Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.48.0-wmf.3
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Musiqi alətləri (tapmaca)
0
2021
97451
45736
2026-11-07T05:16:37Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Musiqi alətləri]] əlavə olundu [[VM:HC|HotCat]]
97451
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Tapmacalar
| müəllif =
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə = Musiqi alətləri haqqında
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər = Mənbə: Tapmacalar. Bakı,2004
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Ağac için ovaram,
Düz ağzıma qoyaram.
{{Sc|(''Zurna'').}}
Ağacda var bağırsaq,
Yel babanı çağırsaq,
Ağzın açıb ney çalır,
Süleymanı çağırsaq.
{{Sc|(''Kaman'').}}
Altı cəhənnəm,
Üstü düzəngah,
Qulaqları üç,
Saçları ülgüc.
{{Sc|(''Saz'').}}
Çömçə başı məndiri,
Belində var kəndiri,
Milçək qonsa vızıldar,
Əl dəyəndə sızıldar.
{{Sc|(''Saz'').}}
Dərdi qəmdən,
Təni zədən.
Əlin vursan,
Edər fəğan.
{{Sc|(''Ney'').}}
Qabırğası var, qanı yox,
Nəfəsi var, canı yox.
{{Sc|(''Qarmon'').}}
Qarğı qamış,
Ağza yapış.
Üstü deşik,
Gersi beşik.
{{Sc|(''Tütək'').}}
Qoz ağacın oyarlar,
Üstünə tel qoyarlar,
Vaxtsız durub ağlasa,
Qulağını burarlar.
{{Sc|(''Kamança'').}}
Ələ alsan ağlayar,
Yerə qoysan kiriyər
{{Sc|(''Kamança'').}}
O nədi ki, yetmiş iki dil bilir.
{{Sc|(''Saz'').}}
Tut ağacı, üzü pərdə
Barmaq gəzir pərdə-pərdə.
Gah dərində, gah zərində
Ağlar ahu-zar dilində.
{{Sc|(''Tar'').}}
</poem>
[[Kateqoriya:Tapmacalar]]
[[Kateqoriya:Musiqi alətləri]]
hsuq0xs7lz75522ac2w9vu8wim4zm74
Nə günahı telli sazın
0
3580
97455
35125
2026-11-07T05:18:45Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Saz]] əlavə olundu [[VM:HC|HotCat]]
97455
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Nə günahı telli sazın
| müəllif = Aşıq Musa
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>
Məclisləri abad eylər,
Nə günahı telli sazın?
Məlul könüllər şad eylər,
Nə günahı telli sazın?
Yeki şəcər, yeki demir,
Ara vurmur, yalan demir,
And içməyir, rüşvət yemir,
Nə günahı telli sazın?
Fikrini vermir qələmə,
Zülüm eyləmir aləmə,
Pulunu vermir sələmə,
Nə günahı telli sazın?
Yoldan çıxıb, yolun azmır,
İblis kimi ara pozmur,
Molla kimi cadu yazmır,
Nə günahı telli sazın?
Musa vəsfin söylər saza,
Ruh verir gəlinə, qıza,
Oxşamır o şeyidbaza,
Nə günahı telli sazın?
</poem>
[[Kateqoriya:Gəraylılar]]
[[Kateqoriya:Saz]]
sp0lfip43251oipxrm0669vzvyzswrl
Balabançı
0
15267
97456
35144
2026-11-07T05:19:39Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Balaban]] əlavə olundu [[VM:HC|HotCat]]
97456
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Balabançı
| müəllif = Aşıq Musa
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər = Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.
}}
<poem>
Mən heç öz dərdimi çəkə bilmirəm,
Dolanır zamana çaş, balabançı.
Bu tərlan ovundan keçə bilmirəm,
Töksə də gözümdən yaş, balabançı.
Sən Vətənə namə yaza bilmirsən,
Düşüb yad ellərdə gəzə bilmirsən.
Mən ilə qürbətə dözə bilmirəm,
Mən olmuşam bağrı daş, balabançı.
Musa yanır bir dildarın ucundan,
Canlar alan işvəkarın ucundan.
Məni öldürsələr yarın ucundan.
Sən bizim ellərə qaç, balabançı.
</poem>
[[Kateqoriya:Qoşmalar]]
[[Kateqoriya:Balaban]]
62nz9q7ipj1f4g7m3z3we2p1est7915
Saz ola
0
16401
97452
40598
2026-11-07T05:17:07Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Saz]] əlavə olundu [[VM:HC|HotCat]]
97452
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Saz ola
| müəllif = Xəstə Qasım
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər = Mənbə: {{cite web|url=http://www.shahbulaq.az/index.php?option=com_content&view=article&id=2227:xs-qasm-1684-1760&catid=53:asiqedebiyyati&Itemid=80 |title=Xəstə Qasım (1684-1760) |author= |date=12.09.2014 |work= |publisher=shahbulaq.az |accessdate=2015-04-20 |language=az}}
}}
<poem>
Usta, məni gözlərinə fəda qıl,
Səndən saz istərəm, amma saz ola.
Dindirəndə imran dillə danışa,
Şeyda bülbüllər tək xoşavaz ola.
Yamanı yamana, yaxşını mərdi,
Tərifini edim hər düşən yerdə.
Dolaşmaya simlər, vurmaya pərdə,
Gözəllər tək onda işvə, naz ola.
Xəstə Qasım sözüm söylərəm əyan,
Elə car eylərəm, bəyanbəbəyan.
Qiymətin soruşsan, tamam on tümən,
Nə ondan çox ola, nə də az ola.
</poem>
[[Kateqoriya:Qoşmalar]]
[[Kateqoriya:Saz]]
6pgqqp8gzfcn3j3psr6ivk1f0n5z0f7
Ağacdandır
0
25476
97454
77435
2026-11-07T05:18:03Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
97454
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Dirili Qurbani
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = {{cite web |url=http://www.azerbaycandili.az/Literatures/Download/30/Q.%C5%9E.Kaz%C4%B1mov%203cu%20cild.pdf |archiveurl=https://web.archive.org/web/20180905165236/http://www.azerbaycandili.az/Literatures/Download/30/Q.%C5%9E.Kaz%C4%B1mov%203cu%20cild.pdf |archivedate=2018-09-05 |title=Seçilmiş əsərləri (10 cilddə, III cild) |author=Qəzənfər Kazımov |date=2008 |publisher=Nurlan |accessdate=2018-09-05 |language=az }}
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Sazım, gəl mənimlə danış,
Sənin əslin ağacdandır.
Ağac dedim, bikef oldun,
Xurmadakı ağacdandır.
Çağırın gəlsin aşiqi,
Aləmə salsın işığı,
Həsən-Hüseynin beşiyi -
O da ki var, ağacdandır.
Ey Qurbani, batma yasa,
Uzun sözün eylə qısa,
Musanın əlində əsa, -
O da ki var, ağacdandır.
</poem>
[[Kateqoriya:Gəraylılar]]
[[Kateqoriya:Oxşar şeirlər]]
[[Kateqoriya:Saz]]
ro2xm662h2xh9rglxrelbbpy7np0w4y
Müəllif:Sayat Nova
102
31172
97444
94852
2026-11-07T05:12:43Z
Araz Yaquboglu
734
[[Kateqoriya:1712-ci ildə doğulanlar]] əlavə olundu [[VM:HC|HotCat]]
97444
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Sayat Nova
|soyad =
|baş hərf = S
|doğum ili = 1712
|vəfat ili = 1795
|qeydlər =
|şəkil = Sayat-Nova 1.jpg
|şəkil başlığı = Sayat Nova, 1945, rəssam A. Kocayan
|vikipediya_keçidi = Sayat Nova
|vikisitat_keçidi = Sayat Nova
|commons_keçidi = Category:Sayat-Nova
}}
{{TOC sağ}}
== Şeirlər ==
* [[Rəhmət pir ustada, körpü tikənə]]
* [[Bülbül (Sayat Nova)|Bülbül]]
* [[Kamança (Sayat Nova)|Kamança]]
[[Kateqoriya:Erməni şairlər]]
[[Kateqoriya:Azərbaycan şairləri]]
[[Kateqoriya:1712-ci ildə doğulanlar]]
87bqdiv4uruqmdlha1cfmkvna16z1wd
97445
97444
2026-11-07T05:12:54Z
Araz Yaquboglu
734
[[Kateqoriya:1795-ci ildə vəfat edənlər]] əlavə olundu [[VM:HC|HotCat]]
97445
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Sayat Nova
|soyad =
|baş hərf = S
|doğum ili = 1712
|vəfat ili = 1795
|qeydlər =
|şəkil = Sayat-Nova 1.jpg
|şəkil başlığı = Sayat Nova, 1945, rəssam A. Kocayan
|vikipediya_keçidi = Sayat Nova
|vikisitat_keçidi = Sayat Nova
|commons_keçidi = Category:Sayat-Nova
}}
{{TOC sağ}}
== Şeirlər ==
* [[Rəhmət pir ustada, körpü tikənə]]
* [[Bülbül (Sayat Nova)|Bülbül]]
* [[Kamança (Sayat Nova)|Kamança]]
[[Kateqoriya:Erməni şairlər]]
[[Kateqoriya:Azərbaycan şairləri]]
[[Kateqoriya:1712-ci ildə doğulanlar]]
[[Kateqoriya:1795-ci ildə vəfat edənlər]]
i2x0co1ezoswichw6eezy1dmgg4pane
Bülbül (Sayat Nova)
0
31174
97446
89967
2026-11-07T05:13:57Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Təcnislər]] silindi; [[Kateqoriya:XVIII əsrin gəraylıları]] əlavə olundu [[VM:HC|HotCat]]
97446
wikitext
text/x-wiki
{{digər məna|Bülbül}}
{{Başlıq
| başlıq = Bülbül
| müəllif = Sayat Nova
| keçidsiz müəllif =
| tərcüməçi = Məmməd Rahim
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Sayat Nova. Tərtib edəni və redaktoru H. Araslı. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1963.
