Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.47.0-wmf.24
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Kateqoriya:Lənkəranlı istifadəçilər
14
6976
97195
12306
2026-10-23T04:35:40Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Lənkəran]] əlavə olundu [[VM:HC|HotCat]]
97195
wikitext
text/x-wiki
[[Kateqoriya:Azərbaycanda yaşayan vikimənbəçilər]]
[[Kateqoriya:Lənkəran]]
fomivzzw8u0rj9wq1692pzjf6csa9sj
Lənkəran şeirləri (Səməd Vurğun)
0
33761
97194
96568
2026-10-23T04:35:22Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Lənkəran]] əlavə olundu [[VM:HC|HotCat]]
97194
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Lənkəran şeirləri
| müəllif = Səməd Vurğun
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = {{cite web |url= https://anl.az/el/s/mes_h1.pdf |title= Seçilmiş əsərləri. Beş cilddə. I cild. |author= Səməd Vurğun |publication-place= Bakı |publisher= Şərq-Qərb |date= 2005 |page= 235-238|isbn= 9952-418-44-X |accessdate=2026-08-15 |language= az }}
}}
<poem>
Taleyimdir ilham almaq,
Söhbət açıb, qələm çalmaq
Bizim dünya gözəlindən;
Şərbət içdim öz əlindən
Bizim yurdun - ana yurdun Şair!
Sənmi oxuyurdun
Dünən bizə hicran dərdi?..
Yeni tarix nə göstərdi?
Aç gözünü, yaxşı bir bax!
Bu mən, bu sətı gəl yarışaq
Ellər bizə "gəlin!" deyir;
Doğma sənət, doğma şeir
Göstərəcək ölkəmizi
Qoy tanısın dünya bizi!
Mən aşiqəm gözəlliyə,
Muradıma yetəm deyə
Dolaşıram bu torpağı;
Hər budağın bir yarpağı
Hər çiçəyin bir adı var,
İnsan adlı ustadı var
Gözəlliyin bu dünyada.
Gah havada, gah dəryada
Mən sürürəm öz gəmimi,
Tapıb könül həmdəmimi,
Durub onunla üz-üzə,
Dənizlərdə üzə-üzə,
Nə yorulur, nə doyuram,
Sahillərə üz qoyuram.
Lənkəran da sahildədir;
Gördüyümü deyim bir-bir
Bu torpağın öz dilində:
Bizim Xəzər sahilində
Uzanmış bir gözəl şəhər,
Yaşıl çalır səhər-səhər.
Hər qapıda kiçik bir bağ,
Evcikləri boydan alçaq,
Fəqət sadə, fəqət təmiz;
Yorulmayır gözlərimiz
Ortüyü ağ pəncərədən;
Çox sevirəm doğrusu mən,
Bu naxışlı örtüləri.
Səhərlərin şehli təri
Aynalardan töküləndə,
Ağlayıram baxıb mən də
Bu yerlərə sevincimdən;
Bir səs gəlir öz içimdən:
Yelkənin dəyməsin daşa,
Sən də yaşa, sən də yaşa!
Ətirlidir burda bağlar,
Güzgü kimi yolları var.
Xəyallara dalan çinar,
Sıx kölgələr salan çinar
Düşündürür burda məni.
Xəyalırnın ağ yelkəni
Uzaqlara qanad çalır
Gah ucalır, gah alçalır,
Qara qışdan dərs alalı
Mən də şair tək olalı.
Qoca çinar, qoca çinar!
Kötüyündə nə sirlər var...
Gah Turandan, gah İrandan
Gah o yandan, gah bu yandan
Ordu çəkib gələnlərin
Bir "dost" kimi gülənlərin
Üstünə sən kölgə saldın,
Sonra yazıq günə qaldın.
Külək vurdu çinarlığı ...
Əsib coşan rus çarlığı
Üzərinə ordu çəkdi,
O, başında bostan əkdi...
