Vikisitat
azwikiquote
https://az.wikiquote.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.47.0-wmf.16
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikisitat
Vikisitat müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Vətənpərvər
0
13215
206667
185913
2026-08-25T08:56:59Z
Araz Yaquboglu
637
vikiləşdirmə
206667
wikitext
text/x-wiki
{{təkrarlanan məqalə|Vətənpərvərlik}}
{{ABC}}
== A ==
* Ağıllı və yaxşı niyyətli insanlara xas bir ada olması üçün nələr verməzdim; elə bir yer olsa mən də vətənpərvər olardım. [[Albert Eynşteyn]]
* Azadlıq ağacı zaman-zaman vətənpərvərlərin, tiranların qanı ilə suvarılmalıdır. [[Tomas Cefferson]]
== B ==
* Bu ziddiyyətli məqsədlərdən iki bir-birinə zidd olan təhsil sistemləri yaranır. Biri ictimai və çoxları üçün ümumi, digəri özəl və məişətdir. Əgər xalq təhsilinin nə demək olduğunu bilmək istəyirsinizsə, Platonun Cümhuriyyətini oxuyun. Kitabları sadəcə adlarına görə mühakimə edənlər bunu siyasət haqqında risalə kimi qəbul edirlər, lakin bu, təhsil haqqında indiyə qədər yazılmış ən gözəl risalədir. Məşhur hesablamalara görə, Platon İnstitutu xəyali və real olmayan hər şeyi müdafiə edir. Öz tərəfimdən mən Likurqun sistemini sadəcə olaraq yazmağa vadar etsəydi, onu daha qeyri-mümkün hesab edərdim. Platon yalnız insanın qəlbini təmizləməyə çalışırdı; Likurq onu təbii yolundan çevirdi. İctimai institut yoxdur və ola da bilməz, çünki nə ölkə var, nə də vətənpərvər. Sözlərin özü dilimizdən silinməlidir. Səbəbin hazırda bizə aidiyyəti yoxdur, bilsəm də açıqlamaqdan çəkinirəm. "Yaşamaq nəfəs almaq deyil, hərəkət etməkdir; bu, orqanlarımızdan, hisslərimizdən, qabiliyyətlərimizdən, varlığımızın hisslərini bizə bəxş edən bütün hissələrimizdən istifadə etməkdir" [[Jan Jak Russo]]
== Ə ==
* Əsl vətənpərvər o kəsdir ki, hətta öz tərəfinə də həqiqəti söyləyir. [[Jan Jores]]
== M ==
* Məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək vətəndaşı gərək, birincisi, mənəviyyatca saf olsun. Ona görə də gərək mənəvi saflıq ali məktəblərdə, orta məktəblərdə hökm sürsün … Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər. [[Heydər Əliyev]]
== V ==
* Vətənpərvər həmişə vətən uğrunda ölməyə hazır olduğunu deyir, Vətən uğrunda öldürməyə hazır olduğunu isə bir dəfə də dilinə gətirmir. [[Mark Tven]]
* Vətənpərvər o insandır ki, həmişə mən vətənpərvərəm deyə qışqırır, lakin bu qışqırıq nə üçündür?-onu anlamır. [[Mark Tven]]
* Vətənpərvər orduda və azad ölkədə şöhrətə yol hamı üçün açıqdır. [[Corc Vaşinqton]]
* Vətənpərvər öz xalqını sevir, millətçi isə başqalarına nifrət edir. [[Corc Klemanso]]
* Vətənpərvərlər həmişə vətən uğrunda ölməyə hazır olduqlarını deyirlər, öldürməyə isə heç vaxt. [[Mark Tven]]
== İstinadlar ==
[[Kateqoriya:Mövzular]]
dehsgnc5qsybudc36uekhhbfhg1hub3
Samir Nagizadeh
0
16352
206668
206350
2026-08-25T08:57:42Z
Araz Yaquboglu
637
[[Kateqoriya:1997-ci ildə doğulanlar]] əlavə olundu [[VS:HC|HotCat]] ilə
206668
wikitext
text/x-wiki
{| class="infobox" style="width:22em; border:1px solid #aaa; background-color:#f9f9f9; color:black; margin-bottom:0.5em; margin-left:1em; float:right; padding:0.2em; font-size:88%; line-height:1.5em;"
|+ style="font-size:125%; font-weight:bold;" | Samir Nağızadə
|-
| colspan="2" style="text-align:center;" |
|-
! style="text-align:left;" | Doğum tarixi
| 17 sentyabr 1997
|-
! style="text-align:left;" | Doğum yeri
| Naxçıvan, Azərbaycan
|-
! style="text-align:left;" | Fəaliyyəti
| Aktyor, yazıçı
|-
! style="text-align:left;" | Milliyyəti
| [[Azərbaycanlılar|Azərbaycanlı]]
|}
'''Samir Nağızadə''' (doğum adı: ''Samir Nağıyev''; 17 sentyabr 1997, Naxçıvan) — Azərbaycanlı aktyor və yazıçı.
