Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.47.0-wmf.8 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Koroğlu dastanı/Aşıq Cünun 0 19979 96060 78587 2026-06-24T19:04:43Z ~2026-36628-82 12704 96060 wikitext text/x-wiki {{Başlıq | başlıq = Koroğlu dastanı. | müəllif = Koroğlu | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = Aşıq Cünun | əvvəlki = [[Koroğlu dastanı/Koroğlunun İstanbul səfəri|Koroğlunun İstanbul səfəri]] | növbəti = [[Koroğlu dastanı/Koroğlunun Türkman səfəri|Koroğlunun Türkman səfəri]] | il = | qeydlər = }} <poem> Günlərin birində Koroğlu yenə də Qıratı minib gədiyi kəsmişdi. Bir də baxdı ki, budu bir karvan gəlir. Koroğlu gözlədi, elə ki, karvan gəlib çatdı, bir nərə çəkib atı dağdan aşağıya buraxdı. Karvandakı adamlar əl-ayaq açana kimi Koroğlu onların başının üstünü aldı. Deyirlər Koroğlu hər karvanı soyub dağıtmazdı. Qabaqca onlardan bac istərdi. Bu karvanın da qabağını kəsib bac istədi. Bəzirganbaşı onu tək görüb sözlərinə fikir vermədi. İstədi ki, karvanı çəksin. O bilmirdi ki, bu adam adı dillərdə dastan olan qoç Koroğludur. Qan vurdu Koroğlunun beyninə. Dəli Koroğlu yenə coşdu. Əvvəl Misri qılınca əl atmaq istədi. Sonra lənət şeytana deyib üç telli sazı döşünə basıb, görək nə dedi: Gəl sənə söyləyim, bəzirganbaşı, Gəlmişəm mən səndən bac alam, gedəm! Dağıdam qəfləni, tökəm malını, Gəlmişəm mən səndən öc alam, gedəm! Polad şeşpərinən əzəm başını, Axıdam gözünün qannı yaşını, Cidayilən ölçəm al qumaşını, Nağdın da olmasa, vec alam, gedəm! Koroğluyam, sərt qayadan atıllam, Harda dava olsa orda tapıllam, Ac qurd kimi cümlənizə təpilləm, Ortadan olmazsa, uc alam, gedəm! Bəzirganbaşı bunun Koroğlu olmağına inanmadı. O eşitmişdi ki, Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi var ki, onlar düşmən görəndə, şirə, pələngə dönürlər. İndi onu görüb Koroğlu olduğuna inanmadı, bac vermək istəmədi. Atını sürüb yola düzəlmək istəyirdi ki, Koroğlu aldı başının üstünü, görək nə dedi: Almamış al qumaşını, Buraxmaram səni burdan! İçib doymamış qanını, Buraxmaram səni burdan! Tutubsan yükünü uca, Sənsən tacirbaşı xoca. Matahını soymayınca Buraxmaram səni burdan! Meydanda şeşpər atmamış, Qolların dalda çatmamış, Qırat döşünə qatmamış, Buraxmaram səni burdan! Haradan tutdun sorağı, Al eylədin qannı yağı, Sinənə çəkməmiş dağı, Buraxmaram səni burdan! Qoç Koroğlu istər xərac, İyidsənsə gir, meydan aç. Malını eylərəm tarac, Buraxmaram səni burdan! Koroğlu sazla dediyi kimi sözdə də dedi: – Bəzirganbaşı! Mən səninlə dava eləmək istəmirdim. İndi ki, bac vermədin, öz xoşunla dava-dalaşsız karvanı Çənlibelə çək! Yoxsa zorla aparacağam. Bəzirganbaşı özünü elə göstərdi ki, guya razıdı, karvanı Çənlibelə çəkir. Amma hiylə yolu ilə göz altı öz yaraxlı-yasaqlı adamlarına him elədi ki, Koroğlunu vursunlar. Yaraqlı tacirlər Koroğluya hücum elədilər. Elə bil ki, beş-on dənə siçan bir qızmış kərgədanı öldürmək istəyirdi. Bu qabaqca Koroğluya gülməli gəldi. Sonra boynunun qatqat duran əti qızardı. Koroğlu aşdı, daşdı, aslan kimi coşdu, qaplan kimi qeyzə gəldi. Misri qılıncı çəkdi, tərlan kimi Qıratın belinə yatıb meydana təpildi. Sağdan vurdu soldan çıxdı, soldan vurdu sağdan çıxdı, tacirləri xurd-xəşil elədi. Baxdılar ki, yox bu zarafat eləməli adam deyil, silahlarını töküb dayandılar. Koroğlu hamısını Qıratın döşünə qatıb Çənlibelə gətirdi. Dəlilər qabağa