Bu gün belə durur səndə,
"Sara" adlı cəzirəndə
Generalın məzar daşı,
O qatilin kinli başı
Oynamışdı at belində.
Əyri qilınc sağ əlində
Durub kəsdi budaqları...
Bu çölləri, bu dağları
Qapladı * bir nalə səsi,
Qanlı çarın təntənəsi.
Sevincindən göyə qalxdı,
Bizə "tatar" deyib baxdı.
Biz öldürdük generalı,
Taptaladıq o medalı...
İndi onun məzar daşı
Aya qarşı, günə qarşı
Endirmişdir dik başını...
Fahişələr oynaşını.
Bu yollardan ötüb keçən,
O günlərdən bir az içən,
Yad eləyir tüpürərək,
Yoxdur ona yanan ürək!
Qoca çinar, qoca çinar,
Kötüyündə nə sirlər var!
Deyirlər ki, çox qəhrəman
Asılmışdır budağından...
Biz onların varisiyiz,
Yaşadırız onları biz.
Qoca çinar, qoca çinar,
Kötüyündə nə sirlər var!
Ölmədin sən! Yaşadın sən!
Bir ölkənin şahidisən.
Yaşamışsan burda nələr!
Qanlı-qanlı faciələr...
Könlüm ötən köklü bir saz,
Nə yazım ki, biliyim az...
Arif istər məni qansın,
Tarixçilər qoy utansın!
Yazılmamış tariximiz,
Tarixsizmi yarandıq biz?
Bəzən olur yazıq şair
Keçmiş günə, bizə dair
Arxivləri axtararaq,
Yığın-yığın, qalaq-qalaq
Kitablara göz gəzdirir,
Alır, baxır, seçir bir-bir.
Bir parası əfsanədir.
Baş çıxmayır bunlar nədir?
Bir parası xatirələr...
Deyil bunlar elmi əsər.
Sən də, dostum, anla bir az!
Elmi ucuz tutmaq olmaz!
O insandır, təbiətdir,
Şübhəsiz bir həqiqətdır.
Arif gərək məni qansın,
Tarixçilər qoy utansın!
Yazılmamış tariximiz
Tarixsizmi yarandıq biz?
</poem>
[[Kateqoriya:Şeirlər]]
[[Kateqoriya:Lənkəran]]
7fc1ypt5jrxcawactemsdmy40q914dn
Lənkəran faciəsi
0
34028
97193
97179
2026-10-23T04:32:11Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Lənkəran]] əlavə olundu [[VM:HC|HotCat]]
97193
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = “Lənkəran faciəsi"
| müəllif = Üzeyir Hacıbəyov
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| mənbə = [https://www.ada.edu.az/media/2025/10/14/azerbaijan_newspaper_hajibeyli_digital-1.pdf "Azərbaycan Yazıları" seriyası - Üzeyir Hacıbəyli Bakı: ADA Universiteti. 2025. s. 55-57]
| əvvəlki =
| növbəti =
| il = 1919
| qeydlər = Azərbaycan qəzeti – 1 yanvar 1919-cu il
}}
<div align="center">
<div style="width:70%; align:center;" align="justify">
Bakı şəhəri İslam Ordusu tərəfindən alınmamış olsaydı və Bakı quberniyası şəhərlə bərabər, Allah göstərməsin, “Sovetlər” əlində qalsaydı, bilirsinizmi binəva müsəlmanların başına nələr gələrdi?! “Hürriyyətpərəst”lərin “idareyianarşiyyə”si [anarxiya idarǝsi] altında həqarət, rəzalət, əziyyət, zülm və sitəm kimi məhz müsəlmanlara qarşı rəva görülən “mərhəmətlərin” bərəkətindən, zənn etmirəm ki, Bakıda müsəlman namına bir kəs qalmış olaydı. Bir tərəfdən “Sovetlər” başında olan “sosialist”lərin idarə işində göstərdikləri cəhaləti, digər tərəfdən həmin “sosialistlər”i əllərində oyuncaq və aləti-məsxərə etmiş olan hiyləkar və xunxar [qaniçǝn] daşnakların ibraz etdikləri [göstǝrdiklǝri] fitnə və şeytənəti [şeytanlığı] müsəlmanları bir halətə salmışdı ki, yaşamaq imkanı qalmamışdı. Şükürlər olsun bizi yaradan xaliqə ki, “hikməti-siyasiyyəsi” [siyasi müdrikliyi] qətl və qarətdən ibarət olan bu mənhus idarənin təhəmmülfərsa [dözülmǝz] ömrü ümum Bakı müsəlmanlarının bilkülliyə [tamamən] məhv və tələf olacağı müddət ərzincə uzun çəkməyib, qəhrəman İslam Ordusunun şanlı qılıncı ilə kəsildi və Bakı müsəlmanları azad edildi.
