Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.48.0-wmf.4
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Cana, sən candan nə kim, gəlsə cigərlər ağrımaz
0
22528
97474
94737
2026-11-13T00:05:50Z
Şirxanova
12957
durğu işarələri, hərflər və mürəkkəb sözlərin yazılışı.
97474
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = İmadəddin Nəsimi
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = {{cite book |url=http://turuz.com/az/book/title/Min+Be%C5%9F+Y%C3%BCz+Ilin+O%C4%9Fuz+%C5%9Eeiri+Antolojyas%C4%B1+-+Nazim+Ibrahimov |archiveurl=https://ia601503.us.archive.org/25/items/MinBeshYuzIlinOguzSheiriAntologiyasiNazimIbrahimov/Min_Besh_Yuz_Ilin_Oguz_Sheiri_Antologiyasi_Nazim_Ibrahimov.pdf |archivedate=2017-07-08 |title=Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. |author=Anar |date=1999 |publisher="Azərbaycan" |accessdate=2017-07-08 |language=az |location=Bakı |isbn=}}
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Canə sən candan nə kim gəlsə, cigərlər ağrımaz,
Həq bilir, bir zərrə neştərdən damarlar ağrımaz.
Şəha, mehrindənmidir, ya aşinalıqdanmıdır,
Cismimi sər ta qədəm min gəz yararlar, ağrımaz.
Fitvasından zahidin nahəq məni gər soyalar,
Qəm degil səndən, şəha , görcək damarlar ağrımaz.
Zahidin əfsanəsindən soydular nahaq məni,
Həq bilir səndən, şəha, sahibnəzərlər ağrımaz.
Şişəmi çün daşə çaldım, həqqi izhar eylədim,
Çeşmi-əhvəl ağrıdan arifbəsərlər ağrımaz.
Zahidin bir barmağın kəssən, dönər, həqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.
Cəhli-namərdin qaçan meydan günündə yeri var,
Ər bilir meydan qədrin kim, qədərlər ağrımaz.
Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin,
Bunca namərdi görün, bir ər qıyarlar, ağrımaz.
</poem>
[[Kateqoriya:Qitələr]]
b8psdny6hupa3hx5rh4fby9g7b7w52k
97475
97474
2026-11-13T00:17:26Z
Şirxanova
12957
Səhifənin məzmunu 'HELLO BABY💅🏻' yazısı ilə dəyişdirildi
97475
wikitext
text/x-wiki
HELLO BABY💅🏻
lequy3mqqy0d6w3p1m1hz7jt9aoz30p
Kateqoriya:Populyar psixologiya
14
30976
97471
89332
2026-11-12T16:31:21Z
Nemoralis
4574
[[Kateqoriya:Kütləvi mədəniyyət]] silindi; [[Kateqoriya:Populyar mədəniyyət]] əlavə olundu [[VM:HC|HotCat]]
97471
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|Popular psychology}}
[[Kateqoriya:Psixologiya]]
[[Kateqoriya:Populyar mədəniyyət|psixologiya]]
s23yoxm8dsct0nazxxnxbswe4x1otj4
Kateqoriya:Kütləvi mədəniyyət
14
30986
97469
89353
2026-11-12T16:31:00Z
Nemoralis
4574
[[Kateqoriya:Populyar mədəniyyət]] səhifəsinə istiqamətləndirilir
97469
wikitext
text/x-wiki
#İSTİQAMƏTLƏNDİRMƏ [[Kateqoriya:Populyar mədəniyyət]]
bmsmrvagvpfs3486e7mkp5rzr93jw32
Kateqoriya:İnternet mədəniyyəti
14
31008
97470
89406
2026-11-12T16:31:11Z
Nemoralis
4574
[[Kateqoriya:Kütləvi mədəniyyət]] silindi; [[Kateqoriya:Populyar mədəniyyət]] əlavə olundu [[VM:HC|HotCat]]
97470
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|Internet culture}}
[[Kateqoriya:İnternet|Mədəniyyət]]
[[Kateqoriya:Kompüter mədəniyyəti]]
[[Kateqoriya:İnformasiya cəmiyyəti]]
[[Kateqoriya:Populyar mədəniyyət]]
[[Kateqoriya:Kiberboşluq]]
38sncq20d9ujjudce843yw1pihoz22g
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə
0
34153
97472
2026-11-12T19:44:31Z
Arçil xan Günəşsoylu
4001
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
97472
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə
| müəllif =
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 2026
| qeydlər =
| mənbə = https://president.az/az/articles/view/74690
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra "İştirakçılar" adlandırılacaq),
İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 23 fevral 1994-cü il tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və 21 iyul 1998-ci il tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xatırlayaraq, ikitərəfli əlaqələrin gücünü, dərinliyini və dinamizmini qəbul edərək, qarşılıqlı hörmətə, ortaq maraqlara və praktik əməkdaşlığa əsaslanan münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq üçün ortaq qətiyyətlərini ifadə edirlər.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, eləcə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiqliklərini bir daha təsdiqləyərək.
