Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.47.0-wmf.8
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Koroğlu dastanı/Aşıq Cünun
0
19979
96072
96060
2026-06-27T05:20:25Z
Araz Yaquboglu
734
[[Special:Contributions/~2026-36628-82|~2026-36628-82]] ([[User talk:~2026-36628-82|müzakirə]]) tərəfindən edilmiş 1 redaktə geri qaytarılaraq [[User:Araz Yaquboglu|Araz Yaquboglu]] tərəfindən yaradılan sonuncu versiya bərpa olundu
78587
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Koroğlu dastanı.
| müəllif = Koroğlu
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə = Aşıq Cünun
| əvvəlki = [[Koroğlu dastanı/Koroğlunun İstanbul səfəri|Koroğlunun İstanbul səfəri]]
| növbəti = [[Koroğlu dastanı/Koroğlunun Türkman səfəri|Koroğlunun Türkman səfəri]]
| il =
| qeydlər =
}}
<poem>
Günlərin birində Koroğlu yenə də Qıratı minib gədiyi kəsmişdi.
Bir də baxdı ki, budu bir karvan gəlir. Koroğlu gözlədi, elə ki, karvan gəlib çatdı, bir nərə çəkib atı dağdan aşağıya buraxdı.
Karvandakı adamlar əl-ayaq açana kimi Koroğlu onların başının üstünü aldı.
Deyirlər Koroğlu hər karvanı soyub dağıtmazdı.
Qabaqca onlardan bac istərdi. Bu karvanın da qabağını kəsib bac istədi.
Bəzirganbaşı onu tək görüb sözlərinə fikir vermədi. İstədi ki, karvanı çəksin.
O bilmirdi ki, bu adam adı dillərdə dastan olan qoç Koroğludur.
Qan vurdu Koroğlunun beyninə. Dəli Koroğlu yenə coşdu. Əvvəl Misri qılınca əl atmaq istədi. Sonra lənət şeytana deyib üç telli sazı döşünə basıb, görək nə dedi:
Gəl sənə söyləyim, bəzirganbaşı,
Gəlmişəm mən səndən bac alam, gedəm!
Dağıdam qəfləni, tökəm malını,
Gəlmişəm mən səndən öc alam, gedəm!
Polad şeşpərinən əzəm başını,
Axıdam gözünün qannı yaşını,
Cidayilən ölçəm al qumaşını,
Nağdın da olmasa, vec alam, gedəm!
Koroğluyam, sərt qayadan atıllam,
Harda dava olsa orda tapıllam,
Ac qurd kimi cümlənizə təpilləm,
Ortadan olmazsa, uc alam, gedəm!
Bəzirganbaşı bunun Koroğlu olmağına inanmadı. O eşitmişdi ki, Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi var ki, onlar düşmən
görəndə, şirə, pələngə dönürlər. İndi onu görüb Koroğlu olduğuna inanmadı, bac vermək istəmədi. Atını sürüb yola düzəlmək istəyirdi
ki, Koroğlu aldı başının üstünü, görək nə dedi:
Almamış al qumaşını,
Buraxmaram səni burdan!
İçib doymamış qanını,
Buraxmaram səni burdan!
Tutubsan yükünü uca,
Sənsən tacirbaşı xoca.
Matahını soymayınca
Buraxmaram səni burdan!
Meydanda şeşpər atmamış,
Qolların dalda çatmamış,
Qırat döşünə qatmamış,
Buraxmaram səni burdan!
Haradan tutdun sorağı,
Al eylədin qannı yağı,
Sinənə çəkməmiş dağı,
Buraxmaram səni burdan!
Qoç Koroğlu istər xərac,
İyidsənsə gir, meydan aç.
Malını eylərəm tarac,
Buraxmaram səni burdan!
Koroğlu sazla dediyi kimi sözdə də dedi:
– Bəzirganbaşı! Mən səninlə dava eləmək istəmirdim. İndi ki, bac vermədin, öz xoşunla dava-dalaşsız karvanı Çənlibelə çək! Yoxsa zorla aparacağam.
Bəzirganbaşı özünü elə göstərdi ki, guya razıdı, karvanı Çənlibelə çəkir. Amma hiylə yolu ilə göz altı öz yaraxlı-yasaqlı adamlarına him
elədi ki, Koroğlunu vursunlar. Yaraqlı tacirlər Koroğluya hücum elədilər.
Elə bil ki, beş-on dənə siçan bir qızmış kərgədanı öldürmək istəyirdi. Bu qabaqca Koroğluya gülməli gəldi. Sonra boynunun qatqat
duran əti qızardı. Koroğlu aşdı, daşdı, aslan kimi coşdu, qaplan kimi qeyzə gəldi. Misri qılıncı çəkdi, tərlan kimi Qıratın belinə yatıb meydana
təpildi. Sağdan vurdu soldan çıxdı, soldan vurdu sağdan çıxdı, tacirləri xurd-xəşil elədi. Baxdılar ki, yox bu zarafat eləməli adam
deyil, silahlarını töküb dayandılar. Koroğlu hamısını Qıratın döşünə qatıb Çənlibelə gətirdi. Dəlilər qabağa çıxdı. Malları yerə düşürdülər,
yerbəyer eləməyə başladılar. Koroğlu baxdı ki, tayların içində bir böyük dəmir sandıq var. Fikirləşdi bu yəqin qızıl-gümüşdı. İşarə elədi
sandığı açdılar. Nə çıxsa yaxşıdı. Baxdılar ki, sandığın içində saçı çiynində bir adam uzanıb. Koroğlu qaldı məhəttəl ki, bu nə sirrdi? Döndü bəzirganbaşı tərəfə ki, ondan soruşsun, gördü bəzirganbaşı meyit kimi tir-tap uzanıb yerə. Yanına yüyürdü, gördü xeyir ha... dünən ölübsən, bu gün! Bəzirganbaşı qup-quru quruyub. Dəlilərdən birisi dedi ki, bəs sən sandığı açanda o özündən getdi. Sudan-zaddan tökdülər, kişi bir az özünə gəldi. Koroğlu soruşdu: “Bu nə sirrdi?”.
