Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.47.0-wmf.7
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Kateqoriya:1931-ci ildə yaranan nəşrlər
14
33603
95989
2026-06-23T06:29:01Z
Araz Yaquboglu
734
Səhifə "[[Kateqoriya:1931-ci ildə yarananlar|Nəşrlər]] [[Kateqoriya:1930-cu illərdə yaranan nəşrlər]] [[Kateqoriya:Yaranma illərinə görə nəşrlər]]" məzmunu ilə yaradıldı
95989
wikitext
text/x-wiki
[[Kateqoriya:1931-ci ildə yarananlar|Nəşrlər]]
[[Kateqoriya:1930-cu illərdə yaranan nəşrlər]]
[[Kateqoriya:Yaranma illərinə görə nəşrlər]]
dn8x4a3pwdys6n97o1b4f0co7u1lyzu
Kateqoriya:1931-ci ildə yarananlar
14
33604
95990
2026-06-23T06:29:44Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikianbar kateqoriyası|1931 establishments}} [[Kateqoriya:1931|yarananlar]] [[Kateqoriya:İllərinə görə yarananlar|*1931]] [[Kateqoriya:1930-cu illərdə yarananlar]]" məzmunu ilə yaradıldı
95990
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|1931 establishments}}
[[Kateqoriya:1931|yarananlar]]
[[Kateqoriya:İllərinə görə yarananlar|*1931]]
[[Kateqoriya:1930-cu illərdə yarananlar]]
edijygkxxfimjvy7k6jg22o54iflp0k
Talıstan
0
33605
95991
2026-06-23T07:34:02Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
95991
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1935
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2005
}}
<poem>
İxtiyar dağların döşündə meşə,
Qayalar yüksəkdən baxır keçmişə.
Ağaclar baş-başa çatılmış burda,
Günəş salam verir bu doğma yurda.
Sürürəm atımı üzü yuxarı;
Bu qarlı dağların ağ buludları
Könlümü ardınca çəkib aparır,
Yüksəyə qalxdıqca sinəm qabarır…
Burda ağ suların xoş nəşidəsi,
Hər budaq üstündə bir quşun səsi…
Top, tüfəng səsləri batandan bəri
Gəzir qayalarda dağ keçiləri.
İşıqdan, insandanxeyli aralı
Hər axşam mələyir dağlar maralı.
Göydə fanar kimi İşıq salır ay,
Buludlar açılır, örtülür lay-lay…
"Ay ellər!" — deyirəm ürəyimdən mən,
Ömür cavanlaşır ellər deməkdən.
Ormanlar içində durur Talıstan,
Ona bir baxışda vurulur insan.
Günəş bu yerlərdə qalxır atına,
Yüksəlir göylərin yeddi qatına.
Bu yurdun havası, suyu sərindir,
Keçdiyim dərələr göydən dərindir.
Baxdıqca İnsanın gözü qaralır,
Şair olmayan da xəyala dalır…
Burda süd kimidir dağların qafı,
Sallanır qayadan buz salxımları.
Qayalar, qayalar, quş qonmazsınız!
Məhəbbət anlamaz, söz qanmazsınız!..
Burda əsrlərdən yadigar qalan,
Üstünü çiskinlər, dumanlar alan
Böyük bir qala var: dörd yanı hasar,
Daşında paslanmış əski yazılar.
Kimdir o sənətin böyük ustadı?
Ölməz sənətkarın, sənətin adı.
Göz qoyun bu yerə, bir yadigardır;
Hər batan axşamın bir adı vardır…
Mən ellər oğluyam! Ellər canımdır,
Xəyalım, sənətim, həyəcanımdır.
Çayların ahəngi axır qanımda,
Çiçəklər öpüşür hər dastanımda;
Hər bulaq, hər gülüş, hər yaşıl yarpaq,
Bu sünbül, bu əkin, bu daş, bu torpaq,
Bu çovğun, bu külək, bu söhbət, bu saz,
Ətirlər içində "gəl!" deyən bu yaz,
Bağrından su sızan dəlikli daşlar,
Göydə qanad çalan havalı quşlar,
Çayların üstündə süzən sonalar,
Qəlbi dağlar kimi böyük analar
Mənim qismətimə düşmüş əzəldən;
Tarixlər zövq alır yaradan əldən…
Burda boy atmışdır Talıstan dağı;
Donur dumanlarda quşun ayağı.
Qızıl gül kimidir isti yanaqlar,
Heyrət içindədir gələn qonaqlar.
Burda insanların xoş baxışından,
Yazından, yayından, qarlı qışından.
Könül xumarlanır, İlham canlanır,
İnsanın başında dağ dumanlanır;
Xəyal qanadlanır, uçur uzağa…
İnsan birnəfəsə dırmanır dağa;
Döyüntü bilməyir burda ürəklər.
Səyirdir atını qopan küləklər.
Genişdir oylağı, gendir meydanı
Enəndə çaylağa dağın dumanı,
Dumanlar içində dağ da sürünür,
Hər qaya örpəkli bir qız görünür;
Burda bilinməyir dünyanın yaşı,
Fırlanır əski bir dəyirman daşı.
