Wikimedia Foundation Governance Wiki
foundationwiki
https://foundation.wikimedia.org/wiki/Home
MediaWiki 1.48.0-wmf.3
first-letter
Media
Special
Talk
User
User talk
Wikimedia
Wikimedia talk
File
File talk
MediaWiki
MediaWiki talk
Template
Template talk
Help
Help talk
Category
Category talk
Resolution
Resolution talk
Legal
Legal talk
Minutes
Minutes talk
Policy
Policy talk
Endowment
Endowment talk
Agenda
Agenda talk
Archive
Archive talk
Memory
Memory talk
Committee
Committee talk
Campaign
Campaign talk
TimedText
TimedText talk
Module
Module talk
Translations
Translations talk
Translations:Policy:Universal Code of Conduct/18/az
1198
84527
599635
546913
2026-11-08T10:42:51Z
Nemoralis
87104
Undid revision [[Special:Diff/546913|546913]] by [[Special:Contributions/Federi02|Federi02]] ([[User talk:Federi02|talk]])
599635
wikitext
text/x-wiki
Bütün Vikimedia layihələrində, saytlarında və tədbirlərində davranış hörmət, mədənilik, kollegiallıq və həmrəylik üzərində qurulacaq. Bu, yaşa, əqli və ya fiziki qüsurlara, fiziki görünüşünə, milli, dini, etnik və mədəni mənşəyinə, sosial təbəqəsinə, dilin səlis danışıqlığına, cinsi oriyentasiyasına, gender kimliyi, cinsi və ya karyera sahəsinə əsaslanan gözləntilər olmadan, bütün töhfə verənlər və iştirakçılarla qarşılıqlı əlaqədə olan hər kəsə aiddir. Vikimedia layihələrində və ya hərəkatındakı mövqe, bacarıq və ya nailiyyətlərə görə heç bir istisna edilməyəcək.
og9l3j95rppe7q1z0gl65ny5fd35u0q
Policy:Universal Code of Conduct/az
106
84540
599636
546914
2026-11-08T10:42:51Z
Nemoralis
87104
Undid revision [[Special:Diff/546913|546913]] by [[Special:Contributions/Federi02|Federi02]] ([[User talk:Federi02|talk]])
599636
wikitext
text/x-wiki
<noinclude>
<languages />{{DISPLAYTITLE:Vikimedia Fondunun Universal Davranış Kodeksi}}
{{Help translate/Universal Code of Conduct}}
</noinclude>
{{policy-board|note=[[Special:MyLanguage/Resolution:Approval of a Universal Code of Conduct|Fondun İdarə Heyətinin qərarına]] əsasən, Universal Davranış Kodeksi (UDK) bütün Vikimedia layihələrinə və saytlarına, eləcə də Fondun fəaliyyətlərinə, o cümlədən ev sahibliyi etdiyi tədbirlərə və maliyyələşdirdiyi və ya digər resurslarla dəstəklədiyi tədbirlərə şamil edilir.|nosidebar=true}}
{{Universal Code of Conduct/Header|active=1}}

