Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.47.0-wmf.3
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Üç bacı (Azərbaycan nağılı)
0
5391
95834
42776
2026-05-24T17:39:17Z
~2026-31137-49
12667
95834
wikitext
text/x-wiki
{{Aydınlaşdırma|Üç bacı (dəqiqləşdirmə)}}
{{Başlıq
| başlıq = Üç bacı
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
Bir dükançının üç qızı var imiş. Bunların anaları ölür. Ataları gedib
bir arvad alır. Bu kişi gündə gedib tikan yığıb gətirir və satıb puluna
çörək alıb gətirərmiş. Bir gün bu taza gətirdigi arvad ərinə deyir ki:
– Gündə evə getirdiyin iki girvənkə əppəkdir, onu da qızların
basıb yeyir. Ya məni boşa, qızlarını saxla, ya da qızlarını boşa, məni
saxla.
Axırda kişi gəlib qızdarı azdırmaq fikrinə düşüb arvadına deyir:
– İndi nə tör bu qızları azdıraq?
Arvad cavab verir ki:
– Onun çarəsi asandır. Sən bazardan üç alma al gətir. Mən azdıraram.
Kişi bazardan üç alma alıb gətirib arvadına verir. Arvad da həyətdəki
quyunun ağzına bir az ot yığıb almaları da onun üstünə qoyur və
qızlar evə gələndə:
– Ay qızdar! Atanız sizə alma alıb gətirmiş. Baxın, həyətdəki otun
üstünə qoyulmuşdur, – xəbər verir.
Qızdar bunu eşidəndə tez yügürüşürlər ki, almanı alsınlar və birbirlərini
itəliyə-itəliyə almaları qapmaq istəyəndə üçü də quyuya
düşür. Qızlar quyunun dibində acından ölmək məqamına gəlirlər.
Axırda qərar qoyurlar ki, gəlin tollanaq, hər kim az tullansa onu yəyək.
Buna razı olub
tullanırlar. Hamıdan az kiçik qız tullanır. İstəyirlər onu
yəsinlər. Biçarə qız bunlardan möhlət alıb divarı qurdalayır, bir avuc
kişmiş tapır. Bunu yiməsinlər diyə kişmişi bacılarına verir. O günü onu
yimirlər. Etrəsi gün genə acıyırlar. Gənə də tollanırlar, hamıdan az
kiçik qız tollanır. Bu dəfə qız divarı qazanda iki avuc kişmiş tapır.
Munu yiməsinlər diyə yarısını bacısının birinə, yarısına o birinə verir.
Bu gün də qızı yimirlər. Üçüncü gün genə tollanırlar. Bu dəfə də kiçik
qış hamıdan az tullanır. Bu dəfə qız divarı qazanda üç avuc kişmiş
tapır, bir hissəsini böyük bacısına, bir hissəsini ortancıl bacısına verib,
bir hissəsini də özü yeyir.
Birdən qızdarın xiyalına düşür ki, baxsınlar görsünlər bu kişmişlər
quyunun divarında haradan peyda olur. Quyunun divarını qazımağa
başlayırlar. Bir az qazıdıqdan sora bir dəşik açılır. Orada baxıb görürlər
ki, bu bir tölədir. Orada bir at bağlanmışdır. Atın yidiyi kişmişdir.
Dimə ki, burası padişahın töləsi imiş. Qərəz qızlar hər gün gecə bu töləyə
daxil olub atın qabağından kişmişləri yığıb aparırlar və atın da
quyruğunu tərs düyünləyirlər. Bir gün bilə, beş gün bilə, get-gedə at
arıxlayır.
Bir gün padişah töləyə gəlib ata baxanda görür ki, at lap arıxlamış.
Möhtəri çağırıb buna açıqlanır ki:
– Yoxsa atın kişmişini aparıb özün yeyirsən ki, at gündən-günə
arıxlayır?
Möhtər cavab verir ki:
– Bilmirəm kimdirsə, hər gecə gəlib atın qabağından kişmişi götürüb
və atın da quyruğunu tərs düyünləyir.
Padişah əmr edir ki, keşik çəkib oğrunu dutsun.
Möhtər gecə yarıya kimi keşik çəkir, yuxu dutur yatır. Sabah olanda
görür ki, genə kişmişi yığmışlar və atın da quyruğunu da tərs düyünləmişlər.
Bir neçə gün gözləyir. Padişah baxıb görür ki, möhtərdən
bir faidə hasıl olmadı və at da get-gedə arıxlayır.
Axırda qərar qoyur ki, gecə özü keşik çəkib oğrunu dutsun. Gecə
olanda gəlib tölənin bir səmtində gizlənir. Gecə yarı olanda baxıb
görür ki, yuxusu gəlir, barmağını kəsib duz basır və gecənin bir vaxtı
görür ki, üç qız daxil oldu və atın qabağındakı kişmişi yığıb atın quyruğunu
tərs düyünləyib getmək istəyəndə tez yüğürüb bunlardan kim
olduqlarını soruşur. Qızlar başlarına gələn qəza və qədəri söyləyirlər.
Padişahın bunlara rəhmi gəlib xəbər alır ki:
– Əlinizdən nə gəlir?
Böyük qız cavab verdi ki:
– Elə xalca toxuyuram ki, tamam qoşunun onun üstündə oturar,
yenə də açıq qalar.
Ortancıl qız dedi ki:
– Yumurta qabuğunda aş bişirərəm, qoşunun yiyər, yenə də artıq
qalar.
Kiçik qız diyir ki:
– Biri oğlan, biri qız sana bir cüt uşaq doğaram kəkillərinin yarısı
qızıl, yarısı gümüş.
Padişahın xoşuna gəlir, bu qızların üçünü də alır. Böyük qız bir
xalça toxuyur, üstünə o qədər ignə sancır ki, kimsə oturmayıb açıq
qalır. Ortancıl qız bir az düyünün içinə duz tökür aş bişirir, kimsə yiyə
bilməyib artıq qalır. Doqquz aydan sora kiçik qız bir oğlan, bir qız
doğur, bunların kəkillərinin yarısı qızıl olur, yarısı gümüş.
Bacılarının buna paxıllıqları tutur, tez uşaqları götürüb bir qutuya
qoyub suya atırlar və yerinə bir cüt it küçüyü qoyurlar. Padişaha xəbər
aparırlar ki, arvadın bir cüt it küçüyü doğmuş. Padişahın açığı dutur,
əmr edir ki:
– Arvadı aparıb həyətdəki peyinin içinə qoysunlar və gündə bir
parça quru əppək versinlər ki, ölənə kimi o hal ilə orada qalsın.
Su qutunu axıdıb dəgirmanın çarxının üstünə salır və dəyirmanda
dayanır. Dəgirmançı baxıb görür ki, dəgirman birdən dayandı. Xiyal
edir ki, yəqin xərəgin arasına daş düşmüş. Gedir ki, daşı götürsün
görür ki, bir qutudur. Qutunu götürüb açanda görir ki, içində bir cüt
gözəl uşaq var. Dəyirmançının evladı olmaz imiş. Sevinə-sevinə bunları
evinə götürüb arvatına verir. Arvat da bunları öz övladları kimi
bəsləyib böyüdür. Uşaqlar yeddi, səkkiz yaşına çatdıqda aparır bunları
məktəbə qoyurlar.