çıxdı. Malları yerə düşürdülər, yerbəyer eləməyə başladılar. Koroğlu baxdı ki, tayların içində bir böyük dəmir sandıq var. Fikirləşdi bu yəqin qızıl-gümüşdı. İşarə elədi sandığı açdılar. Nə çıxsa yaxşıdı. Baxdılar ki, sandığın içində saçı çiynində bir adam uzanıb. Koroğlu qaldı məhəttəl ki, bu nə sirrdi? Döndü bəzirganbaşı tərəfə ki, ondan soruşsun, gördü bəzirganbaşı meyit kimi tir-tap uzanıb yerə. Yanına yüyürdü, gördü xeyir ha... dünən ölübsən, bu gün! Bəzirganbaşı qup-quru quruyub. Dəlilərdən birisi dedi ki, bəs sən sandığı açanda o özündən getdi. Sudan-zaddan tökdülər, kişi bir az özünə gəldi. Koroğlu soruşdu: “Bu nə sirrdi?”. Bəzirganbaşı dedi: – Koroğlu, indi ki, belə oldu, düzünü deyəcəyəm. Bu mənim aşığımdı. Adı da Aşıq Cünundu. Bu o qədər ayağı yüngül, xeyir bərəkətli adamdı ki, mənim yanıma gələndən bəri mal-dövlətim həddini aşıb. Sən bizə hücum eliyəndə mən havanı bulut görüb onu sandıqda gizlətdim ki, bəlkə malım, dövlətim getsə də, o qalsın. Koroğlu fikrə getdi. Bir tərəfdən Aşıq Cünunu öz yanında saxlamaq istəyirdi, bir tərəfdən onu bəzirganbaşının əlindən zorla almaq istəmirdi. Bir də başını yuxarı qaldıranda Aşıq Cünunu qabağında diz çökmüş gördü. Aşıq Cünun dedi: – Qoç Koroğlu, gözüm, könlüm səni tutub. Ömrümün axırınacan sənə qulluq edəcəm. Aşıq Cünun o gündən Koroğlunun yanında qaldı. Ömrünün lap axır gününə qədər onun aşığı oldu. Deyirlər ki, Aşıq Cünun həmişə şəhərləri, kəndləri, obaları, oymaqları gəzib dolanardı, harda bir iyid, nəcib, ana südü əmmiş oğlan görsə gəlib Koroğluya xəbər verərdi. Koroğlu da onları öz dəstəsinə gətirdərdi. </poem> [[Kateqoriya:Koroğlu dastanı|*04]] 0jqjhwomwx5pdocumm8eh538qblgyku İstifadəçi müzakirəsi:Logograph.95 3 23498 96058 83437 2026-06-24T18:16:16Z Qədir 8976 Qədir [[İstifadəçi müzakirəsi:Navorski]] səhifəsinin adını [[İstifadəçi müzakirəsi:Logograph.95]] olaraq dəyişdi: "[[Special:CentralAuth/Navorski|Navorski]]" istifadəçisinin adını "[[Special:CentralAuth/Logograph.95|Logograph.95]]" olaraq dəyişərkən avtomatik olaraq səhifənin adı dəyişdirildi 61579 wikitext text/x-wiki <div style="vertical-align:top; background-color:#F6E9F6; padding:1em; margin:2px; border:3px solid violet"><center>'''[[Şəkil:Crystal_ksmiletris.png|29px]]<big>Xoş gəlmisiniz, {{PAGENAME}}!</big>'''</center> Salam, {{PAGENAME}}, '''Wikisource''' virtual-kütləvi kitabxanalarının Azərbaycan dilindəki versiyası — '''[[Vikimənbə]]'''yə '''xoş gəlmisiniz'''! Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur: * Yeni mətn yaratmaq üçün tərəddüd etmə, '''[[Vikimənbə:Cəsur ol!|cəsur ol,]]''' Vikimənbə hər kəs üçün azad məkandır. * Vikimənbənin yazı üslubu sadədir. Bura ədəbiyyat nümunələri (şeir, roman, hekayə və s.), tarixi, hüquqi və s. sənədlərin mətnləri yerləşdirilə bilər. * Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun. * Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini '''redaktə''' edərək suallarınızı əlavə edin. * Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (mətnlər, kateqoriyalar, şablonlar v.s.) '''imzanızı və adınızı yazmayın.''' Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna '''<nowiki>~~~~</nowiki>''' (4 tilda) işarəsini əlavə edərək və ya [[Şəkil:Signature button.png]] imzanızı atmağı unutmayın. *Mövzu seçimində çətinlik çəkirsinizsə, aşağıdakı səhifələr sizə kömək edəcək: ** [[Vikimənbə:Mətn istə]] ** [[Xüsusi:Wantedpages|Tələbat olan səhifələr]] *Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın. <inputbox> type=create width=45 break=no </inputbox> ---------------------------------------------------------------------------------------------- [[Şəkil:Nuvola apps important yellow.svg|60px|left]]<big>'''Lütfən özünüz haqqında məqalə yaratmayın. Bu cür informasiyanı [[İstifadəçi:{{PAGENAME}}|öz istifadəçi səhifənizdə]] verə bilərsiniz! '''</big>--[[İstifadəçi:Araz Yaquboglu|Araz Yaquboglu]] ([[İstifadəçi müzakirəsi:Araz Yaquboglu|müzakirə]]) 15:54, 25 sentyabr 2017 (UTC) </div> kda54b42h9d90ouch1m7cungf25rz1f Müəllif:Əli Volkan 102 33616 96063 96016 2026-06-25T11:44:41Z Rəcəb Yaxşı 5409 96063 wikitext text/x-wiki {{Müəllif |ad = Əli Volkan |soyad = |baş hərf = Ə |doğum ili = 1887 |vəfat ili = 1981 |qeydlər = |şəkil = |şəkil başlığı = |vikipediya_keçidi = Əli Volkan |vikisitat_keçidi = |commons_keçidi = }} == Şeirləri == * [[Vətən həsrəti]] == Müsahibələri == * [[Rus cəhənnəmindən cənnət Türkiyəyə]] [[Kateqoriya:1887-ci ildə doğulanlar]] [[Kateqoriya:1981-ci ildə vəfat edənlər]] 8miq9zwxt2agxmf3c1xzteshic2bdxj Rus cəhənnəmindən cənnət Türkiyəyə 0 33617 96057 96014 2026-06-24T13:02:08Z Rəcəb Yaxşı 5409 96057 wikitext text/x-wiki {{Başlıq | başlıq = Rus cəhənnəmindən cənnət Türkiyəyə | müəllif = Əli Volkan | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = [https://teleqraf.az/news/toplum/207044.html Dilqəm Əhməd - “Bakıda haqqımda edam hökmü verildi” - Mühacir şairin müsahibəsi] }} – Hörmətli Əli Vulkan. Sizi həssas, dərin, ürəyi vətən həsrəti ilə dolu, millətçi Azərbaycan xalq şairi olaraq tanıyırıq. Bizə Azərbaycandan çıxmağınızı, Türkiyəyə mühacirət etmənizi, oradakı son günlərinizin siyasi görüntüsünü anlada bilərsinizmi? – 1917-ci il rus inqilabından sonra çarlığın əlində inləyən millətlər müstəqil dövlətlər qurmağa başladılar. Azərbaycanın öndə gələnləri Osmanlı hökuməti ilə Azərbaycanı qurtarsın deyə bir anlaşma imzaladı. 5-ci Qafqaz tüməni Nuri paşanın idarəçiliyində Azərbaycana girərək oranı rus və ermənilərdən təmizlədi. 1918-ci ilin 15 sentyabrında Osmanlı ordusu Bakını aldı. Bu ərəfələrdə Osmanlı Mudros müqaviləsini imzalamaq məcburiyyətində qaldı. Birinci Dünya Müharibəsinin qalib dövlətləri Osmanlının bir həftədə Azərbaycandan çıxmalarını istədi. 28 May 1918-ci ildə Azərbaycanda dövlət quruldu, xarici ölkələrə elçilər göndərildi, diplomatik əlaqələr təsis edildi. Azərbaycan ordusu təşəkkül etdi. Məktəblərdə türk dilində oxunuldu. Azərbaycan hökuməti qısa zamanda böyük işlər gördü. Almaniya, İtaliya, Fransaya tələbələr göndərildi. Bu ərəfədə Türkiyə İstiqlal savaşı içində idi. Kuvayi-Milliyyə və Kuvayi-İnzibatiyyə arasındakı mübarizəni fürsət bilən Rusiya Azərbaycanın sərhədinə əsgər yığmaqda idi. Ruslar Mustafa Kamal qüvvətlərinə kömək etmək bəhanəsi ilə Azərbaycandan yol istədilər. Bu hərəkətlərini kapitalist müttəfiq dövlətlərinin Anadolunun həm özləri, həm də Yunanıstana parçalatmalarına qarşı olduqlarını göstərmək istəyirdilər. Halbuki məqsədləri neft ölkəsi Azərbaycanı işğal etmək, onu ərazilərinə qatmaq idi. Mustafa Kamala kömək məsələsi Azərbaycan məclisində müzakirə edildi. Türkiyəyə kömək məsələsi mövzu olunca, istər millət vəkilləri, istərsə də xalq rusların Azərbaycandan keçmələrinə razı idilər. Türk qardaşlarına kömək üçün yol vermək