Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.47.0-wmf.10 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Müəllif:Yusif Vəzir Çəmənzəminli 102 12318 96321 76787 2026-07-11T18:57:49Z Yousiphh 6397 96321 wikitext text/x-wiki {{Müəllif |ad = Yusif Vəzir Çəmənzəminli |soyad = |baş hərf = Ç |doğum ili = 1887 |vəfat ili = 1943 |qeydlər = Azərbaycan dövlət adamı və yazıçısı. Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyəyə ilk səfiri. |şəkil = Yusif Vazir Chamanzaminli (1911).jpg |şəkil başlığı = Yusif Vəzir Çəmənzəminli |vikipediya_keçidi = Yusif Vəzir Çəmənzəminli |vikisitat_keçidi = |commons_keçidi = Category:Yusif Vazir Chamanzaminli }} ==Hekayələri== * [[Əziz]] * [[Gələcək şəhər]] ==Romanları== * [[Studentlər]] * [[Qızlar bulağı]] * [[İki od arasında]] ==Həmçinin bax== [[Kateqoriya:Azərbaycan yazıçıları]] [[Kateqoriya:Azərbaycan diplomatları]] [[Kateqoriya:1887-ci ildə doğulanlar]] [[Kateqoriya:1943-cü ildə vəfat edənlər]] rtccr774l2o9zug5nnix14a0i2d36p7 İstifadəçi:Shahdag 2 27062 96338 96309 2026-07-12T07:59:03Z Araz Yaquboglu 734 /* Əlavə etdiyim məktublar */ 96338 wikitext text/x-wiki == Əlavə etdiyim əsərlər == * [[Molla Nur]] * [[Ellərdən soruş]] * [[Gözəl (Xaltanlı Tağı)]] * [[Mənəm, mən]] * [[Qal indi (Aşıq Rəcəb)]] * [[Gəzirəm]] * [[Gəl (Zərnigar Dərbəndli)]] == Əlavə etdiyim məktublar == * [[Cahangir Bağırovun atası Mircəfər Bağırova yazdığı məktub]] ijdhqqdnlwt2t8gnj1jqrsl6sy85usc 96339 96338 2026-07-12T07:59:35Z Araz Yaquboglu 734 /* Əlavə etdiyim məktublar */ 96339 wikitext text/x-wiki == Əlavə etdiyim əsərlər == * [[Molla Nur]] * [[Ellərdən soruş]] * [[Gözəl (Xaltanlı Tağı)]] * [[Mənəm, mən]] * [[Qal indi (Aşıq Rəcəb)]] * [[Gəzirəm]] * [[Gəl (Zərnigar Dərbəndli)]] == Əlavə etdiyim məktublar == * [[Cahangir Bağırovun atası Mircəfər Bağırova məktubu]] rdk3vko3kpw360vs7881wlgr3agx3cq Gələcək şəhər 0 27442 96343 75058 2026-07-12T08:06:00Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 96343 wikitext text/x-wiki {{Başlıq | başlıq = Gələcək şəhər | müəllif = Yusif Vəzir Çəmənzəminli | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1933 | qeydlər = Azərbaycanın ilk elmi-fantastik hekayəsi | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} '''I''' Tiflisdən yola düşən təyyarə Kürdəmirə qədər rahat gəldi. Əvvəl sakit görünən hava birdən qarışdı, bərk külək başladı. Təyyarə əvvəlki sürətini dəyişdisə də, irəliyə doğru getmək mümkün olmadı: yel mane olurdu. Təyyarəçi ətrafı gözdən keçirdi: qaçışan buludlardan başqa bir şey görmədi. Yel yenə əvvəlki kimi təyyarənin qanadlarını şişirmədə idi. Təyyarəçi özünü itirmədi. Düşünərək gözlərini yan tərəfə çevirdi: pambıq layları kimi ağaran buludlar adamı qorxudurdu. Təyyarəçi diqqətlə baxdı. Bir tərəf qapqara, о biri tərəf isə işıqlı idi. Çох düşünmədən təyyarənin istiqamətini dəyişməyi qərara aldı. Təyyarə su axınına düşən kimi oldu – böyük bir sürətlə yola davam etdi. Posla şimalı göstərirdi. Bir neçə saatdan sonra hava ayazımağa başladı. Yel yavaşımışdı. Lakin aşağı baxıldıqda yerdən heç bir əsər görünmürdü. Ətraf mavi bir boşluqdan ibarət idi. Arxa tərəfdəki qapalı kamerada iki minik var idi. Biri Həsən, о biri Sandro idi. İkisi də Bakıya gedirdilər. Fırtınadan Həsənin başı gicəllənirdi, rəngi qaçmışdı. Üzünü yoldaşına çevirərək: – Sandro, – dedi, – indi biz Bakıda olmalı idik. Görünür, yolu azdıq. Sandro: – Mən də elə zənn edirəm – deyə cavab verdi. İki tərəf də uzun müddət sükutu pozmadı. '''II''' Səhərə yaxın Şərq tərəf qızarmağa başladı. Bu qızartı hər kəsdə bir ümid doğurdu. Sandro aşağı baxdı: – Həsən, – dedi, – bax, orada ağ ləkələr görünür. Həsən yuxusuzluqdan qızarmış gözlərini aşağı zillədi, diqqətlə baxdı, rəngsiz üzü parladı: – Sandro, – dedi, – şəhərə bənzəyir. Mis qabı andıran günəşin kənarları göründü, boşluqlara qızıl səpildi. Yel yох idi. Təyyarə yavaş-yavaş enirdi. Həsən bir də aşağı baxdı: – Şəhər! Şəhər! – deyə çığırdı. Sandro: – Həm də nə böyük, nə gözəl şəhər! – dedi. – Ağ evlər bağlar içində gizlənmiş… Bax, damlarda belə bağçalar salınmışdır. – Gör küçələr nə gözəldir – avtomobil, avtobus, tramvaylar birbirinin arxasınca sel kimi axır. Artıq şəhər göz qarşısında süfrə kimi sərilib, bütün təfsilatı ilə görünürdü. Yüzlərcə təyyarə on-on beş mərtəbəli evlərin damlarına qonub, uçmada idi; şəhər üzərində qurulmuş onlarca asma körpüdən dəmiryol qatarları keçirdi, kənardan axan bir çay gəmilər və motorlu qayıqlarla dolu idi… Təyyarə onmərtəbəli bir evin damına qondu. Gənc bir adam irəliləyib, salam verdi və yol göstərdi. Təyyarəçi, mexanik və miniklər təyyarədən çıxıb liftə oturdular. Lift sürətlə endi. Gənc adam da burada idi. İki dəqiqə sonra lift durdu. Qapı açıldı, cürbəcür bitkilərlə bəzənmiş bir terrasa çıxdılar. Gənc bunları salona dəvət etdi. Salonun sağ tərəfindəki kiçik otaqda yuyunub silindilər, sonra salonda bir masa ətrafında oturdular. Masanın üzərinə boşqablar düzülmüşdü. Hər boşqabın yanında bir zəng düyməsi var idi. Gənc masa üzərindəki kartı götürüb oxudu və: – Kim nə istəyirsə, desin, – dedi. Kimi qəhvə, kimi şokolad, təyyarəçi də çaxırla məzə istədi. Gənc kartı göstərərək dedi: – Baxın, buradakı şeylərin yanında bəzi işarələr var. Məsələn bir nöqtə, iki xətt qəhvə deməkdir; üç xətt, iki nöqtə şokolad; dörd xətt, beş nöqtə çaxıra işarədir… İndi boşqablarınızın yanındakı düymələri bu işarələrə görə basın. Hər kəs gəncin təliminə görə düyməni basdı. Bir dəqiqədə boşqablar aşağı enərək, yerlərində bir boşluq əmələ gəldi. Çох keçmədən boşqablar qəhvə, şokolad, çaxır, çörək, yağ, pendir və başqa şeylərlə dolu halda geriyə döndü. İki gündən bəri yeməmiş səyyahlar böyük bir iştaha ilə yeməyə başladılar. Yeməkdən sonra Sandro gəncə: – Vətəndaş, – dedi, – başım ağrıyır, mədəm də bulanır. Yaxında bir həkim varmı? – Həkim çoxdur. Həkimlər evinə telefon etməli. Gənc sözlərini qurtararqurtarmaz masanın üstündəki telefonu əlinə götürdü. О saat telefonun aynasında bir şəkil göründü. Bu bir çocuq idi: – Kimi istəyirsiniz? – deyə soruşdu. – Daxili xəstəlik mütəxəssisi lazımdır. – Bir dəqiqə gözləyin, – deyə çocuq aynadan yох oldu. İki dəqiqə sonra aynada üzü qırxıq bir qoca göründü: – Xəstə kimdir? – deyə sordu. Sandro irəli yeridi. – Mənəm. – Nəyindir? Sandro anlatdı. Həkim: – Dilinizi göstərin, – dedi. Sandro dilini çıxardı. Aynadakı həkimin üzü ciddiləşdi. Gözlərini diqqətlə Sandronun dilinə zillədi, sonra: – Yaxşı, – dedi, – bir dərman yazaram, aptek hazırlar. Bir saat sonra alarsınız. Həkim Sandronun adresini soruşub, yох oldu. Bir saat sonra evin qapısında bir avtomobil dayandı. Ağ geyimli bir qız Sandroya dərman gətirdi. Günorta yeməyindən sonra şəhərə çıxdılar. Avtomobil onları sürətlə apararkən birdən durdu. Hər kəs bir-birinin üzünə baxdı. – Nə oldu? – deyə soruşdular. Gənc anlatdı: – Avtomobillərin, tramvayların, adam basmasın deyə, motorlarına bir makina qoyulmuş. Ön tərəfdə maneə görünən kimi motor öz-özünə dayanır. Bu maneəni icad edən mühəndisə şəhər bağlarının birində heykəl qoyulmuşdur, indi görəcəksiniz. Həsən heyrətlə: – Deməli, küçələrdə on minlərcə avtomobil işlədiyi halda heç bir bədbəxt hadisə əmələ gəlmir. – Heç. Avtomobil bir bağın önündə durdu. Endilər. Bağın gözəlliyini təsvir etmək çətindir. Hər tərəf gül-çiçək idi. Xiyabanlar heykəllərlə dolu idi. Addım başına bir hovuz var idi. Hər on addımda bir makina qoyulmuşdu, üzərində cürbəcür şeylər yazılmışdı: qəhvə, şokolad, kitab, karandaş, meyvə… Yazıların yanındakı düymələrə barmaq basıldıqda, о saat yan qapıdan bir şey çıxaraq verilirdi. Makinalar şüurlu bir halda insanları əvəz edirdi. Hər meydançada radio oxuyurdu. Onların gözləri birdən göyə sataşdı. Havada cürbəcür rənglərdə yazılar yazılırdı. Teleqraf xəbərləri, şəhər hadisələri, elanlar, siyasi, ictimai, tibbi mülahizələr qeyd olunurdu. İşıq vasitəsilə havada yazılan bu xəbərlər beş-on dədiqədən bir dəyişilirdi. Bir də göydə iri hərflərlə "Yağış yağacaq!" sözləri yazıldı. haman, hər kəs daldalanmağa çalışdı. Səyyahlar bağdakı köşklərin birinə çəkildilər. Həsən heyrətlə: – Yağış yağacağını nədən bilirlər? – deyə sordu. Gənc: – Burada buludları da göyə makina vasitəsilə gətirirlər, – dedi. – Şəhəri təmizləmək üçün gündə iki dəfə yağış yağdırılır. Bir neçə dəqiqə müddətində göyü buludlar basdı, bərk yağış yağdı. Minlərcə altılülə fırçalı avtomobillər çıxaraq küçələri süpürməyə başladı. On dəqiqə sonra buludlar dağılıb, göy təmizləndi, günəş göründü. Böyük binaların hər birində ümumi yeməkxana, çocuq bağçası və dispanser var idi. Həmin binalarda yaşayanlar ayda bir dəfə müayinəolunmağa məcburdular. Səyyahlar bunu bilərək dispanserə getdilər. Dispanser bir neçə otaqdan ibarət idi. Divarlar ağ mina kərpiclərdən idi. Burada bir çox makinalar var idi. Ağıla gəlməyən bir təmizlik gözə çarpırdı. Səyyahları soyundurdular. Həsəni bir makina qarşısına qoyduqda bədəninin şəkli qarşıdakı ekrana düşdü. Makina işlədikcə ətrafdakı şəkil dəyişilirdi. Əvvəl dərinin altı, sonra əzələlər, damarlar, sümüklər, axırda daxili üzvlər, yəni ürək, ciyər, mədə, böyrəklər… incə nöqtələrə qədər göründü. Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Həsəni başqa bir otağa gətirdilər. Ciyərinə bir işıq buraxdılar. Sonra şərbət kimi bir ilac içirib, yola saldılar. Üç gündən sonra ləkə yох oldu. Sandronun böyrəyində kiçik bir daş var imiş, onu da işıq ilə əritdilər. Səyyahlar tibbi məsələlərlə maraqlandılar. Gənc səyyahları maraqlandıran məsələləri aydınlaşdırırdı: – Şəhərimizdə xəstəlik yох kimidir. Çünki başlanmasına belə yol verilmir. Sonra cərrahlıq о qədər irəliləmiş ki, insanın ürəyini, ciyərini belə çıxarıb, əvəzinə yapmasını qoyurlar. Hətta qayrılmış gözlər belə təbii vəzifələri ifa edir. Sandro heyrətlə: – Deməli, insan həmişə yaşaya bilər. Gənc fikrə getdi: – Əbədi həyat hələ kəşf olunmamışdır. Ancaq adamı uzun müddət yaşadırlar. Məsələn, bir qocanın hüceyrəsini dəyişməklə onu gəncləşdirirlər. İki yüz yaşlı adamlara hər addımda rast gələrsiniz. Bunlar dörd-beş dəfə gəncləşmişlər və hər dəfə onların yeni uşaqları da olmuşdur. Səyyahlar fabriklərdən birini görmək istədilər. Gənc bunları yeraltı dəmir yolu ilə apardı. Şəhər kənarındakı stansiyalarından birində vaqondan çıxdılar. Platformanın bir tərəfi sağa doğru tərpənərək sürünür, о biri tərəfi də sola doğru. Səyyahlar ayaqlarını platformaya qoyarqoymaz özlərini fırlanan pilləkən qarşısında gördülər. Birinci pilləyə çıxdıqda pilləkən bunları yuxarı götürdü. Küçəyə çıxdılar. Bütün qaldırımlar sağa və sola hərəkət etmədə idi. Ayaqlarını qoyan kimi, qaldırım bunları küçənin tininə qədər götürdü. Orada yerə enib, küçəni keçdilər və о biri qaldırım da onları bir dəqiqə içində ikinci küçənin tininə apardı. Bir neçə dəqiqə keçməmiş fabrikə çatdılar. Qapıçı telefonla müdirdən müsaidə istəyib, səyyahları içəri buraxdı. Fabrik kiçik bir şəhərə bənzəyirdi. Üzəri şüşəbənd idi. Darvazadan içəri dəmir yol çəkilmişdi. İçəridə əlli-altmış vaqon hərəkət edə bilirdi. Yolun sağ və sol tərəflərinə sıra ilə makinalar düzülmüşdü. Ağ geyimli şöbə müdirləri işçilər arasında dolaşmada idi. Burası avtomobil fabriki idi. Hər bir makina sırası müəyyən hissələr qayırmaqla məşğul idi. Birinci sırada makinalara buraxılmış xam dəmir parçaları son sıralarda hazır avtomobil olaraq vaqonlara yüklənirdi. Səyyahlar sıralardan birinə yanaşdılar. Bir işçi beş makinanı idarə edirdi. İşçinin vəzifəsi dəmir parçalarını makinalara qoyub bərkitmək və makina işini görüb qurtardıqdan sonra makinadan çıxarmaq idi. Avtomat makinalar bir neçə vəzifə görür: məsələn, kəsib, dəlib hamarlayırdı. İş elə qurulmuşdu ki, işçi beşinci makinaya xidmət edib döndükdə birinci makina işini qurtarırdı. Nəticədə nə işçi, nə də makina bir dəqiqə vaxt itirmirdi. Sandro işçilərin xətər görüb-görməmələri ilə çox maraqlandı: – İşçilər qəzaya uğrayırlarmı? – deyə sordu. – Heç vaxt! – deyə müdir cavab verdi, – çünki makinalar son dərəcə mükəmməl qayırılmışdır. Zəhmətin ağırlığı belə qaib olmuşdur; hər bir ağırlıq makinaya düşür. Səyyahlar fabriki gəzdilər. Burada körpə çocuqlar üçün yurdlar, dispanserlər, sənət məktəbləri, yemək evi, qiraət və kitabxana, hamam gördülər. İşçilərin soyunduqları yerə baxdılar – burası gözəl bir salon idi. Hər bir işçi üçün bir dolab qoyulmuşdu. İşçilər burada soyunub yuyunur, təmiz paltar geyib, fabrikdən çıxırlar. Darvazanın yanında böyük bir qaraj gördülər. Hər bir işçi yaşadığı yerə öz avtomobilində gedirmiş. Səyyahları təşyi edən işçiyə müraciət edərək: – Yoldaş, – deyə Həsən soruşdu, – gündə neçə saat işləyirsiniz? – Altı saat. – Neçə il işləyəndən sonra işçilərə təqaüd verirlər? – İyirmi beş ildən sonra. – Sonra onları təmin edirlərmi? – Təbii. Özü və ailəsi dövlət hesabına yaşayır. Səyyahlar fabriki tərk etdilər. Oradan məktəblərin birisinə getdilər. Məktəb on beş mərtəbəli bir evdə idi. Məktəbin ətrafı böyük bağla əhatə olunmuşdu. Gənc onlara anlatdı: – Burada beş min çocuq təhsil görür. Əlifbadan başlayaraq yeddi il burada oxuyurlar. Çocuğun nəyə həvəsi çoxdursa son sinifdə bəlli olur. Çocuqları həvəslərinə görə ayıraraq beş illik məktəblərə verirlər. Bu məktəb bir çox şöbələrə ayrılır. Buranı qurtaran mükəmməl mütəxəssis olur. Səyyahlar məktəbi gəzdilər. Siniflərin geniş və təmizliyi, laboratoriya və kabinələrin mükəmməlliyi, yemək salonu, kitabxana, gimnastika salonu, dispanser onların heyrətinə səbəb oldu. Tələbələrin sağlam vücudları, təmiz geyimləri və tərbiyələri nəzər-diqqətlərini cəlb etdi. Yolda gələrkən uzaqda görünən dağın başında gözləri bir sıra dəmir qüllələrə çarpdı. Qüllələrin başları buludlarda gizlənmişdi. Bunların nə olduğunu gəncdən soruşdular. Gənc dedi: – Bu qüllələr havadakı elektriki toplamaq üçündür. İldırım bizə böyük xidmət göstərir. Şəhərimizin işığı və fabriklərimizin hərəkəti bu qüllələrə bağlıdır. Ölkəmizdə belə qüllələr çoxdur. Bu qüllələr gecəyə qələbə çalmışlar. Şəhərdə gecələr işıqlanmayan bir nöqtə belə yoxdur. Hər tərəfdə işıq parıldayır. Sandro: – Belə ucuz enerji ilə yəqin evləri də qızdırırlar. Gənc: –Yох, – dedi, – istini günəşin hərarətindən alırıq. Məmləkətin müəyyən nöqtələrində makinalar qoyulmuş. Bu makinalar yayın hərarətini toplayaraq sıyıq bir hala salır. Üç ay tədarük olunan hərarət ölkənin doqquz aylıq ehtiyacını tamamilə ödəyir. Təyyarəçi: – İşıq və hərarət nə vasitə ilə gedir? – deyə sordu. – Halbuki şəhərin heç bir yerində məftil yoxdur. – Məftil bundan çox əvvəl götürülmuş. İndi məftilə ehtiyac yoxdur. Telefon, teleqraf, elektrik, hərarət – hamısı hava vasitəsilə gedir. Radio о qədər tərəqqi etmiş ki, adi həyatımızın hər bir sahəsində işlənir. Fikrimi anlatmaq üçün sizə bir misal söyləyim. Məhkəmələrimizə şahid dəvət olunmaz. Hər bir məhkəmədə bir ekran var. İstənilən zaman şahid rəsmi radio vasitəsilə ekrana gətirilir. Şəkil canlı adam kimi məhkəmənin bütün suallarına cavab verir. – Şəkil danışırmı? – deyə Həsən heyrətlə soruşdu. – Təbii, danışır. Şahid üç, ya beş günlük bir məsafədə olsa belə, yenə şəkli, səsi və ya da sözləri məhkəmə qarşısında nümayiş edir. Şəhərin bir çox yerlərində qoyulmuş iri ekranlar səyyahların nəzərini cəlb etdi. Bunların üzərində iri hərflərlə "keçmişin güzgüsü" sözləri yazılmışdı. Bir də bu ekranların birində "Üç əsr əvvəl" sözləri yazıldı, sonra yazı yох oldu. Əvəzində "Ərdəbil" kəlməsi düzüldü və bundan sonra bir şəkil göstərildi. Sinələri ağ kəfənli xalq başlarını xəncərlə yarırdılar; bir tərəfdə zəncir vururdular; qara geyimli camaat başlarına döyərək ağlayırdı… Tamaşaçılar nifrət bəyan edən üzlərini qırışdıraraq: – Nə vəhşi zamanlar var imiş, – deyə içlərini çəkirdilər. Bir də ekranda "Köhnə Azərbaycan" sözü görünərək yох oldu, sonra "Kəndlinin yaşayışı" yazıldı… Motal papaqlı kəndlilər qara damdan çıxdılar, ağacdan qayrılmış cütləri götürüb, tənbəl addımlarla yürüdülər. Təzəyə bələşmiş öküzləri qoşmağa başladılar… Həsən: – Bu kinodurmu? – deyə gəncdən soruşdu. – Yох. Bu, keçmişin mənzərəsidir. – Bilirəm. Oynanmış və ya vaxtilə çəkilmiş şəkildir. Gənc etiraz etdi və səyyahlara izahat verdi: – Vaxtilə çəkilməmiş, – dedi, – bu saat çəkilir. Bilirsiniz ki, dünyada heç bir şey yох olmur. Səslər dalğa ilə havaya yayılan kimi, şəkillər də havaya keçərək olduğu yerdən uzaqlaşır. Bu şəkillər və səslər müəyyən makina vasitəsilə uzaqlardan alınır. Makina qüvvətli olarsa, insaniyyətin ibtidai həyatından başlayaraq yaxın əsrlərə qədər göstərə bilir. Sandro heyrətlə: – О səslər dalğası necə şeydir? – Bu günkü səslər havada dalğalanan kimi, ibtidai səslər də dalğalanmış. Yalnız fərq buradadır ki, qədim zamanlar vücuda gələn səslərin havadakı dalğa dairəsi əsrlərdən bəri genişlənərək bizdən uzaqlaşmışdır. İndiki makinalar ən uzaq dalğaların səslərini alaraq kağız üzərinə qeyd edir. – Bununla harada məşğul olurlar? – deyə Sandro soruşdu: – Ayrıca elmi bir müəssisə var. İstəsəniz, görə bilərsiniz. Səyyahlar yüzlərcə otaqları gəzib başa çıxa bilmirdilər. Bir çoxotaqlarda adam yох idi. Bütün işləri makinalar görürdü. Bir makina yazır, о biri yazılan kağızları toplayır, üçüncü tikir, dördüncü cildləyir, beşinci qəfəsələrə düzürdü. Səyyahlar şüşə qübbəli böyük bir salona girdilər. Burada yüzlərcə alim adamlar işə məşğul idi. Səyyahları təşyi edən gənc yavaş səslə anlatdı: – Yazan makinaları gördünüz. Onlar əsrlərin söz və söhbətlərini havadan alıb, gecə-gündüz yazır. Bu yazılar dil etibarilə ayrılıb, bu müəssisənin cürbəcür şöbələrinə göndərilir. Hər şöbənin bir neçə mərkəzi salonu var. Bu salon daş əsrinin indiyə qədər bəlli olmayan dilləri ilə məşğuldur. Yalnız bu şöbədə çalışan adamların sayı minləri keçir. Səyyahlar başqa bir şöbəyə keçdilər. Buradakılar şəkillə məşğul idi. – Bu şəkillər hansı dövrə aiddir? – deyə təyyarəçi soruşdu. Gənc anlatdı: – Bu şöbə insanların ovçu dövrü ilə məşğuldur. Bu gözlərimizin qarşısındakı makinalar о dövrün tipləri və mənzərələrini kağıza köçürür. Şəkillə məşğul olan şöbələrin sayı yüzdən artıqdır. Ovçu dövrünün yazıları və şəkilləri başqa bir şöbəyə toplanır. Sonra alimlər bu materiallardan kitablar yazırlar. Sandro dolablara toplanmış şəkillərdən bir yığın götürüb baxdı. Hamısı rəngli idi. Əlləri yaylı və oxlu çılpaq adamlar bir çox vəziyyətlərdə çəkilmişdi. Hippopotam ovunu təsvir edən bir şəkil çox maraqlı idi. Bu dəhşətli heyvan ovçulardan birini pəncəsi altında əzir, о birisini də iti dişləri ilə didirdi. Yan tərəfdəki ağacın budaqlarında meymunlar oynaşırdı. Səyyahlar olduqları yerə gəldilər. Yolda gəncə bir çox suallar verdilər. Həsən: – Bir şey məni maraqlandırır, – dedi. – Biz yeyirik, içirik, hoteldə yaşayırıq… Nə üçün bizdən pul istəyən yoxdur? – Pul nədir? Pul yüz il bundan əvvəl ləğv olunmuşdur. Bizdə hər kəs çalışır və hər kəs də yeyir, içir və yaşayır. Bu hər kəsin vəzifəsidir. Bir adama nə lazım olsa hər bir yerdən ala bilər. – Müftəmi? – deyə Sandro heyrətlə soruşdu. – Müftə nə deməkdir? Hər kəs cəmiyyət üçün çalışır və cəmiyyət də onu bəsləyir. Burada dərin bir məsələ yoxdur. Səyyahlar bir-birinin üzünə baxaraq gülümsədilər. Gənc bunların heyrətinin mənasını duyaraq dedi: – Keçmiş xalqların fəna yaşadığının səbəblərini tarixdə oxuyuruq. Birinin işləyən, о birinin müftə yeyən olması insanların həyatını pozmuşdur. Biz işləməyənləri aramızdan çoxdan çıxarmışıq. Əl-ayağı iş tuta bilməyən uşaqlardan və qocalardan başqa hamı işləyir. İşləməyən adama yemək yoxdur. Bu gün heç kəs yediyi və geydiyi şeylərdən başqa artıq, lüzumsuz şeyləri toplamır. Bizim ölkəmizdə yeməkgeymək bir ehtiyac olan kimi, işləmək də bir ehtiyacdır. İşləmənin məhsulu faydadır. Hər kəs özünün gündəlik faydasını başqasının faydasına dəyişir. Pula ehtiyac varmı? Bu gün pulun yerini iş və fayda tutur. – Bu necə ola bilər? – deyə Həsən soruşdu. – İnsanların bir-birinə hörmət və etibarı var. Yalan, adam aldatma, tənbəllik və bu kimi fəna sifətlərə biz yalnız tarixdə rast gəlirik. Gəncin sözləri və şəhərdə gördükləri səyyahları son dərəcə təəccübləndirdi. Olduqları evə qayıtdıqdan sonra belə, gördüklərinin və eşitdiklərinin təsirindən qurtara bilmədilər. Sandro: – Həsən, – dedi, – mən artıq burada qala bilmərəm. Çünki gecəgündüz çalışan adamların arasında işsiz vaxt keçirmək canımı sıxır. Halbuki biz hələ bunlardan çox geridəyik. Bu yolda onlardan