Vikisitat azwikiquote https://az.wikiquote.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.47.0-wmf.3 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikisitat Vikisitat müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi İdarəetmə 0 6250 206378 198065 2026-05-19T14:27:16Z Qədir 4188 tərtibat 206378 wikitext text/x-wiki {{ABC}} == B == * Bu termini tam mənası ilə götürsəniz, əsl demokratiya heç vaxt olmayıb və olmayacaq. Çox sayda adamın idarə etməsi və az sayda insanların idarə olunması təbii qaydalara ziddir. Xalqın daima yığıncaqlar keçirməsini və ya ictimai işlərlə məşğul olmasını təsəvvürə gətirmək olmur. Çox asanlıqla görmək olar ki, o, bunun üçün hər hansı komissiya yarada bilməzdi ki, idarəetmə forması da dəyişməsin. [[Jan Jak Russo]] * Bunun necə alındığını bilmirəm, amma çox yaxşı bilirəm ki, saxtakarlıqların əksəriyyəti tam olaraq qeyd və hesab kitablarının ən çox olduğu işlərdə baş verir. Dəbdəbəni dəbdəbəli həyata qarşı qanunlarla cilovlamaq əvəzinə, elə bir idarəetmə üsulu yaratmaq lazımdır ki, belə bir dəbdəbə mümkün olmasın. Bu, hər şeyin qanuna tabe edilməsini öyrətmək üçün gözəl vasitədir: vəzifədə olarkən hörmət edilən insanın özəl həyata necə qayıtmasını hamı görür və elə onun özü də nə vaxtsa yenidən fərdi şəxs olacağına və fərdi şəxslərin hüquqlarını qorumağa əmin olur. [[Jan Jak Russo]] * Bütün idarəetmə son nəticədə başqa insanların fəallığını artırmaqdan ibarətdir. [[Li Jakkoka]] * Bütün qalanları nəzərə almasaq, demokratiya ən pis idarəetmə formasıdır. [[Uinston Çörçill]] == C == * Ciddi mənada desək, əsl demokratiya mövcud deyil və heç vaxt da olmayacaqdır. Çünki, çoxluğun azlığı idarə etməsi kimi bir şey ola bilməz. [[Jan Jak Russo]] == Ç == * Çox şeylər insanları idarə edir: iqlim, din, qanunlar, idarəetmə prinsipləri, keçmişin nümunələri, adət və ənənələr, vərdişlər: bütün bunların məcmuusu olaraq xalqın ruhu yaranır. [[Şarl Lui Monteskyö]] == D == * Demokratiya dövründə axmaqlar səs vermə, diktatura dövründə - idarəetmə hüququna malikdirlər. [[Bertran Rassel]] == Ə == * Ədalətsiz idarəetmə bir çox şəxslər tərəfindən həyata keçirilərsə, bu, demokratiya adlanır. Xalqın hakimiyyəti o zaman bərqərar olur ki, geniş kütlələr öz güc və say üstünlüklərindən istifadə edərək varlıları əzirlər. Bu zaman bütün xalq bir vahid tiran kimi çıxış edir. [[Foma Akvinski]] * Əldə etmək idarə etməkdən daha asandır. Müvafiq vasitənin köməyi ilə bir barmaqla dünyanı tərpətmək olar, amma, onu saxlamaq üçün Heraklın çiyinləri lazımdır. [[Jan Jak Russo]] * Ən az idarə olunan dövlət, ən yaxşı dövlətdir. [[Tomas Cefferson]] * Ən yaxşı idarəetmə forması monarxiya, aristokratiya və demokratiyanı özündə cəmləşdirən bir quruluşdur. [[Polibi]] == H == * Heç bir prinsip yoxdur, lakin hadisələr var; heç bir qanun yoxdur – hallar var; hadisələri və halları idarə etmək üçün yüksək səviyyəli insanın özü bu hadisələrə və hallara qoşulur. [[Onore de Balzak]] * Həqiqətən hər hansı bir səmərəli idarəetməni diqqətlə nəzərdən keçirsən, görərsən ki, bu, diktaturadır. [[Harri Trumen]] * Hər bir millətin içində əlli, ya altmış şöhrət düşgünü, təhlükəli adamlar olur. İdarə etmək bacarığı bu adamları tanımaqdan, onları ya məhv etmək, ya da satın almaqdan asılıdır. [[Onore de Balzak]] * Hökmdar üç şeyi yadında saxlamalıdır: birincisi - o, insanları idarə edir, ikincisi - qanunlar ona Allah tərəfindən verilib, üçüncüsü hakimiyyət əbədi deyil. [[Aqafon]] == İ == * İdarə etmək, deməli pis qərarlar içindən daima seçmək deməkdir. [[Şarl de Qoll]] * İdarə etmək ilk növbədə başqalarını işə həvəsləndirmək deməkdir. [[Li Jakkoka]] * İdarə etmək məharəti namuslu olmaq məharətindən ibarətdir. [[Tomas Cefferson]] * İdarəetmə sənəti insanlara öz vəzifələrində qocalmamaq