== Universal Davranış Kodeksi niyə var? ==
Biz mümkün qədər çox insana Vikimedia layihələrində və məkanlarında fəal iştirak etmək, hər kəsin bütün bəşəri biliklərin cəmini paylaşa biləcəyi dünya haqqında vizyonumuza çatmaq üçün səlahiyyətlər verməyə inanırıq. İnanırıq ki, töhfə verən icmalarımız mümkün qədər müxtəlif, əhatəli və əlçatan olmalıdır. Biz bu icmaların onlara qoşulan (və qoşulmaq istəyən) hər kəs üçün müsbət, təhlükəsiz və sağlam mühit olmasını istəyirik. Biz bu Davranış Kodeksini qəbul etməklə və lazım gəldikdə yeniləmələrə yenidən baxaraq, onun belə qalmasını təmin etməyə sadiqik. Həmçinin, biz layihələrimizi məzmunu zədələyən və ya təhrif edənlərdən qorumaq istəyirik.
Vikimedia missiyasına uyğun olaraq, Vikimedia layihələrində və məkanlarında iştirak edən hər bir kəs:
* Hər kəsin bütün biliklərin cəmində sərbəst şəkildə paylaşa biləcəyi bir dünya yaratmağa kömək etməli
* Qərəzdən qaçacaq qlobal cəmiyyətin bir hissəsi olmalı
* Bütün işlərdə dəqiqliyə və yoxlanıla bilən olmağa çalışmalıdır
Bu Universal Davranış Kodeksi (UCoC) gözlənilən və qəbuledilməz davranışla bağlı minimal təlimatlar toplusunu müəyyən edir. Bu, onlayn və oflayn Vikimedia layihələri və məkanları ilə qarşılıqlı əlaqədə olan və onlara töhfə verən hər kəsə aiddir. Buraya yeni və təcrübəli şəxslər, layihələrdəki funksionerlər, tədbir təşkilatçıları və iştirakçıları, təşkilatların əməkdaşları və idarə heyəti üzvləri, Vikimedia Fondunun əməkdaşları və idarə heyətinin üzvləri daxildir. Bu, bütün Vikimedia layihələrinə, texniki məkanlara, fiziki və virtual tədbirlərə, həmçinin aşağıdakı hallara aiddir:
* Şəxsi, ictimai və yarı-ictimai qarşılıqlı əlaqələr
* İcma üzvləri arasında fikir ayrılığının müzakirəsi və həmrəyliyin ifadəsi
* Texniki inkişaf məsələləri
* Məzmun töhfəsinin aspektləri
* Təşkilatların/icmaların xarici tərəfdaşlarla təmsil olunması halları

== 1 – Giriş ==
Universal Davranış Kodeksi bütün dünyada Vikimedia layihələrində əməkdaşlıq üçün əsas davranış xəttini təmin edir. Burada minimum standart kimi sadalanan meyarları qoruyaraq yerli və mədəni konteksti nəzərə alan siyasətlər hazırlamaq üçün icmalar buna əlavələr edə bilər.
Universal Davranış Kodeksi heç bir istisna olmadan bütün Vikimediaçılara eyni dərəcədə şamil edilir. Universal Davranış Kodeksinə zidd olan hərəkətlər sanksiyalarla nəticələnə bilər. Bunlar təyin edilmiş funksionerlər (yerli kontekstinə uyğun olaraq) və/yaxud platformaların qanuni sahibi kimi Vikimedia Fondu tərəfindən qoyula bilər.

== 2 – Gözlənilən davranış ==
Hər Vikimediaçı, istər yeni, istərsə də təcrübəli, icma funksioneri, iştirakçı və ya WMF idarə heyətinin üzvü və ya işçisi olsun, öz davranışına cavabdehdir.
Bütün Vikimedia layihələrində, saytlarında və tədbirlərində davranış hörmət, mədənilik, kollegiallıq və həmrəylik üzərində qurulacaq. Bu, yaşa, əqli və ya fiziki qüsurlara, fiziki görünüşünə, milli, dini, etnik və mədəni mənşəyinə, sosial təbəqəsinə, dilin səlis danışıqlığına, cinsi oriyentasiyasına, gender kimliyi, cinsi və ya karyera sahəsinə əsaslanan gözləntilər olmadan, bütün töhfə verənlər və iştirakçılarla qarşılıqlı əlaqədə olan hər kəsə aiddir. Vikimedia layihələrində və ya hərəkatındakı mövqe, bacarıq və ya nailiyyətlərə görə heç bir istisna edilməyəcək.