8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətini vurğulayaraq və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarını alqışlayaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə davamlı dəstəyini bir daha təsdiqləyir.
Güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın hər iki İştirakçı üçün uzunmüddətli sabitlik və rifahın vacib təməlləri olduğunu qəbul edərək.
Hər iki tərəf davamlı tərəfdaşlıqların etimad, açıqlıq və güclü insanlararası əlaqələr üzərində qurulduğunu tanıyaraq, uzunmüddətli artım və rəqəmsal transformasiya üçün təməl kimi təhsil, elm, innovasiya və bacarıqlar sahəsində praktik əməkdaşlığın vacibliyini təsdiqləyir. İştirakçılar həmçinin icmalarla birbaşa əlaqənin qarşılıqlı faydasını tanıyır və bu Tərəfdaşlığın məqsədinə çatan layihə və proqramları dəstəkləməyi öhdələrinə götürürlər.
İştirakçılar aşağıdakı anlaşmaya gəldilər:
I. Müdafiə və Təhlükəsizlik
İştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidləri yayındımaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər.
Onlar yüksəksəviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsuna sadiq qalacaq və qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirəcəklər.
İştirakçılar təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslər də daxil olmaqla müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracaqlar.
Onlar artan təhlükəsizlik çağırışlarına və təhdidlərinə cavab olaraq geniş spektrli təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığı gücləndirəcəklər.
Bundan əlavə, İştirakçılar qanunun aliliyini və institusional dayanıqlılığı gücləndirmək üçün hüquq-mühafizə orqanları arasında gücləndirilmiş tərəfdaşlıq və sərhəd idarəçiliyi, eləcə də məhkəmə və hüquqi əməkdaşlığını formalaşdıracaqlar.
Onlar həmçinin maraqların uzlaşdığı çoxtərəfli platformalarda beynəlxalq sülhə və təhlükəsizliyə birgə töhfə verərək əməkdaşlıq etmək niyyətlərini təsdiqləyirlər.
II. Ticarət, İnvestisiya və Artım
İştirakçılar ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək, eləcə də davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımı təşviq etmək ambisiyalarını ortaq qəbul edirlər.
Onlar bərpa olunan enerji, infrastruktur və xidmətlər də daxil olmaqla, prioritet sektorlar üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, bilik mübadiləsini və qarşılıqlı fəaliyyəti asanlaşdırmaqla, eləcə də hər iki iqtisadiyyatda iş yerləri, bacarıqlar və dəyər yaradan bizneslərarası əlaqələri təşviq etməklə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı gücləndirəcəklər.
İştirakçılar regional və beynəlxalq bağlantıların vacibliyini vurğulayır və sərhədyanı ticarət və investisiyaları asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələri ilə yanaşı, Orta Dəhlizin inkişafını da dəstəkləyəcəklər.
