Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.47.0-wmf.16
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Kateqoriya:Şair Məmmədhüseyn
14
3652
96925
35285
2026-08-23T06:00:13Z
Araz Yaquboglu
734
96925
wikitext
text/x-wiki
{{Vikipediya}}
[[Kateqoriya:Azərbaycanlı şairlər]]
c3ffdgpvx8xj3m11xqljfwe4gev6u37
96926
96925
2026-08-23T06:00:50Z
Araz Yaquboglu
734
96926
wikitext
text/x-wiki
{{Vikilər}}
{{catmore}}
[[Kateqoriya:Azərbaycanlı şairlər]]
33k77ubbj5f4cpgvz12p8bxb0lltgv5
Səttarxana (Mirzə Ələkbər Sabir)
0
3973
96893
78221
2026-08-23T05:24:53Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Səttar xan]] əlavə olundu [[VM:HC|HotCat]]
96893
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Səttarxana
| müəllif = Mirzə Ələkbər Sabir
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>
Hali-məczubim görüb, qarə demə divanədir,
Nareyi-şüridəmi zənn etmə bir əfsanədir,
Şairəm, təbim dəniz, şeri lərim dürdanədir,
Bəhcətim, eyşim, sürurim, vəcdim, əhrararənədir,
:İncizabım cürəti-mərdaneyi-mərdanədir,
:Afərinin himməti-valayi-Səttarxanədir.
Ta ki millət məcməin Tehranda viran etdilər,
Türklər Səttar xan ilə əhdü peyman etdilər,
Zülmü istibdadə qarşı nifrət elan etdilər,
Millətə milliyətə can nəqdi-qurban etdilər,
:Ayeyi-Zibhi əzim itlaqi ol qurbanədir,
:Afərinin himməti-valayi-Səttarxanədir.
Həq mədədkar oldu Azərbaycan etrakına,
Ali-Qacarın protest ətdilər Zahhakina,
Ol şəhidanın səlam olsun rəvani-pakına
Kim tökülmüş qanları Təbrizü Tehran xakına
:Onların cənnət deyildir mənzili aya nədir?
:Afərinin himməti-valayi-Səttarxanədir.
İştə Səttarxan, baxız, bir növ iqdimat edib,
Bir vəzirü şahı yox, dünyanı yeksər mat edib,
İrzi-islamı, vətən namusunu yüz qat edib,
Hörməti-heysiyyəti-milliyətin isbat edib,
:İndi dünyanın təvəccöh nöqtəsi İranədir,
:Afərinin himməti-valayi-Səttarxanədir.
İştə Səttarxan, baxız, İranı ihya eylədi,
Türklük, iranlılıq, təklifin ifa eylədi,
Bir rəshadət, bir hünər göstərdi, dəva eylədi,
Dövlətin bir əynini dünyada risva eylədi,
:Qaçmayıb pərvanətək oddan, demə pərvanədir,
:Afərinin himməti-valayi-Səttarxanədir.
Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa!
Düstü düşmən əl çalıb eylər sizə səd mərhəba!
Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!
Cənnəti-əladə Peyğəmbər sizə eylər dua,
:Çün bu xidmətlər bütün islamədir, insanədir,
:Afərinin himməti-valayi-Səttarxanədir.
</poem>
[[Kateqoriya:Şeirlər]]
[[Kateqoriya:Səttar xan]]
cnf8isw9ybzfbr3tyvmk540bwpv067x
Bəzi yerlərdə təsadüf olunur aşa, ətə
0
12140
96896
83402
2026-08-23T05:35:53Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
96896
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Bəzi yerlərdə təsadüf olunur aşa, ətə!
| müəllif = Mirzə Ələkbər Sabir
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = {{cite web |url= https://anl.az/el/s/mes_h1.pdf |title= Hophopnamə. İki cilddə. I cild. |author= Mirzə Ələkbər Sabir |publication-place= Bakı |publisher= Şərq-Qərb |date= 2004 |page= 127 |isbn= 9952-418-26-1 |accessdate=2024-07-04 |language= az }}
}}
<poem>
Bəzi yerlərdə təsadüf olunur aşa, ətə.
Müftə görcək tuturam kəndimi bozbaşa, ətə!
Deyirəm, kaş qonaqlıq olan evlərdə bütün
Yeyib-içməkdə başım bənd ola, çulğaşa ətə!
О qədər xoşlanıram tüstüsü çıxcaq kababın --
Ac pişik tək cumuram şövq ilə birbaşa ətə!
Görürəm ta əti qəssab dükanında asılıb,
Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə!
Nuş olur canıma ət, xasə о həngamədə kim,
Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ətə!
Əti çox istəyirəm, leyk pulu ondan çox,
Nola, quzğun kimi ta müftə qonam laşa, ətə!
Xərc edir bir para əşxas pulun bayramda
Zəfərana, yağa, razyanaya, xaşxaşa, ətə!
Filhəqiqət yeməli şeydir əgər pulsuz ola,
Yaramır pul verilə hər quruya, yaşa, ətə!
Pulu ancaq yaraşır çinləyəsən sənduqə,
Nə ki, xərc eyləyəsən millətə, dindaşa, ətə!
Oylə zəhləm gedir, Allah da bilir, millətdən,
Oluram süst adı gəlcək, dönürəm daşa, ətə!
Adı puldursa pulun, leyk özü can yonqarıdır,
Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!
Verərəm dinimi, imanımı, əmma pulumu
Vermərəm "Bəhlul" ağa, arxayın ol, aşa, ətə!
</poem>
[[Kateqoriya:Şeirlər]]
mpnj3lz41abbi5lpbw6t07dj7sf7z0y
Bə’zi yerlərdə təsadüf olunur aşa, ətə!
0
30603
96895
87689
2026-08-23T05:35:35Z
Araz Yaquboglu
734
[[Bəzi yerlərdə təsadüf olunur aşa, ətə]] səhifəsinə istiqamətləndirilir
96895
wikitext
text/x-wiki
#redirect[[Bəzi yerlərdə təsadüf olunur aşa, ətə]]
f9jyebk3ek0f195v56sw2tafcnyxdgj
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat
0
33025
96917
94456
2026-08-23T05:48:42Z
Araz Yaquboglu
734
96917
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat
| müəllif = Azərbaycan Respublikası
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 2025
| qeydlər =
| mənbə =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
[[Fayl:Ilham Aliyev held meeting in Tianjin with Chinese President Xi Jinping - 2025.jpg|300px|thumb|right|Azərbaycan və Çin Prezidentlərinin görüşü. 2025-ci il]]
<center>Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat</center>
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 2025-ci il aprelin 22-dən 24-dək Çin Xalq Respublikasına dövlət səfəri etmişdir.
Hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar apardılar. Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər.
1. Tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir.
Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.
2. Tərəflər strateji oriyentir kimi dövlət başçılarının diplomatiyasını və ən yüksək səviyyədəki mühüm razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli münasibətlərin davamlı və uzunmüddətli inkişafını təşviq edəcəklərini bəyan etdilər.