Bəzirganbaşı dedi:
– Koroğlu, indi ki, belə oldu, düzünü deyəcəyəm. Bu mənim aşığımdı.
Adı da Aşıq Cünundu. Bu o qədər ayağı yüngül, xeyir bərəkətli adamdı ki, mənim yanıma gələndən bəri mal-dövlətim həddini aşıb.
Sən bizə hücum eliyəndə mən havanı bulut görüb onu sandıqda gizlətdim ki, bəlkə malım, dövlətim getsə də, o qalsın.
Koroğlu fikrə getdi. Bir tərəfdən Aşıq Cünunu öz yanında saxlamaq istəyirdi, bir tərəfdən onu bəzirganbaşının əlindən zorla almaq istəmirdi. Bir də başını yuxarı qaldıranda Aşıq Cünunu qabağında diz çökmüş gördü.
Aşıq Cünun dedi:
– Qoç Koroğlu, gözüm, könlüm səni tutub. Ömrümün axırınacan sənə qulluq edəcəm.
Aşıq Cünun o gündən Koroğlunun yanında qaldı. Ömrünün lap axır gününəcən onun aşığı oldu.
Deyirlər ki, Aşıq Cünun həmişə şəhərləri, kəndləri, obaları, oymaqları gəzib dolanardı, harda bir iyid, nəcib, ana südü əmmiş oğlan görsə gəlib Koroğluya xəbər verərdi. Koroğlu da onları öz dəstəsinə gətirdərdi.
</poem>
[[Kateqoriya:Koroğlu dastanı|*04]]
t4lj01f2uj9t1ccaww0gjdjjh5aphnz
96073
96072
2026-06-27T05:21:26Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
96073
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Koroğlu dastanı.
| müəllif = Koroğlu
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə = Aşıq Cünun
| əvvəlki = [[Koroğlu dastanı/Koroğlunun İstanbul səfəri|Koroğlunun İstanbul səfəri]]
| növbəti = [[Koroğlu dastanı/Koroğlunun Türkman səfəri|Koroğlunun Türkman səfəri]]
| il =
| qeydlər =
}}
<poem>
Günlərin birində Koroğlu yenə də Qıratı minib gədiyi kəsmişdi. Bir də baxdı ki, budu bir karvan gəlir. Koroğlu gözlədi, elə ki, karvan gəlib çatdı, bir nərə çəkib atı dağdan aşağıya buraxdı. Karvandakı adamlar əl-ayaq açana kimi Koroğlu onların başının üstünü aldı. Deyirlər Koroğlu hər karvanı soyub dağıtmazdı. Qabaqca onlardan bac istərdi. Bu karvanın da qabağını kəsib bac istədi. Bəzirganbaşı onu tək görüb sözlərinə fikir vermədi. İstədi ki, karvanı çəksin. O bilmirdi ki, bu adam adı dillərdə dastan olan qoç Koroğludur. Qan vurdu Koroğlunun beyninə. Dəli Koroğlu yenə coşdu. Əvvəl Misri qılınca əl atmaq istədi. Sonra lənət şeytana deyib üç telli sazı döşünə basıb, görək nə dedi:
Gəl sənə söyləyim, bəzirganbaşı,
Gəlmişəm mən səndən bac alam, gedəm!
Dağıdam qəfləni, tökəm malını,
Gəlmişəm mən səndən öc alam, gedəm!
Polad şeşpərinən əzəm başını,
Axıdam gözünün qannı yaşını,
Cidayilən ölçəm al qumaşını,
Nağdın da olmasa, vec alam, gedəm!
Koroğluyam, sərt qayadan atıllam,
Harda dava olsa orda tapıllam,
Ac qurd kimi cümlənizə təpilləm,
Ortadan olmazsa, uc alam, gedəm!
Bəzirganbaşı bunun Koroğlu olmağına inanmadı. O eşitmişdi ki, Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi var ki, onlar düşmən görəndə, şirə, pələngə dönürlər. İndi onu görüb Koroğlu olduğuna inanmadı, bac vermək istəmədi. Atını sürüb yola düzəlmək istəyirdi ki, Koroğlu aldı başının üstünü, görək nə dedi:
Almamış al qumaşını,
Buraxmaram səni burdan!
İçib doymamış qanını,
Buraxmaram səni burdan!
Tutubsan yükünü uca,
Sənsən tacirbaşı xoca.
Matahını soymayınca
Buraxmaram səni burdan!
Meydanda şeşpər atmamış,
Qolların dalda çatmamış,
Qırat döşünə qatmamış,
Buraxmaram səni burdan!
Haradan tutdun sorağı,
Al eylədin qannı yağı,
Sinənə çəkməmiş dağı,
Buraxmaram səni burdan!
Qoç Koroğlu istər xərac,
İyidsənsə gir, meydan aç.
Malını eylərəm tarac,
Buraxmaram səni burdan!
