Vikisitat
azwikiquote
https://az.wikiquote.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.47.0-wmf.5
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikisitat
Vikisitat müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Azərbaycan atalar sözləri/B
0
4823
206552
206428
2026-06-08T10:27:45Z
~2026-23022-34
8631
206552
wikitext
text/x-wiki
Bizim dərrakəmiz çatdığı yerə,onların heç niyyəti çata bilməz.!
(RAMO İSTANBUL)
| başlıq = [[Azərbaycan atalar sözləri]]
| müəllif =
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki = [[Azərbaycan atalar sözləri/A|A]]
| növbəti = [[Azərbaycan atalar sözləri/C|C]]
| il =
| qeydlər = <div > '''<''' [[Azərbaycan atalar sözləri|Mündəricat]]</div>
| mənbə =
| vikipediya_keçidi = Atalar sözü
| vikimənbə_keçidi =
| commons_keçidi =
}}
== Ba ==
* Babadan hikmət – nəvədən xidmət.<ref>Atalar sözü və məsəllər. Toplayanı və tərtib edəni: Aslan Əsədov. Bakı-2008</ref>
* Babam mənə kor deyib, gəlib gedəni vur deyib!
* Babanın əlindən nəvə tutar.
* Babanın üzünü ağardan nəvəsi olar.<ref> sözləri. Bakı, "Nurlan", 2013</ref>
* Babasına uyan atasının oğlu deyil.
* Bablı babı ilə, atlası qabı ilə.
* Bablı babı ilə, su qullabı ilə.
* Bablı babın tapmasa, günü ah-vaynan keçər.
* Bac istərəm bacımdan, bacım ölür acından.
* Bacaran bal yeyər.
* Bacarana baş qurban.
* Bacarıq ağlın nişanəsidir.
* Bacarırsan aslan ol, tülkü olmaq asandır.
* Bacarmadığın bir işi "bacararam!" demə.
* Bacarsan hamının yükünü sən daşı.
* Bacı ki, evdən çıxdı, ixtiyarı səndən çıxdı.
* Bacı oğludur, haqq almaz, dayıdır, quzunun dişisini verər.
* Bacı oğludur, haqq almaz, dayıdır, dişi verməz.
* Bacı oğlunu dayısı tanıdar, bacı qızını xalası.
* Bağ alma, bağlanarsan, dağ alma, dağlanarsan, qoyun al, yağlanarsan.
* Bağ bağbansız olmaz, dəvə sarvansız.
* Bağ bağbanındır.
* Bağ çəpərsiz olmaz.
* Bağ olmayan yerdə böyürtkən bitər.
* Bağ olmayan yerdə böyürtkən özünü bağ çağırar.
* Bağ salan barın yeyər.
* Bağ satıb, dağ alıb.
* Bağ vaxtı bağbanın qulağı ağır eşidər.
* Bağa bax, barını gör.
* Bağa bax [[üzüm]] olsun, yeməyə üzün olsun.
* Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
* Bağa bağ deməyiblər, bax deyiblər.
* Bağa bağban lazımdır, qoyuna – çoban.
* Bağa qınından çıxdı, qınını bəyənmədi.
* Bağa özün çəkə bilməz, evin dalına alar.
* Bağa yol gedə bilməz, dayısını da dalına götürər.
* Bağa yol yeriyə bilməz, xalası qızını da dalına alar.
* Bağanı ya öldür, ya dalısı üstə qoy.
* Bağban eşşəyi bir ildən artıq saxlamaz.
* Bağban əli dəyməyən bağı alaq basar, qadın əli dəyməyən evi qəm-kədər
* [[Bağban]] tələsər, armud vaxtında yetişər.
* Bağbanın bar vaxtı qulağı ağır eşidər.
* Bağbanın könlü olsa, nə gəlib bağda bara.
* Bağçı, bağın qıydı, bağban salxım da qıymadı.
* Bağda ərik badam oldu, gədalar adam oldu.
* Bağda ərik var idi, salam-məleyik var idi; Bağdan ərik qurtardı, salam-məleyik qurtardı.
* Bağdadda eşşək bir xiyar qiymətindədir, amma onu gətirmək gəmi qiymətindədir.
* Bağdakı bağbanın malıdır.
* Bağı bağban yeyər, qoyunu çoban.
* Bağı susuzluğu, bağbanı əməyi yandırar.
* Bağında gül var ikən – gül üzünə, bağında gül qurtardı – kül üzünə.
* Bağlı aslanı dovşanlar da saymaz.
* Bağlı qapıya xəta dəyməz.
* Bahalıqda çörəyini əsirgəyən, ucuzluqda yalqız qalar.
* Bahasına pul vermişəm, gözlərim də çıxsa yeyəcəyəm.
* Bax mənə bir gözlə, baxım sənə iki gözlə.
* Baxma deyənə, bax dediyinə.
* Baxmaq kirayə istəməz.
* Baxmaq var diləməkdən artıqdır.
* Baxmaqla qarın doymaz.
* Baxmaqla öyrənmək olsa, itdən qəssab olardı.
* Baxmaqla öyrənmək olsaydı, sallaqxanadakı itlər qəssab olardı.
* Bəxşış var, tümən-tümən, hesab var, qəpik-qəpik.
* Baxtı gətirənin xoruzu da yumurtlar.
* Baxtı satın almaq olmaz.
* Baxtını götür, bazara çıx.