Bir gün məktəbdən gələndə padişaha rast gəlirlər. Padişah baxıb
bəgənir və yanına çağırıb danışdıqda görür ki, xeyli mərifətli danışırlar.
Padişahın bu uşaqlar o qədər xoşuna gəlir ki, bunları evinə qonaq
aparmaq istəyir. Uşaqlar da razı olmayıb cavab verir ki:
– Ata-anamız razı olmasa gedə bilmərik.
Bu cavab padişahın xoşuna gəlib:
– Elə isə gedin izin alın, mənə qonaq gəlin, – diyib gedir.
Uşaqlar evə qayıdıb əhvalatı dəgirmançının arvadına söyləyirlər.
Arvat bunlara adam şəklində bir parça mum verib deyir:
– Evladlarım, padişahın qonaqlığına gedin. Həyətdə peyinin içində
bir arvat görərsiniz, ona salam verib ötün. Elə ki, xörək yidilər
meçməyini götürmək istəyəndə bu mumu məcməyiyə atın və söyləyin:
“A mum, oyna görək, adam da küçük doğarmı?” O zaman mum
oynayacaqdır. Hamı təəccüb edəcək. Onda padişaha diyərsiniz ki,
sənin uşaqlarınıq. Peyində yatan bizim anamızdır. Bu misibəti bizim
başımıza öz xalalarımız gətirmiş.
Bunu diyib arvat əhvalatı başdan-ayağa uşaqlara söyləyir.
Uşaqlar padişahın qonaqlığına gəlirlər. Analarının yanından ötəndə
ona salam verirlər. Çörəkdən sora məcməyini götürəndə mumu çıxarıb
məcməyiyə atıb deyirlər: “A mum, oyna görək, adam da it küçüyü
doğarmı?” Mum oynamağa başlayır, hamı təəccüb edir. Padişah “bu
nə sirdir?” diyə uşaqlardan soruşur. Uşaqlar cavab verirlər ki, biz
sənin uşaqlarınıq və o peyində yatan bizim anamızdır. Bu işi bizim başımıza
xalalarımız gətirmişdir.
Padişah bunu eşidən kimi arvatını peyinlikdən çıxartdırıb, taza paltar
giydirib, onnan üzr istəyir. Genə də özünə hərəm edir və bacılarını
isə öldürtdürür. Bundan sora uşaqları ilə şad yaşayırlar.
[[Kateqoriya:Azərbaycan nağılları]]
a8okejikevuiqq5gy5708slmpwt9pgf
95835
95834
2026-05-25T08:34:56Z
Araz Yaquboglu
734
[[Special:Contributions/~2026-31137-49|~2026-31137-49]] ([[User talk:~2026-31137-49|müzakirə]]) tərəfindən edilmiş 1 redaktə geri qaytarılaraq [[User:Eminn|Eminn]] tərəfindən yaradılan sonuncu versiya bərpa olundu
42776
wikitext
text/x-wiki
{{Aydınlaşdırma|Üç bacı (dəqiqləşdirmə)}}
{{Başlıq
| başlıq = Üç bacı
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
Bir dükançının üç qızı var imiş. Bunların anaları ölür. Ataları gedib
bir arvad alır. Bu kişi gündə gedib tikan yığıb gətirir və satıb puluna
çörək alıb gətirərmiş. Bir gün bu taza gətirdigi arvad ərinə deyir ki:
– Gündə evə getirdiyin iki girvənkə əppəkdir, onu da qızların
basıb yeyir. Ya məni boşa, qızlarını saxla, ya da qızlarını boşa, məni
saxla.
Axırda kişi gəlib qızdarı azdırmaq fikrinə düşüb arvadına deyir:
– İndi nə tör bu qızları azdıraq?
Arvad cavab verir ki:
– Onun çarəsi asandır. Sən bazardan üç alma al gətir. Mən azdıraram.
Kişi bazardan üç alma alıb gətirib arvadına verir. Arvad da həyətdəki
quyunun ağzına bir az ot yığıb almaları da onun üstünə qoyur və
qızlar evə gələndə:
– Ay qızdar! Atanız sizə alma alıb gətirmiş. Baxın, həyətdəki otun
üstünə qoyulmuşdur, – xəbər verir.
Qızdar bunu eşidəndə tez yügürüşürlər ki, almanı alsınlar və birbirlərini
itəliyə-itəliyə almaları qapmaq istəyəndə üçü də quyuya
düşür. Qızlar quyunun dibində acından ölmək məqamına gəlirlər.
Axırda qərar qoyurlar ki, gəlin tollanaq, hər kim az tollansa onu yiyək.
Buna razı olub tollanırlar. Hamıdan az kiçik qız tollanır. İstəyirlər onu
yisinlər. Biçarə qız bunlardan möhlət alıb divarı qurdalayır, bir avuc
kişmiş tapır. Bunu yiməsinlər diyə kişmişi bacılarına verir. O günü onu
yimirlər. Etrəsi gün genə acıyırlar. Gənə də tollanırlar, hamıdan az
kiçik qız tollanır. Bu dəfə qız divarı qazanda iki avuc kişmiş tapır.
Munu yiməsinlər diyə yarısını bacısının birinə, yarısına o birinə verir.
Bu gün də qızı yimirlər. Üçüncü gün genə tollanırlar. Bu dəfə də kiçik
qış hamıdan az tullanır. Bu dəfə qız divarı qazanda üç avuc kişmiş
tapır, bir hissəsini böyük bacısına, bir hissəsini ortancıl bacısına verib,
bir hissəsini də özü yeyir.
Birdən qızdarın xiyalına düşür ki, baxsınlar görsünlər bu kişmişlər
quyunun divarında haradan peyda olur. Quyunun divarını qazımağa
başlayırlar. Bir az qazıdıqdan sora bir dəşik açılır. Orada baxıb görürlər
ki, bu bir tölədir. Orada bir at bağlanmışdır. Atın yidiyi kişmişdir.
Dimə ki, burası padişahın töləsi imiş. Qərəz qızlar hər gün gecə bu töləyə
daxil olub atın qabağından kişmişləri yığıb aparırlar və atın da
quyruğunu tərs düyünləyirlər. Bir gün bilə, beş gün bilə, get-gedə at
arıxlayır.
Bir gün padişah töləyə gəlib ata baxanda görür ki, at lap arıxlamış.
Möhtəri çağırıb buna açıqlanır ki:
– Yoxsa atın kişmişini aparıb özün yeyirsən ki, at gündən-günə
arıxlayır?
Möhtər cavab verir ki:
– Bilmirəm kimdirsə, hər gecə gəlib atın qabağından kişmişi götürüb
və atın da quyruğunu tərs düyünləyir.
Padişah əmr edir ki, keşik çəkib oğrunu dutsun.
Möhtər gecə yarıya kimi keşik çəkir, yuxu dutur yatır. Sabah olanda
görür ki, genə kişmişi yığmışlar və atın da quyruğunu da tərs düyünləmişlər.
Bir neçə gün gözləyir. Padişah baxıb görür ki, möhtərdən
bir faidə hasıl olmadı və at da get-gedə arıxlayır.
