Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.48.0-wmf.1
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Aşıq Həsənlə Aşıq Qaranının deyişməsi
0
21310
97419
56767
2026-10-31T11:37:34Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
97419
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Aşıq Həsənlə Aşıq Qaranının deyişməsi
| müəllif =
| keçidsiz müəllif = [[Aşıq Həsən]], [[Aşıq Qaranı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = {{cite web |url=http://www.aab.az/kitablar.php |archiveurl=https://web.archive.org/web/20170524124932/http://www.aab.az/images/kitab_1.jpg |archivedate=2017-05-24 |title=Оzanların söyləmələri |author=Vüqar Kərimli |date=2005-03-25 |work=Limit |publisher=aab.az |accessdate=2017-05-24 |language=az }}
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Alosman mahalının Livis kəndində Iskəndər adlı bir kişinin Həsən adlı bir oğlu olur. Həsən böyüyəndən sonra atası onu Xovet kəndində dana otarmağa qoyur. Hər dəfə kəndin bir adamı Həsənə çörək verirdi. Bir gün qoca bir arvadın öz növbəsində Həsənə çörək gətirməsi yadından çıxır. Həsən da bərk acımış imiş. O, bir yerə çəkilib qarnını tutur. Bu zaman yoldan keçən bir kişi soruşur ki, oğul, burada nə edirsən? Həsən cavab verir ki, dana otarıram. Kişi deyir: "Oğul, bəs danalar hanı? Orada iki-üç dana görürəm, qalanları görünmür axı?" Həsən ağrıyaraq cavab verir: "Əmi, düzü nə danım, acından ölürəm, yeriyə bilmirəm, danalar qaçıb kəndə gediblər". Kişi cibindən bir ovuc torpaq çıxardıb deyir: "Oğul, al bu kişmişi ye". Həsən baxır ki, bu kişmiş yox, torpaqdı. Kirimişcə cibinə tökür. Kişi gedəndən sonra birdə baxıb görür ki, bu, doğrudan da kişmişdi. Kişmişi yeyəndən sonra yuxusu gəlir və bir saman tayasının dibində yuxuya gedir. Üç gün burada yatıb qalır. Üç gündən sonra həmin qarı ilə Həsənin atası onu gəlib buradaca tapırlar. Atası oğlunu Levisə öz evlərinə gətirir. Həsən bir müddət xəstə yatır. Elə o vaxtdan adı Xəstə Həsən qalır. Həsən yataqdan qalxan kimi atası yenə də onu Xovet kəndinə dana otarmağa yollayır.
Həsən çöllərdə, dağlarda, meşələrdə dana otara-otara el aşıqlarının sözlərindən oxuyardı. Hətta bəzən özündən də sözlər qoşardı. Az bir müddət ərzində sazda çalmağı da öyrəndi. Aylar keçdi, illər dolandı, həftələr ötdü, Həsənin bu istedadı yavaş-yavaş ətraf mahallara yayıldı. Həsən bir müddətdən sonra usta aşıqlarla deyişib, sazlarını da alardı. Onun bu istedadı Qazax mahalında aşıq Qaranıya çatır və o, onunla görüşmək arzusuna düşür.
Günlərin bir günü Qazax mahalında Nağı bəyin evində toy məclisi qurulur. Məclisin aşığı Qaranı idi. Nağı bəy məclisin şən keçməsi üçün Livisdən Xəstə Həsəni də gətizdirir. Məclis qurulur, bığlar burulur, keflər durulur, söz verilir aşıqlara. Nəhayət, hər iki usta məclisə daxil olur, sazlar köynəkdən çıxır. Məclisin təklifi ilə deyişmənin açılışı aşıq Qaranıya təklif olunur. Qaranı götürür "Baş divani" üstündə görək nə deyir.
'''Qaranı:'''
Ey könül, oyan qəflətdən,
O dəm bu dövrana bax.
Hər səhər asimana
Çəkilən karvana bax.
Dəryada mah, göydə murğu,
Mən onun əmrindəyəm.
Dünya Sultana qalmadı,
Hanı Suleymana bax.
'''Xəstə Həsən:'''
Bizi yoxdan var eylədi,
Ol qani-sübhana bax.
Abı, ataş, xakı, baddan,
Yarandı insana bax.
Adəmi səngi eylədi
Cənnətə rizvanını.
Onların qəsdi-qərəzi
Bulayan şeytana bax.
'''Qaranı:'''
Ibrahim ki, Ismaili
Götürdü Ərafata,
Dedi, baba, bağla qolum,
Səni sallam əzyətə.