iyirmi qat artıq çalışmalıyıq. Həsən başını tərpətdi: – Bunlara çatmaq olarmı? – dedi. Sandro qəti səslə: – Olar. Biz də bunlar kimi adam deyilikmi? Ancaq qarşımızda duran maneələri qırıb atmalıyıq. – Elə! Elə! – deyə təyyarəçi əlini Sandroya uzatdı. Sandro Həsənin və mexanikin də əllərini əlinə aldı və böyük bir imanla dedi: – Biz də bunlar kimi yeni şəhər, sosializm şəhəri qura bilərik. Çünki hər bir şey bizim əlimizdədir, yalnız çalışmaq lazımdır. *** О gün səyyahlar təyyarəyə minib qalxdılar və bizim dünyaya uçmağa başladılar. ''1933'' [[Kateqoriya:1933-cü ilin hekayələri]] jvu4ff03jv7kmsi7y0e88tj8nuy9cp8 96344 96343 2026-07-12T08:06:53Z Araz Yaquboglu 734 96344 wikitext text/x-wiki {{Başlıq | başlıq = Gələcək şəhər | müəllif = Yusif Vəzir Çəmənzəminli | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1933 | qeydlər = Azərbaycanın ilk elmi-fantastik hekayəsi | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem> '''I''' Tiflisdən yola düşən təyyarə Kürdəmirə qədər rahat gəldi. Əvvəl sakit görünən hava birdən qarışdı, bərk külək başladı. Təyyarə əvvəlki sürətini dəyişdisə də, irəliyə doğru getmək mümkün olmadı: yel mane olurdu. Təyyarəçi ətrafı gözdən keçirdi: qaçışan buludlardan başqa bir şey görmədi. Yel yenə əvvəlki kimi təyyarənin qanadlarını şişirmədə idi. Təyyarəçi özünü itirmədi. Düşünərək gözlərini yan tərəfə çevirdi: pambıq layları kimi ağaran buludlar adamı qorxudurdu. Təyyarəçi diqqətlə baxdı. Bir tərəf qapqara, о biri tərəf isə işıqlı idi. Çох düşünmədən təyyarənin istiqamətini dəyişməyi qərara aldı. Təyyarə su axınına düşən kimi oldu – böyük bir sürətlə yola davam etdi. Posla şimalı göstərirdi. Bir neçə saatdan sonra hava ayazımağa başladı. Yel yavaşımışdı. Lakin aşağı baxıldıqda yerdən heç bir əsər görünmürdü. Ətraf mavi bir boşluqdan ibarət idi. Arxa tərəfdəki qapalı kamerada iki minik var idi. Biri Həsən, о biri Sandro idi. İkisi də Bakıya gedirdilər. Fırtınadan Həsənin başı gicəllənirdi, rəngi qaçmışdı. Üzünü yoldaşına çevirərək: – Sandro, – dedi, – indi biz Bakıda olmalı idik. Görünür, yolu azdıq. Sandro: – Mən də elə zənn edirəm – deyə cavab verdi. İki tərəf də uzun müddət sükutu pozmadı. '''II''' Səhərə yaxın Şərq tərəf qızarmağa başladı. Bu qızartı hər kəsdə bir ümid doğurdu. Sandro aşağı baxdı: – Həsən, – dedi, – bax, orada ağ ləkələr görünür. Həsən yuxusuzluqdan qızarmış gözlərini aşağı zillədi, diqqətlə baxdı, rəngsiz üzü parladı: – Sandro, – dedi, – şəhərə bənzəyir. Mis qabı andıran günəşin kənarları göründü, boşluqlara qızıl səpildi. Yel yох idi. Təyyarə yavaş-yavaş enirdi. Həsən bir də aşağı baxdı: – Şəhər! Şəhər! – deyə çığırdı. Sandro: – Həm də nə böyük, nə gözəl şəhər! – dedi. – Ağ evlər bağlar içində gizlənmiş… Bax, damlarda belə bağçalar salınmışdır. – Gör küçələr nə gözəldir – avtomobil, avtobus, tramvaylar birbirinin arxasınca sel kimi axır. Artıq şəhər göz qarşısında süfrə kimi sərilib, bütün təfsilatı ilə görünürdü. Yüzlərcə təyyarə on-on beş mərtəbəli evlərin damlarına qonub, uçmada idi; şəhər üzərində qurulmuş onlarca asma körpüdən dəmiryol qatarları keçirdi, kənardan axan bir çay gəmilər və motorlu qayıqlarla dolu idi… Təyyarə onmərtəbəli bir evin damına qondu. Gənc bir adam irəliləyib, salam verdi və yol göstərdi. Təyyarəçi, mexanik və miniklər təyyarədən çıxıb liftə oturdular. Lift sürətlə endi. Gənc adam da burada idi. İki dəqiqə sonra lift durdu. Qapı açıldı, cürbəcür bitkilərlə bəzənmiş bir terrasa çıxdılar. Gənc bunları salona dəvət etdi. Salonun sağ tərəfindəki kiçik otaqda yuyunub silindilər, sonra salonda bir masa ətrafında oturdular. Masanın üzərinə boşqablar düzülmüşdü. Hər boşqabın yanında bir zəng düyməsi var idi. Gənc masa üzərindəki kartı götürüb oxudu və: – Kim nə istəyirsə, desin, – dedi. Kimi qəhvə, kimi şokolad, təyyarəçi də çaxırla məzə istədi. Gənc kartı göstərərək dedi: – Baxın, buradakı şeylərin yanında bəzi işarələr var. Məsələn bir nöqtə, iki xətt qəhvə deməkdir; üç xətt, iki nöqtə şokolad; dörd xətt, beş nöqtə çaxıra işarədir… İndi boşqablarınızın yanındakı düymələri bu işarələrə görə basın. Hər kəs gəncin təliminə görə düyməni basdı. Bir dəqiqədə boşqablar aşağı enərək, yerlərində bir boşluq əmələ gəldi. Çох keçmədən boşqablar qəhvə, şokolad, çaxır, çörək, yağ, pendir və başqa şeylərlə dolu halda geriyə döndü. İki gündən bəri yeməmiş səyyahlar böyük bir iştaha ilə yeməyə başladılar. Yeməkdən sonra Sandro gəncə: – Vətəndaş, – dedi, – başım ağrıyır, mədəm də bulanır. Yaxında bir həkim varmı? – Həkim çoxdur. Həkimlər evinə telefon etməli. Gənc sözlərini qurtararqurtarmaz masanın üstündəki telefonu əlinə götürdü. О saat telefonun aynasında bir şəkil göründü. Bu bir çocuq idi: – Kimi istəyirsiniz? – deyə soruşdu. – Daxili xəstəlik mütəxəssisi lazımdır. – Bir dəqiqə gözləyin, – deyə çocuq aynadan yох oldu. İki dəqiqə sonra aynada üzü qırxıq bir qoca göründü: – Xəstə kimdir? – deyə sordu. Sandro irəli yeridi. – Mənəm. – Nəyindir? Sandro anlatdı. Həkim: – Dilinizi göstərin, – dedi. Sandro dilini çıxardı. Aynadakı həkimin üzü ciddiləşdi. Gözlərini diqqətlə Sandronun dilinə zillədi, sonra: – Yaxşı, – dedi, – bir dərman yazaram, aptek hazırlar. Bir saat sonra alarsınız. Həkim Sandronun adresini soruşub, yох oldu. Bir saat sonra evin qapısında bir avtomobil dayandı. Ağ geyimli bir qız Sandroya dərman gətirdi. Günorta yeməyindən sonra şəhərə çıxdılar. Avtomobil onları sürətlə apararkən birdən durdu. Hər kəs bir-birinin üzünə baxdı. – Nə oldu? – deyə soruşdular. Gənc anlatdı: – Avtomobillərin, tramvayların, adam basmasın deyə, motorlarına bir makina qoyulmuş. Ön tərəfdə maneə görünən kimi motor öz-özünə dayanır. Bu maneəni icad edən mühəndisə şəhər bağlarının birində heykəl qoyulmuşdur, indi görəcəksiniz. Həsən heyrətlə: – Deməli, küçələrdə on minlərcə avtomobil işlədiyi halda heç bir bədbəxt hadisə əmələ gəlmir. – Heç. Avtomobil bir bağın önündə durdu. Endilər. Bağın gözəlliyini təsvir etmək çətindir. Hər tərəf gül-çiçək idi. Xiyabanlar heykəllərlə dolu idi. Addım başına bir hovuz var idi. Hər on addımda bir makina qoyulmuşdu, üzərində cürbəcür şeylər yazılmışdı: qəhvə, şokolad, kitab, karandaş, meyvə… Yazıların yanındakı düymələrə barmaq basıldıqda, о saat yan qapıdan bir şey çıxaraq verilirdi. Makinalar şüurlu bir halda insanları əvəz edirdi. Hər meydançada radio oxuyurdu. Onların gözləri birdən göyə sataşdı. Havada cürbəcür rənglərdə yazılar yazılırdı. Teleqraf xəbərləri, şəhər hadisələri, elanlar, siyasi, ictimai, tibbi mülahizələr qeyd olunurdu. İşıq vasitəsilə havada yazılan bu xəbərlər beş-on dədiqədən bir dəyişilirdi. Bir də göydə iri hərflərlə "Yağış yağacaq!" sözləri yazıldı. haman, hər kəs daldalanmağa çalışdı. Səyyahlar bağdakı köşklərin birinə çəkildilər. Həsən heyrətlə: – Yağış yağacağını nədən bilirlər? – deyə sordu. Gənc: – Burada buludları da göyə makina vasitəsilə gətirirlər, – dedi. – Şəhəri təmizləmək üçün gündə iki dəfə yağış yağdırılır. Bir neçə dəqiqə müddətində göyü buludlar basdı, bərk yağış yağdı. Minlərcə altılülə fırçalı avtomobillər çıxaraq küçələri süpürməyə başladı. On dəqiqə sonra buludlar dağılıb, göy təmizləndi, günəş göründü. Böyük binaların hər birində ümumi yeməkxana, çocuq bağçası və dispanser var idi. Həmin binalarda yaşayanlar ayda bir dəfə müayinəolunmağa məcburdular. Səyyahlar bunu bilərək dispanserə getdilər. Dispanser bir neçə otaqdan ibarət idi. Divarlar ağ mina kərpiclərdən idi. Burada bir çox makinalar var idi. Ağıla gəlməyən bir təmizlik gözə çarpırdı. Səyyahları soyundurdular. Həsəni bir makina qarşısına qoyduqda bədəninin şəkli qarşıdakı ekrana düşdü. Makina işlədikcə ətrafdakı şəkil dəyişilirdi. Əvvəl dərinin altı, sonra əzələlər, damarlar, sümüklər, axırda daxili üzvlər, yəni ürək, ciyər, mədə, böyrəklər… incə nöqtələrə qədər göründü. Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Həsəni başqa bir otağa gətirdilər. Ciyərinə bir işıq buraxdılar. Sonra şərbət kimi bir ilac içirib, yola saldılar. Üç gündən sonra ləkə yох oldu. Sandronun böyrəyində kiçik bir daş var imiş, onu da işıq ilə əritdilər. Səyyahlar tibbi məsələlərlə maraqlandılar. Gənc səyyahları maraqlandıran məsələləri aydınlaşdırırdı: – Şəhərimizdə xəstəlik yох kimidir. Çünki başlanmasına belə yol verilmir. Sonra cərrahlıq о qədər irəliləmiş ki, insanın ürəyini, ciyərini belə çıxarıb, əvəzinə yapmasını qoyurlar. Hətta qayrılmış gözlər belə təbii vəzifələri ifa edir. Sandro heyrətlə: – Deməli, insan həmişə yaşaya bilər. Gənc fikrə getdi: – Əbədi həyat hələ kəşf olunmamışdır. Ancaq adamı uzun müddət yaşadırlar. Məsələn, bir qocanın hüceyrəsini dəyişməklə onu gəncləşdirirlər. İki yüz yaşlı adamlara hər addımda rast gələrsiniz. Bunlar dörd-beş dəfə gəncləşmişlər və hər dəfə onların yeni uşaqları da olmuşdur. Səyyahlar fabriklərdən birini görmək istədilər. Gənc bunları yeraltı dəmir yolu ilə apardı. Şəhər kənarındakı stansiyalarından birində vaqondan çıxdılar. Platformanın bir tərəfi sağa doğru tərpənərək sürünür, о biri tərəfi də sola doğru. Səyyahlar ayaqlarını platformaya qoyarqoymaz özlərini fırlanan pilləkən qarşısında gördülər. Birinci pilləyə çıxdıqda pilləkən bunları yuxarı götürdü. Küçəyə çıxdılar. Bütün qaldırımlar sağa və sola hərəkət etmədə idi. Ayaqlarını qoyan kimi, qaldırım bunları küçənin tininə qədər götürdü. Orada yerə enib, küçəni keçdilər və о biri qaldırım da onları bir dəqiqə içində ikinci küçənin tininə apardı. Bir neçə dəqiqə keçməmiş fabrikə çatdılar. Qapıçı telefonla müdirdən müsaidə istəyib, səyyahları içəri buraxdı. Fabrik kiçik bir şəhərə bənzəyirdi. Üzəri şüşəbənd idi. Darvazadan içəri dəmir yol çəkilmişdi. İçəridə əlli-altmış vaqon hərəkət edə bilirdi. Yolun sağ və sol tərəflərinə sıra ilə makinalar düzülmüşdü. Ağ geyimli şöbə müdirləri işçilər arasında dolaşmada idi. Burası avtomobil fabriki idi. Hər bir makina sırası müəyyən hissələr qayırmaqla məşğul idi. Birinci sırada makinalara buraxılmış xam dəmir parçaları son sıralarda hazır avtomobil olaraq vaqonlara yüklənirdi. Səyyahlar sıralardan birinə yanaşdılar. Bir işçi beş makinanı idarə edirdi. İşçinin vəzifəsi dəmir parçalarını makinalara qoyub bərkitmək və makina işini görüb qurtardıqdan sonra makinadan çıxarmaq idi. Avtomat makinalar bir neçə vəzifə görür: məsələn, kəsib, dəlib hamarlayırdı. İş elə qurulmuşdu ki, işçi beşinci makinaya xidmət edib döndükdə birinci makina işini qurtarırdı. Nəticədə nə işçi, nə də makina bir dəqiqə vaxt itirmirdi. Sandro işçilərin xətər görüb-görməmələri ilə çox maraqlandı: – İşçilər qəzaya uğrayırlarmı? – deyə sordu. – Heç vaxt! – deyə müdir cavab verdi, – çünki makinalar son dərəcə mükəmməl qayırılmışdır. Zəhmətin ağırlığı belə qaib olmuşdur; hər bir ağırlıq makinaya düşür. Səyyahlar fabriki gəzdilər. Burada körpə çocuqlar üçün yurdlar, dispanserlər, sənət məktəbləri, yemək evi, qiraət və kitabxana, hamam gördülər. İşçilərin soyunduqları yerə baxdılar – burası gözəl bir salon idi. Hər bir işçi üçün bir dolab qoyulmuşdu. İşçilər burada soyunub yuyunur, təmiz paltar geyib, fabrikdən çıxırlar. Darvazanın yanında böyük bir qaraj gördülər. Hər bir işçi yaşadığı yerə öz avtomobilində gedirmiş. Səyyahları təşyi edən işçiyə müraciət edərək: – Yoldaş, – deyə Həsən soruşdu, – gündə neçə saat işləyirsiniz? – Altı saat. – Neçə il işləyəndən sonra işçilərə təqaüd verirlər? – İyirmi beş ildən sonra. – Sonra onları təmin edirlərmi? – Təbii. Özü və ailəsi dövlət hesabına yaşayır. Səyyahlar fabriki tərk etdilər. Oradan məktəblərin birisinə getdilər. Məktəb on beş mərtəbəli bir evdə idi. Məktəbin ətrafı böyük bağla əhatə olunmuşdu. Gənc onlara anlatdı: – Burada beş min çocuq təhsil görür. Əlifbadan başlayaraq yeddi il burada oxuyurlar. Çocuğun nəyə həvəsi çoxdursa son sinifdə bəlli olur. Çocuqları həvəslərinə görə ayıraraq beş illik məktəblərə verirlər. Bu məktəb bir çox şöbələrə ayrılır. Buranı qurtaran mükəmməl mütəxəssis olur. Səyyahlar məktəbi gəzdilər. Siniflərin geniş və təmizliyi, laboratoriya və kabinələrin mükəmməlliyi, yemək salonu, kitabxana, gimnastika salonu, dispanser onların heyrətinə səbəb oldu. Tələbələrin sağlam vücudları, təmiz geyimləri və tərbiyələri nəzər-diqqətlərini cəlb etdi. Yolda gələrkən uzaqda görünən dağın başında gözləri bir sıra dəmir qüllələrə çarpdı. Qüllələrin başları buludlarda gizlənmişdi. Bunların nə olduğunu gəncdən soruşdular. Gənc dedi: – Bu qüllələr havadakı elektriki toplamaq üçündür. İldırım bizə böyük xidmət göstərir. Şəhərimizin işığı və fabriklərimizin hərəkəti bu qüllələrə bağlıdır. Ölkəmizdə belə qüllələr çoxdur. Bu qüllələr gecəyə qələbə çalmışlar. Şəhərdə gecələr işıqlanmayan bir nöqtə belə yoxdur. Hər tərəfdə işıq parıldayır. Sandro: – Belə ucuz enerji ilə yəqin evləri də qızdırırlar. Gənc: –Yох, – dedi, – istini günəşin hərarətindən alırıq. Məmləkətin müəyyən nöqtələrində makinalar qoyulmuş. Bu makinalar yayın hərarətini toplayaraq sıyıq bir hala salır. Üç ay tədarük olunan hərarət ölkənin doqquz aylıq ehtiyacını tamamilə ödəyir. Təyyarəçi: – İşıq və hərarət nə vasitə ilə gedir? – deyə sordu. – Halbuki şəhərin heç bir yerində məftil yoxdur. – Məftil bundan çox əvvəl götürülmuş. İndi məftilə ehtiyac yoxdur. Telefon, teleqraf, elektrik, hərarət – hamısı hava vasitəsilə gedir. Radio о qədər tərəqqi etmiş ki, adi həyatımızın hər bir sahəsində işlənir. Fikrimi anlatmaq üçün sizə bir misal söyləyim. Məhkəmələrimizə şahid dəvət olunmaz. Hər bir məhkəmədə bir ekran var. İstənilən zaman şahid rəsmi radio vasitəsilə ekrana gətirilir. Şəkil canlı adam kimi məhkəmənin bütün suallarına cavab verir. – Şəkil danışırmı? – deyə Həsən heyrətlə soruşdu. – Təbii, danışır. Şahid üç, ya beş günlük bir məsafədə olsa belə, yenə şəkli, səsi və ya da sözləri məhkəmə qarşısında nümayiş edir. Şəhərin bir çox yerlərində qoyulmuş iri ekranlar səyyahların nəzərini cəlb etdi. Bunların üzərində iri hərflərlə "keçmişin güzgüsü" sözləri yazılmışdı. Bir də bu ekranların birində "Üç əsr əvvəl" sözləri yazıldı, sonra yazı yох oldu. Əvəzində "Ərdəbil" kəlməsi düzüldü və bundan sonra bir şəkil göstərildi. Sinələri ağ kəfənli xalq başlarını xəncərlə yarırdılar; bir tərəfdə zəncir vururdular; qara geyimli camaat başlarına döyərək ağlayırdı… Tamaşaçılar nifrət bəyan edən üzlərini qırışdıraraq: – Nə vəhşi zamanlar var imiş, – deyə içlərini çəkirdilər. Bir də ekranda "Köhnə Azərbaycan" sözü görünərək yох oldu, sonra "Kəndlinin yaşayışı" yazıldı… Motal papaqlı kəndlilər qara damdan çıxdılar, ağacdan qayrılmış cütləri götürüb, tənbəl addımlarla yürüdülər. Təzəyə bələşmiş öküzləri qoşmağa başladılar… Həsən: – Bu kinodurmu? – deyə gəncdən soruşdu. – Yох. Bu, keçmişin mənzərəsidir. – Bilirəm. Oynanmış və ya vaxtilə çəkilmiş şəkildir. Gənc etiraz etdi və səyyahlara izahat verdi: – Vaxtilə çəkilməmiş, – dedi, – bu saat çəkilir. Bilirsiniz ki, dünyada heç bir şey yох olmur. Səslər dalğa ilə havaya yayılan kimi, şəkillər də havaya keçərək olduğu yerdən uzaqlaşır. Bu şəkillər və səslər müəyyən makina vasitəsilə uzaqlardan alınır. Makina qüvvətli olarsa, insaniyyətin ibtidai həyatından başlayaraq yaxın əsrlərə qədər göstərə bilir. Sandro heyrətlə: – О səslər dalğası necə şeydir? – Bu günkü səslər havada dalğalanan kimi, ibtidai səslər də dalğalanmış. Yalnız fərq buradadır ki, qədim zamanlar vücuda gələn səslərin havadakı dalğa dairəsi əsrlərdən bəri genişlənərək bizdən uzaqlaşmışdır. İndiki makinalar ən uzaq dalğaların səslərini alaraq kağız üzərinə qeyd edir. – Bununla harada məşğul olurlar? – deyə Sandro soruşdu: – Ayrıca elmi bir müəssisə var. İstəsəniz, görə bilərsiniz. Səyyahlar yüzlərcə otaqları gəzib başa çıxa bilmirdilər. Bir çoxotaqlarda adam yох idi. Bütün işləri makinalar görürdü. Bir makina yazır, о biri yazılan kağızları toplayır, üçüncü tikir, dördüncü cildləyir, beşinci qəfəsələrə düzürdü. Səyyahlar şüşə qübbəli böyük bir salona girdilər. Burada yüzlərcə alim adamlar işə məşğul idi. Səyyahları təşyi edən gənc yavaş səslə anlatdı: – Yazan makinaları gördünüz. Onlar əsrlərin söz və söhbətlərini havadan alıb, gecə-gündüz yazır. Bu yazılar dil etibarilə ayrılıb, bu müəssisənin cürbəcür şöbələrinə göndərilir. Hər şöbənin bir neçə mərkəzi salonu var. Bu salon daş əsrinin indiyə qədər bəlli olmayan dilləri ilə məşğuldur. Yalnız bu şöbədə çalışan adamların sayı minləri keçir. Səyyahlar başqa bir şöbəyə keçdilər. Buradakılar şəkillə məşğul idi. – Bu şəkillər hansı dövrə aiddir? – deyə təyyarəçi soruşdu. Gənc anlatdı: – Bu şöbə insanların ovçu dövrü ilə məşğuldur. Bu gözlərimizin qarşısındakı makinalar о dövrün tipləri və mənzərələrini kağıza köçürür. Şəkillə məşğul olan şöbələrin sayı yüzdən artıqdır. Ovçu dövrünün yazıları və şəkilləri başqa bir şöbəyə toplanır. Sonra alimlər bu materiallardan kitablar yazırlar. Sandro dolablara toplanmış şəkillərdən bir yığın götürüb baxdı. Hamısı rəngli idi. Əlləri yaylı və oxlu çılpaq adamlar bir çox vəziyyətlərdə çəkilmişdi. Hippopotam ovunu təsvir edən bir şəkil çox maraqlı idi. Bu dəhşətli heyvan ovçulardan birini pəncəsi altında əzir, о birisini də iti dişləri ilə didirdi. Yan tərəfdəki ağacın budaqlarında meymunlar oynaşırdı. Səyyahlar olduqları yerə gəldilər. Yolda gəncə bir çox suallar verdilər. Həsən: – Bir şey məni maraqlandırır, – dedi. – Biz yeyirik, içirik, hoteldə yaşayırıq… Nə üçün bizdən pul istəyən yoxdur? – Pul nədir? Pul yüz il bundan əvvəl ləğv olunmuşdur. Bizdə hər kəs çalışır və hər kəs də yeyir, içir və yaşayır. Bu hər kəsin vəzifəsidir. Bir adama nə lazım olsa hər bir yerdən ala bilər. – Müftəmi? – deyə Sandro heyrətlə soruşdu. – Müftə nə deməkdir? Hər kəs cəmiyyət üçün çalışır və cəmiyyət də onu bəsləyir. Burada dərin bir məsələ yoxdur. Səyyahlar bir-birinin üzünə baxaraq gülümsədilər. Gənc bunların heyrətinin mənasını duyaraq dedi: – Keçmiş xalqların fəna yaşadığının səbəblərini tarixdə oxuyuruq. Birinin işləyən, о birinin müftə yeyən olması insanların həyatını pozmuşdur. Biz işləməyənləri aramızdan çoxdan çıxarmışıq. Əl-ayağı iş tuta bilməyən uşaqlardan və qocalardan başqa hamı işləyir. İşləməyən adama yemək yoxdur. Bu gün heç kəs yediyi və geydiyi şeylərdən başqa artıq, lüzumsuz şeyləri toplamır. Bizim ölkəmizdə yeməkgeymək bir ehtiyac olan kimi, işləmək də bir ehtiyacdır. İşləmənin məhsulu faydadır. Hər kəs özünün gündəlik faydasını başqasının faydasına dəyişir. Pula ehtiyac varmı? Bu gün pulun yerini iş və fayda tutur. – Bu necə ola bilər? – deyə Həsən soruşdu. – İnsanların bir-birinə hörmət və etibarı var. Yalan, adam aldatma, tənbəllik və bu kimi fəna sifətlərə biz yalnız tarixdə rast gəlirik. Gəncin sözləri və şəhərdə gördükləri səyyahları son dərəcə təəccübləndirdi. Olduqları evə qayıtdıqdan sonra belə, gördüklərinin və eşitdiklərinin təsirindən qurtara bilmədilər. Sandro: – Həsən, – dedi, – mən artıq burada qala bilmərəm. Çünki gecəgündüz çalışan adamların arasında işsiz vaxt keçirmək canımı sıxır. Halbuki biz hələ bunlardan çox geridəyik. Bu yolda onlardan iyirmi qat artıq çalışmalıyıq. Həsən başını tərpətdi: – Bunlara çatmaq olarmı? – dedi. Sandro qəti səslə: – Olar. Biz də bunlar kimi adam deyilikmi? Ancaq qarşımızda duran maneələri qırıb atmalıyıq. – Elə! Elə! – deyə təyyarəçi əlini Sandroya uzatdı. Sandro Həsənin və mexanikin də əllərini əlinə aldı və böyük bir imanla dedi: – Biz də bunlar kimi yeni şəhər, sosializm şəhəri qura bilərik. Çünki hər bir şey bizim əlimizdədir, yalnız çalışmaq lazımdır. *** О gün səyyahlar təyyarəyə minib qalxdılar və bizim dünyaya uçmağa başladılar. ''1933'' </poem> [[Kateqoriya:1933-cü ilin hekayələri]] bod7mfwv7ml03yqjcbxgbmg2sj8tg32 Səhifə:تیق تیق خانم.pdf/9 250 33601 96325 96090 2026-07-12T07:50:14Z Araz Yaquboglu 734 /* Korreksiya olunmuş */ 96325 proofread-page text/x-wiki <noinclude><pagequality level="3" user="Araz Yaquboglu" />__NOEDITSECTION__<div class="text"></noinclude><div style="max-width: 32em; margin: 0 auto; padding: 2em; text-align: center;" dir="rtl"> <div style="font-size: 115%; text-align: center;"> دوڭران قوردی </div> قولاق ويرڭ بن سيزه سويله يم بير حكايت<br> دوڭزان قوردی ایدیردى یالقزلقدن شكايت<br> نازك سوغان قابغيندن چادرا تيكوب «شيق شيق»<br> قالین فندیق قابغیندن چاریق گییوب «تیق، تیق»<br> بزه‌نوبن، دوزندی، دوشوب یولیله بیر باش<br> تاباختورله گیدیردی، آقتاریردی بیر یولداش<br> یول اورتاسیندا بوڭا دوچار اولدی بیر چوبان<br> دیدی آ، دوڭزان قوردی، هارا گیدیرسن دایان<br> دوڭزان قوردی بو سوزدن تپرهدوب مونجیق باشین<br> یوز گوزینی تورشودوب، آجیقله چاتدی قاشین<br> </div><noinclude><!