Axır qıjıltıyla Talıstan çayı,
Göydə ulduzların neçədir sayı?..
Bənövşə toplayır çöldə uşaqlar;
Hər ağac altında göz-göz bulaqlar
Axır almaz kimi, göz yaşı kimi,
Yığışıb çay olur dərənin dibi.
Əriyir yaz günü quzeydəki qar,
Gəzir dağ döşünü gəlinlər, qızlar;
Hər bulaq başında bir söhbət olur,
Galı gözaydınlığı, gah qiybət olur.
Hər axşam kökləyir aşıq sazını,
Daşıyır könlündə elin nazını.
Dinir Füzulinin şirin qəzəli…
Əli çənəsində ellər gözəli
Dinləyə-dinləyə "oxay"lar deyir.
Canına yağ kimi yayılır şeir.
O bir şəlalədir axır ürəkdən…
Burda bir haşiyə çıxmalıyam mən:
Sənin bu gənc yaşında
Dayanmışam qarşında,
Torpağında, daşında
Məhəbbətin dadı var,
Ulduzların adı var.
Bənzəyirsən gülə sən,
Ömrün boyu güləsən.
Qoca vətən, gənc vətən!
Bu qüvvətin var olsun!
Sənə salamlar olsun!
Nə bəy qaldı, nə də xan,
Ölüm keçdi yaxandan…
Qəlbim kimi alış, yan
Qızıl bayraqlı vətən!
Çox borcluyam sənə mən.
Yerinin alt qatında
Dəmir də var, altun da.
Hər daşının altında
Bir şairin qəbri var,
Min ananın səbri var.
Ləkəsizdir vicdanın,
Əzəldən safdır qanın!
Hər müqəddəs ananın
Laylasında həyat var,
Ölsün inanmayanlar!
Zəncirin yox, qalan yox,
Yurdsuz anan, balan yox,
Dilində bir yalan yox,
Ləkəsiz ruhunla sən
Bakirə qız kimisən!
Gəlsin yoldaş mühəndis
Bu yeri də gəzək biz,
Qızıl, gümüş, dəmir, mis
Torpaqda pas atmasın,
Tənbəl-tənbəl yatmasın!
Bizə bu dağ, bu dərə
Təslim olsun bir kərə -
Əl dəyməmiş yerlərə
İşləsin qüvvətimiz,
Sözümüz, söhbətimiz.
Şair, bu yerləri yaxından tanı!
Təbiət quranda Azərbaycanı
Onu sığallamış qüdrətin əli
Bir böyük ürəkli qüvvətin əli.
Yazıq! Bu gözəllik, bu bahar, bu qış
Əsrlərcə yatıb yuxuya qalmış…
Qədrini bilməyən kəndli qardaşım,
"Azca aşıra, — demiş, — ağrımaz başım…
Çayların suyunda yumuş özünü,
Ömründə bilməmiş hamam sözünü.
"Təvəkkül" sözləri dilində əzbər,
Açmış qapısını vaxtsız ölümlər.
Yerini əyri bir çubuqla sürmüş,
Gözilə dünyada nə odlar gönmüş!
Başında hər zaman bostan əkilmiş,
Gözünə bir qara pərdə çəkilmiş…
Əllərində qabar, gözəllərində qan,
Bir qarnı yeməmiş qazandığından.
Həyəti, qapısı, dalanı palçıq;
Körpə uşaqların baldırı açıq,
Titrəyə-tİtrəyə girmiş tonqara.
Onun gövdəsinə daraşan yara
Təbibsiz, davasız simlər almışdır;
Oğulsuz analar yasa batmışdır.
Gəlinlər sığınmış cindara, fala;
Bir el tapşırılmış bir "ağsaqqala".
Budur, Talıstanın sıx ormanları
Mənə xatırladır o zamanları.
Həyat bu yerlərdə sakit axarmış,
Hər kolun dibində bir oğru varmış.
Keçən karvanları soyub talayan,
Dağların başında ocaq qalayan,
Hər axşam bir evə basqına gələn,
Yırtıcı qurd kimi öldürüb, ölən
Ellərin yağısı o vəhşilərdən
Bir nişan görmədim Talıstanda mən.
Tüfənglər bağlıdır, qılınclar qında,
Kəndimmiz yer sürür ay işığında.
Deyirəm: Bu yerdə dilənçi varmı?"
Deyirlər: "Kolxozda aclıq olarmı?"
Otnrmuş qapıda məktəbli bir qız,
Əlində bir qələm, bir parça kağız,
Dumanlı dağlara boylanıb durur,
İndidən sadəcə rəsmlər qurur.
Onun da ruhunu oynadır sənət,
Qoynunda bəsləmiş onu təbiət.
Çatılmış yay kimi qara qaşları,
Yığılmış başına qız yoldaşları;
Bir deyib, bir gülüb, aşıb daşırlar,
Bəzən kəklik kimi qaqqıldaşırlar.