=== 2.1 – Qarşılıqlı hörmət ===
Biz bütün Vikimediaçıların başqalarına hörmət göstərməsini gözləyirik. İstər onlayn, istərsə də oflayn Vikimedia mühitlərində insanlarla ünsiyyətdə biz bir-birimizə qarşılıqlı hörmətlə yanaşacağıq.
Buraya aşağıdakılar daxildir, lakin onlarla məhdudlaşmır:
* '''Empatiya göstərin.''' Qulaq asın və müxtəlif mənşəli Vikimediaçıların sizə nə demək istədiklərini anlamağa çalışın. Vikimediaçı olaraq öz anlayışınıza, gözləntilərinizə və davranışlarınıza meydan oxumağa və uyğunlaşdırmağa hazır olun.
* '''Xoş niyyətli olun və konstruktiv redaktələrlə məşğul olun;''' töhfələriniz layihənin və ya işin keyfiyyətini artırmalıdır. Nəzakətlə və vicdanla rəy bildirin və qəbul edin. Tənqid həssas və konstruktiv şəkildə çatdırılmalıdır. Başqalarının layihələri birgə təkmilləşdirmək üçün burada olduğuna dair başqa sübutlar olmadığı halda, bütün Vikimediaçılar xoş niyyətli düşünməlidirlər, lakin bu, zərərli təsir göstərən bəyanatlara haqq qazandırmaq üçün istifadə edilməməlidir.
* '''İstifadəçilərin özlərini adlandırma və təsvir etmə tərzinə hörmət edin.''' İnsanlar özlərini təsvir etmək üçün xüsusi terminlərdən istifadə edə bilərlər. Hörmət əlaməti olaraq, dil və ya texniki cəhətdən mümkün olduqda, bu insanlarla və ya onlar haqqında ünsiyyət qurarkən bu terminlərdən istifadə edin. Məsələn:
** Etnik qruplar başqaları tərəfindən tarixən istifadə edilən addan çox, özlərini təsvir etmək üçün xüsusi addan istifadə edə bilərlər;
** İnsanların öz dillərində sizə tanış olmayan hərfləri, səsləri və ya sözləri ehtiva edən adları ola bilər;
** Fərqli adlar və ya əvəzliklərdən istifadə edərək müəyyən cinsi oriyentasiya və ya gender kimliyi ilə eyniləşdirən insanlar;
** Xüsusi fiziki və ya əqli qüsuru olan insanlar özlərini təsvir etmək üçün xüsusi terminlərdən istifadə edə bilərlər
* Şəxsi görüşlər zamanı biz hər kəsi salamlayacağıq və bir-birimizin seçimlərini, sərhədlərini, həssaslıqlarını, adət-ənənələrini və tələblərini nəzərə alaraq və hörmətlə yanaşacağıq.

=== 2.2 - Nəzakətlilik, kollegiallıq, həmrəylik və yaxşı vətəndaşlıq ===
Biz aşağıdakı davranışların artması üçün çalışırıq:
* '''Mədənilik''' insanlar, o cümlədən yad insanlar arasında davranış və danışıqda nəzakətdir.
* '''Kollegiallıq''' ortaq bir səylə məşğul olan insanların bir-birinə göstərdiyi səmimi dəstəkdir.
* '''Qarşılıqlı dəstək''' və '''yaxşı vətəndaşlıq''' Vikimedia layihələrinin məhsuldar, xoş və təhlükəsiz məkan olmasını və Vikimedia missiyasına töhfə verməsini təmin etmək üçün fəal məsuliyyət daşımaq deməkdir.
Buraya daxildir, lakin bunlarla məhdudlaşmır:
* '''Mentorluq:''' Yeni gələnlərə öz yollarını tapmağa və əsas bacarıqları əldə etməyə kömək etmək.
* '''Digər töhfə verənlərə kömək etmək:''' Dəstəyə ehtiyac duyduqları zaman onlara kömək edin və Universal Davranış Kodeksinə uyğun olaraq gözlənilən davranışa uyğun olmayan şəkildə rəftar olunduqda onlar üçün danışın.
* '''Digərlərinin gördüyü işləri tanıyın və istinad edin:''' Onlara kömək və işlərinə görə təşəkkür edin. Onların səylərini qiymətləndirin və lazım olan yerdə istinad verin.