Xışımla bıçaq çaldı
Ol Həcəri lisbətə.
Kim gətirdi, kim götürdü,
Ol qoçu-qurbana bax.
'''Xəstə Həsən:'''
Haqq buyurdu Cəbrailə,
"Incil" endi Isaya,
"Zəbur" Davidə verildi,
Dəxi "Tövrat" Musaya.
Məhəmməd durdu qibləyə,
Məryəm girdi kilsəyə,
Məhəmmədin hümmətinə
Oxunan "Qurana" bax.
'''Qaranı:'''
Otuz iki fərz içində
Oxunanı bilməli,
Qəlbini ayə edibən
Salınanı qılmalı.
Qul Qaranı yüz yaşasa,
Axır məftəl olmalı.
Bizi yoxdan var edənin
Yazdığı fərmana bax.
'''Xəstə Həsən:'''
Həsən deyər, məhşər günü
Əcəb sürrü kim çalar.
Əzrayıl ki, canlar alır,
Onun canın kim alar?
Dolubdu canım baratı,
Tarixlər tamam olar.
Qadir Allah qismət etsə,
Bir arşın Qurana bax.
Söz tamam olur. Aşıqlara tənəffüs verilir. Məclis təzədən qurulur. Bu dəfə söz məclisin təklifi ilə Xəstə Həsənə verilir. Görək Həsən "Cığalı təcnis" havasında Qaranıya nə deyir.
Xəstə Həsən:
Əlifba içində hərf arasında
O nədir ki, çəkilibdi qara hey?
: Əzizim, arasında,
: Min əlif arasında.
: Dedim, ay qız, qəbrimi qaz
: Cüt məmən arasında.
Səryaqubu gördüm dostun bağında,
Sifətindən, qamətindən qara hey!
Qaranı:
Deyirlər ki, fani dünya beş gündü,
Mən bilirəm beşini də qara hey!
: Əzizinəm, qara hey,
: Oxu əlfin qara hey,
: Əzəl başdan kim geydi
: Ağ üstündən qara, hey!
Əgər yara çatsa sağlıq xəbəri,
Dost sevinər, düşmən deyər qara, hey!
Xəstə Həsən:
Xəstə düşdüm, döşək üstə tər saldım,
Cəfa çəkdim, bu dünyada dərs aldım.
: Əzizinəm, dər saldım,
: Eşiyini dar saldım.
: Dedilər, səryaqub gəlir,
: Onun üçün dər saldım.
Ağlı kamil bir ustaddan dərs aldım,
Oxumuşam əlif, əfkat, qara hey!
Qaranı:
Üstümüzdə Kərəm kanı bir dura,
Dəvət edə şəfaqətmi bir dürə.
: Əzizinəm, bir dura,
: Bir yeriyə, bir dura.
: Sərraf odur ləl seçə,
: Qiymət verə bir dürə.
Əlini ki, mindirdilər Düldülə,
Qabağında sərvanıdı qara, hey!
Xəstə Həsən:
Bayqu məskən salıb yara deməzlər,
Bu zəvva dərdimi yara deməzlər.
: Əzizinəm, deməzlər,
: Dərdi yara deməzlər,
: Bilmirəm nə adətdir,
: Dərdə çarə deməzlər.
Xəstənin öldüynü yara deməzlər,
Bir də görər məzarıdı qara, hey!
Qaranı:
Iki canlı bir cansızdan yaransın,
Eyyub sağlığında gördü yarasın.
: Qul Qaranı yarısın
: Yarı mimdi, yarı sin.
: Cəsədim atəş aldı,
: Kənarımda gəl isin.
Kəndi qazı şəfaqəti, ya rəsul,
Izzət dilər məhşərində qara hey!
Bununla ikinci məclis də başa çatır. Adətdir ki, həmişə aşıqlar qafiyə deyişməsindən sonra bağlama deyişməsinə başlayırlar. Odur ki, üçüncü məclis qurulur. Aşıqlar tənəffüs etdikdən sonra məclisə daxil olurlar. Bu dəfə söz Qaranıya verilir. Götürür, "Osmanlı divanı"sı ilə qıfılbənd deyir. Görək Xəstə Həsən bunu necə açır.
Qaranı:
Əylən aşıq, xəbər alım,
Ol sübhandan ver xəbər.
Səkkiz cənnətin əzizi
O insandan ver xəbər.
O kim idi, on yaşında
Getdi girdi cənnətə?