* Bakıda işlə, Gəncədə dişlə.
* Bakılı cüt danışar, Şəkili qaş-gözlə, Dərbəndli kəllə ilə.
* Baqqal daşdan kəsər, siçan baqqaldan.
* Baqqal, qəssab – hər ikisi bir hesab.
* Baqqal ölülərin borcun dirilərə yüklər.
* Bal da yesə dirilməz.
* Bal dedim, bəlaya düşdüm.
* Bal deməklə ağız dadlı olmaz.
* Bal olma kı, hamı səni yeyə, zəhər olma kı, hamı sənə tüpürə.
* Bal olsun, milçək Bağdaddan da gələr.<ref>Rzayev X. Atalar sözü. Bakı: Təbib, 1992, s.21</ref>
* Bal tutan barmağın yalar.
* Bal tutanın arısı Şamdan gələr.
* Bal verən çiçəyi arı tanıyar.
* Bal yedin, bəlaya düşdün.
* Bal yeyib, bəlasını çəkir.
* Bala baldan şirindir.
* Bala bəlasız olmaz.
* Bala dadı, bal dadı,<br>Bala adamı aldadır.<br>Şirini şirin olur,<br>Acısı da bal dadır.
* Bala istəyən, bəlasını da istəmək gərək.
* Bala quşun ağzı böyük olar.
* Bala uğrunda ata-ana can qoyar.
* Balaca ağaca çıxıb böyük budaq sirkələyir.
* Balaca balta ilə böyük ağac da yıxılar.
* Balacanın dərdi də balacadır.
* Balağa girdi bağa, bir quş tutdu, o da qurbağa.
* Balalı ev bazardı, balasız ev məzardı.
* Balalı qarğa bal yeməz.
* Balalı qarğaya pay düşməz.
* Balalı qarğaya yem yoxdu.
* Balam mənə əzizdir, tərbiyəsi özündən də əzizdir.
* Balasız da ağlar, balalı da.
* Balçı qızı — daha şirin.
* Balçının var bal tası, odunçunun baltası.
* Baldızım – çuvaldızım, hərdən gələr, sancar, gedər.
* Balı da sənin, bəlası da.
* Balı dibindən, yağı üzündən.
* Balı əli uzun olan yeməz, qismət olan yeyər.
* Balı olana doşab satmazlar.
* Balıq balasını da ovlar.
* Balıq balığı udmasa — dəryanı balıq tutar.
* Balıq başdan iylənər.
* Balıq başından iylənər, camış ayağından.
* Balıq bilməsə, xalıq bilər.
* Balıq dedi: "Çox söz deyərdim, amma ağzım su ilə doludu".
* Balıq dəryada böyüyər.
* Balıq dəryada olar.
* Balıq istəməyən quyruğundan tutar.
* Balıq istəyən gönünü suya qoyar.
* Balıq suda ikən bazarlıq olmaz.
* Balıq sudan çıxsa, canı çıxar.
* Balıq sudaykən sövda olmaz.
* Balıq suya çəkər.
* Balıq tora düşəndən sonra ağlı başına gələr.
* Balıq tutan suyu bulanıq istər.
* Balığı haçan tutsan təzədir.
* Balığı ya öldürdün, ya sudan qırağa qoydun.
* Balığın böyüyü tabaq altındadı.
* Balığın dərisi, toyuğun gerisi.
* Balığın dirisi də suda, ölüsü də.
* Balığın ömri sudan çıxıncadır.
* Balın yoxdu, bal kimi dilin olsun.
* Balını yadlar yeyir, mən çəkirəm bəlasın.
* Balını ye, arısını soruşma.
* Balsız şanda arı durmaz.
* Balta ağac kəsməzdi, sapı ağac olmasaydı.
* Balta dəyməyən ağacdan ağac olmaz.
* Balta görməyən bağ meşə olar.
* Balta öz sapını kəsməz.
* Balta yaxşı baltadı, hayıf kı, sapı söyüddəndir.
* Baltada varsa, sapında da var.
* Baltanı ağaca vurduqca deyər: Sapım səndəndir.
* Baltanı dibdən vurmazlar.
* Baltanı qızıldan elərsən, gedər odunun yanına düşər.
* Baltanın sapında varsa, ağzında da var.
* Banlayan toyuq mollaya düşər.
* Bar gətirən ağaca balta çalmazlar.
* Bar verən ağaca daş atmazlar.
* Bar verən ağacı kəsməzlər.
* Bar verməyən ağacı kəsərlər.
* Barıt ilə odun dostluğu olmaz. (Barıt ilə odun nə aşnalığı?!)
* Barlı ağaca daş atarlar.
* Barlı ağacın başına dolanarlar.
* Barmaq-barmaq oğurlayan, qarış-qarış oğurladar.
* Barmağın beşi də bir deyil.
* Barmağın hansın kəssən, ağrısı birdir.
* Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.
* Barsız bağ qarsız dağ kimidir.
* Barsız ağaca daş atmazlar.
* Barıt ilə odun dostluğu olmaz.
* Basdırdığı ölü özündən qabaq gəldi.
* Basılanı əzməzlər.
* Baş ağır, papaq yüngül gərək.
* Baş ağrıyanda Allah yada düşər.
* Baş ayağa rahatlıq verməz.
* Baş-başa verməyincə, daş yerindən qopmaz.
* Baş bədəndən ayrı heçdir.
