Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.47.0-wmf.1
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Ürək (Mikayıl Müşfiq)
0
3524
95724
81416
2026-05-07T05:57:34Z
Araz Yaquboglu
734
Araz Yaquboglu [[Ürək]] səhifəsinin adını [[Ürək (Mikayıl Müşfiq)]] olaraq dəyişdi
81416
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Ürək
| müəllif = Mikayıl Müşfiq
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>
Sən onun eşqilə, məhəbbətilə
Vurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!
Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada,
O ellər gözəli düşəndə yada,
Az qalır xəyalım şaşa, ürəyim!
Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O səni unutdu, sən unutmadın,
Yaşa, məhəbbətim, yaşa, ürəyim!
</poem>
[[Kateqoriya:Qoşmalar]]
o4clywmnnha9vnqwcon4gbd22u1dwc2
95726
95724
2026-05-07T05:58:03Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95726
wikitext
text/x-wiki
{{digər məna|Ürək}}
{{Başlıq
| başlıq = Ürək
| müəllif = Mikayıl Müşfiq
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>
Sən onun eşqilə, məhəbbətilə
Vurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!
Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada,
O ellər gözəli düşəndə yada,
Az qalır xəyalım şaşa, ürəyim!
Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O səni unutdu, sən unutmadın,
Yaşa, məhəbbətim, yaşa, ürəyim!
</poem>
[[Kateqoriya:Qoşmalar]]
[[Kateqoriya:Ürək]]
glrdxui7r88x9s6uo403lfnvhgrhsut
Müəllif:Səməd Vurğun
102
13245
95720
95706
2026-05-07T05:29:36Z
Araz Yaquboglu
734
/* Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 */
95720
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Səməd Vurğun
|soyad =
|baş hərf = V
|doğum ili = 1906
|vəfat ili = 1956
|qeydlər =
|şəkil = Samad Vurgun (1942).jpg
|şəkil başlığı =
|vikipediya_keçidi = Səməd Vurğun
|vikisitat_keçidi = Səməd Vurğun
|commons_keçidi = Category:Samad Vurgun
}}
== Məqalələri ==
*[[Səhvlərimiz haqqında]]
== Tərcümələri ==
*[[Leyli və Məcnun (Nizami Gəncəvi)]]
== Əsərləri ==
=== Poemaları ===
* [[Komsomol poeması]]
* [[26lar poeması]]
*[[Azərbaycan (Səməd Vurğun)]]
*[[Azərbaycan Sovet Sosialist Respublikası himni]]
=== Dramları ===
* [[Vaqif]]
* [[Xanlar]]
* [[Fərhad və Şirin]]
* [[İnsan/Səməd Vurğun|İnsan]]
===Şeirləri===
* [[Azərbaycan (Səməd Vurğun)]]
== Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 ==
* [[Cavanlara xitab]]
* [[Maydan]]
* [[Göygöl (Səməd Vurğun)]]
* [[Şikəstəyə məktub]]
* [[Sızıltılarım]]
* [[Tərlanım (Səməd Vurğun)]]
* [[Bir gün məni lap boğurdu hicran]]
* [[Şuşa (Səməd Vurğun)]]
* [[Zeynal (Səməd Vurğun)]]
* [[Çiçək (Səməd Vurğun)]]
* [[Dan yıldızı]]
* [[Bir qətrə yaş]]
* [[Səyahət]]
* [[Sorma aqil kimsələrdən, sorma heç dünya nədir]]
* [[Dağlar (Səməd Vurğun)]]
* [[]]
* [[]]
* [[]]
<nowiki>
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh.
}}
<poem>
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
</nowiki>
== Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005 ==
* [[Aşıq qardaşıma]]
* [[Karyerist]]
* [[Çil toyuğun tək yumurtası]]
* [[Xeyrə-şərə yaramaz]]
* [[İncə xanım]]
* [[Azərbaycan (Gəlin sizə bir-bir danışım)]]
* [[Şadlıq]]
* [[Bizim gəncliyə]]
* [[Xəyal]]
* [[Qızcığaz]]
* [[Nizami (Səməd Vurğun)]]
* [[Fitnə]]
* [[Ürəyi xain adam]]
* [[Ləzgi qızı]]
* [[Sən utan]]
* [[Samur çayı]]
* [[Bir səs...]]
