Vikisitat
azwikiquote
https://az.wikiquote.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.47.0-wmf.18
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikisitat
Vikisitat müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Aytac Tapdıq
0
16484
206687
206686
2026-09-05T05:12:40Z
Araz Yaquboglu
637
[[Kateqoriya:Azərbaycan jurnalistləri]] əlavə olundu [[VS:HC|HotCat]] ilə
206687
wikitext
text/x-wiki
{{Bioqrafiya}}
'''Aytac Soltan qızı Əhmədova (Tapdıq)''' (18 iyul 1993) — azərbaycanlı jurnalist.
== Sitatları ==
“...müstəntiqə dedim, uzatmayaq — “Kürdəxanı!”” - 7 avqust, 2026-cı il
== Nitqləri ==
=== 2026 ===
* '''7 avqust 2026-cı il tarixli sərbəst ifadəsi'''<ref name=":01">{{cite news|title=“Meydan TV işi”: “Burada mühaкimə olunan Azərbaycan cəmiyyətinin vicdanıdır|author=Meydan TV|newspaper=www.meydan.tv|date=2024-12-04|url=https://www.meydan.tv/az/article/meydan-tv-isi-davam-edir-burada-muhakim%C9%99-olunan-az%C9%99rbaycan-c%C9%99miyy%C9%99tinin-vicdanidir/|accessdate=2024-12-04|language=az|archiveurl=|archivedate=|url-status=live}}</ref>
Yazıçı Milan Kundera sual verməyi eskizlər çəkilmiş kətanı cıran bıçağa bənzədir. Ordan baxıb arxasında nə gizləndiyini görmək olar. Totalitar hökumətlərin ən böyük düşməni sual verməyə başlayan insandır. Sorğulayan biri arayış içindədir, işin əslini, doğrunu axtarır. Qabağına qoyulanla yetinmir, həqiqəti öyrənmək istəyir. İnsan təbiəti gərəyi bilmək istəyir. Medianın həqiqətləri çatdırmaq missiyası insanın əsas təməl instinktlərinə – doğrunu bilmək ehtiyacına cavab verir. Həqiqəti bilmək bir haqdır və əgər bu, cinayət hesab olunursa o zaman insan olmağın özü ittiham predmetinə çevrilir. Azərbaycan cəmiyyətində fikir və söz azadlığı Əliyev iqtidarının təcavüzü altındadır. Xalqın sözçüsü olan müstəqil mətbuat Azərbaycan kimi avtoritar ölkələrdə gizlədilən faktları gün üzünə çıxarıb, həqiqətin üzərindən pərdəni götürməklə hakimiyyətə qarşı ölkə insanın qalxanı rolunu oynayır. Hakimiyyətlə toqquşduğumuz yer məhz buradır.
Jurnalistlər onların yalanlarını faş edir, cəmiyyəti hər cür zorbalıqla kontrol altında tutmaq istəyi təhdid altına düşür. Ancaq həqiqət bizim hər cür manipulyasiya və yalana qarşı tək silahımızdır. Bizim, elə sizin də cəmiyyət qarşısında əxlaqi məsuliyyətimiz var. Meydan TV bu məsuliyyətdən çıxış edərək yoxsulluq içində cəbəlləşən böyük çoxluğa qarşı müqayisəyəgəlməz rifah içində yaşayanları göstərir. Biz dövlət yetkililərini xalq önündə hesabatlılığa təşviq etmişik. Hər bir ictimai əhəmiyyət kəsb edən hadisə kameralarımızdan yayınmayıb.
Harada özbaşınalıq, hüquq pozuntusu, dövlət cinayəti, işgəncə, saxtakarlıq olubsa – Meydan TV orada olub. Boğazlarda düyümlənən acılara nəfəs olub, insanların içinə ümid axıtmışıq. Nəticədə sistemin oyununu pozduğumuz üçün həbslərə, təqiblərə məruz qaldıq. Ancaq həbsimiz ifadə azadlığına biçdiyimiz dəyərdir. Bir dəyər onun üçün bədəllər ödəməyə hazır olanda dəyərə çevrilir.