Axırda qərar qoyur ki, gecə özü keşik çəkib oğrunu dutsun. Gecə
olanda gəlib tölənin bir səmtində gizlənir. Gecə yarı olanda baxıb
görür ki, yuxusu gəlir, barmağını kəsib duz basır və gecənin bir vaxtı
görür ki, üç qız daxil oldu və atın qabağındakı kişmişi yığıb atın quyruğunu
tərs düyünləyib getmək istəyəndə tez yüğürüb bunlardan kim
olduqlarını soruşur. Qızlar başlarına gələn qəza və qədəri söyləyirlər.
Padişahın bunlara rəhmi gəlib xəbər alır ki:
– Əlinizdən nə gəlir?
Böyük qız cavab verdi ki:
– Elə xalca toxuyuram ki, tamam qoşunun onun üstündə oturar,
yenə də açıq qalar.
Ortancıl qız dedi ki:
– Yumurta qabuğunda aş bişirərəm, qoşunun yiyər, yenə də artıq
qalar.
Kiçik qız diyir ki:
– Biri oğlan, biri qız sana bir cüt uşaq doğaram kəkillərinin yarısı
qızıl, yarısı gümüş.
Padişahın xoşuna gəlir, bu qızların üçünü də alır. Böyük qız bir
xalça toxuyur, üstünə o qədər ignə sancır ki, kimsə oturmayıb açıq
qalır. Ortancıl qız bir az düyünün içinə duz tökür aş bişirir, kimsə yiyə
bilməyib artıq qalır. Doqquz aydan sora kiçik qız bir oğlan, bir qız
doğur, bunların kəkillərinin yarısı qızıl olur, yarısı gümüş.
Bacılarının buna paxıllıqları tutur, tez uşaqları götürüb bir qutuya
qoyub suya atırlar və yerinə bir cüt it küçüyü qoyurlar. Padişaha xəbər
aparırlar ki, arvadın bir cüt it küçüyü doğmuş. Padişahın açığı dutur,
əmr edir ki:
– Arvadı aparıb həyətdəki peyinin içinə qoysunlar və gündə bir
parça quru əppək versinlər ki, ölənə kimi o hal ilə orada qalsın.
Su qutunu axıdıb dəgirmanın çarxının üstünə salır və dəyirmanda
dayanır. Dəgirmançı baxıb görür ki, dəgirman birdən dayandı. Xiyal
edir ki, yəqin xərəgin arasına daş düşmüş. Gedir ki, daşı götürsün
görür ki, bir qutudur. Qutunu götürüb açanda görir ki, içində bir cüt
gözəl uşaq var. Dəyirmançının evladı olmaz imiş. Sevinə-sevinə bunları
evinə götürüb arvatına verir. Arvat da bunları öz övladları kimi
bəsləyib böyüdür. Uşaqlar yeddi, səkkiz yaşına çatdıqda aparır bunları
məktəbə qoyurlar.
Bir gün məktəbdən gələndə padişaha rast gəlirlər. Padişah baxıb
bəgənir və yanına çağırıb danışdıqda görür ki, xeyli mərifətli danışırlar.
Padişahın bu uşaqlar o qədər xoşuna gəlir ki, bunları evinə qonaq
aparmaq istəyir. Uşaqlar da razı olmayıb cavab verir ki:
– Ata-anamız razı olmasa gedə bilmərik.
Bu cavab padişahın xoşuna gəlib:
– Elə isə gedin izin alın, mənə qonaq gəlin, – diyib gedir.
Uşaqlar evə qayıdıb əhvalatı dəgirmançının arvadına söyləyirlər.
Arvat bunlara adam şəklində bir parça mum verib deyir:
– Evladlarım, padişahın qonaqlığına gedin. Həyətdə peyinin içində
bir arvat görərsiniz, ona salam verib ötün. Elə ki, xörək yidilər
meçməyini götürmək istəyəndə bu mumu məcməyiyə atın və söyləyin:
“A mum, oyna görək, adam da küçük doğarmı?” O zaman mum
oynayacaqdır. Hamı təəccüb edəcək. Onda padişaha diyərsiniz ki,
sənin uşaqlarınıq. Peyində yatan bizim anamızdır. Bu misibəti bizim
başımıza öz xalalarımız gətirmiş.
Bunu diyib arvat əhvalatı başdan-ayağa uşaqlara söyləyir.
Uşaqlar padişahın qonaqlığına gəlirlər. Analarının yanından ötəndə
ona salam verirlər. Çörəkdən sora məcməyini götürəndə mumu çıxarıb
məcməyiyə atıb deyirlər: “A mum, oyna görək, adam da it küçüyü
doğarmı?” Mum oynamağa başlayır, hamı təəccüb edir. Padişah “bu
nə sirdir?” diyə uşaqlardan soruşur. Uşaqlar cavab verirlər ki, biz
sənin uşaqlarınıq və o peyində yatan bizim anamızdır. Bu işi bizim başımıza
xalalarımız gətirmişdir.
Padişah bunu eşidən kimi arvatını peyinlikdən çıxartdırıb, taza paltar
giydirib, onnan üzr istəyir. Genə də özünə hərəm edir və bacılarını
isə öldürtdürür. Bundan sora uşaqları ilə şad yaşayırlar.
[[Kateqoriya:Azərbaycan nağılları]]
a331s6ppwpgjbtojcv19iwpd9eczaas
95836
95835
2026-05-25T08:36:26Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95836
wikitext
text/x-wiki
{{Aydınlaşdırma|Üç bacı (dəqiqləşdirmə)}}
{{Başlıq
| başlıq = Üç bacı
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
Bir dükançının üç qızı var imiş. Bunların anaları ölür. Ataları gedib bir arvad alır. Bu kişi gündə gedib tikan yığıb gətirir və satıb puluna çörək alıb gətirərmiş. Bir gün bu taza gətirdigi arvad ərinə deyir ki:
– Gündə evə getirdiyin iki girvənkə əppəkdir, onu da qızların basıb yeyir. Ya məni boşa, qızlarını saxla, ya da qızlarını boşa, məni saxla.
Axırda kişi gəlib qızdarı azdırmaq fikrinə düşüb arvadına deyir:
– İndi nə tör bu qızları azdıraq?
Arvad cavab verir ki:
– Onun çarəsi asandır. Sən bazardan üç alma al gətir. Mən azdıraram.
Kişi bazardan üç alma alıb gətirib arvadına verir. Arvad da həyətdəki quyunun ağzına bir az ot yığıb almaları da onun üstünə qoyur və qızlar evə gələndə:
– Ay qızdar! Atanız sizə alma alıb gətirmiş. Baxın, həyətdəki otun üstünə qoyulmuşdur, – xəbər verir.
Qızdar bunu eşidəndə tez yügürüşürlər ki, almanı alsınlar və birbirlərini
itəliyə-itəliyə almaları qapmaq istəyəndə üçü də quyuya
düşür. Qızlar quyunun dibində acından ölmək məqamına gəlirlər.
Axırda qərar qoyurlar ki, gəlin tollanaq, hər kim az tollansa onu yiyək.
Buna razı olub tollanırlar. Hamıdan az kiçik qız tollanır. İstəyirlər onu
yisinlər. Biçarə qız bunlardan möhlət alıb divarı qurdalayır, bir avuc
kişmiş tapır. Bunu yiməsinlər diyə kişmişi bacılarına verir. O günü onu
yimirlər. Etrəsi gün genə acıyırlar. Gənə də tollanırlar, hamıdan az
kiçik qız tollanır. Bu dəfə qız divarı qazanda iki avuc kişmiş tapır.