Koroğlu sazla dediyi kimi sözdə də dedi:
– Bəzirganbaşı! Mən səninlə dava eləmək istəmirdim. İndi ki, bac vermədin, öz xoşunla dava-dalaşsız karvanı Çənlibelə çək! Yoxsa zorla aparacağam.
Bəzirganbaşı özünü elə göstərdi ki, guya razıdı, karvanı Çənlibelə çəkir. Amma hiylə yolu ilə göz altı öz yaraxlı-yasaqlı adamlarına him
elədi ki, Koroğlunu vursunlar. Yaraqlı tacirlər Koroğluya hücum elədilər.
Elə bil ki, beş-on dənə siçan bir qızmış kərgədanı öldürmək istəyirdi. Bu qabaqca Koroğluya gülməli gəldi. Sonra boynunun qatqat
duran əti qızardı. Koroğlu aşdı, daşdı, aslan kimi coşdu, qaplan kimi qeyzə gəldi. Misri qılıncı çəkdi, tərlan kimi Qıratın belinə yatıb meydana təpildi. Sağdan vurdu soldan çıxdı, soldan vurdu sağdan çıxdı, tacirləri xurd-xəşil elədi. Baxdılar ki, yox bu zarafat eləməli adam deyil, silahlarını töküb dayandılar. Koroğlu hamısını Qıratın döşünə qatıb Çənlibelə gətirdi. Dəlilər qabağa çıxdı. Malları yerə düşürdülər, yerbəyer eləməyə başladılar. Koroğlu baxdı ki, tayların içində bir böyük dəmir sandıq var. Fikirləşdi bu yəqin qızıl-gümüşdı. İşarə elədi sandığı açdılar. Nə çıxsa yaxşıdı. Baxdılar ki, sandığın içində saçı çiynində bir adam uzanıb. Koroğlu qaldı məhəttəl ki, bu nə sirrdi? Döndü bəzirganbaşı tərəfə ki, ondan soruşsun, gördü bəzirganbaşı meyit kimi tir-tap uzanıb yerə. Yanına yüyürdü, gördü xeyir ha… dünən ölübsən, bu gün! Bəzirganbaşı qup-quru quruyub. Dəlilərdən birisi dedi ki, bəs sən sandığı açanda o özündən getdi. Sudan-zaddan tökdülər, kişi bir az özünə gəldi. Koroğlu soruşdu: "Bu nə sirrdi?".

ptezzr626oim7mcw68cr8l7cu45kxcx
96074
96073
2026-06-27T05:21:54Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Aşıq rəvayətləri]] əlavə olundu [[VM:HC|HotCat]]

[[Kateqoriya:Aşıq rəvayətləri]]
pl6dak2vixwkgbda6oxv5ngjh6jxeda
Müəllif:Aşıq Cəlil Dərələyəzli
102
29019
96078
84845
2026-06-27T09:56:36Z
Araz Yaquboglu
734
96078
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Aşıq Cəlil Dərələyəzli
|soyad =
|baş hərf = C
|doğum ili = 1868
|vəfat ili = 1923
|qeydlər =
|şəkil =
|şəkil başlığı =
|vikipediya_keçidi = Aşıq Cəlil Dərələyəzli
|vikisitat_keçidi =
|commons_keçidi =
}}
== Qoşmaları ==
* [[Bilmərəm (Aşıq Cəlil Dərələyəzli)]]
* [[Hardasan (Aşıq Cəlil Dərələyəzli)]]
* [[Mənim (Aşıq Cəlil Dərələyəzli)]]
* [[Olar (Dərələyəzli Aşıq Cəlil)]]
== Gəraylıları ==
* [[Peşman olar]]
== Təcnisləri ==
* [[Üz ola]]
* [[Gözə görünməz]]
== Deyişmələri ==
* [[Arxalıq-Gərək]] (Aşıq Nəbi-Aşıq Cəlil)
[[Kateqoriya:Azərbaycan şairləri]]
[[Kateqoriya:Azərbaycan aşıqları]]
[[Kateqoriya:1868-ci ildə doğulanlar]]
[[Kateqoriya:1923-cü ildə vəfat edənlər]]
eubuk3oun5a5549aav3yqo7ho8tvkyx
Kateqoriya:2024-cü ildə beynəlxalq münasibətlər
14
33632
96075
2026-06-27T05:22:49Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikianbar kateqoriyası|2024 in international relations}} [[Kateqoriya:İllərə görə beynəlxalq münasibətlər]] [[Kateqoriya:2024-cü ildə siyasət]] [[Kateqoriya:2024-cü ildə ölkələr]] [[Kateqoriya:2020-ci illərdə beynəlxalq münasibətlər]]" məzmunu ilə yaradıldı
96075
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|2024 in international relations}}
[[Kateqoriya:İllərə görə beynəlxalq münasibətlər]]
[[Kateqoriya:2024-cü ildə siyasət]]
[[Kateqoriya:2024-cü ildə ölkələr]]
[[Kateqoriya:2020-ci illərdə beynəlxalq münasibətlər]]
ee13eo5cwx96dotfgakglm2jdpugrmw
İstifadəçi:Ələddin.Məlikov
2
33633
96076
2026-06-27T08:39:40Z
Ələddin.Məlikov
3201
Səhifə "{{İstifadəçi məlumatı |Adı Soyadı = Ələddin Məlikov |Şəkli = [[File:Aladdin Malikov (Ələddin Məlikov).jpg|250px|Aladdin Malikov (Ələddin Məlikov)]] |İstifadəçi adı = |Yaşadığı ölkə = Azərbaycan Respublikası |Milliyyəti = Azərbaycanlı |Doğum tarixi = |Doğum yeri = Sumqayıt şəhəri |Vikipediyada fəaliyyəti = |Facebook..." məzmunu ilə yaradıldı
96076
wikitext
text/x-wiki
{{İstifadəçi məlumatı
|Adı Soyadı = Ələddin Məlikov
|Şəkli = [[File:Aladdin Malikov (Ələddin Məlikov).jpg|250px|Aladdin Malikov (Ələddin Məlikov)]]
|İstifadəçi adı =
|Yaşadığı ölkə = Azərbaycan Respublikası
|Milliyyəti = Azərbaycanlı
|Doğum tarixi =
|Doğum yeri = Sumqayıt şəhəri
|Vikipediyada fəaliyyəti =
|Facebook = https://www.facebook.com/MalikovAladdin
|Twitter =
|E-mail = aladdin.malikov@gmail.com
|Vikiİmzası =
|Sayt/Bloq =
}}
1bpwvuxfxxk1x6ftqjcl7ncddhsjzgc
Aslan qayası
0
33634
96077
2026-06-27T09:42:27Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
96077
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1935
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
'''PROLOQ'''
Bizim Xəzər sahilində bir qocaman qaya var,
Sinəsində parçalanır ağ köpüklü dalğalar.
