Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.47.0-wmf.16
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Qarğa və tülkü
0
4272
96887
94543
2026-08-22T07:05:58Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Qarğa]] əlavə olundu [[VM:HC|HotCat]]
96887
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Qarğa və tülkü
| müəllif = Mirzə Ələkbər Sabir
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>
Pendir ağzında bir qara qarğa
Uçaraq qondu bir uca budağa.
Tülkü görcək yavaş-yavaş gəldi,
Endirib baş ədəblə, çömbəldi.
Bir zaman həsrət ilə qarğa sarı
Altdan-altdan marıtdı baş yuxarı.
Dedi: "Əhsən sənə, a qarğa ağa!
Nə nəzakətlə qonmusan budağa!
Bəzədin sən bu gün bizim çəməni,
Şad qıldın bu gəlməyinlə məni.
Nə gözəlsən, nə xoşliqasən sən,
Yeri var, söyləsəm — hümasən sən.
Tüklərindir ipək kimi parlaq,
Bədnəzərdən vücudun olsun iraq!
Bu yəqindir ki, var sevimli səsin,
Oxu, versin mənə şəfa nəfəsin!"
Böylə sözdən fərəhlənib qarğa
Ağzını açdı ta ki, etsin "ğa".
"Ğa" edərkən hənüz bircə kərə
Pendiri dimdiyindən endi yerə.
Tülkü fövrən havada qapdı, yedi,
Qarğaya tənə ilə böylə dedi:
"Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı, yəqin ki, yaltaqlar".
</poem>
[[Kateqoriya:Təmsillər]]
[[Kateqoriya:Qarğa]]
d2i9e1jlo1ugftlvun1kgyf23dc0bi8
96888
96887
2026-08-22T07:06:05Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Tülkü]] əlavə olundu [[VM:HC|HotCat]]
96888
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Qarğa və tülkü
| müəllif = Mirzə Ələkbər Sabir
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>
Pendir ağzında bir qara qarğa
Uçaraq qondu bir uca budağa.
Tülkü görcək yavaş-yavaş gəldi,
Endirib baş ədəblə, çömbəldi.
Bir zaman həsrət ilə qarğa sarı
Altdan-altdan marıtdı baş yuxarı.
Dedi: "Əhsən sənə, a qarğa ağa!
Nə nəzakətlə qonmusan budağa!
Bəzədin sən bu gün bizim çəməni,
Şad qıldın bu gəlməyinlə məni.
Nə gözəlsən, nə xoşliqasən sən,
Yeri var, söyləsəm — hümasən sən.
Tüklərindir ipək kimi parlaq,
Bədnəzərdən vücudun olsun iraq!
Bu yəqindir ki, var sevimli səsin,
Oxu, versin mənə şəfa nəfəsin!"
Böylə sözdən fərəhlənib qarğa
Ağzını açdı ta ki, etsin "ğa".
"Ğa" edərkən hənüz bircə kərə
Pendiri dimdiyindən endi yerə.
Tülkü fövrən havada qapdı, yedi,
Qarğaya tənə ilə böylə dedi:
"Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı, yəqin ki, yaltaqlar".
</poem>
[[Kateqoriya:Təmsillər]]
[[Kateqoriya:Qarğa]]
[[Kateqoriya:Tülkü]]
p6ktg1mnmk6ed6fl7rnny0bzz5r9b0m
Qarğa (rəvayət)
0
21878
96889
90284
2026-08-22T07:06:43Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Qarğa]] əlavə olundu [[VM:HC|HotCat]]
96889
wikitext
text/x-wiki
{{digər məna|Qarğa}}
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif =
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = {{cite book |url=https://ia601502.us.archive.org/6/items/SeadetHacyevaNanayllHalaylyDnyam2017/Seadet%20Hac%C4%B1yeva%20-%20Nanayl%C4%B1-halayl%C4%B1%20d%C3%BCnyam%20-2017.pdf |archiveurl= |archivedate= |title=Nanaylı-halaylı dünyam |author=[[Səadət Hacıyeva]] |date=2017 |publisher="SkyG" |accessdate=2017 |language=az |isbn=978-9952-440-08-05}}
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Baba nəvəsini çox, lap çox sevirdi. Hara getsə əlindən tutub aparır, nə istəsə alır, hər kəlməsinə min dəfə can deyirdi.