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Şeyda bülbül bağda belə
Sən ağlama, mən ağlayım,
Gözüm yaşı dönüb selə,
Sən ağlama, mən ağlayım.
Oxu, dolan çəmənzarı,
Sən heç görməyəsən xarı.
İtirmişəm nazlı yarı
Sən ağlama, mən ağlayım.
Axtarıram yarım hanı?
Bülbül, saxla gəl nəvanı.
Sən gülü gəz, mən cananı.
Sən ağlama, mən ağlayım.
Çinar kimi dolanmışam,
Al qanıma boyanmışam.
Yar hicriylə oyanmışam,
Sən ağlama, mən ağlayım.
Oxu, açsın bağçada gül,
Hicran ilə oluram gül,
Sayat Nova deyir, bülbül,
Sən ağalama, mən ağlayım.
</poem>
[[Kateqoriya:XVIII əsrin gəraylıları]]
tuwgovcnral9ajpndbpph60aek872eo
97449
97446
2026-11-07T05:15:27Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Tərcümələr]] əlavə olundu [[VM:HC|HotCat]]
97449
wikitext
text/x-wiki
{{digər məna|Bülbül}}
{{Başlıq
| başlıq = Bülbül
| müəllif = Sayat Nova
| keçidsiz müəllif =
| tərcüməçi = Məmməd Rahim
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Sayat Nova. Tərtib edəni və redaktoru H. Araslı. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1963.
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Şeyda bülbül bağda belə
Sən ağlama, mən ağlayım,
Gözüm yaşı dönüb selə,
Sən ağlama, mən ağlayım.
Oxu, dolan çəmənzarı,
Sən heç görməyəsən xarı.
İtirmişəm nazlı yarı
Sən ağlama, mən ağlayım.
Axtarıram yarım hanı?
Bülbül, saxla gəl nəvanı.
Sən gülü gəz, mən cananı.
Sən ağlama, mən ağlayım.
Çinar kimi dolanmışam,
Al qanıma boyanmışam.
Yar hicriylə oyanmışam,
Sən ağlama, mən ağlayım.
Oxu, açsın bağçada gül,
Hicran ilə oluram gül,
Sayat Nova deyir, bülbül,
Sən ağalama, mən ağlayım.
</poem>
[[Kateqoriya:XVIII əsrin gəraylıları]]
[[Kateqoriya:Tərcümələr]]
ffbqcjj4tjkgxsqb5h1n4vxoksoisy5
Kamança (Sayat Nova)
0
31175
97447
90198
2026-11-07T05:14:50Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Kamança]] əlavə olundu [[VM:HC|HotCat]]
97447
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Kamança
| müəllif = Sayat Nova
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi = İlyas Tapdıq
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Sayat Nova. Tərtib edəni və redaktoru H. Araslı. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1963.
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Cəmi çalğıdan üstünsən,
Bilir anlayan, kamança.
Nakəslər bilməz qədrini,
Gen gəzər nadan, kamança.
Yaxşı günün qabaxladı,
Bularsan ad-san, kamança.
Əlimdən vermərəm səni,
Aşığa hayan kamança.
Aşığın gümüşdən gərək,
Başın gövhərlə bəzənə.
Qoluna şirmayı gərək
Çanağın sədəf gəzənə.
Şişin göz-göz edilə,
Qızıldan sim azdı sənə.
Qiymətini bilən yoxdur,
Ləl almazsan, kamança.
Kamanın tamam zərlənə,
Şölə çəkə min rəng ilə.
Tükün rəxşin quyruğundan,
Dillənəsən xoş ahənglə.
Sübhə kimi yatmayanı
Yatırırsan sən bəng ilə.
Şirin-şərbət, meylə dolu
Bir qızıl camsan, kamança.
Çalanını iki edir,
Gəlsin çay-qəhvə deyirsən.
Eyvanlarda qürurlanıb
Bələnim keyfə deyirsən.
Elə ki, vardın məclisə
Zövqü səfa istəyirsən.
Gözəllər dövrəni alar,
Toyun yarsısan, kamança.
Dərdli könlü güldürərsən,
Titrətmənin şəfasısan.
Avazını eşidəndə
Sevinir həmdəmin olan.
Ellərə çatdır dedilər:
"Min yaşasın səni çalan".
Sayat Novanın əlində
Sürərsən dövran, kamança.
</poem>
[[Kateqoriya:Müxəmməslər]]
[[Kateqoriya:Kamança]]
qeh29zfpw4ssqeefehbuhrkoaeo9t6p
97448
97447
2026-11-07T05:15:11Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Tərcümələr]] əlavə olundu [[VM:HC|HotCat]]
97448
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Kamança
| müəllif = Sayat Nova
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi = İlyas Tapdıq
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Sayat Nova. Tərtib edəni və redaktoru H. Araslı. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1963.
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Cəmi çalğıdan üstünsən,
Bilir anlayan, kamança.
Nakəslər bilməz qədrini,
Gen gəzər nadan, kamança.
Yaxşı günün qabaxladı,
Bularsan ad-san, kamança.
Əlimdən vermərəm səni,
Aşığa hayan kamança.
Aşığın gümüşdən gərək,
Başın gövhərlə bəzənə.
Qoluna şirmayı gərək
Çanağın sədəf gəzənə.
Şişin göz-göz edilə,
Qızıldan sim azdı sənə.
Qiymətini bilən yoxdur,
Ləl almazsan, kamança.
Kamanın tamam zərlənə,
Şölə çəkə min rəng ilə.
Tükün rəxşin quyruğundan,
Dillənəsən xoş ahənglə.
Sübhə kimi yatmayanı
Yatırırsan sən bəng ilə.
Şirin-şərbət, meylə dolu
Bir qızıl camsan, kamança.
Çalanını iki edir,
Gəlsin çay-qəhvə deyirsən.
Eyvanlarda qürurlanıb
Bələnim keyfə deyirsən.
Elə ki, vardın məclisə
Zövqü səfa istəyirsən.
Gözəllər dövrəni alar,
Toyun yarsısan, kamança.
Dərdli könlü güldürərsən,
Titrətmənin şəfasısan.
Avazını eşidəndə
Sevinir həmdəmin olan.
Ellərə çatdır dedilər:
"Min yaşasın səni çalan".
Sayat Novanın əlində
Sürərsən dövran, kamança.
</poem>
[[Kateqoriya:Müxəmməslər]]
[[Kateqoriya:Kamança]]
[[Kateqoriya:Tərcümələr]]
7qw4ea432lzrzbzwb8jdvlv4jiw837i
Sındırılan saz
0
32657
97453
93662
2026-11-07T05:17:21Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Saz]] əlavə olundu [[VM:HC|HotCat]]
97453
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Sındırılan saz
| müəllif = Mikayıl Müşfiq
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>
'''Proloq'''
Mənim qəhrəmanım bir gənc aşıqdı,
Çox acı günlərdə araya çıxdı.
Bağrına basdımı sədəf sazını,
Çəkərdi ölkənin, elin nazını.
Həyat səslənirdi onun səsində,
Üçtelli sazının coşqun səsində
Silsilə dağların suları çağlar,
Bəzən qərib-qərib bir könül ağlar.
Bəzən şaqır-şaqır bir quş ötərdi,
Aşıq olan yerdə elin nə dərdi?!
'''I'''
Yazdır, təbiətdə coşqun bir ahəng,
Dərələr rəngbərəng, dağlar rəngbərəng.
Hönkürub ağlayır göydə buludlar,
Yerdə gülümsəyir çiçəklər, otlar.
Baharın eşqilə çırpınır hər gənc,
Yazdır, gəlin kimi bəzənmiş Xələnc.