Ellər onu əzizləyir, deyir "Aslan qayası",
Məhəbbətdən qurulmuşdur torpağının mayası.
Səhər günəş, nazlı günəş saçlarını yayanda,
Qağayılar sahil boyu əl-üzünü yuyanda,
Ruha gülür bu qayanın mənzərəsi uzaqdan,
O dinləyir şərqisini min günahsız dodaqdan.
Balıqçılar kölgəsində süfrə açır yay günü,
O bəlkə də yaşamışdır min insanın ömrünü…
Yaşamışdır bizim qaya neçə bahar, neçə qış,
Ağızlardan ağızlara dastan olub dolaşmış.
Bu bir şirin əfsanədir babalardan yadigar,
Bunda əziz bir ölkənin vicdanı var, qəlbi var.
Bəşər bütün xəyalında öz ruhunu oxşamış,
Ruzgarlara baş əydikcə su yolunda hər qamış
Bir insanın xəyalilə dastan olur dillərə;
Alqış bizim dastanı bol, söhbəti bol ellərə!
Mən həyatın öz oğluyam – həyat üçün hazıram,
Bizim "Aslan qayası"nın dastanını yazıram:
* * *
Saray qızı Mahniyar
Tanınmış diyar-diyar,
Ağ kəlağay başında,
Qız gəlinlik yaşında
Nə çovğun görmüş, nə qar;
Onu öpüb salamlar
Günəşin ilk işığı;
"Bir elin yaraşığı" –
Söyləyirlərmiş ona.
Gündə ipək bir dona
Bəzənərmiş Mahniyar.
Yanında qulluqçular
Bağçaları, bağları.
Bu düzləri, dağları
At belində gəzərmiş;
Yəhərini bəzərmiş
Düzlərin laləsilə;
Eşqin piyaləsilə
Tanış deyilmiş o qız.
Bəzən də sadə, yalqız
Sığınıb bir bucağa,
Tüstülənən ocağa
Həzin-həzin baxarmış;
Onun mənası varmış…
Qarabağdan, Şirvandan,
Şahlar yurdu irandan
Çox gələrmiş elçilər,
Nə sevgidən bir əsər,
Nə insaf varmış onda;
Canlar ölmüş yolunda…
Ağ kəlağay başında.
Qız gəlinlik yaşında
Hər gün çıxıb eyvana
Baxarmış dörd bir yana,
Süd kimi ağ bənizi.
Onu Xəzər dənizi
Böyütmüşdür qoynunda.
Gözmuncuğu boynunda,
Döşündə zərli Quran,
Qaydadır babalardan –
Gözələ göz dəyməsin;
Əsən yellər oyməsin
Boy atan bir çinarı…
Dağın soyuq nızgarı
Soldurmasın o gülü,
Qara geyər bülbülü.
Xan qızıdır Mahniyar
Odur ki, şöhrəti var.
Daha dilbər, daha xoş,
Yemişlər kimi meyxoş
Qızlarımız da varmış
"Böyüklər" almayarmış.
"Gəlin gərək xan olsun,
Böyük ocaqdan olsun.
Quşu tutun yuvadan" –
Bir məsəlmiş o zaman.
Örkən, çatı toxuyan,
Üstü qərinə qoxuyan
Qışın ayazlarında,
Boranında, qarında,
Çiynində yük daşıyan,
Daxmalarda yaşayan,
Gün altında ot bıçən,
Gölmələrdən su içən.
Qızlarımız da varmış –
Qocalıb qarıyarmış.
Xan sarayı… Qocalmış,
Xanda nə qüvvə qalmış,
Nə canında ixtiyar;
O, qızına can deyə
Başlamışdır hiyləyə: -
Qızım! Gülüm, Mahniyar!
Göz dikdiyim bircəsən,
Qocalmışam, görürsən;
Yoxdur əvvəlki halım –
Ağarmişdır saqqalım.
Nə qolumda qüvvə var,
Nə canımda ixtiyar.
Bax, bu cəlal, bu saray,
Yerdə büsat, göydə ay –
Nəyim varsa sənindir,
Bakı öz vətənindir.