* Baş bədənin tacıdır, gözlər onun qaş-daşı.
* Baş bostanda bitməz.
* Baş dilin bəlasın çəkər.
* Baş əyməklə baş ağrımaz.
* Baş kəsənin, yaş kəsənin, daş kəsənin axırı olmaz.
* Baş namərd əlindədir; nə kəsər, nə bağışlar.
* Baş nə çəksə, dilin ucundandır.
* Baş ol, istərsən lap soğan başı ol.
* Baş olsun, börk tapılar (Baş sağ olsun, papaq tapılar).
* Baş onun, daş bunun, mənimki görməməkdir.
* Baş sağ olsun, papaq tapılar.
* Baş ürəkdən su içər.
* Baş vermək olar, gizlin sirri açmaq olmaz.
* Baş vurmaq ilə baş ağrımaz.
* Baş yoldaşı yoxdur, aş yoldaşı çoxdur.
* Başa dil gətirəni, el gətirə bilməz.
* Başa düş, başımı yar.
* Başa düşənə milçək səsi, düşməyənə zurna-qaval.
* Başa gələn dildən gələr.
* Başaçığın qaçacağı yer — papaqçı dükanı.
* Baş-başa verməyincə, dağ yerindən qopmaz.
* Başbilənsiz iş olmaz.
* Başda oturan bəy olmaz.
* Başda tük olsun, daramağa nə var?
* Başdakı su sular, arxadakı and içər.
* Başdan gedən papaq bir də qayıtmaz.
* Başdan papaq aparan küləkdən kol-kosa heç nə olmaz, amma sərv sınar.
* Başı baş edən — ayaq, ayağı ayaq edən — dayaq.
* Başı başına, başmağı ayağına.
* Başı boş olanın sözü baş olmaz.
* Başı daşdan-daşa dəyməyincə ağlı başına gəlməz.
* Başı hində, ağılı gendə.
* Başı yeddi yerdən yarılmayıbsa — tərəkəmə deyil.
* Başıma bəladı, dalıma şələ.
* Başımı kəs, xatirimə dəymə.
* Başımı sındır, məzənnəni sındırma.
* Başımı yarırsan, ətəyimə qoz tökürsən, baxan desin [[qoz]] yarıb.
* Başımı yarmağına görə barı daş olaydı.
* Başın böyüklüğu yiyəsinə donuz güddürər.
* Başın keçəl, gözün kor, bəs sənin haran yaxşıdır?!
* Başına daş da salsan uca yerdən sal.
* Başına gələn başmaqçıdır.
* Başına gələn bilər.
* Başına iş düşəndə qurbağa da yorğa gedər.
* Başını eyləmə daz, hər daz bir taledə olmaz.
* Başını itirən tel üçün ağlamaz.
* Başını keçəl eləmə; hər keçəlin taleyi bir olmaz.
* Başını kəsibdir, saqqalın darar.
* Başını yarıb, ətəyinə qoz tökür.
* Başqa dəriyə girən ulağın quyruq, qulağını kəsərlər.
* Başqası başqasının itiyini fışqırıqnan gəzər.
* Başqasına pislik edən özünə etmiş olar.
* Başqasının əlilə aş yeyənin qarnı doymaz.
* Başlar ayaq olub, ayaqlar baş.
* Başladığın işi yarımçıq qoyma.
* Başlı başın saxlasın, mən başımdan bezaram.
* Başmaq cütlənəndə bilinər.
* Başmaq palçıqsız olmaz.
* Başmaqçının başmağı olmaz, börkçünün börkü.
* Başmaqçının başmağı yırtıq olar.
* Başmağımı geyə bilərsən, yerişimi yeriyə bilməzsən.
* Başmağından xeyir görən patavasından çəkər.
* Başmağını geyə bilərsən, yerişini yeriyə bilməzsən.
* Başmaqçının başmağı olmaz, börkçünün börkü.
* Başmaqçının başmağı yırtıq olar.
* Başsız gələn mal batsın, vaxtsız deyən dil batsın.
* Batan saman çöpündən yapışar.
* Batil batili kəsər, haqq ikisini də.
* Batman qara daşdan, yaxşılıq iki başdan.
* Bayırda mini ölsün, evimdə biri ölməsin.
* Bayırı kaşı-çini, içərisi toyuq hini.
* Bayırım özgəsini yandırar, içim özümü.
* Bayquş başın tək istər.
* Bayquş gündə üç sərçə yeyər.
* Bayquş xarabalıq sevər.
* Bayquş xarabalığı gülüstana dəyişməz.
* Bayquş necədirsə, şöhrəti də elədi.
* Bayquş viranələri sevər.
* Bayquşun da dar olmasın qəfəsi.
* Bayquşun ruzisi ayağında gedər.
* Baylığa tələsən, yoxsulluğa tez duşər.
* Bayram sümüyü ilə köpək kökəlməz.
* Bayraməlisiz toy olmaz, Qəmbərsiz düyün.
* Bazar baqqalsız, meşə çaqqalsız olmaz.
* Bazar çörəyi çox olsun, bazarda olsun.
* Bazar içində it qulağı kəsməzlər.
* Bazar köpəyi sürü gözləməz.
* Bazar quruldu, hesab duruldu.
* Bazar şeytan evidir.
* Bazar yansın, amma mənə bir manat qazanc olsun.
* Bazara gedər – yağış yağar, dəyirmana gedər – [[qırğın]] olar.