Munu yiməsinlər diyə yarısını bacısının birinə, yarısına o birinə verir.
Bu gün də qızı yimirlər. Üçüncü gün genə tollanırlar. Bu dəfə də kiçik
qış hamıdan az tullanır. Bu dəfə qız divarı qazanda üç avuc kişmiş
tapır, bir hissəsini böyük bacısına, bir hissəsini ortancıl bacısına verib, bir hissəsini də özü yeyir.
Birdən qızdarın xiyalına düşür ki, baxsınlar görsünlər bu kişmişlər
quyunun divarında haradan peyda olur. Quyunun divarını qazımağa
başlayırlar. Bir az qazıdıqdan sora bir dəşik açılır. Orada baxıb görürlər
ki, bu bir tölədir. Orada bir at bağlanmışdır. Atın yidiyi kişmişdir.
Dimə ki, burası padişahın töləsi imiş. Qərəz qızlar hər gün gecə bu töləyə
daxil olub atın qabağından kişmişləri yığıb aparırlar və atın da
quyruğunu tərs düyünləyirlər. Bir gün bilə, beş gün bilə, get-gedə at arıxlayır.
Bir gün padişah töləyə gəlib ata baxanda görür ki, at lap arıxlamış.
Möhtəri çağırıb buna açıqlanır ki:
– Yoxsa atın kişmişini aparıb özün yeyirsən ki, at gündən-günə arıxlayır?
Möhtər cavab verir ki:
– Bilmirəm kimdirsə, hər gecə gəlib atın qabağından kişmişi götürüb və atın da quyruğunu tərs düyünləyir.
Padişah əmr edir ki, keşik çəkib oğrunu dutsun.
Möhtər gecə yarıya kimi keşik çəkir, yuxu dutur yatır. Sabah olanda
görür ki, genə kişmişi yığmışlar və atın da quyruğunu da tərs düyünləmişlər.
Bir neçə gün gözləyir. Padişah baxıb görür ki, möhtərdən
bir faidə hasıl olmadı və at da get-gedə arıxlayır.
Axırda qərar qoyur ki, gecə özü keşik çəkib oğrunu dutsun. Gecə
olanda gəlib tölənin bir səmtində gizlənir. Gecə yarı olanda baxıb
görür ki, yuxusu gəlir, barmağını kəsib duz basır və gecənin bir vaxtı
görür ki, üç qız daxil oldu və atın qabağındakı kişmişi yığıb atın quyruğunu
tərs düyünləyib getmək istəyəndə tez yüğürüb bunlardan kim olduqlarını soruşur. Qızlar başlarına gələn qəza və qədəri söyləyirlər.
Padişahın bunlara rəhmi gəlib xəbər alır ki:
– Əlinizdən nə gəlir?
Böyük qız cavab verdi ki:
– Elə xalca toxuyuram ki, tamam qoşunun onun üstündə oturar, yenə də açıq qalar.
Ortancıl qız dedi ki:
– Yumurta qabuğunda aş bişirərəm, qoşunun yiyər, yenə də artıq qalar.
Kiçik qız diyir ki:
– Biri oğlan, biri qız sana bir cüt uşaq doğaram kəkillərinin yarısı qızıl, yarısı gümüş.
Padişahın xoşuna gəlir, bu qızların üçünü də alır. Böyük qız bir
xalça toxuyur, üstünə o qədər ignə sancır ki, kimsə oturmayıb açıq
qalır. Ortancıl qız bir az düyünün içinə duz tökür aş bişirir, kimsə yiyə
bilməyib artıq qalır. Doqquz aydan sora kiçik qız bir oğlan, bir qız
doğur, bunların kəkillərinin yarısı qızıl olur, yarısı gümüş.
Bacılarının buna paxıllıqları tutur, tez uşaqları götürüb bir qutuya
qoyub suya atırlar və yerinə bir cüt it küçüyü qoyurlar. Padişaha xəbər
aparırlar ki, arvadın bir cüt it küçüyü doğmuş. Padişahın açığı dutur, əmr edir ki:
– Arvadı aparıb həyətdəki peyinin içinə qoysunlar və gündə bir
parça quru əppək versinlər ki, ölənə kimi o hal ilə orada qalsın.
Su qutunu axıdıb dəgirmanın çarxının üstünə salır və dəyirmanda
dayanır. Dəgirmançı baxıb görür ki, dəgirman birdən dayandı. Xiyal
edir ki, yəqin xərəgin arasına daş düşmüş. Gedir ki, daşı götürsün
görür ki, bir qutudur. Qutunu götürüb açanda görir ki, içində bir cüt
gözəl uşaq var. Dəyirmançının evladı olmaz imiş. Sevinə-sevinə bunları
evinə götürüb arvatına verir. Arvat da bunları öz övladları kimi
bəsləyib böyüdür. Uşaqlar yeddi, səkkiz yaşına çatdıqda aparır bunları məktəbə qoyurlar.
Bir gün məktəbdən gələndə padişaha rast gəlirlər. Padişah baxıb
bəgənir və yanına çağırıb danışdıqda görür ki, xeyli mərifətli danışırlar.
Padişahın bu uşaqlar o qədər xoşuna gəlir ki, bunları evinə qonaq aparmaq istəyir. Uşaqlar da razı olmayıb cavab verir ki:
– Ata-anamız razı olmasa gedə bilmərik.
Bu cavab padişahın xoşuna gəlib:
– Elə isə gedin izin alın, mənə qonaq gəlin, – diyib gedir.
Uşaqlar evə qayıdıb əhvalatı dəgirmançının arvadına söyləyirlər.
Arvat bunlara adam şəklində bir parça mum verib deyir:
– Evladlarım, padişahın qonaqlığına gedin. Həyətdə peyinin içində
bir arvat görərsiniz, ona salam verib ötün. Elə ki, xörək yidilər
meçməyini götürmək istəyəndə bu mumu məcməyiyə atın və söyləyin:
"A mum, oyna görək, adam da küçük doğarmı?" O zaman mum
oynayacaqdır. Hamı təəccüb edəcək. Onda padişaha diyərsiniz ki,
sənin uşaqlarınıq. Peyində yatan bizim anamızdır. Bu misibəti bizim başımıza öz xalalarımız gətirmiş.
Bunu diyib arvat əhvalatı başdan-ayağa uşaqlara söyləyir.
Uşaqlar padişahın qonaqlığına gəlirlər. Analarının yanından ötəndə
ona salam verirlər. Çörəkdən sora məcməyini götürəndə mumu çıxarıb
məcməyiyə atıb deyirlər: "A mum, oyna görək, adam da it küçüyü
doğarmı?" Mum oynamağa başlayır, hamı təəccüb edir. Padişah "bu
nə sirdir?" diyə uşaqlardan soruşur. Uşaqlar cavab verirlər ki, biz
sənin uşaqlarınıq və o peyində yatan bizim anamızdır. Bu işi bizim başımıza xalalarımız gətirmişdir.