Sənə vəsiyyətim var:
Yurdumuzda knyazlar
At oynatmaq… Aman…
Ah! Göstərməsin qoy Allah!
Suların zümzüməsi,
Quranın Tanrı səsi
Keçməsin yad ellərə.
Qızını! Bizim ellərə,
Dünya kəsilmiş yağı.
Cəlladların ayağı
Kəsilməmiş bu yerdən;
Oğul kimi döyüş sən,
Atıl incik gecəyə,
Vuruş pəncə-pəncəyə!
Ananın doğma yurdu,
Bax, bu saray, bu ordu,
Tüfəng tutan bu ərlər,
Bəslədiyim pələnglər –
Nəyim varsa sənindir,
Bakı öz vətənindir…
Sənə yenə sözüm var:
Şöhrətli, şanlı xanlar
Elçi göndərir sana,
Rəhmin gəlsin atana.
Seç onlardan birini,
Həm də cahangirini,
Qoy qüvvəmiz çoxalsın,
Adım tarixdə qalsın.
Deməsinlər "bizim xan
Düşmənin qabağından
Qaçdı qoyunlar kimi". -
Düz deyirsən, atacan,
Bilirəm ki, atadan
Böyük dünyada nə var? –
Deyə gözəl Mahniyar
Düşünərək arabir
Atasına söyləyir:
— Mən, dəniz qizıyam, adım Mahniyar,
Ellər arasında şan-şöhrətim var.
Bu torpaq, bu hava, bu zəngin Vətən –
Bunları duyduqca, düşündükcə mən
Həyata, varlığa məftun oluram,
Çöllər padşahı Məcnun oluram.
Bilirəm sənin də taxtın, tacın var,
Gözünü dikmişdir ona yağılar…
Fəqət şöhrət üçün, xaniman üçün,
Qanlarla yoğrulan bir zaman üçün
Qoparıb qəlbimi ata bilmərəm,
Çul kimi döşənib yata bilmərəm…
Çox da güvənməsin gücünə xanlar,
Mənim də qəlbim var, arzularım var:
Əlimlə tikdiyim bax bu ağ çuxa
Hansı bir igidin əyninə olsa,
Bir də ağ atımı kim minə bilsə,
O şah da deyilsə, xan da deyilsə,
Olsa da adi bir qapı nökəri
Onundur qəlbimin gizli telləri…
Ay dolanıb, il döndü,
Çox igidlər öyündü,
Güvəndi şöhrətinə,
Malına, dövlətinə,
Göz dikdi Mahniyara.
Yayıldı hər diyara
Bir gün yeni bir xəbər;
Dedilər ki, bir səhər
Başlanacaq imtahan,
Hansı igid bir oğlan
Ağ atın üstə minsə,
Ağ çuxanı geyinsə
Onunkudur Mahniyar.
Bu xəbəri alanlar
Şamaxıdan, Şəkidən,
Lənkərandan, Ləkidən,
Qarabağdan, Şirvandan,
Şahlar yurdu İrandan
Bığıburma cavanlar,
İgidlər, pəhləvanlar
Bakıya üz tutdular.
Hey atdılar, tutdular –
Tüfəng tutan, ox atan,
Atın qarnına yatan,
Başı üstə mil duran,
Quşu dimdikdən vuran
Suyu balıq kimi tən
Yarıb içindən keçən
Yığışıb dəstə-dəstə
Gəldi Bakının üstə.
Sədd çəkildi dörd yana,
Ağ at gəldi meydana.
Əvvəlcə buğa bir xan
Ağ atın cilovundan
Tutub, bir şillə vurdu –
O, atı qorxuduran.
Ətraf baxırdı mat-mat,
Cilovu dartaraq al
Qulağını şəklədi,
Əlilə təpiklədi
Xanın qanını birdən,
Qışqırdılar dörd yerdən –
Yıxıldı torpağa xan,
O gəlmişdi İrandan.
Sonra bir dəliqanlı
Gözləri həyəcanlı,
Ürəyində fırtına,
Atın yastı sırtına
Sıçradı birdən-birə.
Ağ at yataraq yerə,
Ağnadı, basdı bunu,
Qan apardı burnunu…
Dağıstanlı pəhləvan
Yaxın gəldiyi zaman
Hamını heyrət aldı,
Mahniyar da saraldı.
Tutub atın boynunu,
Burmaq istərkən onu
Ağ at öz vərdişini,
Kəmərindən dişilə
Yapışdı birdən-birə.
Onu da vurdu yerə.
Gəl, ey qaçaq Aslanım!
Gəl, ey qoçaq Aslanım!
Gəl ki, meydan sənindir,
Tülək tərlan sənindir!
Baş əymədin xanlara,
Sığındın ormanlara.
Yurdun oldu yaylaqlar,
Durna gözlü bulaqlar.
Adın düşdü dillərə,
Bayraq oldun ellərə.
Cütçülərin ağzında,
Aşıqların sazında
Dinlədik dastanım.
Ellər qahrəmanmı
Oxşar, sevər ürəkdən.
Sənə uğur deməkdən
Qüvvət aldı analar,
Elin böyük qəlbi var.
Aslan gəlir çaparaq,
Ağ at qulaq çırparaq,
Tanıyır qəhrəmanı.
Deyir o günlər hanı?
Aşıb dağdan, dərədən,
Uçardın üstümdə sən.
Bir gün tora saldılar
Məni səndən aldılar
Gəl, ey qaçaq Aslanım!