== 3 – Gözlənilməyən davranış ==
Universal Davranış Kodeksi icma üzvlərinə pis davranışi müəyyənləşdirməyə kömək etmək məqsədi daşıyır. Vikimedia hərəkatı daxilində aşağıdaki davranışlar qəbuledilməz hesab olunur:

=== 3.1 – Təqib ===
Bu, ilk növbədə bir insanı qorxutmaq, qəzəbləndirmək və ya incitmək məqsədi daşıyan hər hansı davranış daxildir. Qlobal, mədəniyyətlərarası mühitdə ağlabatan bir insanın dözəcəyindən artıq olarsa, bu davranış artıq təqib hesab edilə bilər. Təqib tez-tez, xüsusilə həssas vəziyyətdə olan insanlara qarşı emosional zorakılıq formasında olur və qorxutmaq və ya utandırmaq məqsədilə iş yerləri, dostlar və ailə üzvləri ilə əlaqə saxlamağı əhatə edə bilər. Bəzi hallarda, tək bir halda təqib sayılmayan davranış təkrarlama yolu ilə təqibə çevrilə bilər. Təqibə aşağıdakılar aiddir, lakin bunlarla məhdudlaşmır:
* '''Təhqir:''' Buraya ad qoyma, ləkələmə və ya stereotiplərdən istifadə və şəxsi xüsusiyyətlərə əsaslanan hücumlar daxildir. Təhqir, zəka, görünüş, etnik mənsubiyyət, irq, din, mədəniyyət, kast, cinsi oriyentasiya, cinsiyyət, əlillik, yaş, milliyət, siyasi mənsubiyyət və ya digər xüsusiyyətlər kimi qəbul olunan xüsusiyyətlərə aid edilə bilər. Bəzi hallarda təkrarlanan istehza, sarkazm və ya aqressiya ayrı-ayrı bir şey verməsə də, birliktə təhqir kimi qiymətləndirilə bilər.
* '''Seksual taciz:''' İstənilməyən cinsi diqqət və ya başqalarına qarşı hər cür irəliləyiş.
* '''Təhdidlər:''' Fiziki zorakılıq, ədalətsiz və əsassız nüfuza zərər və ya mübahisədə qalib gəlmək və ya kimisə öz istədiyiniz kimi davranmağa məcbur etmək üçün hüquqi tədbirlə hədə-qorxu gəlmə.
* '''Başqalarına zərər verməyə təşviq etmək:''' Bu, başqasını özünə zərər vurmağa və ya intihar etməyə təşviq etmək, eləcə də kimisə üçüncü tərəfə şiddətli hücumlar etməyə təşviq etməkdən ibarətdir.
* '''Şəxsi məlumatların açıqlanması (Doksinq):''' digər töhfə verənlərin ad, iş yeri, fiziki və ya e-poçt ünvanı kimi şəxsi məlumatlarının onların açıq razılığı olmadan Vikimedia layihələrində və ya başqa yerlərdə paylaşılması və ya layihələrdən kənar onların Vikimedia fəaliyyətinə dair məlumatların paylaşılması.
* '''İzləmə:''' layihə(lər) üzrə bir şəxsi izləmək və onu əsəbləşdirmək və ya ruhdan salmaq məqsədi ilə onun işini dəfələrlə tənqid etmək. Ünsiyyət və maarifləndirmə səylərindən sonra problemlər davam edərsə, icmalar onları müəyyən edilmiş icma prosesləri vasitəsilə həll etməli ola bilər.
* '''Trollamaq:''' Söhbətləri qəsdən pozmaq və ya qəsdən təhrik etmək üçün pis niyyətlə yazılar paylaşmaq.

