Vikisitat azwikiquote https://az.wikiquote.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.47.0-wmf.18 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikisitat Vikisitat müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Aysel Ümüdova 0 16487 206690 2026-09-07T16:46:37Z Freiheiten 5596 Səhifə "{{Bioqrafiya}} '''Aysel Şəmsəddin qızı Ümüdova''' (1 avqust 1992) — azərbaycanlı jurnalist. == Nitqləri == === 2026 === * '''7 avqust 2026-cı il tarixli sərbəst ifadəsi''' Mən Aysel Ümüdova – 12 ildir Meydan TV-də jurnalist kimi fəaliyyət göstərirəm. Peşə fəaliyyətim boyu yüzlərlə fərqli insan tanımış, çəkiliş üçün müxtəlif evlərin qonağı olmuşam. Adətən, reportajlarım ehtiyac sahibləri, aztəminatl..." məzmunu ilə yaradıldı 206690 wikitext text/x-wiki {{Bioqrafiya}} '''Aysel Şəmsəddin qızı Ümüdova''' (1 avqust 1992) — azərbaycanlı jurnalist. == Nitqləri == === 2026 === * '''7 avqust 2026-cı il tarixli sərbəst ifadəsi''' Mən Aysel Ümüdova – 12 ildir Meydan TV-də jurnalist kimi fəaliyyət göstərirəm. Peşə fəaliyyətim boyu yüzlərlə fərqli insan tanımış, çəkiliş üçün müxtəlif evlərin qonağı olmuşam. Adətən, reportajlarım ehtiyac sahibləri, aztəminatlı ailələrin evlərindən hazırlanırdı. Bu gün həmin evlərdən biri haqqında sizə danışacam. İki vaqonu birləşdirib özünə ev düzəltmiş bir ailəyə çəkiliş üçün getmişdim. İstəyirəm evi bir az sizə təsvir edim. Dar qapıdan içəri girəndə başını aşağı əyməli olurdun. Heç otağın içində də başı dik gəzə bilməzdin, çünki tavan boyu hörümçək torunu xatırladan elektrik naqilləri bir-birini izləyirdi. Çəkiliş qış ayına təsadüf edirdi. Vaqon dəmirinə hopmuş soyuq otağa elə yayılmışdı ki, danışarkən nəfəsimizdən duman çıxırdı. Ev sahibəsi küçə süpürməklə həyatını qazanan yaşlı qadın idi. Yaşı çox idi, amma pensiya yaşına da hələ illəri var idi. Həm mətbəx, həm koridor, həm qonaq otağı, həm də hamam kimi istifadə edilən bu otaqda kiçik bir dolab var idi. Dolabın içində “taykeş” bir neçə qab, bir də səliqə ilə çərçivələnmiş İlham Əliyevin fotosu… Belə bir evdə prezidentin portreti diqqətimi çəkdi. Baxdığımı gördü, başı ilə şəkilə işarə edib dedi: “Onun heç nədən xəbəri yoxdur. Ona hər şeyi fərqli deyirlər.” Qadın düşünürdü ki, onunla birlikdə ilbəil yaş alan pensiya yaşından, ölkədə yüzlərlə ailənin vaqonlarda ömür başa vurmağından, seçki saxtakarlığından, qarşısıalınmaz bahalaşmadan – total iqtisadi zorakılıqdan İlham Əliyevin xəbəri yoxdur. O elə bilirdi ki, hökumət bu problemlərdən agah olsa, dərhal həlli tapılacaq – ona görə də məni evinə çəkiliş üçün dəvət etmişdi. Lakin ölkə başçısı həbsimizə fərman verməklə göstərdi ki, o hər şeyi görür və bilir. Hətta kamera arxasındakı jurnalisti də tanıyır və izləyir. Ona kamera önündə çarəsiz qoyduğu, medianı son ümid yeri kimi görən həmin qadının problemləri yox, onu lentə alan jurnalistin kimliyi maraqlıdır. Repressiya göstərdi ki, Əliyev öz gördüyü problemləri başqalarının görməsini, bilməsini istəmir. Məsələnin həllini isə həmin kameraları söndürməkdə tapdı. Bəs jurnalistləri həbs etmək həmin qadının sistematik problemlərini həll etdimi? Biz həbs olunduğumuzdan bəri yenə nəqliyyat, kommunal, ərzaq məhsullarının qiymətində artım var, ölkə iqtisadi durğunluq yaşayır. 