* Bazara girdin, gözü qıpıq, sən də ol, gözü qıpıq.
* Bazara pulsuz gedən, göra imansız gedər.
* Bazarda bez ucuz olanda adam özünü öldürməz.
* Bazarı oğruya tapşır.
* Bazarın bazar, qadam sənə mərdiməzar.
=== Be ===
* Bekarlıq korluq (aclıq) gətirər.
* Bekarlıqdansa — culfalıq.
* Belə deyirəm dədəm ölür, elə deyirəm anam.
* Belə matahın var, Cəfərabad (Mazandaran) bazarına apar.
* Belə oturan arvaddan oğul doğulmaz.
* Belə şıllaq atan madyan qulun saxlamaz.
* Belə otyeyən idin, nə üçün arıq düşdün?!
* Belə yatan öküz yük götürməz.
* Beş barmağın beşi də bir deyil.
* Beş barmağın beşi də tən deyil.
* Beş də beş, beş buçuq da beş.
* Beş gün yaraq, bir gün gərək.
* Beş ilin öküzü, qırx ilin qazısın aldadır.
* Beşdə alacağım yox, üçdə verəcəyim.
* Beşə dözən, on beşə də dözər.
* Bez alırsan Mosuldan al, qız alırsan əsildən al.
* Bez geyərəm, düz gəzərəm.
=== Bə ===
* Bəd at özün gözlər, yaxşı at igidi.
* Bəd xəbər uçur, xoş xəbər – yatır.
* Bəd övlad xətaya ürcah olar.
* Bədbəxt ova çıxdı, dağları duman aldı.
* Bədcinslik maya istəməz.
* Bədən başa deyir: — Saxla məni, saxlayım səni.
* Bədən qocalar, könül qocalmaz.
* Bədənini təmiz saxla, qəfil əcəl gələr.
* Bədəsil əvvəl [[vəfa]] göstərər, sonra cəfa.
* Bədəsildən əsil olmaz, boyunca qızıl qala.
* Bədəsildən yaxşılıq ummaq olmaz.
* Bədəsili başa çəkərsən, sürüşüb aşağı düşər.
* Bədəsilin başmağını cütlərsən, deyər geridə dur.
* Bədnəzərdən Allahın da xəbəri yoxdur.
* Bədöv at nə qədər arıq olsa, yenə eşşəkdən yaxşıdır.
* Bədrəngdə bir rəngdir.
* Bəhanəçiyə bəhanə əskik olmaz.
* Bəhs ilə Həccə gedən yorular yolda qalar.
* Bəxşiş var — xalvarla, hesab var — dinarla.
* Bəxt, ağıl bir adamda olsa, o adam tacir olar.
* Bəxt dönəndə burunun suyu gözə damar.
* Bəxt kəsəni qılınc kəsməz.
* Bəxtəvər o kəsdir ki, yurdu yaşıl donludur.
* Bəxti yar olanın yar sarar yarasını.
* Bəxti yox idi, bədbəxtliyi kömək elədi.
* Bəxtin gətirəndə bədbəxtliyini yaddan çıxartma.
* Bəxtini buzda sına, oğulda, qızda sına.
* Bəkməz satana da lənət, bəkməz alana da.
* Bəkməzi küpdən al, qadını kökdən al.
* Bəla bəla gətirər.
* Bəla dildəndir.
* Bəla gələndə "gəlirəm" deməz.
* Bəladan qaçan bəlaya düşər.
* Bəlasını mən çəkdim, səfasını ellər.
* Bəlaya səbr edən muradın tapar.
* Bəlaya səbr gərək.
* Bələdçiliyə gedən yorulmaz.
* Bələdçiyə yol göstərməzlər.
* Bələdsiz yola çıxan yolun azar.
* Bəli də söz düzəldər, yox da.
* Bəlkə sən bostanını pozmusan, mən yemişsiz qalmayacağam ki…
* Bəlkəni əkərsən, çuğundur bitər.
* Bəlkəni əkərsən bitməz.
* Bəlkəyə heç nə vermirlər.
* Bəndə bəndəyə neylər, Xuda gözdən salmasa?!
* Bəndi selə vermə.
* Bənizi qaçan həkimə qaçar.
* Bənnasız divar hörülməz.
* Bənnasız hörük hörülməz.
* Bənzəyə-bənzəyə yaz olar, bənzəyə-bənzəyə qış.
* Bərəkət axır zamanda ya ulu şəhərdə, ya ulu tağlarda qala.
* Bərəkət harada var? — böyüklü yerdə.
* Bərəkət hərəkətdir.
* Bərəkət ondur, onu da düzlük.
* Bərəkətin bir yanı xırmandır.
* Bərk adamnan alınan yumurtanın sarısı olmaz.
* Bərk gedən tez yorular.
* Bərkdən bir çıxar, boşdan iki.
* Bəslə qarğanı, oysun gözünü.
* Bəslə yetimi, yesin ətini.
* Bəsləsən atlas olar tut yarpağından.
* Bəşər şeytansız olmaz.
* Bəy dediyin nədir, bəyənmədiyin nə?!
* Bəy don geydi, hamı dedi: mübarək olsun, Yoxsul geydi, hamı dedi: hardan gətirdin?!
* Bəy elədim səni, bəyənmədin məni.
* Bəy evindən küt gəldi, dalınca da it gəldi.
* Bəy ilə bəy savaşdı, ortada kasıbın başı yarıldı.
