Vikikitab
azwikibooks
https://az.wikibooks.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.47.0-wmf.4
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikikitab
Vikikitab müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Resept
Resept müzakirəsi
Vikiuşaq
Vikiuşaq müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Azərbaycan dili/Fonetik norma
0
5673
45647
31525
2026-05-28T16:12:49Z
~2026-31850-83
13112
45647
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = [[../]]
| müəllif =
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki = [[../|../]]
| növbəti = [[../|../]]
| il =
| qeydlər =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
Söz ümumxalq dilində müxtəlif cür işlənsə də, ədəbi dildə, əsasən, bir variantda işlənir, tələffüz olunur və yazılır. Sözün ədəbi dildəki tələffüz variantı orfoepik norma adlanır. Bu normalar orfoepiya lüğətində əks olunur. Sözün ədəbi dildəki yazılış variantı orfoqrafik norma adlanır. Bu normalar dövlət tərəfindən təsdiq olunur və orfoqrafik lüğətlərdə təsbit edilir. Bu normalar dilimizin fonetik hadisələrini, xüsusən ahəng qanununu nəzərə almaqla müəyyən olunur.
Ədəbi dilin səs sistemi də normalar əsasında tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son hecasının ahənginə uyğun olaraq onlara qoşulur. Əgər binalar, anam, almaq, gəlmək kimi sözlərdə şəkilçilər bunalər, anəm, almək, gəlmax şəklində işlədilirsə, bu, fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi tərkibində e, o, ö saitləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, gəler, alacek kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. [[Azərbaycan dili]]nə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər o`xu, da`ha, ba`şla, a`rzu, i`sim, si`fət kimi tələffüz olunursa, yaxud mənəvi, mavi, vadar (etmək) kimi sözlərin birinci hecasındakı qısa tələffüz olunursa bu da fonetik normadan uzaqlaşmadır.
İnsan ünsiyyəti yazılı və şifahi formada həyata keçirir. Hər adam çalışır ki, onun yazısı və oxusu orfoqrafik-orfoepik qayda-qanuna uyğun gəlsin. Hər bir azərbaycanlının əsas vəzifəsi ədəbi dilə yiyələnmək, onun leksik, qrammatik, orfoqrafik və orfoepik normalarını öyrənməkdir. Həmişə kitab tələffüzü canlı dilin tələffüzünün incəliyinə və gözəlliyinə maneçilik törədir. Çoxları ömrü boyu bu yanlış tələffüz üslubundan yaxa qurtara bilmir. Bir sıra sözlərin kitab tələffüzü quru və sxematik görünür. Belə sözləri canlı danışıq nitqinə uyğun tələffüz etmək məqsədə uyğundur. Məsələn, ikinci şəxsin cəmini bildirən –sınız şəkilçisi –sız kimi tələffüz olunur. Nəqli keçmiş zaman şəkilçisindən ş samiti düşür: atmışsınız – atmısız.
Orfoqrafiya yazı sisteminin inkişaf etmiş və zəruri hissəsidir. Orfoqrafiya dilin yazıda vahid formada əks etdirilməsini təmin edən qaydalar sistemi, orfoepiya isə şifahi nitqin səslənməsini formalaşdıran tələffüz normalarının toplusudur. Hər dilin öz orfoqrafiya qaydaları və orfoepiya normaları mövcuddur. Orfoqrafiya sözlərin yazılışını, sözlərin sətirdən-sətrə keçirilməsini, durğu işarələrinin işlədilmə qaydalarını, orfoepiya isə ədəbi tələffüz normalarını öyrənir. Yüksək yazı mədəniyyəti ancaq orfoqrafiya qaydalarının sabitliyi, möhkəmliyi və xəlqiliyindən asılıdır.
Müasir ədəbi dilin yazılı və şifahi formaları (orfoqrafiya və orfoepiya) arasında yaxınlıq əvvəlki illərə nisbətən artmışdır. Son onilliklərdə şifahi ədəbi dillə yazılı dil arasında intensiv yaxınlaşma, qarşılıqlı təsir, bir-birinə təmasetməha güclü müşahidə olunur.
Yazı qaydalarının tələffüzə münasibətini üç əsas qrupa ayırmaq olar: 1) yazılışı birbaşa tələffüzünə görə müəyyənləşən söz və morfemlər; 2) yazılışı dolayı tələffüzünə görə müəyyənləşməyən söz və morfemlər; 3) yazılışı tələffüzünə görə müəyyənləşməyən söz və morfemlər.
Sözlərin deyilişi ilə yazılışı arasında tam eyniyyət və ya oxşarlıq ola bilməz. Obrazlı desək, yazı tələffüzü əks etdirən güzgüyə çevrilə bilməz, tələffüz isə yazını eynilə əks etdirməyə qadir deyil.