imkanı verməməkdən ibarətdir. [[Napoleon Bonapart]] * İdarəetmə məharəti iki şeydən: ədalətlə cəzalandırmaqdan və təltif etməkdən ibarətdir. [[Sultan Məhmət Fatih]] * İdarəetmənin dörd rüsvayçı üsulu: qabaqcadan xəbərdarlıq etmədən işdən qovmaq - bu, qəddarlıqdır; möhlət vermədən işçidən nəticə tələb etmək - bu, zorakılıqdır; işçi ilə ədavət aparmaq - bu, nadanlıqdır; işçinin əməkhaqqını kəsmək - bu, ədalətsizlikdir. [[Konfutsi]] == M == * Müasir idarəetmə nəzəriyyəsinin yüksək dəqiqlikli kosmik naviqasiya sistemlərinin layihələndirilməsində uğurları onun iqtisadi və bioloji sistemlərin nəzəri təhlillərində istifadəsini stimullaşdırmışdır. Eynilə, fiziki sistemlərin makroskopik təhlillərində kompüter simulyasiya texnikalarının effektivliyi proqnozlaşdırma, iqtisadi planlaşdırma və idarəetmə məqsədləri üçün kompüter əsaslı ekonometrik modellərin istifadəsini dəb halına gətirdi. [[Lütfi Zadə]] == Ö == * Ölkəmin əhalisi konstitusiyaya uyğun olaraq, yaşadıqları idarəetmə formasını seçmək və ya dəyişdirmək üçün gizli səsvermə yolu ilə azad seçkilər keçirmək hüququna malikdirlər və olmalıdırlar. [[Uinston Çörçill]] * Özünü idarəetmə insanla heyvan arasındakı əsas fərqdir. [[Herbert Spenser]] == P == * Peyğəmbərimizin məşvərət rejimi də xalq səsverməsinə gedən bir demokratiyadan uzaq idi. İslamın idarəetmə tərzinin demokratiya olduğunu söyləmək, gerçəklərə göz yummaqdır. Peyğəmbərin və onun səhabələrinin dövründə insanların idarə ilə heç bir əlaqəsi yox idi. [[Nurəddin Topçu]] == T == * Tanrılardan ibarət bir xalq olsaydı, o, özünü demokratik şəkildə idarə edərdi. Ancaq bu qədər mükəmməl bir idarəetmə insanlar üçün deyil. [[Jan Jak Russo]] == Y == * Yaxşı idarəetmə üsulu özünü ondan göstərir ki, orta səviyyəli insanlara yüksək səviyyəli peşəkarların işini necə görməyi göstərə biləsən. [[Devid Rokfeller]] * Yaxşı idarəetmə zamanında (dəniz quldurlarının idarəetməsinə bənzər) ali hakimiyyət yenə də bütün cəmiyyətə məxsusdur və o, istənilən rəhbəri istədiyi kimi təyin edə bilər, yaxud dəyişə bilər. [[Daniel Defo]] == İstinadlar == {{istinad siyahısı}} [[Kateqoriya:İdarəetmə| ]] 92j8i109fr58pejbochatdvwvyheh92 Kateqoriya:Menecment 14 6600 206375 56561 2026-05-19T14:26:16Z Qədir 4188 [[Kateqoriya:İdarəetmə]] səhifəsinə istiqamətləndirilir 206375 wikitext text/x-wiki #redirect[[Kateqoriya:İdarəetmə]] 4v1kq6z8o1amntwpxu52trt8c5yyymw Kateqoriya:İnnovasiya 14 8270 206376 56842 2026-05-19T14:26:26Z Qədir 4188 [[Kateqoriya:Menecment]] silindi; [[Kateqoriya:İdarəetmə]] əlavə olundu [[VS:HC|HotCat]] ilə 206376 wikitext text/x-wiki {{catmore}} {{Vikianbar kateqoriyası|Innovation}} [[Kateqoriya:İdarəetmə]] bwsbgq4tkyfzxv12x5tfo7zweuq2wd2 Kateqoriya:Menecerlər 14 8876 206377 53613 2026-05-19T14:26:37Z Qədir 4188 [[Kateqoriya:Menecment]] silindi; [[Kateqoriya:İdarəetmə]] əlavə olundu [[VS:HC|HotCat]] ilə 206377 wikitext text/x-wiki [[Kateqoriya:İdarəetmə]] [[Kateqoriya:Peşələrinə görə şəxslər]] 8ld94zfbcan3jfqfbjoa42l6k8z46bk Kateqoriya:İdarəetmə 14 15215 206374 198167 2026-05-19T14:26:09Z Qədir 4188 tərtibat 206374 wikitext text/x-wiki {{catmore}} {{Vikianbar kateqoriyası|Management}} [[Kateqoriya:İqtisadiyyat]] [[Kateqoriya:Biznes]] e2ovwa4x06lhjsrs4ifmens91d33187 Menecment 0 16369 206379 2026-05-19T14:31:35Z Qədir 4188 [[İdarəetmə]] səhifəsinə istiqamətləndirilir 206379 wikitext text/x-wiki #redirect[[İdarəetmə]] en8iwy83z41e5tthfxpwlrin9kg5n8c Kateqoriya:Əsrlərə görə yaranan nəşrlər 14 16370 206380 2026-05-20T05:28:40Z Araz Yaquboglu 637 Səhifə "[[Kateqoriya:Nəşrlər| ]] [[Kateqoriya:Növünə və əsrlərinə görə yarananlar]]" məzmunu ilə yaradıldı 206380 wikitext text/x-wiki [[Kateqoriya:Nəşrlər| ]] [[Kateqoriya:Növünə və əsrlərinə görə yarananlar]] 47x037g04dmuzynknlbw109qfeh3d8k