Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.48.0-wmf.3 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Pənbeyi-daği-cünun içrə nihandır bədənim 0 1945 97442 97001 2026-11-06T10:05:47Z ~2026-58935-70 12947 97442 wikitext text/x-wiki {{Başlıq | başlıq = Vətənimdir vətənimdir vətənimdir vətənim | müəllif =Məhəmməd Füzuli | tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = }} Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.

Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Daş dələr ahim oxu, şəhdi-ləbin şövqündən,
Nola zənbur evinə bənzəsə beytül-həzənim?

Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.

Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
Bir hübabəm ki, həvadən doludur pirəhənim.

Bülbülü-qəmzədəyəm, baği baharım sənsən,
Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.

Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir vətənim!

[[Kateqoriya:Qəzəllər]] d5hiwtesegx9skeao97wvp2bfxwultf Şairin ölümünə 0 10645 97440 97435 2026-11-06T06:05:26Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 97440 wikitext text/x-wiki {{Başlıq | başlıq = Şairin ölümünə | müəllif = Mixail Lermontov | keçidsiz müəllif = | tərcüməçi = Mikayıl Müşfiq | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = }} <poem> Şair öldürüldü, şair vuruldu, O namus aşiqi düşərək şərə, Sinəsində qurşun, intiqam odu Qürurlu başını endirdi yerə. Dözmədi şairin, dözmədi qəlbi Ufaq təhqirlərin incikliyinə. Öldü, zidd gedərək əvvəlki kibi Kübar aləminin hər bir rəyinə. Öldürüldü, artıq hədər əməkdir, Bu tə'riflər xoru, bu hönkürtülər. Bəraət fikri də nəyə gərəkdir? Artıq öz hökmünü vermişdir qədər Onun ötgün, azad iste'dadını Siz deyilmidiniz acıqla güdən Siz deyilmidiniz gizli yanğını Bir zövq alardınız görükləməkdən. Qoy olsun, sevinin, gülün bir daha! Dözülməz iztirab onu apardı. Söndü çıraq kibi böyük bir daha, Ehtişam çələnki soldu, sarardı. Soyuqqanlılıqla qatil yamanca Vurdu zərbəsini. Qurtuluş yoxdur. Əlində əsməyir onun tapanca. Duyğusuz bir ürək müntəzəm vurur. O, na qəribdir ki, bizə uzaqdan – Uğursuz taleyin hökmü var kimi- Bir az qapsın deyə səadət, nişan Atılmış yüzlərcə qaçqınlar kimi. Ona yabançıydı bizim bu torpaq. Edib adətinə, dilinə nifrət, O bizim tərəfə vermədi fürsət, Əlini qaldırıb bu qanlı çağda, Kimə qıydığını bilmədi ancaq. Şair öldürüldü, gömüldü artıq, Tərənnüm etdiyi haman qısqanclıq Qurbanı, mehriban nəğməkar kimi. O nəzərdən uzaq, bəstəkar kimi. Özü də tərk edib getdi cahanı Amansız bir əlin oldu qurbanı. Şirin lətafətli, sakit havalı Dostlar dünyasından düşüb aralı. Dünyaya sığmayan, azad, atəşin, Ehtirasla dolu o ürək neçin Kübar aləminə meylini verdi, O boğuq, o paxıl mühitə girdi? O ki, insanları gənclik çağından Yaxşı tanıyırdı, yaxşı bilirdi. Fitnələr çıxaran, hiylələr quran, İftiraçılara neçin əl verdi? Neçin o hər sözə uydu boş yerə İnandı yalançı nəvazişlərə? Əvvəlki çələnki alıb başından, Qoydular başına güyəmdən çələnk. Lakin saf alnına batırdı hər an Kizlş tikanlarla hörülən çələnk. Zəhərləndi onun axır çağları, Gülünc ümidlərin minlərcə hiylə Doğuran, fitnəkar pıçıltısiylə, Hədər ümidlərin gizli dağları Çəkilməz arları ucundan o da İitiqam deyərək atıldı oda. Füsunkar nəğmələr kəsildi gerçək, Bir də o nəğmələr səslənməyəcək. Nəğməkarın yerp qəmlidir, dardır, Dodaqlarında da bir damğa vardır. Siz ey həyatında föhşo dadanmış, Məşhur rəzalətlə şöhrət qazanmış Xain atalardan nişan xələflər! Taleyin qurduğu əylənçələrə, İncik nəsilləri, işgəncələrlə Qul kimi tapdayıb aşan xələflər! Ey taxt ətrafıpda üşüşən yığın, Şərəfin, dəhanın və azadlığın Qəddar cəlladları enin, enin siz! Qanun arxasında pərdələrin siz! Sussun qarşınızda qanun, ədalət, Sussun qarşınızda bu qara dəhşət. Fəqət ey rəngbərəng əxlağsızlığın Qarşısında gedən şərəfsiz yığın, Bilin ki, tanrının məhkəməsi var, O dəhşətli hakim sizi qarşılar. Altun cingiltisi uzaqdır ondan, O hər fikri, işi əvvəldən bilir. Yapdığınız işə sizin o zaman Nifrət yağdırmanız hədər bir işdir, O sizə bir kömək etməyəcəkdir. Şairin günahsız qanını hey siz, Qara qanınızla təmizləsəniz, Na qədər yusapız, getməyəcəkdir. </poem> [[Kateqoriya:Tərcümələr]] [[Kateqoriya:1837-ci ilin şeirləri]] [[Kateqoriya:Ölüm haqqında əsərlər]] 1z45oza0t0b5jtl1veeu32h1h8un402 Kateqoriya:1956-cı ildə ədəbiyyat 14 34142 97439 2026-11-06T05:28:23Z Araz Yaquboglu 734 Səhifə "[[Kateqoriya:1956-cı ildə incəsənət]] [[Kateqoriya:İllərinə görə XX əsrdə ədəbiyyat]] [[Kateqoriya:1950-ci illərdə ədəbiyyat]]" məzmunu ilə yaradıldı 97439 wikitext text/x-wiki [[Kateqoriya:1956-cı ildə incəsənət]] [[Kateqoriya:İllərinə görə XX əsrdə ədəbiyyat]] [[Kateqoriya:1950-ci illərdə ədəbiyyat]] ouflgreqcobr9iiui0lhogxmql2kzei Kateqoriya:İslam ədəbiyyatı 14 34143 97441 2026-11-06T06:05:58Z Araz Yaquboglu 734 Səhifə "{{Vikianbar kateqoriyası|Islamic texts}} [[Kateqoriya:İslam|Ədəbiyyatı]] [[Kateqoriya:Dini ədəbiyyat]] [[Kateqoriya:İslam mədəniyyəti]]" məzmunu ilə yaradıldı 97441 wikitext text/x-wiki {{Vikianbar kateqoriyası|Islamic texts}} [[Kateqoriya:İslam|Ədəbiyyatı]] [[Kateqoriya:Dini ədəbiyyat]] [[Kateqoriya:İslam mədəniyyəti]] l0ryktmrth8yj324oti3isfvypw7aor