Gəl, ey qoçaq Aslanım!
Gəl ki, meydan sənindir,
Tülək tərlan sənindir.
Aslan süzür o xanı…
Geyinir ağ çuxanı,
Qalxır atın belinə.
At dönür dağ yelinə
Uçur düzdə quş kimi,
Dardan qurtulmuş kimi.
Sonra dönür geriyə,
Dik yeriyə-yeriyə
Duranlara baş əyir,
Xanın kefinə dəyir ki,
Üstün gəldi Aslan;
Səs çıxmadı xanlardan…
Sevinərək Mahniyar
Boylanır xumar-xumar.
Taleyindən küsür xan.
Onun qaş-qabağından
Bulud yağır eləbil!
Çünki qaytaran deyil
Verdiyi vədəsini:
"Çölün bir gədəsini"
Çağıracaq "kürəkən!"
Demək, bir səhər erkən
Qovuşdu sevgililər,
Doğan ətirli səhər
Öpdü, öpdü onları:
Dağların da ağ qarı
Hey əridi mum kimi.
Həyat bir zəqqum kimi
Görünürdü o xana,
İçindən yana-yana
Dedi: — Qızım! Mahniyar!
İndi nə muradın var?
Qaçaq Aslan sənindir,
Saray da vətənindir.
O gündon, oxucum, keçdi sənələr,
Keçdi bu dünyanın başından nələr!..
Toplar guruldadı, saraylar yatdı,
Bunları insanın əli yaratdı.
Gəlinlər, qocalar, qızlar, qarılar,
Beşikdə çağalar, ömrü yarılar
Cidalar ucunda parçalandı hey,
Ölkə dağıdıldı, el talandı hey…
İnsanlar bezikib, cana dayandı;
Qurunun oduna höyüş də yandı.
Taladı elləri yırtıcı xanlar,
Günəşin altında göl kimi qanlar
Qaynaya-qaynaya buxara döndü.
Qapılar bağlandı, ocaqlar söndü,
Ay da buludlarda gizlənib yatdı,
Bunları insanın əli yaratdı!..
Günlərin birində əsən küləklər
Gətirdi Bakıya acı bir xəbər:
"Bakının hakimi Hüseynqulu xan
Səhər yuxusundan ayılan zaman
Bütün dövlətini, bütün varını,
Şəhər qalasının öz açarını
Knyaz Sisyanova təslim verməli!
Yoxsa, ordumuzun dağıdan əli
Sizin də ölkəni yandıracaqdır,
Yerdə padşahların dediyi haqdır".
Şəhər kənarında durmuş ordugah
İsti bir dumana bürünmüş sabah.
Sabahın qoynunda min sızıltı var,
Yorğun piyadalar, atlı ordular
Azacıq dincəlir…
Fəqət kənarda,
Düşünən gözləri bir intizarda
Bir saldat əyləşmiş, seyr edir onu,
Bağrına basaraq dilli qarmonu,
Dərdini söyləyir ötən dillərə:
"Mən niyə gəlmişəm bu yad ellərə?
Görəsən neyləyir bizim tək qarı.
Yenə gözləyirmi uzaq yolları?
Mən evdən çıxanda boş qaldı anbar –
Bu ilki vergiyə getdi taxıllar…
Lap soyub taladı bizi mülkədar,
Böyük Rusiyada səadətmi var?
Nədir çəkdiyimiz bu ölüm, bu qan?
Qırıb tökdüyümüz deyilmi insan?
Neçin göz yaşına batsın analar,
Deyin, bu qanunda ədalətmi var?
Yox… düz atmayacaq əlim gülləri…
Qarı son nəfəsdə gözləyir məni.
Mən evdən çıxanda boş qaldı anbar –
Bu ilki vergiyə getdi taxıllar…"
Yayılır ətrafa qarmonun səsi,
Təmiz bir vicdanın saf zümzüməsi
Gəzir könülləri söz yaza-yaza…
Çuğul xəbər verir bunu knyaza.
Knyazın əlləri çox batmış qana,
Saldatı tutdurur gülləbarana.
Buna şahid olur hər dağ, hər dərə,
Bir cənub axşamı, mavi göylərə
Dikildi saldatın ala gözləri…
Sizə danışdığım o gündən bəri
İstisi sönməmiş o qardaş qanı
Oldu könüllərin şeir dastanı.
Başına and içir Sisyanovun çar;
Yorğun piyadalar, atlı ordular
Daşınır gecələr Qafqaza sarı.
Darğın bir ölkənin qara qaşları
Çatılmış yay kimi kinlərlə dolu,
Gözləyir yağının gəldiyi yolu.
Sisyanov — o döşü medallı knyaz!
O alçaq, o çəngli-cidalı knyaz…
Çarın sədaqətli, yaxın nökəri,
At üstündə qılınc vurandan bəri
Yayılmış şöhrəti bütün Qafqaza.
Çar xeyli güvənir məğrur knyaza.
Almış sifarişi Hüseynqulu xan,
İldırım tökülür qaş-qabağından,
Qolları qüvvətsiz, Ömrü ixtiyar,
Oynayır gözündə qara buludlar.
Düşünür gecəni sabaha qədər,
Ağarır dan yeri, açılır səhər
Fəqət sahilləri döyür dalğalar,
Saray qarşısında bir izdiham var.
"Ah, zalım xan! Zalım xan!
Sən qorxub öz canından
Yurdu versən hər yada,
Kor olasan dünyada!
Bir xan da artsa əgər
Çoxalacaq vergilər.