Onlar iqlim dəyişikliyinə davamlılığı, dayanıqlığı və sıfır hədəflərinə doğru irəliləyişi, eləcə də enerji təhlükəsizliyini dəstəkləmək məqsədilə bərpa olunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar da daxil olmaqla təmiz enerji keçidi üzrə əməkdaşlıq edəcəklər.
İştirakçılar, davamlı investisiya, ticarət maliyyəsi, KOB-ların artımı və yaşıl maliyyələşdirməni dəstəkləmək məqsədilə müvafiq orqanlar və maliyyə qurumları arasında dialoq vasitəsilə maliyyə və kapital bazarlarında əməkdaşlığı dərinləşdirmək imkanlarını araşdıracaqlar. Onlar, müvafiq qanunlarına və qaydalarına uyğun olaraq, maliyyə sektorunun dayanıqlığını, şəffaflığını və beynəlxalq bazarlara çıxışını gücləndirən bilik mübadiləsini və institusional əməkdaşlığı asanlaşdıracaqlar.
İştirakçılar iqtisadi, ticarət və investisiya əməkdaşlığını, həmçinin texniki dialoqu stimullaşdıran mexanizmi kimi Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın roluna xüsusi əhəmiyyət verirlər. Onlar bundan investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüsləri irəlilətmək üçün əsas platforma kimi istifadə edəcəklər.
III. Təhsil və İnnovasiya
İştirakçılar təhsilin, elmin, tədqiqatın və innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın vacib amilləri, eləcə də müasir, rəqabətə davamlı və inklüziv iqtisadiyyatların təməli olduğunu qəbul edirlər.
Onlar artan əmək bazarı və idarəetmə ehtiyaclarına cavab olaraq, ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də icraedici və dövlət sektorunda təlim də daxil olmaqla, təhsil və bacarıqların inkişafı sahəsində əməkdaşlığı dərinləşdirəcəklər.
İştirakçılar, bacarıqların inkişafı, şəffaflıq və inklüziv artıma diqqət yetirərək, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi vasitəsilə də rəqəmsallaşdırma, inkişafda olan texnologiyalar və həyat elmləri sahələrində əməkdaşlıq edən universitetlər, tədqiqat institutları və sənayeləri arasında tərəfdaşlıq da daxil olmaqla, tədqiqat, innovasiya və texnoloji əməkdaşlığı təşviq edəcəklər.
İştirakçılar iki vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşmanı, mədəni əlaqələri və uzunmüddətli əməkdaşlığı təşviq edən insanlararası mübadilələri və peşəkar şəbəkələri həvəsləndirəcəklər.
Yekun müddəalar
İştirakçılar bu Bəyannamənin üç istiqaməti üzrə irəliləyişi nəzərdən keçirmək, gələcək əməkdaşlıq üçün prioritetləri müəyyən etmək və gedişatın praktiki izlənilməsi üzrə razılığa gəlmək məqsədilə illik Strateji Tərəfdaşlıq görüşləri keçirmək barədə anlaşmaya gəldilər.
Bu Bəyannamə çərçivəsində əməkdaşlıq resursların mövcudluğuna tabe və İştirakçıların müvafiq qanun və qaydalarına uyğun olacaqdır.
Dublin şəhərində12 noyabr 2026-cı ildə hər iki mətn bərabər autentik olmaqla Azərbaycan və ingilis dillərində iki əsl nüsxədə qəbul olunmuşdur.
İLHAM ƏLİYEV
Prezident
Azərbaycan Respublikası
ENDİ BÖRNHAM
Baş nazir
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
qeyscdhpp9urmouh9d3f07cvx49xe80
97473
97472
2026-11-12T19:46:27Z

[[Kateqoriya:Bəyannamələr]]
rutu2xncl8mgpyxnmqvfuxn4zs9pkl8