== Sitatlar ==
=== Sahne Senin: Hayat Işığı ===
* "Oyunçuluq dünyasına girmək elə kənardan göründüyü qədər 'yaraşıqlıyam, gözələm, olar' məsələsi deyil. Əsas mövzu intizam, plan və düşüncə tərzidir."
* "Futbol meydançasındakı o nizam, o komanda ruhu... illər sonra oyunçuluqda sən demə qızıl dəyərində imiş."
* "Futboldan teatra keçmək mənə görə uçurum deyilmiş; hər iki tərəf də anı idarə etmək və diqqəti itirməmək üzərinə qurulub."
* "İşıq sönəndə deyil, ümid bitəndə qaranlıq başlayır."
=== Rəqəmsal İmza ===
* "Rəqəmsal İmza-nı bitirdinsə, artıq əsasları yığmısan. Amma məsələ burda bitmir. Bu yol elə-belə yol deyil, davamı var."
* "Sadəcə profil qurmaq kifayət etmir. Sən həm də o profili daşıya bilməlisən."
* "İnsanlar təkcə baxmır, hiss edir. O hissi verə bilən adam artıq fərqlənir."
* "Bu iki kitabı birləşdirəndə artıq sən təkcə 'kontent yaradan' deyilsən. Sən bir brendə çevrilirsən."
* "Öz imzanı qoymaq üçün 'uyğun vaxt' deyə bir şey yoxdur. Heç vaxt hər şey hazır olmur."
== Filmoqrafiya ==
* ''Qız qaçırtma'' (Film, 2014)
* ''Faili meçhul'' (Serial, 2015)
== İstinadlar ==
<references />
== Xarici keçidlər ==
* [https://play.google.com/store/books/details?id=kcHTEQAAQBAJ Sahne Senin: Hayat Işığı (Google Play)]
* [https://play.google.com/store/books/details?id=Q9zREQAAQBAJ Rəqəmsal İmza (Google Play)]
* [https://books.google.az/books?id=kcHTEQAAQBAJ Google Books Kataloqu]
[[Kateqoriya:1997-ci ildə doğulanlar]]
0hl7kid0cl4mk7guwr8b7kph5ku5i6g
Qiyas İbrahim
0
16363
206669
206368
2026-08-25T08:58:41Z
Araz Yaquboglu
637
206669
wikitext
text/x-wiki
{{Bioqrafiya}}
'''Qiyas Həsən oğlu İbrahim''' (3 avqust 1994) — azərbaycanlı siyasi fəal.