Bakı ilə bərabər, Bakı quberniyasında olan Quba, Göyçay, Salyan və “bə’dəz xərabiyi-Bəsrə” olsa da Şamaxı dəxi cahil, müstəbid “hürriyyətpərəstlər”in və erməni makiavellərinin pənceyi-zalimanələrindən [zülmkar pǝncǝlǝrindǝn] xilas edilmək üzrə xoşvaxt və xoşbəxt oldular. Lakin minlərcə təəssüər olsun ki, bu azadlıq səadəti bütün Bakı quberniyasına şamil olmayıb, hamını xoşbəxt edə bilmədi. Xoşbəxtlər arasında bədbəxt qalanlar dəxi oldu.
O bədbəxt qalanların birincisi, məlumunuz olduğu üzrə, Lənkərandır və Lənkəran uyezdidir.
Bu bədbəxt uyezd və onun bədbəxt müsəlmanları bu günə qədər biganələr [yadlar] əlində qalıb nizamsız, qanunsuz və zalımanə bir idarənin bütün ağırlıqlarını zəif boyunlarında çəkməyə məcburdurlar.
Salyan və Bakı alınandan bəri buranın binəva müsəlmanları nicat yaxınlığı ümidi ilə çırpınan qəlblərində bu ümidi bəsləməklə bərabər, səbirsizlik nəticəsi olaraq hər dəm bir qəzetələrimiz sütunlarını və idarələrimiz qapılarını dəxi istimdad [yardım] fəryadı ilə doldurub, nicat tapmış olan qardaşlarının diqqətini fəlakətli hallarının şəraiti-təhəmmülfərsasına [dözülməz şǝraitinǝ] doğru cəlb etməyə çalışırdılar. Lakin bunların fəryadları biyaban üzərində [sǝhrada] yol azmış olan bir yolçunun sədayi-istimdadı [imdad fǝryadı] kimi cavabsız qalıb, səslərinə səs verən olmayırdı.
Lənkəran – Azərbaycanın bir hissəsidir. Taxıl, meşə, balıq və sairǝ kimi sərvətləri nəzərə alınmayıb, ümum Azər- baycan dövləti xəzinəsi üçün bir köpüklük mənfəəti olmasa da, burada yaşayan qardaşlarımızın himayəsi Azərbaycan dövlətinin boynunadır. Biz Lənkəran müsəlmanlarının biganələr və yadlar əlində cürbəcür zülüm və fəlakətlərə məruz qaldığına qeydsiz nəzərlə baxa bilmərik, indiyə qədər də baxmamışıq. Onların fəryadlarını eşitmişik, fəqət səslərinə səs vermək, tezliklə imdadlarına yetişmək və onları fəlakətdən qurtarmaq işində bir taqım mümaniətlər [maneələr] qarşısında məəttəl qalmağa [gözlǝmǝyǝ] məcbur olmuşuq. Bu işdə bizim bir səhlənkarlığımız olmuşsa, o da bu mühüm məsələ xüsusunda Parlamanımızda hələ indiyə qədər söz açılmamasıdır. Bunun günahı isə ümum Par- laman əzalarımızın [üzvlǝrimizin], baxüsus [xüsusilə] Lənkəran məbusunun [millət vəkilinin] boynunadır ki, sitəmdidə [zülm görmüş] vətəninin xilası xüsusunda bu günə qədər heç bir təşəbbüsdə bulunduğu müşahidə edilməmişdir...