normal bir hərəkətdi. Belə olduğu halda yenə də parlamentdə mübahisələr oldu. Azərbaycan Milli Şurasının rəisi Məhəmmədəmin Rəsulzadə kürsüyə çıxaraq: “Rusdan türklərə dost olmaz. Sabah ölkəmiz Azərbaycan xarabazar olar. Əgər Anadoluya köməyə gedəcəklərsə, Novorossiyski və Odessa üzərindən də gedə bilərlər” dedi. Bu nəticədən sonra Rusiya Azərbaycana ultimatium verərək hökumətinin çəkilməsini tələb etdi. Bu ərəfədə Azərbaycanda olan Xəlil paşa və əsgərləri rus qırmızı ordusunun Anadolunun yunan işğalından qurtarması üçün xalqa bəyannamə paylayır və “buraxın rus ordusu keçsin, məmləkətimizi yunan işğalından qurtarsın” deyirdilər. Beləliklə, üç gün sonra çıxmaq üzərə ruslar Azərbaycana girdilər, cəlladxanalarını qurdular, nazirləri, millət vəkillərini, ordu mənsublarını, ziyalıları öldürdülər. Azərbaycanda yağmalanma həftəsi başlandı. Ruslar bütün dükanları yağmaladılar, bir də Azərbaycandan çıxmadılar. Bu qarışıqlıq vaxtı mən Gəncədə əsgərdim. Gəncənin öndə gələnlərini Bakıya göndərib edam etdirdilər. Azərbaycan xalqı bunu həzm edə bilmədi. Gəncənin tanınmışlarından Sarı Ələkbərlə 3-cü Gəncə alayının komandanı Cahangir bəy birlikdə üsyan etməyi planlaşdırdılar və 1920-ci il 22 may gecəsində saat birdə rus əsgərlərinin üzərinə hücum etdilər. Savaş bir həftə davam etdi. Bu müddətdə 7-8 min rus əsgəri qırıldı. Savaş əsnasında Gəncədəki erməni məhəlləsindəki ermənilər əsgərlərimizə arxadan hücum etdilər. Mən bu savaşın içində idim. Sol dizimdən süngü yarası aldım. Ruslar üstümüzə 10 min əsgər də göndərdilər. Qarşılıq verə bilmədik. Komandanımız “başınızın çarəsinə baxın” dedi. Ordu dağıldı. Bizlər Kür çayını üzərək Gürcüstana doğru keçdik. Bir müddət orada qaldım. Bir il sonra ruslar Gürcüstanı da işğal etdilər. Azərbaycanın keçmiş bəhriyyə naziri Əliheydər Qarayev kürd taboru adlı bir tümənlə Tiflisə girmişdi. “Azərbaycanlılar bir həftə içində təslim olarlarsa, əfv ediləcək, Bakıya qayıda biləcəklər” deyə elan verdilər. Müraciət etdim. Öncə həbs etdilər, üç ay sonra qırmızı orduya götürdülər. Yaşım uyğun idi. Gürcüstanın Lağıdağı ərazisindəki alaya göndərildim. Bir ara sıtmaya tutuldum. Vladiqafqaza (Krasnodar) xəstəxanaya göndərildim. Xəstəxanada Atatürk və İnönünün rəsmlərini qəzetlərdə gördüm. Türkiyənin qurtuluşundan bəhs edirdilər. Bölüyümə qayıtdığım zaman tərxis olundum. Bakıya gəldim. “Gəncədə bizə güllə atdın” deyə ruslar məni tutub hərbi divana verdilər, həbs etdilər. Haqqımda edam qərarı verildi. Edama qədər hər gün Dağlı məhəlləsindəki karxanalarda daş qırmağa göndərdilər. Bir gün başçımız olan türk milisi ilə birlikdə qaçdıq. Orda-burda gizləndim. Bir gecə yük vaqonları ilə Şirvanın Kürdəmir bölgəsinə gəldim. Burada bir İran pasportu təmin edərək illərlə stansiyada hamballıq etdim. Bir gün orada Qaraqoyun ərazisində rejimə qarşı üsyan oldu. Mən də aralarına qarışdım. Bir ay vuruşduq, Qarabucaq stansiyasının dəmiryolu körpüsünü dağıtdıq. Günlərlə Tiflisdən qatar gələ bilmədi. Nəhayət, atacaq qurşun və gülləmiz qalmadı, dağılışdıq, gizləndik. Bu ərəfələrdə Afyonkarahisarın Sülmənli kəndindən İbrahim adlı bir əsir mənə xəbər göndərdi. Türkiyəli 73 əsirin altısını “siz yerli türklərlə birgə hərəkət etdiniz” deyərək ruslar güllələmişlər. Qalanları həbsdə imiş. Mən çöldə olduğum üçün onların dərdlərini və vəziyyətlərini türk səfirinə bildirsəm, qurtuluş ümidləri olarmış. Bir