* [[20 bahar]]
* [[Ala gözlər]]
* [[Təzə il]]
* [[Şam]]
* [[Ananın öyüdü]]
* [[Şəfqət bacısı]]
* [[Qızıl şahinlər]]
* [[Qoca qəhrəmanın çıxışı]]
* [[Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır]]
* [[Tarla nəğməsi]]
* [[Mıs-mıs]]
* [[Qəhrəmanın hünəri]]
* [[Sənəm qarının pıçıltıları]]
* [[Uşaq bağçası]]
* [[İgid şahin]]
* [[Məhəbbət (Səməd Vurğun)]]
* [[Sovqat]]
* [[Həyat eşqi]]
* [[Moskva (Səməd Vurğun)]]
* [[Oktyabr (Səməd Vurğun)]]
* [[Ukrayna partizanları]]
* [[Azərbaycan balası]]
* [[Salam, Moskva]]
* [[Həyat fəlsəfəsi]]
* [[Partizan Babaş]]
* [[Göz aydınlığı]]
* [[Dağlar (Binələri çadır-çadır)]]
* [[Gülə-gülə (Səməd Vurğun)]]
* [[Qoca qartal]]
* [[Salam, dostum]]
* [[Gələcəyin toy-bayramı]]
* [[İlham pərisi]]
* [[Mənə belə söyləyirlər]]
* [[Bayraqdar]]
* [[Göyərçin (Səməd Vurğun)]]
* [[Adsız qəhrəman]]
* [[Ey könül! Min namə yaz bir gülüzarın eşqinə]]
* [[Ürək (Səməd Vurğun)]]
* [[]]
* [[]]
<nowiki>
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
</nowiki>
== Səməd Vurğuna məktublar ==
* [[İldırım təşkilatının Səməd Vurğuna məktubu]]
[[Kateqoriya:Azərbaycan şairləri]]
[[Kateqoriya:Azərbaycan tərcüməçiləri]]
[[Kateqoriya:1906-cı ildə doğulanlar]]
[[Kateqoriya:1956-cı ildə vəfat edənlər]]
[[Kateqoriya:Tənqidçilər]]
cgctf0csxadr6v8zxcg03khhykqnzbi
Olmayınca (Şah İsmayıl Xətai)
0
19112
95719
93735
2026-05-06T15:20:43Z
~2026-27648-85
12633
95719
wikitext
text/x-wiki
{{digər məna|Olmayınca}}
{{Başlıq
| başlıq = Olmayınca
| müəllif = Şah İsmayıl Xətai
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = {{cite web |url=http://www.bizimyazi.com/yuklenen/2011/08/sechme_ashiq_sheirleri.pdf |archiveurl=https://web.archive.org/web/20160401023125/http://www.bizimyazi.com/yuklenen/2011/08/sechme_ashiq_sheirleri.pdf |archivedate=2016-04-01 |title=Seçmə aşıq şeirləri. 3 cilddə. I cild |author= |date=2011 |work= |publisher=DGTYB |accessdate=2016-08-11 |language=az }}
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Könül, nə gəzirsən seyran yerində,
Aləmdə hər şeyin var olmayınca?!
Olura-olmaza dost deyib gəzmə,
Bir əhdinə bütün yar olmayınca.
Yürü, sufi, yürü, yolundan azma,
Elin qeybətinə quyular qazma,
Yorulma bihudə, boşuna gəzmə,
Yanında mürşidin var olmayınca.
Qalxdı, havalandı könülün quşu,
Qovğa, qeybət etmək kötünün işi,
Ustadın tanımaz bunda hər kişi,
Onun kim mürşüdü ər olmayınca.
Varub bir kötüyə sən olma nökər,
Çərxinə dəgər də, dolunu dögər,
Nə Xudadan qorxar, nə hicab çəkər,
Bir kötüdə namus, ar olmayınca.
Şah Xətayim edim bu sirri bəyan,
Kamilmidir cahil sözünə uyan?
Bir başdan ağlamaq ömrədir ziyan,
iki başdan mühibb, yar olmayınca.
</poem>
[[Kateqoriya:Qoşmalar]]
sbt7a1p0jv3u3ut4ozthg5dshstw10c
Ey könül! Min namə yaz bir gülüzarın eşqinə
0
33488
95721
2026-05-07T05:40:48Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95721
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1943, noyabr
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
Ey könül! Min namə yaz bir gülüzarın eşqinə,
Can evindən seyrə çıx bir xoş güzarın eşqinə.
Hansı rəssamın əlilə canlanır dünya evi?
Hər çəmən min qönçə açmış novbaharın eşqinə!
Gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri,
Sən gülün eşqilə dillən, mən də yarın eşqinə.
Məcnun öz şurilə çox da aləmə səs salmasın,
Hansı namərd can əsirgər bir nigarın eşqinə?
Gün keçir, dövran keçir… Öz hökmünü vermiş zaman;
Ney tutulsun, badə gəlsin ruzigarın eşqinə!