Yorulduq işləməkdən,
"Allah, Allah" deməkdən
Tez çağırın Aslanı.
Yığsın eli, obanı,
Sel olsa da qanımız,
Qurban olsun canımız
Bu sünbüllü çöllərə -
Bu mehriban ellərə!
Ah, zalım xan! Zalım xan!
Sən qorxub öz canından
Yurdu versən hər yada,
Kor olasan dünyada!"
Knyazın ordusn yetişib həmən
Bürümüş şəhəri dörd bir tərəfdən.
Xansa fikirlərə qərq olub, naçar
Sorur nökərlərdən: -
Hardadır açar? Aparın!
Aparın, verin knyaza;
Güvənsin Rusiya böyük Qafqaza.
Selin qarşısını almaq olarmı?
Tüfəngli çıxmağın mənası varmı? -
Özünü irəli verərək Aslan
Deyir: — Qoy açarı mən aparım, xan!
Xansa qəzəblənib bağırır. — Apar!
Əl çalib oynasın gələn ordular.
Knyazın başında bir qara dəstə
Gəlir yavaş-yavaş sarayın üstə.
Durur salamına saraydakılar.
(Öyünmə! Gecənin gündüzü də var...)
Aslan qarşılayır onları, naçar
Knyaza "baş əyir" əlində açar.
Qırılır qəlbində sədəfli bir saz;
Başını dik tutan o məğrur knyaz:
"Sadiq qullarına şöhrətli çarın
Knyaz Sisyanovdan salam aparın!" –
Deyərək, açara qürurla baxır…
Aslanın başından tüstülər qalxır,
Qan onun beyninə sıçrayır birdən.
Açarı knyaza təslim edirkən
Çalır xəncərini onun köksünə.
Alqış tarixdəki o şanlı günə!
Al! — deyir — payını, soruşma nədir –
Çara "qullarından" ilk hədiyyədir!..
Döşü medallı knyaz,
Cəngli-cidalı knyaz
Boyanmışdır al qana.
Salam Azərbaycana!
Gələn o qara bulud,
Ölüm rəngli o tabut
Artiq çəkildi yoxa
Bizim Ağ at, ağ çuxa.
Halal olsun Aslana!
Onu böyüdən ana
Dağların maralıdir.
Sorsanız haralıdır:
Salam Azərbaycana!
Boyanmışdır al qana
Döyüş medallı knyaz,
Cəngli-cidalı knyaz,
Tez yayılır bu xəbər,
Qaçır dünən gələnlər
Aylıq yolu bir gündə.
Axır Huyun üzündə
Kakartlı göy şapkalar…
Gecənin gündüzü var…
Qaçir çar orduları,
Gilavarın ruzgarı
Toz qaldırır göylərə,
Seçilməyir dağ, dərə
Amansızdır küləklər.
Qalır toplar, tüfənglər,
Qurşunlar, dinamitlər;
Sarı poqon zabitlər
Qucaqlayıb suları,
Qaçır şimala sarı.
O gündən, oxucum, keçdi sənələr,
Keçdi bu dünyanın başından nələr!
Çarın orduları ikinci dəfə
Hücuma başladı Bakı tərəfə:
Gecə sakit, gecə lal,
Gecə qərib bir xəyal…
Qaralmış pəncərələr,
Kiçik dağlar, dərələr
Qara sükuta dalmış.
Elə bil ki, qocalmış
Bu yerlərdə təbiət.
Xəzər dinməyir, əvət,
O da sakit, o da lal.
Gecə qərib bir xəyal…
Xan sarayı pərişan.
Nə işıqdan bir nişan.
Nə günəşdən soraq var.
Yatır saraydakılar…
Arabir ixtiyar xan
Ayılır yuxusundan,
Dilində bir soyuq ah,
Yada"Ey böyük Allah!"
Yenə yuxuya gedir,
Bu aləmi tərk edir.
Yatır gəlin Mahniyar,
Nə gözəl görkəmi var
Gözəllərin yuxuda!
Bir ölümdür yuxu da.
Şəhərdə yoxdur Aslan,
Verəcəkdir yurdu xan.
Gecənin qəlbi qara,
Cecəni yara-yara
Gəlir səssiz ordular.
Gecənin vicdanı dar…
Nə ulduz var, nə də Ay,
Yuxuya getmiş saray.
Ordu dolur şəhərə,
Az qalmışdır səhərə.
Başlanılır vurhavur;
"Al payını, qaçma, dur!"
Şarak-şarak-şara-rak –
Güllələr şığıyaraq
Dolur pəncərələrdən.
Cavab gəlirsə hərdən,
Sarayda qüvvə yoxdur;
Qaçanlar daha çoxdur.
Tez oyanır Mahniyar
Gözündə fırtınalar.
Görür saray od almış,
Nə bir köməkçi qalmış,
Nə Aslandan bir xəbər…
Bunu qopan küləklər
Xəbər verir Aslana,
O sınanmış aslana.
Ağ at uçur quş kimi,
Dardan qurtulmuş kimi.
Qızı görür yağılar…
Şahin kimi Mahniyar
Atılır pəncərədən,
Alovlar uda-uda.
Onu tutur havada
Mehriban, güclü bir əl,
Deyir ki, Aslanam, gəl!
Aman, Ağ at! Can, Ağ at!
Gah sıçra, gah yerə yat!
Bizi vermə düşmana,
Apar çıxar bir yana!
Ağ at gedir çaparaq,
Nalından od qoparaq.