Hər kəsə məlumdur Kürdəxanıya “öz ayaqlarımızla” gəldiyimiz. Bizi buracan təqib edən hekayəmiz qovulmağın hekayəsidir. Qarabağ müharibəsində Gəncə bombalanan zaman müstəqil mediaya qoyulan qadağaları aşıb xəbərin ardınca hadisə yerinə gedə bildik. Müharibədə evini itirmiş, dağıntılar altında qalan keçmişini izləyən qadından “hökumət sizi qalacaq yerlə təmin edibmi?” – soruşdum. Sualımdan müstəqil jurnalist qoxusu alan hökumətaltı media nümayəndəsi “Meydan TV burdadır!” – deyə haray çəkdi. Az keçməmiş polislər ətrafımızı sarıb canhövllü bizi avtomobilə mindirərək oradan uzaqlaşdırdılar. Getdiyimizdən əmin olmaq üçün bizi taksi sürücüsünə təhvil verib Gəncədən qovdular.
Laçın yolu bağlananda Şuşada hökumətin təşkil etdiyi saxta eko-aksiyanı işıqlandırmağa getdik. O qədər saxta aksiya idi ki, biz də qeyri-hökumət təşkilatı nümayəndəsi kimi xüsusi təşkil olunmuş avtobuslara minə bilmişdik. Çəkilişimiz bitənə yaxın Prezident Administrasiyasının əməkdaşlarına agah oldu ki, sən demə Meydan TV burdadır. Biz maskalılar tərəfindən saxlanıldıq və xüsusi avtomobilə mindirilərək eyni qaydada da Şuşadan qovulduq.
Sionidlə zəhərlədikləri söyüdlülərin o cəsur etirazını müstəqil media hərtərəfli işıqlandırdı. Söyüdlülər susmadıqları üçün o balaca kənd bu gün də – 4 ildir blokadadadır. Ölkədə vicdanı olan hər kəs hər gün buna görə utanmalıdır. Etirazdan sonra növbəti dəfə kəndə gedərkən telefonlarımız dinlənildi. Bizi təqib edib Söyüdlüyə getməyə imkan vermədilər.
Beləcə bu qaçhaqovlar bizi həbsxanayacan izlədi. Həqiqət tiryək kimidir, ona sevdalandınsa, yoxmuş kimi davrana bilməzsən, ən dərin quyulara enib, axtarıb tapmaq istəyirsən onu. Və biz getdiyimiz hər yerə davamızı da aparırıq. Təcridxanada əl kameralarımız gözlərimiz olub. Şahid olduğumuz pozuntuları mətbuata çıxarırıq. Həbsxanada baş verən işgəncə faktını işıqlandırandan sonra təcridxanadan qova bilmədilər deyə bu səfər də bizi qaldığımız kameradan qovdular.
Despotizm jurnalistləri doğrunu göstərmək cürətinə görə cəzalandırır. Qorxu və zorakı güclə idarə olunan ölkədə mətbuat insanlara gücün özünü tənqid etmək, çəkinmədən danışa bilmək ehtimalını göstərir. Müstəqil media hakim narrativin qoyduğu əks fikirlərə yer açmaqla tənqidi ruhu diri saxlayır. Eynilə Con Stüart Mill bizə xatırladır ki, müxtəliflik daim insanların gözü qarşısında olmalıdır, yoxsa onlar müxtəliflik imkanının özünü itirəcəklər. Jurnalistikanı lisenziyalaşdırıb ancaq bəlli, sözəbaxımlı qrup üçün qanuni saymaq – söz azadlığını boğmaqdır. 2021-ci ildə qəbul olunan, 2025-ci ildə daha da sərtləşdirilən “Media haqqında” geriçi qanun müstəqil mətbuata qanundankənar status verməklə onu sıxışdırıb sıradan çıxardır. Digital çağda belə “parlaq” fikir ancaq bu qədər köhnəpərəst adamların ağlına gələ bilərdi. Halbuki İlham Əliyev Azərbaycanda süni intellekt üçün data mərkəzləri yaratmaq iddiasındadır. Qabaqcıl texnoloji şirkətlərin mənzilləndiyi Avropa ölkələrinə belə cazibədar təkliflərlə gedir.