== Sitatlar ==
=== 2016-cı il ===
==== Son sözü<ref name="SS">[https://posledneeslovo.com/2025/12/06/ibragimov-giyas/ Ибрагимов Гияс] posledneeslovo.com, 25.10.2016</ref> ====
Ətraflı olsun deyə, yazılı şəkildə son söz hazırlamışdım, amma əlimdən aldılar. Mənə verilmiş [[ittiham]] üzrə özümü müdafiə etmək fikrim yoxdur. Əsl cinayət fəaliyyətim püskürtmə boyamın rəngi kimi ağdır. Əsl səbəbi, vətəndaşı olduğum bu ölkənin, bu ölkədə mövcud olan siyasi sistemin yalanlarına və dərrakəlik zehniyyətinə adi tələbə gənc olaraq yetəri qədər sivil şəkildə etiraz etməyimdir. Heç bir yazılı qanunu pozmamışam. Üstəlik, yazılı qanunda etdiyim əməl cinayət hesab olunmur. Pozduğum sistemin yazılmamış qanunudur. Sistem bu yazılmamış qanunları ilə ayaqda qalmaq, ədalətsizliyi ədalət, köləliyi azadlıq kimi göstərmək üçün istifadə edir. Dövlətin yazılı və kağızda əksini tapan qanunlarını pozmaqla cəzasız qalmaq mümkündür, yetər ki, sistemin mövcudluğunda hansısa rol oynayasan, yaxud bu rol oynayanlardan kimlərisə, yaxud kimisə satın almaq iqtidarında, gücündə olasan. Belə olan halda yazılı qanunları pozub cəzasız qala bilərsən, ancaq bu sistemin yazılmamış qanunlarını pozanda cəzasız qalmaq mümkün deyil. Təbii ki, sistemin yazılmamış qanunlarını pozmusan. Bunlar, hamıya məlum olduğu kimi, bir jurnalistin doğruları, həqiqətləri yazıb göstərməyi, bir siyasətçinin müxalif mövqeyi, bir blogerin internetdə öz fikirlərini yazmağı, bir aktivistin dinc etirazı, bir ölkə vətəndaşının öz haqqını tələb etməyidir. Qısası, vicdanına qulaq asan dilinin olmamasıdır. Vicdanlı olursunuzsa, siz artıq sistemin yazılmamış qanununu pozursunuz və artıq cəzadan qurtulmaq şansınız yoxdur. Mən də bu gün həmin qanunu pozmuşam və özüməqədərki bu vəziyyətdə olanların sırasına qoşulmuşam. Ancaq bu yazılmamış qanunları pozanda bu sistem bizi yazılı qanunları pozmaqla ittiham edir, cinayətə şəriklər və həmin qanunlar nəzərdə tutulan cəzələri verir.
Bu da hamıya məlumdur. Bunu eləməklə öz yazılmamış qanunlarını kağıza köçürməyə guya utanırlar. Ancaq hər il bu utancaqlıq daha da azalır. Yəqin, növbəti intervalda bu utancaqlıq, ümumiyyətlə, qalmayacaq və insanları, elə birbaşa kölə olmaq istəmədikləri üçün ittiham edib cəzalandıracaqlar. Əslində, bu bizim üçün yaxşı olardı. Yeni vicdan məhbusları, doğruyu istəyən insanlar üçün yaxşı olardı.
Çünki cibimizə, evimizə qoyulan narkotik, “molotov kokteyli”nin, silah-sursatın bizim olmadığını sübut eləməyə, danışmağa əziyyət çəkməzdik. İğtişaş törətmək yox, sadəcə söz demək istədiyimizi sübut eləməyə əziyyət çəkməzdik. Kimisə kök saldığı kreslodan yıxıb, o kresloda özümüzün kök salmaq istədiyimizi yox, sadəcə həmin kresloda oturanın vaxtı gələndə getməli olduğunu istədiyimizi açıqlamağa əziyyət çəkməzdik.
Birbaşa nə etmişiksə, onunla da ittiham olunardıq. Yeni totalitar bir sistemin vətəndaşı olaraq. Bilmirəm, bu olacaq, ya olmayacaq, mən hər halda bunun olmamalı olduğuna inananlardan biriyəm, ona görə də bu gün vicdan məhbusu kimi burda hökm verməyiniz üçün sizin dirnaq arası ədalət məhkəmənizə çıxarılmışam.
Sistemin qanunlarından birini pozub, vicdanlı insan olaraq hansısa şəkildə etiraz eləməyim, etirazımı heykələ şüar yazaraq çatdırmağım, bildirməyim, sistemin öz yalanlarını doğru kimi qəbul etdirmək üçün yaratdığı pərəstiş kultunun movilunda yazı yazaraq etiraz eləməyim, bəziləri tərəfindən guya mənim və Bayramın həyatda olmayan şəxsin xatirəsini təhqir etməsi kimi qələmə verilib. Hərçənd bu, belə olsa da, olmasa da, biz heykələ yazıb etiraz etməsək də, başqa şəkildə bizdən əvvəlki insanların timsalında gördüyümüz kimi bura çıxarılacaq vəziyyətdəydik.