Tərəflər Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında siyasi dialoqun möhkəmləndirilməsini dəstəkləyirlər. Hər iki tərəf praktiki əməkdaşlığı irəlilətmək üçün müntəzəm mexanizmlər çərçivəsində hökumətlər arasında əlaqələrin gücləndirilməsinə hazır olduqlarını təsdiqlədilər. Tərəflər beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi də daxil olmaqla qanunverici orqanlar xətti üzrə təmasları və mübadilələri dəstəkləyir, Xarici İşlər nazirlikləri arasında müntəzəm məsləhətləşmələr keçirmək əzmindədirlər.
3. Tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar.
4. Tərəflər ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici və rəhbər rolunu gücləndirməyi davam etdirməyə hazır olduqlarını ifadə etdilər. Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsini, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul olundu. Tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər.
Tərəflər ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün institusional zəmanətlərin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə azad ticarətə dair sazişlə bağlı danışıqlara başlamağa hazır olduqlarını ifadə etdilər.
Çin, Çin Beynəlxalq İdxal Məhsulları Sərgisi (CIIE), Çin İxrac və İdxal Məhsulları Yarmarkası (Canton Fair), Çin Beynəlxalq Xidmətlər Ticarəti Yarmarkası (CIFTIS), o cümlədən Çin Beynəlxalq İnvestisiya və Ticarət Forumu (CIFIT) daxil olmaqla, Azərbaycanın Çində keçirilən böyük sərgi tədbirlərində fəal iştirakını alqışlayır, Azərbaycan tərəfindən Çin ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar platformasında, eləcə də Çin elektron ticarət şəbəkələrində tematik təqdimatların keçirilməsini və əlaqələrin qurulmasını dəstəkləyir. Azərbaycan Çinin aparıcı şirkətlərinin Azərbaycan ərazisində keçirilən böyük sərgilərdə və forumlarda iştirakını alqışlayır.
5. Tərəflər sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və sənayenin rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə hazır olduqlarını ifadə edirlər. Tərəflər neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrini kommersiya əsaslı əməkdaşlığın möhkəmləndirilməsində, dərinləşdirilməsində və genişləndirilməsində dəstəkləyirlər.
6. Tərəflər iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edərək, bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqlarını bildirirlər.
7. Tərəflər iki ölkənin nəqliyyat sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirir və regional qarşılıqlı əlaqələri təşviq edərək, nəqliyyat infrastrukturunun inkişafına, logistika və daşınmaların səmərəliliyinin artırılmasına dəstəyi davam etdirməyə hazır olduqlarını bildirirlər.
Tərəflər Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanmasını yüksək qiymətləndirdilər. Çin birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Hər iki tərəf beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılmasının və bağlanmasının sürətlənməsində, Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır.
Tərəflər qeyd edirlər ki, Çinin keçirdiyi Nəqliyyatın Dayanıqlı İnkişafı üzrə Qlobal Forum dayanıqlı nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün müsbət əhəmiyyətə malikdir.
8. Tərəflər elmi-tədqiqat müəssisələrini və elm işçilərini qarşılıqlı maraq kəsb edən mövzularda birgə tədqiqatlar aparmağa, texnologiya transferinə və əldə olunan nailiyyətlərin kommersiyalaşdırılmasına təşviq edəcəklər, habelə birgə elmi-tədqiqat platformaları yaradacaqlar.
9. Tərəflər müxtəlif kanallar vasitəsilə qarşılıqlı tələbə mübadiləsini davam etdirmək, Azərbaycanda Konfutsi institutlarının inkişafına dəstək vermək və təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisini təşviq etmək, habelə iki ölkənin müxtəlif tipli təhsil müəssisələri arasında müxtəlif səviyyəli tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəldilər.
Tərəflər mədəni və yaradıcı kollektivlər xətti üzrə əməkdaşlığı təşviq edəcək, xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək və sivilizasiyalararası mübadiləni təşviq etmək məqsədilə qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsini dəstəkləyəcəklər.
Tərəflər turizm siyasətinin əlaqələndirilməsini gücləndirməyə, bir-birinin ərazisində turizmin təşviqi üçün tədbirlərin təşkilinə imkan yaratmağa, turizm müəssisələri, sahəvi assosiasiyalar və digər institutlar arasında profil əlaqələrini dəstəkləməyə, həmçinin ikitərəfli turist axınının və vətəndaşların qarşılıqlı səfərlərinin artırılmasında birgə fəaliyyət göstərməyə hazırdırlar.
Tərəflər səhiyyə, idman, kinematoqrafiya və televiziya sahələrində əməkdaşlığı genişləndirəcək, gənclər və akademik dairələr xətti üzrə dostluq əlaqələrini artıracaqlar.
Tərəflər qarşılıqlı səfərlər, informasiya və təcrübə mübadiləsi vasitəsilə media sahəsində əməkdaşlığın genişləndirilməsini dəstəkləyirlər.
Tərəflər insanlar arasında mübadilənin daha da sadələşdirilməsinə kömək etməyə hazır olduqlarını bildirirlər, bütün sahələrdə əlaqələrin və əməkdaşlığın aktivləşdirilməsi üçün təkan olacaq ümumvətəndaş pasportuna malik şəxslər üçün vizaların qarşılıqlı ləğvi haqqında hökumətlərarası Sazişin razılaşdırılmasını və imzalanmasını alqışlayırlar.
Tərəflər Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası və ŞƏT-in Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsi arasında qurulmuş tərəfdaşlıq əlaqələrini, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müvafiq Çin assosiasiyaları və institutları ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyirlər.
10. Tərəflər terrorizmin, separatizmin və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğunu və bu bəlanın qarşısının alınmasının və ona qarşı birgə mübarizə aparılmasının vacib olduğunu vurğuladılar. İki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələri və mübadilələri gücləndirmək, narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlıqla, həmçinin kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizə aparmaq zəruridir. Tərəflər əməkdaşlıq layihələrinin və iki ölkənin müəssisələrinin işçi heyətinin təhlükəsizliyini birgə təmin etməyə hazırdırlar.
Tərəflər humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayırlar, bu xüsusda Azərbaycan tərəfi Çin tərəfinin Azərbaycanın minatəmizləmə işinə dəstəyini yüksək qiymətləndirir, Çin tərəfi Azərbaycan tərəfinə maddi-texniki dəstək şəklində minatəmizləmə sahəsində potensialın möhkəmləndirilməsində bundan sonra da yardım göstərməyə hazırdır.
11. Çin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir. Hər iki tərəf COP29-un nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə verəcək tarixi nailiyyət və dönüş nöqtəsi kimi alqışlamışlar.
Tərəflər bütün ölkələri qlobal iqlim idarəçiliyi prosesini dəstəkləməyə, "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası"na və "Paris Sazişi"nə uyğun olaraq öhdəlik və məsuliyyətləri tam və vicdanla yerinə yetirməyə çağırıblar. Tərəflər inkişaf etmiş ölkələri öz tarixi öhdəliklərinə ləyaqətlə yanaşmağa, inkişaf etməkdə olan ölkələrə maliyyə, texnoloji və intellektual dəstək verməyə, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizə imkanlarının gücləndirməsində kömək etməyə çağırırlar. Tərəflər qlobal iqlim idarəçiliyinə böyük töhfə verməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı gücləndirməyə davam edəcəklər.