-- --> <references /></div></noinclude> 04pa8z78wmk8bnh7u01rx6ehgvfbvxg Məhəmməd Əmin Rəsulzadənin Əbdürrəhman bəy Fətəlibəylinin anım mərasimindəki çıxışı 0 33642 96322 96146 2026-07-12T07:47:10Z Araz Yaquboglu 734 [[Kateqoriya:Nitqlər]] əlavə olundu [[VM:HC|HotCat]] 96322 wikitext text/x-wiki {{Başlıq | başlıq = Məhəmməd Əmin Rəsulzadənin Əbdürrəhman bəy Fətəlibəylinin anım mərasimindəki çıxışı | müəllif = Məhəmməd Əmin Rəsulzadə | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1954 | mənbə = [http://elibrary.bsu.edu.az/files/books%20135/N%2095.pdf Yaqublu, Nəsiman. Əbdürrəhman Fotəlibəyli-Düdənginski (PDF) (az.). Bakı: Abşeron nəşr. 2009. səh:228-232. ISBN 978-9952-8020-8-5.]}} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> Ölülərimizi xeyirlə yad etmək mədəniyyətimizin və ictimai tərbiyəmizin ehtiyacıdır. Siyasət və ya hər hansı digər bir sahədə sivrilmiş vətəndaşların həyatını obyektiv bir qavrayışla təsvir və təqdir etmək-tarixin vəzifəsidir; məzarları başında məziyyətlərindən bəhs etmək isə dəfn mərasiminin ənənəsidir. Rus-bolşevik istilası əleyhində və vətənin hürriyyəti ilə istiqlalı lehində aparılan milli mücadilənin qurbanları olan azərbaycanlıları hörmətlə anmaq vəzifəmizdir. Burada, qəddar düşmənin xain və vəhşi bir zərbəsi ilə aramızdan faciəvi bir surətdə ayrılan mücahid Fətəlibəylinin məziyyətlərindən bir çox məqamları deməklə və mərasim borcunu ödəmək məqsədi ilə hüzurunuzda çıxış edirəm. İl 1943-dür; İkinci Cahan hərbi əsnasında, Alman Xari- ci İşlər Nazirliyinin vəzifəli şəxsi olan Qraf von Şulenberqin (sonradan Hitlerə edilən sui-qəsd işilə ilgili olaraq edam edilən) dəvəti üzərinə Berlinə getdim. Artıq Milli Azərbaycan Komitəsi təşəkkül etmişdi; bu Komitə Milli Azərbaycan davasının əsaslarını Alman məqamlarına qəbul etdirmək üçün fəaliyyət göstərirdi. Bu sırada "Ostministirlik" deyilən işğal altındakı Şərq məmləkətləri nazirliyində Özəl Şöbə müdiri olan prof. Von Mende vasitəsi ilə cəbhədən 8 may tarixli bir məktub alıram. Tarixi bir vəsiqə mahiyyətini daşıyan bu məktubun əsli ruscadır. Mətnin təcrüməsini eynən oxuyuram: "Mərhǝba, çox möhtərəm Məhəmməd Əmin! Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram. Məmnunluqla Sizə bildirməliyəm ki, vətəndaşlarımız yurdumuzun hürriyyəti və Böyük Almaniya uğrundakı mücadilədə, cəbhədə böyük başarılar qazandılar və misilsiz qəhrəmanlıqlarıyla millətimizin şərəf və heysiyyətini əlçatmaz bir səviyyəyə yüksəltdilər. Cəbhəmizə iki dəfə gəlmiş olan general Konrad bizdən heyranlıqla bəhs edirdi. General Köstringdən təbrik məktubu aldım. General Feldmarşal Kleistin taburumuza xitabən özəl bir əmiri vardır. Ağır səfər və əsgəri hərəkətdən sonra, bir az istirahətə çəkilib, yeni savaşlara hazırlamırıq. Taburumuzun döyüş qabiliyyəti Baş komandanlığın yüksək təqdirlərinə layiq olmuş, əsgərlərimizlə komutanlarımız "Infanterie Sturmabzeichen" medallar ilə təltif edilmişlər. Qəzetimizda (Berlində çıxan "Azərbaycan" qəzeti- N.Y) Milli Azərbaycan Komitəsinin təşkil olunduğunu oxudum; bu məni çox sevindirir. Biz, cəbhədəki əsgərlər şübhə etmirik ki, Milli Komitəmizin üzvləri arasında hamımızca sevilən, legionumuzun qurucusu Babayev Beytullah da olacaqdır. Biz, irəlidə də, millətimizin hürriyyəti uğrunda fəda- karcasına döyüşəcəyik. Cəbhədəki əsgərlərdən Sizə salam. Sizə xoş səhhətlər diləyirəm. Sizin: Ə.Düdənginski-Fətəlibəyli". Məktubda adı çəkilən Beytullah legionerlərdən məni görməyə gələn ilk dostumuzdur (indi Amerikadadır). Sonrakı ziyarətlərindən birində Beytullah mərhum Mayorla birlikdə gəldilər. Hərarətli və analyışlı bir ǝsgərlə qarşılaşmışdım. Milli davanın əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu. Milli Azərbaycan Komitəsi, Nazi Alman məqamlarına bir məram anlada bilmədi. Hitler: "heine Komitee" (heç bir komitə istəmirəm) demiş, təşkil olunan milli legionlarla Ordu Qərargahı arasında əlaqə vəzifəsini görən məhdud və müəyyən işlərlə görǝvli bir "Rabitə Heyətləri" ("Verbindungstab") qurulmasını əmr etmişdi. Azərbaycan "Rabitə Heyətinin" başına da mərhum Fətəlibəyli gətirilmişdi. İş bu şəkil alınca, Mayor Fətəlibəyliyə müvəffəqiyyətlər arzu edərək, fəaliyyət sahəsindən çəkilmiş və milli əsaslarımıza sadiq qaldığı müddətcə, onu mənən dəstəkləyəcəyimizi bildirmişdik. Mərhum, üzərinə aldığı vəzifəyə başlarkən, "Rabitə Heyətinin" yanında bir təbliğat təşkilatı da vücuda gətirmiş, bu məqsədlə, 6 noyabr 1943-cü ildə, Berlində bir Qurultay çağırmışdı. Qurultayın, Fətəlibəylinin məruzəsi üzərində qəbul etdiyi qərar surəti milli ana prinsiplərə uyğun bir şəkildə qələmə alınmışdı. Bu vəsiqənin 5 maddədən ibarət olan ana xətlərini 21 noyabr 1943 tarixli, 47 saylı "Azərbaycan" qəzetindən eynən nəql edirəm: "1943-cü ilin noyabrın 6-da Berlin şəhərində toplanmış, cəbhədə vuruşan əsgərlərimizin və vətəndən xaric Azərbaycan siyasi mücahidlərinin nümayəndələrindən ibarət olan Milli Azərbaycan Qurultayı Mayor Fətəlibəylinin məruzəsini və bu ətrafda olan çıxışları dinlədikdən sonra qeyd edir ki: # 1918-ci il 28 Mayısdan, 1920-ci il 27 aprelə qədər davam etmiş Milli Azərbaycan hökuməti dövrü şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir. # Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 illik müddət içərisində, millətimizin istər vətən daxilində və istər yad ellərdə apardığı şanlı və qanlı mübarizə yalnız bu istiqlalın bərpası uğrunda olmuşdur. # Qurultay, bu ağır şərait daxilində aparılan mübarizədən canlarını vətənin azadlığı uğrunda fəda etmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edir. # Dünyanı sarsıdan bu İkinci Cahan müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli mənafeyimiz bizi bu gün bolşevizmə qarşı qəti döyüş aparan və tarix boyu Türk xalqlarının dostu olan Almaniyaya bağlamışdır. # Qurultay əsrlər boyu olduğu kimi, bu gün də Azərbaycan xalqının Qafqaz qonşuları ilə qardaş Şimali Qafqaz, Türküstan, İdil-Ural və Krım xalqları ilə eyni qayə və ideal birliyi müşahidə edir və onlara işbirliyini zəruri sayır... Görürsünüz ki, bu maddələr milli hərəkatın o zamandan bəri qoruduğu ideyaları əks etməkdədir. Mərhum hərarətli bir vətənsevər və atılqan bir müca- hiddi. Bildiyimiz fəaliyyət sahəsinə hələ atılmadan, cǝbhədə adı duyulmayan bir əsgər ikən, hadisələrin axarı ilə üzə çıxan hissiyyatı onun səmimi bir vətənsevər olduğunu göstərir. Buxarestdəyəm. Almanlar hər gün bir az daha geri çəkilir, özləri ilə bərabər bizlərdən də bir çox qaçqınlar Buxarestə gəlir. Bunlardan biri, indi adını xatırlayamadığım bakılı bir yurddaş, Don ətrafında, almanlar tərəfindən, kiçik bir qəsəbənin Bələdiyyə Başqanlığına təyin edilmişdi. Bir gün Düdənginski (Fətəlibəyli), Qızıl ordudan təslim olan bir çox azərbaycanlını özü ilə gətirmiş, bunlara yaxşı baxılmasını tövsiyə etmişdi. Bələdiyyə Başqanı onunla rusca danışmaq istəyəndə o, "Əşşi, ikimiz də Azərbaycanlıyıq, öz dilimizdə danışaq, demiş" və sonra, ruslardan qurtulduğumuz kimi, almanlardan da azad olub özümüzü özümüz idarə etməliyik, demişdir. Hərb bitdikdən sonra müxtəlif məcaralardan keçən Fətəlibəyli, nəhayət amerikalılar tərəfindən maliyyələşən, Münhendə təsis edilmiş "Qurtuluş radiosu"nun Azərbaycan Şöbəsinin başçısı oldu. Bolşevizmə qarşı mücadilə edən Amerikan Komitəsi, mərhumun şəhid olması münasibəti ilə yayınladığı məlumatda, onun bacarıqlı bir radio təbliğatçısı olduğunu bildirdi. Bolşeviklər özlərinə xas olan xain bir üsulla müxaliflərini sıradan çıxana qədər hər cürə vasitələrlə aradan götürmək və məhv etməyə çalışırlar. Onların vəhşi təcavüzlərinə qurban gedənlərin sayı sayılmaqla bitməz. Fəqət faydasızdır!.. Milli hərəkat bu kimi tədbirlərlə susdurula bilməz. İstiqlal və hürriyyət yolunun qəhrəmanları, hər cürə təhlükəni gözə alaraq, mücadilələrinə davam edəcək, özlərinə ilham qaynağı olan böyük ideal tam bir zəfərə çatmayınca müqəddəs savaşdan əsla yan keçməyəcəklər. Qurtuluşu həyata keçiriləcək hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız Mərhum da olacaqdır. '''"Azərbaycan", jurnalı, Ankara, 1954, N9(33).''' </div></div> [[Kateqoriya:Nitqlər]] gxa7mt02kpcjhjw7uaemdxhe2alrfgz 96323 96322 2026-07-12T07:47:37Z Araz Yaquboglu 734 [[Kateqoriya:Nitqlər]] silindi; [[Kateqoriya:1954-cü ilin nitqləri]] əlavə olundu [[VM:HC|HotCat]] 96323 wikitext text/x-wiki {{Başlıq | başlıq = Məhəmməd Əmin Rəsulzadənin Əbdürrəhman bəy Fətəlibəylinin anım mərasimindəki çıxışı | müəllif = Məhəmməd Əmin Rəsulzadə | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1954 | mənbə = [http://elibrary.bsu.edu.az/files/books%20135/N%2095.pdf Yaqublu, Nəsiman. Əbdürrəhman Fotəlibəyli-Düdənginski (PDF) (az.). Bakı: Abşeron nəşr. 2009. səh:228-232. ISBN 978-9952-8020-8-5.]}} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> Ölülərimizi xeyirlə yad etmək mədəniyyətimizin və ictimai tərbiyəmizin ehtiyacıdır. Siyasət və ya hər hansı digər bir sahədə sivrilmiş vətəndaşların həyatını obyektiv bir qavrayışla təsvir və təqdir etmək-tarixin vəzifəsidir; məzarları başında məziyyətlərindən bəhs etmək isə dəfn mərasiminin ənənəsidir. Rus-bolşevik istilası əleyhində və vətənin hürriyyəti ilə istiqlalı lehində aparılan milli mücadilənin qurbanları olan azərbaycanlıları hörmətlə anmaq vəzifəmizdir. Burada, qəddar düşmənin xain və vəhşi bir zərbəsi ilə aramızdan faciəvi bir surətdə ayrılan mücahid Fətəlibəylinin məziyyətlərindən bir çox məqamları deməklə və mərasim borcunu ödəmək məqsədi ilə hüzurunuzda çıxış edirəm. İl 1943-dür; İkinci Cahan hərbi əsnasında, Alman Xari- ci İşlər Nazirliyinin vəzifəli şəxsi olan Qraf von Şulenberqin (sonradan Hitlerə edilən sui-qəsd işilə ilgili olaraq edam edilən) dəvəti üzərinə Berlinə getdim. Artıq Milli Azərbaycan Komitəsi təşəkkül etmişdi; bu Komitə Milli Azərbaycan davasının əsaslarını Alman məqamlarına qəbul etdirmək üçün fəaliyyət göstərirdi. Bu sırada "Ostministirlik" deyilən işğal altındakı Şərq məmləkətləri nazirliyində Özəl Şöbə müdiri olan prof. Von Mende vasitəsi ilə cəbhədən 8 may tarixli bir məktub alıram. Tarixi bir vəsiqə mahiyyətini daşıyan bu məktubun əsli ruscadır. Mətnin təcrüməsini eynən oxuyuram: "Mərhǝba, çox möhtərəm Məhəmməd Əmin! Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram. Məmnunluqla Sizə bildirməliyəm ki, vətəndaşlarımız yurdumuzun hürriyyəti və Böyük Almaniya uğrundakı mücadilədə, cəbhədə böyük başarılar qazandılar və misilsiz qəhrəmanlıqlarıyla millətimizin şərəf və heysiyyətini əlçatmaz bir səviyyəyə yüksəltdilər. Cəbhəmizə iki dəfə gəlmiş olan general Konrad bizdən heyranlıqla bəhs edirdi. General Köstringdən təbrik məktubu aldım. General Feldmarşal Kleistin taburumuza xitabən özəl bir əmiri vardır. Ağır səfər və əsgəri hərəkətdən sonra, bir az istirahətə çəkilib, yeni savaşlara hazırlamırıq. Taburumuzun döyüş qabiliyyəti Baş komandanlığın yüksək təqdirlərinə layiq olmuş, əsgərlərimizlə komutanlarımız "Infanterie Sturmabzeichen" medallar ilə təltif edilmişlər. Qəzetimizda (Berlində çıxan "Azərbaycan" qəzeti- N.Y) Milli Azərbaycan Komitəsinin təşkil olunduğunu oxudum; bu məni çox sevindirir. Biz, cəbhədəki əsgərlər şübhə etmirik ki, Milli Komitəmizin üzvləri arasında hamımızca sevilən, legionumuzun qurucusu Babayev Beytullah da olacaqdır. Biz, irəlidə də, millətimizin hürriyyəti uğrunda fəda- karcasına döyüşəcəyik. Cəbhədəki əsgərlərdən Sizə salam. Sizə xoş səhhətlər diləyirəm. Sizin: Ə.Düdənginski-Fətəlibəyli". Məktubda adı çəkilən Beytullah legionerlərdən məni görməyə gələn ilk dostumuzdur (indi Amerikadadır). Sonrakı ziyarətlərindən birində Beytullah mərhum Mayorla birlikdə gəldilər. Hərarətli və analyışlı bir ǝsgərlə qarşılaşmışdım. Milli davanın əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu. Milli Azərbaycan Komitəsi, Nazi Alman məqamlarına bir məram anlada bilmədi. Hitler: "heine Komitee" (heç bir komitə istəmirəm) demiş, təşkil olunan milli legionlarla Ordu Qərargahı arasında əlaqə vəzifəsini görən məhdud və müəyyən işlərlə görǝvli bir "Rabitə Heyətləri" ("Verbindungstab") qurulmasını əmr etmişdi. Azərbaycan "Rabitə Heyətinin" başına da mərhum Fətəlibəyli gətirilmişdi. İş bu şəkil alınca, Mayor Fətəlibəyliyə müvəffəqiyyətlər arzu edərək, fəaliyyət sahəsindən çəkilmiş və milli əsaslarımıza sadiq qaldığı müddətcə, onu mənən dəstəkləyəcəyimizi bildirmişdik. Mərhum, üzərinə aldığı vəzifəyə başlarkən, "Rabitə Heyətinin" yanında bir təbliğat təşkilatı da vücuda gətirmiş, bu məqsədlə, 6 noyabr 1943-cü ildə, Berlində bir Qurultay çağırmışdı. Qurultayın, Fətəlibəylinin məruzəsi üzərində qəbul etdiyi qərar surəti milli ana prinsiplərə uyğun bir şəkildə qələmə alınmışdı. Bu vəsiqənin 5 maddədən ibarət olan ana xətlərini 21 noyabr 1943 tarixli, 47 saylı "Azərbaycan" qəzetindən eynən nəql edirəm: "1943-cü ilin noyabrın 6-da Berlin şəhərində toplanmış, cəbhədə vuruşan əsgərlərimizin və vətəndən xaric Azərbaycan siyasi mücahidlərinin nümayəndələrindən ibarət olan Milli Azərbaycan Qurultayı Mayor Fətəlibəylinin məruzəsini və bu ətrafda olan çıxışları dinlədikdən sonra qeyd edir ki: # 1918-ci il 28 Mayısdan, 1920-ci il 27 aprelə qədər davam etmiş Milli Azərbaycan hökuməti dövrü şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir. # Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 illik müddət içərisində, millətimizin istər vətən daxilində və istər yad ellərdə apardığı şanlı və qanlı mübarizə yalnız bu istiqlalın bərpası uğrunda olmuşdur. # Qurultay, bu ağır şərait daxilində aparılan mübarizədən canlarını vətənin azadlığı uğrunda fəda etmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edir. # Dünyanı sarsıdan bu İkinci Cahan müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli mənafeyimiz bizi bu gün bolşevizmə qarşı qəti döyüş aparan və tarix boyu Türk xalqlarının dostu olan Almaniyaya bağlamışdır. # Qurultay əsrlər boyu olduğu kimi, bu gün də Azərbaycan xalqının Qafqaz qonşuları ilə qardaş Şimali Qafqaz, Türküstan, İdil-Ural və Krım xalqları ilə eyni qayə və ideal birliyi müşahidə edir və onlara işbirliyini zəruri sayır... Görürsünüz ki, bu maddələr milli hərəkatın o zamandan bəri qoruduğu ideyaları əks etməkdədir. Mərhum hərarətli bir vətənsevər və atılqan bir müca- hiddi. Bildiyimiz fəaliyyət sahəsinə hələ atılmadan, cǝbhədə adı duyulmayan bir əsgər ikən, hadisələrin axarı ilə üzə çıxan hissiyyatı onun səmimi bir vətənsevər olduğunu göstərir. Buxarestdəyəm. Almanlar hər gün bir az daha geri çəkilir, özləri ilə bərabər bizlərdən də bir çox qaçqınlar Buxarestə gəlir. Bunlardan biri, indi adını xatırlayamadığım bakılı bir yurddaş, Don ətrafında, almanlar tərəfindən, kiçik bir qəsəbənin Bələdiyyə Başqanlığına təyin edilmişdi. Bir gün Düdənginski (Fətəlibəyli), Qızıl ordudan təslim olan bir çox azərbaycanlını özü ilə gətirmiş, bunlara yaxşı baxılmasını tövsiyə etmişdi. Bələdiyyə Başqanı onunla rusca danışmaq istəyəndə o, "Əşşi, ikimiz də Azərbaycanlıyıq, öz dilimizdə danışaq, demiş" və sonra, ruslardan qurtulduğumuz kimi, almanlardan da azad olub özümüzü özümüz idarə etməliyik, demişdir. Hərb bitdikdən sonra müxtəlif məcaralardan keçən Fətəlibəyli, nəhayət amerikalılar tərəfindən maliyyələşən, Münhendə təsis edilmiş "Qurtuluş radiosu"nun Azərbaycan Şöbəsinin başçısı oldu. Bolşevizmə qarşı mücadilə edən Amerikan Komitəsi, mərhumun şəhid olması münasibəti ilə yayınladığı məlumatda, onun bacarıqlı bir radio təbliğatçısı olduğunu bildirdi. Bolşeviklər özlərinə xas olan xain bir üsulla müxaliflərini sıradan çıxana qədər hər cürə vasitələrlə aradan götürmək və məhv etməyə çalışırlar. Onların vəhşi təcavüzlərinə qurban gedənlərin sayı sayılmaqla bitməz. Fəqət faydasızdır!.. Milli hərəkat bu kimi tədbirlərlə susdurula bilməz. İstiqlal və hürriyyət yolunun qəhrəmanları, hər cürə təhlükəni gözə alaraq, mücadilələrinə davam edəcək, özlərinə ilham qaynağı olan böyük ideal tam bir zəfərə çatmayınca müqəddəs savaşdan əsla yan keçməyəcəklər. Qurtuluşu həyata keçiriləcək hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız Mərhum da olacaqdır. '''"Azərbaycan", jurnalı, Ankara, 1954, N9(33).''' </div></div> [[Kateqoriya:1954-cü ilin nitqləri]] r1a7k76ao3q5ybdm5opsczuo0ura2ji Kommunizm-Utopiyadır 0 33643 96324 96229 2026-07-12T07:48:39Z Araz Yaquboglu 734 [[Kateqoriya:Məqalələr]] əlavə olundu [[VM:HC|HotCat]] 96324 wikitext text/x-wiki {{Başlıq | başlıq = Kommunizm-Utopiyadır | müəllif = Əbdürrəhman bəy Fətəlibəyli | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = [http://elibrary.bsu.edu.az/files/books%20135/N%2095.pdf Yaqublu, Nəsiman. Əbdürrəhman Fotəlibəyli-Düdənginski (PDF) (az.). Bakı: Abşeron nəşr. 2009. səh:161-164. ISBN 978-9952-8020-8-5.]}} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> Məlumdur ki, bolşeviklər özlərini ortodoks marksist sayırlar. Başqa sözlə, bolşeviklər üçün Marksdan başqa Allah yoxdur, Stalin də onun peyğəmbəridir. Marksizmdə əsas məsələ nədir? Bolşeviklərin öz etiraflarına görə, Marksizmdə baş və əsas məsələ proletar diktatorluğu məsələsidir. Bütün başqa məsələlər buna tabedir və bundan irəli gəlir. Proletar diktatorluğuna gətirən başlıca yollar sinfi mübarizə və vətəndaş müharibəsidir. Marksın təyin etdiyinə görə, proletar diktatorluğunun başlanğıc dövrü bütün köhnə dövlət mexanizmini, bütün milli ənənələri, adətləri, mənəviyyatı və mədəniyyəti yıxmaq, dağıtmaq, parçalamaq, məhv etməkdən ibarətdir. "İnternasional"ın sözləri ilə ifadə etsək, "Yıxaq bu köhnə cahanı..." Proletar diktatorluğunun ikinci dövrü qurulmuş dövrdür”. "Quraq yeni bir aləm..." Bolşeviklərə görə bu yeni aləm, yenə də çeşidbaçeşid qeyri-proletar elementləri əleyhinə yaşayışın hər sahəsində, köhnə rejim qalıqları əleyhinə amansız sinfi mübarizə nəticəsində qurulmalıdır. Nəticə etibarilə proletar diktatorluğu qurulduqdan sonra belə, sinfi mübarizə nəinki, zəifləyir, əksinə, daha şiddətlənərək "yeni aləm quruluşunun" bütün sahələrini də bürüyür. Beləliklə, biz görürük ki, Stalinə görə sosializm quruluşu ancaq sinfi mübarizə əsasında mümkündür. Xalqın bütün təbəqələrinin qüvvələrini, qeyri proletar ünsürlər də daxil, sülhən sosializm quruluşuna cəlb etməyə cəhd etmək, proletariata, maksizmə xəyanət olduğundan sosializm quruluşunu fəlakətə sürükləyə bilər. Buxarin və onun tərəfdarlarının qeyri-proletar ünsürlərini sülhən sosializm quruluşuna cəlb etmək nəzəriyyəsi və onların bu yolda səmərəsiz addımları və faciəli aqibətləri hər kəsə bəllidir. Milyonlarla insan qeyri-proletar, sinfi düşmən deyə damğalandı və kütləvi halda məhv edildi. Bu adamlar sırasında yalnız aristokratları deyil, Ordu və Donanma zabitlərini, məmurları, ziyalıları, qolçomaq deyə adlandırılan kəndlilərin ən zəhmətkeş qismini soydular və məhv etdilər. Məhv edilmiş beş milyon qolçomaq ailəsi ilə kifayətlənmədilər. "Stalin sosializminin" daha sağlam quruluşu üçün "qolçomaq quyruğu" damğası altında başqa kəndliləri də məhv etdilər. Sonra isə çeşidbǝçeşid bəhanələrlə, partiyada, sənayedə, kənd təsərrüfatında, orduda, donanmada, elmi müəssisələrdə, müxtəlif "ünsürlər" məhv edilirdilər. Həqiqətən, komunizmin həyata tətbiqi dəhşətli oldu. Bütün insani həyatın əsaslarını sarsıdan kommunizm nəzəriyyəsinin çürüklüyünü və öldürücülüyünü, dünyanın altıda birində yaşayan bədbəxt insanların üzərində aparılan təcrübələrdə gördük. Hər dəfə sovet hökuməti kommunizmdən müvəqqəti çəkilməklə fəlakətdən qurtarmışdı. Məsələn, hərbi kommunizm dövründə Sovet hökuməti mütləq ölümə doğru gedirdi. Yeni iqtisadi siyasətə - NEP-ə keçməklə Lenin onu bu fəlakətdən qurtardı. Kommunizmin nəzəriyyəsi ilə azacıq tanış olanlar bilirlər ki, NEP-in kom- munizmlə heç bir əlaqəsi yoxdur. Buna görədir ki, o müsbət nəticələr verdi və beləliklə, Lenin Sovet hökumətini yaşatmağa, bolşevik hökmranlığını davam etdirməyə müvəffəq oldu. Hətta, bolşevik idarəsi altında, kommunizm nəzəriyyəsindən müvəqqəti ayrılmaq iqtisadi həyatın, rifahın yüksəlməsini təmin etdi. Fəlakətdən qurtardıqdan sonra bolşeviklər NEP-ə dözə bilərdilərmi? Əsla, yox! Əks təqdirdə isə onlar bolşeviklikdən çıxardı. Qısası, yox olub gedərdilər. Maraqlısı budur: çoxları mülahizə edir ki, əgər Lenin həyatda olsaydı, o zaman yaşayış başqa cür olacaqmış. Çünki Lenin kommunizmin çürüklüyünü başa düşdükdən sonra, ondan yan keçdi və kommunizmlə heç bir əlaqəsi olmayan yeni iqtisadi siyasəti yaratdı. NEP-in məhvi Stalinin günahıdır. Əgər bu mülahizələr doğrudursa, əgər Lenin özü komminizmin həyata tətbiqinə inanmırmışsa, nə deyək bu komminizmə. Budur, "Qanlı toxumu", qanlı meyvəsi olan proletar diktatorluğunun iç üzü. Proletar diktatorluğu da kommunist çərçivəsi içində yaşaya bilmədi. Kronstadt matrosları "kommunistlərsiz demokratiya" şüarı altında üsyan qaldırdılar. Bunun nəticəsində, proletar diktatorluğunu boğub, onu kommunist partiyasının diktatorluğu ilə əvəz etdilər. Leninin ölümündən sonra partiyada da müxalifət çıxdı, partiyanın da diktatorluğunu onu Mərkəzi Komitənin diktatorluğu ilə əvəz etdilər. Sonra isə hökmranlıq Siyasi Büroya keçdi və nəhayət Stalin təkbaşına hökmran oldu. Bu gün Sovet İttifaqını idarə edən Beriyalar, Malenkovlar, Molotovlar və Bulganinlər Stalinin idarəsini kor-koranə ifa edən kölələrdir. </div></div> [[Kateqoriya:Məqalələr]] 1s5ixjs6bkp8n4ln8n1r0zmsbu0izmv Səhifə:تیق تیق خانم.pdf/10 250 33644 96326 96117 2026-07-12T07:50:39Z Araz Yaquboglu 734 /* Korreksiya olunmuş */ 96326 proofread-page text/x-wiki <noinclude><pagequality level="3" user="Araz Yaquboglu" />__NOEDITSECTION__<div class="text"></noinclude><div style="max-width: 32em; margin: 0 auto; padding: 2em; text-align: center;" dir="rtl"> <div style="font-size: 115%; text-align: center;"> ۴ </div> دیدی: آ، ها! ای چوبان! یاخشی آچ بیر گوزیڭی<br> باق بیرجه گور بن کیمم؟ بیل دیدیدیگڭ سوزوڭی<br> تیق‌تیق خانم، شیق‌شیق خانم بڭا دییور أیل، اوبا<br> اولورمی‌یا بنمله دانشماق بویله قابا؟<br> چوبان دیدی: باغشلا، بیلمه‌دم بیرجه سویله!<br> تیق‌تیق خانم شیق‌شیق خانم هارا گیدیرسن بویله»<br> دوڭزان قوردی اوصانمش دیدی: نه‌دییم سڭا؟<br> آقتاریرام بیر یولداش که لایق اولسون باڭا<br> </div><noinclude><!-- --> <references /></div></noinclude> 6yixd78nem3vbh03pp8oknz7iqov53q Azərbaycanda azadlıq yoxdur 0 33650 96327 96169 2026-07-12T07:51:26Z Araz Yaquboglu 734 [[Kateqoriya:Jurnal məqalələri]] əlavə olundu [[VM:HC|HotCat]] 96327 wikitext text/x-wiki {{Başlıq | başlıq = Azərbaycanda azadlıq yoxdur | müəllif = Mirzə Bala Məmmədzadə | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = “Azərbaycan” aylıq kültür dərgisi. İl: 4, Yanvar-Fevral 1955, say: 10-11(34-35) }} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> '''Əziz Azərbaycanlı yurddaşlarım!''' ''(Münhendəki Amerikan “Qurtuluş” radiosunda yayımlanmışdır)'' Bakı radiosunun kolxozçular üçün zaman-zaman tərtib etdiklər konsert proqramlarında yer alan “Sürəyya” adlı bir nəğmə vardır ki, Azərbaycanda əməyin və diləyin azad olduğundan bəhs edir. Qızıl yalan söyləməkdə və söylətməkdə mahir olan bolşeviklər Cənubi Azərbaycan xalqını da aldatmaq istədiklərindən, yorulmadan təkrar etdikləri “Azadlıq əfsanəsini” ərəb hərfləri ilə çap edib İranda da yaymışlar. Vəhşi bir istismar və qanlı bir istibdad altında inləyən yurdumuzu əməyin və diləyin azad olduğu şən və xoşbəxt bir məmləkət olaraq göstərmək istəyən bolşeviklərin, əgər dedikləri doğru isə, nədən dəmir pərdəni qaldırmırlar ki, hər kəs gəlib o azadlığı yaxından görə bilsin? '''Yox yurddaşlarım, bolşeviklərin qızıl yalanlarına inanmayın. Yaşadığınız həyat azadlıq həyatı deyil.''' Orada əmək də azad deyil, dilək də azad deyil, insan da azad deyil. Əməyin və diləyin azad sayıla bilməsi üçün hər şeydən əvvəl insanın özü azad olmalıdır. Insan bütün hüquqi, mədəni, iqtisadi və başqa insani haqlara malik olmalıdır. Azərbaycanda bir kəndli qızıl dərəbəylərin qurduqları zindan olan kolxozlardan ayrılıb özünə məxsus ayrı bir tarlada arzuladığı kimi əkib becərirmi? Bir kəndli öz alın təri ilə yetişdirdiyi məhsulunu arzuladığı kimi arzuladığı yerdə və arzuladığı qiymətə sata bilərmi? Bunların heç biri ola bilməz. Çünki sizin arzu və diləyinizin ziddinə olaraq bolşeviklər tərəfindən yazılıb zorla tətbiq olunan qanunlara görə orada mülkiyyət haqqı yoxdur. Yəni bir kəndli və ya bir şəhərli mal, mülk, tarla, bağ və davar sahibi deyildir. '''Hər şey Kommunist partiyasının və hökumətinin malıdır.''' Və məmləkət onların bir malikanəsidir. Ticarət alətləri də onların inhisarındadır. Sizin yetişdirdiyiniz məhsulları yox qiymətinə onlara təslim etmək məcburiyyətindəsiniz. Hələ istədiyiniz və möhtac olduğunuz məhsulu yetişdirmək azadlığına da sahib deyilsiniz. Neft və pambıq məmləkəti halında bir müstəmləkə olaraq talan edilən Azərbaycanda buğda yetişdirmək də qadağandır. Bu da onun üçündür ki, sizi iqtisadən əsarət altında saxlamaq istəyirlər. Məlumdur ki, mülkiyyət haqqı olmayan bir yerdə bir adam şəxsi təşəbbüs və azad fəaliyyət haqqına da sahib ola bilməz. Yəni bir kəndli və ya bir şəhərli dilədiyi yerdə və dilədiyi kimi çalışmaq haqqından da məhrumdur. Dilədiyi kimi çalıma haqqından məhrum olan bir insanın əməyi də azad sayıla bilməz. Belə insanlara əsir deyirlər, qul deyirlər. '''Bu həqiqəti bolşevikliyin babası sayılan Lenin özü də qəbul etmişdir.''' Lenin “Nə etməli” əsərində deyir: “İşçi ilə kəndliyə azadlıq vermək olmaz. Hələ dövlət hakimiyyətini və hökumət işlərini onlara tapşırmaq heç olmaz. Çünki rahat yaşamağı arzu edən bu siniflərə azadlıq verilərsə, bunlar zəngin olmağa başlar və hər biri kiçik burjua halına gələrlər. Zəngin və burjua sinifləri isə sosializm və kommunizmə tərəfdar ola bilməzlər. Onlar kapitalistlərlə anlaşıb kommunist rejimini yıxmağa çalışırlar”. Onun üçün məmləkətin idarəsi peşəkar inqilabçı deyilən terrorist cəllad kommunistlərin əlində qalmalıdır. Leninin bu sözləri “Nep” dövründə bütün çılpaqlığı ilə isbat edildi. Bilisiniz ki, sovet rejimi bu vaxta qədər bir neçə mərhələdən keçmişdir. Hərbi kommunizmdən sonra gələn “Nep” dövrü bu mərhələlərdən biridir. Bu dövrdə keçici bir zaman üçün kəndlinin kiçik mülkiyyəti tanındı. Kolxoz dövrünə qədər davam edən bu dövrdə kəndli zənginləşməyə başladı. Məmləkətdə tarla, mal, mülk və davar sahibinin sayı artdı. Kəndli bu mülkiyyət haqqını və istiqlal azadlığını təhlükəsizlim altına almaq üçün kənd və şəhər sovetlərini də əlinə aldı. Hətta Azərbaycan Kommunist Partiyası özü də bu “Nep” dövründə qurulmuşdu. Sovet istilasından əvvəl Azərbaycanda belə bir partiya yox idi. Ona görə də kolxoz dövründə kəndlinin mülkiyyət haqqı və iqtisadi azadlığı qan içində boğdurularkən, o dövrün Azərbaycan kommunistləri də kafilələr (dəstələr) halında yox edildilər. Çox keçmədən onları yox edənlər də yox oldular. Əziz yurddaşlarım! Görürsünüz ki, bolşeviklər azadlıq düşməni olduqlarını özləri də boyunlarına alırlar. Bunun bir həqiqət olduğunu Leninin sözləri və onun qanlı vəsiyyətini yerinə yetirən Stalinin qanlı icraatı da sübut etdi. Azadlıq sayəsində onların qanlı diktaturalarına son qoyacağımızı bildikləri üçün bolşeviklər sizi bütün haqlardan və vasitələrdən məhrum etmişlər. Onların əlinizdən aldıqları yalnız əmək və dilək azadlığı deyildir. Yəni siz yalnız iqtisadi azadlıqdan məhrum deyilsiniz. Bolşeviklər sizin təbii və insani haqqınız olan dilədiyiniz kimi inanmaq, düşünmək, yığılmaq, danışmaq, yazmaq və cəmiyyət qurmaq azadlıqlarından da məhrum etmişlər. Yəni siz bolşeviklərdən başqa bir şeyə inana bilməzsiniz. Siz əsil azadlığın bolşeviklikdə olduğuna inanmağa məcbursunuz. Siz bolşeviklikdən başqa bir şey düşünə bilməzsiniz. Inanc və düşüncələrinizdə azad olmadığınız üçün istədiyiniz bir cəmiyyət və ya partiya qura bilməzsiniz. Siz bolşevikləri və bolşevikliyi tənqid edə bilməzsiniz. Fikirlərinizi, düşüncələrinizi və inandıqlarınızı yazıb nəşr edə bilməzsiniz. Halbuki bolşeviklər utanmadan bu azadlıqların mövcudiyyətindən dəm vurmaqdadırlar. '''Hətta Stalin konstitusiyası adını daşıyan Sovet qanuni əsası da bu azadlıqların mövcud olduğunu iddia edib durmaqdadır. Biz başqa bir söhbətimizdə bolşeviklərin bu yalanlarını da bir-bir ifşa edəcəyik.''' </div></div> [[Kateqoriya:Jurnal məqalələri]] lh1ri2cvatk21f9fc22irtye4ajhhfl Qafqaz İslam Ordusu 0 33651 96328 96186 2026-07-12T07:51:48Z Araz Yaquboglu 734 [[Kateqoriya:Jurnal məqalələri]] əlavə olundu [[VM:HC|HotCat]] 96328 wikitext text/x-wiki {{Başlıq | başlıq = Qafqaz İslam Ordusu | müəllif = Mirzə Bala Məmmədzadə | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = “Azərbaycan” aylıq Kültür Dərnəyi. İyul-avqust 1954, yıl 3, sayı: 4-5 (28-29) }} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> 4 iyun 1918-ci ildə Batumda Osmanlı dövləti ilə Azərbaycan Cumhuriyyəti arasında imzalanan anlaşmaya görə Azərbaycan komandanlığının əmrinə göndərilən 5 Qafqaz tümeni (diviziyası) az sonra Azərbaycan qüvvələrini də özünə birləşdirərək “Qafqaz İslam Ordusu” adını almışdı. Avqust 1918-ci ildə 15 piyada tümeni (diviziyası) ilə dəstəklənən Qafqaz İslam Ordusu 15 Sentyabrda Bakını qızıl istiladan qurtararaq Azərbaycandakı tarixi vəzifəsini zəfərlə bitirdikdən sonra Dağıstanın qurtuluşuna başlamış; sentyabrın sonu ilə oktyabr ayının əvvəlində Dərbəndi, Temir-Xanı-Şuranı və Şamil Qalasını düşməndən təmizləyərək, Dağıstan sülhsevərləri ilə birlikdə Terek-Qala üzərinə getdiyi bir zamanda Osmanlı Dövlətinin müttəfiqləri ilə birlikdə məğlubiyyət xəbəri alınmışdı. Qafqaz İslam Ordusu Azərbaycanı və bütün Qafqazı xilas edəcəkdi. 30.10.1918-ci il tarixli Mondros sülh müqaviləsinin 11-ci maddəsi bunu amir (əsasən) olduğu kimi 15-ci maddəsi də Bakını ingilis işğalına verirdi. Mondros sülh müqaviləsi daha imzalanmadan Tələt Paşanın yerini işğal edən Əhməd İzzət Paşanın verdiyi bir əmrə görə: “Brest-Litovsk müqaviləsi xaricində olaraq işğal edilən Qafqaz aksamının (ərazisinin) 24.10.1918-ci il tarixindən etibarən altı həftə ərzində xilası icra ediləcəkdir”. '''Brest-Litovsk müqaviləsi yalnız Batum, Ərdəhan və Qars vilayətlərini əlinə alır və başqa bir yazımızda da anlatdığımız kimi, Moskva bu hüdud xaricində, yəni Azərbaycan və Şimali Qafqazda Osmanlı ordusunun hərəkətini hər zaman protesto etmiş və buna mane olmaq üçün Almaniya ilə, Bakı nefti hesabına bir anlaşmaya da girirdi.''' Osmanlı dövləti ilə müttəfiqlərinin məğlubiyyətinə görə Moskva tərəfindən tamamilə feshedilmiş (ləğv edilmiş) olan bu Brest-Litovsk müqaviləsi “Hər millətin öz müttəfiqlərini ancaq özünün təyin etmək haqqına malik olduğundan” da bəhs etməkdə idi. Sovet Rusiyası tərəfindən də qəbul və elan edilən bu prinsipləri irəli sürən Azərbaycan Cumhuriyyət Hökumətinin bu meşru (qanuni) haqqını şiddətlə müdafiə edən mərhum Tələt Paşa, 23 Sentyabr 1918-ci ildə Almaniya ilə bir protokol imzalamışdı. Bu protokola görə, hər iki tərəf Azərbaycanın istiqlalını tanıyır və Osmanlı qüvvələrinin çəkilməsi şərti ilə bu istiqlalın Rusiyada da tanınması işini Almaniya öz üzərinə götürürdü. Mondros sülh müqaviləsindən daha əvvəl Qafqaz İslam Ordusunun aqibəti bəlli idi. Fəqət bu ordu Azərbaycanda milli bir qüvvə yetişdirmək vəzifəsi ilə də məşğul idi. Sonralar Qafqaz İslam komandanlığına təyin olunan mərhum Nuru Paşa muallim-zabit heyəti başında 4 iyun 1918- ci il anlaşmasından çox əvvəl may ayının ortalarında bu məqsədlə Azərbaycana gəlmişdi. Maiyetini (ətrafındakıları) Mosulda buraxan Nuru Paşa Azərbaycandan Üçüncü Ordu Komandanı Vehip Paşaya yolladığı bir raportunda burada milli bir ordu təşkil etmək üçün hər cür imkanın və vəsaitin mövcud olduğunu, yalnız muallim-zabit kadrına ehtiyac hiss edildiyini yazır və Mosulda qalan müəllim-zabit heyətinin bir an əvvəl göndərilməsini rica edirdi. Bilindiyi kimi, bu heyət bir türlü gəlib çıxmadı. Gəncədə kiçik zabit məktəbi açılmışsa da, İstiqlal savaşı bu sahədə əsaslı bir gəlişməyə mane olmuşdu. Əsl fəaliyyət istiqlal zəfərindən sonra başlayacaqdı. Və Qafqaz İslam Ordusu yerini işğal edəcək bir Azərbaycan ordusu yaratmadan çəkilərsə, siyasi və əsgəri müvazinətin alt-üst olacağı Qafqazda hər şey məhv edilmiş sayılacaq və Azərbaycanın müqəddəratı təhlükəyə düşəcəkdi. Bu durumun nəzakətini təqdir etmiş olacaq ki, yeni Osmanlı kabinəsi, Qafqaz İslam Ordusunun Qafqazı tahliye etməsi (boşaltması) üçün verdiyi əmrdən iki gün sonra, 26.10.1918-ci il tarix və 5276 saylı bir əmrnamədə eyni ilə deyilirdi: “Şimali Qafqazla Azərbaycanda hizmət etmək istəyənlər qalacaqdır”. Bu müsaidəyə uyan Nuru Paşa Qafqaz İslam Ordusu komandanlığından istefa verərək, yerini “Azərbaycanda Osmanlı kıtaatı (ordu hissələri) komandanı” ünvanını alan Mirliva Mürsəl Bəyə (sonralar general Mürsəl Bakıya) vermiş və özü də Azərbaycan ordusu komandanı ünvanını almışdır. Bu şəkildə Nuru Paşa 4 noyabr 1918-ci ildə “Azərbaycan hökuməti ilə burada qalacaq zabitlər üçün əqd edilən müqavilə şəraiti” başlığı altında, orduya bir təbliğ yayınlatmışdır. 15 maddədən ibarət bu müqaviləyə görə: “Azərbaycan hizmətinə girəcək zabitlər və məmurlar mezkur (haqqında danışılan) hökumət təbəəsi olacaq. Cəza və mükafat xüsuslarında da Azərbaycan qanunlarına tabe olacaqlar” (maddə 1). “Zabitlər rütbə səviyyələri ilə qalacaqlar. (Fəxri təbiri (rütbələri) qalacaqdır). Türkiyədə kıdemen terfi edənlər (növbəti rütbəni alanlar) burada bir dərəcə yüksək rütbəsi ilə qazanacaqlar” (maddə 2). “Hər zabitə ildə, azimet və avdet dail (gedişi-dönüşü), 2 ay məzuniyyət verəcəkdir. Bu iki ay maaşı hərəkətindən əvvəl peşinen (arxasınca) və kamilən alacaqdır” (maddə 3). “Azərbaycandakı xidmət müddətində xidməti əsgərliyə qabiliyyətini zəyi edəcəklərə, üç ildən beş ilə qədər olmaq şərti ilə maaş nisbətində təzminat verəcəkdir” (maddə 10). “Üç il bütünlüklə Azərbaycanda keçirilənlərə xitam müddətində altı aylıq mükafat veriləcəkdir. Üç ilin xitamında konturatı (müqaviləni), üç ildən aşağı olmamaq şərti ilə tecdit (yeniləmək) edəcəklərə, bir dəfəyə məxsus olmaq şərti ilə, bir illik maaş nisbətində mükafat verilir” (maddə 11). “Zabitlərin Türkiyədəki ailələrinə verilməkdə olan siparişat (yardım) və ərzağın bundan sonra yenə verilməsi üçün Azərbaycan hökumətinə görə lazımlı tədbir sayılacaqdır. Bunun üçün sərf olunacaq məbləğ Azərbaycan hökumətinin borcu olacaq və iki hökumət arasın-da mahsubu (məxsusi) yerinə yetiriləcəkdir” (maddə 12). Fəqət, Mondros müqaviləsi bu kontratoyu (müqaviləni) kağız üzərində buraxdı. Müqavilənin 11 maddəsinə görə, Osmanlı hökuməti Cənubi Qafqazla şimal-batı İranı tahliye (boşaltmağı) edir. 15-ci maddəyə görə də Batumla Bakının ingilislər tərəfindən işğalına razılıq göstərirdi. Osmanlı hökuməti Hərbiyə naziri 24 noyabr 1918-ci ildə 9-cu Orduya bu əmri yollamışdır: # – 28. 10. 1918 və 11. Ş. 5887 saylı əmr, vaziyeti ahire mucibince mefsühtur (son vəziyyətə görə ləğv edilmişdir). Şimali və cənubi Qafqazda olan bölümün zabit və efrad (fərdilər), iki ayı keçməmək şərti ilə, 9-cu ordu komandanlığına təyin ediləcək zaman ərzində 9-cu ordu ilə ittifaq edəcəkdir. # – Esliha və cebhane (silah və sursat) daha 9-cu orduya təslim ediləcəkdir. # – Bu əmrə itaət etməyənlər haqqında təqib kampaniyası qurulacaq və 9-cu ordu komandanlığı bu əmri Nuru Paşaya, Mürsəl Bəyə və Yusif İzzət Paşaya məsul edəcək və nəticəsini bildirəcəkdir. Buna görə 9-cu ordu komandanı mirliva (albay) Z. Şövqi bəy “30 dekabr 1938-ci il tarixinə qədər Azərbaycanda və Şimali Qafqazda heç bir Osmanlı zabit və nəfəri, silah və cəbbəxanası qalmayacaq” və “qalanlar haqqında təqib icra ediləcəyi” xüsusunda bir əmr göndərdi. Əmrdə: “Şimendifer (Dəmiryolu) nəqliyyat hərəkətindəki ademi-kifaye (kifayət olmayan) və sairə heç bir vəchlə esbabi-taahhür ad və qəbul edilməyəcəyi də tasrih (izah etmək) edilməkdə idi. Bu qatı əmrə rəğmən, Azərbaycan hökuməti, Osmanlı müəllim-zabit kadrının kontrato (müqavilə) gərəyincə qalmasını saxlamaq üçün Bakının işğalına hazırlanan İrandakı ingilis qüvvələri komandanı general Tomson nəzdində təşəbbüs etmişsə də, “Azərbaycan namında bir hökumət tanımadıqları” cavabını almışdı. Əslində Mondros müqaviləsində də Azərbaycanın adı qeyd olunmuş və Osmanlı dövləti ilə Azərbaycan Cumhuriyyəti arasındakı muahede (müqavilə) və anlaşçalar heç sayılmışdı. '''Noyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını ingilislərə təslim edərək çəkildi. Onlarla bərabər məhdud Azərbaycan qüvvələri də Bakıdan Gəncəyə çəkildilər.''' Hər şeyi yenidən qurmaq lazım idi. Və hər şeydən əvvəl milli bir ordu qurmaq lazımdı. Azərbaycanda yalnız Bakıya daxil olan ingilis işğalından 4-5 ay sonra, aprel 1919-cu ildə xalqın coşqun alqışları altında Bakıya girən süvari qüvvələri bu milli orduya mənsubdu. Başında general Səməd Mehmandarlı kimi Azəri subayları (zabitləri) duran bu milli ordunun kiçik zabitlərini, Qafqaz İslam Ordusunun yardımı ilə Gəncədə təsis olunmuş kiçik zabitlərə məxsus hərbi məktəbdə yetişənlər təşkil edirdilər. '''Tarixi vəzifəsini şərəflə yerinə yetirib gedən Qafqaz İslam Ordusu özündən sonra gənc milli bir ordunun nüvəsini yaratmışdı. Bu ordunun təmin etdiyi nizam və intizam sayəsində ingilis işğal ordusu komandanlığı Azərbaycan istiqlalını tanımaqla ilk addım olaraq Azərbaycan hökumətini yeganə meşru (qanuni) məqam olaraq elan etmişdir. ''' [[Kateqoriya:Jurnal məqalələri]] 3nvjil90k47qz0t1yjvxvrmtcf9dihl 96329 96328 2026-07-12T07:52:25Z Araz Yaquboglu 734 [[Kateqoriya:Qafqaz İslam Ordusu]] əlavə olundu [[VM:HC|HotCat]] 96329 wikitext text/x-wiki {{Başlıq | başlıq = Qafqaz İslam Ordusu | müəllif = Mirzə Bala Məmmədzadə | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = “Azərbaycan” aylıq Kültür Dərnəyi. İyul-avqust 1954, yıl 3, sayı: 4-5 (28-29) }} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> 4 iyun 1918-ci ildə Batumda Osmanlı dövləti ilə Azərbaycan Cumhuriyyəti arasında imzalanan anlaşmaya görə Azərbaycan komandanlığının əmrinə göndərilən 5 Qafqaz tümeni (diviziyası) az sonra Azərbaycan qüvvələrini də özünə birləşdirərək “Qafqaz İslam Ordusu” adını almışdı. Avqust 1918-ci ildə 15 piyada tümeni (diviziyası) ilə dəstəklənən Qafqaz İslam Ordusu 15 Sentyabrda Bakını qızıl istiladan qurtararaq Azərbaycandakı tarixi vəzifəsini zəfərlə bitirdikdən sonra Dağıstanın qurtuluşuna başlamış; sentyabrın sonu ilə oktyabr ayının əvvəlində Dərbəndi, Temir-Xanı-Şuranı və Şamil Qalasını düşməndən təmizləyərək, Dağıstan sülhsevərləri ilə birlikdə Terek-Qala üzərinə getdiyi bir zamanda Osmanlı Dövlətinin müttəfiqləri ilə birlikdə məğlubiyyət xəbəri alınmışdı. Qafqaz İslam Ordusu Azərbaycanı və bütün Qafqazı xilas edəcəkdi. 30.10.1918-ci il tarixli Mondros sülh müqaviləsinin 11-ci maddəsi bunu amir (əsasən) olduğu kimi 15-ci maddəsi də Bakını ingilis işğalına verirdi. Mondros sülh müqaviləsi daha imzalanmadan Tələt Paşanın yerini işğal edən Əhməd İzzət Paşanın verdiyi bir əmrə görə: “Brest-Litovsk müqaviləsi xaricində olaraq işğal edilən Qafqaz aksamının (ərazisinin) 24.10.1918-ci il tarixindən etibarən altı həftə ərzində xilası icra ediləcəkdir”. '''Brest-Litovsk müqaviləsi yalnız Batum, Ərdəhan və Qars vilayətlərini əlinə alır və başqa bir yazımızda da anlatdığımız kimi, Moskva bu hüdud xaricində, yəni Azərbaycan və Şimali Qafqazda Osmanlı ordusunun hərəkətini hər zaman protesto etmiş və buna mane olmaq üçün Almaniya ilə, Bakı nefti hesabına bir anlaşmaya da girirdi.''' Osmanlı dövləti ilə müttəfiqlərinin məğlubiyyətinə görə Moskva tərəfindən tamamilə feshedilmiş (ləğv edilmiş) olan bu Brest-Litovsk müqaviləsi “Hər millətin öz müttəfiqlərini ancaq özünün təyin etmək haqqına malik olduğundan” da bəhs etməkdə idi. Sovet Rusiyası tərəfindən də qəbul və elan edilən bu prinsipləri irəli sürən Azərbaycan Cumhuriyyət Hökumətinin bu meşru (qanuni) haqqını şiddətlə müdafiə edən mərhum Tələt Paşa, 23 Sentyabr 1918-ci ildə Almaniya ilə bir protokol imzalamışdı. Bu protokola görə, hər iki tərəf Azərbaycanın istiqlalını tanıyır və Osmanlı qüvvələrinin çəkilməsi şərti ilə bu istiqlalın Rusiyada da tanınması işini Almaniya öz üzərinə götürürdü. Mondros sülh müqaviləsindən daha əvvəl Qafqaz İslam Ordusunun aqibəti bəlli idi. Fəqət bu ordu Azərbaycanda milli bir qüvvə yetişdirmək vəzifəsi ilə də məşğul idi. Sonralar Qafqaz İslam komandanlığına təyin olunan mərhum Nuru Paşa muallim-zabit heyəti başında 4 iyun 1918- ci il anlaşmasından çox əvvəl may ayının ortalarında bu məqsədlə Azərbaycana gəlmişdi. Maiyetini (ətrafındakıları) Mosulda buraxan Nuru Paşa Azərbaycandan Üçüncü Ordu Komandanı Vehip Paşaya yolladığı bir raportunda burada milli bir ordu təşkil etmək üçün hər cür imkanın və vəsaitin mövcud olduğunu, yalnız muallim-zabit kadrına ehtiyac hiss edildiyini yazır və Mosulda qalan müəllim-zabit heyətinin bir an əvvəl göndərilməsini rica edirdi. Bilindiyi kimi, bu heyət bir türlü gəlib çıxmadı. Gəncədə kiçik zabit məktəbi açılmışsa da, İstiqlal savaşı bu sahədə əsaslı bir gəlişməyə mane olmuşdu. Əsl fəaliyyət istiqlal zəfərindən sonra başlayacaqdı. Və Qafqaz İslam Ordusu yerini işğal edəcək bir Azərbaycan ordusu yaratmadan çəkilərsə, siyasi və əsgəri müvazinətin alt-üst olacağı Qafqazda hər şey məhv edilmiş sayılacaq və Azərbaycanın müqəddəratı təhlükəyə düşəcəkdi. Bu durumun nəzakətini təqdir etmiş olacaq ki, yeni Osmanlı kabinəsi, Qafqaz İslam Ordusunun Qafqazı tahliye etməsi (boşaltması) üçün verdiyi əmrdən iki gün sonra, 26.10.1918-ci il tarix və 5276 saylı bir əmrnamədə eyni ilə deyilirdi: “Şimali Qafqazla Azərbaycanda hizmət etmək istəyənlər qalacaqdır”. Bu müsaidəyə uyan Nuru Paşa Qafqaz İslam Ordusu komandanlığından istefa verərək, yerini “Azərbaycanda Osmanlı kıtaatı (ordu hissələri) komandanı” ünvanını alan Mirliva Mürsəl Bəyə (sonralar general Mürsəl Bakıya) vermiş və özü də Azərbaycan ordusu komandanı ünvanını almışdır. Bu şəkildə Nuru Paşa 4 noyabr 1918-ci ildə “Azərbaycan hökuməti ilə burada qalacaq zabitlər üçün əqd edilən müqavilə şəraiti” başlığı altında, orduya bir təbliğ yayınlatmışdır. 