Doqquz bağa su verildi,
O bağbandan ver xəbər.
Xəstə Həsən:
Əylən usta, xəbər verim,
Ol sübhandan ol xəbər.
Səkkiz cənnətin əzizi,
O, — Rizvandan ol xəbər.
Idris idi on yaşında
Getdi girdi cənnətə,
Doqquz ay ana qoynunda
O, — bağbandan ol xəbər.
Qaranı:
Dində hansı din əzizdi,
Sən tutasan o dini?
Əzəl başdan kim görübdü
Əzrailin zəhmini?
O kim idi iki dəfə
Gördü ana rəhmini?
Məkanı bil, məskəni de,
O bir candan ver xəbər.
Xəstə Həsən:
Əlif Allah, din Məhəmməd-
Sən tutasan o dini.
Habil vurdu, Qabil öldü-
Gördü Əzrail zəhmini.
Idris peyğəmbər iki dəfə
Gördü ana rəhmini.
Məkan balıq, məskən dərya,
O bir candan ol xəbər.
Qaranı:
Günəş kimi şölə saçır,
Bu nə cismin bağıdı?
Canı yoxdu, qanı yoxdu,
Bu dünya da sağıdı.
Səddi sarı, səlvi qara,
Nütvəsi əblağıdı,
Söylə, nədən xəlq olundu?
O bir candan ver xəbər.
Xəstə Həsən:
Günəş kimi şölə saçır
Tub ağacın şöləsi,
Canı yoxdu, qanı yoxdu,
Ol Musanın əsası.
Səddi sarı, səlvi qara-
Ol Salehin dəvəsi.
Bir qayadan xəlq olundu,
O bir candan ol xəbər.
Söz tamam olur. Qaranı dediyi qıfılbənd divanini Xəstə Həsən açır. Dördüncü görüş başlanır. Deyilənə görə, Xəstə Həsənlə Aşıq Qaranı Nağı bəyin toyunda qırx gün deyişiblər. Mən deyərəm ki, belə sözləri elə ancaq qırx günə yazmaq olar. Bəli, yenidən söz verilir Xəstə Həsənə. Xəstə Həsən götürür "Gülabı" havasında üç bənd qıfılbənd deyir.
Xəstə Həsən:
Əzəl dörd kitabda, min bir hesabda,
Iyirmi min nə var Quran içində?
Neçə min alimlər etdilər izhar
Neçə min ayəti furqan içində?
Neçə min əlifin birdi nişanı,
Neçə min Rüstəm, rəsmi-zamanı,
Neçə min zülfüqar münkir tufanı,
Neçə min sərdarı meydan içində?
Neçə min yaxındı əhli bəfadar,
Neçə min canlara yetişdı işmar,
Kəniz-künüz əhvalından xəbərdar,
Xəstə kimdi kani-məkan içində?
Söz tamam olur. Qaranı sazı çiynindən çıxarıb Xəstə Həsənin qabağına qoyur. Lakin Həsən sazı qaytarır və o gündən onlar dostlaşırlar. Nağı bəyin toyu da beləcə keçir.
</poem>
[[Kateqoriya:Dastanlar]]
[[Kateqoriya:Deyişmələr]]
6gs10n39muf5kq64wpkvo2yasrbuzbt
Müəllif:Qul Qarani
102
25957
97414
97128
2026-10-31T07:14:25Z
Araz Yaquboglu
734
97414
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Qul Qarani Abdulla oğlu
|soyad =
|baş hərf = Q
|doğum ili = 1750
|vəfat ili = 1825-1830
|qeydlər = Qul Qaranı Bolnisi rayonunun Saraçlı kəndində doğulub.
|şəkil =
|şəkil başlığı =
|vikipediya_keçidi = Qul Qarani
|vikisitat_keçidi =
|commons_keçidi =
}}
== Qoşmalar ==
* [[Ay ağa səni]]
* [[Gülgəz (Qaranı)]]
== Divanilər ==
* [[Nöycavan]]
== Deyişmələri ==
* [[Aşıq Həsənlə Aşıq Qaranının deyişməsi]]
* [[Bax (Qaranı)]]
* [[Qara hey]]
* [[Ver xəbər (Qaranı)]]
== Xarici keçidlər ==
{{Xarici keçidlər}}
* [https://xalqqazeti.az/az/medeniyyet/249884-asiq-qarani-qul-qarani Aşıq Qaranı – Qul Qaranı]
[[Kateqoriya:Türkiyə aşıqları]]
[[Kateqoriya:1750-ci ildə doğulanlar]]
[[Kateqoriya:Vəfat tarixi bilinməyənlər]]
ohoxlbw827hqjwdyxt9s83e97g29asx
97415
97414
2026-10-31T07:18:34Z
Araz Yaquboglu
734
97415
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Qul Qarani Abdulla oğlu
|soyad =
|baş hərf = Q
|doğum ili = 1750
|vəfat ili = 1825-1830
|qeydlər = Qul Qaranı Borçalı mahalının Saraçlı kəndində doğulub.