Havalar ilıqdır, sınmış soyuqlar,
Çıxmış seyrəngaha qızlar, çocuqlar,
Hər kəsin əlində bir gül dəstəsi,
Sağalar qoxlasa illər xəstəsi.
Qüssə buludları baxışlarında,
Bir söyüd altında, çay kənarında.
"Belə ayrılığa dözmək olurmu,
Bu qədər insanı üzmək olurmu,
Görən bu dağlardan Duman enərmi,
Mənimlə bir yerdə kölgələnərmi?"
Deyə, ürəyində düşünür Sərin,
Fikri qarşıdakı ormandan dərin.
Onun seyrangahı çayın qırağı,
Sular aynasıdır, yellər darağı.
Arxadan bir addım səsi yüksəlir,
Duman tövşüyərək tələsik gəlir.
'''D u m a n'''
Sərin, ay qız, Sərin!
'''S ə r i n'''
Sənmisən, aman!
Gün günorta çağı, ayıbdır, Duman,
Çıx get!
'''D u m a n'''
Qorxma, Sərin, bir kimsə yoxdur,
Bu qədər ürəyin niyə soyuqdur?
'''S ə r i n'''
Ayıbdır, ay Duman, görən nə söylər?
Bilsə anam məni, abırdan eylər.
'''D u m a n'''
Mən neçin tələsik bura yüyürdüm?
'''S ə r i n'''
Yetər ki, bir qədər uzünu gördüm.
'''D u m a n'''
Bəs haçan göruşək?
'''S ə r i n'''
Gecə gələrsən,
Burda, burda səni gözləyərəm mən.
Ey baba torpağı, ey köhnə Bərmək,
Çətindir şerimdə ruhunu görmək.
Düşmuş kitablara hansı mənzərən,
Bir sirr sandığıdır hər məchul dərən.
Xilqətin füsunlu həyəcanları,
Sevda məhəlləri, görüş anları,
Can kimi sevməli, görməli qızlar,
Gözləri binadan sürməli qızlar,
Gənclər ki, ruhları dağlar qarından,
Hissləri günəşin işıqlarından,
Həsrətli gundüzlər, sonsuz xülyalar.
İşıqlı gecələr, dadlı röyalar,
Göylərə sığmayan parlaq diləklər,
Ulduzdan ulduza uçan mələklər,
Bu ana torpaqdan uzaqlaşmalar,
Göylərdə ətirli qucaqlaşmalar,
Səhər yoldaşlara açılan yuxu,
Dağlara, daşlara saçılan duyğu,
Çoban bayatısı, Kərəm türküsü,
Bir öpüş üstündə bağlanan küsü,
Göz-gözə dəyəndə dəyişən hallar,
Yaxıcı hicranlar, sərin vüsallar,
Ələmdən, nəşədən axan göz yaşı.
Soyuq yanaqları yaxan göz yaşı.
İlk sevda cilvəsi, incə gülüşlər,
Uzaq ulduz kimi qönçə gülüşlər,
Yorğun maral kimi sakit baxışlar,
Bir öpüşdən daha kəskin baxışlar,
Dadlı əfsanələr, gerçək səhnələr,
Səndə nələr yoxdur, nələr, ah, nələr!..
Sən də açılmamış bir dəfinəsən,
Açarı qeyb olan bir xəzinəsən.
Yaranır incilər suda yağmurdan,
Almaz daş kömürdən, radi çamurdan.
Sənin də sərt qışın, yumşaq yazın var.
Oxuyan aşığın, deyən sazın var.
Gecədir, uyuyur dağlar, yamaclar.
Titrəyir yarpağı şehli ağaclar.
Ay göyün üzündə olduqca göyçək,
Parlayan hər ulduz sarı bir çiçək.
Almış təbiəti şirin bir yuxu.
Çağlayır havada səssiz bir qoxu.
Bir xəfif qanadlı ruzgar əsincə
Bu şirin yuxudan səksənir gecə.
Ötürüb köksünü Duman dərindən,
Dünyanın işıqlı cilvələrindən
Ruhlanıb, heyrətlə baxır göylərə,
Bu nə təntənədir, bu nə mənzərə!..
Dalmışkən seyrinə gözəlliklərin,
Burdən qarşısında boylanır Sərin.
'''D u m a n'''
Camalını görən, aya dalarmı?
Ulduzlar gözlərin kimi olarmı?
Gözlərin bəzənib süzməsin məni,
Bu qədər süzülüb üzməsin məni.
Qəm kəsib sinəmi budamaqdadır,
Neçin gözəl yarım bu damaqdadır?
'''S ə r i n'''
Mən səndən küsmüşəm, orda-burda
Niyə hər yetəni tərifləyirsən?
'''D u m a n'''
Ay Sərin, gözümdə, könlümdə sənsən,
Ulusum, oymağım, elim də sənsən!
Hər gün and içdiyim əziz başındır,
İlk bahar dediyim dolğun yaşındır
Mədh etdiyim çinar boyundur sənin,
Büllur axan sular soyundur sənin.
Dan yeri söyləsəm, açıq yaxandır,
Şəfəq – yanağında işıqlı qandır.
Qönçə gül dediyim gül dodağındır,
Yasəmən dediyim ağ buxağındır.
Gözəlsən, gözəldir hər işin sənin,
Əsən dan yelləri yerişin sənin.
Mən səni sevmişəm dünyada yalnız,
Sazımın telləri zülfündür, ay qız!
El də bilir Duman sevir Sərini,
Kim bəyənməz bu mehriban pərini?
Ağıllıdır, duyğuludur, gözəldir,
Başdan-başa bayatıdır, qəzəldir.
Kim əl çəkər bu dünyada yaxşıdan?!
Sarı Nəbi əl çəkdimi Yaxşıdan?!.
Hər aşiqin bir canana meyli var,
Hər Məcnunu dağa salan Leyli var.
Sinəsində məhəbbətin dağları,
Şirin dedi Fərhad çapdı dağları.
Yazıq Kərəm alış deyə, yan deyə,
Od içindən əl uzatdı Əsliyə.
Qərib irdi Şahsənəmə, şad oldu,
Yerlər, göylər dad ustündən, dad oldu!
'''II'''
Payızdır, bağçalar xəzələ dönmüş,
Təbiət bir solğun gözələ dönmüş.
Təbiətdir bizə şeir söylədən,
Yarpaqlar seçilməz sarı şölədən.
Bir kiçik nəfəs də onlara bəsdir,
Yaranmışın sonu bircə nəfəsdir.
Göy qəm dəryasına batmış sanırsan,
Buludlar qaşını çatmış sanırsan.
Gənclərin sevdiyi gözəl bahardır,
Fəqət hər mövsümün bir dadı vardır.
Xırmanlar döyülüb, yığılmış taxıl,
Fələk dedikləri o namərd paxıl,
Çiləyib yağışı, tökməmiş qarı,
Yarımdır çoxunun buğda anbarı.
Bir kəndli qəmlidir, bir kəndli şaddır,
Yenə bir tərəfdə toydur, büsatdır.
Qovuşmaq istəyir çünki yar yara,
Zurna-qaval səsi düşür dağlara.
Buna həsrət çəkir çox tamarzılar;
Biri başqasına övlad arzular.
Bir ana o birnə deyir qayğısız:
"Oğlundan, qızından görəsən, ay qız!"
Axşamdır, yolları bürümüş naxır…
Kölgəli yollarda toz göyə qalxır.
Axşamdır, ürəyi uçur Xaləncin,
Hər soyuq qocanın, hər isti gəncin
Çalıb-oynamağa şövqü, meyli var.
Çoxu qızışdırıb yenə söhbəti,
Toydur bu axşamkı çənə söhbəti.
Gəl, mənim aşığım gəl,
Məclis yaraşığım gəl!
Səsində el gücü var,
Yel gücü, sel gücü var.
Arxan elə bağlıdır,
Bülbül gülə bağlıdır.
Sözümün başı sənsən,
Gözümün yaşı sənsən.
Dağ məndə, duman səndə,
Dərd məndə, dərman səndə
Mənim ötkün səsimsən,
Ney olsam, nəfəsimsən.
El sədəfdir, sən inci,
Pis günümün sevinci.
Yanğın vardır, suya get!
Toydan çıxdın toya get!
Toğlular kəsilmiş, bir soyhasoydur.
Bu necə büsatdır, bu necə toydur?
Canım, çalan hanı, oxuyan hanı?
Kəsalət qaplayır burda insanı,
Yerində buz kimi donmuş qonaqlar,
Şəklənmiş mollaya sarı qulaqlar.
Deyir Molla Nəcəf tanrıdan, dindən,
Yeddi qat fələkdən, yerin dibindən,
Əlinin, Vəlinin şücaətini,
Həsənin, Hüseynin müsibətini,
Sayır ağladıqca, yaxıcı səslə,
Məclis də dinləyir onu həvəslə.