Padişah bunu eşidən kimi arvatını peyinlikdən çıxartdırıb, taza paltar giydirib, onnan üzr istəyir. Genə də özünə hərəm edir və bacılarını isə öldürtdürür. Bundan sora uşaqları ilə şad yaşayırlar.
[[Kateqoriya:Azərbaycan nağılları]]
0mui91kqbyygxk4h1eczoeqb4njpb6a
Bir qılçalı toyuq
0
5430
95846
25406
2026-05-25T08:46:58Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Quşlar]] əlavə olundu [[VM:HC|HotCat]]
95846
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Bir qılçalı toyuq
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
Bir vardı, bir yoxdu. Bir dərviş vardı. Günnərin bir günündə yolnan
gedirdi gördü bir keçəl aşıx-aşıx oynuyur. Amma saqqanı ha yannan
qoşa-qoşa çıxardır. Dərviş dedi:
– Keçəl, peşən nədi sənin?
Keçəl dedi:
– Peşəm ələ bıdı ki, aşıx-aşıx oynaram, uşaxlardan aşıx uduram,
aparıram onu da satıram, verirəm çörəyə, aparıram evə yeyərik.
Dərviş dedi:
– Baçınnan, qardaşınnan, nənənnən, dədənnən nəyin var?
Dedi:
– Heç-zadım yoxdu, bircə xalam var, elə gedib onun ocağının başında
otururam.
Dərviş dedi:
– Keçəl, gəl mənim yanımdaca ol. Yeməyi-içməynı verrəm. Səninki
də o olsun ki, elə qalyanımı yandır, afdafama su tök.
Keçəl dedi:
– Nə deyirəm olaram.
Bu keçəli götürdü, gəldi əvə. Beş-on gün dolandılar. Bir gün dərviş
dedi:
– Keçəl!
Dedi:
– Hey!
Dərviş dedi:
– Keçəl, gətir sənin gözüvə bir dərman çəkim, sən onu görəsən, o
səni görmüyə. Gedəsən paçcahın xörəyi çəkiləndə götürüp gələsən.
Keçəl dedi:
– Axı məni vırıp öldürəllər.
Dedi:
– Yox, sən oları görəcəksən, olar səni görmüyəcəklər.
Dərviş gətirdi bunun gözünə bir dərman çəkdi. Bu qorxa-qorxa
düşdü yola. Getdi gördü heç buna deyən olmur ki, hara gedirsən, hardan
gəlirsən. Girdi içəri, gördü heç bına söz deyən olmadı. Gözdədi
paçcahın xörəyi çəkiləndə, xörəyi götürüb qapıdan çıxdı. Yolda əlin
uzatdı yuxanın altınnan gördü xörəyin üsdə bir toyux var, bir qılçın qopartdı
yedi. Gətirdi xörəyi qoydu dərvişin qabağına.
Dərviş yuxanı götürdü, gördü toyuğun bir qılçı yoxdu. Dərviş dedi:
– Keçəl, bəs bu toyuğun bir qılçı hanı?
Dedi:
– Bıy, məgər toyuğun iki qılçı olar?
Dərviş dedi:
– Keçəl, toyuq iki qılçlıdı.
Dedi:
– Xeyr, toyuq bir qılçlı olur.
Dərviş nə qədər dedi, dedi, keçəl dedi ki, xeyr, toyuq bir qılçlı olar.
Gündə gedərdi paçcahın xörəyin gətirərdi, yolda toyuğun bir qılçın
yeyərdi. Hər gələndə dərviş deyirdi ki, keçəl toyux iki qılçlı olar,
bir qılçlı olmaz. And içirdi, aman eliyirdi ki, sən nətər dərvişsən, toyuq
bir qılçlı olar. İki qılçlı da toyuq olarmı? Boynuna almırdı.
Paçcah car çağırtdırdı ki, bir belə əyyar peyda olub. Hər kəs onu
tutsa, dünya malınnan onu qəni elərəm. Dərviş durdu getdi, paçcaha
baş endirdi. Dedi:
– Onun ixtiyarın ver mana, mən onu tutaram.
Getdi bir dərman verdi, dedi:
– Aşbaza deyinən ki, xörəyi çəkməmiş onu atsın ocağa, yansın.
Dərmanı apardılar verdilər aşbaza. Xörəyi çəkməmiş atdı ocağa.
Qayıtdı xörəyi çəkdi. Keçəl girdi içəri, dərmanın tüsdüsü gözün acışdırdı.
Başdadı gözün avmağa, dərman getdi. Gördü budu keçəl girdi içəri,
sinini isdədi götürsün, qolunnan yapışdılar. Gətirdilər qoydular keçəli
dərvişin yanına. Bu da gördü, baho dərviş də burdadı. Dərviş dedi:
– Keçəl, indi sənin boynunu vuracaxlar. Gəl lotuyana boynuna al,
yemisən. Yemisən, ta mən səni öldürmüyəm. Ha yeyəndə nolar.
Keçəl dedi:
– Paho vey... sən nəzirçi dərviş imişsən, sənin də canın üçün, dədənin
də goru haqqı, nənənin də goru haqqı, toyuq bir qılçlıdı.
Başın bılıyıb dərviş dedi:
– Keçəl, düzün de. İndi səni öldürəcəklər.
Keçəl dedi:
– Neynim öldürəcəklər, düzün deyirəm mən, toyuq bir qılçlı olar,
iki qılçlı toyuq olmaz.
Dedi:
– Keçəl, mən bir löh oxuyacıyam, qalxacağam göyə. Onda mənnən
bir yumax düşəcək, onu göynən yerin arasında tuta bildin, dalımca
gələcəksən. Elə ki, tuta bilmədin, ta gələ bilmiyəcəksən. Boynun
vıracaxlar.
Bu bir löh oxudu, qalxdı göyə. Yerə bir yumax düşdü, keçəl atılıp
yumaxı göydə tutdu. Bu da dalınca qalxdı göyə. Gəldilər bir xaraba
bərri-biyabanda yerə düşdülər. Dərviş dedi:
– Mən bir löh oxuyacağam, bu dağdan bir əjdəha gələcək, alnında
bir gözü var. Ala bu qılıncı, elə vur ki, boynu üzülüb yerə düşsün, onda
qurtarrıx. Elə ki, vıra bilmədin səni də öldürəcək, məni də.
Keçəl dedi:
– Baş üstə.
Dərviş löhü oxudu, əjdəha gəldi. Bu keçəl qılıncı götürüp elə vırdı
ki, bunun boynu düşdü yerə. Dərviş tez sıçradı bunun quyruğundan
kəsdi, atdı yerə. Qayıtdı bir tava çıxartdı. Bunu təmiz doğradı qovurmağa.
Abanın altınnan da beş-altı çörək çıxartdı. Dedi:
– Keçəl, gəl otur yeyək.
Dedi:
– Mən yemirəm, deyirsən ki, yeyəm məni öldürə.
Dərviş başladı özü yeməyə. Şirin-şirin çörəyin yedi qurtardı, abasın
qoydu başının altına yatdı. Keçəl fikir elədi, dedi:
– Öldürsə, elə bunu öldürərdi dayna.
Başdadı bu tavanı yalamağa. Keçəl yaladı, bir də gördü otlar səslənir
ki, mən filan dərdin dərmanıyam, qayalar səslənir ki, mənim altımda
neçə-neçə küplər var. Keçəl közələnirdi, dərviş oyandı. Dərviş
təpiyiynən keçəli vırdı, keçəl bir parça ət olub, yıxıldı cızığın içinə.