İnsan oğlu can verər pərvanətək atəşlərə
Düz sözün, düz ilqarın, düz etibarın eşqinə!
Vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı var
Mehri-ülfətdən yaranmış bir diyarın eşqinə!
</poem>
[[Kateqoriya:1943-cü ilin şeirləri]]
1lv5530sub4kyqb9v93cze7mk5afx35
Ürək (Səməd Vurğun)
0
33489
95722
2026-05-07T05:57:10Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95722
wikitext
text/x-wiki
{{digər məna|Ürək}}
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1943, 20 dekabr
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
I
Bir incik dost kimi gileylənərək,
Bu axşam dil açdı sinəmdə ürək:
"İyirmi ildir ki, qələm çalırsan,
Yerdən də, göydən də ilham alırsan;
Başında rəqs edir od da, şimşək də,
Şerinə ruh verir gül də, çiçək də,
— Baxıb təbiətin min nemətinə,
İnsan nəfəsinin şeriyyətinə,
Dağlardan tökülən şəffaf sulara,
Dalğın xəyallara, saf duyğulara,
İnsan qayğısına, qəmə, möhnətə,
Şərəfə, izzətə, eşqə, hörmətə,
Min bir xatirənin sirli səsinə,
Keçən tarixlərin faciəsinə,
Gələcək günlərə şeir demisən.
Dövran da sürmüsən, qəm də yemisən.
Bəs söylə, şairim! Söylə bir görək,
Gecə də, gündüz də hey döyünərək,
Ömründə rahatlıq görmədən bir an.
Köksün qəfəsində dustaq yaşayan,
Dünyada gözünə yuxu gəlməyən,
Bircə an dayanıb heç dincəlməyən,
Sənin bədəninə qızıl qan verən,
Şair varlığına həyəcan verən
Vəfalı bir dostu unutdunmu sən?
Mən ki doymamışam öz ilk eşqimdən!
Mənim öz andım var, öz ilqarım var,
Ölüm gününədək etibarım var.
Hər şeyə ad verdin sən bu dünyada,
Nə olar, məni də salasan yada?
Nə olar, bir danış, ey nankor insan!
Bir şerin adım ürək qoyasan!
Qoy mənim adım da qalsın yadigar,
Boynunda bu qədər haqqı-sayım var!.."
Ürək bu sözləri danışıb susdu,
Elə bil sinəmdə qızıl qan qusdu.
Könlümün evində bu axşam, düzü,
Şeir pərisinin pərişan üzü
Bir aya bənzədi — camalı solğun.
Bir qıza bənzədi — gözləri dolğun.
Bu dəm bir ağrı da gəldi başıma,
Üz tutub, dil açdım can sirdaşıma:
"Ey ürək dediyim vəfalı pəri!
Sənin söylədiyin bu töhmətləri
Eşidə bilsəydi, əriyərdi dağ…
De görüm, mən səndən dönmüşəm haçaq?
Biz ki, yetimliklə böyüdük qoşa,
Birgə qonaq getdik yara, yoldaşa.
Dağlan, düzləri gəzdik piyada.
Ancaq başımızı əymədik yada…
Bəzən ac da qaldıq, susuz da qaldıq,
Alıb qəm sazını birlikdə çaldıq.
Bəzən də atlanıb cıdıra çıxdıq,
Ağ günlər əsrinin əlini sıxdıq.
Səni balam kimi bağrıma basdım.
Sənin hər ağrına mən qulaq asdım.
Mən səni vermədim soyuğa, yelə,
Sənsiz dolaşmadım bir addım belə;
De, hansı məclisdə sənsiz oturdum.
Bir aşiyan tikib, bir yuva qurdum?!
De, hansı şerimi yaratdım sənsiz?!
Sənsiz yaradanlar ölər vətənsiz!
Sən də öz eşqinə nankor olmadın.
Şerdən, sənətdən ucadır adın,
Ürəksən, əsirin olmuşdur aləm;
Nə yazsın şəninə zəif bir qələm?
İndi ki, yaz deyə, əmr eləyirsən.
Buyruq səninkidir, öz qulunam mən.
Adma bağlayım bir yeni dastan,
Bir yığın sümükdür ürəksiz insan".
II
Bir ovuc damarsan, bir parçacıq ot,
Bir nemət yaratdı səni təbiət.
İnsana can verən ruh verən sənsən,
Həyat aşiqisən, ömür sevənsən.
Dillər dastanıdır mehribanlığın,
Sən mehrin, ülfətin, pərişanlığın,
Ümidin, nəşənin, eşqin, vüqarın,
Alovlu, şimşəkli ehtirasların
Bir ilk beşiyisən, ilk anasısan!