Çin tərəfi Azərbaycanın sədrliyi ilə COP29 çərçivəsində irəli sürülən "Dayanıqlı və sağlam şəhərlərin formalaşması üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsünü yüksək qiymətləndirir.
2026-cı ildə Bakı şəhərində 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsini nəzərə alaraq, Çin tərəfi Azərbaycan tərəfinə dəstəyini ifadə edib, sıx və səmərəli əməkdaşlığa hazır olduğunu təsdiqləyib.
12. Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyir. Tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyirlər. Tərəflər ticarət və investisiyaların liberallaşdırılmasını və sadələşdirilməsini dəstəkləyir, unilateralizm və proteksionizm, despotizm və dünya ticarəti qaydalarının pozulmasının əleyhinə çıxırlar, birgə rifah naminə çoxtərəfli ticarət sistemini birgə səylərlə müdafiə edirlər.
13. Tərəflər BMT mərkəzli dünya quruculuğunun və beynəlxalq hüquqa əsaslanan beynəlxalq nizamın və beynəlxalq münasibətlərin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normalarının qorunmasına səy göstərir, hegemonluğa və güc siyasətinə qarşı çıxırlar. Tərəflər ümumbəşəri dəyərlərin - sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin lehinə çıxış edir, yeni növ beynəlxalq münasibətlərin və bəşəriyyətin vahid taleyi birliyinin yaradılmasına səy göstərirlər.
14. Tərəflər birgə müzakirə, birgə quruculuq və birgə istifadə prinsipinə sadiq qalaraq, çoxtərəfliliyə sadiqliyi saxlayaraq qlobal idarəetmə sisteminin təkmilləşdirilməsini təşviq etməyə hazırdırlar. Tərəflər BMT-nin mərkəzi əlaqələndirici rolunun, formalaşmaqda olan bazara sahib ölkələrin və inkişaf etməkdə olan dövlətlərin təmsilçilik və səsvermə hüquqlarının artırılması naminə çıxış edir, BMT və digər çoxtərəfli strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdırlar.
15. Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirir. Azərbaycan Çin tərəfi ilə qlobal təhlükəsizlik üzrə əlaqələr və qarşılıqlı fəaliyyət qurmağa, sülh və təhlükəsizlik üzrə birgə səylər göstərməyə hazırdır. Azərbaycan tərəfi Çinin BMT-də irəli sürdüyü “Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü”nün elan edilməsinə dair qətnaməni yüksək qiymətləndirir və sivilizasiyaların müxtəlifliyinə hörməti birgə müdafiə etməyə, humanitar mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazırdır. Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi “Bakı Prosesi” adlı təşəbbüsə uyğun olaraq Azərbaycanın səylərini və bu təşəbbüs çərçivəsində çağırılan qlobal forumları dəstəkləyir.
16. Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir. Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir. Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir.
17. Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləyir və Azərbaycan tərəfinin AQEM-in inkişafına yönəlmiş “Daha Güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf” mövzusunda silsilə tədbirlərin keçirilməsi üzrə səylərini yüksək qiymətləndirir.
18. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təşəkkür etdi və öz növbəsində Sədr Si Cinpini hər iki tərəf üçün əlverişli vaxtda Azərbaycana səfərə dəvət etdi.
Azərbaycan Respublikasının Prezidenti Çin Xalq Respublikasının Sədri
Pekin şəhəri, 23 aprel 2025-ci il”.
[[Kateqoriya:Azərbaycan–Çin münasibətləri]]
[[Kateqoriya:Bəyanatlar]]
qkmsm0vln881p0guy7osd8j6ct6t6wa
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə
0
33026
96919
94462
2026-08-23T05:49:14Z
Araz Yaquboglu
734
96919
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə
| müəllif = Azərbaycan Respublikası
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 2024
| qeydlər =
| mənbə =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
[[Fayl:Azerbaijan, Uzbekistan signed documents 03.jpg|300px|thumb|right|Azərbaycan və Özbəkistan Prezidentlərinin görüşü. 2022-ci il]]
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası və Özbəkistan Respublikası,
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında 27 may 1996-cı il tarixli Müqavilənin, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında hərtərəfli əməkdaşlığın və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi haqqında 18 iyun 1997-ci il tarixli Bəyannamənin, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında 23 mart 2004-cü il tarixli Bəyannamənin, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında 21 iyun 2022-ci il tarixli Bəyannamənin və Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında 22 avqust 2023-cü il tarixli Müqavilənin Azərbaycan — Özbəkistan münasibətlərində vacib əhəmiyyətini tanıyaraq,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsədlərinə, beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə sadiqliyini təsdiq edərək,
iki ölkə xalqlarının sarsılmaz dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan çoxəsrlik tarixi, mənəvi və mədəni birliyindən çıxış edərək,
öz qanunvericiliyinin müddəalarına əsaslanaraq,
bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstəyi bir daha təsdiq edərək,
siyasi, iqtisadi, investisiya, nəqliyyat-logistika, müdafiə, elmi-texniki, mədəni-humanitar sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin gələcək kompleks inkişafına tərəfdar çıxaraq,
dövlətlərarası dialoqun əldə edilmiş yüksək səviyyəsini, eləcə də genişmiqyaslı əməkdaşlığın inkişafının müsbət dinamikasını qeyd edərək,
ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı əlaqələndirilməsinin zəruriliyini ifadə edərək,
ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək və ona Tərəflərin milli maraqlarına tam şəkildə cavab verəcək müttəfiqlik xarakterli yeni çoxşaxəli məzmun vermək arzusunu ifadə edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Müqaviləyə uyğun olaraq Tərəflər uzunmüddətli əsasda müttəfiqlik münasibətləri qururlar və inkişaf etdirirlər.
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri Tərəflərin hərtərəfli əməkdaşlığı, etimadı, bərabərliyi və milli maraqlarının qarşılıqlı nəzərə alınması, müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də qarşılıqlı öhdəliklərin vicdanla yerinə yetirilməsi əsasında qurulur.
Maddə 2
Azərbaycan — Özbəkistan çoxşaxəli əməkdaşlığını qardaşlıq, müttəfiqlik və strateji tərəfdaşlıq ruhunda daha da möhkəmləndirilməsi məqsədilə Tərəflər 22 avqust 2023-cü il tarixli Əsasnaməsinə uyğun olaraq, müttəfiqlik münasibətlərinin inkişafının strateji istiqamətlərini müəyyən edən və Tərəflərin ümumi maraqlan ilə əlaqəli daha vacib məsələləri nəzərdən keçirən dövlət başçılarının rəhbərlik etdiyi Ali Dövlətlərarası Şura yaratdılar.
Maddə 3
Tərəflər bir-birinə qarşı yönəlmiş heç bir bloklarda və ya ittifaqlarda iştirak etməmək öhdəliyini təsdiq edirlər, həmçinin iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə Tərəflərdən birinin fikrincə xələl gətirən hər hansı fəaliyyətlərdə iştirak etməkdən çəkinirlər.