15 maddədən ibarət bu müqaviləyə görə: “Azərbaycan hizmətinə girəcək zabitlər və məmurlar mezkur (haqqında danışılan) hökumət təbəəsi olacaq. Cəza və mükafat xüsuslarında da Azərbaycan qanunlarına tabe olacaqlar” (maddə 1). “Zabitlər rütbə səviyyələri ilə qalacaqlar. (Fəxri təbiri (rütbələri) qalacaqdır). Türkiyədə kıdemen terfi edənlər (növbəti rütbəni alanlar) burada bir dərəcə yüksək rütbəsi ilə qazanacaqlar” (maddə 2). “Hər zabitə ildə, azimet və avdet dail (gedişi-dönüşü), 2 ay məzuniyyət verəcəkdir. Bu iki ay maaşı hərəkətindən əvvəl peşinen (arxasınca) və kamilən alacaqdır” (maddə 3). “Azərbaycandakı xidmət müddətində xidməti əsgərliyə qabiliyyətini zəyi edəcəklərə, üç ildən beş ilə qədər olmaq şərti ilə maaş nisbətində təzminat verəcəkdir” (maddə 10). “Üç il bütünlüklə Azərbaycanda keçirilənlərə xitam müddətində altı aylıq mükafat veriləcəkdir. Üç ilin xitamında konturatı (müqaviləni), üç ildən aşağı olmamaq şərti ilə tecdit (yeniləmək) edəcəklərə, bir dəfəyə məxsus olmaq şərti ilə, bir illik maaş nisbətində mükafat verilir” (maddə 11). “Zabitlərin Türkiyədəki ailələrinə verilməkdə olan siparişat (yardım) və ərzağın bundan sonra yenə verilməsi üçün Azərbaycan hökumətinə görə lazımlı tədbir sayılacaqdır. Bunun üçün sərf olunacaq məbləğ Azərbaycan hökumətinin borcu olacaq və iki hökumət arasın-da mahsubu (məxsusi) yerinə yetiriləcəkdir” (maddə 12). Fəqət, Mondros müqaviləsi bu kontratoyu (müqaviləni) kağız üzərində buraxdı. Müqavilənin 11 maddəsinə görə, Osmanlı hökuməti Cənubi Qafqazla şimal-batı İranı tahliye (boşaltmağı) edir. 15-ci maddəyə görə də Batumla Bakının ingilislər tərəfindən işğalına razılıq göstərirdi. Osmanlı hökuməti Hərbiyə naziri 24 noyabr 1918-ci ildə 9-cu Orduya bu əmri yollamışdır: # – 28. 10. 1918 və 11. Ş. 5887 saylı əmr, vaziyeti ahire mucibince mefsühtur (son vəziyyətə görə ləğv edilmişdir). Şimali və cənubi Qafqazda olan bölümün zabit və efrad (fərdilər), iki ayı keçməmək şərti ilə, 9-cu ordu komandanlığına təyin ediləcək zaman ərzində 9-cu ordu ilə ittifaq edəcəkdir. # – Esliha və cebhane (silah və sursat) daha 9-cu orduya təslim ediləcəkdir. # – Bu əmrə itaət etməyənlər haqqında təqib kampaniyası qurulacaq və 9-cu ordu komandanlığı bu əmri Nuru Paşaya, Mürsəl Bəyə və Yusif İzzət Paşaya məsul edəcək və nəticəsini bildirəcəkdir. Buna görə 9-cu ordu komandanı mirliva (albay) Z. Şövqi bəy “30 dekabr 1938-ci il tarixinə qədər Azərbaycanda və Şimali Qafqazda heç bir Osmanlı zabit və nəfəri, silah və cəbbəxanası qalmayacaq” və “qalanlar haqqında təqib icra ediləcəyi” xüsusunda bir əmr göndərdi. Əmrdə: “Şimendifer (Dəmiryolu) nəqliyyat hərəkətindəki ademi-kifaye (kifayət olmayan) və sairə heç bir vəchlə esbabi-taahhür ad və qəbul edilməyəcəyi də tasrih (izah etmək) edilməkdə idi. Bu qatı əmrə rəğmən, Azərbaycan hökuməti, Osmanlı müəllim-zabit kadrının kontrato (müqavilə) gərəyincə qalmasını saxlamaq üçün Bakının işğalına hazırlanan İrandakı ingilis qüvvələri komandanı general Tomson nəzdində təşəbbüs etmişsə də, “Azərbaycan namında bir hökumət tanımadıqları” cavabını almışdı. Əslində Mondros müqaviləsində də Azərbaycanın adı qeyd olunmuş və Osmanlı dövləti ilə Azərbaycan Cumhuriyyəti arasındakı muahede (müqavilə) və anlaşçalar heç sayılmışdı. '''Noyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını ingilislərə təslim edərək çəkildi. Onlarla bərabər məhdud Azərbaycan qüvvələri də Bakıdan Gəncəyə çəkildilər.''' Hər şeyi yenidən qurmaq lazım idi. Və hər şeydən əvvəl milli bir ordu qurmaq lazımdı. Azərbaycanda yalnız Bakıya daxil olan ingilis işğalından 4-5 ay sonra, aprel 1919-cu ildə xalqın coşqun alqışları altında Bakıya girən süvari qüvvələri bu milli orduya mənsubdu. Başında general Səməd Mehmandarlı kimi Azəri subayları (zabitləri) duran bu milli ordunun kiçik zabitlərini, Qafqaz İslam Ordusunun yardımı ilə Gəncədə təsis olunmuş kiçik zabitlərə məxsus hərbi məktəbdə yetişənlər təşkil edirdilər. '''Tarixi vəzifəsini şərəflə yerinə yetirib gedən Qafqaz İslam Ordusu özündən sonra gənc milli bir ordunun nüvəsini yaratmışdı. Bu ordunun təmin etdiyi nizam və intizam sayəsində ingilis işğal ordusu komandanlığı Azərbaycan istiqlalını tanımaqla ilk addım olaraq Azərbaycan hökumətini yeganə meşru (qanuni) məqam olaraq elan etmişdir. ''' [[Kateqoriya:Jurnal məqalələri]] [[Kateqoriya:Qafqaz İslam Ordusu]] 7houo8effnkd9i1effsh7w7nvt0h3in Bakı yollarında 0 33652 96331 96228 2026-07-12T07:53:35Z Araz Yaquboglu 734 [[Kateqoriya:Qafqaz İslam Ordusu]] əlavə olundu [[VM:HC|HotCat]] 96331 wikitext text/x-wiki {{Başlıq | başlıq = Bakı yollarında | müəllif = Mirzə Bala Məmmədzadə | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = “Qurtuluş”, sentyabr 1935, VIL 2, sayı 11. }} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> '''(Bakı zəfərinin 17-ci ildönümü münasibətilə)''' Daxildən gələn bir sevgi ilə, diqqət və ehtimalla hər vəsiqə, əmr, raport və müşahidələr əsasında yazılmış mükəmməl bir əsər: “Böyük hərbdə Bakı yollarında 5-ci Qafqaz Piyada Firqəsi...” Türkiyə Cumhuriyyəti Baş Erkanı (Qərargahı) Hərbi Rəyasətinin 4.12.1933 tarixli rəsmi əmri ilə, eyni Firqəyə mənsub və 1918-ci ildə Bakı uğrunda apardığımız istiqlal savaşına, əvvəlindən sonuna qədər birbaşa iştirak etmiş Erkanıhərb (Baş Qərargah) kaymakamı (qəza rəisi) Rüştü bəy kimi səlahiyyətli bir adam tərəfindən qələmə alınmış olan bu mükəmməl əsərin qiymət və əhəmiyyəti üzərində çox dayanmağa lüzum varmı? Və 15 Sentyabr zəfərinin 17-ci ildönümü münasibətilə oxucularımıza bundan daha qiymətli nə hədiyyə verilə bilər? 6 kroki (diaqram), bir qururluş, bir cədvəl və iki xəritəni özündə cəmləşdirən 218 səhifəlik bu əsər, 93 saylı “Əsgəri Məcmuə”nin, 1 iyun 1934-cü il tarixli və 34 saylı “Tarix qismi”ni başdan-başa işğal etmişdir. Ələlxüsus “Osmanlı ordusunun Azərbaycana qardaş yardımı”nı canlandırmağa çalışan müəllif, Anadolu Məhmətciklərinin unudulmaz qəhrəmanlıqları ilə yan-yana bizə Azərbaycanın o zamankı siyasi və əsgəri vəziyyəti, millətimizin məruz qaldığı fəlakətlər və istiqlal hərbində göstərdiyi fədakarlıqlar haqqında da məlumat verir. “Rus ihtilal (mübarizə) və inqilabının orduya təsiri və Rusiyadakı kiçik millətlərin siyasi hərəkatları” başlığı altında topladığı giriş qismində Qafqazdakı siyasi vəziyyəti, Cənubi Qafqaz hökumətinin quruluşunu, gürcülərlə ermənilərin rus ordusundakı əsgərlərindən ibarət milli ordu yaratmalarını, Azərbaycanın belə bir ordudan məhrum olduğunu, ermənilərin Şaumyanla əlbir olaraq Bakıda qətliam törətdiklərini və bu xüsusda Cənubi Qafqaz hökumətinin Azərbaycana yardım etmədiyini qeyd etdikdən sonra deyir ki: “Bu elim (ağır) vəziyyət qarşısında Tiflis Seymində olan müsəlman üzvü bir qrup təşkil edərək teşrif və siyasi işlərdən başqa milli və ictimai işləri də həyata keçirməyə məcbur olmuşdu. Əfsus icra qüvvəsindən məhrum və orduya dayanmayan Seym müsəlman qrupu bu qətliam və imha vəkainin önünə cezri şəkildə keçə bilmirdi (qırğının, talanların qarşısını ala bilmirdi). Cənubi Qafqaz hökumətindən gözlənən ümidlər boşdu. Seymin, ordu təşkilatı üçün Gəncə Milli Müsəlman Komitəsinə verməyi vəd etdiyi mühüm miqdardakı silah və cəbbəxana da tamamilə verilməmişdi. Nəhayət, Bakını ələ keçirən bolşevik-erməni qüvvəsi Şamaxı-Kürdəmir xəttinə qədər qırıb-çataraq irəliləmiş və bu təcavüzdən Lənkəran, Salyan və Quba qəsəbələri də özlərini qurtara bilməmişdilər”. '''Brest-Litovsk müqaviləsinə əsasən Türkiyəyə verilən Batum, Ərdəhan və Qars vilayətlərindən ötrü Cənubi Qafqaz hökuməti ilə Osmanlı dövləti arasında başlanan hərbi, 3-cü ordunun bu yerləri işğalı,''' bunun nəticəsində gürcülərin Almaniyanın himayəsinə sığınaraq Qafqaz Federasiyasından çıxıb istiqlalını elan etdiyini, onu erməni və Azərilərin də öz istiqlallarını elan edərək Türkiyə ilə ayrı-ayrı müzakirəyə girişdiklərini xülasə etdikdən sonra müəllif Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Gəncəyə gəlişinə naklikelam edərək (toxunaraq) Paşa Həzrətlərinin 3-cü orduya, Azərbaycanın əsgəri və daxili vəziyyəti haqqında göndərdiyi raportu nəql etməkdədir. Nuru Paşa Həzrətlərinin 3-cü ordu komandanı Vəhib Paşa Həzrətlərinə yazdığı raportdan anlayırıq ki, Gəncədə Milli Kolordu (korpus, hərbi birləşmə) naminə təşkil edilən 600 nəfərlik bir qüvvə var. Bakıya qarşı da Kürdəmir stansiyasında knyaz Mağalof namında (adında) bir gürcü miralayının (albayının) komandanı altında 400-ə qədər əsgər vardır. “Bakı qətliamında gürcülərin müsəlmanlarla birlik təşkil etmələrinə bir nümunə olaraq Tiflisdən göndərilmiş bu əsgərlərin 300-dən ibarət gürcüləri də Tiflisə dönmüşdülər. Azərbaycanda milli bir ordu yaratmaq imkanı mövcuddur. Əsgərliyə tələbkar çox insan vardır. Muğan kimi məntəqələrdə bolşevik əlinə keçməmiş 10 000 000 kilo qədər də buğda və ərzaq var. Əfsus, ordu təşkili üçün silah və cəbbəxana yoxdur. Paşa Həzrətləri bu barədə yardım edilməsini rica edir və əlavə edir ki: “Əsgərin təlim və tərbiyəsi üçün buraya təyin olan əsgər heyəti Mosulda qaldı. Bir aya qədər gəlməyəcək. Təşkil olunacaq əsgərə komanda etmək üçün mümkün olduğu qədər müəllim-zabit və kiçik zabit ezamını xahiş edirəm. Kıtaatı Osmaniyenin Gəncəyə ademi vürudu muhtemel ise bilhassa mezkur heyete (Osmanlı hərbi hissələrinin Gəncəyə gəlməməsi ehtimal edilirsə, bu heyətə) fövqəladə ehtiyacımız olacaq”. '''Yeni qurulmaqda və qurulacaq olan Azərbaycan Milli Ordusu üçün müəllim-zabit məsələsinin sonuna qədər gəlmədiyini və bu üzdən də milli ordu təşkil edilmədiyini eyni əsərdən öyrənirik. 3-cü komandanı Vəhib Paşa Həzrətləri Nuru Paşa Həzrətlərinə yazdığı 2.06.1918-ci il tarixli cavabında ermənilərlə sülh bağlandığını, gürcülərlə də bağlanmaq üzrə olduğunu qeyd etdikdən sonra deyirdilər ki: “Azərbaycan hökuməti Müstəqil İslamçılıq tələbinə görə İslamları bolşevik təcavüzündən qurtarmaq üçün müxtəlif qüvvələrdən ibarət dəstə ilə Qazax tərəfdən Gəncə istiqamətinə göndərəcəyik. Bu dəstənin süvarisi Qazax və Gəncə arasındakı stansiyaları mühafizə edəcəkdir...” Aşağıdakı vesaik (sənədlər) Vəhib Paşa Həzrətlərinin Azərbaycan məsələsilə candan əlaqədar olduğunu göstərməkdədir. Azərbaycana yalnız bir piyada alayı ilə (2 tabur piyada, iki top) bir də mürəttəb (tərtib edilmiş) süvari alayı (2 bölük) sövq etmək üçün əmr verildiyindən eyni 2.06.1918ci il tarixində Baş Komandanlıq Vəkalətinə (Ənvər Paşa Həzrətlərinə) verdiyi müstacel (təcili) şifrəsində bir əmri yerinə yetirmək məqsədilə Azərbaycana bir Firqə göndərdiyini və icab ederse (lazım olarsa), bu qüvvəni takviyə edəcəyini (əlavə kömək göndərəcəyini) yazmaqda idi. O günlərdə, başda Azərbaycanın Milli Şura rəisi Məhəmməd Əmin Rəsulzadə Bəy olmaqla Azərbaycan Mürəxxəs Heyəti ilə, başda Vəhib Paşa və Xəlil Bəy olmaqla Türkiyə Mürəxxəs Heyəti arasında müzakirələr cərəyan edirdi. Mərhum Ənvər Paşanın tasvipkar mahiyyətdə (bəyəndiyi, razılıqla qarşıladığı) 5 iyun tarixli cavabından bir gün əvvəl, yəni 4 iyun 1918-ci il tarixdə Batumda Osmanlı nümayəndələri (Ədliyyə naziri Xəlil Bəy və Vəhib Paşa) Azərbaycan nümayəndələri (Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Həsən Bəylər) arasında bir muhadenet (razılıq) əhdnaməsi bağlanmışdı. Bu əhdnamənin 4-cü maddəsinə görə Azərbaycanın sülh və əmin-amanlığını qorumaq üçün Ali Osmanlı Dövlətindən istənilən əsgəri yardım Osmanlı Heyəti tərəfindən dərhal qəbul edilmişdi. Əslində bu əhdnaməyə istinadən, Azərbaycan tərəfindən verilən bu rəsmi müraciət üçün Vəhib Paşa 7 iyun tarixində bu əmri verirdi: “Beşinci Qafqaz Firqəsinin aksami sairəsinin (digər hissələrinin) də Qazax tərəfdən Gəncəyə göndərilməsini xahiş edirəm. Firqənin Ağstafa stansiyasından Gəncəyə qədər göndərilməsi üçün indidən hazırlıq işləri görün və bunun üçün serian icab (lazım olan hər şeyi) edənləri Qazağa göndərin. Müsəlman zabitlərindən Gəncəli İbrahimzadə Nazim Əfəndi Ağstafa stansiyası ilə Gəncə arasındakı gedişi tənzim etmək üçün əvvəlcə Batumdan Gəncəyə göndərilmişdi. Məmurlarımız Nazim əfəndi ilə əlaqə yaratsınlar, firqənin nəzdində ikinci Qafqaz kolordusu (korpus, hərbi birləşmə) telsiz stansiyasının verilməsini xahiş edirəm. Firqə indilik əmrinizdə və Gəncədə qalacaq, əfəndim.” Ordu komandanının bu əmrinə əsasən Qrup komandanı da eyni gündə Beşinci Qafqaz Firqəsi Komandanlığına, 8 iyunda Cəlaloğlundan hərəkət üçün lazım gələn əmri vermiş və hərəkət günü firqə zabitlərinə bu müraciəti etmişdir: “Baş komandan etibarən hamımızın etimadını qazanmış və hər xüsusda müntəzəm olan Beşinci Qafqaz Firqəsini Azərbaycana, Gəncəyə göndərirəm. Burada olduğu kimi orada da fədakarlıqla çalışacağımızdan əminəm. Allah müvəffəqiyyətlər versin. Bu Osmanlı ordusundan Azərbaycana ikinci yardımdır. Bunun nəticəsində iyunun 22-də Azərbaycandakı əsgəri qüvvənin mövcudluğu bu qədər olmuşdur: '''Beşinci Qafqaz Firqəsi: ''' Zabit: muharib (döyüşən) - 225, muharib olmayan (döyüşməyən) – 105; Əsgər: muharib – 5.227, muharib olmayan – 2, 126. Heyvan: 1939; silah: tütək – 4.342; makinalı tütək – 36; kəsici silah – 3.752; top – 14. Cəbbəxana: tüfəng üçün – 847 sandık; top gülləsi – 801; əl bombası – 1739; qazma – 520; kürək – 1.412; balta – 225; tel makinası – 169; prtatif çadır – 3.242. Eyni tarixdə 5-ci Firqə əmrində olan Azərbaycan Cümhuriyyətinin müharibə cəbhəsində olan qüvvəsi də aşağıdakı miqdardadır: Zabit: muharib (döyüşən) – 30; muharib olmayan (döyüşməyən) – 4 nəfər; muharib (döyüşən) – 727; muharib olmayan (döyüşməyən – 99; heyvan – 435; silah: tüfəng – 605; makinalı tüfəng – 21; kəsici silah – 322; top – 6. Cəbbəxana: tüfəng üçün – 100 sandık; top gülləsi – 472; şarapnel – 528. Qüvvələr bununla bitmir. Düşmənin Göyçayı alması münasibətilə Qafqaz İslam Ordusu Komandanlığı tərəfindən “vəziyyətin vahiməli” olmasına dair: verilən teleqraflarına əsasən 9-cu Osmanlı Ordusundan 65 zabit, 2.475 nəfər, 701 heyvan, 2.092 tüfəng, 16 ağır markalı tüfəng və 4 qüdrətli dağ topundan ibarət 38-ci alay və bir qüdrətli dağ batereyası 11 iyulda Qazaxda olmaq üçün 6 iyulda Gümrüdən hərəkət etmişdi. '''Bundan başqa Şamaxının zəbtindən sonra Bakıya yaxınlaşan ordu 5 avqustda Bakı şəhərinə etdiyi müvəffəqiyyətsiz hücuma əsasən 15-ci firqənin Azərbaycana göndərilməsi üçün müraciət etmişdi.''' İranın təhrikilə ingilislərin yardımını nəzərə alaraq Bakıya ilk öncə Qarakilsədən 1200 muharibdən ibarət 107-ci alay, sonra da 9-cu ordunun 15-ci firqə qərargahı ilə 56-cı və 106-cı piyada alayları ilə bir qüdrətli, bir on buçukluk Skoda dağ obüs (on tam onda beş millimetrlik dağ) və bir də on buçukluk sahə obüs (on tam onda beş millimetrlik istehkam) batareyaları gəlmişdir. Bunlardan başqa Culfa – Ordubad yolu ilə Qarabağa da yardım göndərilmişdir. Bu şəkildə artan Türkiyə yardım qüvvələrilə bərabər Azərbaycan qüvvələri də artmış, təşkil edilən kıtaatları (ordu hissələrindən) başqa Qazax, Gəncə, Zaqatala, Şəki, Cavanşir, Ağdam, Ağdaş, Göyçay, Salyan, Quba və Bakı ətraflarında süvari, milis təşkilatı, könüllü müsəlləh qruplar və s. yaradılmışdır. Maruf (məlum) “Vəhşi Firqə” deyilən və istiqlal dövründə birinci süvari alayında olan müntəzəm qüvvələrdən başqa Zaqatala süvarisi, Qazax, Gəncə, Göyçay və Bakı könüllülərindən başqa Salyan ilə Cavadda Ramazanovun təşkil edib düşmənin Kür hövzəsini və Muğanı ələ keçirməsinə mane olan və bu şəkildə ordunun sağ cinahını təmin edən qüvvələrlə, Quba tərəflərində kaymakam (qəza rəisi) Şükrü Bəyin təşkil edib Qubanı azad etdiyi və Bakı-Dərbənd dəmiryolundan istifadə etməməsinə müvafiq olduğu qüvvələrin həyata keçirdikləri tədbirlər Qafqaz İslam Ordusu komandanlığında təqdirə layiq görülmüşdür. '''Üçüncü Ordu komandanı Vəhib Paşaya yazdığı raportda Qafqaz İslam Ordusu komandanı Nuru Paşa, Erkanıhərb (Baş Qərargah) rəisi kaymakam (qəza rəisi) Nazim bəyin Kürdəmir cəbhəsinə göndərildiyini bildirirdi.''' Mağalof qüvvələri çəkildikdən sonra, irəliləməkdə olan bolşevik-erməni qüvvələrinə qarşı bu cəbhəni süvari alayımızla könüllülər müdafiə edirdilər. Eyni zamanda Şamaxını geri almağa müvəffəq olan Gəncə könüllüləri oranı müdafiə etməmiş çəkilmiş, bu şəkildə düşmən Ağsuya, oradan da Göyçay istiqamətində Qaraməryəmə gəlmişdi. Daha 5-ci Qafqaz Firqəsi gəlməmişdi. Qüvvə gəldikdən sonra gah Kürdəmir cəbhəsi Müsüslüyə, gah da Göyçaya yardım göndərilmişdi. Eyni zamanda Salyan-Cavad məntəqəsindəki Azərbaycanlı minbaşılardan Ramazanovun müfrəzəsi də takviyə edilmişdir (taburu ilə möhkəmləndirilib). Müsüslüyə göndərilən bu qüvvə Kür çayı ilə düşmənin irəliləməsinə mane olduğu kimi Kürdəmir –Bakı dəmiryoluna etdiyi basqınlarla düşmən qüvvələrini müvəffəqiyyətsizliyə uğratmaqla məşğul olmuşdur. Göyçayda Qafqaz alayı komandanı Osman Bəy qərargahı ilə bərabər dayanıb. Qaraməryəm cəbhəsində türkiyəli Muammər Əfəndinin komandasındakı Azərbaycan xalqından toplanmış milis bölüyü vuruşmaqdadır. Qafqaz İslam Ordusu Komandanı Azərbaycan cəbhələrindəki vəziyyət haqqında 3-cü ordu komandanı Vəhib Paşaya belə yazırdı: “Bakı bolşevikləri kısmı küllisile (hamısı, bütünlüklə) dəmir yolu istiqamətindən irəliləyərək Müsüslü stansiyası civarındakı bataqlıq məntəqəsinə gəlmişdir. 500 nəfər qüvvəsi təxmin olunan bir qüvvəni də Şamaxı üzərindən kəndləri dağıdaraq və islamları məhv edərək Qaraməryəmə irəliləmişdir. Piyada 10- cu Qafqaz alayı indi də bu düşmənlə təmasdadır...” Qafqaz İslam Ordusu komandanı cəbbəxana və yeni yardım qüvvələri göndərilməsini xahiş etməkdədir. 5-ci Qafqaz Firqəsinin başında kaymakam (qəza rəisi) Mürsəl Bəy (hal-hazırda Mürsəl Paşa), erkanıhərbiyə rəyasətində də əsərin müəllifi Kd. Yüzbaşı (sonralar kaymakam, qəza rəisi) Rüştü Bəy idi. '''Yardım qüvvəsi ilk öncə Gəncədəki ermənilərin silahlarını aldıqdan sonra 15 iyunda Qaraməryəm cəbhəsində müvəffəqiyyətli bir basqın etmişdi.''' Bundan cürət alan Göyçaydakı qüvvə 17 iyunda özbaşına yenidən hücuma keçmiş, əfsus şiddətli bir istidən və susuzluq nəticəsində məğlubiyyətə uğramışdır. 10-cu Qafqaz alayının verdiyi zaiyat (itki) belə olmuşdur: 28-ci tabur: 4 nəfər şəhid, 15 nəfər yaralı, Mülazim (leytenant) Lütfi Əfəndilə 52 nəfər itkin, 29-cu tabur: Birinci mülazim (leytenant) İsmayıl Haqqı və mülazim (leytenant) Zəki Əfəndilər şəhid, mülazim Nəzmi Əfəndilə zabit vəkili Zəki Əfəndilər ağır yaralı, 11 şəhid, 26 yaralı, 3 nəfər itkin. 