– Başımız getdi ki, ağzı yumulmuş…
Hardan gəlib çıxdı bu qara bayquş?
Çana doyduracaq bizi axırda.
Altdan-altdan bizə hələ baxır da,
Sanki marıtlayıb oğru bir pişik.
Biz toya gəlmişiк? Yasa gəlmişiк?
– Ay qız, yum ağzını, eşidər.
– Buraх!
Uzun danışmasın bəlkə bu sarsaq,
Bu necə toydur ki, deyib-gülən yoх?
Can kimi sallanıb bir suzulən yoх?
Qızlar böylə deyir. Eyni zamanda.
Hirsindən qovrulur gənclər bu yanda.
Mollanı duymayır, neyləsin çoban,
Zorlamı ağlasın zavallı insan?
Buna qurddan danış, qoyundan danış,
Başına gətrilən oyundan danış.
Nağıl aç köpəklə qurdun bəhsindən,
Danış sahiblərin haq kəsməsindən…
Danış yalnız keçən geçələrindən,
Anlasın dərindən, duysun dərindən.
Onun düşunduyü həyatı çağır,
Çıx, dağlar başından bayatı çağır.
Aşıq məclisinə çağır çobanı,
Ömrü yalnız keçən fağır çobanı.
Gəl, mənim dağımdan, dərəmdən danış,
Əslinin yolunda Kərəmdən danış,
Ürəyi kövrəlib, gözləri dolsun,
O da xəyalında yansın, kül olsun!
Budur, gənc aşığım girdi içəri,
Bərəldi mollanın paxıl gözləri.
"Bəli, bəli" deyib kəsdi sözünü,
Suçlu adam kimi boğdu özünü.
Yığıb abasının ətəklərini,
Zillədi bir səmtə bəbəklərini.
Dinib danışmadı tutulduğundan,
Çıxınca aşığın saz qoltuğundan
Dəyişdi qəlblərin həyəcanları,
İrişdi canana sanki canları.
'''B i r i'''
Aşıq, boş durmağın vaxtı deyildir.
Çalış, öz gücünü bu toyda bildir!
'''D u m a n'''
O şənlikdə, bu şənlikdə
Şirin-şirin dil mənimdir!
Ötmə, bayquş, çəmənlikdə
Mən bulbüləm, gül mənimdir!
Sənsiz könlüm ağlar mənim,
Göz yaşlarım çağlar mənim,
Fərhad olsam dağlar mənim,
Məcnun olsam çöl mənimdir!
Duman uymaz sarsaq sözə,
Məhəl qoymaz axmaq sözə,
Kim nə deyir bu sağ sözə,
Mən elinəm, el mənimdir!
Könül dənizləri dalğa-dalğadır,
Sanki sazın səsi bir qasırğadır;
Yelkən xəyalları almış önünə,
Sürür bir əsrarlı sonsuz ənginə.
Bu coşqun səsləri eşitməyən yox,
Bizdə, bilən bilir, bu səslər ən çox
Oyadır eşqini ölümsüzlüyün,
Həyatda bir qədər olunca küskün.
Bu səslər ürəyin ovunsun deyə,
Sürükləyir bizi əbədiliyə.
Bir də saz əzəli sənətimizdir,
Elin ruhu kimi səsi təmizdir.
Bunu saz səsinə dalanlar bilər,
Aşıqla baş-başa qalanlar bilər.
Ay keçir, il keçir, dolanır zaman,
Düşməyir kimsənin dilindən Duman,
Cana can eşidir o hər tərəfdən.
Kənd soyumuş kimi Molla Nəcəfdən,
Hörməti azalır el arasında,
Təkdir bayquş kimi xarabasında.
Evindən yığılıb gecə söhbəti,
Onun danışığı, bunun qiybəti.
Deməyir Kərbəla müsibətindən,
İndi insanların məhəbbətindən,
Qəlbindən dəm vuran aşıq Duman var,
Indi hər yığnaqda saz var, kaman var.
El də duyur, görür özünü bunda,
O, can çürütmüşdür sənət yolunda!
Şeirdir ömrünün şirin laylası.
Şeirdir düyünü, şeirdir yası.
Məndən sormayınız nəçidir Nəcəf,
Burda olmalıyam bir az bitərəf:
İşi, – bilən bilir, – miras yeməkdir,
Ara çaxnaşdırıb yalan deməkdir.
Fikri hər gələni qələmə vermək,
Pulunu gizlicə sələmə vermək.
Qışın çilləsində gəlir yazlığı,
Xalqa bəlli deyil danosbazlığı.
Buğdası anbarda bir neçə xalvar,
Zahirdə dövlətdən, maldan nəyi var:
Bir qarğı qələmi, bir qələmdanı,
Əlvan mürəkkəbi – göyərçin qanı.
Kaftar dərisinə duadır yazır,
Hər gun xəyalında bir qəbir qazır.
Ona söhbət açın elin şərindən,
Xoşdur vay xəbəri toy xəbərindən.
Onun yasdan yasa çəkilir adı,
Gözəllər telinə yazaraq cadı,
Yazıq ərkəklərə qurd yağı sürtür,
Hər açıq dəliyə başını dürtür.
Oxuyur arpaya ürəkdən isim,
Düzür hər küpəyə bir dürlü tilsim.
Durmuş fırıldaqla xalqın başında,
Piylənmiş göbəyi хеyrat aşında.
Yamandır son zaman Nəcəfin halı,
Dumanın hər yerdə ötkəm xəyalı
Çıxaraq yoluna bir əngəl kimi,
Durur qarşısında bir heykəl kimi.
Bu qara paltarlı, ağ başlı şeytan,
İtirmiş başını öz qorxusundan.
'''III'''
Qarlı, fırtınalı bir qış axşamı,
Sərinin atası yazıq Bayramı
Salmış molla Nəcəf dili altına:
– Bir yazığın gəlsin öz övladına,
Söylə, zurnaçıya qız verilirmi?
Bütün çalğıların kimsə bilirmi
Günah olduğunu? Cavab ver, cavab!
Özünə yaraşan bir kürəkən tap!
Ağzından süd iyi gələn bir uşaq,
Arvad saxlayacaq? Axmaqsan, axmaq!
Qızının layiqi ağa Dadaşdır.
Varlıdır, səxidir, hər yerdə başdır,
'''B a y r a m'''
Qızın meylini də sormaq gərəkmi?
Kim bilir, Dadaşı istəyəcəkmi?
Onun istədiyi, məncə, Dumandır.
'''N ə c ə f'''
Kökündən kəsərək atmaq asandır
Bir dal ki, sallana çölə divardan,
Qan çıxır o dalın verdiyi bardan.
Bir də ki, sən fağır, o, qolçomaqdır;
Verməsən, bir əngəl çıxaracaqdır.
'''B a y r a m'''
Xoşdur iki başdan olsa məhəbbət,
Bir başdan olursa, olur əziyyət.
Bir də hampa Dadaş bizdən uzaqdır;
Dadaş sərt adamdır, Sərin uşaqdır.
Eh, görək nə olur!..
Nə olacaqdır?
İşlər öz yoluna qoyulacaqdır.
Budur, Molla Nəcəf qarlı yolları
Qovdurub atını, eyləmiş yarı.
Gedir görüşməyə hampa Dadaşla
Gedir məsləhətə min bir təlaşla.
Eşib bığlarını Dadaş dinləyir,
Hirsindən qovrulub qəlbi inləyir.
'''D a d a ş'''
Məni rədd eyləmək, cürətə bir baх!
'''N ə c ə f'''
Qaçırmaq gərəkdir qızı, qaçırmaq!
Yoxdur bu işlərin başqa çarəsi,
Yoxsa kəndimizin o mehparəsi
Qismət olmayacaq sənə, yaxşı bil,
Yada Bayram kişi qız verən deyil.
'''IV'''
Camaat yuxudan erkən ayılmış;
Bəs bu xəbər nədir kəndə yayılmış?
Deyirlər: "Bu gecə bir atlı dəstə
Tökulmüş qəflətən Xələnçin üstə.
Bir qız qaçırmışlar? Kimin qızını?
"Aşığın mehriban adaxlısını,
Sərini, Sərini…" Nə yaman xəbər!
Nəcəf götürmuşdür yaxşı ölçülər,
Çağırıb Dumana verir məsləhət:
'''N ə c ə f'''
Al bu tapançanı, cəsarətlə get!
Öldür düşmənini, çıx bu ölkədən,
Bəlkə təmizlənsin adın ləkədən.
Hər yetən namusun qədrini bilməz,
Anadan keçilər, yardan keçilməz.
İnsanın qeyrəti hər şeydən başdır,
Sərini qaçıran hampa Dadaşdır.
'''D u m a n'''
Quşçulu Dadaşmı?
'''N ə c ə f'''
Bəli, quşçulu.
D u m a n
Ah, sənin… Bihəya, binamus oğlu!