gecə yük qatarı ilə Bakıya gəldim. O zamanlar Türkiyə səfiri Mahmud Şövkət Əsəndal idi. Yanına getdim, məsələni anlatdım. “Mən indi Moskvadan vəziyyəti araşdıraram” dedi. Geri dönüb Kürdəmirin Xəlilli kəndinə gəldim. Yaxın dostum Şebinkarahisardan olan Zühdü əfəndi mənə bir kağız göndərmişdi. Bu kağız Sibirdə düşərgə komandanı tərəfindən azad edilmiş kazanlı bir əsirə verilib. Əsir geri dönərkən Sibir yolunda ölür, orada gömülür. Zühdü əfəndi də Sibirdən gəldiyi üçün bu hadisəyə şahid olmuş, ona verilən kağızı saxlamış. Mən bu sənədi mənim imiş kimi Tiflisdəki türk konsulluğuna verdim. Azəri olduğum halda mənə kömək etdilər. Öncə Batuma, 25 iyun 1924-cü ildə Hopa yolu ilə əvvəlcə Girəsuna, sonra Şebinkarahisara vardım. 8 yanvar 1925-ci ildə Türkiyə vətəndaşı oldum. – Azərbaycan türklərinin millətçiliyə önəm verdiklərini bilirik. Bugünkü Azərbaycanda milli bir axının varlığına inanırsınızmı? – Bugün bu məsələ bizə məçhul kimi görünsə də, İkinci Dünya Müharibəsində almanlarla bir arada rus sürülərinə qarşı savaşan, sonra Türkiyəyə sığınan azəri türkləri bizlərdən daha qatı millətçidirlər. Bu da azəri türklərindəki milli ruhun heç bir ortamda gücünü itirməyəcəyini göstərir. Vətənimdir, vətənimdir, vətənim... Doğrasalar dilim, dilim. Azəridir mənim dilim. – Azərbaycan hürriyyət mücadiləsində olmuş, sonra Türkiyəyə gəlmiş məşhurlar vardırmı, bugünkü vəziyyətləri necədir, onlara önəm verilibmi? – İmperialist rus sürülərinin istilasından sonra Azərbaycan Milli Şurasının sədri (rəisi-cümhur) Məhəmmədəmin Rəsulzadə, tarixçi yazar Mirzəbala, yazar Əbdülvahab Yurdsevər, yazar, millət vəkili Sadıq Aran, yazar Əli Azərtəkin, yazar Əjdər Qurtulan, millət vəkili Abbas Kazımzadə və daha bir çoxu Türkiyəyə gəldi, burada müxtəlif məsləklərdə çalışdılar. Bu çox dəyərli insanlara Türkiyədə lazımi qədər önəm və vəzifə verilmədi. Hətta bir çoxlarının məzarı da hazırlanmayıb, unudulublar. Milli dəyərlərinin dəyərini anlaya bilməmək bizim xüsusiyyətimizdir hər halda... – Bugünkü Azərbaycanda necə yaşayırlar? – Bugün Sovet İttifaqında kommunizm iflas etməkdədir. Bu səbəbdən Kommunist Partiyası İşçi Sosialist Partiyası şəklinə dəyişdirilir. Dövlət kapitalizmi fərdiyyətçilik sisteminə doğru gedir. Fərdlərin tarlası, bağı, bostanı, meşəsi bəhrəsiz hala gətirilib. Dövlət xəzinəsi iflas etdiyi üçün kolxozlar öz fərdlərinə yenidən yarım və ya bir hektarlıq kiçik ərazilər verib qurumuş, bəhrəsiz qalmış bağ, bostan və bu kimiləri yaşayışları üçün yenidən canlandırmağa başlayıblar. Azərbaycanda göyərti, ət, yumurta, toyuq, süd az da olsa, əldə edilir. İşçi, sürücü, məmur – hamısı fərdi qazanc yoluna doğru yönəliblər. Rüşvət bütün ölkələri geridə qoyacaq qədər irəlidədir... Hürriyyət? O, təbii ki, yoxdur... Türkiyədə azadlığı bəyənməyənlər hürriyyətsizliyi Rusiyada görsünlər, hansı nemətə sahib olduqlarını anlasınlar. “Türk dünyası” dərgisi, sayı 36-37. 1975-ci il. [[Kateqoriya:Müsahibələr]] g5wqv3ssnn2lkdn9iww34qmwwnuttiq 96061 96057 2026-06-25T05:42:30Z Rəcəb Yaxşı 5409 96061 wikitext text/x-wiki {{Başlıq | başlıq = Rus cəhənnəmindən cənnət Türkiyəyə | müəllif = Əli Volkan | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = [https://teleqraf.az/news/toplum/207044.html Dilqəm Əhməd - “Bakıda haqqımda edam hökmü verildi” - Mühacir şairin müsahibəsi] }} – Hörmətli Əli Vulkan. Sizi həssas, dərin, ürəyi vətən həsrəti ilə dolu, millətçi Azərbaycan xalq şairi olaraq tanıyırıq. Bizə Azərbaycandan çıxmağınızı, Türkiyəyə mühacirət etmənizi, oradakı son günlərinizin siyasi görüntüsünü anlada bilərsinizmi? – 1917-ci il rus inqilabından sonra çarlığın əlində inləyən millətlər müstəqil dövlətlər qurmağa başladılar. Azərbaycanın öndə gələnləri Osmanlı hökuməti ilə Azərbaycanı qurtarsın deyə bir anlaşma imzaladı. 