30-cu tabur: mülazim (leytenant) Kazım və İbrahim Əfəndilər şəhid, Birinci mülazim (leytenant) Bəsri Əfəndi yaralı, 13 nəfər şəhid, 78 nəfər yaralı, 15 nəfər itkin. Dağ topçu takımından: 19 nəfər itkin, 6 heyvan ölmüş, iki top, on tüfəng və 41 atım cəbbəxana düşmən əlinə keçmişdir. Bu məğlubiyyətə görə cəbhəni tədqiq etmək istəyən Qafqaz İslam Ordusu komandanı yanında azərbaycanlı generallardan Əli Ağa Şıxlinski, 5-ci Qafqaz Firqəsi erkanıhərbi (Baş Qərargahı) və başqa zabitlər olduğu halda Göyçaya gəlmiş və döndükdən sonra 5-ci Qafqaz Firqə qərargahı Göyçaya təyin edilmişdir: “Müsüslü cəbhəsində olan ordu erkanıhərb (Baş Qərargah) rəisi Nazim Bəy də geri alınmış və bu cəbhədəki kıtaatla (ordu hissələri) Azərbaycanı kaymakam (qəza rəisi) Həbib Bəy Səlimov komandirlik etməyə başlamışdı.” “Azərbaycan kolordusu (hərbi birləşmələri) namilə meydanda olan kıtaat (ordu hissələri) 500-600 nəfərdən ibarətdi. Əfsus bu təşkil ediləcək kolorduya (hərbi birləşmələrə) aid bir qisim maliyyə və təchizat vardı. Əslində bu maliyyə və təchizatdan istifadə edə bilməsi üçün 5-ci Qafqaz Firqəsi də 25 iyundan etibarən Azərbaycan kolordusu (hərbi birləşmələri) əmrinə verildi. Kolordu (hərbi birləşmələri) komandanı Əli Paşa Şıxlinski ilə cərəyan edəcəyinə və o vasitə ilə firqənin hərəkəti hərbinə verilən raportların Orduya tətbiq olunacağına dair ordudan əmr alındı.” Anadolu qəhrəmanlarının unudulmaz fədakarlıqlarından ilham alan Azəri Türkü ikinci 15 Sentyabrın da doğulmasına dərin inam bəsləməkdədir. Çünki o, Anadolu qəhrəmanlarının mübarək qanları bahasına bizə bəxş etmiş olduqları 15 Sentyabr zəfərini heç bir zaman unutmamış və unutmayacaqdır. '''Anadolu Türklərinin Azərbaycanın istiqlalı və istiqbalı uğrunda apardıqları çətin və qanlı müharibələr və mücadilələr həqiqətən də nəsildən nəsilə keçərək unudulmaz bir dastan halına çatmışdır.''' </div></div> [[Kateqoriya:Qafqaz İslam Ordusu]] 687fvfkd383v35pjanyc8s9n17h8yb6 96332 96331 2026-07-12T07:53:58Z Araz Yaquboglu 734 [[Kateqoriya:Qəzet məqalələri]] əlavə olundu [[VM:HC|HotCat]] 96332 wikitext text/x-wiki {{Başlıq | başlıq = Bakı yollarında | müəllif = Mirzə Bala Məmmədzadə | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = “Qurtuluş”, sentyabr 1935, VIL 2, sayı 11. }} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> '''(Bakı zəfərinin 17-ci ildönümü münasibətilə)''' Daxildən gələn bir sevgi ilə, diqqət və ehtimalla hər vəsiqə, əmr, raport və müşahidələr əsasında yazılmış mükəmməl bir əsər: “Böyük hərbdə Bakı yollarında 5-ci Qafqaz Piyada Firqəsi...” Türkiyə Cumhuriyyəti Baş Erkanı (Qərargahı) Hərbi Rəyasətinin 4.12.1933 tarixli rəsmi əmri ilə, eyni Firqəyə mənsub və 1918-ci ildə Bakı uğrunda apardığımız istiqlal savaşına, əvvəlindən sonuna qədər birbaşa iştirak etmiş Erkanıhərb (Baş Qərargah) kaymakamı (qəza rəisi) Rüştü bəy kimi səlahiyyətli bir adam tərəfindən qələmə alınmış olan bu mükəmməl əsərin qiymət və əhəmiyyəti üzərində çox dayanmağa lüzum varmı? Və 15 Sentyabr zəfərinin 17-ci ildönümü münasibətilə oxucularımıza bundan daha qiymətli nə hədiyyə verilə bilər? 6 kroki (diaqram), bir qururluş, bir cədvəl və iki xəritəni özündə cəmləşdirən 218 səhifəlik bu əsər, 93 saylı “Əsgəri Məcmuə”nin, 1 iyun 1934-cü il tarixli və 34 saylı “Tarix qismi”ni başdan-başa işğal etmişdir. Ələlxüsus “Osmanlı ordusunun Azərbaycana qardaş yardımı”nı canlandırmağa çalışan müəllif, Anadolu Məhmətciklərinin unudulmaz qəhrəmanlıqları ilə yan-yana bizə Azərbaycanın o zamankı siyasi və əsgəri vəziyyəti, millətimizin məruz qaldığı fəlakətlər və istiqlal hərbində göstərdiyi fədakarlıqlar haqqında da məlumat verir. “Rus ihtilal (mübarizə) və inqilabının orduya təsiri və Rusiyadakı kiçik millətlərin siyasi hərəkatları” başlığı altında topladığı giriş qismində Qafqazdakı siyasi vəziyyəti, Cənubi Qafqaz hökumətinin quruluşunu, gürcülərlə ermənilərin rus ordusundakı əsgərlərindən ibarət milli ordu yaratmalarını, Azərbaycanın belə bir ordudan məhrum olduğunu, ermənilərin Şaumyanla əlbir olaraq Bakıda qətliam törətdiklərini və bu xüsusda Cənubi Qafqaz hökumətinin Azərbaycana yardım etmədiyini qeyd etdikdən sonra deyir ki: “Bu elim (ağır) vəziyyət qarşısında Tiflis Seymində olan müsəlman üzvü bir qrup təşkil edərək teşrif və siyasi işlərdən başqa milli və ictimai işləri də həyata keçirməyə məcbur olmuşdu. Əfsus icra qüvvəsindən məhrum və orduya dayanmayan Seym müsəlman qrupu bu qətliam və imha vəkainin önünə cezri şəkildə keçə bilmirdi (qırğının, talanların qarşısını ala bilmirdi). Cənubi Qafqaz hökumətindən gözlənən ümidlər boşdu. Seymin, ordu təşkilatı üçün Gəncə Milli Müsəlman Komitəsinə verməyi vəd etdiyi mühüm miqdardakı silah və cəbbəxana da tamamilə verilməmişdi. Nəhayət, Bakını ələ keçirən bolşevik-erməni qüvvəsi Şamaxı-Kürdəmir xəttinə qədər qırıb-çataraq irəliləmiş və bu təcavüzdən Lənkəran, Salyan və Quba qəsəbələri də özlərini qurtara bilməmişdilər”. '''Brest-Litovsk müqaviləsinə əsasən Türkiyəyə verilən Batum, Ərdəhan və Qars vilayətlərindən ötrü Cənubi Qafqaz hökuməti ilə Osmanlı dövləti arasında başlanan hərbi, 3-cü ordunun bu yerləri işğalı,''' bunun nəticəsində gürcülərin Almaniyanın himayəsinə sığınaraq Qafqaz Federasiyasından çıxıb istiqlalını elan etdiyini, onu erməni və Azərilərin də öz istiqlallarını elan edərək Türkiyə ilə ayrı-ayrı müzakirəyə girişdiklərini xülasə etdikdən sonra müəllif Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Gəncəyə gəlişinə naklikelam edərək (toxunaraq) Paşa Həzrətlərinin 3-cü orduya, Azərbaycanın əsgəri və daxili vəziyyəti haqqında göndərdiyi raportu nəql etməkdədir. Nuru Paşa Həzrətlərinin 3-cü ordu komandanı Vəhib Paşa Həzrətlərinə yazdığı raportdan anlayırıq ki, Gəncədə Milli Kolordu (korpus, hərbi birləşmə) naminə təşkil edilən 600 nəfərlik bir qüvvə var. Bakıya qarşı da Kürdəmir stansiyasında knyaz Mağalof namında (adında) bir gürcü miralayının (albayının) komandanı altında 400-ə qədər əsgər vardır. “Bakı qətliamında gürcülərin müsəlmanlarla birlik təşkil etmələrinə bir nümunə olaraq Tiflisdən göndərilmiş bu əsgərlərin 300-dən ibarət gürcüləri də Tiflisə dönmüşdülər. Azərbaycanda milli bir ordu yaratmaq imkanı mövcuddur. Əsgərliyə tələbkar çox insan vardır. Muğan kimi məntəqələrdə bolşevik əlinə keçməmiş 10 000 000 kilo qədər də buğda və ərzaq var. Əfsus, ordu təşkili üçün silah və cəbbəxana yoxdur. Paşa Həzrətləri bu barədə yardım edilməsini rica edir və əlavə edir ki: “Əsgərin təlim və tərbiyəsi üçün buraya təyin olan əsgər heyəti Mosulda qaldı. Bir aya qədər gəlməyəcək. Təşkil olunacaq əsgərə komanda etmək üçün mümkün olduğu qədər müəllim-zabit və kiçik zabit ezamını xahiş edirəm. Kıtaatı Osmaniyenin Gəncəyə ademi vürudu muhtemel ise bilhassa mezkur heyete (Osmanlı hərbi hissələrinin Gəncəyə gəlməməsi ehtimal edilirsə, bu heyətə) fövqəladə ehtiyacımız olacaq”. '''Yeni qurulmaqda və qurulacaq olan Azərbaycan Milli Ordusu üçün müəllim-zabit məsələsinin sonuna qədər gəlmədiyini və bu üzdən də milli ordu təşkil edilmədiyini eyni əsərdən öyrənirik. 3-cü komandanı Vəhib Paşa Həzrətləri Nuru Paşa Həzrətlərinə yazdığı 2.06.1918-ci il tarixli cavabında ermənilərlə sülh bağlandığını, gürcülərlə də bağlanmaq üzrə olduğunu qeyd etdikdən sonra deyirdilər ki: “Azərbaycan hökuməti Müstəqil İslamçılıq tələbinə görə İslamları bolşevik təcavüzündən qurtarmaq üçün müxtəlif qüvvələrdən ibarət dəstə ilə Qazax tərəfdən Gəncə istiqamətinə göndərəcəyik. Bu dəstənin süvarisi Qazax və Gəncə arasındakı stansiyaları mühafizə edəcəkdir...” Aşağıdakı vesaik (sənədlər) Vəhib Paşa Həzrətlərinin Azərbaycan məsələsilə candan əlaqədar olduğunu göstərməkdədir. Azərbaycana yalnız bir piyada alayı ilə (2 tabur piyada, iki top) bir də mürəttəb (tərtib edilmiş) süvari alayı (2 bölük) sövq etmək üçün əmr verildiyindən eyni 2.06.1918ci il tarixində Baş Komandanlıq Vəkalətinə (Ənvər Paşa Həzrətlərinə) verdiyi müstacel (təcili) şifrəsində bir əmri yerinə yetirmək məqsədilə Azərbaycana bir Firqə göndərdiyini və icab ederse (lazım olarsa), bu qüvvəni takviyə edəcəyini (əlavə kömək göndərəcəyini) yazmaqda idi. O günlərdə, başda Azərbaycanın Milli Şura rəisi Məhəmməd Əmin Rəsulzadə Bəy olmaqla Azərbaycan Mürəxxəs Heyəti ilə, başda Vəhib Paşa və Xəlil Bəy olmaqla Türkiyə Mürəxxəs Heyəti arasında müzakirələr cərəyan edirdi. Mərhum Ənvər Paşanın tasvipkar mahiyyətdə (bəyəndiyi, razılıqla qarşıladığı) 5 iyun tarixli cavabından bir gün əvvəl, yəni 4 iyun 1918-ci il tarixdə Batumda Osmanlı nümayəndələri (Ədliyyə naziri Xəlil Bəy və Vəhib Paşa) Azərbaycan nümayəndələri (Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Həsən Bəylər) arasında bir muhadenet (razılıq) əhdnaməsi bağlanmışdı. Bu əhdnamənin 4-cü maddəsinə görə Azərbaycanın sülh və əmin-amanlığını qorumaq üçün Ali Osmanlı Dövlətindən istənilən əsgəri yardım Osmanlı Heyəti tərəfindən dərhal qəbul edilmişdi. Əslində bu əhdnaməyə istinadən, Azərbaycan tərəfindən verilən bu rəsmi müraciət üçün Vəhib Paşa 7 iyun tarixində bu əmri verirdi: “Beşinci Qafqaz Firqəsinin aksami sairəsinin (digər hissələrinin) də Qazax tərəfdən Gəncəyə göndərilməsini xahiş edirəm. Firqənin Ağstafa stansiyasından Gəncəyə qədər göndərilməsi üçün indidən hazırlıq işləri görün və bunun üçün serian icab (lazım olan hər şeyi) edənləri Qazağa göndərin. Müsəlman zabitlərindən Gəncəli İbrahimzadə Nazim Əfəndi Ağstafa stansiyası ilə Gəncə arasındakı gedişi tənzim etmək üçün əvvəlcə Batumdan Gəncəyə göndərilmişdi. Məmurlarımız Nazim əfəndi ilə əlaqə yaratsınlar, firqənin nəzdində ikinci Qafqaz kolordusu (korpus, hərbi birləşmə) telsiz stansiyasının verilməsini xahiş edirəm. Firqə indilik əmrinizdə və Gəncədə qalacaq, əfəndim.” Ordu komandanının bu əmrinə əsasən Qrup komandanı da eyni gündə Beşinci Qafqaz Firqəsi Komandanlığına, 8 iyunda Cəlaloğlundan hərəkət üçün lazım gələn əmri vermiş və hərəkət günü firqə zabitlərinə bu müraciəti etmişdir: “Baş komandan etibarən hamımızın etimadını qazanmış və hər xüsusda müntəzəm olan Beşinci Qafqaz Firqəsini Azərbaycana, Gəncəyə göndərirəm. Burada olduğu kimi orada da fədakarlıqla çalışacağımızdan əminəm. Allah müvəffəqiyyətlər versin. Bu Osmanlı ordusundan Azərbaycana ikinci yardımdır. Bunun nəticəsində iyunun 22-də Azərbaycandakı əsgəri qüvvənin mövcudluğu bu qədər olmuşdur: '''Beşinci Qafqaz Firqəsi: ''' Zabit: muharib (döyüşən) - 225, muharib olmayan (döyüşməyən) – 105; Əsgər: muharib – 5.227, muharib olmayan – 2, 126. Heyvan: 1939; silah: tütək – 4.342; makinalı tütək – 36; kəsici silah – 3.752; top – 14. Cəbbəxana: tüfəng üçün – 847 sandık; top gülləsi – 801; əl bombası – 1739; qazma – 520; kürək – 1.412; balta – 225; tel makinası – 169; prtatif çadır – 3.242. Eyni tarixdə 5-ci Firqə əmrində olan Azərbaycan Cümhuriyyətinin müharibə cəbhəsində olan qüvvəsi də aşağıdakı miqdardadır: Zabit: muharib (döyüşən) – 30; muharib olmayan (döyüşməyən) – 4 nəfər; muharib (döyüşən) – 727; muharib olmayan (döyüşməyən – 99; heyvan – 435; silah: tüfəng – 605; makinalı tüfəng – 21; kəsici silah – 322; top – 6. Cəbbəxana: tüfəng üçün – 100 sandık; top gülləsi – 472; şarapnel – 528. Qüvvələr bununla bitmir. Düşmənin Göyçayı alması münasibətilə Qafqaz İslam Ordusu Komandanlığı tərəfindən “vəziyyətin vahiməli” olmasına dair: verilən teleqraflarına əsasən 9-cu Osmanlı Ordusundan 65 zabit, 2.475 nəfər, 701 heyvan, 2.092 tüfəng, 16 ağır markalı tüfəng və 4 qüdrətli dağ topundan ibarət 38-ci alay və bir qüdrətli dağ batereyası 11 iyulda Qazaxda olmaq üçün 6 iyulda Gümrüdən hərəkət etmişdi. '''Bundan başqa Şamaxının zəbtindən sonra Bakıya yaxınlaşan ordu 5 avqustda Bakı şəhərinə etdiyi müvəffəqiyyətsiz hücuma əsasən 15-ci firqənin Azərbaycana göndərilməsi üçün müraciət etmişdi.''' İranın təhrikilə ingilislərin yardımını nəzərə alaraq Bakıya ilk öncə Qarakilsədən 1200 muharibdən ibarət 107-ci alay, sonra da 9-cu ordunun 15-ci firqə qərargahı ilə 56-cı və 106-cı piyada alayları ilə bir qüdrətli, bir on buçukluk Skoda dağ obüs (on tam onda beş millimetrlik dağ) və bir də on buçukluk sahə obüs (on tam onda beş millimetrlik istehkam) batareyaları gəlmişdir. Bunlardan başqa Culfa – Ordubad yolu ilə Qarabağa da yardım göndərilmişdir. Bu şəkildə artan Türkiyə yardım qüvvələrilə bərabər Azərbaycan qüvvələri də artmış, təşkil edilən kıtaatları (ordu hissələrindən) başqa Qazax, Gəncə, Zaqatala, Şəki, Cavanşir, Ağdam, Ağdaş, Göyçay, Salyan, Quba və Bakı ətraflarında süvari, milis təşkilatı, könüllü müsəlləh qruplar və s. yaradılmışdır. Maruf (məlum) “Vəhşi Firqə” deyilən və istiqlal dövründə birinci süvari alayında olan müntəzəm qüvvələrdən başqa Zaqatala süvarisi, Qazax, Gəncə, Göyçay və Bakı könüllülərindən başqa Salyan ilə Cavadda Ramazanovun təşkil edib düşmənin Kür hövzəsini və Muğanı ələ keçirməsinə mane olan və bu şəkildə ordunun sağ cinahını təmin edən qüvvələrlə, Quba tərəflərində kaymakam (qəza rəisi) Şükrü Bəyin təşkil edib Qubanı azad etdiyi və Bakı-Dərbənd dəmiryolundan istifadə etməməsinə müvafiq olduğu qüvvələrin həyata keçirdikləri tədbirlər Qafqaz İslam Ordusu komandanlığında təqdirə layiq görülmüşdür. '''Üçüncü Ordu komandanı Vəhib Paşaya yazdığı raportda Qafqaz İslam Ordusu komandanı Nuru Paşa, Erkanıhərb (Baş Qərargah) rəisi kaymakam (qəza rəisi) Nazim bəyin Kürdəmir cəbhəsinə göndərildiyini bildirirdi.''' Mağalof qüvvələri çəkildikdən sonra, irəliləməkdə olan bolşevik-erməni qüvvələrinə qarşı bu cəbhəni süvari alayımızla könüllülər müdafiə edirdilər. Eyni zamanda Şamaxını geri almağa müvəffəq olan Gəncə könüllüləri oranı müdafiə etməmiş çəkilmiş, bu şəkildə düşmən Ağsuya, oradan da Göyçay istiqamətində Qaraməryəmə gəlmişdi. Daha 5-ci Qafqaz Firqəsi gəlməmişdi. Qüvvə gəldikdən sonra gah Kürdəmir cəbhəsi Müsüslüyə, gah da Göyçaya yardım göndərilmişdi. Eyni zamanda Salyan-Cavad məntəqəsindəki Azərbaycanlı minbaşılardan Ramazanovun müfrəzəsi də takviyə edilmişdir (taburu ilə möhkəmləndirilib). Müsüslüyə göndərilən bu qüvvə Kür çayı ilə düşmənin irəliləməsinə mane olduğu kimi Kürdəmir –Bakı dəmiryoluna etdiyi basqınlarla düşmən qüvvələrini müvəffəqiyyətsizliyə uğratmaqla məşğul olmuşdur. Göyçayda Qafqaz alayı komandanı Osman Bəy qərargahı ilə bərabər dayanıb. Qaraməryəm cəbhəsində türkiyəli Muammər Əfəndinin komandasındakı Azərbaycan xalqından toplanmış milis bölüyü vuruşmaqdadır. Qafqaz İslam Ordusu Komandanı Azərbaycan cəbhələrindəki vəziyyət haqqında 3-cü ordu komandanı Vəhib Paşaya belə yazırdı: “Bakı bolşevikləri kısmı küllisile (hamısı, bütünlüklə) dəmir yolu istiqamətindən irəliləyərək Müsüslü stansiyası civarındakı bataqlıq məntəqəsinə gəlmişdir. 500 nəfər qüvvəsi təxmin olunan bir qüvvəni də Şamaxı üzərindən kəndləri dağıdaraq və islamları məhv edərək Qaraməryəmə irəliləmişdir. Piyada 10- cu Qafqaz alayı indi də bu düşmənlə təmasdadır...” Qafqaz İslam Ordusu komandanı cəbbəxana və yeni yardım qüvvələri göndərilməsini xahiş etməkdədir. 5-ci Qafqaz Firqəsinin başında kaymakam (qəza rəisi) Mürsəl Bəy (hal-hazırda Mürsəl Paşa), erkanıhərbiyə rəyasətində də əsərin müəllifi Kd. Yüzbaşı (sonralar kaymakam, qəza rəisi) Rüştü Bəy idi. '''Yardım qüvvəsi ilk öncə Gəncədəki ermənilərin silahlarını aldıqdan sonra 15 iyunda Qaraməryəm cəbhəsində müvəffəqiyyətli bir basqın etmişdi.''' Bundan cürət alan Göyçaydakı qüvvə 17 iyunda özbaşına yenidən hücuma keçmiş, əfsus şiddətli bir istidən və susuzluq nəticəsində məğlubiyyətə uğramışdır. 10-cu Qafqaz alayının verdiyi zaiyat (itki) belə olmuşdur: 28-ci tabur: 4 nəfər şəhid, 15 nəfər yaralı, Mülazim (leytenant) Lütfi Əfəndilə 52 nəfər itkin, 29-cu tabur: Birinci mülazim (leytenant) İsmayıl Haqqı və mülazim (leytenant) Zəki Əfəndilər şəhid, mülazim Nəzmi Əfəndilə zabit vəkili Zəki Əfəndilər ağır yaralı, 11 şəhid, 26 yaralı, 3 nəfər itkin. 30-cu tabur: mülazim (leytenant) Kazım və İbrahim Əfəndilər şəhid, Birinci mülazim (leytenant) Bəsri Əfəndi yaralı, 13 nəfər şəhid, 78 nəfər yaralı, 15 nəfər itkin. Dağ topçu takımından: 19 nəfər itkin, 6 heyvan ölmüş, iki top, on tüfəng və 41 atım cəbbəxana düşmən əlinə keçmişdir. Bu məğlubiyyətə görə cəbhəni tədqiq etmək istəyən Qafqaz İslam Ordusu komandanı yanında azərbaycanlı generallardan Əli Ağa Şıxlinski, 5-ci Qafqaz Firqəsi erkanıhərbi (Baş Qərargahı) və başqa zabitlər olduğu halda Göyçaya gəlmiş və döndükdən sonra 5-ci Qafqaz Firqə qərargahı Göyçaya təyin edilmişdir: “Müsüslü cəbhəsində olan ordu erkanıhərb (Baş Qərargah) rəisi Nazim Bəy də geri alınmış və bu cəbhədəki kıtaatla (ordu hissələri) Azərbaycanı kaymakam (qəza rəisi) Həbib Bəy Səlimov komandirlik etməyə başlamışdı.” “Azərbaycan kolordusu (hərbi birləşmələri) namilə meydanda olan kıtaat (ordu hissələri) 500-600 nəfərdən ibarətdi. Əfsus bu təşkil ediləcək kolorduya (hərbi birləşmələrə) aid bir qisim maliyyə və təchizat vardı. Əslində bu maliyyə və təchizatdan istifadə edə bilməsi üçün 5-ci Qafqaz Firqəsi də 25 iyundan etibarən Azərbaycan kolordusu (hərbi birləşmələri) əmrinə verildi. Kolordu (hərbi birləşmələri) komandanı Əli Paşa Şıxlinski ilə cərəyan edəcəyinə və o vasitə ilə firqənin hərəkəti hərbinə verilən raportların Orduya tətbiq olunacağına dair ordudan əmr alındı.” Anadolu qəhrəmanlarının unudulmaz fədakarlıqlarından ilham alan Azəri Türkü ikinci 15 Sentyabrın da doğulmasına dərin inam bəsləməkdədir. Çünki o, Anadolu qəhrəmanlarının mübarək qanları bahasına bizə bəxş etmiş olduqları 15 Sentyabr zəfərini heç bir zaman unutmamış və unutmayacaqdır. '''Anadolu Türklərinin Azərbaycanın istiqlalı və istiqbalı uğrunda apardıqları çətin və qanlı müharibələr və mücadilələr həqiqətən də nəsildən nəsilə keçərək unudulmaz bir dastan halına çatmışdır.''' </div></div> [[Kateqoriya:Qafqaz İslam Ordusu]] [[Kateqoriya:Qəzet məqalələri]] jtou0ocur8oum45jah368wau8v8lv02 Diamat 0 33653 96333 96238 2026-07-12T07:54:30Z Araz Yaquboglu 734 [[Kateqoriya:Jurnal məqalələri]] əlavə olundu [[VM:HC|HotCat]] 96333 wikitext text/x-wiki {{Başlıq | başlıq = Diamat | müəllif = Əbdürrəhman bəy Fətəlibəyli | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = [http://elibrary.bsu.edu.az/files/books_170/N_15.pdf «Azərbaycan» jurnalı, Münxen, 1953-cü il aprel, № 11]}} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> Fəlsəfə, daima ruhu zənginləşməyə xidmət edir. Bolşeviklərə görə, fəlsəfə, bütün elmlərin əsası, elmin birinci və son sözü olan dialektik materializmdir. Yalnız, dialektik materializmin metoduna istinad edərək kainatı, bütün hadisələri öyrənmək olar, yalnız onun metodlarının köməyi ilə bütün elmlər inkişaf edir, böyük icadlar edilir. Sovet məktəblərində oxuduğumuz zaman hərf-hərf bizə öyrədirdilər ki, bütün böyük ixtiraçılar, böyük icadlarını dialektik materializmin köməyi ilə etmişlər. Demək ki, Arximed, Qalvani, Volta, Devi, Faradey, Amper, Araqqo, Qaliley, Küri, Kopernik, Edison, Uaat Uluq bey, Nizami, Şota Rustaveli və başqaları dialektik materializmdən xəbərləri belə olmadan, heç güman etmədən onun metodları ilə faydalanırmış. Böyük filosoflara gəlincə, onların fəlsəfələri dialektik materializm əsaslarına uymadığı üçün elmi, sinfi deyil, buna görə də amansızca rədd edilməlidir. Misal üçün, Feyerbaxın materializmindən bəhs etdiyimiz zaman mütləq qeyd etməliyik ki, Feyerbax Hegelin idealizmini tənqid edərkən böyük bir xəta buraxmış: o, tasın içindən kirli, sabunlu su ilə birlikdə uşağı da bayıra atıb. Hegel nəzəriyyəsindəki bu "uşaq" dialektika imiş. Beləliklə, dialektik materializmə görə, dialektikadan başqa, Hegelin bütün nəzəriyyəsi kirli , sabunlu sudur. Hərb nəzəriyyəçisi və filosofu Karl von Klauzeviçi götürək: Bu şəxsin nəzəriyyəsindən Lenin çox faydalanmışdır. Dialektik materializmə görə, onun məşum xətası odur ki, o, öz nəzəriyyəsində sinifləri deyil, xalqı görürdü. Buna görə o elmə sinfi nöqteyi nəzərlə baxmaq səviyyəsinə yüksəlmədi və Hegelin idealizmində boğuldu. Onun hərb nəzəriyyəsinin yarımçılığı və təzadlığı da bundan irəli gəlir. Xüsusən, Sovet İtifaqında elə bir vəziyyət yaranmışdır ki, alimlər, yazarlar, şairlər, rəssam və bəstəkarlar dialektik materializmsiz bir addım atmırlar. Vəziyyətin vahiməliliyini aydın göstərmək üçün Sovet İttifaqı Elmlər Akademiyası üzvlərinin, 30 dekabr 1930-cu il tarixli “Pravda” qəzetinə verdikləri bəyannaməni xatırlayaq. Akademiklərin bu məcburi bəyannaməsində deyilirdi: “Qarşımızda duran məsələləri” bir metod olan Marks-Engels-Lenin-Stalin metodu ilə həll edəcəyik. Bu o deməkdir ki, Marks-Engels-Lenin-Stalin metodundan istifadə edərək: akademik Orbeli, köpəklər üzərində özünün fizioloji təcrübələrini yürüdəcək, Tşuko, Tşusev, Vesnin, Hüseynov binalar lahiyəsi cızacaq və arxitektor fikrini inkişaf etdirəcəklər. Rəssam, akademik Qrabar rəsmlər çəkəcək, bəstəkar Qara Qarayev və Şestakoviç simfoniyalar