İndi isə, zənn edirəm ki, daha qarşımızı kəsən “rəsmi” bir mümaniət qalmayan kimi, Lənkəranı biganələr əlindən qoşun gücü ilə xilas etmək məcburiyyəti də qalmadı. Bu məsələ, general Tomsonun bu axırkı intibahnaməsi [bǝyanatı] ilə həll olunub getdi.
Hürriyyətpərəstlikdən əlavə bu qarqaşalıq [qarışıqlıq] içində səthi bir nəzərlə də olsa həman dəm doğrunu yalandan, düzü əyridən, pakı napakdan seçmək qabiliyyətinə dara [malik] olan bu ingilis generalı Azərbaycan türk və islamlarına qarşı həqiqi münasibatını tezliklə təyin edib, Azərbaycanı Azərbaycan Hökumətinə tapşırdı və tapşırdıqdan sonra köməyini də əlavə olaraq elan etdi.
Qoy, düşmənlərimizin içi od tutub yansın! Qəzetǝlərində bu xüsusda ağızlarına gələni deməklə büxl [paxıllıq] və həsəd atəşi içində qıvrılıb yandıqlarını bildirmǝklǝ, “hürriyyət və insaniyyət” şüarları altında istibdad və şeytənət amalı gizlətmiş olduqlarını təkrar-təkrar isbat etsinlər! Bunlarla işimiz yoxdur, yandıqlardan istər lap canları çıxsın. Biz general həzrətlərinin bu təsdiqnaməsindən istifadə etməliyik. Zatən generalın əmrini yerinə yetirməliyik. İngilis demokratiyası [xalqı] və ingilis hökuməti adından Azərbaycanın müqəddəratını azərbaycanlıların öz əllərinə verən general Tomsonun bizə dair bəşarət [muştuluq] və düşmənlərimizə qarşı ölüm xəbəri dərəcəsində olan bu əmri, bütün Azərbaycan torpağını, binaənileyh [demǝli], Azərbaycanın hissəsi olan Lənkəranı dəxi öz hökumətimizin təhti-idarə- sinə mühəvvəl edir [idarǝsinǝ tapşırır].
Bundan sonra artıq fikir lazım deyildir. Tezliklə lənkəranlı qardaşlarımızın imdadına yetişib biganələr pəncəsindən xilas etməklə, canlarını azad və könüllərini şad edǝk. Lənkəran şəhəri və Lənkəran uyezdi idarələri başına öz məmurlarımızı tezliklə göndərǝk. Ancaq bunu tapşıraq ki, o məmurlar biganə və xudsər [özbaşına] xarici məmurları kimi rus, erməni və müsəlman arasına təfavüt qoymaqla bir milləti əzib digər milləti hakim vəziyyətdə qoymasınlar. Azərbaycanımızın hər yerində olduğu kimi, orada da hamıya bir nəzərlə baxsınlar. Kin və küdurətə məhəl [yer] verməsinlər. Qanla kəsiləcək bir işi general Tomson sözlə kəsdi və Azərbaycan Hökumətinə kömək vədə etməklə bu sözə razı olmayanların cəzaya veriləcəyini dəxi anlayanlara bildirdi.
Bəs tez olub məmurlarımızı göndərək. Lənkəran müsəlmanlarının bir bu qədər fəlakət çəkdikləri artıq kifayətdir.