Tərəflərdən heç biri öz ərazisindən, resurslarından, rabitə sistemlərindən və digər infrastrukturundan bir-birinə qarşı təcavüz, silahlı və ya digər düşmənçilik hərəkətlərinin hazırlanması və ya həyata keçirilməsi məqsədilə, habelə digər Tərəfin dövlət suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün ziyanına istifadəsinə imkan vermir.
Bu məqsədlər üçün Tərəflər xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmi yaradırlar.
Maddə 4
Tərəflərdən birinin fikrincə, üçüncü dövlətlər tərəfindən silahlı hücum təhlükəsi olan vəziyyət yarandığı təqdirdə, onun dinc yolla nizamlanmasına töhfə verəcək tədbirlərin görülməsi məqsədilə, Tərəflər həm ikitərəfli qaydada, həm də üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində dərhal bir-biri ilə müvafiq məsləhətləşmələr aparırlar və mövcud beynəlxalq hüquqi öhdəlikləri və öz qanunvericiliyinin müddəalarını nəzərə almaqla, bir-birinə zəruri yardım göstərirlər.
Maddə 5
Tərəflər xarici siyasət, müdafiə və təhlükəsizlik sahələrində sıx qarşılıqlı fəaliyyət göstərirlər.
Xarici siyasətin əlaqələndirilməsi naminə Tərəflər, ilk növbədə, ali və yüksək səviyyələrdə, o cümlədən iki dövlətin təhlükəsizlik şuralarının katiblərinin və xarici işlər nazirlərinin iştirakı ilə müntəzəm görüşlər mexanizmindən istifadə edirlər və onları təkmilləşdirirlər.
Tərəflərin maraqlarına toxunan milli müdafiə, regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə Tərəflər müntəzəm əsasda təhlükəsizlik şuralarının iclaslarını keçirirlər.
Tərəflər iki dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə, o cümlədən şəxsi heyətin mübadiləsi, birgə məşğələ və təlimlərin keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması və səlahiyyətli strukturların və müəssisələrin bu məqsədlə əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi üçün hərbi-texniki sahədə əməkdaşlığı gücləndirirlər.
Maddə 6
Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşdirilməsi məqsədilə Tərəflər "parlament diplomatiyasını, iki ölkə parlamentlərinin dostluq qrupları xətti ilə, eləcə də beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində sıx qarşılıqlı fəaliyyəti dəstəkləyəcəklər.
Maddə 7
Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində birgə müəssisələrin yaradılması yolu ilə qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün şərait yaradırlar, həmçinin qarşılıqlı faydalı əsasda sənaye, nəqliyyat və logistika, energetika kimi sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcəklər.
Tərəflər, o cümlədən zəruri şərait yaratmaq və banklararası əməkdaşlığı inkişaf etdirmək yolu ilə, dövlətlər arasında ticarət dövriyyəsini gücləndirir və artırırlar.
Tərəflər "yaşıl" və rəqəmsal iqtisadiyyat və elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar, İT-təhlükəsizliyi və süni intellekt sahəsində sıx əməkdaşlığı inkişaf etdirəcəklər.
Maddə 8
Tərəflər energetika sferasında, o cümlədən neft-qaz, elektroenergetika, bərpa olunan enerji mənbələri sahəsində iki dövlətin davamlı inkişafına töhfə verən birgə layihələrin həyata keçirilməsi, həmçinin enerji səmərəliliyinin və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılması məqsədilə bərabərhüquqluluq və qarşılıqlı faydalı münasibətlər əsasında əməkdaşlığı davam etdirirlər.
Maddə 9
Tərəflər investisiya fəaliyyəti, qarşılıqlı investisiyaların təşviqi və qorunması, habelə sahibkarlıq və digər təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradırlar, birliklərin müxtəlif təşkilati-hüquqi formalarının və hüquqi şəxslər və iqtisadi əməkdaşlığın digər subyektləri arasında birbaşa əlaqələrin inkişafına kömək göstərirlər.
Maddə 10
Tərəflər iştirakçısı olduqları ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrə uyğun hərəkət edərək, ekoloji təhlükəsizliyin təmin edilməsində sıx qarşılıqlı fəaliyyət göstərirlər, ekoloji fəlakətlərin qarşısının alınması və onların nəticələri ilə mübarizə sahəsində əməkdaşlığı gücləndirirlər.
Tərəflər öz ərazilərində əhalinin və ərazilərin həyat fəaliyyəti üçün təhdid yaradan təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasında qarşılıqlı yardım göstərirlər.
Maddə 11
Tərəflər aqrar-sənaye kompleksinin səmərəliliyinin artırılması, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə birgə müəssisələrin təşkili, habelə öz ərazilərində əlverişli şəraitin yaradılması, o cümlədən iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq, Tərəflərdən birinin ərazisi ilə keçən kənd təsərrüfatı məhsullarının tranzit daşınması üçün prosedurların sadələşdirilməsi yolu ilə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə sıx əməkdaşlıq edirlər.
Maddə 12
Tərəflər yüklərin və sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınmasının təmin edilməsinə, habelə nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına yönələn qarşılıqlı əlaqəli nəqliyyat sisteminin gələcək inkişafı üçün zəruri hüquqi, iqtisadi və təşkilatı şərait yaradırlar.
Tərəflər beynəlxalq avtomobil əlaqəsi sahəsində sıx əməkdaşlıq edirlər, milli avtomobil daşıyıcıları, məhsulların hər iki ölkənin bazarlarına vaxtında çatdırılmasının təmin edilməsinə töhfə verən nəqliyyat infrastrukturunun inkişafı, o cümlədən "Yaşıl Dəhliz" və "Sadələşdirilmiş Gömrük Dəhlizi" mexanizmlərinin funksionallığmın inkişafı və genişləndirilməsi üçün əlverişli şərait yaradırlar.
Maddə 13
Tərəflər iki ölkə xalqlarının mənəvi, təhsil və mədəni yaxınlığının qorunub saxlanmasına, elm, təhsil, tibb, idman, mədəniyyət, mədəni irs, turizm sahəsində qarşılıqlı əlaqələrin dərinləşməsinə hər cür töhfə verirlər.
Tərəflər Özbəkistan Respublikasının ərazisində yaşayan etnik azərbaycanlılara və Azərbaycan Respublikasının ərazisində yaşayan etnik özbəklərə öz ana dilini, mədəniyyətini, ənənələrini və adətlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün əlverişli şərait yaradırlar.
Tərəflər yaradıcı ittifaqlar və birliklər, mədəniyyət, ədəbiyyat, elm, təhsil və incəsənət xadimləri arasında tarixən yaranmış əlaqələr və təmaslar əsasında ümumi mədəni-humanitar məkanın qorunub saxlanması və möhkəmləndirilməsi üçün şərait təmin edirlər.
Maddə 14
Tərəflər müxtəlif ölkələrdə yaşayan Azərbaycan və özbək diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və onların qarşılaşdıqları ümumi problemlərin həlli üzrə birgə tədbirlərin görülməsi məqsədilə öz səylərini birləşdirirlər.