Dərviş bir xeylaq getdi, dedi:
– Keçəl!
Dedi:
– Hey!
Dedi:
– Gedirəm, səni qurd-quş yeyəcək, indi düzün de görüm, toyuğun
bir qılçın yemisən? Yemisən nolar?
Dedi:
– Paho, qəribə zirçih, sital dərvişmişsən. Sən nəyidin, mən nəyidim,
sən mənim başıma bu oyunnarı gətirirsən. Mən düzün deyirəm,
toyuq elə bir qılçlı olar. İki qılçlı toyuq olmaz. Sənin meyitini görüm
ki, toyuq bir qılçlı olar.
Qayıtdı gəldi bir löh oxudu, keçəl oldu əvvəlki kimi. Keçəli də götürdü
yenə gəldi bir xarabalıq yerə. Bir cızıx çəkdi, dedi:
– Keçəl, bir ilan gələcək, onu öldürməlisən, vura bilməsən səni də
öldürəcək, məni də.
O saat bir löh oxudu, qılıncı da verdi keçələ. İlan gələn kimi keçəl
elə vurdu ki, başı düşdü yerə. O saat dərviş yenə sıçradı. Quyruğun
kəsdi atdı. Tavanı çıxartdı bunu da doğradı qavırdı. Dedi:
– Keçəl, gəl yeyək.
Dedi:
– Nə deyirsən, yeyəm öldürə məni, mən yemirəm.
Başladı dərviş özü yeməyə. Yedi, abanı qoydu başının altına yatdı.
Keçəl dedi:
– Bu ki belə yeyir. Dibin sivirim görüm bu neçə şeydi.
Başladı qazanı sivirməyə, o saat gördü ot səsləndi, mən filan dərdin
dərmanıyam, daş səsləndi, məni filan şeyə vırsan qızıl ollam.
Keçəl bir o yanə-bir bu yanə kərələndi, o saat dərviş oyandı. Yenə
buna bir təpik vırdı, dedi:
– Keçəl, mən gedirəm, səni bırda qurd-quş yeyəcək. Gəl denən
görüm, toyuğun bir qılçın neynəmisən?
Dedi:
– Paho vey, sən nə zirçik adamsan. Toyuq bir qılçlı olar.
Dərviş gördü ki, keçəl dediyinin üsdə durub, gəldi löh oxudu keçəli
yenə elədi həmən adam. Gəldilər bir dağın başına. Dərviş bir avuc
arpa çıxartdı səpdi yerə. Səpən kimi bu göyərdi. Əlinə sini aldı, dedi:
– Keçəl, görürsən o qapını?
Baxdı gördü dağın döşündə bir qapı görükür. Dedi:
– Gedərsən qapını açarsan, heç nəyə əlini vırmazsan. İçəridə bir
şam var yanılı, onu götürüb gələrsən. Qayıdanda şir, pələng, əjdəha
səni qavacax çölə, çıxanda hamısı qayıdacax, qorxma. Ora tilsimdi.
Keçəl dedi:
– Yaxşı.
Keçəl yola düşdü, getdi qapını aşdı. Gördü rəflərdə çoxlu ləl var.
Bunlardan yığıb qoynına, şamı götürdü, qayıdanda gördü qapı bağlandı.
Keçəl qaldı bırda ağlıya-ağlıya. Gecə oldu bu başın qoydu bir daşın
üsdə yatdı. Yuxuda gördü deyillər ki, bu daşı qalxızsan bır qapı açılacax.
Oyandı, daşı qalxızdı, qapını aşdı. Bir müddət getdi, çıxdı bir
şəhərə. Şəhərə də nabələddi. Gəldi gördü bir karvansara var. Bu karvansarada
şam yandırdı, o saat qırx incə qız hazır oldu ki, keçəl, nə buyurursan.
Keçəl bu qızları görəndə sevindi.
Paçcahın qızı artırmadan baxırdı. Gördü bir karvansarada bir keçəl
var. Qulluğunda qırx incə qız durub. İki qaravaş göndərdi ki, gedin o
keçəli də, qızdarı da gətirin bıra. Qaravaşlar gələn kimi şam söndü, o
saat qızlar da yox oldu. Bu qaravaşlar keçəli götürdülər gəldilər. Qız
dedi:
– Ədə keçəl, köpəkoğlu, bu nə işdi?
Dedi:
– Xanım, məndə nə günah var, iş bu şamdadı.
Dedi:
– Şamı maa ver.
Şamı aldılar.
Dedi:
– Qızlar, şama od vurun!
Qızlar şamı yandırdılar. Qız o saat gördü qapıdan qırx burma oğlan
girdi. Biri vəzirin qızın, biri vəkilin qızın basmarradı. Dedi:
– Şamı söndürün.
Şamı söndürdülər. Bu əhvalat getdi paçcaha çatdı.
Dedi:
– Keçəli gətirin.
Gedib keçəli gətirdilər. Paçcah dedi:
– Keçəl, bu nə işdi mənim qızımın başına gətirirsən? Vəzir, şamı
yandır.
Yanan kimi qırx dəllək hazır oldu. Başladılar paçcahın, vəzirin
bığın-saqqalın qırxmağa. Paçcah dedi:
– Ədə, tez şamı söndürün, verin özünə.
Şamı verdilər keçələ. Keçəl şamı götürdü gəldi gördü dərviş elə
sini əlində gözünün yazın buludun baharı kimi tökür. Dedi:
– Keçəl, şamı gətirdin?
Dedi:
– Bəli.
Dedi:
– Maa ver. Keçəl, şamı yandır!
Keçəl o saat şamı yandırdı. Qırx incə qız hazır oldu:
– Adə dərviş, nə buyrursan?
Dedi:
– Çəpəllər, amanatı gətirin.
Keçəl gördü o saat bir xonçada bir ceyranın şəklin gətirdilər. Bir
löh oxudu, bu bir qız oldu ki, ta nə təhər. Dərviş dedi:
– Keçəl, sən get o qızdarınnan kef elə, bu mənimdi.
Keçəl öz ürəyində dedi:
– Gör sənin başına nə gətirəcəyəm. Yağın özün yeyip, ayranı maa
ötürürsən.
Yığışıb gəldilər dərvişin evinə, bu dərviş bir az qızınan söhbət
elədi, başın qoydu dizinə yatdı. Keçəl o saat gəlip qıza dedi:
– Əziyyətin hamısın mən çəkim, onnan söhbət elə.
Qız dedi:
– Neynək, bu dərvişin canı o süşədədi, öldür, sənnən söhbət eliyim.
Ama o löhləri gərək öyrənəsən.
Keçəl bir az oxumax-yazmax bilirdi. Bu dərviş löh oxuduqca, bu
yazdı öyrəndi. Dərviş yenə yatmışdı. Şüşəni aldı.
Dərviş oyandı, dedi:
– Keçəl, onu qoy yerinə, yeddi paçcahı sənin itaətinə gətirim.
Keçəl dedi:
– Ta o sözlərdən keçib.
Şüşəni vırdı yerə, o saat dərviş öldü. Yığışdılar şamı çıxartdığı
imarata. Keçəl başdadı orda paçcahlıx eləməyə.