Yəni demək istədiyim odur ki, bu hadisəni hay-küylə bizim həyatda olmayan birinin xatirəsini təhqir etməyimiz kimi qələmə verməyiniz, bizə verəcəyiniz cəzanı buna görə bir qədər də artırmağınızın yanlışlığıdır, bunun heç bir əhəmiyyəti də yoxdur. Bu, sadəcə başının içində beyin yerinə pambıq gəzdinənlərin deyib-danışa biləcəyi bir şeydir.
Çünki indiki halda, mövcud vəziyyətdə sistemin simvoluna – həmin heykələ şüar yazıb etiraz bildirməklə biz onu kiminsə şəxsinə ucaldılmış abidə kimi yox, bu sistemin, “böyük qardaş”a göstərdiyi sevgi olaraq təzim etdikləri bir pərəstiş kultu, simvolu kimi görmüşük.
Ona görə ona şüar yazıb, sistemə bu cür etiraz eləmişik, yoxsa kiminsə xatirəsinə ucaldılmış abidə kimi yox. Bir daha təkrar edirəm ki, bu cür, yeni kiminsə guya xatirəsini təhqir elədiyimizi söyləyib, “heykələ niyə yazırdınız, gedib öz babanızın qəbir daşına yazaydınız”, demək sadəcə gülüncdür. Bayaq dediyim kimi, bunu ancaq başının içində beyindən başqa nə desəniz daşıyan biriləri deyə bilər. Təcridxana rəisi də belə adamlardan biri idi. Mənə deyirdi ki, bunu elədiyinə görə xalq səni linç eləyər. Bilmirəm, bu dediyinə nə qədər inanır… Bəlkə, xalq deyəndə polis idarəsindəki bir dəstə qulduru nəzərdə tutur, deyə bilmirəm. Amma xalq bizi, doğrudan da, linç edərdisə, rəisin sözündən belə çıxır ki, bu sistemin bir ünsürü kimi biz ona və polis idarəsinə, polislərə təşəkkür eləməliyik. Təşəkkür eləməliyik ki, nə yaxşı, siz bizi tutmusunuz, yoxsa xalq bizi linç eləyərdi. Bu, çox klişe bir ifadəni xatırladır mənə: “Nə yaxşı ki siz bizi döyürsünüz, nə yaxşı ki siz az yeyirsiniz, başqaları gəlib bizi çox döyərdi, başqaları gəlib çox yeyərdi”. Rəisin dedikləri də bu kimi fikirlərin analoqudur.
Bundan başqa, ən başda da dediyim kimi, narkotik ittihamı ilə özümü müdafiə etməyəcəyəm. Özü alçaqlığın hansısa bir pilləsində qərar tutmuş polis idarəsinin rəisi guya bizə mənəvi işgəncə vermək, ya da alçaltmaq üçün yer süpürdürürdü, təmizlik işləri görməyə məcbur etdirirdi. Bu aciz məxluq başa düşmür ki, biz onun əmri ilə məcbur olub yeri təmizləməklə özümüzü alçalmış hiss eləmirik. Biz həbsxanaya girməyi gözə alanlarıq. Bundan qorxmayanlar olaraq özümüzü onda alçalmış hiss edirik ki, yalan maşınının dili ilə desək, Avropanın inkişaf eləmiş şəhərlərinə, paytaxtlarına bənzəyən bir şəhərin küçələrini ac qalmamaq üçün yaşlı qadınların süpürdüyünü görürük.