'''N ə c ə f'''
Topla hövsələni, ağır ol bir az!
Özünü üzməklə heç bir şey olmaz.
Dadaşın əlində adaxlın əsir,
Bu halın hər kəsə etməkdə təsir.
Bu axşam Xələnçi tərk elə, get, get,
Harda düşmənini görsən, həlak et!
Dərd boğur, öldürür qoca Bayramı,
Getdi son ümidi, son sərəncamı.
Əməl bəslədiyi bir qızı vardı,
Onu da qaçırıb Dadaş apardı.
"Bir daha yaşamaq mənə ölümdür,
Bu nə vəhşilikdir, bu nə zülümdür?" –
Deyərək ağlayır zavallı Bayram,
Kimi var, Dadaşdan alsın intiqam?!
Yalqızlıq… hər dərddən bu dərd yamandır!
Qohumu-qardaşı ancaq Dumandır.
O kimdir, bu gecə atın belində,
Xızı dağlarının qarlı çölündə,
Yol kəsir ən iti bir xəyal kimi,
Əyilir, düzəlir beli dal kimi?
Sınırlı sovuruq, acıqlı çovğun
Onun duyğusuna, fikrinə uyğun.
Bir bax, mina kimi donuq göylərə,
Sınıb parça-parça tökülür yerə.
Yel əsir, qar yağır, qaranlıq yağır,
Nədir təbiətdə bu çığır-bağır?!
Onun bu qaçmadan nə dərdi varmış?
Gözündə qorxu yox, yaman çaparmış.
O çapır, qəlbində çılğın həvəslər.
Köhlənin ağzından çıxan nəfəslər
Havada buzlanır qırovlar kimi;
Köhlənin gözləri alovlar kimi.
O da külək kimi sovurur qarı,
Dərin dərələrdən çıxır yuxarı,
Qoy çapsın atını, intiqam alsın.
Qarı düşmənini yenib, kam alsın!
Kəndin mollası da ona get demiş,
Get öz düşmənini həlak et demiş.
O gedir, o çapır, o baxan deyil;
Kəlləsinə vuran qara qan deyil,
Qəlbinin qırılmış ilk sevdasıdır,
O bütün varlığa indi asıdır.
İndi aşığımın günahsız yarı,
Qolçomaq Dadaşın qabalıqları
Qəhrində əriyib sönür şam kimi,
Səhəri dumanlı bir axşam kimi…
Onu istəmədən gətirmiş Dadaş,
O zaman qiyamət edirmiş Dadaş.
Analar əlindən fəryada gəlmiş,
Bacılar diz çöküb, imdada gəlmiş.
Kimsəyi saymamış, vurmuş-dağıtmış,
Başları bədəndən qoparıb atmış.
İndi də aşığın qıymış yarına.
Keçirmiş Sərini ixtiyarına.
Dadaşın evində Sərin əsirdir,
Bu ev nəzərində zindanla birdir.
Şənlikdə olsa da qəlbi bağlıdır:
Bağrı lalə kimi qara dağlıdır.
Köküs qəfəsində kədərli bir quş
Döyünub, çırpınıb artıq yorulmuş.
Dumanın Sərini burada təkdir,
Qəlbi zəncirdədir, dili gödəkdir.
Xızının üstündən görünür Quşçu,
Dağların başında bir kənddir ki, bu,
Bu saat qar basmış, görünməyir heç;
Nolur, gözəl bahar gələcək er-gec,
Yenə şənlənəcək dağlar, dərələr.
Nə borandan əsər, nə qardan əsər,
Aləm məst olacaq gül qoxusundan,
Hər şey oyanacaq qış yuxusundan.
Sərinin bəxti də oyanacaqmı?
Altun şəfəqlərə boyanacaqmı?
Duman gecəyarı Quşçuya girdi;
Güclü qar sovurur, külək əsirdi.
Gəldi bir komanın önündə düşdü,
Yoldaşı Aydınla aşıq görüşdü.
– Bu gəlişim sənə bəllidir, Aydın…
Şübhəsiz, yerimdə sən də olsaydın,
Alardın Dadaşdan öcunü, əlbət,
O mənə göstərdi gücünü, əlbət.
Mən də öz gücümü göstərəcəyəm;
Onun bu zülmünə son verəcəyəm!
O mənim sonamı qapdı gölümdən.
İndi hampa Dadaş mənim əlimdən
Bir dağ olsa belə qurtula bilməz!
Allah da bilir ki, bu dərd çəkilməz!
Mənim qız Sərinim gəlin olsa da,
Bu dərdi daşımaq çətin olsa da,
Əzrayıl hökmü var könlümdə mənim,
Dadaş ölməlidir əlimdə mənim! –
Deyə səhər tezdən Duman geyindi,
Quş kimi sıçrayıb atına mindi.
Hər tərəfdə boran, hər tərəfdə qar,
Uçuşur qanında odlar, alovlar.
Ağzında natamam söz qırıqları,
Boğulur qəlbində hıçqırıqları.
Şərəfi tarimar, qəlbi tarimar,
Üzündən, gözündən ehtiras damar!
Dadaş atlı gedir aşağı kəndə,
Gedir kəndliləri salmağa bəndə.
Gedir verilməyən sələm dalınca,
Gedir lakin onun ədəm dalınca.
Bu işdən Dadaşın xəbəri yoxdur,
Üzündə bir təlaş əsəri yoxdur.
Budur, qarşıladı onu bir nəfər,
Qorxudan Dadaşı basdı vəhmələr,
Əl atmaq istədi yanına, ancaq,
Duman "Al!" deyərək açıldı çaxmaq.
Dadaş at üstündən özünü atdı.
Duman "Al!" deyərək, bir də boşaltdı.
Dadaş səndələyib yıxıldı yerə,
Vəhşi gözlərini yumdu göylərə.
Duman kəndə tərəf atını çəkdi;
O indi Sərinə yetişəcəkdi.
Sərinin Dadaşdan xəbəri yoxdur,
O ürəyidaşdan xəbəri yoxdur.
Bir dustaq nə bilir çöldə nələr var?
İndi əlçim-əlçim təpələyən qar
Burümüş Dadaşı bir kəfən kimi.
Dumanım Quşçuya yetişən kimi
Aydınla bir qədər edib məsləhət,
Sərini yanına gətirdi xəlvət.
'''D u m a n'''
Sərin, danış, Sərin! Ah, sənmi gəldin,
Ulduzdanmı düşdün, göydənmi gəldin?
Mehriban nişanlım, göyçək nişanlım,
Vəhşi ceyran kimi ürkək nişanlım,
Tuzağın necədir, genişmi, darmı?
Burdan qurtarmağa ürəyin varmı?
Sərinin əndamı əsdi yel kibi;
Döndü göyərçinə, titrədi qəlbi.
Əydi gözəl-gözəl qərib başını,
Süzdü gözlərinin büllur yaşını.
Köksü dalğa kimi qalxıb enərək,
İpək kirpikləri incilənərək,
Sızladı ürəyi bir kaman kimi,
Dağınıq saçları bir duman kimi…
'''D u m a n'''
Gedirsənmi?
'''S ə r i n'''
Aşıq, bu nə sorğudur?
Mənim də ən böyük diləyim budur.
Ancaq qorxuram ki, bir əngəl çıxar.
'''D u m a n'''
Bu fikri könlündən, Sərin, gəl çıxar!
İndi hampa Dadaş qar altındadır,
Buzlanmış qarların alt qatındadır.
'''S ə r i n'''
O, səhər getmişdi aşağı kəndə.
'''D u m a n'''
Bəli, vurdum onu yoldan keçəndə,
Bu gecə gedirik, kimsə bilməsin.
Bura gəlməyin də hiss edilməsin.
'''S ə r i n'''
Hara gedəcəyiк?
'''D u m a n'''
Yaradan bilir.
Neçin gözlərindən yaşlar sərpilir?
Dağlara, daşlara, çöllərə doğru;
Burdan uzaq-uzaq ellərə doğru.
Qalın meşələrin, boz dumanların,
Kahların, suların və yarğanların
Qoynunda tanrının azmıdır yeri,
Dəyərmi görməyə bu dinsizləri?
Hər iki mehriban Xələncə çatdı;
Aşığım ölmədi, diri qayıtdı.
Döşünə düşmədi mollanın bu iş,
Dedi: "Zalım oğlu yamanca şeymiş!"
Dedi: "Nə eybi var, gedər sürgünə,
Bir ölumdən daha betər sürgünə.
Nə qədər soyuqdur darısqal qəbir,
O qədər soyuqdur o geniş Sibir".
"Duman, doğrudan da cəsarətin var.
Quvvətin, qudrətin, məharətin var.
Bil ki, şəriətlə qız Dadaşındı;
Neyləyim, sənin də can yoldaşındı.
Sizə kəbin kəsmək doğru deyildir,
Burda etməlisən azacıq səbir".