* Bəy ilə bostan əkənin tağı çiynində bitər.
* Bəy ilə dalaşmaq dirəklə güləşməyə bənzər.
* Bəy ilə dost olanın tövləsi dolu olar, samanlığı boş.
* Bəy mənim arxam, mən kimdən qorxam?!
* Bəy nəzərindən düşən, haqq nəzərindən düşər.
* Bəy oğlu gördüm, tamaha düşdüm.
* Bəy verən atın dişinə baxmazlar.
* Bəyaz ipək hər rəngə boyanar.
* Bəydən gəlmiş nökərəm, dişlərini tökərəm!
* Bəyə bel bağlayanın heybəsi çiynində gərək.
* Bəyin çeşməsindən su içmə.
* Bəyin əli cibindən çıxınca, kasıbın canı çıxar.
* Bəyin kölgəsindən it kölgəsi yaxşıdır.
* Bəylə bostan əkənin tağı çiynində bitər.
* Bəylə hacca gedən çöllərdə sərgərdan qalar.
* Bəylər aparan malım yox, şeytan aparan imanım.
* Bəylərin bir əli od olur, bir əli su.
* Bəyliyi başarmadın, canın çıxsın belə gəz.
* Bəzən az tamah çox ziyan verər.
* Bəzən dəli də ağıllı söz deyir.
* Bəzən dirilər ölülərə həsəd aparır.
* Bəzən düz yerdə də insan büdrəyir.
* Bəzən Tanrıya da ağ olur insan.
* Bəzənmirəm ağadan qorxuram, bəzənirəm xanımdan.
* Bəzənmisən bu gündəsən, bəzənməsən nə gündəsən?!
* Bəziyər vəzir edər, soyundurar, rəzil edər.
=== Bi ===
* Biçənin üzünü tikən ağardar.
* Biçimsiz bir libası biçimli geymək hünərdir.
* Biçinçi haqqını yerdən götürər.
* Biçmək üçün əkmək lazımdır.
* Bildir gedən bildirçin, hanı sənin bir qılçın?
* Bildir ölüb boz eşşək, bu il gəlin ağlayaq.
* Bildir yedim bir əncir, indi də qarnım incir.
* Bildirçin camalabaddan hara gedər: dəni yanında, suyu yanında.
* Bildirçinin bəyliyi darı sovrulanacandır.
* Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
* Biləkli birini yıxar, bilikli minini.
* Bilən az deyər, bilməyən yüz.
* Bilən söyləməz, söyləyən bilməz.
* Bilənə bilməyən tay deyil.
* Bilənə bir, bilməyənə min oxu.
* Bilənə bir tikə, bilməyənə min tikə.
* Bilənin də başına dönüm, bilməyənin də, dad yarımçıq əlindən.
* Bilənlə bilməyən tay olmaz.
* Bilənlər danışmaz, danışanlar bilməz.
* Biləyi güclü olan birin yıxar, biliyi güclü olan minin.
* Bilici olma, əkinçi ol.
* Bilik ağlın aynasıdır.
* Bilik insanın bəzəyidir.
* Bilikli adam az danışar.
* Bilmədiyin bildiyindən çoxdur.
* Bilmədiyin işə başını soxma.
* Bilmədikin kişi ilə yoldaş olma.
* Bilmək olmaz – kəsilməmiş qarpızdır.
* Bilməmək ayıb deyil, soruşmamaq ayıbdır.
* Bilməsən bir biləndən sor.
* Bilməzin dəyirmanını Allah işlədər.
* Bilmirəm — baş ağrıtmaz.
* Bilsəm babam öləcək, qulaq dolusu darıya satardım.
* Bilsəydim atın öldüyünü, qulağı dolusu darıya satardım.
* Bilsəydim dərdim iki olmazdı.
* Bir abam var ataram, harda olsa yataram.
* Bir abbası verdik dindirdik, bir manat verib susdura bilmədik.
* Bir ac güləyən olar, bir də yalavac.
* Bir ac qudurğan olar, bir tox.
* Bir adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar.
* Bir adamı tanımaq istəsən, ya ortaq ol, ya yola çıx.
* Bir adamın payı iki adamı ac qoyar.
* Bir adamın payın özgəsi yeyə bilməz.
* Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.
* Bir ağaca çıxanda bütün budaqları silkələmə.
* Bir ağacda gül də bitər, tikan da.
* Bir ağacdan bel də olur, kürək də.
* Bir ağacın kölgəsində bir sürü yatar.
* Bir ağıllı baş min başı saxlar.
* Bir ağızdan çıxan min ağıza yayılır.
* Bir ahıllıqda, bir cahillikdə.
* Bir axurdan at da yeyər, eşşək də.
* Bir almağın bir də verməyi var.
* Bir arxa ki, su gəlib, güman var yenə gələ.
* Bir arxdan min at su içər.
* Bir ata, bir də arvada inanmaq olmaz.
* Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.
* Bir atıb iki vurur.
* Bir atım barıtı var imiş.
* Bir ayaq sən gəl, iki ayaq mən gəlim.
* Bir barmaq qatıqdan ötrü tuluğu yırtma.
* Bir baş bir dəriyə sığmaz.
* Bir baş haraya olsa sığışar.
* Bir baş idi, dörd ayaq, gəlin aşırdı bayaq.