5-ci Qafqaz tüməni Nuri paşanın idarəçiliyində Azərbaycana girərək oranı rus və ermənilərdən təmizlədi. 1918-ci ilin 15 sentyabrında Osmanlı ordusu Bakını aldı. Bu ərəfələrdə Osmanlı Mudros müqaviləsini imzalamaq məcburiyyətində qaldı. Birinci Dünya Müharibəsinin qalib dövlətləri Osmanlının bir həftədə Azərbaycandan çıxmalarını istədi. 28 May 1918-ci ildə Azərbaycanda dövlət quruldu, xarici ölkələrə elçilər göndərildi, diplomatik əlaqələr təsis edildi. Azərbaycan ordusu təşəkkül etdi. Məktəblərdə türk dilində oxunuldu. Azərbaycan hökuməti qısa zamanda böyük işlər gördü. Almaniya, İtaliya, Fransaya tələbələr göndərildi. Bu ərəfədə Türkiyə İstiqlal savaşı içində idi. Kuvayi-Milliyyə və Kuvayi-İnzibatiyyə arasındakı mübarizəni fürsət bilən Rusiya Azərbaycanın sərhədinə əsgər yığmaqda idi. Ruslar Mustafa Kamal qüvvətlərinə kömək etmək bəhanəsi ilə Azərbaycandan yol istədilər. Bu hərəkətlərini kapitalist müttəfiq dövlətlərinin Anadolunun həm özləri, həm də Yunanıstana parçalatmalarına qarşı olduqlarını göstərmək istəyirdilər. Halbuki məqsədləri neft ölkəsi Azərbaycanı işğal etmək, onu ərazilərinə qatmaq idi. Mustafa Kamala kömək məsələsi Azərbaycan məclisində müzakirə edildi. Türkiyəyə kömək məsələsi mövzu olunca, istər millət vəkilləri, istərsə də xalq rusların Azərbaycandan keçmələrinə razı idilər. Türk qardaşlarına kömək üçün yol vermək normal bir hərəkətdi. Belə olduğu halda yenə də parlamentdə mübahisələr oldu. Azərbaycan Milli Şurasının rəisi Məhəmmədəmin Rəsulzadə kürsüyə çıxaraq: “Rusdan türklərə dost olmaz. Sabah ölkəmiz Azərbaycan xarabazar olar. Əgər Anadoluya köməyə gedəcəklərsə, Novorossiyski və Odessa üzərindən də gedə bilərlər” dedi. Bu nəticədən sonra Rusiya Azərbaycana ultimatium verərək hökumətinin çəkilməsini tələb etdi. Bu ərəfədə Azərbaycanda olan Xəlil paşa və əsgərləri rus qırmızı ordusunun Anadolunun yunan işğalından qurtarması üçün xalqa bəyannamə paylayır və “buraxın rus ordusu keçsin, məmləkətimizi yunan işğalından qurtarsın” deyirdilər. Beləliklə, üç gün sonra çıxmaq üzərə ruslar Azərbaycana girdilər, cəlladxanalarını qurdular, nazirləri, millət vəkillərini, ordu mənsublarını, ziyalıları öldürdülər. Azərbaycanda yağmalanma həftəsi başlandı. Ruslar bütün dükanları yağmaladılar, bir də Azərbaycandan çıxmadılar. Bu qarışıqlıq vaxtı mən Gəncədə əsgərdim. Gəncənin öndə gələnlərini Bakıya göndərib edam etdirdilər. Azərbaycan xalqı bunu həzm edə bilmədi. Gəncənin tanınmışlarından Sarı Ələkbərlə 3-cü Gəncə alayının komandanı Cahangir bəy birlikdə üsyan etməyi planlaşdırdılar və 1920-ci il 22 may gecəsində saat birdə rus əsgərlərinin üzərinə hücum etdilər. Savaş bir həftə davam etdi. Bu müddətdə 7-8 min rus əsgəri qırıldı. Savaş əsnasında Gəncədəki erməni məhəlləsindəki ermənilər əsgərlərimizə arxadan hücum etdilər. Mən bu savaşın içində idim. Sol dizimdən süngü yarası aldım. Ruslar üstümüzə 10 min əsgər də göndərdilər. Qarşılıq verə bilmədik. Komandanımız “başınızın çarəsinə baxın” dedi. Ordu dağıldı. Bizlər Kür çayını üzərək Gürcüstana doğru keçdik. Bir müddət orada qaldım. Bir il sonra ruslar Gürcüstanı da işğal etdilər. Azərbaycanın keçmiş bəhriyyə naziri Əliheydər Qarayev kürd taboru adlı bir tümənlə Tiflisə girmişdi. “Azərbaycanlılar bir həftə içində təslim olarlarsa, əfv ediləcək, Bakıya qayıda biləcəklər” deyə elan verdilər. Müraciət etdim. Öncə həbs etdilər, üç ay sonra qırmızı orduya götürdülər. Yaşım uyğun idi. Gürcüstanın Lağıdağı ərazisindəki alaya göndərildim. Bir ara sıtmaya tutuldum. Vladiqafqaza (Krasnodar) xəstəxanaya göndərildim. Xəstəxanada Atatürk və İnönünün rəsmlərini qəzetlərdə gördüm. Türkiyənin qurtuluşundan bəhs edirdilər. Bölüyümə qayıtdığım zaman tərxis olundum. Bakıya gəldim. “Gəncədə bizə güllə atdın” deyə ruslar məni tutub hərbi divana verdilər, həbs etdilər. Haqqımda edam qərarı verildi. Edama qədər hər gün Dağlı məhəlləsindəki karxanalarda daş qırmağa göndərdilər. Bir gün başçımız olan türk milisi ilə birlikdə qaçdıq. Orda-burda gizləndim. Bir gecə yük vaqonları ilə Şirvanın Kürdəmir bölgəsinə gəldim. Burada bir İran pasportu təmin edərək illərlə stansiyada hamballıq etdim. Bir gün orada Qaraqoyun ərazisində rejimə qarşı üsyan oldu. Mən də aralarına qarışdım. Bir ay vuruşduq, Qarabucaq stansiyasının dəmiryolu körpüsünü dağıtdıq. Günlərlə Tiflisdən qatar gələ bilmədi. Nəhayət, atacaq qurşun və gülləmiz qalmadı, dağılışdıq, gizləndik. Bu ərəfələrdə Afyonkarahisarın Sülmənli kəndindən İbrahim adlı bir əsir mənə xəbər göndərdi. Türkiyəli 73 əsirin altısını “siz yerli türklərlə birgə hərəkət etdiniz” deyərək ruslar güllələmişlər. Qalanları həbsdə imiş. Mən çöldə olduğum üçün onların dərdlərini və vəziyyətlərini türk səfirinə bildirsəm, qurtuluş ümidləri olarmış. Bir gecə yük qatarı ilə Bakıya gəldim. O zamanlar Türkiyə səfiri Mahmud Şövkət Əsəndal idi. Yanına getdim, məsələni anlatdım. “Mən indi Moskvadan vəziyyəti araşdıraram” dedi. Geri dönüb Kürdəmirin Xəlilli kəndinə gəldim. Yaxın dostum Şebinkarahisardan olan Zühdü əfəndi mənə bir kağız göndərmişdi. Bu kağız Sibirdə düşərgə komandanı tərəfindən azad edilmiş kazanlı bir əsirə verilib. Əsir geri dönərkən Sibir yolunda ölür, orada gömülür. Zühdü əfəndi də Sibirdən gəldiyi üçün bu hadisəyə şahid olmuş, ona verilən kağızı saxlamış. Mən bu sənədi mənim imiş kimi Tiflisdəki türk konsulluğuna verdim. Azəri olduğum halda mənə kömək etdilər. Öncə Batuma, 25 iyun 1924-cü ildə Hopa yolu ilə əvvəlcə Girəsuna, sonra Şebinkarahisara vardım. 8 yanvar 1925-ci ildə Türkiyə vətəndaşı oldum. – Azərbaycan türklərinin millətçiliyə önəm verdiklərini bilirik. Bugünkü Azərbaycanda milli bir axının varlığına inanırsınızmı? – Bugün bu məsələ bizə məçhul kimi görünsə də, İkinci Dünya Müharibəsində almanlarla bir arada rus sürülərinə qarşı savaşan, sonra Türkiyəyə sığınan azəri türkləri bizlərdən daha qatı millətçidirlər. Bu da azəri türklərindəki milli ruhun heç bir ortamda gücünü itirməyəcəyini göstərir. Vətənimdir, vətənimdir, vətənim... Doğrasalar dilim, dilim. Azəridir mənim dilim. – Azərbaycan hürriyyət mücadiləsində olmuş, sonra Türkiyəyə gəlmiş məşhurlar vardırmı, bugünkü vəziyyətləri necədir, onlara önəm verilibmi? – İmperialist rus sürülərinin istilasından sonra Azərbaycan Milli Şurasının sədri (rəisi-cümhur) Məhəmmədəmin Rəsulzadə, tarixçi yazar Mirzəbala, yazar