Ölkəyə isə dost tiranlardan idxal etdiyi qanunları legitim olmayan parlament vasitəsilə qəbul etdirir. Gücün yazıya çevrilmiş formasını “qanun” adlandırıb, bu alətlə tənqidçilərini buxovlayır. Süni intellekt üçün data mərkəzi rolunu oynamaq istəyir, amma təbii intellektlərin müstəqil təşəbbüslərini təhdid kimi qavrayır. Mən sual verirəm, əgər qanun təməl insan haqlarını tar-mar edib, həqiqəti cəzalandırmaqla, ədalətsizliyə şərik çıxırsa onu niyə qəbul etməliyik? Cəmiyyətlə hesablaşmadan, ictimai müzakirə açılmadan, tək bir adamın diktəsinin təzahürü olan qanunu niyə tanımalıyıq? Axı sistem ədaləti təmsil etmirsə, ona kor-koranə razı gəlib itaət etmək mənəvi məsuliyyətdən boyun qaçırmaqdır. Yox, bu qanun deyil, bu cəmiyyətin üzərində tətbiq edilən qamçıdır. İndi guya bu qanunlara istinadla bizi ölkəyə xarici valyuta gətirməkdə ittiham edirlər. Siz ölkədən çamadanlarla çıxardığınız pulların hesabını nə zaman verəcəksiniz? İlham Əliyev öncə ailəsinin sahib olduğu hüdudsuz sərvətin mənbəyini açıqlasın ictimaiyyətə. Hər halda bacı Əliyevaların dillərə dastan “Mandarin Oriental Bodrum” kurort kompleksinə yatırdığı 500 milyon avronun yanında 12 nəfərə qurub-quraşdırdığınız məbləğ dəvədə qulaq qalır.
Yaşadığım mənzildən götürülən ən dəyərli maddi sübut bizdən öncə həbs olunan “AbzasMedia” əməkdaşlarının evin divarından asdığım fotolarıdır.
İstintaq bitərkən bəzi əşyalarımı qaytardılar, ancaq həmkarlarımın şəkillərini geri vermədilər. Prinsipcə onları maddi sübut kimi qiymətləndirmələrini tam haqlı sayıram. Əlbəttə, danışan, yazan adamları həbsə qapatmaq, ölkəni aydınlığa çıxarmaqdan daha asandır. İlham Əliyev Azərbaycan xalqından susdurulmuş, donuq adamlar ordusu düzəltmək istəyir. Ancaq iqtidar Azərbaycanın gerçəyindən qaça bilməyəcək. Biz gerçəkləri, gerçəklər də onu getdiyi hər yerdə təqib edəcək.
Fərqli fikri qurduğu hegemoniya altında əzməyə çalışan sistem azad düşüncənin son işartılarını söndürmək üçün də addımlarını gecikdirmir. YAP hökuməti gənc zehinləri qamçılayaraq yeniliyin və yaradıcılığın cücərməsi üçün ölkədə münbit iqlim saxlamır. Özünü sənətlə realizə edib qraffiti çəkən gənclər həbs olunur, cəzalanır. Axı diktaturada necə nəzarətdən kənar akt baş verə bilər. Əliyev anlayır ki, bir gəncin azad rəsmi, yaradıcı ruhun məhsulu onun çöküşünün başlanğıcı ola bilər. Yarım əsrdən çoxdur hakimiyyəti kimsəylə paylaşmayan Əliyevlər bütün ölkəni səbəbsiz yerə koloritsiz, estetikadan kənar saxlamayıb ki? Artıq ölkədə bütün insanlar üzərində qurulan total nəzarət rəsmiləşdirilir. İlham Əliyev xalq üzərində nəzarət səlahiyyətlərini genişləndirən yeni mexanizmlər işə salır. Ötən ilin noyabrında o yeni mərkəzləşdirilmiş rəqəmsal sistemin yaradılması haqqında fərman imzalayıb. MİRAS adlı yeni sistemlə müxtəlif dövlət qurumlarından toplanan vətəndaşların şəxsi həyatının bütün sferalarını əhatə edən məlumatlar bir mərkəzdə cəmlənəcək və nəzarəti Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirəcək. Yəni DTX şəxsin istirahət üçün hansı ölkəyə gedəcəyindən tutmuş, nə qədər kommunal ödəməyinə, dini inancından Qarabağa etdiyi səfərlərədək bütün məlumatları vahid sistem vasitəsilə öyrənəcək. 24 saat insanları gözətləyən təhlükəsizlik kameralarına tuş gələn biri eyni anda DTX-yə da göz qırpmış olacaq. Və bunlar olarkən heç bir formal məhkəmə qərarına belə ehtiyac duyulmayacaq.
