzımı da islatmaz. Verirsən ver əməlli-başlı içək, vermirsən gedək özümüzə gün ağlayaq. Otaqda üç tuluq yarım şərab var idi. Saqi Koroğlunu orada qoyub iri qab gətirməyə getdi. Saqi çıxcaq Koroğlu özünü verdi tuluqların yanına. Bir, iki, üç, bir hovurdu üç tuluq yarım şərabı içib, boş tuluqları bir tərəfə tullayıb, oradan keçdi aşxanaya. Aşbaz bir sini aş çəkib qoydu Koroğlunun qabağına. Gözünə dönüm Koroğlu, iki şapalaqda bir sini aşı qara bığının altından ötürüb dedi: – Aşbaz qardaş, bu mənim bir küncümdə qaldı, aş ver oturduğuma görə doyunca yeyim. Aşbaz bir yekə sini də çəkib aşı Koroğlunun qabağına qoydu, Koroğlu onu da aşırdı. Bir də istəyəndə aşbaz dedi: – Ay balam, haramı deyilsən ki, iki sini aşla doymadın? Koroğlu dedi: – Yeddi batman düyünün aşı, yeddi qoyunun yarı şaqqası, mənim bir dəfəmin xörəyidi. Belə şeylər mənim harama çatacaq? Aşbaz istədi ki, Koroğlunu aşxanadan çıxartsın. Koroğlu bir əli ilə aşbazın boğazından tutub, belindən iki qatlayıb boş qazanlardan birinin içinə soxdu, ağzına da bir sini çevirib üstündə oturdu. Yavaşca qollarını çırmaladı, aş qazanlarını qabağına çəkib bir oturumda yeddisini aşırdı. Elə ki, qurtardı, pələ bığlarını eşdi, qulaqlarının dalından keçirdi, girdi məclisə, məclisdəkilər dedilər: – Aşıq, yedin doydun, indi oxu, qulaq asaq. Aldı Koroğlu görək nə dedi: Muradbəyli derlər bizə, Meydanda mərdlik işləni. Qoç iyiddən oğul törər, Düşman gözündə beşləni. Uca dağlarda duraram, Çəkib bəzirgan vuraram, Gündə üç içki quraram, Yüz min tümənlər xərcləni. Hay deyəndə haylarım var, Hoy deyəndə hoylarım var, Qurdlarım var, aylarım var, Hay vursam şəhrin boşlanı. Paşalar Koroğlunu tanımamışdılar. Onlar elə bilirdi ki, bu doğrudan da aşıqdı. Keçəl Həmzə Çənlibeldən Qıratı gətirəndən bəri at neçə mehtəri tələf eləmişdi. Heç kəs atın yanına gedə bilmirdi. Mahmud paşa baxdı ki, bu aşıq deyəsən Qıratı yaxşı tanıyır. Ondan soruşdu: – Aşıq, budu neçə müddətdi ki, Qıratı gətirtdirmişəm, amma vərəm dəymiş heç kəsə əl verməyir. Sən onu ipə-sapa öyrədə bilərsənmi? Koroğlu bunu eşitcək az qaldı ruhu bədənindən uçsun. Tez dedi: – Bəli. Mahmud paşa əmr elədi, Koroğlunu Qıratın yanına saldılar. Qırat Koroğlunu görən kimi tanıdı. Bərkdən kişnədi. Koroğlunun könlü açıldı. Ürəyi coşub tel-tel oldu. Aldı görək nə dedi: Çənlibeldən səni deyib gəlmişəm, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Dəmir libas, polad geyib gəlmişəm, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Əzəldən biləydim sənin halını, Əşrəfidən kəsdirərdim nalını, Yüz gözələ toxudardım çulunu, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Qabaqda qalırmı arpan səhərə? Üzəngilər nə yaraşar yəhərə... Dəlilər salmışdı məni qəhərə, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Bir atım var atım-atım atılır, Qulaqları qarğı kimi çatılır, Ucuzluqda min tümənə satılır, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Mərd iyidlər belə baxmaz atına, Sənsiz getmək olmaz el baratına, And verirəm Koroğlu qıryatına, Alma gözlüm, qız birçəklim Qırat, gəl! Qırat Koroğlunun səsini eşidəndə elə kişnədi ki, yer titrədi. Koroğlu irəli yeriyib qollarını doladı Qıratın boynuna. Üzündəngözündən öpüb, yalını-yalmanını tumarladı, ifçin yəhərləyib töylədən çıxartdı. Keçəl Həmzə töylənin qapısında hazır durmuşdu. İrəli gəlib Qıratın üzəngisini basdı, dedi: – Koroğlu, mən dəyirmandakı vədəmi yerinə yetirdim. Koroğlu Qıratı minəndən sonra əynindəki kürkü çıxartdı, Misri qılıncının dəstəsindən yapışdı. Tay paşalardan, xanımlardan, bəylərdən soruşma. Hamı bir-birinə dəydi. Aldı Koroğlu görək nə dedi: Mindim Qıratın belinə, Kaş ki, düşman yüz olaydı. Çəkəndə Misri qılıncı, Dərə, təpə düz olaydı. Atı mindim gəzdirməyə, Düşman bağrın əzdirməyə, Dona çayı üzdürməyə, Qırat bir qəvvas olaydı. Verin yeddi illik