Baba bir dəfə bostan əkirdi. Həmişəki kimi nəvəsi də yanında idi. Nəvə gördü ki, ağacın budağına bir quş qondu. Babasına göstərib soruşur:
– Baba, o nədi?
Babası cavab verir:
– Qarğadı, baba qurban.
Bir az keçir, nəvə bir də soruşur:
– Baba, o nədi?
– Baba sənə qurban, qarğadı.
Bir az keçir, nəvə yenə soruşur.
– Baba, o nədi?
– Balacan, qarğadı.
Bu minvalla nəvə bəlkə də yüz dəfə soruşur. Baba isə hər dəfə onu əzizləyərək cavab verir:
Aradan illər keçir. Nəvə böyüyüb pəhləvan cüssəli bir kişi olur. Baba isə əli çəlikli, taqətsiz bir qoca. Bir gün nəvə həyətdə yer belləməklə məşğul olur. Baba isə bir tərəfdə oturub ona tamaşa eliyir. Bu vaxt bir qarğa hasarın başına qonur. Baba keçmiş günləri xatırlayaraq nəvəsindən soruşur:
– A bala, hasarın başındakı nədi elə?
Nəvə işindən ayrılmadan – qarğadı, – deyir.
Bir az keçir, baba yenə soruşur:
– A bala, gözüm seçib eləmir, o nədi elə?
Nəvə bu dəfə səsini qaldıraraq deyir:
– Qarğadı da!
Bir az keçir, baba bir də soruşur:
– Hasarın başındakı nədi, a bala?
Nəvə hirslənərək deyir:
– Dedim ki, qarğadı da, a kişi!
Baba köksünü ötürərək deyir:
– Bilirəm qarğadı, a bala. Sənin uşaqlığını yadıma saldım. Sən də uşaq olanda bu sualı mənə bəlkə də yüz dəfə vermişdin. Amma mən sənə hirslənməmişdim. Hər dəfə can, qurban olumla cavab vermişdim.
</poem>
[[Kateqoriya:Rəvayətlər]]
[[Kateqoriya:Qarğa]]
rpwg7saxi2mezz9lh64ky5nxzqo7r77
Giləyə
0
22286
96891
58936
2026-08-22T08:12:16Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
96891
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Aşıq Ələsgər
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = {{cite book |url=http://anl.az/el/a/ae_e.pdf |archiveurl=https://ia601503.us.archive.org/3/items/AsiqElesgerEserleri/asiq%20elesger_eserleri.pdf |archivedate=2017-06-19 |title=Əsərləri |author=Aşıq Ələsgər |date=2004 |publisher="Şərq-Qərb" |accessdate=2017-06-19 |language=az |isbn=9952-418-21-0}}
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Ariflər, qulaq asın,
Deyim bir dastan Giləyə;
Qabliyyətdə, mərifətdə
Catmaz bir insan Giləyə.
Bu təmkində gözəl yoxdu,
Olmuşam heyran Giləyə.
Yetmiş iki millət görsə,
Gərək desin "can" Giləyə.
Lazımdı kəsdirəsən
Gündə yüz qurban Giləyə.
Ağ ipəkdən dizliyi var,
Gül düzdürüb yaxasına.
Başında herat kəlağay,
Bənzər göllər sonasına.
Deyib-gülmək halal olsun
Belə gözəllər xasına.
Libası əndama layiq,
Əndam uyur libasına.
Qızıldan kəmər yaraşır
Sinəsi meydan Giləyə.
Maşallah, ay qabağa
Gör necə tellər yaraşır.