Bu sistematik kontrol rəqəmsal məkanda özünü aydın büruzə verir. Daxili İşlər Nazirliyində sosial şəbəkələrə nəzarət şöbəsi yaradılıb. Hökumətin yeni icadı olan Media və Yayım Şurasının da fəaliyyət istiqamətlərindən biri sosial şəbəkələrin monitorinqidir. Xalqın özünü ifadə etdiyi yeganə platforma olan sosial şəbəkələrdə etdiyi paylaşım, bəyənmə, şərh onun azadlığına bais ola bilər. Qadağalar ölkəsində bir barmaq toxunuşu artıq həbs səbəbidir. Despotizm həbsxananı zehinlərdə qurmaqla insanları özünü senzuraya zorlayır.
İfadə azadlığının təqib olunmağı sual vermək azadlığını əlimizdən alır. Həyatımızı iqtidarın əllərinə buraxıb icazə verilən və informasiyanın çərçivəsində bir yaşam inşa etməməliyik. Həqiqət qırıntıları ilə yetinməyib sual verməyə davam etməliyik. Əliyevlərə itaət Azərbaycan xalqının alın yazısı deyil. Medalyonun bir tərəfində basqıdırsa, digərində azadlıq xiffəti və mübarizəsi var. Təəssüf ki, bu ölkədə ya diz üstündə dayanmalısan, ya ayaq üstündə. Mən hamımıza dimdik dura bilməyi arzulayıram. Gəlin, ümidə və cəsarətə qapılarımızı kilidləməyək. Qoy söndürə bilmədikləri azadlıq dirənişi onların qorxularını daim ayıq saxlasın. Və sonda demək istəyirəm ki, istəyirsə həyatımıza bədəl olsun, yetər ki, doğruluq qazansın”.
“...Həyatımıza bədəl olsun demişkən, avqustun 9-u peşəsini həyatı bahasına ödəyən jurnalist Rasim Əliyevin ölümünün 11-ci ildönümüdür. Rasimin cinayəti bu günə kimi tam araşdırılmayıb. Mən əminəm ki, yaşasaydı bizim sıralarımızda müttəhim kürsüsündə dayanardı. Həmkarımızın əziz xatirəsini sayğıyla yad edir, hər kəsi bir dəqiqəlik sükuta dəvət edirəm.”
== İstinadlar ==
{{İstinad siyahısı}}
[[Kateqoriya:Əlifba sırasına görə şəxslər]]
[[Kateqoriya:1993-cü ildə doğulanlar]]
[[Kateqoriya:Azərbaycan jurnalistləri]]
ewk3r7urvpqk0a8wsupsnmqkumcf4ow
Kateqoriya:1662
14
16485
206688
2026-09-05T05:14:24Z
Araz Yaquboglu
637
Səhifə "{{Vikianbar kateqoriyası|1662}} [[Kateqoriya:1660-cı illər|*02]] [[Kateqoriya:İllər|1662]]" məzmunu ilə yaradıldı
206688
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|1662}}
[[Kateqoriya:1660-cı illər|*02]]
[[Kateqoriya:İllər|1662]]
5gbat06yqq9clxfnwfodpqcvdn51m34