Deyərək, Dumanı rahat edərkən,
Yazdı pristava bir kağız erkən.
Baxınız, Quşçuda böyuk bir təlaş…
Duman tərəfindən vurulmuş Dadaş.
Mahal pristavı, şişman kəndxuda,
Dadaşın qardaşı, qohum-əqrəba.
Sürdulər atları Xələncə sarı.
Acıqlı gözləri, sərt baxışları
Yanırdı, cəhənnəm kimi yanırdı,
Hirsli ürəkləri alovlanırdı.
Duman tutulmuşdur. Qoca Bayramın
Koması önündə kinli bir yığın.
Dadaşın qardaşı çıxmış özündən,
Gəlir qan qoxusu hər bir sözündən.
Bayram dil çıxarıb yalvarır ona:
– Uşaqdır, Sərini bağışla mana.
O, qız xaylağıdır, günahı varmı?
Tifil bir insanı vurmaq olarmı?
Təkəm, Sərinədir ümidim ancaq;
Məni öldürünüz Sərindən qabaq!
Pristav qabağa atılıb həmən:
– Canım, ölmüşləri öldürməklə sən
Adını batırma, bəri gəl, bəri,
Vurub zingildətmə bu köpəkləri,
Deyərik, Bayramdan həzər etdilər.
Aşığı qabağa salıb, getdilər…
Mehriban aşığım, hara gedirsən?
Hansı iqlimlərə səfər edirsən?
Neçin, neçin sənin bağlıdır qolun?!
Uzaqmı səfərin, uzunmu yolun?
Bizim dağlarımız qalsa Dumansız,
Olmazmı nəşəsiz, olmazmı cansız?!
Sənin bu firqətin kədərlidir çox,
Dalınca su atıb, güzgü tutan yoх!
Lakin hönkür-hönkür ağlayır bir kənd,
Kəsilmiş ruhları ney kimi bənd-bənd.
Çox keçmədən yenə gələcək bahar,
Əriyəcək qarlar, coşacaq sular.
Onlar da səninçün ağlayacaqdır,
Lalələr köksünü dağlayacaqdır.
Darğın bənövşələr boynu burulu,
Əlvan çiçəklərin gözləri dolu,
Onlar da jalədən yaşlar tökəcək,
Quşlar ağaclarda fəğan çəkəcək.
Güllərin üstündə bülbülün ahı
Şeh kimi donacaq hər yaz sabahı.
Sular daşdan-daşa başını vurub,
Söyüdlər küsküncə boynunu burub,
Hicran dumanları çöküb dağlara,
Həsrət kölgələri düşüb bağlara,
Əsrarlı ormanlar düşünəcəkdir,
Qəlbi buludların döyünəcəkdir.
Gecə ay doğacaq, rəngi sapsarı,
Göylərin sayrışan şux ulduzları
Buluddan buluda süzüləcəkdir,
Sənsiz taqətləri uzüləcəkdir!
Düşərkən gecələr bu yerdən qaçaq,
Gunəş yaxasını yırtıb çıxacaq.
Göylərin yolçusu durna qatarı
Suzəcək suzdüyün dumanlıqları.
Tərlanlar qonaraq daşlı dağlara,
Kəkliklər yığışıb gur bulaqlara,
Sonalar çaylarda səni anacaq,
Yanacaq, hamının içi yanacaq.
Sızlayıb axacaq yetim dərələr,
Səni axtaracaq bu mənzərələr…
– Getdi, yaman getdi, dərbədər oldu;
O çox zaman mənə dərdi-sər oldu.
On il! Bir igidin ömrüdür on il.
O ki bir də geri qayıdan deyil, –
Deyə Molla Nəcəf gülümsəyirdi.
Ötürüb köksünü "Getdi!" deyirdi.
Ey baba torpağı, ey köhnə Bərmək!
Çətindir şerimdə ruhunu görmək.
Sənin də hər dağda bir macəran var,
Işıqlı baxtın var, sönən çıran var.
Ömrün səksəkəli keçən uyğusu,
Yaşayış həvəsi, ölüm qorxusu,
Sənin də çəkdiyin ağır zülümlər,
Haqsız işgəncələr, haqsız ölümlər,
Sənin də içdiyin qan piyaləsi,
Qulaq asmadığın bacı naləsi,
Sənin də qaynayan ehtirasların,
Bitib-tükənməyən uzun yasların,
Yarımçıq toyların, düyünlərin var,
Ağır qandalların, surgünlərin var.
'''V'''
Bu dağlardan Duman getdi,
Yaman gəldi, yaman getdi.
Hansı uzaq bir diyarda
Yastığı buz, döşəyi qar,
Qapısını tufan açar.
Ata, ana, qardaş, bacı
Yol gözləyir acı-acı,
Hamı küsmüş sevincinə,
Ana dönmüş göyərçinə.
Yol üstünə qonar, ağlar.
Dərdlərini sanar, ağlar.
Gələn çoxdur, Duman yoxdur.
Gəlməyinə güman yoxdur.
Hələ Sərin, hələ Sərin,
Ürəyində dərdi dərin.
Canı tordur, özü avçı,
Savçı gərək burda, savçı!..
O zamandan üzü gülməz,
Tor çürüyür, tərlan gəlməz.
Ağlama, ağlama, Sərin, ağlama!
Gününü xoş keçir, qara bağlama!
Böyük bir sabaha bəslə umudlar,
Nədəndir başında oynar buludlar?
Gözündən mirvari yaşları süzmə,
Dumandan boş yerə əlini üzmə!
Ya bu gün, ya sabah gələcək Duman,
Dumanın gəldiyi yollara qurban!
Gələcək, səsində ellərin səsi,
Dağların, daşların, sellərin səsi.
Gözdən getməyəcək bir xəyal kimi,
Uçacaq dağlarda bir qartal kimi.
Gələcək, qəlbində yeni duyğular,
Yeni döyüntülər, yeni arzular,
Bayramdır – çarlığın üç yüz illiyi,
Hər yanda vəhşətin əzazilliyi.
Bu gün səadətə bir qara gündür,
Bu gün fəlakətə toydur, dügündür.
Tikənlər açılıb, çiçəklər solmuş,
Qonmuşdur bülbülün yerinə bayquş.
Bu gün ümidlərin söndüyü gündür,
Şərbətin ağıya döndüyü gündür.
Kamanlar ürəkdir, ürəklər kaman,
Ölum hökmürandır, zulüm qəhrəman.
Bu gündən zəncirlər döyülmüş mətin,
Sağlığın əsli yox, əminlik çətin.
Cəhlin əllərində qılınc görürsən,
Ağlın ayağında qara bir tikən.
Ayaqlar altında sərt bir uçurum,
Başların üstündə toz, duman, qurum…
Bayramdır – çarlığın üç yüz illiyi,
Hər yanda vəhşətin əzazilliyi.
Duman bu bayramda azad olundu,
Quş qəfəsdən uçub çəmənə qondu.
Bir gün Duman gəldi çıxdı,
Yenə işi aşıqlıqdı.
Nə işi var onda-bunda,
Bir sazı var qoltuğunda.
Qəlbi sədəf, sözləri dür,
Dinləyəni düşündürür.
El içində adı şirin,
Söhbətinin dadı şirin.
Candan keçir bu məclisdə,
Bu məclisdə, o məclisdə.
Sözündə yox saxta, boya,
Toydan çıxıb, gedir toya,
Eşqə gəlir, çoşa gəlir,
Söylədiyi xoşa gəlir.
Uşaq kimi özü oynaq,
Sazı oynaq, sözü oynaq.
Birdən keçir saz boynuna,
Heyran qalır baxan buna.
Sinəsi dəftər kimidir,
Sözləri xəncər kimidir.
Cahan onda, can ondadır,
Tor onda, tərlan ondadır.
Hər sorğuya cavabı var,
Hər ürəyə xitabı var.
Ayrılıq aradan çıxıb sovuşmuş,
Dumanım Sərinə artıq qovuşmuş.
Fəqət bu vüslətdə bir acılıq var,
Xəzan bağçasından bir dərdli ruzgar
Keçib inildərkən solğun bir budaq,
Yaxud çatır-çatır yanıb bir ocaq
Sızlarkən, ağlayıb Duman hönkürür,
Sanır ki, bu saat Sərin öksürür.
Dumanın Sərini vərəmli, əvət,
Yemiş ürəyini çəkdiyi həsrət.
Sormayın, Sərini incitdilərmi?
Sərinin çəkdiyi başa gələrmi?!
Uzaq təbiətdən, uzaq günəşdən,
Uzaq ürəyində yanan atəşdən,
Sevərkən duyduğu sövdadan uzaq,
Dirilikdən uzaq, dünyadan uzaq,
Hər göz qədəhindən bir zəhər içdi,
Hər zaman üzündə ağladı, keçdi.
Onun siyah saçı buludlar kimi,
Sürdü gəncliyini ixtiyar kimi.