Sənin qüdrətinlə yaşayır insan.
Sənsən bu dünyada ən yaxın həmdəm,
Sənin övladındır hər nəşə, hər qəm!
Hər batan axşamın, doğan səhərin.
Gələcək günlərin keçən günlərin,
Hər toyun, bayramın, hər səadətin,
Min bir fəlakətin, min bir möhnətin
Xatirə dəftəri sən deyilmisən?
Keçdiyim yolların şahidiyəm mən!
Nə olsun ki, yuvan çox qaranlıqdır?
Şöhrətin günəşlə qəhrəmanlıqdır.
Köksünü aləmə gərəndən bəri,
Köhlən bir at kimi getdin irəli…
Sıldırım dağlarda, qayalıqlarda,
Ayazda, şaxtada, boranda, qarda,
Bütün təbiətlə üz-üzə gəldin,
Əridib gecəni, gündüzə gəldin!
Ayazda donmadı sənin nəfəsin,
Tufanda batmadı eşqin, həvəsin.
Dünyada düşdünsə min qəmə, dərdə,
Qaranlıq çəkmədi gözünə pərdə…
Demə ki, bir ətsən, bir də ki, qansan,
Qüdrətin böyükdür, çünki insansan.
Varlığın nə zərif yarandı sənin.
Gözlə görünməyən bir aləmin var…
Sən həyat suyusan ruhla bədənin -
Qoynunda bəslənir incə duyğular.
Bir insan oğluna üz verəndə qəm,
Səməndər quşu tək sən də yanırsan.
Tufanlar içinə düşəndə aləm.
Sən də dəniz kimi dalğalanırsan…
Əzəldən bəridir ürəkdir adın,
Köksün qəfəsində dustaq olmadın.
Vəfasız görəndə bir dostu, yarı,
Yanırsan aldanmış bir gözəl kimi.
Əsəndə dövranın acı ruzgarı,
Saralıb solursan bir xəzəl kimi.
O zərif tellərin kamana bənzər,
Düşmə çəngəlinə soyuq əllərin;
Hər anın bir böyük zamana bənzər,
Çünki beşiyisən saf əməllərin…
Ömrümüz keçdikcə tufan içindən,
Sən bir məşəl olub yolda yanırsan.
Bizi ülviyyətə çağırdıqca sən
Bəzən günəş kimi alovlanırsan.
Böyükdür cahanda eşqin, nifrətin,
Bəşər qüdrətidir, çünki, qüdrətin.
III
Yazıqlar olsun ki, ey təmiz ürək!
Bəzən yuva salır səndə xəyanət…
İlanlar, əqrəblər pəncələşərək,
Qiyamət qoparır başa, qiyamət…
Bəzən "mələk" kimi gülümsəyərək.
Sənə sirdaş olur həsəd ilə kin.
Sənsə aldanırsan, sadəlövh ürək.
Toruna düşürsən hər müsibətin.
İllər dolandıqca o sönük hisslər
Əridir dəmbədəm səni mum kimi.
O saf varlığını yeyir iblislər.
Əsir bahar yeli bir səmum kimi.
Bəzən də qədrini bilməyirik biz,
Deyirik: biz hara, intizam hara?
— Sərxoşluq eşqinə uyur nəfsimiz,
Ürək qurban olur ehtiraslara…
Yuxusuz gecələr… çılğın badələr,
Soldurur ürəyi qızıl gül kimi.
Yazıqda qalmayır taqətdən əsər,
Boğulur qəfəsdə bir bülbül kimi.
O səsli məclislər, o dəbdəbələr
Həris gözümüzə munis görünür.
Ağır bir yuxuyla keçir min səhər,
Ürək dil açır ki, gödəlir ömür.
Bəzən də ötərgi bir həyat qəmi,
Ürəkdə böyüyüb bir dastan olur;
Pərişan gəzirsən bütün aləmi,
Gözündə ilk bahar zimistan olur.
Ey müqəddəs həyat! Müqəddəs insan!
Sənə ilham verən yalnız ürəkdir.
Ayıl, məclislərin sərxoşluğundan, —
Ömür röya kimi boş keçəcəkdir!
Ey insan! Ürəyin qədrini bil ki,
Həyat çeşməsidir o müqəddəs su…
Ürək dəmir deyil, daş da deyil ki, —
Min bir muradı var, min bir arzusu!
Qoy nakam getməsin dünyadan o qız,
Dadsın hər arzunun yüz nemətini.
Ürək qocalmasın dünyada vaxtsız,
Aiomdo görmosin can möhnətini.