Maddə 15
Tərəflərdən hər biri öz ərazisində digər Tərəfin hüquqi və fiziki şəxslərinin mülkiyyət hüquqlarının və əmlakının qorunmasına zəmanət verir.
Maddə 16
Tərəflər xalqların dostluğunun möhkəmlənməsinə, iki ölkənin regionlarının yaxınlaşmasına xidmət edəcək regionlararası əməkdaşlığın inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq edəcəklər.
Maddə 17
Tərəflər münaqişələrin qarşısının alınması və tənzimlənməsi və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həlli işində Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunun daha da möhkəmləndirilməsinə öz sadikliklərini təsdiqləyirlər.
Maddə 18
Tərəflər qarşılıqlı maraq kəsb edən əsas beynəlxalq problemlər və məsələlər üzrə mövqeləri müəyyənləşdirərkən müvafiq məsləhətləşmələr keçirməklə qarşılıqlı fəaliyyət göstərirlər.
Tərəflər Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı və digər beynəlxalq və regional təşkilatlar və forumlar çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək üçün qarşılıqlı səylərini vurğulayırlar.
Maddə 19
Tərəflər öz qanunvericiliklərinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq, beynəlxalq terrorizm, ekstremizm, separatizm, transmilli mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya, insan alveri, kütləvi qırğın silahlarının yayılması, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə də daxil olmaqla, təhlükəsizliyə yeni çağırışlara və təhdidlərə qarşı mübarizədə əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün səyləri əlaqələndirir və birləşdirirlər.
Maddə 20
Bu Müqavilə üçüncü dövlətlərə qarşı yönəlməyib və Tərəflərin tərəf olduqları digər ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 21
Bu Müqavilənin müddəalarının həyata keçirilməsi məqsədilə Tərəflər, zəruri hallarda əməkdaşlığın qarşılıqlı maraq kəsb edən konkret sahələrində ayrıca beynəlxalq müqavilələr bağlayırlar.
Maddə 22
Tərəflərin qarşılıqlı razılığı ilə bu Müqaviləyə onun ayrılmaz tərkib hissəsi olan və bu Müqavilənin 24-cü maddəsində müəyyən edilmiş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 23
Bu Müqavilənin icrası zamanı yarana biləcək fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 24
Bu Müqavilə ratifikasiya edilməlidir və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların Tərəflərin yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Müqavilə qeyri-müəyyən müddətə bağlanılır.
Bu Müqavilənin qüvvəsi Tərəflərdən birinin digər Tərəfin bu Müqaviləni ləğv etmək niyyəti barədə yazılı bildirişini diplomatik kanallar vasitəsilə aldığı tarixdən on iki ay keçdikdən sonra ləğv edilir.
Daşkənd şəhərində 23 avqust 2024-cü il tarixində, hər biri Azərbaycan, özbək və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Bu Müqavilənin təfsirində fikir ayrılıqları yarandığı təqdirdə, rus dilində olan mətndən istifadə ediləcək.
Azərbaycan Respublikası
adından
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Özbəkistan Respublikası
adından
Şavkat MİRZİYOYEV,
Özbəkistan Respublikasının Prezidenti
[[Kateqoriya:Azərbaycan–Özbəkistan münasibətləri]]
[[Kateqoriya:2024-cü ilin beynəlxalq müqavilələri]]
ibg8wj1bdm7zeh51eic5c4hkreorr14
Moskva Bəyannaməsi (2022)
0
33031
96922
94497
2026-08-23T05:52:54Z
Araz Yaquboglu
734
96922
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə
| müəllif = Azərbaycan Respublikası
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 2022
| qeydlər =
| mənbə =
| vikipediya_keçidi = Moskva Bəyannaməsi (2022)
| vikisitat_keçidi =
| commons_keçidi = Category:Declaration on “Allied Interaction between the Republic of Azerbaijan and the Russian Federation” was signed in Moscow
}}
[[Fayl:Azerbaijan-Russia documents signed 03.jpg|300px|thumb|right|Azərbaycan və Rusiya Prezidentləri. 2018-ci il]]
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini hərtərəfli nəzərdən keçirərək,
Rusiya və Azərbaycan və iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə arxalanaraq,
Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqaviləyə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və Rusiya Federasiyasının Prezidenti V. V. Putin və Azərbaycan Respublikasının Prezidenti İ. H. Əliyevin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatına əsaslanaraq,
ikitərəfli münasibətləri Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verəcək, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmağa çalışaraq,
iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasının vacibliyini dərk edərək,
iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqliklərini ifadə edərək,
Rusiya Federasiyasının və Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi niyyətindən çıxış edərək,
Tərəflərin Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında inteqrasiya proseslərinin inkişaf etdirilməsində maraqlı olduqlarını və müvafiq səylərdə Rusiya Federasiyasının əsas rolunu nəzərə alaraq,
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin, Helsinki Yekun Aktının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) konsensusla qəbul edilən digər sənədlərinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına riayət edərək,
beynəlxalq hüquq əsasında çoxqütblü dünyanın formalaşdırılmasının və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub-saxlanmasında BMT-nin mərkəzi rolunun vacibliyini qeyd edərək,
aşağıdakıları bəyan edirlər:
1. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
2. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.
3. Rusiya Federasiyası və Azərbaycan Respublikası həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin reallaşdırılmasına xüsusi önəm verirlər.
4. Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.
5. Tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər.
6. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.
7. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar.
8. Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayında regionda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya Federasiyasının vasitəçilik rolunu yüksək qiymətləndirir.
9. Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.
10. Tərəflər yuxarıda qeyd olunan bəyanatların müddəalarından irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəklər.
11. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.
12. Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.
13. Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.
14. Tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər.
15. Tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar.
16. Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.
17. Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər.
18. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər.
19. Rusiya Federasiyası və Azərbaycan Respublikası 12 avqust 2018-ci il tarixli Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı razılaşdırılmış etimad tədbirlərinin, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitinin irəli aparılması da daxil olmaqla Xəzər regionunda təhlükəsizliyin və sabitliyin qorunub-saxlanması və möhkəmləndirilməsi, bütün Xəzəryanı dövlətlərin maraqlarına hörmət edilməsi üçün etibarlı hüquqi əsas kimi nəzərdən keçirirlər.
20. Tərəflər Xəzər regionunda əməkdaşlığın inkişafı, Xəzər dənizində sahilyanı dövlətlərin suverenliyinin, suveren və müstəsna hüquqlarının realizəsi, eləcə də onların yurisdiksiyalarının həyata keçirilməsi üçün Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyini təsdiq edirlər.
21. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq öhdəliklərinə və milli qanunvericiliklərinə uyğun olaraq bir Tərəfin fiziki və hüquqi şəxslərinin qanuni haqq və maraqlarının digər Tərəfin ərazisində təmin edilməsi üzrə səmərəli tədbirlər həyata keçirirlər.
22. Tərəflər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin davamlı artımının təmin edilməsi üçün vacib əhəmiyyəti olan Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinə hərtərəfli yardım etməyə davam edəcəklər.