=== 3.2 – Səlahiyyətdən, imtiyazdan və ya təsir gücündən sui-istifadə etmək ===
Sui-istifadə real və ya qəbul edilən səlahiyyət, imtiyaz və ya təsiretmə gücü mövqeyində olan birinin digər insanlara qarşı hörmətsiz, qəddar və/yaxud zorakı davranışla məşğul olduğu zaman baş verir. Vikimedia mühitlərində bu, şifahi və ya psixoloji təhqir formasını ala bilər və təqiblə üst-üstə düşə bilər.
* '''Funksionerlər, rəsmilər və işçilər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə:''' başqalarını qorxutmaq və ya hədələmək məqsədilə, təyin edilmiş funksionerlərin, habelə Vikimedia Fondunun və ya Vikimedia təşkilatlarının rəsmilərinin və əməkdaşlarının sərəncamında olan səlahiyyət, bilik və ya resurslardan istifadə.
* '''Stajdan və əlaqələrdən sui-istifadə:''' Başqalarını qorxutmaq üçün öz vəzifəsindən və nüfuzundan istifadə etmək. Biz hərəkatda əhəmiyyətli təcrübəsi və əlaqələri olan insanlardan xüsusi olaraq diqqətli davranmalarını gözləyirik, çünki onların ədavətli şərhləri gözlənilməz reaksiya verə bilər. İcma səlahiyyətinə malik olan insanların etibarlı hesab edilmək üçün xüsusi imtiyazları var və onlarla razılaşmayan başqalarına hücum etmək üçün bundan sui-istifadə etməməlidirlər.
* '''Psixoloji manipulyasiya:''' Mübahisədə qalib gəlmək və ya kimisə sizin istədiyiniz kimi davranmağa məcbur etmək məqsədi ilə kiminsə öz qavrayışlarına, hisslərinə və ya anlayışlarına şübhə ilə yanaşmağa səbəb olmaq.

=== 3.3 - Layihələrin məzmunun vandalizmi və sui-istifadəsi ===
Qərəzli, yalan, qeyri-dəqiq və ya uyğun olmayan məzmunun qəsdən təqdim edilməsi və ya məzmunun yaradılmasına (və/və ya saxlanmasına) mane olmaq, əngəl törətmək və ya başqa şəkildə mane olmaq.
Buraya aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:
* Müvafiq müzakirə və izahat verilmədən hər hansı məzmunun təkrar özbaşına və ya əsassız çıxarılması
* Faktların və ya nöqteyi-nəzərlərin konkret təfsirinə üstünlük vermək üçün məzmunun sistematik şəkildə manipulyasiya edilməsi (həmçinin mənbələrin etibarsız və ya bilərəkdən yalançı göstərilməsi və redaksiya məzmununun düzgün tərtib edilməsi üsulunun dəyişdirilməsi yolu ilə)
* Hər hansı formada nifrət nitqi və ya ayrı-seçkilik ifadəsi, kimliyinə və ya şəxsi inanclarına görə ayrı-ayrı şəxslərə və ya qruplara qarşı təhqiramiz, alçaldıcı, nifrətin təhrik edilməsi
* Ensiklopedik istifadə kontekstindən kənarda başqaları üçün narahatedici və ya zərərli olan simvolların, şəkillərin, kateqoriyaların, teqlərin və ya digər məzmun növlərinin istifadəsi. Buraya marjinallaşdırmaq və ya kənarlaşdırmaq məqsədi daşıyan məzmuna sxemlər tətbiq etmək daxildir.
<noinclude>
[[Category:Universal Code of Conduct{{#translation:}}| ]]
</noinclude>
myzf6fcsywx9zaomu7teut508j00zha
Translations:Policy:Terms of Use/Page display title/ms
1198
198328
599637
590363
2026-11-08T11:41:38Z
Barieng
386375
599637
wikitext
text/x-wiki
Melayu Sarawak
9k0758a0zdkl8ygtgp9058m3bvpdr4p