2025-ci ildə keçirilən Bələdiyyə seçkiləri yenə karusel və digər seçki saxtakarlığı ilə yadda qaldı. Polis idarələrində işgəncə görən, öldürülən insanların xəbərləri müstəqil media portallarında manşet olmağa davam etdi. Bizdən sonra informasiya ilə bağlı qanun sərtləşdirildi. Əxlaq adı altında hökumətin maraqlarına xidmət etməyən paylaşımlara görə cəza mexanizmi işə düşdü. Mediaların qapadılması, jurnalistlərin həbsi xalqın görünürlüyünü azaltmağı hədəf alırdısa, qəbul olunan qanun səsləri tam boğmağa hesablandı. Lakin bu mümkün olmadı. Vətəndaşlar öz problemlərini müstəqil medialarla paylaşmağa davam etdilər. YAP hakimiyyəti bilməlidir ki, ağrı çəkən insanın səsi daha gur çıxır. Əslən Naxçıvanlı olduğum üçün orada səsi gur çıxan insanların bir dəfəlik susdurulması ilə bağlı qulaqdan-qulağa dolaşan müxtəlif hekayələrdən xəbərdaram. Naxçıvanda məşhur deyim var: “Burada haqqını tələb edəni dəlixanaya salıb, dəli edirlər.” Ötən günlərdə isə “Psixiatriya yardımı haqqında” qanunun dəyişilməsinə Prezident İlham Əliyev öz imzasını atdı. Yenilənmiş qanun deyir ki, polis vətəndaşı özünün və ya ailəsinin razılığı olmadan psixiatriya müəssisəsinə yerləşdirə bilər. Bunun üçün prokuror, DİN-nin rəyi və məhkəmə qərarı kifayətdir. Nəzərə alsaq ki, Azərbaycanda nə prokurorluq, nə hüquq-mühafizə orqanları, nə də məhkəmə azad qərar vermə iqtidarındadır… Xüsusən də siyasi motivli qərarlarda hakim ailənin mövqeyi əsas götürülür. Yenilənən qanunu həm də yeni “susdurucu” adlandırmaq olar. Vasif Talıbovun dövründə Naxçıvan Muxtar Respublikasında müxalif mövqeli şəxslər zorla psixiatriya müəssisəsinə salınırdı. İndi yeni dəyişiklik də Naxçıvan təcrübəsinin bütün Azərbaycanda tətbiqinə gətirib çıxara bilər. Görünür, həbsxanalar ağzına kimi dolu olduğundan hökumət yeni islah yerləri üçün kəşfə çıxıb. Mən iş fəaliyyətim boyu daha çox danışa bilməyən, kimliyini gizlətməyə məcbur edilənlərin səsi olmağa çalışmışam. Jurnalist hər dili, hər kəsimin dilini bilməlidir. Məişət zorakılığına məruz qalıb danışa bilməyən qadının dilini, oriyentasiyasına görə təqib edilən kəsimlərin dilini, bəzi vətəndaşlardan və hökumət qurumlarından sistemli şiddət, pis rəftar görən heyvanların dilini. Ölkədə heç bir canlı hakimiyyətin qəzəbindən yan keçə bilmir. Hakim ailə özünü cəmiyyətə həm də heyvansevər kimi təqdim edir. Hətta 2019-cu ildə fəaliyyətə başlayan “Toplan” adlı heyvan sığınacağı Heydər Əliyev Fondundan maliyyələşir, başında da Prezidentin qızı Leyla Əliyeva dururdu. Uzun illər aktiv, sonradan gizlin fəaliyyət göstərən həmin qurum toplu heyvan qətliamı ilə məşğul idi. Qurum 2022-ci ildə heyvan haqları fəalları ilə məhkəmələrdə çəkişirdi. küçələrdən qeyri-insani formada aparılan itlərin aqibəti Meydan TV-nin materialları ilə cəmiyyətə məlum olurdu. Göz boyamaq üçün qapısına rəngli hərflərlə “TOPLAN heyvan sığınacağı” yazılan qurumun bacasından içəridə yandırılan heyvanların tüstüsü çıxırdı. Toplanın şan-şöhrəti o qədər geniş yayıldı ki, qurumun 2024-cü ilin oktyabrında, yəni COP29-un Bakıda keçirildiyi ərəfədə fəaliyyətini dayandırdığını deməyə məcbur oldular. COP29 ərəfəsində həm də “heyvana rəhmsiz rəftar edilməsi” ilə bağlı qanunda kosmetik dəyişiklik edildi. Bu günə kimi heç bir işləkliyi olmayan dəyişiklik göz boyama prosesinin davamı idi. Güc strukturları heyvana amansız münasibət göstərən insanları cəzalandırmır, güclünün zəifi əzməsi üstündə pöhrələnən sistemin son qurbanları isə heyvanlar olur. Çıxışlarımız boyu bizi susdurmaq, haqsızlıqları dinləyib koqnitiv dissonans yaşamamaq üçün “kontekstdən çıxmayın” deyirdiniz. İstəyirsiniz ki, mən də işin mahiyyəti üzrə danışım, ittiham aktında adının hallandığı epizodlara görə özümü müdafiə edim. İttiham aktına sübut kimi təqdim edilən materiallardan biri “Getcontact” adlı proqrama adımın “Aysel Ümüdova”, “Jurnalist”, “Videoçəkiliş”, “Meydan TV” kimi yazılmasıdır. Axı mən nə Aysel Ümüdova olduğumu, nə jurnalist olduğumu, nə videoçəkiliş etdiyimi, nə