* Bir baş yaxşıdır, iki baş ondan yaxşıdır, İki göz görür, dördü ondan yaxşı görür.
* Bir başa bir qoz yetər.
* Bir başa iki qapaz ağır olar.
* Bir biləndən qorx, bir də bilməzdən.
* Bir-bir yığılar min olar, dama-dama göl olar.
* Bir-birinə çörək borc verərlər.
* Bir birədən ötrü yorğanı yandırmaq olmaz.
* Bir böhtan min ziyana bərabərdir.
* Bir bu gün iki sabahdan yaxşıdır.
* Bir budağa çıxıb, min budağı sirkəliyir.
* Bir buğda əkməsən, min buğda biçməzsən.
* Bir bulud ilə qış olmaz.
* Bir çeynəm saqqızın var, çeynə yapışdır alnına.
* Bir çiçək ilə yaz olmaz.
* Bir çılpağı yüz cübbəli soya bilməz.
* Bir çıraq işığına yüz nəfər oturur.
* Bir çıraq ki, haqdan yana, yağı neylər, yağı neylər.
* Bir çörək bir çörəyə daldadır.
* Bir çörək özün ye, birin də Allah yolunda ver.
* Bir çulum var ataram, harda gəldi yataram.
* Bir çuval qızıl borcun olsun, bir çuval buğda borcun olmasın.
* Bir dadan peşiman, bir dadmayan.
* Bir dadanandan qorx, bir qudurandan.
* Bir dağ yıxılmasa, bir dərə dolmaz.
* Bir dağarcıq dəni var, boş dəyirman axtarır.
* Bir dağarcıq unum var, yeddi qara günüm var.
* Bir dana bir naxırı korlar.
* Bir daş altda, bir daş üstə.
* Bir daş qopanda daha yerini tutmaz.
* Bir daşla divar olmaz.
* Bir daşla iki quş vurmaq olmaz.
* Bir de, bir eşit.
* Bir deyənin olunca, min yeyənin olsun.
* Bir də cavan olsaydım, sahibi –təcrübə olardım.
* Bir də gəlin ollam, oturduğumu-durduğumu billəm.
* Bir də qatırçının qatırını hürkütmə.
* Bir dəfə aldanmışda qəbahət aldadanın, iki dəfə aldanmışda qəbahət aldananın.
* Bir dəfə gəldin, yoldaş, iki dəfə gəldin, qardaş.
* Bir dəfə görmək min dəfə eşitməkdən yaxşıdır.
* Bir dəfə yeməknən qarın doymaz.
* Bir dəli quyuya bir daş atdı, on ağıllı onu çıxara bilmədi.
* Bir dəlidən yeddi məhləyə ziyan dəyər.
* Bir dəmirdən nal da olar, [[nizə]] də.
* Bir dərdlinin dərmanın o dərdə düşəndən al.
* Bir dirhəm min eybi örtər.
* Bir doğru ki yalana oxşadı, onu söyləmə.
* Bir dost min ildə qazanılar.
* Bir ev adam yığılır, güc doğana düşür.
* Bir evdə şadlıq, bir evdə şivən.
* Bir əl əkər, iki əl biçər.
* Bir əldə iki qarpız tutmaq olmaz.
* Bir əldən səda çıxmaz.
* Bir əli bağda, bir əli dağda.
* Bir əli ilə verir, bir əli ilə alır.
* Bir əli ki kəsmək olmaz, öpüb başa qoymaq gərək.
* Bir əli od, bir əli su.
* Bir əli yağda, bir əli balda.
* Bir əlin nəsi var, iki əlin səsi var!
* Bir əllə torpaq canlanmaz.
* Bir ət ki, girdi qazana, oldu yeməli.
* Bir fikir nə qədər qarşılıq görsə, o qədər tərəqqi edər.
* Bir gecənin oğrusu on illik molladan çox bilir.
* Bir gələn bir də gələr, səbr elə.
* Bir gəmi bəzənər, bir gəlin bəzənməz.
* Bir gəmini iki rəis batırar.
* Bir gördün namərdi, bir də görsən, namərdsən.
* Bir gördün yoldaş, iki gördün qardaş.
* Bir görmək iki eşitməkdən yaxşıdır.
* Bir görür, iki istəyir.
* Bir göz iki göz gördüyünü görə bilməz.
* Bir gözə bir dünya sığışar.
* Bir gözü alça dərir, bir gözü gavalı.
* Bir gözü alça dərir, biri səbətə tökür.
* Bir gözü yatır, bir gözü baxır.
* Bir gözümü ağladır, bir gözümü güldürür.
* Bir gül ilə bahar olmaz.
* Bir gün bir il doyuzdurar.
* Bir gün duz yediyin yerə qırx gün salam ver.
* Bir gün olar bəxt oyanar.
* Bir günlük bəylik də bəylikdir.
* Bir günlük yola çıxsan, bir həftəlik tədarük gör.
* Bir günlüyə dovşan dərisi də qatlanar.
* Bir igid qırx ildə meydana gələr.
* Bir igidin payı iki igidi ac qoyar.
* Bir ilana, bir də xana bel bağlama.
* Bir inad, bir murad.
* Bir iş başlamayınca qurtarmaz.
* Bir iş bitməyincə, o biri işi başlama.
* Bir iş tut ki, aqibəti xeyir olsun.
* Bir iş var, iki əməl.
* Bir işdə özünə on mənfəət varsa, xalqa bir zərər, o işi başlama.