</div></div>
[[Kateqoriya:1919-cu ilin qəzet məqalələri]]
[[Kateqoriya:"Azərbaycan" qəzeti]]
[[Kateqoriya:Lənkəran]]
dxwpwymsj46mg5iiapws4s5s50948oi
Müəllif:Andranik Ozanyan
102
34030
97186
2026-10-23T04:27:01Z
Araz Yaquboglu
734
Səhifə "{{Müəllif |ad = Andranik |soyad = Ozanyan |baş hərf = A |doğum ili = 1865 |vəfat ili = 1927 |qeydlər = |şəkil = Andranik Ozanian 1918.jpg |şəkil başlığı = |vikipediya_keçidi = Andranik Ozanyan |vikisitat_keçidi = |commons_keçidi = }} == Haqqında yazılanlar == * [[Andranik məsələsi]] — Müəllif:Üzeyir Hacıbəyov|Üzeyir Hacıbə..." məzmunu ilə yaradıldı
97186
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Andranik
|soyad = Ozanyan
|baş hərf = A
|doğum ili = 1865
|vəfat ili = 1927
|qeydlər =
|şəkil = Andranik Ozanian 1918.jpg
|şəkil başlığı =
|vikipediya_keçidi = Andranik Ozanyan
|vikisitat_keçidi =
|commons_keçidi =
}}
== Haqqında yazılanlar ==
* [[Andranik məsələsi]] — [[Müəllif:Üzeyir Hacıbəyov|Üzeyir Hacıbəyov]]
== Xarici keçidlər ==
{{Xarici keçidlər}}
12lkzqniza36tpnw397msputkfbtn0x
97187
97186
2026-10-23T04:27:34Z
Araz Yaquboglu
734
[[Kateqoriya:1865-ci ildə doğulanlar]] əlavə olundu [[VM:HC|HotCat]]
97187
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Andranik
|soyad = Ozanyan
|baş hərf = A
|doğum ili = 1865
|vəfat ili = 1927
|qeydlər =
|şəkil = Andranik Ozanian 1918.jpg
|şəkil başlığı =
|vikipediya_keçidi = Andranik Ozanyan
|vikisitat_keçidi =
|commons_keçidi =
}}
== Haqqında yazılanlar ==
* [[Andranik məsələsi]] — [[Müəllif:Üzeyir Hacıbəyov|Üzeyir Hacıbəyov]]
== Xarici keçidlər ==
{{Xarici keçidlər}}
[[Kateqoriya:1865-ci ildə doğulanlar]]
45salrd7651v625ri63i2kux911an0v
97188
97187
2026-10-23T04:27:45Z
Araz Yaquboglu
734
[[Kateqoriya:1927-ci ildə vəfat edənlər]] əlavə olundu [[VM:HC|HotCat]]
97188
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Andranik
|soyad = Ozanyan
|baş hərf = A
|doğum ili = 1865
|vəfat ili = 1927
|qeydlər =
|şəkil = Andranik Ozanian 1918.jpg
|şəkil başlığı =
|vikipediya_keçidi = Andranik Ozanyan
|vikisitat_keçidi =
|commons_keçidi =
}}
== Haqqında yazılanlar ==
* [[Andranik məsələsi]] — [[Müəllif:Üzeyir Hacıbəyov|Üzeyir Hacıbəyov]]
== Xarici keçidlər ==
{{Xarici keçidlər}}
[[Kateqoriya:1865-ci ildə doğulanlar]]
[[Kateqoriya:1927-ci ildə vəfat edənlər]]
7qqdvjhipbnzvsk7yqyafoantu3bs8y
97189
97188
2026-10-23T04:28:16Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Ermənistan milliyyətçiləri]] əlavə olundu [[VM:HC|HotCat]]
97189