də Meydan TV əməkdaşı olduğumu inkar edirəm. Dostlarımla əyləndiyim – restorandan, gəzintidən, kanatdan olan görüntülər sübut kimi ittiham aktı adlanan o utancın içində yer alır. Halbuki o fotoları mən özüm öz sosial şəbəkə hesablarımda paylaşmışam. İnsan törətdiyi cinayəti ölümsüzləşdirib, bu azmış kimi sosial şəbəkə hesablarında paylaşar?! Görürsünüzmü, kontekst üzrə danışanda necə bir rəzilliklə üz-üzə qalırıq?! Sizdə sual yarana bilər ki, bəs bizi niyə həbs edirlər? Çünki fotolarını qürurla paylaşdığım, bu gün mütəşəkkil dəstə üzvü kimi absurd iddialarla üzbəüz qaldığım dostlarımla birgə aldığı maaşı qabağına qoyub borclarını, kommunal və digər ehtiyaclarını ödədikdən sonra böyük bir 0-la qalan xalqla, sərvətinin hesabını bilməyən ölkə başçısı və yaxın ətrafı arasındakı uçurumu göstərmişik. Hesabı verə bilməyənlərlə, hesabını bilməyənlərin arasındakı uçurumu… Biz – videoreportyorların bir devizi var. “Demə, göstər”. Bu prinsipə sadiq qalaraq hadisələri lentə alıb, doğru şəkildə ictimaiyyətə təqdim etmişik. Heç vaxt yalan yaymamış, xəbəri manipulyasiyadan uzaq, faktla göstərmişik – hakimiyyəti rəqəmlərlə ifşa etmişik. Hakim sülalənin inkişaf nağıllarını telefonumuzun kamerası ilə yan-yana qoymuşuq. Əslində, bizim həbs edilməyimiz ölkənin başqa bir üzünü də görməyimiz, işıqlandırmağımızla nəticələndi. İndi izləyicilər bilirlər ki, “kiçik həbsxanada” hansı məhv edilmiş hekayələr var. Bizi sevənin də, sevməyənin də həqiqəti yazdığımızdan zərrə qədər şübhəsi yoxdur. Müstəqil jurnalistika bu illər ərzində ilmək-ilmək hördüyü güvənin bəhrəsini həbs dövründə gördü. Saxlandığımız təcridxana, həbsxanalardan yayılan xəbərlər izləyicidə sual yeri qoymur, xəbərlərin altındakı imzalarımız isə video-görüntü yaymağa bərabərdir. Bu ömrünü doğrunu xəbərləməyə həsr edən biz jurnalistə edilən ən böyük təşəkkürdür. Və bu illər ərzində yaranan güvəni nəinki indiki hakimiyyət iki dünya bir araya gəlsə dağıda bilməz. == İstinadlar == {{İstinad siyahısı}} [[Kateqoriya:Əlifba sırasına görə şəxslər]] [[Kateqoriya:1992-ci ildə doğulanlar]] [[Kateqoriya:Azərbaycan jurnalistləri]] agpo2a5nfxb4z6hrh3xucnk6yuaifdt Kateqoriya:1992-ci ildə doğulanlar 14 16488 206691 2026-09-08T05:05:43Z Araz Yaquboglu 637 Səhifə "{{birthyr|199|2}} {{Vikianbar kateqoriyası|1992 births}} [[Kateqoriya:1992|Doğulanlar]] [[Kateqoriya:1990-cı illərdə doğulanlar|*02]] [[Kateqoriya:Doğum illərinə görə şəxslər|*1992]]" məzmunu ilə yaradıldı 206691 wikitext text/x-wiki {{birthyr|199|2}} {{Vikianbar kateqoriyası|1992 births}} [[Kateqoriya:1992|Doğulanlar]] [[Kateqoriya:1990-cı illərdə doğulanlar|*02]] [[Kateqoriya:Doğum illərinə görə şəxslər|*1992]] my6lwxmffdasvdywlq36fw8wzc1c30r Kateqoriya:1993-cü ildə doğulanlar 14 16489 206692 2026-09-08T05:06:25Z Araz Yaquboglu 637 Səhifə "{{birthyr|199|3}} {{Vikianbar kateqoriyası|1993 births}} [[Kateqoriya:1993|Doğulanlar]] [[Kateqoriya:1990-cı illərdə doğulanlar|*03]] [[Kateqoriya:Doğum illərinə görə şəxslər|*1993]]" məzmunu ilə yaradıldı 206692 wikitext text/x-wiki {{birthyr|199|3}} {{Vikianbar kateqoriyası|1993 births}} [[Kateqoriya:1993|Doğulanlar]] [[Kateqoriya:1990-cı illərdə doğulanlar|*03]] [[Kateqoriya:Doğum illərinə görə şəxslər|*1993]] mg2sms4uco2xy0zakhxi6uk046nuz9f Kateqoriya:1663 14 16490 206693 2026-09-08T05:07:08Z Araz Yaquboglu 637 Səhifə "{{Vikianbar kateqoriyası|1663}} [[Kateqoriya:1660-cı illər|*03]] [[Kateqoriya:İllər|1663]]" məzmunu ilə yaradıldı 206693 wikitext text/x-wiki {{Vikianbar kateqoriyası|1663}} [[Kateqoriya:1660-cı illər|*03]] [[Kateqoriya:İllər|1663]] 58caosk8bue988rc6ihq3sc7ldor4ty