Burun püstə, dodaq qaymaq,
Yanağa güllər yaraşır.
Ağ buxağa inci, mərcan,
Üstünə sim-zər yaraşır.
Mina tək gərdəninə
Yaquti-əhmər yaraşır.
Halal olsun bu səltənət,
Bu qurğu-dövran Giləyə.
Məhəbbətə sədaqətli,
Ayrılmaz bir can kimidi.
Tovuz kimi cilvələnib,
Qırımı tərlan kimidi.
Ay qabaq şölə saçır,
Mehri-dirəxşan kimidi.
Mərifətdə yoxdu tayı,
Kamalda Loğman kimidi.
Hüsndə şəbahəti var
Yusifi-Kənan Giləyə.
Şahi-əl-vahidi-yekta,
Dinimiz Məhəmməd dini.
Gərək salavat çevirsin
Hər kim ki, görsə üzünü.
Mən Aşıq Ələsgərəm,
Söylərəm sözün düzünü.
Həm bu dünyada bacımdı,
Həmi qiyamatın günü;
Lənət gəlsin o şəxsə –
Söyləyə böhtan Giləyə.
</poem>
[[Kateqoriya:Müxəmməslər]]
nlxvs36jac1xbhzysileh7o37hklzo9
Tülkü və kirpi
0
22364
96890
59057
2026-08-22T07:07:04Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Tülkü]] əlavə olundu [[VM:HC|HotCat]]
96890
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif =
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = [http://meneviservetimiz.az/az/2012-05-27-06-30-31/na%C4%9F%C4%B1llar/d%C3%BCnya-xalqlar%C4%B1n%C4%B1n-na%C4%9F%C4%B1llar%C4%B1/item/1277-t%C3%BClk%C3%BC-v%C9%99-kirpi TÜLKÜ VƏ KİRPİ]
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
Çox qədim zamanlarda, tülkü və kirpi dostluq edirdilər. Aralarından su da keçmirdi: birlikdə yeyir, birlikdə içirdilər, birlikdə gəzirdilər. Amma tülkü özünü öyməyə başladı, ay mən eləyəm-beləyəm, belə ağıllıyam, belə hiyləgərəm, sən isə kirpi çox sadədilsən. Kirpi buna az dözdü, çox dözdü, axırda təngə gəldi, tülkünün belə hərəkəti onun xətrinə dəyirdi.
Bir gün onlar yenə də sakitcə söhbət edirdilər, birdən tülkü yenə də başladı.
- Mən, - dedi tülkü, - elə ağıllı, elə cəldəm ki, insan məni ömründə tuta bilməz. Mənim fəndlərimin sayı-hesabı yoxdur.
- Doğrudan? - deyə kirpi təəccübləndi.
- Doğrudan, doğrudan, - deyə tülkü onu inandırdı.
- Hə, ola bilər, - deyə kirpi cavab verdi. -Gəl birlikdə canavar quyularına gedək, bir şey yeyək, hə?
Tülkü razılaşdı. О günlərdə silahlı ovçular canavar ovuna çıxırdılar, buna görə də belə quyular qazırdılar: dərin quyunun dibinə ləzzətli yeməklər qoyur, üstünü isə küknar budaqları ilə örtürdülər. Canavar ya da tülkü ora hoppanır, yeməkləri yeyir, amma ordan çıxa bilmirdilər. Ovçu onları tutur, dərisini soyur, satıb pul qazanırdı.
Deməli belə. Onlar canavar quyusunun yanına gəldilər, sürüşüb içinə düşdülər və qarınlarını doyurmağa başladılar. Doyunca yedikdən sonra tülkü yenə öz bicliklərindən dəm vurmağa başladı. Kirpi az qulaq asdı, çox qulaq asdı, axırda dedi:
- Mən isə yalnız bir biclik bilirəm, nə etməli, belə səfehəm. Qulaq as, tülkü, biz burden necə çıxacağıq, hə? Bəlkə fəndlərindən birini işlədəsən?