O bir şeirdir ki, ehtişamı var,
Sığışır qoynuna bütün təbiət…
Onun arzusudur gözəl duyğular,
O qandan yaranır şeirlə sənət.
Qulaq ver sözümə, ellər, obalar!
Mərhəmət, iltifat ürəkdən keçər…
Nə böyük hikmətlə demiş babalar:
"Hər şey öz suyunu ürəkdən içər!".
Ürəksiz əkilən yerlər saralar,
Şitillər boy atıb bağça-bağ olmaz,
Hər evi, qapını boran, qar alar,
İşıqlı, istili bir ocaq olmaz.
Ovçunun könülsüz atdığı güllə
Ya torpaq sovurar, ya gözdən itər.
Hər kimi dindirsən soyuq bir dillə
Baxıb yadlar kimi yanından ötər…
Varaqla tarixi, keçmişlərə bax,
Qəlbsiz izdivacdan xəyanət doğar.
Rəyasət, ehtiras düşgünü, ancaq,
Doğma balasını əlilə boğar!
Qulaq as, nə deyir, gör qərinələr,
Qulaq as bir daha könül mülkünə.
Ürəksiz yaranan hansı bir əsər
Yadigar qalmışdır sabahkı günə?
Zamanın fövqünə qaldıran bizi
Könül pərisinin qanadlandır.
Açsaq qapı-qapı xəzinəmizi —
Onun dövlətidir, onun varıdır.
Siz су, ürək ile alver edənlər,
Tarix tüpürəcək sifətinizə!
Ey bütün ömründə rəqəm güdənlər,
Elin haqqı-sayı haramdır sizə!
IV
Dostlar! Qapıları döyək ülfətlə;
Könüldən könülə yol açaq elçin.
Müqəddəs, ilahi bir məhəbbətlə
Bir də xeyirxahlıq qalacaq elçin!
Gəlin, təbib kimi hər nəbzi tutaq.
Dinləyək döyünən hər bir ürəyi.
Uzun nitqləri artıq unudaq,
İnsanın insana işdir köməyi.
Gəlin, bu torpaqlı evlərə girək;
Öpək hər çırağı, hər yanan şamı.
Hər duyan ürəyə bir salam verək,
Öz evində görsün qoy bizi hamı,
Öpək hər çırağı, hər yanan şamı.
O zaman qəlbini bizə el açar,
Öz ürək sözünü deyər doyunca.
Sədəf dəhanından yüz min dür saçar,
Üstü unlu olan hər arif qoca
Öz ürək sözünü deyər doyunca.
Yoxsa yetməyəcək kamala şair,
Quru bir taxtanı simsiz çalacaq!
Yüz kitab yazsa da insana dair,
Kim ondan dünyada bir həzz alacaq?
Quru bir taxtanı simsiz çalacaq!
Ey ürək! Yoruldu fikirdən başım.
Həm də ki, az qalır artıq səhərə.
Ey ömür yoldaşım, cy can sirdaşım,
Bayaq söylədiyin o töhmətlərə
İndi nə deyirsən?
: Çırpındı ürək,
Mənim sevgilim tək gülümsəyərək,
Boynuma sarıldı; sonra qol-qola
Səhərin eşqilə düzəldik yola.
Ana torpağımın azad elləri,
Qurbanı olduğum ceyran çölləri
Açıb qucağını, "gəl", — dedi bizə, —
Ürəklə can deyək Vətənimizə!
</poem>
[[Kateqoriya:1943-cü ilin şeirləri]]
94i5l5ufkshqgo5rn0cgn5rhnm9mvsz
95723
95722
2026-05-07T05:57:20Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Ürək]] əlavə olundu [[VM:HC|HotCat]]
95723
wikitext
text/x-wiki
{{digər məna|Ürək}}
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1943, 20 dekabr
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
I
Bir incik dost kimi gileylənərək,
Bu axşam dil açdı sinəmdə ürək:
"İyirmi ildir ki, qələm çalırsan,
Yerdən də, göydən də ilham alırsan;
Başında rəqs edir od da, şimşək də,
Şerinə ruh verir gül də, çiçək də,
— Baxıb təbiətin min nemətinə,
İnsan nəfəsinin şeriyyətinə,
Dağlardan tökülən şəffaf sulara,
Dalğın xəyallara, saf duyğulara,
İnsan qayğısına, qəmə, möhnətə,
Şərəfə, izzətə, eşqə, hörmətə,
Min bir xatirənin sirli səsinə,
Keçən tarixlərin faciəsinə,
Gələcək günlərə şeir demisən.
Dövran da sürmüsən, qəm də yemisən.