Əbdülvahab Yurdsevər, yazar, millət vəkili Sadıq Aran, yazar Əli Azərtəkin, yazar Əjdər Qurtulan, millət vəkili Abbas Kazımzadə və daha bir çoxu Türkiyəyə gəldi, burada müxtəlif məsləklərdə çalışdılar. Bu çox dəyərli insanlara Türkiyədə lazımi qədər önəm və vəzifə verilmədi. Hətta bir çoxlarının məzarı da hazırlanmayıb, unudulublar. Milli dəyərlərinin dəyərini anlaya bilməmək bizim xüsusiyyətimizdir hər halda... – Bugünkü Azərbaycanda necə yaşayırlar? – Bugün Sovet İttifaqında kommunizm iflas etməkdədir. Bu səbəbdən Kommunist Partiyası İşçi Sosialist Partiyası şəklinə dəyişdirilir. Dövlət kapitalizmi fərdiyyətçilik sisteminə doğru gedir. Fərdlərin tarlası, bağı, bostanı, meşəsi bəhrəsiz hala gətirilib. Dövlət xəzinəsi iflas etdiyi üçün kolxozlar öz fərdlərinə yenidən yarım və ya bir hektarlıq kiçik ərazilər verib qurumuş, bəhrəsiz qalmış bağ, bostan və bu kimiləri yaşayışları üçün yenidən canlandırmağa başlayıblar. Azərbaycanda göyərti, ət, yumurta, toyuq, süd az da olsa, əldə edilir. İşçi, sürücü, məmur – hamısı fərdi qazanc yoluna doğru yönəliblər. Rüşvət bütün ölkələri geridə qoyacaq qədər irəlidədir... Hürriyyət? O, təbii ki, yoxdur... Türkiyədə azadlığı bəyənməyənlər hürriyyətsizliyi Rusiyada görsünlər, hansı nemətə sahib olduqlarını anlasınlar. '''“Türk dünyası” dərgisi, sayı 36-37. 1975-ci il.''' [[Kateqoriya:Müsahibələr]] ebpucztlc1hsofb178e96yjz1tlyret İstifadəçi müzakirəsi:Navorski 3 33628 96059 2026-06-24T18:16:16Z Qədir 8976 Qədir [[İstifadəçi müzakirəsi:Navorski]] səhifəsinin adını [[İstifadəçi müzakirəsi:Logograph.95]] olaraq dəyişdi: "[[Special:CentralAuth/Navorski|Navorski]]" istifadəçisinin adını "[[Special:CentralAuth/Logograph.95|Logograph.95]]" olaraq dəyişərkən avtomatik olaraq səhifənin adı dəyişdirildi 96059 wikitext text/x-wiki #İSTİQAMƏTLƏNDİRMƏ [[İstifadəçi müzakirəsi:Logograph.95]] 78nndh5azna0x0ym3i37xpw0gzfgxic Vətən həsrəti 0 33629 96062 2026-06-25T11:44:00Z Rəcəb Yaxşı 5409 Səhifə "{{Başlıq | başlıq = Vətən həsrəti | müəllif = Əli Volkan | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = [https://web2.anl.az/read/page.php?bibid=492183&pno=18 İstiqlal uğrunda (Şeirlər məcmuəsi) (PDF) (az.). Bakı: Qələmnəşr. 2015. səh:32.] }}" məzmunu ilə yaradıldı 96062 wikitext text/x-wiki {{Başlıq | başlıq = Vətən həsrəti | müəllif = Əli Volkan | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = [https://web2.anl.az/read/page.php?bibid=492183&pno=18 İstiqlal uğrunda (Şeirlər məcmuəsi) (PDF) (az.). Bakı: Qələmnəşr. 2015. səh:32.] }} e6tjakz9076irmveyzg72v4oajcbzk4 96064 96062 2026-06-25T11:48:32Z Rəcəb Yaxşı 5409 96064 wikitext text/x-wiki {{Başlıq | başlıq = Vətən həsrəti | müəllif = Əli Volkan | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | mənbə = [https://web2.anl.az/read/page.php?bibid=492183&pno=18 İstiqlal uğrunda (Şeirlər məcmuəsi) (PDF) (az.). Bakı: Qələmnəşr. 2015. səh:32.] }} <poem> Sancağımın bir boyası göy Xəzər, Bir boyası yaşıl otlu çəmənlər, Üçüncü rəngisə qırmızı azər Nə gözəldir, ah sancağı ölkəmin. Sən ey kainatı yoxdan yaradan, Cümlə düşmənimizi qaldır aradan. Qeyrətli, namuslu, cəsur anadan Doğulmuşdur hər uşağı ölkəmin. BAhar gəldi, vətənimiz yazlanır, Küləyindən əhalisi feyz alır. Onun üçün Azərbaycan adlanır, Məşhurdur Yanardağı ölkəmin. </poem> [[Kateqoriya:1927-ci ilin şeirləri]] n4hwl3wdq9msvmo4td3jgzamzef5ffw