xarcı, Paşalar gətirsin bacı. Koroğlu çəkib qılıncı, Düşmən üzbəüz olaydı. Mahmud paşa hökm elədi, qoşun yerbəyerdən atlanıb Koroğlunun üstünə yeridi. Koroğlu Mahmud paşanın belə hökm verməyini görəndə, aldı görək nə dedi: Laf eyləmə, dəli paşa, Ağır-ağır ellərim var, Bir tamaşa eyləyəsən, Qılınc çalan qollarım var. Uca dağlardan daşlanı, Ağır alaylar boşlanı, Gəlsələr dava başlanı, İyid-iyid dəllərim var. Mən anadan mərd olmuşam, O Çənlibeldən gəlmişəm, Koroğluyam, at minmişəm, Yüz min belə fellərim var. Koroğlu qoşuna hücum eləyib, mərdanə qılınc vurmağa başladı. Düşmən çox idi, Koroğlu tək. Yalqızlıq Koroğluya əl verdi. Aldı görək nə dedi: Ay həzərat, ay camaat, Heç iyid yalqız olmasın! Ətim yeyib, qanım içən, Namərdə möhtac olmasın! Haşa a bəylər, haşadan, Qorxmaram xandan, paşadan, Əsrəyib çıxsa meşədən, Aslan da yalqız olmasın! Koroğlunun daş qalası, Ərşə çəkildi nalası, Ördək ilə qaz balası, Göllərdə yalqız olmasın! Qoşun Koroğlunu aralığa almışdı. Qızğın dava idi. Koroğlu əmud vurur, cida oynadır, şeşpər atırdı. Hansı yana üz çevirirdi düşmanı qatımqatım qatlayırdı. Baş kəsirdi, qol qırırdı, qanı su kimi axıdırdı. Qırat da işi ilə, çəçiyi ilə qoşunu didib tökürdü. Koroğlu Qıratın hünərini görüb, aldı əl üstü: Ceyrana bənzər qaçışın, Addımla, qurban qoluna! Tərlana bənzər uçuşun, Əl çatmaz ipək yalına!.. Kəsdirrəm gümüşdən yəhər, Tumarlaram axşam, səhər, Götür burdan qaç bir təhər Sikkə vurdurram nalına! Koroğluyam, güman belə, Deməyinən gəlməz dilə, Məni çıxart Çənlibelə, Qotaz düzdürrəm çuluna! Qoç Koroğlunun dəli nərəsi düşmanı qorxutmuşdu. Hamının əli davadan soyumuşdu. Koroğlu sağdan vurdu, soldan çıxdı, soldan vurdu, sağdan çıxdı, düşmanı şil-küt eləyib bir tərəfdən özünə yol açıb qoşunun arasından çıxdı. Mahmud paşa yolları tənablarla neçə yerdən kəsdirmişdi ki, bəlkə Koroğlu keçib gedə bilməsin, tutsunlar. Qırat tənabların yeddisini bir eləyib sıçrayırdı. Koroğlu hər yerdən keçib Çənlibelə yol başladı. Az getdi, çox getdi, bir də gördü Çənlibel tərəfdən göyün üzü ilə ötüşə-ötüşə bir qatar durna gəlir. Çənlibel Koroğlunun yadına düşdü. Aldı, görək nə dedi: Göynən gedən beş durnalar, Bizim ellər yerindəmi? Bir-birindən xoş durnalar, Bizim ellər yerindəmi? Söhbət olurdu sazınan, Ördək olurdu qazınan, Necə incəbel qızınan, Tuti dillər yerindəmi? Sevib, seçib bəyəndiyim, Sədasından oyandığım, Arxasında dayandığım, Çənlibellər yerindəmi? Bəzirgana sataşdığım, Qumaşına bulaşdığım, Dönüb boynundan aşdığım, Çənlibellər yerindəmi? Hərdən işvə-qəmzə satan, Mənimlə ixtilat qatan, Gələndə atbaşı tutan, Şux gözəllər yerindəmi? Çalxalanıb döyündüyüm, Arxa vurub söyündüyüm, Qovğa günü öyündüyüm, Nər dəlilər yerindəmi? Koroğlu heç deməz yalan, Toqata salmışam talan, Cümlə dəlilər, Eyvaz xan, İyid ərlər yerindəmi? Koroğlu uzaq yolları keçib gəldi Çənlibelə yetişdi. Qırat Çənlibelə çatanda elə kişnədi ki, dağlar, dərələr dilə gəldi. Dəlilər tökülüb qabağa gəldilər. Qıratı tutdular. Koroğlunun Qıratı tapıb sağ-salamat gəlməyinə hamı sevindi. Şadlıq məclisi qurdular, yedilər, içdilər, keflər kökəldi. Koroğlunun kefi saz, damağı çağ idi. Badəni badənin dalınca qara bığlarının altından ötürürdü. Nigar xanım dəlilərə göz basıb Koroğluya dedi: – Koroğlu, iyidliyinə sözüm yoxdu, amma belə sifətdən çox qarasan ey... Koroğlu sazını sinəsinə basıb, aldı görək Nigar xanıma necə cavab verdi: Mənə qara deyən gözəl, Qaşların qara deyilmi? Tökülübdü dal gərdənə, Saçların qara deyilmi? Hökm ilə oturub durma, Müjganın sinəmə vurma, Ala gözə siyah sürmə, Çəkibsən qara deyilmi? Koroğlu verdi salamı, Dolandı cümlə aləmi, Qüdrətin göhər kalamı, Yazısı qara deyilmi? Hamı gülüşdü. Nigar Koroğlunun bu hazır cavabına şad oldu. Məclis təzədən qızışdı...</poem> [[Kateqoriya:Koroğlu dastanı|*011]] 0r7kvpu0hqejjlsrb6dzyfpey99aga0