Bəs söylə, şairim! Söylə bir görək,
Gecə də, gündüz də hey döyünərək,
Ömründə rahatlıq görmədən bir an.
Köksün qəfəsində dustaq yaşayan,
Dünyada gözünə yuxu gəlməyən,
Bircə an dayanıb heç dincəlməyən,
Sənin bədəninə qızıl qan verən,
Şair varlığına həyəcan verən
Vəfalı bir dostu unutdunmu sən?
Mən ki doymamışam öz ilk eşqimdən!
Mənim öz andım var, öz ilqarım var,
Ölüm gününədək etibarım var.
Hər şeyə ad verdin sən bu dünyada,
Nə olar, məni də salasan yada?
Nə olar, bir danış, ey nankor insan!
Bir şerin adım ürək qoyasan!
Qoy mənim adım da qalsın yadigar,
Boynunda bu qədər haqqı-sayım var!.."
Ürək bu sözləri danışıb susdu,
Elə bil sinəmdə qızıl qan qusdu.
Könlümün evində bu axşam, düzü,
Şeir pərisinin pərişan üzü
Bir aya bənzədi — camalı solğun.
Bir qıza bənzədi — gözləri dolğun.
Bu dəm bir ağrı da gəldi başıma,
Üz tutub, dil açdım can sirdaşıma:
"Ey ürək dediyim vəfalı pəri!
Sənin söylədiyin bu töhmətləri
Eşidə bilsəydi, əriyərdi dağ…
De görüm, mən səndən dönmüşəm haçaq?
Biz ki, yetimliklə böyüdük qoşa,
Birgə qonaq getdik yara, yoldaşa.
Dağlan, düzləri gəzdik piyada.
Ancaq başımızı əymədik yada…
Bəzən ac da qaldıq, susuz da qaldıq,
Alıb qəm sazını birlikdə çaldıq.
Bəzən də atlanıb cıdıra çıxdıq,
Ağ günlər əsrinin əlini sıxdıq.
Səni balam kimi bağrıma basdım.
Sənin hər ağrına mən qulaq asdım.
Mən səni vermədim soyuğa, yelə,
Sənsiz dolaşmadım bir addım belə;
De, hansı məclisdə sənsiz oturdum.
Bir aşiyan tikib, bir yuva qurdum?!
De, hansı şerimi yaratdım sənsiz?!
Sənsiz yaradanlar ölər vətənsiz!
Sən də öz eşqinə nankor olmadın.
Şerdən, sənətdən ucadır adın,
Ürəksən, əsirin olmuşdur aləm;
Nə yazsın şəninə zəif bir qələm?
İndi ki, yaz deyə, əmr eləyirsən.
Buyruq səninkidir, öz qulunam mən.
Adma bağlayım bir yeni dastan,
Bir yığın sümükdür ürəksiz insan".
II
Bir ovuc damarsan, bir parçacıq ot,
Bir nemət yaratdı səni təbiət.
İnsana can verən ruh verən sənsən,
Həyat aşiqisən, ömür sevənsən.
Dillər dastanıdır mehribanlığın,
Sən mehrin, ülfətin, pərişanlığın,
Ümidin, nəşənin, eşqin, vüqarın,
Alovlu, şimşəkli ehtirasların
Bir ilk beşiyisən, ilk anasısan!
Sənin qüdrətinlə yaşayır insan.
Sənsən bu dünyada ən yaxın həmdəm,
Sənin övladındır hər nəşə, hər qəm!
Hər batan axşamın, doğan səhərin.
Gələcək günlərin keçən günlərin,
Hər toyun, bayramın, hər səadətin,
Min bir fəlakətin, min bir möhnətin
Xatirə dəftəri sən deyilmisən?
Keçdiyim yolların şahidiyəm mən!
Nə olsun ki, yuvan çox qaranlıqdır?
Şöhrətin günəşlə qəhrəmanlıqdır.
Köksünü aləmə gərəndən bəri,
Köhlən bir at kimi getdin irəli…
Sıldırım dağlarda, qayalıqlarda,
Ayazda, şaxtada, boranda, qarda,
Bütün təbiətlə üz-üzə gəldin,
Əridib gecəni, gündüzə gəldin!
Ayazda donmadı sənin nəfəsin,
Tufanda batmadı eşqin, həvəsin.
Dünyada düşdünsə min qəmə, dərdə,
Qaranlıq çəkmədi gözünə pərdə…
Demə ki, bir ətsən, bir də ki, qansan,
Qüdrətin böyükdür, çünki insansan.
Varlığın nə zərif yarandı sənin.
Gözlə görünməyən bir aləmin var…
Sən həyat suyusan ruhla bədənin -
Qoynunda bəslənir incə duyğular.