Biz onda özümüzü alçalmış hiss edirik ki, oturduğu kresloda kök salan və bizim kimi adi tələbələrə — fərqi yoxdur, etirazçı və ya başqa biri olsun — “qabağımda diz çökməlisiniz”, “mən şaham, qanun da mənəm” deyən xəstə zehniyyətli mirqafarlər və onun kimi xəstə zehniyyətlilər, iyerarxiyada qərar tutanların əmri ilə sistemin qurduğu kölələr, quldurlar övladlarını orduda itirən anaları meydanlarda sürüyürlər. Onların səsini çatdırmağa çalışan insanları təhqir edirlər. Biz bunu görəndə özümüzü alçalmış hiss edirik. Mirqafar kimilərin qabağında diz çökəndə özümüzü alçalmış hiss eləmirik. Özümüzü onda alçalmış hiss edirik ki, bu cür zehniyyət sahiblərinin əmrləri ilə hərəkət eləyən muzdlü quldurlar…
Hakim: Sən ittihama qayıt, ittihama.
Qiyas: Xeyr, mən ittihama qayıtmayacağam. Bu mənim söz haqqımdır. Mən özüm bilərəm, cənab hakim, nə deyirəm. Mən başda sizə dedim ki, özümü narkotik ittihamı ilə bağlı müdafiə etməyəcəyəm. Mən danışmaya da bilərəm, mahnı da oxuya bilərəm.
Hakim: Hə, oxuya bilərsən, oxu.
Qiyas: Çox sağ olun, icazə verin tamamlayım.
Dediyim kimi, özümüzü o zaman alçalmış hiss edirik ki, bu cür xəstə zehniyyətin iyerarxiyasında yer tutanların əmri ilə hərəkət eləyən muzdlü kölələrin, muzdlü qatillərin, sistemin yalan maşınının dediklərinin tam əksinə olaraq, ölkənin səfalət güzgülərindən biri olan Nardarana girib, orada haqlarını istədilər, sadəcə, səslərini qaldırdılar, söz dedilər deyə insanları vəhşicəsinə öldürmələri, qalanlarını da eynən bizim kimi etmədikləri cinayətlərlə şərləyib həbsxanalara doldurduqlarını görəndə…
Hakim: Nardaran sənə aid deyil.
Qiyas: Xeyr, bu ölkədə baş verən hər şey mənə aiddir, ona görə buradayam.
Hakim: Sənə aid olan ittihamdan danış, qanunla o deyil.
Qiyas: Bu ölkədə qanun olsaydı, mən burada olmazdım.
Hakim: Bəs harada olardın?
Qiyas: Tarix göstərəcək harada olacağam.
Nardarana girən muzdlü quldurların, zəncirli kölələrin heyvan cüssəsi qarşılığında Vətəni qorusunlar deyə səngərə tökülən uşaqların, hələ də körpə simalarını itirməmiş ana quzuları olduğunu, ana övladları olduğunu görürük. Bizi alçaldan budur. Bunun əvəzində isə belə heyvan cüssəlilər öz insanlarına işgəncə verib öldürürlər.
Hakim: Oğul, mahiyyətə qayıt.
Qiyas: Həbsimin mahiyyəti budur, cənab hakim.
Hakim: Yaxşı, son sözün nədir hakime?
Qiyas: Son sözümü bitirmək üzrəyəm, əlbəttə ki, icazə versəniz. Biz – Bayram Məmmədov, mən və məndən sonra şərlənərək həbs olunan insanlar belə bir zehniyyətin yaşadığımız ölkədə bizi öz köləsinə, quluna çevirməyə çalışdığını, alçaltdığını başa düşəndə həbsdən qorxmayan və doğruları deməyə çəkinməyən insanların yanında olmağın vacibliyini anlamışıq.
Bunu anladığımıza görə də, o insanlardan biri olmağa çalışdığımız üçün heyfislənmirik. Bir neçə il əvvəl də bizim kimi gənc insanlar – aralarında qadın və yaşlı olanlar da var idi – eynən bizim kimi doğruların yanında olduqlarına, düzünü dediklərinə, haqları olan şəkildə etiraz elədiklərinə görə, eynən bugünkü kimi, eynən 10 may 2016-cı ildəki kimi, Bayram Məmmədova və mənə qarşı edilən kimi şərlənib, etmədikləri cinayətə görə həbsxanalara salınıblar.