23. Tərəflər davamlı inkişafa və hər iki dövlətin iqtisadi potensialından səmərəli istifadəyə böyük əhəmiyyət verərək iqtisadi islahatların həyata keçirilməsində qarşılıqlı fəaliyyət göstərəcək, iki ölkə arasında iqtisadi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə 1 sentyabr 2018-ci il də imzalanmış Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planının realizə edilməsinə, ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq əmtəə və xidmətlərin sərbəst hərəkəti üçün əlverişli şəraitin yaradılmasına, eləcə də regional iqtisadi əməkdaşlığın irəlilədilməsinə yardım göstərəcəklər.
24. Rusiya Federasiyası və Azərbaycan Respublikası qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər.
25. Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər.
26. Tərəflər milli qanunvericilikləri çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaqlar.
27. Rusiya Federasiyası və Azərbaycan Respublikası milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edirlər.
28. Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.
29. Tərəflər intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafını, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin edilməsini hədəfə almışlar.
30. Tərəflər onların ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək və bir-birinə milli qanunvericilik və ikitərəfli razılaşmalar çərçivəsində tranzit daşımaları üçün əlverişli şərait yaradacaqlar.
31. Rusiya Federasiyası və Azərbaycan Respublikası bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda beynəlxalq enerji əməkdaşlığının stimullaşdırılması və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sıx qarşılıqlı fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının nəqli sahəsində, eləcə də alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.
32. Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.
33. Rusiya Federasiyası və Azərbaycan Respublikası informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafını, yüksək keyfiyyətli səs trafikinin mübadiləsi üçün səmərəli şəraitin yaradılması da daxil olmaqla Rusiya və Azərbaycanın telekommunikasiya operatorları arasında birbaşa əlaqə kanallarının təşkilini təşviq edəcəklər.
34. Tərəflər beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına yardım edəcəklər.
35. Tərəflər aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchiz etmə, kənd təsərrüfatı məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı texnologiyalarından istifadə məsələləri, eləcə də fitosanitar normalara əməl etmə üzrə əlaqələrin inkişafına və təcrübə mübadiləsinə yardım edəcəklər.
36. Rusiya Federasiyası və Azərbaycan Respublikası müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir Tərəfin marağı olduğu təqdirdə onun digər Tərəfin üzvü olduğu beynəlxalq təşkilatlara üzv olmasında dəstək verməklə qarşılıqlı fəaliyyət göstərirlər.
37. Tərəflər səhiyyə sahəsində, infeksion xəstəliklərə qarşı mübarizə də daxil olmaqla əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində əməkdaşlığı inkişaf etdirəcəklər, həmçinin bioloji təhlükəsizlik sahəsində əməkdaşlığın qurulması imkanlarını öyrənəcəklər.
38. Rusiya Federasiyası və Azərbaycan Respublikası parlamentlərarası əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.
39. Tərəflər səmərəli qarşılıqlı fəaliyyət, ticarət, təsərrüfat, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmaq məqsədilə Rusiya Federasiyasının regionları və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına yardım edəcəklər.
40. Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq, Tərəflər milli qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar.
41. Rusiya Federasiyası və Azərbaycan Respublikası mədəniyyət və incəsənət, təhsil, elm, turizm və idman sahələrində qarşılıqlı əlaqələri dərinləşdirməyə, ictimai və gənclər təşkilatları, tədris təşkilatları və təhsil müəssisələri, innovasiya mərkəzləri, kütləvi informasiya vasitələri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin qurulmasına yardım etməyə davam edəcəklər.
42. Tərəflərdən hər biri öz ərazisində digər Tərəfin humanitar, elmi-texniki, mədəni və informasiya əlaqələrinin inkişafına yönəlmiş, o cümlədən də ikitərəfli sazişlər əsasında və milli qanunvericilik çərçivəsində informasiya-mədəniyyət mərkəzləri vasitəsilə fəaliyyətini dəstəkləyəcəkdir.
43. Tərəflər konsert-qastrol fəaliyyəti, kitabxana və muzey işi, kinematoqrafiya və mədəniyyət üzrə təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də irimiqyaslı mədəni maarifləndirmə tədbirlərinin keçirilməsini təşviq edəcəklər.
Bu Bəyannamə Moskva şəhərində 22 fevral 2022-ci ildə hər biri rus və Azərbaycan dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn bərabər autentikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin
[[Kateqoriya:Azərbaycan–Rusiya münasibətləri]]
[[Kateqoriya:Bəyannamələr]]
5d8sy9ey1had13rrgcnishw8xcr6yh1
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilə
0
33032
96920
94476
2026-08-23T05:49:40Z
Araz Yaquboglu
734
96920
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilə
| müəllif = Azərbaycan Respublikası
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 2005
| qeydlər =
| mənbə =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
[[Fayl:Kazakh President Nursultan Nazarbayev presented with "Heydar Aliyev" Order 4.jpg|300px|thumb|right|Azərbaycan və Qazaxıstan Prezidentləri. 2017-ci il]]
Bundan sonra "Ali Razılığa gələn Tərəflər" adlandırılan Azərbaycan Respublikası və Qazaxıstan Respublikası,
onların xalqları arasında tarixən yaranmış əlaqələrə, dostluq münasibətlərinə və mehriban ünsiyyət ənənələrinə arxalanaraq,
Ali Razılığa gələn Tərəflər arasında qardaşlıq, dostluq və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsinin hər iki dövlətin xalqlarının köklü maraqlarına cavab verdiyini, sülh və təhlükəsizlik işinə xidmət etdiyini hesab edərək,
Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin, Helsinki Yekun Aktının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilatın digər sənədlərinin məqsəd və prinsiplərinə öz bağlılığını təsdiq edərək,
onların dövlət suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq, mübahisələrin dinc həlli, insan hüquqlarına və əsas azadlıqlarına hörmət, öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipləri, habelə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş digər normaları əsasında dövlətlərarası münasibətləri hərtərəfli möhkəmləndirmək qətiyyətlərini təsdiq edərək,
iki ölkənin iqtisadi əməkdaşlığının dərinləşdirilməsini, onun sonrakı inkişafı üçün əlverişli şəraitin yaradılmasını, bütün mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin qurulmasını zəruri hesab edərək,
siyasi, iqtisadi, elmi-texniki, ekoloji, informasiya, humanitar, mədəni və digər sahələrdəki ikitərəfli əməkdaşlığa XXI əsrdə yeni keyfiyyət vermək və onun hüquqi bazasını möhkəmləndirmək məqsədilə,
aşağıdakılar barəsində razılığa gəldilər:
M ad d ə 1
Ali Razılığa gələn Tərəflər öz münasibətlərini bərabərlik, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlıq əsasında qururlar.
Maddə 2
Ali Razılığa gələn Tərəflər dövlətlərarası münasibətlərdə güc tətbiq etməkdən və ya güclə hədələməkdən çəkinmək öhdəliyini təsdiq edir, hərbi ittifaqlara daxil olmamağı və ya dövlətlərin hər hansı bir qruplaşmalarında, habelə digər Ali Razılığa gələn Tərəfə qarşı yönəlmiş əməliyyatlarda iştirak etməmək öhdəliyini təsdiq edirlər.