yazacaq, akademikyazıçı Şoloxov romanlar yazacaq, Tupolev təyyarələr inşa edəcək və s. Bütün bu işlər dialektik materializm metoduna istinad edilərək görüləcəkmiş. İndi baxaq, Marks bu “elmlər elmini necə yaratdı”. Leninə görə, Marks dialektikanı Hegeldən, materializmi də Feyerbaxdan aldı və onları birləşdirdi. Həm də sadəcə birləşdirmə ilə kifayətlənmədi, o onları “təsis” edərək birləşdirdi, beləliklə, dialektik materializm meydana çıxdı. Bu elm qısaca “diamat” adı altında məşhurdur: onun metodlarından istifadə edərək, çox fikirləşmədən böyük icadlar etmək mümkündür, bütün filosofların nəzəriyyələrini bir saniyədə kirli sabunlu suya çevirmək zor bir iş deyil, onun yardımı ilə çap edərsə, marksizmdən də qaçılır, sonra təkrar-təkrar geri dönülür. Məsələn, dövrün taktikasına görə, Şeyx Şamili ən böyük demokrat deyə qəbul etmək, sonra isə onu İngiltərə və Türkiyənin agenti və xalq düşməni deyə damğalamaq, filosof Heydər Hüseynova Stalin mükafatı verib sonra geri almaq, özünü də həbsə atmaq, Aleksandr Nevskinin məzarını qazıb cəsədini çıxarmaq, generalsimus Suvarovu qan içici çar yaltağı göstərmək, sonra isə onların adına ordenlər təsis etmək, çar zabitlərinin rütbələrini çiyinlərindən kəsmək, sonra isə çar rütbələrini öz çiyinlərinə taxmaq; və ya kilsə sərvətlərini kimi kilsələri qapadıb bütün din xadimlərini güllələmək, dini xalqın tiryəki deyə adlandırmaq, 25 ildən sonra isə “Allahsızlar cəmiyyətini” dağıdaraq rus ortodoks kilsəsinin birinci sitayişkarı kimi panisiavizm, panislamizm, pangermanizm və s. olmağa diamat icazə verir. Diamatın necə bir elm olduğu yuxarıda göstərdiklərimizdən bəllidir. Yuxarıda göstərdiyimiz kimi dialektik materializm universaldır, o insan yaşayışının bütün sahələrini əhatə edir, başqa bir ideologiyanın sızması üçün heç bir işıq yeri buraxmır. Dialektik materializmdə əsas məsələ təfəkkürün (fikriyyatın) materiya ilə qarşılıqlı münasibətidir. Diamata görə materiya primat, təfəkkür isə predikatdır... Bunu Lenin “Materializm və empiriokritisizm” əsərində belə izah edir: “Təfəkkür materiyanın bir funksiyasıdır”. Həqiqət isə bunun əksini göstərir. İnsan öz düşüncəsinin qüdrəti ilə təbiəti və iqtisadiyyatı dəyişdirir və onlardan istifadə edir. İctimai həyat keçmiş nəsillərin elmi, mənəvi və iqtisadi müvəffəqiyyətlərinin üzərində qurulur. Yalnız bu müvəffəqiyyətlərə istinadən insaniyyət irəliləyə bilər. Materiyanın, təfəkkür üzərindəki üstünlüyü haradadır? Bu nəzəriyyəyə görə, təməl istehsal qüvvələri və ona uyğun istehsal münasibətlərindən ibarətdir. Bu təməlin çökməsi ilə üstqurum da yəni, təfəkkür də, elm, fəlsəfə, mənəviyyat, ənənə də çökməlidir. Nə zaman tarixdə belə bir hadisə baş vermişdir? Nəhayət, dialektika haqqında bir neçə söz: Məlumdur ki, ilk olaraq hər şey keçir, hər şey dəyişir” fikrini yunan filosofu Heraklit irəli sürmüş, sonralar bu fikri Hegel inkişaf etdirmişdir. Bolşeviklərin inanclarına görə dialektikanın əsas qanunlarından biri: bir formanın başqa formaya keçməsidir. Hərf-hərf belə deyilir: “Bir forma özünə büsbütün zidd olan başqa forma yaradır”. Əgər cəzalandırıcı Sovet xəncəri komminizmin özünə büsbütün zidd olan hansı bir forma yaradardımı, görəsən? Şübhəsiz ki, bu forma bütün insani hürriyyətləri ehtiva edən kommunizmə daban-dabana zidd olan demokratiya olacaqdır. </div></div> [[Kateqoriya:Jurnal məqalələri]] o1ywcswmgilh8fk76l2j1uzlspu2uyt Koreyada Sovet təcavüzünün məğlub olması 0 33654 96334 96253 2026-07-12T07:56:46Z Araz Yaquboglu 734 [[Kateqoriya:Jurnal məqalələri]] əlavə olundu [[VM:HC|HotCat]] 96334 wikitext text/x-wiki {{Başlıq | başlıq = Koreyada Sovet təcavüzünün məğlub olması | müəllif = Əbdürrəhman bəy Fətəlibəyli | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = [http://elibrary.bsu.edu.az/files/books%20170/N%2015.pdf «Azərbaycan» jurnalı, Münhen, 1952-ci il iyul, № 3] }} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> '''(Koreya hadisələrinin 2 illiyinə)''' Sovet imperialistlərinin bəşəriyyətə qarşı törətdikləri sonsuz qanlı cinayətlər içərisində Koreyadakı təcavüzkarlıq ən ağırıdır. Kreml Koreyada müharibəyə başlayaraq, çalışırdı ki,müharibə alovunu bütün dünyaya yaysın. Siyasi Büro istəyirdi ki, gələcəkdə bütün Asiyaya müharibə yaymaq məqsədilə Yaponiyaya hücum etmək üçün Koreya hadisələrindən istifadə etsin. Eyni zamanda sovetlər öz süni peyklərindən istifadə edərək, Avropada qızğın müharibəyə hazırlıq görürlər, Şərqi Almaniyada yüksək çalışqanlıqla öz silahlı qüvvələrini bərpa edirlər, azad dünyaya hücum etmək üçün bütün kommunist qüvvələri səfərbər edirlər. Sovet imperialistləri başladıqları dağıdıcı müharibəyə uzun müddət ərzində hazırlaşmışdılar. 1945-ci ildən Siyasi Büro bütün enerjisini Koreyanı işğal etməyə və əhalisini əsas qüvvə qismində, ərazisini isə Uzaq Şərqdə müharibə etmək üçün istifadəyə yönəltmişdir. Bu məqsədlə sovetlər Şimali Koreyada qəddar sovet rejimi təsis etdilər. Şimali Koreya qoşununu silahlandırdılar, təlim verdilər və 1950-ci ilin 25 iyununda Cənubi Koreyaya qarşı müharibəyə başladılar. Sovet təcavüzkarları Cənubi Koreyaya hücuma hazırlaşarkən hesab edirdilər ki, bu hadisələr Şimali koreyalıların əli ilə asanlıqla həyata keçəcək və onlar üçün cəzasız olacaq. Lakin sovet imperialistləri Koreyada planlarını həyata keçirə bilmədilər. Kreml xalqa qarşı qardaş müharibəsinə başlayaraq, çalışırdı və çalışır ki, maxinasiya vasitəsilə öz imperialist üzünü gizlətsin. O, bildirirdi ki, bu hadisələrdə guya Şimali Koreyaya hücum edən Cənubi Koreya günahkardı. Bu faktların kobud və həyasızcasına saxtalaşdırılması, dünyəvi ictimai fikri çaşqınlığa salmaq və Koreyadakı müharibəni xəstə başdan sağlam başın üstünə atmaq məqsədi daşıyırdı. BMT-də ABŞ-ın nümayəndəsi Vorren Ostin sovetlərin siyasətini belə xarakterizə edirdi: «Sxem çox sadədir: Hər hansı bir ölkədə kommunist üsyanı təşkil etmək, sonra öz diviziyasını təcavüzkarlara köməyə göndərmək və onları «könüllü» adlandırmaq, sonra isə hücumun qurbanlarına yönəlmiş beynəlxalq köməyə qarşı çıxmaq». Burada Stalinin «Hərbi doktrinası»nın qısa və dəqiq xarakteristikası verilib: Onun mahiyyəti əsas düşmənə qarşı zərbə əvəzinə, əsas zərbəni bir sıra dağınıq, guya bir-biri ilə əlaqəsi olmayan hərəkatlara qarşı zərbələrlə əvəz etdirməkdir: Koreya, Tibet, Hindistan-Çin. Bu zaman bütün bu aksiyalar yerli əllər tərəfindən aparılır, Siyasi büro isə kölgədə qalır və «alçaldılmışların» və «təhqir olunmuşların» himayədarı rolunda çıxış edir. Qələbə zamanı şan-şöhrət Stalinin idi, məğlub olanda isə eybi yoxdur! Onsuz da sovet qoşunu döyüşmürdü ki, koreyalıların, tibetlilərin və s. qanı tökülürdü, evləri məhv olurdu. Sovet imperialistləri Koreyadakı bu təcavüzkar müharibəyə uzun müddət və səylə hazırlaşırdılar. Onlara elə gəlirdi ki, hər şey kiçik detallarına qədər nəzərə alınıb, hesablanıb və öz uğurlarına az da olsa şübhə etmirdilər. Lakin Kreml ən əsasını nəzərə almamışdı ki, qanlı düşüncələri onları əvvəlcədən qaçılmaz məğlubiyyətə aparır. O, nəzərə almamışdı ki, yalnız Cənubi Koreyanın qoşunları ilə yox, həmçinin bütün demokratik dünyanın əsgərləri ilə vuruşmalıdır. O, nəzərə almamışdı ki, sovet təcavüzkarlığı bütün xalqların ciddi etirazına gətirib çıxardacaq. Məhz buna görə də, Koreyadakı müharibə ilk günlərindən sovetlərin gözləmədiyi tamamilə başqa bir şəkil aldı. Sovetlərin hesab etdikləri qələbə əvəzinə, bir-birinin ardınca məğlubiyyətə uğradılar. Sovetlərin Koreyadakı macərası azad xalqların qəzəbini son həddə çatdırdı və sovet imperialis təcavüzkarlarına qarşı nifrət yaratdı. Çünki bütün xalqlar kimi Koreya xalqının da hüququ var ki, öz həyatını sərbəst qursun və sovetlərin müdaxiləsi olmadan azadlığın hər hansı bir xeyirindən istifadə etsin. Sovetlərin Koreyadakı təcavüzkarlığının ilk günündən etibarən ABŞ-ın və Şimali Atlantikanın müdafiə paktına daxil olan bütün ölkələrin hərbi gücü sürətlə yüksəldi. Sovet imperialistlərinin yeni dünya müharibəsinə açıq-aşkar hazırlığı azad ölkələri daha da bir-birinə bağlayır, yaxınlaşdırır, digər tərəfdən isə bütün əzab-əziyyətlər bizim xalqın üzərinə düşür, onların yoxsulluğunu və əzabını artırır, çünki sovet hərbi istehsalının artması onsuz da sənayenin az sayda olan sahələrinin hesabına baş verir. Siyasi büro Leninin «zəncirdəki əsas nöqtə» nəzəriyyəsindən çıxış edərək əsas hərbi meydan qismində Asiyada Çini, Avropada isə Almaniyanı təyin edir. Bu məqsədlə sovetlər səylə Şərqi Almaniyanın silahlı qüvvələrini bərpa edirlər, Çinin hərbi sənayesini inkişaf etdirirlər ki, 3-cü yeni müharibə azad dünyanı məhv etməli və Siyasi Büronun hökmranlığını təsis etməlidir. Lakin bu avantürist fikirlər sovetləri uçuruma apardı. Sovet imperializminin rəhbərləri öz düşərgələri ilə demokratik düşərgə arasında real gücün fərqini nəzərə almadan ІІІ dünya müharibəsini başlamağı və dünyəvi hökmranlığı əldə etməyi planlaşdırırdılar. Stalinin dünyadakı hökmranlıq planları Hitlerin planlarına nisbətən daha köksüz, zəif idi. Dünya tarixində ilk dəfə olaraq, vahid azad dünya uğrunda hərəkətin tam da olmasa təşkili müasir dövrün ən möhtəşəm hadisələrindən sayılır. Bu ondan xəbər verir ki, azad dünya iki sistemin eyni zamanda olmasına inanmır və Kreml tərəfindən əsarətə alınmış xalqların azad etməsini özünün əsas işi hesab edir. Azad xalqların müasir mücadiləsinin əsas xüsusiyyəti ondan ibarət idi ki, o bütün ölkələrdə yalnız bu ölkələrin daxilində kommunizmə qarşı yox, həmçinin yeni müharibənin və beynəlxalq Çekistin təşkilatçısı olan dünyanın bütün xalqlarının azadlığına və milli müstəqilliyinə qarşı çıxan Sovet imperializminə qarşı yönəlmişdir. Vahid azad dünya uğrundakı hərəkatın artması nəinki, Sovet imperialist düşərgəsinin qəzəbinə gətirib çıxarırdı, həmçinin bu onları qorxudurdu. ABŞ-ın rəhbərlik etdiyi vahid azad dünya uğrundakı hərəkat və Alan Kerkin rəhbərlik etdiyi Amerika Komitəsi bu hərəkatın özəyi kimi öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan sovetlərin təsiri altında olan xalqların qələbəyə inamını gücləndirirdi. '''Demokratik gücün möhkəmliyinin zəmanətçisi azad xalqların Kreml diktatorluğunun tabeliyində olan xalqlarla sıx əlaqədə olması idi. Hər hansısa bir şübhə ola bilərmi ki, əgər sovet imperialistləri ІІІ Dünya müharibəsinə başlasalar, onda bu ittifaq axırıncı imperializmə – sovet imperializminə son qoyacaq! Qanlı Sovet imperializmi tarixin dəhşətlərini unudaraq, öz təcavüzkarlıqları və amansızlıqları ilə Hitler imperializmini üstələdilər və Hitler imperializminin getdiyi və sona çatdığı abırsız yol ilə sonluğa doğru addımlayır.''' [[Kateqoriya:Jurnal məqalələri]] mlduthe7abrh1k9aewf4vuhjinb29cf 96335 96334 2026-07-12T07:56:55Z Araz Yaquboglu 734 [[Kateqoriya:Koreya]] əlavə olundu [[VM:HC|HotCat]] 96335 wikitext text/x-wiki {{Başlıq | başlıq = Koreyada Sovet təcavüzünün məğlub olması | müəllif = Əbdürrəhman bəy Fətəlibəyli | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = [http://elibrary.bsu.edu.az/files/books%20170/N%2015.pdf «Azərbaycan» jurnalı, Münhen, 1952-ci il iyul, № 3] }} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> '''(Koreya hadisələrinin 2 illiyinə)''' Sovet imperialistlərinin bəşəriyyətə qarşı törətdikləri sonsuz qanlı cinayətlər içərisində Koreyadakı təcavüzkarlıq ən ağırıdır. Kreml Koreyada müharibəyə başlayaraq, çalışırdı ki,müharibə alovunu bütün dünyaya yaysın. Siyasi Büro istəyirdi ki, gələcəkdə bütün Asiyaya müharibə yaymaq məqsədilə Yaponiyaya hücum etmək üçün Koreya hadisələrindən istifadə etsin. Eyni zamanda sovetlər öz süni peyklərindən istifadə edərək, Avropada qızğın müharibəyə hazırlıq görürlər, Şərqi Almaniyada yüksək çalışqanlıqla öz silahlı qüvvələrini bərpa edirlər, azad dünyaya hücum etmək üçün bütün kommunist qüvvələri səfərbər edirlər. Sovet imperialistləri başladıqları dağıdıcı müharibəyə uzun müddət ərzində hazırlaşmışdılar. 1945-ci ildən Siyasi Büro bütün enerjisini Koreyanı işğal etməyə və əhalisini əsas qüvvə qismində, ərazisini isə Uzaq Şərqdə müharibə etmək üçün istifadəyə yönəltmişdir. Bu məqsədlə sovetlər Şimali Koreyada qəddar sovet rejimi təsis etdilər. Şimali Koreya qoşununu silahlandırdılar, təlim verdilər və 1950-ci ilin 25 iyununda Cənubi Koreyaya qarşı müharibəyə başladılar. Sovet təcavüzkarları Cənubi Koreyaya hücuma hazırlaşarkən hesab edirdilər ki, bu hadisələr Şimali koreyalıların əli ilə asanlıqla həyata keçəcək və onlar üçün cəzasız olacaq. Lakin sovet imperialistləri Koreyada planlarını həyata keçirə bilmədilər. Kreml xalqa qarşı qardaş müharibəsinə başlayaraq, çalışırdı və çalışır ki, maxinasiya vasitəsilə öz imperialist üzünü gizlətsin. O, bildirirdi ki, bu hadisələrdə guya Şimali Koreyaya hücum edən Cənubi Koreya günahkardı. Bu faktların kobud və həyasızcasına saxtalaşdırılması, dünyəvi ictimai fikri çaşqınlığa salmaq və Koreyadakı müharibəni xəstə başdan sağlam başın üstünə atmaq məqsədi daşıyırdı. BMT-də ABŞ-ın nümayəndəsi Vorren Ostin sovetlərin siyasətini belə xarakterizə edirdi: «Sxem çox sadədir: Hər hansı bir ölkədə kommunist üsyanı təşkil etmək, sonra öz diviziyasını təcavüzkarlara köməyə göndərmək və onları «könüllü» adlandırmaq, sonra isə hücumun qurbanlarına yönəlmiş beynəlxalq köməyə qarşı çıxmaq». Burada Stalinin «Hərbi doktrinası»nın qısa və dəqiq xarakteristikası verilib: Onun mahiyyəti əsas düşmənə qarşı zərbə əvəzinə, əsas zərbəni bir sıra dağınıq, guya bir-biri ilə əlaqəsi olmayan hərəkatlara qarşı zərbələrlə əvəz etdirməkdir: Koreya, Tibet, Hindistan-Çin. Bu zaman bütün bu aksiyalar yerli əllər tərəfindən aparılır, Siyasi büro isə kölgədə qalır və «alçaldılmışların» və «təhqir olunmuşların» himayədarı rolunda çıxış edir. Qələbə zamanı şan-şöhrət Stalinin idi, məğlub olanda isə eybi yoxdur! Onsuz da sovet qoşunu döyüşmürdü ki, koreyalıların, tibetlilərin və s. qanı tökülürdü, evləri məhv olurdu. Sovet imperialistləri Koreyadakı bu təcavüzkar müharibəyə uzun müddət və səylə hazırlaşırdılar. Onlara elə gəlirdi ki, hər şey kiçik detallarına qədər nəzərə alınıb, hesablanıb və öz uğurlarına az da olsa şübhə etmirdilər. Lakin Kreml ən əsasını nəzərə almamışdı ki, qanlı düşüncələri onları əvvəlcədən qaçılmaz məğlubiyyətə aparır. O, nəzərə almamışdı ki, yalnız Cənubi Koreyanın qoşunları ilə yox, həmçinin bütün demokratik dünyanın əsgərləri ilə vuruşmalıdır. O, nəzərə almamışdı ki, sovet təcavüzkarlığı bütün xalqların ciddi etirazına gətirib çıxardacaq. Məhz buna görə də, Koreyadakı müharibə ilk günlərindən sovetlərin gözləmədiyi tamamilə başqa bir şəkil aldı. Sovetlərin hesab etdikləri qələbə əvəzinə, bir-birinin ardınca məğlubiyyətə uğradılar. Sovetlərin Koreyadakı macərası azad xalqların qəzəbini son həddə çatdırdı və sovet imperialis təcavüzkarlarına qarşı nifrət yaratdı. Çünki bütün xalqlar kimi Koreya xalqının da hüququ var ki, öz həyatını sərbəst qursun və sovetlərin müdaxiləsi olmadan azadlığın hər hansı bir xeyirindən istifadə etsin. Sovetlərin Koreyadakı təcavüzkarlığının ilk günündən etibarən ABŞ-ın və Şimali Atlantikanın müdafiə paktına daxil olan bütün ölkələrin hərbi gücü sürətlə yüksəldi. Sovet imperialistlərinin yeni dünya müharibəsinə açıq-aşkar hazırlığı azad ölkələri daha da bir-birinə bağlayır, yaxınlaşdırır, digər tərəfdən isə bütün əzab-əziyyətlər bizim xalqın üzərinə düşür, onların yoxsulluğunu və əzabını artırır, çünki sovet hərbi istehsalının artması onsuz da sənayenin az sayda olan sahələrinin hesabına baş verir. Siyasi büro Leninin «zəncirdəki əsas nöqtə» nəzəriyyəsindən çıxış edərək əsas hərbi meydan qismində Asiyada Çini, Avropada isə Almaniyanı təyin edir. Bu məqsədlə sovetlər səylə Şərqi Almaniyanın silahlı qüvvələrini bərpa edirlər, Çinin hərbi sənayesini inkişaf etdirirlər ki, 3-cü yeni müharibə azad dünyanı məhv etməli və Siyasi Büronun hökmranlığını təsis etməlidir. Lakin bu avantürist fikirlər sovetləri uçuruma apardı. Sovet imperializminin rəhbərləri öz düşərgələri ilə demokratik düşərgə arasında real gücün fərqini nəzərə almadan ІІІ dünya müharibəsini başlamağı və dünyəvi hökmranlığı əldə etməyi planlaşdırırdılar. Stalinin dünyadakı hökmranlıq planları Hitlerin planlarına nisbətən daha köksüz, zəif idi. Dünya tarixində ilk dəfə olaraq, vahid azad dünya uğrunda hərəkətin tam da olmasa təşkili müasir dövrün ən möhtəşəm hadisələrindən sayılır. Bu ondan xəbər verir ki, azad dünya iki sistemin eyni zamanda olmasına inanmır və Kreml tərəfindən əsarətə alınmış xalqların azad etməsini özünün əsas işi hesab edir. Azad xalqların müasir mücadiləsinin əsas xüsusiyyəti ondan ibarət idi ki, o bütün ölkələrdə yalnız bu ölkələrin daxilində kommunizmə qarşı yox, həmçinin yeni müharibənin və beynəlxalq Çekistin təşkilatçısı olan dünyanın bütün xalqlarının azadlığına və milli müstəqilliyinə qarşı çıxan Sovet imperializminə qarşı yönəlmişdir. Vahid azad dünya uğrundakı hərəkatın artması nəinki, Sovet imperialist düşərgəsinin qəzəbinə gətirib çıxarırdı, həmçinin bu onları qorxudurdu. ABŞ-ın rəhbərlik etdiyi vahid azad dünya uğrundakı hərəkat və Alan Kerkin rəhbərlik etdiyi Amerika Komitəsi bu hərəkatın özəyi kimi öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan sovetlərin təsiri altında olan xalqların qələbəyə inamını gücləndirirdi. '''Demokratik gücün möhkəmliyinin zəmanətçisi azad xalqların Kreml diktatorluğunun tabeliyində olan xalqlarla sıx əlaqədə olması idi. Hər hansısa bir şübhə ola bilərmi ki, əgər sovet imperialistləri ІІІ Dünya müharibəsinə başlasalar, onda bu ittifaq axırıncı imperializmə – sovet imperializminə son qoyacaq! Qanlı Sovet imperializmi tarixin dəhşətlərini unudaraq, öz təcavüzkarlıqları və amansızlıqları ilə Hitler imperializmini üstələdilər və Hitler imperializminin getdiyi və sona çatdığı abırsız yol ilə sonluğa doğru addımlayır.''' [[Kateqoriya:Jurnal məqalələri]] [[Kateqoriya:Koreya]] pax32aozq36z6ypd1idzaqz3jz9hguf Sovet–Fin hərbi 0 33655 96336 96291 2026-07-12T07:57:32Z Araz Yaquboglu 734 [[Kateqoriya:Jurnal məqalələri]] əlavə olundu [[VM:HC|HotCat]] 96336 wikitext text/x-wiki {{Başlıq | başlıq = Sovet–Fin hərbi | müəllif = Əbdürrəhman bəy Fətəlibəyli | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = [http://elibrary.bsu.edu.az/files/books_170/N_15.pdf «Azərbaycan» jurnalı, Münhen, 1953-cü il mart, № 10]}} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> '''(Sovet–Fin hərbi bitməsinin 3-cü ildönümü)''' '''İLK HƏFTƏ''' Ən mühüm Vıborq istiqaməti sayılırdı. Bütün gözlər 7- ci orduya dikilmişdi. Mərkəzdən göndərilmiş yüzlərlə müfəttişlər, nə ordu kapitanı Yakovlevi, nə də qərargah rəisi Qordov ilə başqa qərargah zabitlərinə işləməyə imkan vermirdilər. Müharibə başlamamışdan bir həftə əvvəl Qızıl ordunun siyasi idarə müdiri Mexlis gəldi. Bütün qərargah zabitlərini, şöbə müdirlərini topladı və dedi: “Almaniya 33 milyon əhalisi olan Polşanı 18 gündə məğlub etdi. Biz kiçik, 3 milyon, 800 min əhalisi olan Finlandiyanı bir həftəyə məğlub etməliyik ki, bütün Avropa qarşımızda baş əysin.” Vıborqun iki həftəyə zəbt olunacağını proqnozlaşdıran qərargahın döyüş planına uzun müddət hamı güldü. Lakin finlərin gözqamaşdırıcı, qəhrəman müqaviməti rusların ildırımsürətli qələbə haqqında bütün xəyallarını puç etdi. Müharibənin birinci həftəsinin sonunda ordu kapitanı Yakovlev, qərargah rəisi Qordov və operativ şöbənin müdiri Malinin Finlandiyanı istila etmək planını vaxtında yerinə yetirmədikləri üçün vəzifələrindən çıxarıldılar. 