Sistem bununla doğru, haqlı olanı darmadağın edə biləcəyini, öz yalanları ilə ayaqda qala biləcəyini fikirləşirdi. Amma sizin də, hamının da gördüyü kimi, bu insanların həbsxanaya doldurulması, cəzalandırılması sistemin aləmində heç də hamıya, həmçinin mənə, Bayrama gözdağı olmadı. Və ona görə də, bu gün mən buradayam. Və gözdağı ola da bilməz. Ümumiyyətlə, həbsimiz gözdağı olmayacaq, əlbəttə ki, vicdanlı insanlar olduqca, bu cür əhəmiyyətsiz cəzalar heç kimi qorxuda bilməz.
Mənə təcridxanada hədə-qorxu gəlirlər ki, özümü dərin quyuya salmışam. Bəli, elədir, mən də, Bayram Məmmədov da, bizdən əvvəlkilər də özümüzü quyuya salmışıq. Bunu bilirik. Ona görə salmışıq ki, bu quyunun suyunu tapıb çıxardaq və onun suyu bütün bu çirkabları, bütün bu iyrəncilikləri yuyub aparsın. Bəlkə də, bu quyunun suyu bizi boğa bilər, fərqi yoxdur, amma bu çirkabların təmizlənəcəyinə inandığımız üçün biz özümüzü bu quyuya salmışıq.
Buna görə də burdayıq və buna görə də, sizdən bəraət diləmirik. Məndən əvvəl etmədikləri cinayətlərə görə şərlənən, bu gün də həbsdə olan və həbs cəzasını çəkib çıxan insanlar, vicdan məhbusları bu qapılardan girəndə ümidlərini bayırda qoyub girirlər.
Çünki məsələnin mahiyyəti onlara çox aydındır, mən də eynən onlar kimi bu qapıdan girəndə ədalətə olan ümidlərimi bayırda qoyub girmişəm, eynən Dantenin “İlahi komediya”sında cəhənnəmə girənlərdən tələb olunduğu kimi.
Ancaq bu məhkəmə, bu həbsxanalar bizim üçün cəhənnəm deyil. Sistemin düşüncəsizliyinə rəğmən, ola da bilməz.
İstər bu məhkəmə, istər həbsxanalar bizim kimi insanlar, xüsusən, mən və yaxud digərləri üçün qorxulu deyil, deyərdim ki, doğruların yanında olan, bunları deməyə çəkinməyən insanların müvəqqəti olaraq müəyyən çətinlik çəkdiyi bir istirahət yeridir. Bu çətinliyi çəkməkdən qorxmuruq. Biz verdiyiniz hökmün kağız üstündə ağırlığından asılı olmayaraq, bundan çəkinmirik. Hətta deyərdim ki, bu cür insanların olduğu yerə, bu cür yaxşı insanların, doğrunu deyən insanların azadlıqlarından məhrum olub, salındığı yerlərə hətta sevə-sevə gedirik.
Çünki bu inamımız doğruluğa, həqiqətə, azadlığa olan inamdır və bu inamımızın tapıb çıxardığı təmiz suyun, bütün bu çirkabları tarixin zibilliyinə qarışdıracağına inanırıq. Anam burada ifadə verərkən dedi ki, o, bir övladı üçün fəryad edir. Əlbəttə, o, anadır və digər vicdan məhbuslarının anaları da elə deyə bilərlər. Amma demək istəyirəm ki, övladlarının doğruların yanında olanlar olduğunu bilib, heç də fəryad eləməsinlər. Heç də olmayan ədalətdən bəraət istəməsinlər. Əksinə, çox rahat və şən olsunlar. Odur ki, haqqımda hökm verərkən bu dediklərimi də nəzərə alacağınızı, bu son sözümü də nəzərə alacağınızı yaxşı bilirəm. Elə bunun üçün də dedim.
Odur ki, cənab hakim, haqqımda qərar verəndə öz insiyativinizi, öz təşəbbüsünüzü irəli sürün. Hətta deyərdim ki, yəqin, cənab ittihamçı bir neçə gün əvvəl mənə 9 il iş istədiyi üçün çox peşman olub. Yəqin, maksimum cəza olan 12 ili istəyərdi. Onun peşmanlığına görə mən burda müəyyən qədər şənlənirəm. Qısası, cənab hakim, haqqımda qərar verəndə çəkinməyin.