Uzun illər boyu acı qorxular,
Dərin faciələr, ağır uyğular.
Onda, zavallıda can qoymamışdır,
Solğun yanağında qan qoymamışdır.
'''VI'''
Bu axşam Nəcəfə qonaqdır Duman,
Yenə söhbət gedir dindən, tanrıdan.
Məclisdə Xələncin ağsaqqalları,
Ruhlarda qiyamət ixtilalları.
'''N ə c ə f'''
Duman, burax sazı, deyirəm buraq!
Yamanca sənətdi bu, gözdən iraq.
Neçə yol demişəm, deyirəm yenə;
Çox da bu dünyanın uyma rənginə.
Düşün, bu sənətin yaman sənətdir;
Bu sənət tanrıya bir məsiyətdir.
Bundadır çəkdiyin bunca müsibət,
Ver sazın yerinə ruhuna ziynət.
Qorxun yoxmu sənin məhşər günündən?
Bu şeytan işini burax bu gündən;
Bir az da axirət qayğısına qal.
Peyğəmbər demişmi Quranda: saz çal?
Onda ki, mizrabı telə vurursan,
Əlinin üzünə sillə vurursan.
Mən bilirəm, sənin gözəl təbin var,
Hərgah ürəyində bir mətləbin var,
Otur mərsiyə de məhərrəmidə.
Cəhənnəm qəmi də, cənnət qəmi də
O zaman büsbütün fikrindən çıxar;
Onsuz da behiştdə nə istəsən var:
Mehtab, rübab, çəmən, min bir fərişqə,
Kim getmək istəməz belə behiştə?!
Büllur qədəhlərdə şərab dalğası,
Eh, bu dünya nədir, sərab dalğası!
Keçək cəhənnəmə, "ləzzət" burda var!
Bir yanda əjdaha, bir yanda şahmar.
Qızğın alovların qələyanları,
Əməlləri saleh olmayanları
Orda özün kimi üryan görərsən,
Qaynar tiyanlarda büryan görərsən.
Yasaq əməllərdən qəlbin pak olsun.
Yaxan haqq yolunda çaki-pak olsun!
Burax, Duman, burax bütpərəstliyi,
Bu məlun sənəti, bu sərməstliyi!
Ürəyin tanrıdan niyə xalıdır?
Bu şeytan əməli qırılmalıdır!
'''B i r q o c a'''
Aşıq, gözəl düşün, molla haqlıdır.
Onun bu sözləri çox maraqlıdır.
Oğlum, sənin hələ doludur başın,
Qiyamət günündən yoxdur təlaşın.
Bizim dövranımız qəflətlə keçdi,
Məsiyətlə keçdi, zillətlə keçdi.
Çıxdıq anlamadan haqqın yolundan,
Qaçdıq şəriətin qaravulundan.
Nəcəf deyən kimi, bu sazı unut,
Namazını qılıb, orucunu tut.
Bizim boynumuzda günah bir yığın,
Barı olsun sənin o dünyalığın.
'''N ə c ə f'''
Bir də eliyirəm məsləhət sənə:
Burda dar keçəcək məişət sənə.
Yenə düşmənlərin axtarır məqam,
Qorxuram alalar səndən intiqam.
Yığış, get şəhərə, yoxsa Dadaşgil
Əl çəkib yaxanı buraxan deyil.
Dumanın məclisə: – Çox gözəl! – deyə,
Başladı ürəyi bərk döyünməyə,
Boynunu buraraq çıxdı dişarı,
Gecənin son bahar qaranlıqları
Içindən keçərək evə yetişdi,
Özü bilməyirdi bu iş, nə işdi.
"Şəhərə getməkmi?" – Soraraq Duman,
Düşünür qəlbində…
Ey aşıq, dayan!
Şəhərdə işmi var? Şəhər müztərib;
Dolaşıb şəhəri sən qərib-qərib,
Qara qış qapını aldığı zaman,
Boran pəncərəni çaldığı zaman,
Şaxtalar havanı qoyunca darda,
Sular asılırkən navalçalarda,
Qara, sıxıntılı gecələr boyu,
Almaq istədiyin şirin yuxuyu
Vurub dağıdacaq bir qarlı çovğun,
Ərşə çəkiləcək soyuqdan yuxun,
Dişin bir-birinə çarpıb dəyincə,
Gömgöy ayaqların gizildəyincə,
Bir odun parçası tapmayacaqsan.
Orda da bir yuva yapmayacaqsan!
Yapsan da vücudun mərmərlənərkən,
Onu pəncərəndən içəri girən
Gecə nurlarilə canlatmaq olmaz,
Dərdini deməklə anlatmaq olmaz!
Çəkilib xəlvətə Duman ağlayır,
Sanki dağ döşünə duman ağlayır.
Ağlayır, Sərini çünki can verir,
Məhəbbət yolunda imtahan verir.
– Bağışladı sizə ömrünü Sərin, –
Derkən molla Nəcəf, ürəkdən dərin
Bir ah çəkib Duman, qəlbi sıxıldı,
Özündən gedərək yerə yıxıldı.
Köhnə məzarlıqda bir ağlaşma var,
Qazılır ortada bir dərin məzar.
Çəkdiyi dərdləri, musibətləri,
Uzun həsrətləri, məşəqqətləri
İndi yerli-dibli unutmuş Sərin;
Ölüm dərmanıdır ağır dərdlərin.
Həmən molla Nəcəf, ağ başlı şeytan
Oxuyur əlində bir zərli Quran.
Dumansa ağlayır səssiz kənarda.
Sərinin xəyalı batır sularda:
"Yenə könül düşdü dərdə,
Böylə imiş yazım mənim.
Uçdu getdi, daha bir də
Qayıtmaz şahbazım mənim!
Məni hicran aldı yenə,
Yanar oda saldı yenə.
Ürəyimdə qaldı yenə
Sözüm mənim, arzum mənim!
Duman deyər, haqqa sığın,
Onsuz heçdir insanlığın.
Gunahım var yığın-yığın,
Qoy qırılsın sazım mənim!"
Deyə, ürəyində aşıq yanırdı,
Yandıqca gözləri yağmurlanırdı.
'''VII'''
O, yatmaq istəyir, yata bilməyir.
Bir xəyal gözündən heç çəkilməyir, –
Mollanın tanrıya yaxın xəyalı.
Duşünur yataqda, dəyişir halı,
Bir zindan kəsilmiş ruhuna dünya,
Gəmirir beynini bir qara xülya.
Payız küləyi də döyür qapını,
Bir əl ürəyinin qırır sapını.
Vəhmə basır onu, tər basır onu,
Ağır düşüncələr əzir ruhunu.
Qalxaraq yandırır qara çırağı,
Qorxusundan əsir əli-ayağı.
Divardakı saza ilişir gözü,
"Doğrudur, doğrudur mollanın sözü.
O mənə çox demiş, çox söyləmişdir,
Bu haqqa üsyandır, bu, günah işdir", –
Düşünüb xəyala dalır bir ara;
"Bir də, bir də mənə Sərindən sora,
Söhbət nə gərəkdir, saz nə gərəkdir?!
Ürəkdən çıxmayan söz nə gərəkdir?!."
Deyə, alıb sazı dişarı çıxdı,
Onun xəzəl kimi rəngi qaçıqdı.
Sanki işləmişdi böyük bir günah,
Qopdu ürəyindən bir yanıqlı ah
Daldan qopan sarı bir yarpaq kimi;
Alışdı gözləri bir çıraq kimi.
Bir göylərə baxdı, bir saza baxdı,
Ruhunda bir açıq şimşəyi çaxdı.
Üzündə, gözündə dərin bir həzər,
Baxıb saldı saza acı bir nəzər.
"Doğrudan beləmi? Saz yasaqmıdır?
Yarın sorğu-sual olacaqmıdır?
Əlbəttə, olacaq, buna sözmü var?"
Başında dolaşıq böyük suallar,
Gözundə çəhənnəm-cənnət qorxusu,
İnkirin-minkirin çətin sorğusu…
Amandır, sazını sındırma, aşıq,
Onu bir yar kimi bağrına bərk sıx!
Səni aldatmasın sözü mollanın,
Səni götürməyir gözü mollanın.
O, xalqın ruhudur, ona toxunma,
Elin təmiz duyğusuna toxunma!
Ürək telləridir onun telləri,
Güldürən, ağladan odur elləri.
Xəstələr can bulur onun səsindən,
Bir şəfəq süzülüb hər nəğməsindən,
Qaranlıq ruhları işıqlandırır,
Hər sönük baxışda bir od yandırır…
Həyatın ahəngi ahənginlə bir;
Düşün ki, mollanın gördüyü tədbir
Həm sənə, həm elə böyük ziyandır,
O gözəl sazını qırma, amandır!
Onu "qır!" deyənin insafı yoxmu?