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Andranik
|soyad = Ozanyan
|baş hərf = A
|doğum ili = 1865
|vəfat ili = 1927
|qeydlər =
|şəkil = Andranik Ozanian 1918.jpg
|şəkil başlığı =
|vikipediya_keçidi = Andranik Ozanyan
|vikisitat_keçidi =
|commons_keçidi =
}}
== Haqqında yazılanlar ==
* [[Andranik məsələsi]] — [[Müəllif:Üzeyir Hacıbəyov|Üzeyir Hacıbəyov]]
== Xarici keçidlər ==
{{Xarici keçidlər}}
[[Kateqoriya:1865-ci ildə doğulanlar]]
[[Kateqoriya:1927-ci ildə vəfat edənlər]]
[[Kateqoriya:Ermənistan milliyyətçiləri]]
ow49ybjsnqv4mh8kns8zdsba7o5ugur
97191
97189
2026-10-23T04:30:20Z
Araz Yaquboglu
734
Araz Yaquboglu [[Andranik Ozanyan]] səhifəsinin adını [[Müəllif:Andranik Ozanyan]] olaraq dəyişdi
97189
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Andranik
|soyad = Ozanyan
|baş hərf = A
|doğum ili = 1865
|vəfat ili = 1927
|qeydlər =
|şəkil = Andranik Ozanian 1918.jpg
|şəkil başlığı =
|vikipediya_keçidi = Andranik Ozanyan
|vikisitat_keçidi =
|commons_keçidi =
}}
== Haqqında yazılanlar ==
* [[Andranik məsələsi]] — [[Müəllif:Üzeyir Hacıbəyov|Üzeyir Hacıbəyov]]
== Xarici keçidlər ==
{{Xarici keçidlər}}
[[Kateqoriya:1865-ci ildə doğulanlar]]
[[Kateqoriya:1927-ci ildə vəfat edənlər]]
[[Kateqoriya:Ermənistan milliyyətçiləri]]
ow49ybjsnqv4mh8kns8zdsba7o5ugur
Kateqoriya:Ermənistan milliyyətçiləri
14
34031
97190
2026-10-23T04:28:32Z
Araz Yaquboglu
734
Səhifə "[[Kateqoriya:Erməni milliyətçiliyi]] [[Kateqoriya:Ölkələrinə görə milliyyətçilər]] [[Kateqoriya:Siyasi baxışlarına görə Ermənistan şəxsləri]]" məzmunu ilə yaradıldı
97190
wikitext
text/x-wiki
[[Kateqoriya:Erməni milliyətçiliyi]]
[[Kateqoriya:Ölkələrinə görə milliyyətçilər]]
[[Kateqoriya:Siyasi baxışlarına görə Ermənistan şəxsləri]]
f97ddl68g9o822j09gwdqnkret38pn8
Andranik Ozanyan
0
34032
97192
2026-10-23T04:30:20Z
Araz Yaquboglu
734
Araz Yaquboglu [[Andranik Ozanyan]] səhifəsinin adını [[Müəllif:Andranik Ozanyan]] olaraq dəyişdi
97192
wikitext
text/x-wiki
#İSTİQAMƏTLƏNDİRMƏ [[Müəllif:Andranik Ozanyan]]
242414f4fe45d8x88gz0sskorqy9msa
Kateqoriya:1955-ci ildə ədəbiyyat
14
34033
97196
2026-10-23T04:39:03Z
Araz Yaquboglu
734
Səhifə "[[Kateqoriya:1955-ci ildə incəsənət]] [[Kateqoriya:İllərinə görə XX əsrdə ədəbiyyat]] [[Kateqoriya:1950-ci illərdə ədəbiyyat]]" məzmunu ilə yaradıldı
97196
wikitext
text/x-wiki
[[Kateqoriya:1955-ci ildə incəsənət]]
[[Kateqoriya:İllərinə görə XX əsrdə ədəbiyyat]]
[[Kateqoriya:1950-ci illərdə ədəbiyyat]]
7j44u6yogz6z9gqmniz012r6jdi0am4