- Nə deyirəm ki, gəl sınayaq! – dedi tülkü.
Hoppandı, dırmandı, üzüaşağı yumalandı! Çıxa bilmədi. Ağlına fənd də gəlmirdi. Dilxor oldu. Sakit durmuş kirpi isə birdən özünü xəstəliyə vurdu:
- Ah, tülkü! Deyəsən çox yemişəm. Qarnım elə ağrıyır ki, gəl görəsən! Bəlkə sən burnunla onu sığallayasan, ola bilsin keçdi. Tülkü burnunu onun qarnına yaxınlaşdırdı. Kirpi də eləməyib tənbəllik yumağa döndü, tikanları tülkünün üzünə yapışdı! Tülkü başını silkələməyə başladı, elə fırlatdı ki, kirpi quyudan çölə düşdü. Quyudan çıxan kirpi üst-başını çırpdı, quyuya yaxınlaşdı:
- Görürsən, tülkü, mən ancaq bir fənd işlətməklə canımı qurtardım. Sən isə saysız-hesabsız bicliklərinlə hələ də quyudasan!
Tülkü yalvarmağa başladı:
- Kirpi qardaş, nə olar, mənə kömək et! Kirpinin bir vaxtlar dostluq etdiyi tülküyə yazığı
gəldi:
- Yaxşı, sənə kömək edərəm. Hərçənd ki, sən özün də çox fənd bilirsən, ağlını da işlədə bilərdin. Qulaq as. Özünü ölülüyə vur, tərpənmədən uzanıb qal. Ovçu gəlib səni görəcək, quyuya düşəcək. Sən isə nəfəs də alma, ayaqlarını ölü kimi uzat. Onda о səni yuxarı tullayacaq. Sən də durub qaçarsan.
Hər şey kirpi deyən kimi oldu: ovçu gəlib gördü ki, tülkü ölüb. Quyruğundan tutub quyudan bayıra atdı. Tülkü durub arxasına baxmadan qaçdı.
Bax bu yolla kirpi yalnız bir fəndlə özünü də, tülkünü də xilas etdi.
Lakin onların arasındakı dostluq о vaxtdan bəri səngidi.
[[Kateqoriya:Rumın nağılları]]
[[Kateqoriya:Tülkü]]
5zmrcxyb79m67gkb7rdpfhcf5zbae1c
1918-1919 savaşı və Kobliyan dastanı
0
24448
96884
64297
2026-08-21T15:54:51Z
Araz Yaquboglu
734
Araz Yaquboglu [[1918-1919 savaşi və Kobliyan dastani]] səhifəsinin adını [[1918-1919 savaşı və Kobliyan dastanı]] olaraq dəyişdi
64297
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Molla Məhəmməd Səfili
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Asif Hacılı. [https://www.academia.edu/9617578/Asif_Hacili._Ah%C4%B1skal%C4%B1_A%C5%9F%C4%B1k_Molla_Mehemmed_Sefili Axısqalı Aşıq Molla Məhəmməd Səfili]. Bakı: Mütərcim, 2014.
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Dinləyin ağalar, vəsf edim hali,
Dəgişmənəm bir diyara Koblıyan,
Dövr ettim cihanı, yoxtur əmsali,
Meyil verməz bir ağyarə Koblıyan.
Salınurlar bağda barı yiyərlər,
Hər birisi bir qəsidə diyərlər,
Gözəlləri türlü rənkdən giyərlər,
Qərq olmuşti sim-ü-zara Koblıyan.
Sim-ü-zər almışti hər bir yanıni,
Söylərdilər çay-kəhvənin şanıni,
Gürci göstərmədi bir nişanıni,
Dedilər, Nikolayı ara, Koblıyan.
Axir-şərə döndi, düşti bir ataş,
Dedilər, əsgərə kimi edək baş?
Rəy etdilər, olsun Sərvər Bəy qardaş
Qırılax, enməzdən birə Koblıyan.