Bir insan oğluna üz verəndə qəm,
Səməndər quşu tək sən də yanırsan.
Tufanlar içinə düşəndə aləm.
Sən də dəniz kimi dalğalanırsan…
Əzəldən bəridir ürəkdir adın,
Köksün qəfəsində dustaq olmadın.
Vəfasız görəndə bir dostu, yarı,
Yanırsan aldanmış bir gözəl kimi.
Əsəndə dövranın acı ruzgarı,
Saralıb solursan bir xəzəl kimi.
O zərif tellərin kamana bənzər,
Düşmə çəngəlinə soyuq əllərin;
Hər anın bir böyük zamana bənzər,
Çünki beşiyisən saf əməllərin…
Ömrümüz keçdikcə tufan içindən,
Sən bir məşəl olub yolda yanırsan.
Bizi ülviyyətə çağırdıqca sən
Bəzən günəş kimi alovlanırsan.
Böyükdür cahanda eşqin, nifrətin,
Bəşər qüdrətidir, çünki, qüdrətin.
III
Yazıqlar olsun ki, ey təmiz ürək!
Bəzən yuva salır səndə xəyanət…
İlanlar, əqrəblər pəncələşərək,
Qiyamət qoparır başa, qiyamət…
Bəzən "mələk" kimi gülümsəyərək.
Sənə sirdaş olur həsəd ilə kin.
Sənsə aldanırsan, sadəlövh ürək.
Toruna düşürsən hər müsibətin.
İllər dolandıqca o sönük hisslər
Əridir dəmbədəm səni mum kimi.
O saf varlığını yeyir iblislər.
Əsir bahar yeli bir səmum kimi.
Bəzən də qədrini bilməyirik biz,
Deyirik: biz hara, intizam hara?
— Sərxoşluq eşqinə uyur nəfsimiz,
Ürək qurban olur ehtiraslara…
Yuxusuz gecələr… çılğın badələr,
Soldurur ürəyi qızıl gül kimi.
Yazıqda qalmayır taqətdən əsər,
Boğulur qəfəsdə bir bülbül kimi.
O səsli məclislər, o dəbdəbələr
Həris gözümüzə munis görünür.
Ağır bir yuxuyla keçir min səhər,
Ürək dil açır ki, gödəlir ömür.
Bəzən də ötərgi bir həyat qəmi,
Ürəkdə böyüyüb bir dastan olur;
Pərişan gəzirsən bütün aləmi,
Gözündə ilk bahar zimistan olur.
Ey müqəddəs həyat! Müqəddəs insan!
Sənə ilham verən yalnız ürəkdir.
Ayıl, məclislərin sərxoşluğundan, —
Ömür röya kimi boş keçəcəkdir!
Ey insan! Ürəyin qədrini bil ki,
Həyat çeşməsidir o müqəddəs su…
Ürək dəmir deyil, daş da deyil ki, —
Min bir muradı var, min bir arzusu!
Qoy nakam getməsin dünyadan o qız,
Dadsın hər arzunun yüz nemətini.
Ürək qocalmasın dünyada vaxtsız,
Aiomdo görmosin can möhnətini.
O bir şeirdir ki, ehtişamı var,
Sığışır qoynuna bütün təbiət…
Onun arzusudur gözəl duyğular,
O qandan yaranır şeirlə sənət.
Qulaq ver sözümə, ellər, obalar!
Mərhəmət, iltifat ürəkdən keçər…
Nə böyük hikmətlə demiş babalar:
"Hər şey öz suyunu ürəkdən içər!".
Ürəksiz əkilən yerlər saralar,
Şitillər boy atıb bağça-bağ olmaz,
Hər evi, qapını boran, qar alar,
İşıqlı, istili bir ocaq olmaz.
Ovçunun könülsüz atdığı güllə
Ya torpaq sovurar, ya gözdən itər.
Hər kimi dindirsən soyuq bir dillə
Baxıb yadlar kimi yanından ötər…
Varaqla tarixi, keçmişlərə bax,
Qəlbsiz izdivacdan xəyanət doğar.
Rəyasət, ehtiras düşgünü, ancaq,
Doğma balasını əlilə boğar!
Qulaq as, nə deyir, gör qərinələr,
Qulaq as bir daha könül mülkünə.
Ürəksiz yaranan hansı bir əsər
Yadigar qalmışdır sabahkı günə?
Zamanın fövqünə qaldıran bizi
Könül pərisinin qanadlandır.
Açsaq qapı-qapı xəzinəmizi —
Onun dövlətidir, onun varıdır.