Ali Razılığa gələn Tərəflərdən birinin mülahizələrinə əsasən, üçüncü dövlətlər tərəfindən hərbi təcavüz təhlükəsi təşkil edən vəziyyət yarandıqda, Ali Razılığa gələn Tərəflər onun dinc yolla həllinə yardım edən tədbirlər görmək məqsədilə bir-biri ilə təxirə salmadan, istər ikitərəfli əsaslarla, istərsə də üzvü olduqları beynəlxalq təşkilatlar çərçivəsində müvafiq məsləhətləşmələr keçirirlər.
Ali Razılığa gələn Tərəflər öz ərazisinin, rabitə sistemlərinin və digər infrastrukturunun üçüncü dövlətlər tərəfindən digər Ali Razılığa gələn Tərəfə qarşı hərbi təcavüzün və ya digər ədavətli fəaliyyətin hazırlanması və ya tətbiqi məqsədilə istifadə edilməsinə icazə verməmək öhdəliyini öz üzərlərinə götürürlər.
M a d d ə 3
Ali Razılığa gələn Tərəflər regionda sülhü möhkəmləndirmək, sabitliyi və təhlükəsizliyi artırmaq məqsədilə qarşılıqlı əlaqə saxlayırlar.
Ali Razılığa gələn Tərəflər dövlətlərarası münasibətlərdə güc tətbiq etməkdən və ya güclə hədələməkdən çəkinmək öhdəliyini təsdiq edərək, dövlət sərhədlərinin toxunulmazlığını tanıyırlar.
Ali Razılığa gələn Tərəflər onların müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə olan təhlükələrin qarşısının alınması məsələlərində bir-birinə hərtərəfli dəstək və qarşılıqlı yardım göstərirlər.
M addə 4
Ali Razılığa gələn Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və əlaqələri genişləndirir, qarşılıqlı maraq kəsb edən məsələlər üzrə öz mövqelərini əlaqələndirmək üçün məsləhətləşmələr keçirirlər.
Ali Razılığa gələn Tərəflər kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə, habelə BMT-nin, ATƏT-in sülhməramlı rolunun gücləndirilməsinə və regional münaqişələrin və Ali Razılığa gələn Tərəflərin maraqlarına toxunan digər halların tənzimlənməsi mexanizmlərinin səmərəliliyini artırmağa səy göstərir, lazım gəldikdə birgə və ya razılaşdırılmış tədbirlərin həyata keçirilməsi məqsədilə bu sahələrdə öz mövqelərini əlaqələndirirlər.
Ali Razılığa gələn Tərəflər regional münaqişələrin beynəlxalq hüququn hamılıqla tanınmış normalarına və xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına riayət olunması və bunların təmin edilməsi əsasında tənzimlənməsinə yardım etmək üçün səy göstərirlər.
M addə 5
Ali Razılığa gələn Tərəflərdən hər biri, Ali Razılığa gələn Tərəflərin vətəndaşlığına mənsubiyyətlə əlaqədar olan hallar istisna olmaqla, özünün vətəndaşlarına təqdim etdiyi əsaslarla və eyni həcmdə hüquq və azadlıqları onun ərazisində yaşayan digər Ali Razılığa gələn Tərəfin vətəndaşlarına, onların milli mənsubiyyətindən, dini etiqadından və ya digər fərqlərdən asılı olmayaraq, təqdim edir.
Ali Razılığa gələn Tərəflər digər Ali Razılığa gələn Tərəfin ərazisində yaşayan vətəndaşlarının hüquqlarının müdafiəsini təmin etmək üçün zəruri olan ayrı-ayrı sazişlər bağlayacaqlar.
M addə 6
Ali Razılığa gələn Tərəflər bir-birinə münasibətdə iqtisadi əməkdaşlığın bütün sahələrində ən əlverişli rejimin və ya milli rejimin təmin edilməsi üzrə zəruri tədbirlər görəcək və həmin əməkdaşlığın həyata keçirilməsi üzrə şəraitin pisləşməsinə yönələn tədbirlər görməyəcəklər.
Hər bir Ali Razılığa gələn Tərəf digər Ali Razılığa gələn Tərəfi onun hüququna və qanuni maraqlarına toxuna biləcək iqtisadi qərarlar haqqında əvvəlcədən məlumatlandırır və digər Razılığa gələn Tərəfin iqtisadi vəziyyətinin sabitliyini pozan tədbirlərin həyata keçirilməsindən çəkinir.
M ad də 7
Ali Razılığa gələn Tərəflər uzunmüddətli perspektivləri nəzərə alaraq və qarşılıqlı mənfəət əsasında ikitərəfli ticari-iqtisadi münasibətlərin, elm, mədəniyyət, təhsil, texnologiyalar, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin inkişafına və möhkəmləndirilməsinə səy göstərirlər.
Bu məqsədlə Ali Razılığa gələn Tərəflər hər iki ölkə arasında malların, xidmətlərin və kapitalın azad yerdəyişməsinə tədricən keçmək üçün zəruri hüquqi, iqtisadi, maliyyə və ticarət şəraiti yaradacaqlar.
Ali Razılığa gələn Tərəflər ilk növbədə sənaye, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, nəqliyyat, turizm, rabitə, telekommunikasiya və energetika sahəsində olan əməkdaşlığı möhkəmləndirirlər.
Maddə 8
Ali Razılığa gələn Tərəflər energetika, nəqliyyat, informatika və rabitə sistemlərinin, o cümlədən peyk rabitəsinin və telekommunikasiyanın idarə edilməsi sahəsində, həmin sahələrdə komplekslərin və vahid sistemlərin inkişafına səy göstərərək, əməkdaşlığın inkişafına xüsusi diqqət yetirirlər.
Ali Razılığa gələn Tərəflər Azərbaycan Respublikasında və Qazaxıstan Respublikasında çıxarılan neftin və qazın beynəlxalq bazarlara çatdırılması üçün istifadə edilə biləcək etibarlı və təhlükəsiz ixrac marşrutlarının yaradılmasını dəstəkləyəcək və bununla əlaqədar neft-qaz nəqli sistemlərinin səmərəliliyinin artırılması üzrə birgə səyləri davam etdirəcəklər.
Maddə 9
Ali Razılığa gələn Tərəflər öz dövlətlərinin ərazilərində öz sərnişinlərinin və hər növ yüklərin avtomobil, dəmir yolu, hava, boru və digər nəqliyyat növləri ilə daşınması və azad tranziti üçün əlverişli şəraitin qarşılıqlı təmin edilməsinə təminat verir və göstərilən sahələrdə əməkdaşlıq üçün əlverişli olmayan şəraitin yaradılmasına yönəlmiş tədbirlərin görülməsindən çəkinirlər.
Maddə 1 0
Ali Razılığa gələn Tərəflər iqtisadi, elmi, texniki və mədəniyyət sahələrində mütəmadi məsləhətləşmələri, məlumat və təcrübə mübadiləsini təşviq edir, habelə bütün səviyyələrdə bu məqsədlərlə əlaqələrin genişləndirilməsini dəstəkləyirlər.