Arxasınca ordular,
Hər tərəfdə ölüm var…
Havadan qurşun yağır,
Hava qurşundan ağır.
Bu düzlərdə Ağ at tək,
Keçdiyi yol daş-kəsək.
Heyrət o qanlı günə!
Bir qayanın üstünə
Gəlib çıxdı bizim at.
Üstündo iki həyat –
İki duyğu, iki qan…
Dənizin dalğasından
Sahillər zağ-zağ əsir,
Qaya əsir, dağ əsir.
Qabaq — dibsiz qara su,
Arxa — düşmən ordusu.
Laçın kimi Mahniyar
Gözündə fırtınalar
Deyir: — Aslan, əzizim!
Son günümüzdür bizim.
Düşmənlər gördü bizi.
Tutub hər ikimizi
Zindanlara salacaq,
Kim ölüb, kim qalacaq!
Dözməkdənsə bu dərdə,
Namusumuz əllərdə
Didilməsin, aman, ah!
Dəniz bizə son pənah!..
Sür Ağ atı dənizə,
Dəniz anadır bizə;
Udsun bizi dalğalar! –
Deyə, gəlin Mahniyar
Göz gəzdirir son dəfə
Günəş doğan tərəfə…
"Aman, Ağ at, can, Ağ at!
Dənizin qoynuna yat!
Bizi vermə düşmənə!"
Bir ruh gəldi Aslana.
Öpərək Mahniyarı,
Vurdu dənizə sarı
Atını dik qayadan,
Ağ at sıçradı əlan
Köpüklü dalğalara,
Suları yara-yara
Azacıq qol atdılar,
Gözdan itib batdılar,
Onlar çəkildi yoxa,
Bir də Ağ at, ağ çuxa…
O gündən titrədi yurdun üstündə
Cütbaşlı qartalın qanlı bayrağı.
Tarixin doğduğu o qara gündə
Böyük bir ölkənin söndü çırağı.
O gündən göründü sarı poqonlar,
Boşaldı kəndçinin dolu xırmanı.
Elləri qurd kimi taladı onlar
Dedilər, padşahın sağ olsun canı.
O gündən ağladı aşığın sazı,
Dilində can yaxan dərdli haraylar.
Uçan durnaların küskün avazı
Ötdükcə dişnədi yıldızlar, aylar.
Buludlar çaxnaşdı, hava daraldı,
Cumalar1 dolaşdı bizim elləri.
Bizim ipəkləri Peterburq aldı
Bəzəndi knyazın madmazelləri.
O gündən saraldı yaşıl təbiət,
Axdı həzin-həzin Kür çayı, Araz.
Baş əydi qanuna kitab, şəriət,
Ürəklərdə zədə, baxışlarda yas.
Tər içdi, qan uddu məlal papaqlar,
Son dana, son çuval getdi vergiyə…
Vağlandı qapılar, söndü ocaqlar,
Qarılar, qocalar yalvardı göyə…
Çəkdi qamçısını azğın mülkədar
Ver dedi! Ver dedi! Çıxar belindən!
Göydə bir Allahdır, yerdə də bir çar,
Qabarlar tökülsün sənin əlindən.
Satdı mənliyini "əsilzadələr",
Çarın xidmətinə baş əydi Quran.
Bütün gördüyümü danışsam əgər,
Kağızım qurtarar, yorular insan.
Yüz il biz ayrıldıq ana dilindən,
Məktəbin adına dedik "uşkola".
Oxucum! Bir daha nəzər yetir sən
Keçdiyin o qanlı, o qorxunc yola.
Yüz il Füzuliyə həsrət qalaraq
Doğma anamıza söylədik "mama".
Yüz illik yuxuya birdən dalaraq
Yatdıq gözümüzdən yaş dama-dama.
Yüz il nəfəsnü çəkə bilmədi
Şairlor oylağı böyük bir ölkə.
Yüz il öz qolunu çəkə bilmədi…
Tarix! Səninkidir bu qara ləkə!
Axdı Rusiyaya neft kəmərləri,
Daşıdı onları ilk dəmir yolu…
Tarixə hökm edən o gündən bəri,
Çalışdı yadlara Azərin oğlu.
O gündən qaraldı göydə buludlar,
Bir günəş doğmadı Azərbaycana.
O gündən saraldı çiçəklər, otlar,
Gəmimiz çıxmadı varıb bir yana…
'''EPİLOQ'''
Sevgilim! Sahilin dəmi var yenə,
Gəl çıxaq dənizin axşam seyrinə.
Dəniz gülümsəyir bir saf üz kimi,
Təbiət şadlanır ömrümüz kimi.
Küləklər dağıdır buludu lay-lay,
Dənizdə parlayır gümüş rəngli ay.
O da göz qoyaraq bizim gəncliyə,
Göyləri seyr edir "azadlıq" — deyə.
Odur bax! Yazdığım "Aslan qayası",
Silinmiş alnındın ellərin yası…
Onun sinəsində oxuyur bir quş,
Quş deyil, bir qızdır adı "qurtuluş".
Dilində Vaqifin gözəlləməsi,
Yayılmış ətrafa onun zil səsi,
Bu gənc də baş qoymuş onun çiyninə;
Burda sevgililər zövq alır yenə
Vətən torpağının azadlığından.
İnsan — azadlıqdır, azadlıq — insan!
''1935''
</poem>
[[Kateqoriya:1935-ci ilin poemaları]]
5t7vz65lln6z994a6n76b2pewndzvd1