Siz су, ürək ile alver edənlər,
Tarix tüpürəcək sifətinizə!
Ey bütün ömründə rəqəm güdənlər,
Elin haqqı-sayı haramdır sizə!
IV
Dostlar! Qapıları döyək ülfətlə;
Könüldən könülə yol açaq elçin.
Müqəddəs, ilahi bir məhəbbətlə
Bir də xeyirxahlıq qalacaq elçin!
Gəlin, təbib kimi hər nəbzi tutaq.
Dinləyək döyünən hər bir ürəyi.
Uzun nitqləri artıq unudaq,
İnsanın insana işdir köməyi.
Gəlin, bu torpaqlı evlərə girək;
Öpək hər çırağı, hər yanan şamı.
Hər duyan ürəyə bir salam verək,
Öz evində görsün qoy bizi hamı,
Öpək hər çırağı, hər yanan şamı.
O zaman qəlbini bizə el açar,
Öz ürək sözünü deyər doyunca.
Sədəf dəhanından yüz min dür saçar,
Üstü unlu olan hər arif qoca
Öz ürək sözünü deyər doyunca.
Yoxsa yetməyəcək kamala şair,
Quru bir taxtanı simsiz çalacaq!
Yüz kitab yazsa da insana dair,
Kim ondan dünyada bir həzz alacaq?
Quru bir taxtanı simsiz çalacaq!
Ey ürək! Yoruldu fikirdən başım.
Həm də ki, az qalır artıq səhərə.
Ey ömür yoldaşım, cy can sirdaşım,
Bayaq söylədiyin o töhmətlərə
İndi nə deyirsən?
: Çırpındı ürək,
Mənim sevgilim tək gülümsəyərək,
Boynuma sarıldı; sonra qol-qola
Səhərin eşqilə düzəldik yola.
Ana torpağımın azad elləri,
Qurbanı olduğum ceyran çölləri
Açıb qucağını, "gəl", — dedi bizə, —
Ürəklə can deyək Vətənimizə!
</poem>
[[Kateqoriya:1943-cü ilin şeirləri]]
[[Kateqoriya:Ürək]]
o5ysamadc0np8fx4i7eh9tw46oul6ky
Ürək
0
33490
95725
2026-05-07T05:57:34Z
Araz Yaquboglu
734
Araz Yaquboglu [[Ürək]] səhifəsinin adını [[Ürək (Mikayıl Müşfiq)]] olaraq dəyişdi
95725
wikitext
text/x-wiki
#İSTİQAMƏTLƏNDİRMƏ [[Ürək (Mikayıl Müşfiq)]]
l3w1r5y2zd7j6a0bu0lzdrz9nvrxxeh
95727
95725
2026-05-07T05:58:34Z
Araz Yaquboglu
734
[[Ürək (Mikayıl Müşfiq)]] yönləndirməsi silindi
95727
wikitext
text/x-wiki
* [[Ürək (Mikayıl Müşfiq)]]
* [[Ürək (Səməd Vurğun)]]
{{dəqiqləşdirmə}}
8s5iymz4pxg3mw3dzp2744qr0mztaqw
Ürək (dəqiqləşdirmə)
0
33491
95728
2026-05-07T05:59:29Z
Araz Yaquboglu
734
[[Ürək]] səhifəsinə istiqamətləndirilir
95728
wikitext
text/x-wiki
#redirect[[Ürək]]
nqxukapxz8hf2b5r569hmzh98fcfevr
Kateqoriya:Ürək
14
33492
95729
2026-05-07T06:03:56Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikilər}} [[Kateqoriya:Orqanlar]] [[Kateqoriya:Döş qəfəsi]] [[Kateqoriya:Əzələ sistemi]] [[Kateqoriya:Endokrin sistemi]]" məzmunu ilə yaradıldı
95729
wikitext
text/x-wiki
{{Vikilər}}
[[Kateqoriya:Orqanlar]]
[[Kateqoriya:Döş qəfəsi]]
[[Kateqoriya:Əzələ sistemi]]
[[Kateqoriya:Endokrin sistemi]]
7txglr3l3uurxehnmqqcfm0n0gk9mhx
Kateqoriya:Göyərçin
14
33493
95730
2026-05-07T06:07:16Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikilər}} [[Kateqoriya:Göyərçinlər]] [[Kateqoriya:Quşçuluq təsərrüfatı]]" məzmunu ilə yaradıldı
95730
wikitext
text/x-wiki
{{Vikilər}}
[[Kateqoriya:Göyərçinlər]]
[[Kateqoriya:Quşçuluq təsərrüfatı]]
smsh7fvcraed80co778ba6wrtitlb1n