Biz doğrulara inanırıq, buna görə də həbsxanalar, işgəncələr, təhqirlər və s. bunun kimi əhəmiyyətsiz şeylər bizim kimiləri kölə və qula çevirməyə yetərli deyil. Çox sağ olun!
== İstinadlar ==
{{İstinad siyahısı}}
[[Kateqoriya:Əlifba sırasına görə şəxslər]]
[[Kateqoriya:1994-cü ildə doğulanlar]]
7uvsnqmew8o9im7wp2uq3cv7np6z9rk
Əbdürrəhman bəy Fətəlibəyli
0
16435
206670
206613
2026-08-25T08:59:23Z
Araz Yaquboglu
637
vikiləşdirmə
206670
wikitext
text/x-wiki
{{Şəxs}}
{{ABC}}
== B ==
* Biz çar valilərinə, [[bolşevik]] əsarətinə dözmədiyimz kimi, hər hansı bir millətin hakimiyyətinə də dözməyəcəyik. Azərbaycanı azərbaycanlılar idarə etmiş və yenə onlar idarə edəcək.<ref>[http://elibrary.bsu.edu.az/files/books%20135/N%2095.pdf Yaqublu, Nəsiman. Əbdürrəhman Fotəlibəyli-Düdənginski (PDF) (az.). Bakı: Abşeron nəşr. 2009. səh:74. ISBN 978-9952-8020-8-5.]</ref>
== N ==
* Nəhayət, SS-in Baş qərargahı bizi şərtsiz tanımaqdan imtina etmədi və 17 mart 1945-ci ildə Reyxkansler Rozenberq Almaniya İmperatorluğu hökuməti adından Azərbaycanın müstəqilliyini tanıdı. Müstəqilliyin tanınması bizim mücahidlərin qanı və ziyalılarımızın çalışqanlığı hesabına əldə olundu və qazanıldı. İsveçrəli alim deyirdi ki, həyatda heç nə həlak olmuş mücahidlərin qanı kimi müqəddəs ola bilməz. Lakin rəhbər olmayanda bu dəyərli qan batır. Qurultaysız və məclissiz müstəqilliyimizin tanınması mümkün olmazdı və onların silahlı mübarizəsi əhəmiyyətsiz olar, qanı yerdə qalardı.<ref>[http://elibrary.bsu.edu.az/files/books%20135/N%2095.pdf Yaqublu, Nəsiman. Əbdürrəhman Fotəlibəyli-Düdənginski (PDF) (az.). Bakı: Abşeron nəşr. 2009. səh:122. ISBN 978-9952-8020-8-5.]</ref>
== Həmçinin bax ==
{{Vikilər
| commons = Category:Abdurahman Fatalibeyli
| s = Müəllif:Əbdürrəhman bəy Fətəlibəyli
}}
== İstinadlar ==
{{İstinad siyahısı}}
[[Kateqoriya:Əlifba sırasına görə şəxslər]]
[[Kateqoriya:Azərbaycanlılar]]
[[Kateqoriya:Azərbaycan siyasətçiləri]]
[[Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər]]
[[Kateqoriya:Türk millətçiləri]]
[[Kateqoriya:1908-ci ildə doğulanlar]]
e6128ni9u81ocd36l39zc9v7ww07ds2
Bolşevik
0
16473
206671
2026-08-25T08:59:42Z
Araz Yaquboglu
637
[[Bolşeviklər]] səhifəsinə istiqamətləndirilir
206671
wikitext
text/x-wiki
#redirect[[Bolşeviklər]]
4a32tyc3plcm57wwmqd2w0pyxc1bj1k
Kateqoriya:1660
14
16474
206672
2026-08-25T09:00:37Z
Araz Yaquboglu
637
Səhifə "{{Vikianbar kateqoriyası|1660}} [[Kateqoriya:1660-cı illər|*00]] [[Kateqoriya:İllər|1660]]" məzmunu ilə yaradıldı
206672
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|1660}}
[[Kateqoriya:1660-cı illər|*00]]
[[Kateqoriya:İllər|1660]]
l10dag5nv0a0klvrkp70qx28tlmlsdf