Olar yedilər, işdilər, kef elədilər. O yedi yerə keçdi, siz də yeyin,
dövrə keçin. Göydən üç alma düşdü, biri sənin, biri mənim, biri də
nağıl deyənin.
[[Kateqoriya:Azərbaycan nağılları]]
[[Kateqoriya:Quşlar]]
qquqgec9uis2g0fpak9j4vlobahexos
Quşların padşahı
0
5870
95841
25517
2026-05-25T08:40:16Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Quşlar]] əlavə olundu [[VM:HC|HotCat]]
95841
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Rəvayətlər.
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə = Quşların padşahı
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
Bir gün insan oğlu fikirləşir ki, hər şeyin padşahı, böyügü var.
Quşların da gərək padşahı olsun.
Bütün quşdarı yığıb deyir ki, hansınız daha yuxarı qalxsanız onu
padşah qoyacağam. Quşdar razı olur. Uçullar, ancax qartal hamısınnan
hündürə uçur. Bı dəmdə insan oğlu görür ki, qartalın tükləri
arasınnan cırt-cırt quşu çıxdı, lap yuxarı uşdu. Bını quşdar da gördü,
pərt oldular ki, bınnan bizə padşah çıxmaz.
İnsan oğlu cırt-cırt quşuna deyir ki, sən lap yuxarı uşdun, ancax
kələyinən. Ona görə gərək sənə bir iş də tapşıram. Onu da eləsən,
səni padşah qoyacıyam. Get mənə elə bir çöp gətir ki, nə əyri olsun,
nə də düz.
Deyillər ki, cırt-cırt quşu o vaxtdan həmişə kolluqda gəzir, həmin
çöpü axtarır, ancax tapa bilmir. Qartal isə quşların padşahı olur.
== Mənbə ==
*[http://www.anl.az/el/latin_qrafikasi/axe/ee&r.pdf Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. '''anl.az''']
[[Kateqoriya:Rəvayətlər]]
[[Kateqoriya:Quşlar]]
mebzi51tsm8flplgve3atuzhm78hsiw
Quşlar (Abbas Səhhət)
0
7414
95840
77946
2026-05-25T08:40:04Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Quşlar]] əlavə olundu [[VM:HC|HotCat]]
95840
wikitext
text/x-wiki
{{aydınlaşdırma|Quşlar}}
{{Başlıq
| başlıq = Quşlar
| müəllif = Abbas Səhhət
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>Quşlar, quşlar, a quşlar!
Qaranquşlar, a quşlar!
Cəh-cəh vurun burada,
Gah yerdə, gah yuvada.
Qonun bu tək budağa,
Çox getməyin uzağa.
A quşlarım, getməyin,
Məni qəmgin etməyin.
Quşlar, neçin gedirsiz?
Yoxsa ki seyr edirsiz?
Quşlar uçdu, əkildi,
Vay, səsləri kəsildi.
Bir səs gəlir uzaqdan,
Mən dinlərəm bayaqdan:
Söylər ki, qış yavuqdur,
Sizin yerlər sovuqdur.
Var isticə ölkələr,
Qışda bizə xoş gələr.
Səbir eylə, qoy yaz olsun,
Bir qar, yağış az olsun,
Sovqat gətirər quşlar
Sizə gözəl mahnılar.</poem>
[[Kateqoriya:Ən yeni dövr şeirləri]]
[[Kateqoriya:Tarixi bilinməyən şeirlər]]
[[Kateqoriya:Quşlar]]
lsnh9f08mr9m7o5ndahq4gcxp25vwhq
Qartal (Aşıq Şenlik)
0
20527
95845
54268
2026-05-25T08:46:31Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Quşlar]] əlavə olundu [[VM:HC|HotCat]]
95845
wikitext
text/x-wiki
{{aydınlaşdırma|Qartal}}
{{Başlıq
| başlıq = Qartal
| müəllif = Aşıq Şenlik
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = {{cite web |url=http://www.achiqkitab.az/upl/books/pdf/CHildirli_Ashiq_SHenlik_55fa80b9ae077.pdf |archiveurl= |archivedate= |title=Çıldırlı Aşıq Şenlik |author=Qəşəm Vəliyev |date=2012 |work=Azərnəşr |publisher=achiqkitab.az |accessdate=2017-02-14 |language=az }}
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Nə baxırsan məlul-məlul üzümə,
Qoydun ürəyimə vərəmi, qartal.
Qanad çaldın, pərvaz etdin uçmağa,
Zalım güllə kəsdi aranı, qartal.
Zəhmin ağır, pəncən aslan pəncəsi,
Qorxundu quşların zor işgəncəsi,
Ovçusan, ovçunun olmaz gecəsi...
Gör saldın yadıma haranı, qartal?
Sarıdı gözlərin, məğrurdu başın,
Caynaqlıdır pəncən, kəskindir dişin,
İnsafsız, zülmkar zabit yoldaşın,
Öldürməkdi səni məramı, qartal.
Səfil Şenlik zülm eylədi sənə,
Çalardın, çapardın, batardın qana,
Dərdin həddən aşıb, ta gəlməz sana,
Loğman da sağaltmaz yaranı, qartal.
</poem>
{{tamamlanma|75%}}
[[Kateqoriya:Qoşmalar]]
[[Kateqoriya:Quşlar]]
dnoqdflyhgw8iudui4dd0cm9s1361rx
Quşların şahı
0
28541
95843
80382
2026-05-25T08:40:42Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Mifologiya]] silindi; [[Kateqoriya:Quşlar]] əlavə olundu [[VM:HC|HotCat]]
95843
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Quşların şahı
| müəllif =
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Dünya xalqlarının mifləri və əfsanələri. Bakı, 2004
| vikipediya_keçidi =
| commons_keçidi =
}}
Məlum olduğu kimi, cincarquşu çox murdar quşdur. Hətta yarasadan da pisdir. O, olduqca hiyləgərdir və təsadüfi deyil ki, biz onu ovlayıb tuturuq.
Bu quş barmaq boyda olsa da o, quşların şahı sayılır və bu adı da məhz murdar bir yalan nəticəsində əldə edib.
Müqəddəs peyğəmbər Kolm Killin vaxtında bütün dünyadakı quşlar özlərinə şah seçmək üçün toplaşdılar. Lakin hər bir quş bu vəzifəyə can atdığı üçün, onlar razılığa gələ bilmədilər və tezliklə əsl müharibə başladı. Yer üzünün bütün meşələrində üç il qanlı döyüşlər davam etdi.
Nəhayət, müdrik qoca qarğa şah seçmək hüququnu müqəddəs Kolm Killə həvalə etməyi təklif etdi.
Hamı razılıq verdi və dünyanın hər tərəfindən bu müqəddəsin yaşadığı Donehola o qədər quş uçub gəldi ki, bütün göy üzünü qara örtük kimi tutdular.
Müqəddəs qoca öz kiçik komasından çıxıb, onların nə istədiklərini soruşdu. Quşlar hər şeyi ona danışdılar və onun hər bir qərarına itaət edəcəklərinə söz verdilər.