Orfoqrafiya ilə orfoepiya arasında qarşılıqlı əlaqə, ümumi uyğun cəhətlər olsa da, fərqli cəhətlər də var: 1) orfoqrafiya dilin yazıda vahid formada əks etdirilməsini təmin edən qaydalar sistemidir, orfoepiya isə şifahi nitqin səslənməsini formalaşdıran vahid tələffüz normalarının toplusudur; 2) orfoqrafiya “belə deyir, lakin belə yazılır”, orfoepiya isə “belə yazılır, lakin belə tələffüz olunur” prinsipinə əsaslanır; 3) orfoqrafiya ilə orfoepiya arasında fərq orfoepiyanın xüsusiyyətləri ilə bağlıdır: əsas prinsip tələffüzdə ağırlıq törədən, kobud səslənən, dilin ahəngini pozan cəhətlərdən qaçmaq, asanlıqla tələffüz edilən, zərif, incə və gözəl səslənən cəhətləri saxlamaqdan ibarətdir. Məsələn, ala idi, gələ idi formasına nisbətən alaydı, gələydi formasının tələffüzü asandır, diləyatımlıdır, danışığa zəriflik, incəlik gətirir; 4) orfoepiya ümumxalq danışıq xüsusiyyətlərinə yol verir; 5) orfoepiyada saitlərin uzun və ya qısa tələffüzünün xüsusi əhəmiyyəti var; 6) şəkilçilərin tələffüzündə ahəngə uyğunluq gözlənilməlidir; 7) şifahi tələffüzdə səsdüşümü və səsuyğunluğu hadisələrinə yol verilir.
Səslərin düzülüşü və ənənəvi deyiliş forması norma kimi qəbul edilməlidir. Bü-tün bunlar fonetik normanı səciyyələndirən cəhətlərdir. Azərbaycan ədəbi dili-nin fonetik norması dedikdə, ilk növbədə, dilin tələffüz (orfoepik) və yazılı (orfoqrafik) normaları başa düşülür. Televiziya dili şifahi ədəbi dilə əsaslandığı üçün burada orfoepik normanın gözlənilməsi təbii haldır. Orfoepik norma pozuntusu ekran nitqində daha çox müşahidə olunur. Ekranda orfoepik norma sözün, ifadənin düzgün tələffüz edilməsini tənzim edir.
Milyonların tribunası sayılan televiziyada nitq qüsurları yol verilməzdir.Televiziyadilində x' səsindən əksər aparıcılar, müxbirlər istifadə etmirlər. Bu səsdilortası, sürtünən, nəfəslisamitdir. Sonu k samiti ilə bitən sözlər x' səsi ilə tələffüz edilir.Təəssüfki, efir dilində x' səsini onun cingiltili qarşılığı olan y səsi ilə əvəz edirlər.
Fonetik normanı xarakterizə edən cəhətlərdən biri səslərin və sözlərin düzgün tələffüz edilməsidir. Səslərin və sözlərin düzgün tələffüzü həm də fikrin dəqiq çatdırılıması deməkdir. Qeyd edək ki, orfoepik qaydalar orfoqrafik qaydalarla müqayisəli şəkildə öyrədilir. Bu normalar ədəbi dilin lüğət fondunda olan sözlərin düzgün tələffüz edilməsini tənzim edir. Məsələn, gələcək zaman formasını ifadə edən -acaq, -əcək şəkilçisinin bəzi insanların nitqində -acey, -acöy, -əceyvə s. formalarına rast gəlinir. Televiziya dilində diqqəti cəlb edən problemlərdən biri də vurğu məsələsidir. Qeyd edək ki, vurğunun şifahi nitq də çox böyük əhəmiyyəti vardır.
Beləliklə, fonetik norma həm yazılışı, həm də tələffüzü müəyyən edir.
== İstifadə olunmuş ədəbiyyat siyahısı ==
<poem>
1.AMEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçiləri. Filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərova. Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürova. Milli Televiziya və Radio Şurası Elektron Mediaya Yardım Fondu ilə birgə KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "Azərbaycan Media məkanında ədəbi dilin qorunması" layihəsi əsasında aparılmış monitorinqin nəticələri
2. Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013
3. Azərbaycan dili (dərs vəsaiti). TQDK – “Abituriyent”. Bakı, 2010
4. Həsənov H.Ə. Müasir Azərbaycan dilinin fonetikası. Dərslik. Bakı, “Təfəkkür” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2004
</poem>
[[Kateqoriya:Azərbaycan dili]]
[[Kateqoriya:Firuzə Nəsibli]]
n63k4znyf3nuf4yk6ubp7t6ocofe9pj
Kateqoriya:Bromatologiya
14
14958
45648
2026-05-29T05:40:57Z
Araz Yaquboglu
774
Səhifə "{{Vikianbar kateqoriyası|Food science}} [[Kateqoriya:Qida sənayesi]] [[Kateqoriya:Tətbiqi elmlər]] [[Kateqoriya:Evtenika]] [[Kateqoriya:Biologiya]] [[Kateqoriya:Kimya]] [[Kateqoriya:Kimya]]" məzmunu ilə yaradıldı
45648
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|Food science}}
[[Kateqoriya:Qida sənayesi]]
[[Kateqoriya:Tətbiqi elmlər]]
[[Kateqoriya:Evtenika]]
[[Kateqoriya:Biologiya]]
[[Kateqoriya:Kimya]]
[[Kateqoriya:Kimya]]
837atydp9a7kti02xq8e87wlpwyw8ei