7-ci ordu komandirliyi Meretskov, qərargah rəisiliyinə İsserson, hərbi hissə komandanlığına Jdanov və başqaları təyin edildilər. Finlər 7-ci ordunu ağır itkiyə uğradaraq plan üzrə olduqca yavaş-yavaş geri çəkilirdilər. Bəzən əks hücuma keçərək cəbhənin müxtəlif bölgələrində qızıl ordu hissələrini darmadağın edirdilər. Belə bir zərbə nəticəsində 70-ci Diviziya alayı böyük itki verərək 8 kilometrliyinə geri çəkilmək məcburiyyətində qaldı. Vəziyyətdən çıxmaq üçün 44-cü Diviziya sağ qanaddan alınaraq 70-ci Diviziyaya köməyə göndərildi. Hətta “yüksək şəxslərin” də orduya rəhbərliyi ruslara yardım etmədi. Uzanan müharibədə gündə minlərlə insan həyatı məhv olurdu. Ordunun yeni qərargah rəisi İsserson da öz vəzifəsində çox qala bilmədi. Fevral ayında onu vəzifəsindən ataraq Kalinin şəhərinə ehtiyat alaya komandir təyin etdilər. Diqqəti cəlb edən budur ki, bu adam qərargah rəisiliyinə gəlməzdən əvvəl diviziya generalı idi, on gündən sonra isə ordu generalı rütbəsinə yüksəltdilər. Qərargah rəisliyindən çıxarıldıqdan sonra isə albay rütbəsinə endirildi. Petsamodan Vıborqa qədər uzanan bu cəbhənin Şimal bölgəsində işlər daha bərbad halda idi. Sovet İttifaqı qəhrəmanı Şternin komandanlığı altında olan 8-ci ordunun diviziyaları mühasirədə qırılırdı. Voroşilovun əmrində Diviziya komandanı Vinoqradov əsgərlərin qarşısında güllələndi. Finlər Vinoqradovun donmuş cəsədinin tapıldığını xəbər verdilər. Bunun əksi olaraq Sovetlər Vinoqradovun sağ-salamat Diviziyain başında olduğunu elan etdilər. Göründüyü kimi finlərin xəbəri həqiqətə uyğun deyilmiş. Sovetlərin xəbərləri isə başdan-başa yalan idi. Nə komandanların dəyişdirilməsi, nə güllələnmə üsulu, nə də başqa zalımlıqlar Sovetlərə vəziyyəti öz xeyirlərinə dəyişməyə kömək etmirdi. Mannerheim xətti yarılmadan sarsılmaz qalırdı. Cəbhəyə Sibirdən yeni diviziyalar gətirildi. Ümumiyyətlə, üç ay içində 7-ci ordunun hissələri üç dəfə qüvvələrlə doldu. Mərhəmətsiz və mənasız tələfatlar bütün cəbhələrdə verilirdi. Bu yerlərdə Qızıl əsgər qanı ilə boyanmamış bir kvadrat metr torpaq belə tapılmazdı. Belə qısa bir zamanda bu qədər insan tələfatı hələ görünməmişdi. Donma təsiri altında ölmək insana qorxu verən bir hal almışdı. Əsgərləri xüsusən, minalar və “gu quşları” qorxudurdu. Bu minaların dəhşətindən əsgərlər torpağa addım basmağa çəkinirdilər. Torpağa etibar etmirdilər.Həqiqətən də bundan daha qorxunc heç nə ola bilməzdi. Hər hansı başqa bir silah bu qədər ruhsarsıdıcı qorxu verməzdi. Mina kəşfiyyatçılarının isə dəli olmasına tez-tez rast gəlinirdi. Həm əsgərlər, həm də nəqliyyat yalnız açılmış izlər üzərindən hərəkət etməyə çalışırdı. Bu səbəbdən yollar hər cürə maneələrlə dolu idi. Hərəkət büsbütün pozulmuşdu. Leninqraddan başlayaraq cəbhəyə qədər bütün yollar əsgər və nəqliyyatla dolu idi. '''“QU QUŞLARI” VƏ “MİNSK FİNLƏRİ”''' Qu quşu? Onları məğrur qartal adlandırırdılar. Bu adı onlar özləri qazanmışdılar. Bu ağ geyimli, “Suomi” avtomatı ilə silahlanmış, 40 dərəcə soyuqda düşmən əsgərlərini ağacın başında oturub güllə ilə kəsən Fin oğulları idi. İrəliləyən Qızıl əsgərlər hara baxacaqlarını bilmirdilər. Minaların üzərinə addım qoymamaq üçün yerə, yoxsa düşmən gülləsinə tuş gəlməmək üçün yuxarı baxsınlar. Lakin bütün bunlar hamısı boşuna idi. Çünki nə minalar, nə də “quqquq quşları” görünmürdülər. “quqquq quşları” nəqliyyatın hərəkətinə əngəl törətmək üçün yol üzərində minalar quraşdırırdılar. Bu minaları təmizləmək üçün maşınlardan düşənlər ağaclardan avtomat güllələri ilə vurulurdular. “Quqquq quşları” yollarda “müstetiller” qururdular, yəni dörd Fin əsgəri yolun üstündə, ağacların başında otururdu. Onların silahları yolun bu hissəsini tamamilə öz nəzarəti altında saxlayırdı. Onlar ancaq hərəkət edən dinc əhaliyə atəş açmırdılar. Amma əsgərləri, hərbçiləri bu “müstetile” buraxdıqdan sonra dörd tərəfdən onları atəşə tuturdular. Qızıl ordunun əsgərləri arasında itkilər çox olurdu. Gözləmədikləri halda atəşə məruz qalmış insanlar yolun kənarlarına atıldıqları zaman tez-tez “müstetilin” ətrafında basdırılmış minalara dəyirdilər. Sovetlər Finlandiya əleyhinə Minsk “finləri” şıddetli siyasi hərbi də açmışdılar. Kuusineni kominternin bəzəkli sarayından çıxarıb əldəqayırma “Fin xalq hökumətinin” rəisi təyin etdilər. Bu marionet Fin hökuməti ilə müqavilə də imzalandı. Bu müqavilə Helsinkidə təsdiq olunmalı idi. Kuusinenin Fin xalqına müraciətləri, kitabları, deklarasiyaları gündən-günə Sovet qəzetlərinin sütunlarını doldurur, radio ilə yayılırdı. Bu çıxışlarda Kuusinen Finlərə, silahları öz hökumətləri əleyhinə çevirməyə dəvət edirdi. Buna cavab olaraq Finlər milli şərəf, heysiyyət və qürurlarını müdafiə edərək daha şiddətlə vuruşurdular. Kuusinen hökumətinin bir xalq hökuməti olduğunu isbat etmək üçün Sovet qəzetləri tez-tez Kuusineni “Fin xalqı” ilə görüşdürür və bu görüşlər münasibəti ilə xalqın “çılğın sevinclərini” təsvir edirdilər. Bir dəfə “Leninqradskaya Pravda” qəzetində yazılmışdı ki, guya Terioki şəhərində 40 min adamın iştirakı ilə mitinq olmuş və bu mitinqdə bütün əhali Kuusinen “Xalq hökumətini alqışlamışdı”. Belə xəbərə heyrət etdik. Çünki bütün Finlər evlərini yandıraraq geri çəkilirdilər. Teriodakı şəhərdə yalnız bir qoca qadın və yaşlı kişi gördük. Onlar da Fin deyil, estoniyalı idi. Bu qocalara geri çəkilmədiklərinə görə əldə olunmuş qənimətlərdən hədiyyələr verildi. Sovet qəzetinin bu uydurmasına təəccüb edib dostumdan “Teriokidə hər hansı bir Fin gördünmü?” – deyə, soruşdum. O, dedi: "Mən də sənin kimi nə Teriokidə, nə də başqa yerlərdə bir Fin belə görmədim". “Leninqradskaya Pravda” qəzeti daha böyük rəqəm göstərə bilirdi,məsələn, “təvazökarlıq” edərək 40 min göstərmişdi. Moskva tərəfindən bir “Finlandiya xalq ordusu” da təşkil olunmuşdu. Bu, ordunun əsgərlərinin az bir hissəsi Sovet Karelyasından toplanmışdı, əksəriyyəti isə ruslar, ukraynalılar və beloruslar idi. Bunlara 1939-cu ildə Polşadan oğurlanmış əsgər paltarları geyindirmişdilər. Onları döyüşə cəlb etmirdilər. Bu ordu hissələri “öz mərkəzləri” Helsinkiyə ilk səfərlərdə mahnılarla daxil olmaq üçün hazırlanırdılar. Bu “Fin xalq ordusu” haqqında qızıl əsgərlər arasında ağızdan ağıza belə bir lətifə yayılmışdı: “bir qızıl əsgər zəif bir səslə dostundan, Fin minasına heç rast gəldinmi, deyə soruşur. İkinci cavabında, mənim rastıma çıxan Minsk Finlərinin qabağında Fin minaları heç nədir,- deyir”. Belorusun paytaxtı Minsk şəhərindən toplanmış “Finlər” məlumdur ki, Finlandiyada Petsamodan Vıborqa qədər uzanmış bir cəbhə boyunu müdafiə etməyə məcbur idi. Finlərin əsgərlərinin sayı, hərbi güclərinin, top, tank və təyyarələrinin miqdarı sovetlərinki ilə müqayisə edilməyəcək dərəcədə az idi. Kareliyə bölgəsində isə Sovet əsgərlərindən və hərbi texnikadan boş bir nöqtə belə tapıla bilməzdi. Buna görə də təyyarədən atılan hər bir bomba hədəfə çatacaqdı. Finlərin hərbi texnikası olmadığından sovetlər əsgəri hissələrini hücum xəttinə qədər asanlıqla çəkib gətirə bilirdilər. Yalnız bu məsafədən Finlər tüfəng, avtomat və makinalı tüfəng atəşi ilə təsir edə bilirdilər. Amma mükəmməl təsir edirdilər. Az bir vaxtda ölülərdən təpələr yüksəlməyə başlamışdı. '''ORDENSİZ (MEDALSIZ), AMMA TƏZƏ REZİN''' Əgər Finlandiya Sovet-Fin müharibəsi dövründə Sovetlərin cəbhəyə tökdükləri hərbi texnikanın 25 faizinə malik olsaydı, o halda ilk bahara qədər Vıborqa yaxınlaşmaq belə mümkün olmazdı. İlk baharda isə bütün hərəkət dayanacaqdı. Çünki Finlandiyada ilk baharda hücum hərbi yürütmək, demək olar ki, imkan xaricindədir. Hətta Mart ayının əvvəllərində, 1940-cı il 6-9 mart tarixləri arasında donun açılması üzündən nəqliyyatın hərəkəti çox çətinləşdi. Bəllidir ki, Finlandiyada hücum hərbi üçün ən uyğun zaman yaz və qışdır. Buna baxmayaraq qızıllar bütün müvəffəqiyyətsizliklərinin günahını yazıq qışın boynuna atırdılar. Halbuki qoca qış bütün gölləri dondurmuş hava limanını, çölləri isə yollara çevirmişdi. Bütün müvəffəqiyyətsizliklərin günahı isə Sovet sisteminin özündə, bolşevik rəhbərlərinin istedadsızlığında və qabiliyyətsizliyində idi. Əsgəri hissələrinin özündə də qarmaqarışıqlıq çox idi. Bu qarmaqarışıqlığı da yuxarıdan Stalin, Voroşilov və onların müavinləri törədirdilər. Qızıl ordunun siyasi idarəsinin, NKVD və hərbi prokurorluğun törətdiyi əngəllər haqqında isə danışmağa belə dəyməz. Əsgər komandirlərı kimi dinləyəcəklərini, kimə tabe olacaqlarını bilmirdilər. Onlar vaxtlarını bu cür müfəttişlərə izahat verməklə keçirirdilər. Öz hissələri ilə məşğul olmağa isə az vaxtları qalırdı. 7-ci ordunun kapitanı Yakovlevin qərarına görə əsas zərbə ordunun sol qanadı ilə endirilməli idi. Hərbin 3-cü günü heç bir məna olmadan ona yuxarıdan əmr etdilər ki, əsas zərbəni sağ qanada keçirsin. Bu qanadda da Finlər qüvvətli müqavimət göstərdilər. Bundan sonra əsas zərbə yenidən sol qanada keçirildi. Bunun nəticəsində ordu hissələrinin qanaddan–qanada mənasız hərəkətlərində çox vaxt insan itkisi olurdu. Yüksək rəhbərlərin günahları və istedadsızlığı kapitan Yakovlevin üzərinə düşdü. Halbuki Yakovlevin əvvəlki qərarı ən doğru idi. Ümumiyyətlə, Finlandiyaya qarşı açılmış müharibə bir həftə yerinə üç ay yarım sürdü. Finlərin hesabına görə hər şəhid Fin əsgərinin əvəzinə on qızıl əsgər şəhid olmalı idi. Finlərin bu hesabları doğru çıxmadı. Bir Fin əsgərinin əvəzinə ondan daha artıq qızıl əsgər tələf oldu. Göründüyü kimi hər iki tərəfin hesabları doğru çıxmadı. Kuusineni Helsinkidə oturtmaq əvəzinə Sovetlər onun hökumətini dağıtmağa məcbur oldular. Hətta Vıborq belə müharibə ilə alına bilmədi. Yadımızdadır ki, “Leninqradskaya Pravda” hər gün yazırdı: “Vıborq mühasirəyə alınmış və bir neçə gündən sonra qızıl ordunun əlinə keçəcək.” Hərbi təbliğatda deyilirdi: “13 mart saat 12.00-a qədər uzanan hücum nəticəsində Qızıl Ordu Vıborqu zəbt etdi.” Halbuki, Vıborqu Finlər müqaviləyə görə təslim etdilər. Vıborq ətrafında kimin kimi mühasirəyə aldığı anlaşılmadı. Amma bu aydındır ki, üç ay yarım ordu tərəfindən alına bilməyən Vıborqu Sovet təbliğatı mart ayının 13-də beş-altı saat içində “zəbt etdi”. Əsgər və komandirlər ilk dəfə idi ki, Sovet şəraiti xaricində həyat görürdülər. Finlər tərəfindən evlərə girərkən insan təmizliyə, evin görkəminin zənginliyinə heyran qalırdı. Bu evlərin sahibləri sadə Fin zəhmətkeşləri idi. Bir dəfə Fin kəndlisinin evində istirahət edən qızıl əsgər hissələrindən–"taxtabiti və birələr onları narahat etmirlər?–deyə soruşduq. Buna cavab olaraq onlardan biri dedi: – “Yoldaş komandir, taxtabiti və birələri biz hüdud xaricində buraxdıq”, yəni Finlandiyanın hüdudu xaricində – Sovetlər İttifaqında. Həqiqətən də Finlandiyanın dövlət quruluşu, Finlandiya hökuməti vətəndaşlarının inkişafı, azad və xoşbəxt həyat sürməsi üçün bütün şəraitləri yaratmışdı. Finlandiya dövlətinin siyasəti insan şəxsiyyətinin azad inkişafına şərait yaradıb vətəndaşların hürriyyətini, zəhmətini, şərəfini və dəyərini qoruyurdu. Bütün bu nemətlərdən Sovet vətəndaşları məhrum idi. Buna görədir ki, Finlər bolşevizmə qalib gəlirdilər. Müharibənin gedişində və sonunda bol-bol mükafatlar paylanırdı. Minlərlə, on minlərlə adam ordenlərlə təltif edilmişdi. Bu münasibətlə Leninqradda belə bir lətifə danışırdılar: “Əvvəllər bir-biri ilə heç rastlaşmayan iki gənc (qız və oğlan) təsadüfən telefonla danışırlar, görüş vaxtı və yeri təyin edirlər. Sonda qız oğlandan soruşur -hansı gözəçarpan əlamətlərinizlə sizi tanıya bilərəm? - Oğlan cavab verir ki, mən ordensiz, medalsızam, amma ayağımda təzə rezin ayaqqabı var”.Təzə rezin ayaqqabı, palto, geyim sovet rejimində çox nadir tapılan şeylər idi. Üz qaraldan Finlandiya müharibəsindən sonra ordensiz adama rast gəlmək də çox çətin idi. Həqiqətən də bu müharibədə arabaçıdan tutmuş baş komandirə qədər bütün Fin əsgərləri orden və medallarla təltif olunmağa layiq idi. Bütün dünya Fin əsgərlərinin qəhrəmanlığına heyran idi. Finlərin həyatı və zəhmətsevərliyi daha böyük heyranlığa layıq idi. Ruhən və mənən bu böyük millətin insanlığa daha çox xidmətləri olacaqdır. [[Kateqoriya:Jurnal məqalələri]] n9izv7dsxadyp0jrspuytv2n5tq76h9 “Azadlıq” radiosu ilə Azərbaycanlılara ilk müraciət 0 33656 96337 96306 2026-07-12T07:58:06Z Araz Yaquboglu 734 [[Kateqoriya:Müraciətlər]] əlavə olundu [[VM:HC|HotCat]] 96337 wikitext text/x-wiki {{Başlıq | başlıq = “Azadlıq” radiosu ilə Azərbaycanlılara ilk müraciət | müəllif = Əbdürrəhman bəy Fətəlibəyli | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = [http://elibrary.bsu.edu.az/files/books_170/N_15.pdf «Azərbaycan» jurnalı, Münhen, 1953-cü il,mart, № 10]}} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> '''Həmvətənlər!''' Nəhayət, bizim öz xüsusi səsimiz var! Stalin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə qorxmadan və maneəsiz danışa bilirik. Azadlığa olan daimi inamımız xalqımızın qəlbində sönmədi. Bizim birinci vəzifəmiz – azadlığa olan iradəmizi yaşatmaqdır. Kommunist tiranlığına qarşı olan müqavimət gücü də xalqımızda tükənmədi. Biz azərbaycanlılar, Sovet İttifaqının başqa xalqları kimi, kommunist rejimini məhv edib, alınmış azadlığımızı qaytarmaqda qərarlıyıq. Harda olmağımızdan asılı olmayaraq, istər Sovet İttifaqında, istərsə də xaricdə azad Qərbdə olaq, hamımız ürəkdən bir şeyi istəyirik: Kreml hakimiyyətinin yıxılmasını! Bir qədər əvvəl Sovet İttifaqını tərk etmiş yüz minlərlə kəndli və fəhlələr həqiqəti qorxmadan demək imkanı əldə etmişlər. Çoxlu keçmiş komsomolçu və kommunistlər, Sovet ordusunun əsgər və zabitləri, Daxili İşlər Nazirliyinin keçmiş işçiləri əvvəllər müdafiə etdikləri hakimiyyətlə mücadilə aparmaq qərarına gəlmişlər. Burda, xaricdə demək olar ki, Sovet İttifaqının bütün xalqları təmsil edilmişlər. Biz hamımız, gənclər və yaşlılar olaraq Stalinin dəmir pərdəsində yaşayan və əzab çəkən sizlərlə bir əzmdə və bir ruhdayıq. Biz hamımız, gənclər və yaşlılar Stalinin dəmir pərdələri arxasında yaşayan və əzab çəkənlər olaraq bir iradə və ruhla sizinləyik. Sizin kədəriniz, sizin fikriniz-bu, bizim kədərimiz, bizim fikrimizdir və bizim səsimiz-sizin səsinizdir. 1952-ci ilin oktyabrın 16-da xaricdəki siyasi qrupların nümayəndələri Vətəni kommunist diktaturasından xilas etmək üçün “Antibolşevik mücadilənin Koordinasiya Mərkəzi”ni yaratdılar. Biz bu diktaturaya qarşı xalq hakimiyyəti prinsiplərini qoyuruq. SSRİ ərazisində yaşayan bütün xalqlarla birgə demokratik ifadə göstərmək əsasında öz müqəddəratını azad təyin etmək hüququnu tanıyırıq. Biz bütünlüklə vicdan və dini azadlıqların verilməsi tərəfdarıyıq. Biz yalnız insanın insan tərəfindən istismarının deyil, eyni zamanda insanın partiya və dövlət tərəfindən də istismarının da əleyhinəyik. Biz dövlət siyasətinin insan şəxsiyyətinin azad inkişafı maraqlarına və xalqların maddi və mənəvi həyat tərzinin yüksəldilməsinə tabe edilməsi tərəfdarıyıq. Bizim istismarçıların qışqırıb dedikləri o “xoşbəxt” həyat; yaxud ləyaqətli insan həyatı o zamana qədər mənasız olacaq ki: 1) terror və işgəncə sisteminə son qoyulsun; 2) Qul əməyinin bütün formaları məhv edilsin; 3) Bizim dövr üçün qorxu və biabırçı sayılan cəhənnəm həbs düşərgələri yox edilsin; 4) Kolxozlar buraxılsın və kəndlilərə torpağa sahibolma və torpaqdan istifadə formasını seçmək hüququ verilsin. Kommunist hakimiyyətinin ən ağır cinayətlərindən biri kimi biz onun xalqın yaradıcı fəaliyyəti və ölkənin mədəni həyatı üzərindəki zülmünü qeyd edirik. Böyük Azərbaycan ədəbiyyatı, musiqisi, salnaməsi, elmi – xalqın bütün yaradıcılıq qabiliyyətinin formaları Stalin tiranlığı ilə məhv edilmişdir. Bizim mədəni irsimiz və onun Avropa və dünya mədəniyyəti ilə bütün əlaqələri mənasız və amansızcasına məhv edilir. Mədəniyyətin canlı daşıyıcıları isə daha amansızcasına güllələnirlər. Tapdanmış mənəvi dəyərlərin qorunması və xalqımızın varlığının qorunması üçün biz öz səsimizi qaldırırıq. Biz kommunizmin tamahkar və təcavüskar xarici siyasəti nəticəsində insanlıq üzərinə hərəkət edən qorxulu təhlükəni görürük. Bütün xaricdə yaşayan və Sovet İttifaqını tərk etmiş azərbaycanlılar azad dünyanı inandırırlar ki, kommunizm fəhlə hərəkatının siyasi hərəkatı deyil, yalnız quldarlıq təsərrüfatı sisteminə əsaslanan, hərbi bürokratiya və polis terroru üzəində yaranmış imperialist dövlətlərin silahıdır. Sovet İttifaqının bütün xalqları kommunizmə gizlində düşməndirlər və öz istismarçılarına nifrət edirlər. Bu cəhdlər isə “bəhrələrini” vermişdir. Milyonlarla insanımızın həbs düşərgələrində əzab çəkməsi faktı sübut edir ki, kommunist təcavüzü xalq işi deyildir, yalnız Kreml cəlladının əlidir. Bizim xalqlar Stalinin cinayətkar siyasətinin yanındakı yaltaqların “dahi” adlandırdıqları daha hansı eksperimentlərin əzablarını çəkməlidilər və nələrə düçar olmalıdılar? Həmvətənlərimiz! Əgər siz onların başı üzərindən azad dünya xalqlarına əlinizi uzatmasanız, Sovet diktatorlarının sizin arxanızda və sülh uğrunda hərəkat adı altında hazırladıqları üçüncü dünya müharibəsinin başlanması olsun ki, qaçılmaz olacaq. Bizim ölkənin xalqları ilə azad xalqların möhkəm birliyi demokratiyanın gücünün və sarsılmazlığının girovu sayıla bilər. Biz bilirik ki, mücahdilə üçün buradan hazır siyahılar vermək mümkün deyil. Vaxtı çatanda xalq özü necə hərəkət etməyi başa düşəcək. Bizim radiostansiyanın vəzifəsi – Sovet İttifaqında baş verənlər haqqında heç zaman eşitmədiklərinizdən danışmaq, dinləyicilərimizi obyektiv informasiya ilə təchiz etmək və onlara Sovet təbliğatının neçə illərdir yayıb təlqin etdiyi yalanlardan azad olmaqda kömək etməkdir. Bizim radiostansiyanı dinləyin! Antibolşevik Mücadilə Koordinasiya Mərkəzinin səsini eşidin! </div></div> [[Kateqoriya:Müraciətlər]] ok0nk5btv4ez9d8g66extkpjgrnil3d Cahangir Bağırovun atası Mircəfər Bağırova məktubu 0 33657 96342 96318 2026-07-12T08:04:22Z Araz Yaquboglu 734 [[Kateqoriya:İkinci dünya müharibəsi]] əlavə olundu [[VM:HC|HotCat]] 96342 wikitext text/x-wiki {{Başlıq | başlıq = Cahangir Bağırovun atası Mircəfər Bağırova yazdığı məktubu | müəllif = Cahangir Bağırov | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1943 | mənbə = {{cite book |last=Fazil |first=Şahin |title=Quba tarixi|location=Bakı |publisher="TEAS Press Nəşriyyat evi" |year=2016 |page=431|language=az |ref=harv |author-link=Şahin Fazil |editor-last2=Mustafazadə |editor-first2=Tofiq |editor-link2=Tofiq Mustafazadə |editor=Mahmudov |editor-first=Yaqub |editor-link=Yaqub Mahmudov |url=https://www.teaspress.az/az/authors/97}}}} Əziz ata! İki ay yarımdır ki, mən öz yerimdə sayır, indi belə qiymətli olan çörəyi yeyirəm. Vətənimiz təhlükədə olduğu, minlərlə gəncin döyüş bölgəsində nə canını, nə qanını əsirgəmədiyi bir vaxtda müşahidəçi mövqeyindəyəm. Lakin mən ən şiddətli döyüş yerində olmalıyam. Çünki sənin oğlunam. Vətənimin oğluyam, Partiyamızın oğluyam. Əgər sən bilsən ki, mən adamların gözlərinə baxanda necə xəcalət çəkirəm, cavan, sağlam olsam da, arxa cəbhədə vaxt keçirirəm. Səndən xahiş edirəm ki, mənim cəbhəyə getmək üçün məsələnin həllini sürətləndirəsən. Mənə onların iki ay yarım gözlədiyim şöhrətli təyyarələri lazım deyil. Hətta U-2 təyyarəsində uçmağa razıyam. Yalnız fəaliyyətsizlik, döyüşdən kənarda qalmaq məni sıxır. Bir həftə də dözə bilərəm. Amma bundan sonra döyüşə yollanan hər hansı bir hissəyə qoşulub, cəbhə bölgəsinə gedəcəyəm. Səbirsizliklə cəbhəyə gedəcəyim günü gözləyirəm. Sübut edəcəyəm ki, sənin oğlun sənə və Vətənə layiqdir. Bərk-bərk öpürəm. Sənin Vladimirin. 4 fevral 1943-cü il [[Kateqoriya:1943-cü ilin məktubları]] [[Kateqoriya:İkinci dünya müharibəsi]] e281n8nkkbnw05sz2z5i80dyhgvi8eo Müəllif:Cahangir Bağırov 102 33661 96340 96320 2026-07-12T08:01:41Z Araz Yaquboglu 734 [[Kateqoriya:1919-cu ildə doğulanlar]] əlavə olundu [[VM:HC|HotCat]] 96340 wikitext text/x-wiki {{Müəllif |ad = Cahangir Bağırov |soyad = |baş hərf = C |doğum ili = 1919 |vəfat ili = 1943 |qeydlər = SSRİ təyyarəçisi, "Lenin" ordeni laureatı. |şəkil = Jahangir Bagirov.jpg |şəkil başlığı = |vikipediya_keçidi = Cahangir Bağırov |vikisitat_keçidi = |commons_keçidi = Category:Jahangir Bagirov }} == Məktubları == * [[Cahangir Bağırovun atası Mircəfər Bağırova məktubu]] [[Kateqoriya:1919-cu ildə doğulanlar]] ce5psbu20nay546onzrg1cncr9s5mfi 96341 96340 2026-07-12T08:01:53Z Araz Yaquboglu 734 [[Kateqoriya:1943-cü ildə vəfat edənlər]] əlavə olundu [[VM:HC|HotCat]] 96341 wikitext text/x-wiki {{Müəllif |ad = Cahangir Bağırov |soyad = |baş hərf = C |doğum ili = 1919 |vəfat ili = 1943 |qeydlər = SSRİ təyyarəçisi, "Lenin" ordeni laureatı. |şəkil = Jahangir Bagirov.jpg |şəkil başlığı = |vikipediya_keçidi = Cahangir Bağırov |vikisitat_keçidi = |commons_keçidi = Category:Jahangir Bagirov }} == Məktubları == * [[Cahangir Bağırovun atası Mircəfər Bağırova məktubu]] [[Kateqoriya:1919-cu ildə doğulanlar]] [[Kateqoriya:1943-cü ildə vəfat edənlər]] rcx3wb4ndok4ku1tp33070uldjomq7k Kateqoriya:Qafqaz İslam Ordusu 14 33662 96330 2026-07-12T07:52:39Z Araz Yaquboglu 734 Səhifə "[[Kateqoriya:Azərbaycanın hərb tarixi]]" məzmunu ilə yaradıldı 96330 wikitext text/x-wiki [[Kateqoriya:Azərbaycanın hərb tarixi]] jbocm3ckt69dk8r5ebexrzcjoeuphui