Belə olanda Kolm onlara yerə enməyi əmr etdi. Quşlar yerə endilər və bütün dərələr, təpələr, çaylar, hətta göllər də quşlarla doldu. Axı onların sayı-hesabı yox idi. Müqəddəs qoca onlara m üraciət edərək dedi:
dedi:
- Sizin aranızda ən yaxşı və ən güclü hamıdan yüksəklərə uçan quş sayılacaq. O da quşların şahı olacaq!
Bu qərarın müdrik və ədalətli olduğuyla hamı razılaşdı. Sonra müqəddəs dedi ki, o, işarə verən kimi quşlar göyə qalxmalıdırlar və ən yüksəyə qalxan quş, quşların şahı elan olunacaq.
Müqəddəs qocanın işarəsiylə bütün quşlar havaya qalxdılar. Aşağıda onlara baxan adamlar gördülər ki, əvvəlcə quşlardan biri yorulub yerə düşdü; sonra o biri, yazıq, yorulub yerə düşdü. Beləliklə, bütün quşlar bir-birinin ardınca yorulub yerə düşdülər. Təkcə bir quş hələ də göyün ənginliklərində süzməkdə davam edirdi.
Bu, qartal idi.
Lakin qartal məğrur olduğundan ona belə gəldi ki, quşların şahı kimi yerə enmək üçün onlardan bir az yüksəyə qalxmaq azdır. Şöhrət azarına düşən qartal yuxarı qalxmaqda davam edirdi və nəhayət, o qədər qalxdı ki, tamamilə gücdən düşdü və daha bir qarış da yüksəlmək üçün qanadlarını tərpədə bilmədi.
Öz uçuşundan böyük məğrurluq duyan və yerə quşların şahı kimi enəcəyinə inanan qartal göydə süzən zaman, onun qanadları arasından kiçik cincarquşu uçdu. O bu vaxta qədər orda gizlənmişdi və indi qartaldan bir fut yüksəyə qalxıb, yerə Quşların Şahı kimi endi!
Müqəddəs qoca öz sözünün üstündə durub, bu mənfur yalançıya şah adı verməyə məcbur oldu. Lakin o, bu alçaq yalana görə elə hirslənmişdi ki, yalançı quşu lənətlədi. Bundan sonra o, heç vaxt bu gün qartalın qanadından ayrıldıqdan sonra qalxdığı məsafədən hündürə uça bilməyəcəkdi.
O vaxtdan bu günə kimi, bizim də şahidi olduğumuz kimi, cincarquşu koldan-kola, çəpərdən-çəpərə uçur və heç vaxt dizdən hündürə qalxa bilmir. Onu müqəddəs qocanın lənəti yerə tərəf çəkir.
Qədim zamanlarda deyirdilər:
Həmişə dilimizin bəlasını əzilmiş burnumuz çəkir.
[[Kateqoriya:Quşlar]]
[[Kateqoriya:İrland mifologiyası]]
prpyyaidpk2c7dsd8hvepxtvlcck2hp
Quşlara (Əhməd Cavad)
0
29221
95842
89736
2026-05-25T08:40:26Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Quşlar]] əlavə olundu [[VM:HC|HotCat]]
95842
wikitext
text/x-wiki
{{digər məna|Quşlara}}
{{Başlıq
| başlıq = Quşlara
| müəllif = Əhməd Cavad
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Yavaş uçun, nazlı quşlar, sizə mənim bir sözüm var,
Doydunuzsa bu yerlərdən, kimə qaldı bu yuvalar?
Siz də bəlkə insan kimi buraxdınız yuvalarda,
О gül üzlü balanızı… Yoxsa nə var havalarda?
Aman, quşlar, mən yanıldım, sizdə ürək nur parçası,
Bizdə murdar yığınır, о məhəbbətin Kərbəlası!
Sizdə heç bir baba yapmaz bele müdhiş cinayeti,
Bizim kimi sizdə yoxdur anaların xəyanəti.
Gedin, quşlar, gedin, Allah yaxşı yollar versin, gedin,
Siz kim sədən inciməyin, kimsə sizdən incimosin!
Aman, quşlar, bilməm nə var bu məzarlıq aləmində?
Ruhum aydm bir iz arar bu qaranlıq çöl içində.
Varsa sizdə artıq qanad, Allah üçün, verin mana,
Mən də sizsiz qəribsədim, uçmaq istər ruhum daha!
Heç olmasa, onu alın — çox yazıqdır — yanınıza,
Nazlı quşlar, sığınmışam adımza, şanınıza!
''5 fevral, 1914''
</poem>
[[Kateqoriya:1914-cü ilin şeirləri]]
[[Kateqoriya:Quşlar]]
q5e3dxum9m5nuzit2o5r5311a361wb0
Bülbül (Molla Cuma)
0
30150
95844
86354
2026-05-25T08:46:09Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Quşlar]] əlavə olundu [[VM:HC|HotCat]]
95844
wikitext
text/x-wiki
{{digər məna|Bülbül}}
{{Başlıq
| başlıq = Bülbül
| müəllif = Molla Cuma
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022.
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Bahar oldu düşdü ahu-fəryada,
Həsrətsən lalətək yüzə sən, bülbül.
Ya gərək canını salasan oda,
Ya gərək əlini yüzəsən, bülbül.
Xızr kimi boylayıbsan dərinə,
Xar yalayır qızılgülün dərinə,
İsmi Pünhan açsa şəfqət dərinə,
Verrəm haqq yoluna yüz əsən, bülbül.
Molla Cuma ümid bağlar hər ayə,
Bir dərindən çıxıb getsin harayə,
Haray etsəm gəlib yetiş haraya,
Yetirdin dərdimi yüzə sən, bülbül.
</poem>
[[Kateqoriya:Təcnislər]]
[[Kateqoriya:Quşlar]]
ly24j8m4g71b32arc6j7h5d7rzctkm2
Kateqoriya:Onilliklərinə görə şeirlər
14
33532
95837
2026-05-25T08:37:44Z
Araz Yaquboglu
734
Səhifə "[[Kateqoriya:Şeirlər| ]] [[Kateqoriya:Onilliklərinə görə əsərlər| ]]" məzmunu ilə yaradıldı
95837
wikitext
text/x-wiki
[[Kateqoriya:Şeirlər| ]]
[[Kateqoriya:Onilliklərinə görə əsərlər| ]]
2vwbxpdxmhv9aintks7v4zuyupvvtnv
95838
95837
2026-05-25T08:37:54Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Onilliklərinə görə əsərlər]] silindi; [[Kateqoriya:Onilliklərə görə əsərlər]] əlavə olundu [[VM:HC|HotCat]]
95838
wikitext
text/x-wiki
[[Kateqoriya:Şeirlər| ]]
[[Kateqoriya:Onilliklərə görə əsərlər| ]]
oajxplm6wg9bbrgo6mdtt0crsd1nooj
Kateqoriya:Quşlar
14
33533
95839
2026-05-25T08:39:14Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikianbar kateqoriyası|Aves}} [[Kateqoriya:Dördayaqlılar]] [[Kateqoriya:Xordalılar]] [[Kateqoriya:Heyvanlar]]" məzmunu ilə yaradıldı
95839
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|Aves}}
[[Kateqoriya:Dördayaqlılar]]
[[Kateqoriya:Xordalılar]]
[[Kateqoriya:Heyvanlar]]
5gesf13nuh79og7ylx8hjhg93gec8lx