Bu yazıq ellərə bir saz da çoxmu?!
Tutub əldə sazı düşünür aşıq,
Onun ruhu kimi gecə qaranlıq.
Anlaya bilməyir öz kədərini,
Ay yırtır gecənin ətəklərini,
Sazın üzərinə bir işıq düşür.
Aşıq baxır saza, üzü pörtüşür.
Ağaclar səslənir, küləklər əsir,
Baxıb donuq-donuq, onu dərd kəsir
Xışıldayan dallar deyir: "Xoş deyil,
Mollanın öyudü sənə boş deyil".
"Boşla başındakı bu düşüncəni,
Aldatmasın qara fikirlər səni!" –
Səslənərkən keçən yaxındakı çay
Axıb şırıl-şırıl deyir ki: "Hay, hay…
O gözəl sazını qırma, xoş deyil,
Mollanın öyüdü sənə boş deyil!"
Göyün qapıları açılır tay-tay,
Göstərir üzünü sarı saçlı ay,
O da sanki ona gülüb çəkilir.
Aşığın gözləri saza dikilir.
Xayır, o saf qəlbli, məhzun xəyallı
Aşığım bu saat qəmli, məlallı.
Sazı sındıracaq bir hala gəlmiş,
Fəqət ruhunda bir əziz titrəyiş,
Onun qarşısında bir iri daş var,
Uçur gözlərində qorxunc xəyallar.
Sındırmaq istədi, yenə bir sual
Gözündə, könlündə dayandı dərhal:
"Neçin!" Neçinlərə artıq məhəl yox.
"Sənin günahın çox, məsiyətin çox".
Düşündü bir qədər, daldı bir qədər,
Qəlbində qorxulu ağır bir kədər.
"Eh!" deyib, sazını daşlara çaxdı,
Sonra həzin-həzin göylərə baxdı.
Sağır göy altında gələrək vəcdə,
Sonsuz bir heçliyə eylədi səcdə.
Ey baba torpağı, ey köhnə Bərmək!
Çətindir şerimdə ruhunu görmək.
Sənin də torpaqda qaynayan dizin,
Acıqlı lənətin, alovlu qeyzin,
Şeytanın, mələyin, üzrün, günahın,
Yer üzundə ağan, göydə Allahın,
Sənin də dərd çəkən insanların var,
Qırılan sazların, kamanların var!
O gündən bir mahal qaldı aşıqsız,
Könüllər işıqsız, gözlər işıqsız.
Xələncdə kədərli bir hərəkətlə
O gündən məscidə üz qoydu kutlə.
O gundən Nəcəfin könlü açıldı,
Gözlərdən od kimi yaşlar saçıldı.
Nəcəfin məclisi boşaldı, doldu;
Kəndlilər büsbütün aşıqdan oldu.
O gündən sarıqlı çıxdı ərsəyə,
Yaxşı rəvac tapdı növhə, mərsiyə.
Hətta pul yığaraq, tədbir tökdülər,
Yenidən bir gözəl məscid tikdilər.
Ellərin şənliyi keçdi aşıqsız,
Könüllər işıqsız, gözlər işıqsız?
'''VIII'''
Uçdu oylağından tərlanım mənim,
Çəkildi dağlardan Dumanım mənim
Gəldi, iş dalınca şəhərə gəldi,
Ağır dərdlərindən xəbərə gəldi.
İşlədi Naftalan mədənlərində.
İşçi dostlarına günün birində
Danışdı dərdini aşığım mənim,
Yenidən parladı işığım mənim.
"Biçarə, sadədil, zavallı aşıq,
Danışma bu sözü, danışma artıq!
Mollanın sözünə niyə uyurdun?
Niyə öz sazını daşlara vurdun?
Məqsədi bəllidir onun bu işdə,
Yaxşı qazanmışdır məlun bu işdə."
Deyərək aşığı başa saldılar,
Yenidən Dumana bir saz aldılar.
O gündən gəzərək ellər içində,
Dəyişib bu uzun illər içində,
Dağlardan aşığın gəlir avazı,
İşçilər diriltdi ölən bir sazı.
Bir az, qəhrəmanım, məni də dinlə!
Mən ki əzəl gündən dostam səninlə.
Müzlüm ümmanından çıxdın o kəndin;
Sən onu vaxtilə sevdin, bəyəndin.
Çayır quşlarına döndü düşüncən,
Sənlə faydalandı hər gəlib keçən.
Sən bunu bilmədin, sonra anladın:
Saya keçmişini söyüb, danladın.
Sonra onlar sənə gör nələr etdi;
Sevgilin də getdi, sazın da getdi.
İndi qabaqdadır yeni döyüşlər,
Çağırır sazını, səni doyüşlər!
Yenə haraylayır təbiət səni,
Həyat, mübarizə, məişət səni.
Sazını qaytardı işçilər sana,
Aşıq, oxusana, aşıq, çalsana!
Aşıq, işçilərin sazıdır bu saz,
Döyüşlərdən çıxan bu saz qırılmaz!..
'''ЕPİLOQ'''
Mənim saz dediyim o deyil fəqət,
O, təhqir olunan bir mədəniyyət,
Qırılan bir könül, dərdli bir xəyal,
Insanın çəkdiyi dərin bir məlal,
Çeynənən bir şərəf, susan bir ağız,
Ayrılan qurbanı – vərəmli bir qız,
Bir ana şivəni, bir el qayğusu,
Bir el şairinin təmiz duyğusu
Və onunla gedən bir öcəşmədir,
Bir quru səhradan çıxan çeşmədir.
</poem>
[[Kateqoriya:Şeirlər]]
[[Kateqoriya:Saz]]
s3j7ouzdymbr3joekavppk0iadb1v74
Kaman
0
33012
97450
94426
2026-11-07T05:16:14Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Kamança]] əlavə olundu [[VM:HC|HotCat]]
97450
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Kaman
| müəllif = Həsən Riyazi
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = <ref>{{Cite book |url=https://turuz.com/book/title/Edebi+Korpu-Ayliq+Edebi+Dergi-Yay-35-Ci+Say-Shiir+Dergisi-Hesen+Riyazi%28Ildirim%29-Sexavet+Izzeti-Latin-Ebced-2021-32s |title=Başın sağ olsun Azərbaycan! Azərbaycan ədəbiyyatının ildırımı susdu. |publisher=Ədəbi körpü jurnalı |year=2021 |pages=18 |language=az}}</ref>
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Yenə dilə gəlmiş qara kamança
Dinir nur çiləyir ay şafağı tək.
Kamandan süzülən əlvan nəğmələr
Canıma sarılır göy qurşağı tək...
Müsiqi qanadlı qaranquş qəlbim
Könül budağından uçmaq istəyir.
Qonur xəyalimin yaz ölkəsinə
Novruzun qapısın açmaq istəyir.
Könüllər səsini, ürək səsini
Kaman tellərində dinləyirəm mən.
Hər yana baxıram arzu istəkdi
Baharla görüşür bu doğma vətən.
Zamanın tellərin oxşayır insan
Arzular səslənir ulduzlar kimi.
Ürəklər boşalır, ürəklər dolur
Günəşli, buludlu ilk bahar kimi.
Bayram axşamında, bayram gecəsi
Mən vətən eşqilə doluyam-dolu.
Arzular sayrışır, dan ulduz tək
Ürəyimdən keçir səhərin yolu
</poem>
[[Kateqoriya:Şeirlər]]
[[Kateqoriya:Kamança]]
f5d8gsnzqvogf5zzbozmdjccadxj4wq
Kateqoriya:1960-cı ildə musiqi
14
34144
97443
2026-11-07T04:27:04Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikianbar kateqoriyası|Music in 1960}} [[Kateqoriya:1960-cı ildə incəsənət|Musiqi]] [[Kateqoriya:İllərinə görə musiqi]] [[Kateqoriya:1960-cı illərdə musiqi]]" məzmunu ilə yaradıldı
97443
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|Music in 1960}}
[[Kateqoriya:1960-cı ildə incəsənət|Musiqi]]
[[Kateqoriya:İllərinə görə musiqi]]
[[Kateqoriya:1960-cı illərdə musiqi]]
ige5ypksxk2c9l0wcmaevkj40i59w3e
Kateqoriya:Balaban
14
34145
97457
2026-11-07T05:20:20Z
Araz Yaquboglu
734
Səhifə "[[Kateqoriya:Nəfəsli musiqi alətləri]] [[Kateqoriya:Azərbaycan musiqi alətləri]] [[Kateqoriya:İran musiqi alətləri]]" məzmunu ilə yaradıldı
97457
wikitext
text/x-wiki
[[Kateqoriya:Nəfəsli musiqi alətləri]]
[[Kateqoriya:Azərbaycan musiqi alətləri]]
[[Kateqoriya:İran musiqi alətləri]]
bq7rcty4ipiveyk4msbbv0s4fgakdo9