* Bir işi başlamağa çalış, özü qurtarar.
* Bir işi başlayandan əvvəl axırını fikir eylə.
* Bir işi iki eyləmə.
* Bir işi qurtarmamış, o biri işdən yapışma.
* Bir işin əvvəlinə bax, bir də axırına.
* Bir it hürməklə karvan qayıtmaz.
* Bir iti iki daşla vurur.
* Bir iynə deşiyindən bir dəvə boyda soyuq gələr.
* Bir kənddə iki darğa olmaz.
* Bir kəndin ki, koxası mürdəşir ola, heç olar ki, orda xeyir iş ola.
* Bir kişinin adı çıxınca gönü çıxar.
* Bir kişinin payını iki kişi yesə, ikisi də ac qalar.
* Bir könüldə iki məhəbbət olmaz.
* Bir kötük üstə çox çırpılar doğranar.
* Bir qapıda iki dilənçi olmaz.
* Bir qaranquşla bahar olmur.
* Bir qarına iki minnət götürmək olmaz.
* Bir qaşıq ilə doqquz abdal keçinər.
* Bir qaşıq su da adam boğar.
* Bir qazanda iki kəllə qaynamaz.
* Bir qazandır, bir çömçə.
* Bir qəlbi tikə bilməyəcəksən, niyə sındırarsan?!
* Bir qəpik xəsisin bir dişidir.
* Bir qız – bir oğlanındır.
* Bir qoca yeddi oğula əvəzdir.
* Bir qorxaq bir ordunu dağıdar.
* Bir qoyun ağ da doğur, qara da.
* Bir qoyundan iki dəri çıxmaz.
* Bir qoyundan sürü olmaz.
* Bir qoz üçün daş atmazlar.
* Bir qul iki ağaya qulluq eyləyə bilməz.
* Bir qulağın dar eylə, bir qulağın darvaza.
* Bir quş bir qutuya sığınar.
* Bir loxma bir daş aşırar.
* Bir manatlıq eşşəyin yarım manatlıq da qoduğu olar.
* Bir meşəyə od düşsə, quru da yanar, yaş da.
* Bir misqal ət yüz eybi örtər.
* Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.
* Bir müştəri üçün dükan açılmaz.
* Bir ox iki quşa dəyməz.
* Bir olsun, pir olsun.
* Bir ölkədə iki hökmdar olmaz.
* Bir ölümə çarə yoxdur.
* Bir papaqlı bir evi bəslər.
* Bir piyalə qatıq kərə kimi, bir başmaq verdi sələ kimi.
* Bir pula doqquz hamam tikilməz.
* Bir saman çöpü dəvənin belini əzər.
* Bir səndən böyüyü, bir də səndən kiçiyi dinlə.
* Bir sərəncam, qırx nəsihətdən yaxşıdır.
* Bir su ki, girdi qaba, oldu içməli.
* Bir su ki, səni aparır, deynən Arazdı.
* Bir sürüyə bir qurd yetər.
* Bir şeyi verib pis olunca, verməyib pis ol.
* Bir şeyin önünə baxma, sonuna bax.
* Bir şeyin qiyməti, o şey əldən gedəndən sonra bilinər.
* Bir tabaq kütüm olsa, biri sənə yoxdu ala köpək.
* Bir talada iki axsaq ceyran olmaz.
* Bir tək arı bir yığın çibindən yaxşıdır.
* Bir tikə çörək on il yadda qalar.
* Bir tikəni bilməyən, min tikəni də bilməz.
* Bir tikənin qırx il haqqı var.
* Bir torba dəni var, beş dəyirmana üyütməyə gedir.
* Bir toyuq bir yumurta qoyunca, yeddi məhəlləyə eşitdirər.
* Bir toyuq ki, yumurta üstündə oturdu (bir inək ki, qarnında bala gəzdirdi), ona bıçaq yoxdur.
* Bir tövlədə at da olar, eşşək də.
* Bir uşağın ağlı gördüyü işlərdən məlum olar.
* Bir ürəyi iki yerə bölmək olmaz.
* Bir var Koroğlu, bir də var kor kişinin oğlu.
* Bir vermə, bir də istər, yatmağa yer də istər.
* Bir vurmağla ağac yıxılmaz.
* Bir yaxşılıq, bir də pislik yaddan çıxmaz.
* Bir ziyandan min böhtan doğar.
* Biri oddur, gərək, biri su olsun.
* Biri ölməsə, o biri dirilməz.
* Birlik harada, dirilik orada.
* Bitmiş işdən gül iyi gələr.
* Biz gəldik gəlin görməyə, gəlin getdi təzək yığmağa.
* Bizə yetişən keçəlin saçı dabanından oldu.
=== Bı ===
* Bıçaq öz qının kəsməz.
* Bıçaq sümüyə dayanıb.
* Bıçaq vursan qanı çıxmaz.
* Bıçaq yarası sağalar, söz yarası sağalmaz.
* Bıçaq zarafat sevməz.
* Bıçaqçıda bıçaq tapılmaz.
* Bığ saqqaldan qabaq çıxıb.
* Bığdan kəsir, saqqala qoyur.
* Bığı buraxmısan, saqqala salam vermirsən.
* Bığını yağlayıblar.
* Bığının altından keçiblər.
=== Bo ===
* Boğaz yediyin istəməz, göz gördüyün istər.
* Boğuşan köpəyin yarası əskik olmaz.
* Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
* Borc alan ağlaya-ağlaya gələr, gülə-gülə gedər.
* Borc alan bicdir, borc verən gic.
* Borc alan salam da var.
* Borc almaq asandır, qaytarmaq çətin.
* Borc almaq başlayan yerdə dostluq pozular.
* Borc altında qalan deyil.
* Borc durar, xərc durmaz.
* Borc əsarətdir.
* Borc gülə-gülə gedər, ağlaya-ağlaya gələr.
* Borc igidi əridər.
* Borc ilə alınan köynək adamı təmiz saxlamaz.
* Borc ilə çaxır içən, iki dəfə keflənər.
* Borc ki oldu yüz, gir içində üz.
* Borc su dəyirman dolandırmaz.
* Borc verənin dili uzun olar.
* Borc verməklə tükənər, yol getməklə.
* Borc yaddan çıxmaz.
* Borc yaxşı günə gəlməz.
* Borcdan qorxan qapısını gen açmaz.
* Borc ki oldu yüz – gir içində üz.
* Borcla alınan eşşək su yolunda ölər.
* Borclu borclunun sağlığını istər.
* Borclu ölməz, bənizi saralar.
* Borclunun duaçısı alacaqlıdır.
* Borclunun duaçısı borc verəndir.
* Borclunun üzü qara, aclığın gözü qara.
* Borcunu verən dövlətlənər.
* Borcunu verməyən, bir də borc ala bilməz.
* Bostana dadanan eşşəyin qulağı-quyruğu olmaz.
* Bostançının sovqatı kəlik olar.
* Boş əl ilə balıq tutmaq olmaz.
=== Bö ===
* Böhtançının qəbrində yovşan bitər.<ref>Azərbaycan folkloru antologiyası. III cild. Göyçə folkloru. Toplayıb tərtib edən və ön sözün müəllifi: Hüseyn İsmayılov. Bakı,2000.</ref>
* Böyük danışanda kiçik danışmaz.
* Böyük danışanı kiçik götürər.
* Böyük tökəni kiçik yığar.
* Böyüklərdə zor olar, yalan olmaz.
* Böyüksüz evdə xeyir-bərəkət olmaz.
* Böyüyə hörmət elə, sən də böyüyəcəksən.
* Böyüyə hörmət vacibdir.
* Böyüyün tanımayan qibləsin də tanımaz.
* Böyüyün üzünə ağ olanı torpaq götürməz.
=== Bu ===
* Bu ağıl məndə, o dua səndə — səhərəcən yatarıq.
* Bu arxa bir su gəlib, ümid var bir də gələ.
* Bu arşına bez verməzlər.
* Bu cırım, bu cındırım, mən durum necə sındırım?!
* Bu çağacan qonşu qızı idim, indi oldum – ev qızı, ev gəlini.
* Bu darı o aclığa çatmaz.
* Bu dünya belə gəlib, belə də gedəcək.
* Bu dünyada şirin şey, bir anadır, bir Vətən.
* Bu əlin rənci, o ələ haramdır.
* Bu gəlin yaxşı gəlindir, birini doğandan sonra bax.
* Bu gün sən deyirsən, sabah sənə deyərlər.
* Bu günün işini sabaha qoyma!.
* Bu günün sabahı var.
* Bu gününlə çörək qazan, onu da Nurcahan yesin, dindirəndə yalan desin.
* Bu – hələ kamilləri, gör nədir cahilləri.
* Bu ilki sərçə bidirki sərçəyə çib-cib öyrədir.
* Bu qız yaxşı qızdır, ərə gedəndən sonra bax,
* Bulaq başından bulanar.
* Bulaq gərək yerindən bulaq ola.
* Bulaq öz gözünü kor istəməz.
* Bulamac dəliyə qaldı.
* Bulaşıqlı səhəngdən bulanıq su tökülər.
* Burda dilənir, orda zəkat verir.
* Burda mənəm, Bağdadda kor xəlifə.
* Burda oturma, his olarsan, orda oturma, pis olarsan.
* Burnu fırtıqlı quzu buynuzu burma qoç olar.
* Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz.
=== Bü ===
* Bülbül kimi ötür.
* Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən".
== İstinadlar ==
[[Kateqoriya:Azərbaycan atalar sözləri|B]]
pxx2wyfxbxsuupbvtm50gcbqyzqk80r
206553
206552
2026-06-08T10:28:11Z
ZI Jony
5065
Undid edits by [[Special:Contribs/~2026-23022-34|~2026-23022-34]] ([[User talk:~2026-23022-34|talk]]) to last version by ~2026-32768-32
206553
wikitext
text/x-wiki
{{Başlıq Bizim dərrakəmiz çatdığı yerə,onların heç niyyəti çata bilməz.!

tddc0ioko1xbd44nupc3m7f0jjr2wxk
Kateqoriya:Qadın bəstəkarlar
14
16404
206551
2026-06-08T06:18:15Z
Araz Yaquboglu
637
Səhifə "[[Kateqoriya:Bəstəkarlar]] [[Kateqoriya:Qadın musiqiçilər|Bəstəkarlar]]" məzmunu ilə yaradıldı
206551
wikitext
text/x-wiki
[[Kateqoriya:Bəstəkarlar]]
[[Kateqoriya:Qadın musiqiçilər|Bəstəkarlar]]
t8k3mfei4515h1us4p165uy3jm4aqjh