Bir qavğa çıxdi ki, mədəd, əlaman,
Top, tüfəng səsindən qopti bir duman,
Ol saatta düşman bozuldi həmən,
Düşürdilər bayır-kıra, Koblıyan.
Düşti bayır-kıra kavğa kuruldi,
Əzəli – Posxovun adi soruldi.
İkinci – Çıkkəldə toplar kuruldi,
Dolu kimi yağa yerə, Koblıyan.
Qaçmayın kardaşlar, olalım koçax,
Ər olanlar cəngin kapusın açax,
Sıyırın kılıcı, bağlanın bıçax,
Qurt qoyun içinə girə Koblıyan.
Qırın düşmanları, vurun bozulsun,
Kəsin kəllələri qanı süzülsün,
Falakaya cəmdəkləri düzülsün,
Üçüncü – Valeyə girə Koblıyan.
Girdi Axısxaya, tikdi bayrağı,
Düşman yürəğinə vurdular daği,
Kəsilsin Azğurdan Andahan daği,
Dünya durduğunca dura Koblıyan.
Durup bir zaman da böyləcə qaldi,
Yol açtı ingilis, müzəvir oldi,
Xayın düşman Azğur qalasın aldi,
Şimdi gəldi sizə sıra, Koblıyan.
Dara qaldi da çox bunğaldi millət,
Böyüklər içinə düşti ədavət,
Bozuldi Azğur da, qopti qıyamət,
Anda düşti ah-ü-zara Koblıyan.
Verdilər sərini, durdular cəngə,
Xəbər oldi ingilis, gürci, firəngə,
Yəhudi, erməni girdilər dəngə,
Qorxaram ki bizə vura, Koblıyan.
Vurdi bu dört millət islam üstünə,
Umum xaçpərəstlər düşti qəsdinə,
Kimi süngi, tüfəng almış dəstinə,
Gəlin qılax parə-parə, Koblıyan.
Vira cəng olundi dört gün, dört gecə,
Dövr-i-adəm görməmişti böyləcə,
İngilis toplari yucadan yuca,
İştər ki dağlari yara, Koblıyan.
Eykara düşəndə, əgləndi qaldi,
Talançi köylərə vəlvələ saldi,
Həmən Axısxadan telqraf gəldi,
Barışık bayrağın görə Koblıyan.
Baxşi Bəydən ulaşti bizə yardımci,
Axirə yetişti dastanın uci,
Eşidənlər desin, bu da bir inci,
Səfilidən bir ibarə, Koblıyan.
</poem>
[[Kateqoriya:Dastanlar]]
dy3gtm1sa2uzcm21rzqbb46mqyxpubb
1918-1919 savaşi və Kobliyan dastani
0
33917
96885
2026-08-21T15:54:51Z
Araz Yaquboglu
734
Araz Yaquboglu [[1918-1919 savaşi və Kobliyan dastani]] səhifəsinin adını [[1918-1919 savaşı və Kobliyan dastanı]] olaraq dəyişdi
96885
wikitext
text/x-wiki
#İSTİQAMƏTLƏNDİRMƏ [[1918-1919 savaşı və Kobliyan dastanı]]
03fwznvly5lkand1wsiomxgarl9475k
Kateqoriya:1829-cu ildə yarananlar
14
33918
96886
2026-08-22T06:54:17Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikianbar kateqoriyası|1829 establishments}} [[Kateqoriya:1829|yarananlar]] [[Kateqoriya:İllərinə görə yarananlar|*1829]] [[Kateqoriya:1820-ci illərdə yarananlar]]" məzmunu ilə yaradıldı
96886
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|1829 establishments}}
[[Kateqoriya:1829|yarananlar]]
[[Kateqoriya:İllərinə görə yarananlar|*1829]]
[[Kateqoriya:1820-ci illərdə yarananlar]]
meli6xa9cj6dcyttfp6gj0167r6wbks