|şəkil =
|şəkil başlığı =
|vikipediya_keçidi = Qul Qarani
|vikisitat_keçidi =
|commons_keçidi =
}}
== Qoşmalar ==
* [[Ay ağa səni]]
* [[Gülgəz (Qaranı)]]
== Divanilər ==
* [[Nöycavan]]
== Deyişmələri ==
* [[Aşıq Həsənlə Aşıq Qaranının deyişməsi]]
* [[Bax (Qaranı)]]
* [[Qara hey]]
* [[Ver xəbər (Qaranı)]]
== Xarici keçidlər ==
{{Xarici keçidlər}}
* [https://xalqqazeti.az/az/medeniyyet/249884-asiq-qarani-qul-qarani Aşıq Qaranı – Qul Qaranı]
[[Kateqoriya:Türkiyə aşıqları]]
[[Kateqoriya:1750-ci ildə doğulanlar]]
[[Kateqoriya:Vəfat tarixi bilinməyənlər]]
0mtq8i372v1in41ibw7cagdcg4cgrys
97416
97415
2026-10-31T07:19:07Z
Araz Yaquboglu
734
[[Kateqoriya:XIX əsrdə vəfat edənlər]] əlavə olundu [[VM:HC|HotCat]]
97416
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Qul Qarani Abdulla oğlu
|soyad =
|baş hərf = Q
|doğum ili = 1750
|vəfat ili = 1825-1830
|qeydlər = Qul Qaranı Borçalı mahalının Saraçlı kəndində doğulub.
|şəkil =
|şəkil başlığı =
|vikipediya_keçidi = Qul Qarani
|vikisitat_keçidi =
|commons_keçidi =
}}
== Qoşmalar ==
* [[Ay ağa səni]]
* [[Gülgəz (Qaranı)]]
== Divanilər ==
* [[Nöycavan]]
== Deyişmələri ==
* [[Aşıq Həsənlə Aşıq Qaranının deyişməsi]]
* [[Bax (Qaranı)]]
* [[Qara hey]]
* [[Ver xəbər (Qaranı)]]
== Xarici keçidlər ==
{{Xarici keçidlər}}
* [https://xalqqazeti.az/az/medeniyyet/249884-asiq-qarani-qul-qarani Aşıq Qaranı – Qul Qaranı]
[[Kateqoriya:Türkiyə aşıqları]]
[[Kateqoriya:1750-ci ildə doğulanlar]]
[[Kateqoriya:Vəfat tarixi bilinməyənlər]]
[[Kateqoriya:XIX əsrdə vəfat edənlər]]
dff95pm51tjtwn5cikq70y1z3b7x0gk
Kateqoriya:Hökumət sənədləri
14
34134
97417
2026-10-31T10:28:53Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikilər}} [[Kateqoriya:Vətəndaş hüququ]] [[Kateqoriya:Hökumət məlumatı]] [[Kateqoriya:Dövlət reyestri ]] [[Kateqoriya:Hüquqi sənədlər]]" məzmunu ilə yaradıldı
97417
wikitext
text/x-wiki
{{Vikilər}}
[[Kateqoriya:Vətəndaş hüququ]]
[[Kateqoriya:Hökumət məlumatı]]
[[Kateqoriya:Dövlət reyestri ]]
[[Kateqoriya:Hüquqi sənədlər]]
dhfnk8b4vezvjx35jaoqrx1qw843hzr
Kateqoriya:Şiə ədəbiyyatı
14
34135
97418
2026-10-31T10:33:36Z
Araz Yaquboglu
734
Səhifə "[[Kateqoriya:Şiəlik|Ədəbiyyat]] [[Kateqoriya:İslam ədəbiyyatı]]" məzmunu ilə yaradıldı
97418
wikitext
text/x-wiki
[[Kateqoriya:Şiəlik|Ədəbiyyat]]
[[Kateqoriya:İslam ədəbiyyatı]]
ihwtyoxlrijackaxomhueki50cj81vq