Gözlərdə yaşamaq, gülmək həvəsi,
Bəzən də göylərdə bir matros səsi…
O ağ buludları doğrayıb biçən,
Bu qəlbi dağların üstündən keçən
Bizim təyyarəyə dikilir gözlər,
Yüyürür ardınca bu sadə qızlar,
"Ay qız! Ay Pərican! Ona bax, ona!
Sürən ya Leyladır, Ya da ki; Sona!
Sağ əli başıma! Bir mən də… mən də…
" Gülür bu nəşəylə çöl də, çəmən də.
Gülür nəslimizin qızıl bayrağı.
Gülür dumanlarda Talıstan dağı.
Kəndi dolaşıram yedəyimdə at,
İçimdə bir qüvvə əmr edir: yarat!
Bu böyük günlərin adını sən yaz!
Otür könüllərdə min sədəfli saz;
Bu ellər, bu günlər səni səsləyir,
O ilk sevgisini sənə bəsləyir;
O deyir — mənim də şairim vardır,
Şeirsiz bir cahan xarabazardır…
Cavab ver bu səsə! Doğmadır bu səs!
Çörək itirənə ar olsun əvəz!..
Kəndi dolaşıram yedəyimdə at,
Içimdə bir qüvvə əmr edir: yarat!
Qarşıma müxtəlif insanlar çıxır,
Kefimi soruşur, əlimi sıxır.
Hər gələn qapıma qonaq düş, — deyir,
Bu ağ günlərimlə gəl öpüş, — deyir.
Mənim təbiətə bir sualım var:
Olərmi bunları görən sənətkar?
Axşamdır, qaralır göyün həşyəsi,
Canlanır bu dəli suların səsi.
Böyük bir həyətdə iclasımız var,
Sükut içindədir sonsuz yamaclar…
Bu ayrı dağları baş-başa çatın,
Günəşə, ulduza kəməndlər atın!
Qanun da sizdədir, yer də sizdədir,
Ölkənin taleyi əlinizdədir!
Qolunu çırmasın igid oğullar,
Dağılsın bu daşlı, kəsəkli yollar!
Çəpərlər aradan bir-bir sökülsün,
Palçıqlı yollara çınqıl tökülsün.
Talıstan yolları düzəlsin dümdüz!
Burda seçilməsin gecəylə, gündüz –
Axşam elektrik lampalar yansın,
Onun işığına quşlar oyansın.
Sanma ki, məqsədim boş yaraşıqdır,
Cahanda ən böyük qüvvət işıqdır,
İşıqdır o günəş, işıqdır o ay!
İşıqsız könülün taleyinə vay!
Onsuz açılmazdı ətirli səhər,
Donardı dəryalar, sərin küləklər.
Onsuz qızarmazdı nə alov, nə şam,
Daim kor kimi gəzən bir axşam
Zümrüd şəhərlərə həsrət qalardı,
Qaranlıq həyata qanad salardı.
Nə çirkin, nə gözəl bilinməzdi heç,
Könül təbiətə küsərdı tez-gec.
Olmazdı sənətdə gözəllik sözü,
Düşərdi qüvvədən insanın gözü.
Ormanlar içində durur Talıstan,
Ona bir baxışda vurulur insan!
Qayalar az qalır göylərə dəyə…
Boylanıram yaxın bir gələcəyə;
Yenə yerindədir dağlar, dərələr,
Xəyalı güldürən xoş mənzərələr,
Çıxır seyrəngaha qızlar, analar.
Ağaclar içində təzə binalar
Baxın, durna kimi cərgələnmişdir,
Göydən yer üzünə nur ələnmişdir!
Böyük pəncərələr günəşə doğru;
İsti mədənlərin çalışqan oğlu
Burda saf havalar udur ürəkdən,
Taxır sinəsinə güldən, çiçəkdən,
Açır süfrəsini bulaq başında,
Ömrünün bəxtiyar, azad yaşında
Gözüylə seyr edir, zövq alır qəlbdən,
Sərin hovuzlardan, fəvvarələrdən.
Yaratmış bunları işçinin əli,
Yaranmş bu günün böyük əməli!..
Gecə də, gündüz də qaynayır həyat,
Həyatdan zövq alır qoca kainat.
Məninı təbiətə bir sualım var:
Ölərmi bunları görən sənətkar?
''1935''
</poem>
[[Kateqoriya:1935-ci ilin poemaları]]
d9695umfall7nifsi8jd892ek7qgmgf
Kateqoriya:1935-ci ilin poemaları
14
33606
95992
2026-06-23T07:34:49Z
Araz Yaquboglu
734
Səhifə "[[Kateqoriya:İllərinə görə XX əsr poemaları]] [[Kateqoriya:1935-ci ildə nəşr edilən ədəbi əsərlər|Poemalar]]" məzmunu ilə yaradıldı
95992
wikitext
text/x-wiki
[[Kateqoriya:İllərinə görə XX əsr poemaları]]
[[Kateqoriya:1935-ci ildə nəşr edilən ədəbi əsərlər|Poemalar]]
ivd2p0hbxaqv051wponohyat6c1ut45