Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.47.0-wmf.12 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Həsbi-hal (M.Ə.Rəsulzadə) 0 29707 96422 85486 2026-07-29T10:22:18Z Rəcəb Yaxşı 5409 96422 wikitext text/x-wiki {{Başlıq | başlıq = Həsbi-hal<ref>'''həsbi-hal''' - söhbət, ürəyini boşaltma</ref> | müəllif = Məhəmməd Əmin Rəsulzadə | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1907 | qeydlər = '''Mənbə:''' [[w:az:Füyuzat (jurnal)|“Füyuzat” jurnalı]]. №30. 12 oktyabr 1907. {{cite book |url=https://achiqkitab.aztc.gov.az/az/file/view/eserleri-i-cild-1903-1909.pdf|archiveurl=https://web.archive.org/web/20240501194518/https://achiqkitab.aztc.gov.az/az/file/view/eserleri-i-cild-1903-1909.pdf|archivedate=1 may 2024|title=Məhəmməd Əmin Rəsulzadə Əsərləri - I cild |author= |date= |publisher= |accessdate= |language=az |location= |isbn=}} }} Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq<ref>'''müğləq''' - anlaşılmaz, başa düşülməyən</ref> və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar. <poem> Qaranlıqdır bana dünya. Bütün dünyavü-mafiha<ref>'''dünyavü-mafiha''' - dünya və onun içindəkilər</ref>. Diyorlar cümləsi guya: Çəkil bir yanə sakitləş! Daralı qəlb vasekən<ref>'''vase''' - geniş</ref>. Qaraldı şəms<ref>'''şəms''' - günəş</ref> lamekən<ref>'''lame''' - işıqlı, parlaq</ref>, Eşitmir guş<ref>'''guş''' - qulaq</ref> samekən<ref>'''same''' - eşidən, dinləyən</ref>: Çəkil bir yanə sakitləş! Təhəmmül, səbr mümkünmü?! Həyatə cəbr<ref>'''cəbr''' - zülm</ref> mümkünmü?! Zəvali-qəhr mümkünmü?! Çəkil bir yanə sakitləş! Çıxıb əldən cilov gəlməz. Mənə yaru ədu<ref>'''ədu''' - düşmən</ref> gəlməz. Bu dərdə çarəcu gəlməz. Çəkil bir yanə sakitləş! Dolu heyrətlə hər yanım, Toxunmuş daşa peykanım. Ədu insarə ixvanım<ref>'''ixvan''' - qardaşlar</ref>. Çəkil bir yanə sakitləş! Nə vəhşidir bəni adəm! Mücəssəm zülmdür aləm! Diyorlar cümləsi<ref>'''cümlə''' - hamısı</ref> yekdəm: Çəkil bir yanə sakitləş! Çəkilməm, ey hərifan, bən Bu meydani şücaətdən! Bütün dünya bənə derkən: «Çəkil bir yanə sakitləş!» </poem> === Sözlük === [[Kateqoriya:1907-ci ilin əsərləri‎]] cjhlt6rmfugltrppprt795dbnzsmszp