Ali Razılığa gələn Tərəflər birgə maliyyə-sənaye qruplarının, xoldinqlərin və lizinq şirkətlərinin yaradılması üzrə tədbirlərin həyata keçirilməsini məqsədəmüvafiq hesab edirlər. Ali Razılığa gələn Tərəflər istehsal, investisiya, bank və kommersiya sahələrində milli kapitalların mütərəqqi formalarının inkişafına səy göstərir, qarşılıqlı investisiya qoyuluşu üçün əlverişli şərait təmin edirlər.
Ali Razılığa gələn Tərəflər öz milli qanunvericiliyinə uyğun olaraq, digər Ali Razılığa gələn Tərəfin fiziki və hüquqi şəxsləri üçün öz ərazisində sahibkarlıq və digər təsərrüfat fəaliyyəti üçün əlverişli şərait təmin edirlər.
Ali Razılığa gələn Tərəflər qarşılıqlı investisiyaları təşviq edir və bu məqsədlə bağlanmış razılaşmalar əsasında onların qorunmasını təmin edəcəklər.
Maddə 11
Ali Razılığa gələn Tərəflərdən hər biri öz ərazisində digər Ali Razılığa gələn Tərəfin fiziki və hüquqi şəxslərinin mülkiyyət hüquqlarının və əmlakının qorunmasına təminat verir.
Maddə 12
Ali Razılığa gələn Tərəflər milli təhlükəsizlik məsələlərində və hərbi sahədə əməkdaşlıq edir, ayrı-ayrı razılaşmalar əsasında hər iki dövlətin müvafiq rəsmiləri arasında əlaqələrə səy göstərir və hərbi-texniki sahədə qarşılıqlı fəaliyyət göstərirlər.
Maddə 13
Ali Razılığa gələn Tərəflər hər iki ölkənin mədəniyyət və təhsil müəssisələri ilə əlaqələri, habelə mütəxəssislər mübadiləsini təşviq edirlər.
Ali Razılığa gələn Tərəflərdən hər biri öz vətəndaşlarına digər Ali Razılığa gələn Tərəfin dilinin öyrənilməsinə imkan yaradır, mədəniyyəti, sənət əsərləri, ədəbiyyatı və mətbu nəşrləri ilə tanış olmağa, o cümlədən özünün təhsil müəssisələrində tədris edilməsinə səy göstərir.
Ali Razılığa gələn Tərəf arxiv və tarixi sənədlərin digər Ali Razılığa gələn Tərəfin mütəxəssisləri tərəfindən öyrənilməsi və tədqiqi üçün tanış olmaq hüququ təqdim edir.
Maddə 14
Ali Razılığa gələn Tərəflər Azərbaycan Respublikasının ərazisində yaşayan qazaxların və Qazaxıstan Respublikasının ərazisində yaşayan azərbaycanlıların milli mədəniyyətini və dilini qoruyub saxlamaq və inkişaf etdirmək hüququnu təmin edir, habelə bu sahədə əməkdaşlığı inkişaf etdirirlər.
Maddə 15
Ali Razılığa gələn Tərəflər elm və texnika sahəsində, əsaslı tədqiqatların həyata keçirilməsində, kosmik sahəsi də daxil olmaqla, birgə proqram və işləmələrin reallaşmasında əməkdaşlığı inkişaf etdirir, fərdi razılaşmalar əsasında elmi-istehsalat kollektivlərinin yaradılmasına və fəaliyyətinə səy göstərirlər.
M a d d ə 16
Ali Razılığa gələn Tərəflər əhalinin sağlamlığının mühafizəsi, tibb elminin və təcrübəsinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işində sıx əməkdaşlıq edir, digər Ali Razılığa gələn Tərəfin əhalisinin müalicəsi və tövsiyəvi yardım alması üçün özünün tibb müəssisələrindən fay-dalanmaq və istifadə etmək hüququnu təmin edirlər.
Maddə 17
Ali Razılığa gələn Tərəflər ekoloji təhlükəsizliyin təmin edilməsinə, bu sahədə beynəlxalq müqavilələrə uyğun hərəkət edərək, prioritet əhəmiyyət verirlər.
Ali Razılığa gələn Tərəflər ətraf mühitin çirklənməsinin qarşısını almaq və təbiətdən rasional istifadəni təmin etmək üçün zəruri tədbirlər görürlər. Onlar ekoloji qəzaların və təbii mühitə antropogen təsirin, o cümlədən transsərhəd baxımından nəticələri ilə mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər.
Ali Razılığa gələn Tərəflər Xəzər dənizinin ekoloji sisteminin bərpa edilməsi işində səyləri cəmləşdirir və əlaqələndirir, bu sahədə beynəlxalq və xüsusilə regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində qarşılıqlı fəaliyyət göstərirlər.
Maddə 18
Ali Razılığa gələn Tərəflər onların hakimiyyətlərinin qanunverici və icra qolları, o cümlədən şəhərlər, vilayətlər, rayonlar və digər inzibati ərazi vahidləri arasında əməkdaşlığı təşviq edir, hər iki dövlətin vətəndaşları arasında əlaqələrə mümkün qədər səy göstərirlər.
Maddə 19
Ali Razılığa gələn Tərəflər terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin və psixotrop maddələrin, onların analoqlarının və prekursorlarının qanunsuz dövriyyəsi, silah qaçaqmalçılığı, mədəni dəyərlərin qanunsuz satışı və sərhəddən keçirilməsi, iqtisadi və maliyyə fəaliyyəti sahəsində cinayətlərin, qeyri-qanuni fəaliyyət nəticəsində əldə edilmiş gəlirlərin leqallaşdırılması, digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq edirlər.
Ali Razılığa gələn Tərəflər beynəlxalq hüququn prinsip və normalarına əsaslanaraq, mülki aviasiya fəaliyyətinə qeyri-qanuni müdaxilənin qarşısının alınması üzrə iş həyata keçirirlər.
Maddə 20
Bu Müqavilə üçüncü dövlətlərə qarşı yönəlməyib və Ali Razılığa gələn Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hər hansı hüquq və öhdəliklərinə heç bir şəkildə təsir etmir.
Maddə 2 1
Bu Müqavilə BMT Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq BMT-nin Katibliyində qeydiyyata alınmalıdır.
Maddə 22
Bu Müqavilənin müddəalarını həyata keçirmək məqsədilə Ali Razılığa gələn Tərəflər lazım gəldikdə ayrı-ayrı razılaşmalar bağlayacaqlar.
Maddə 23
Bu Müqavilənin müddəalarının həyata keçirilməsi zamanı yarana biləcək mübahisələri və fikir ayrılıqlarını Ali Razılığa gələn Tərəflər danışıqlar və məsləhətləşmələr vasitəsilə həll edəcəklər.
Maddə 24
Qarşılıqlı razılığa əsasən Ali Razılığa gələn Tərəflər bu Müqaviləyə onun ayrılmaz hissəsi olan və bu Müqavilənin 26-cı maddəsinə müvafiq olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən düzəlişlər və əlavələr edə bilərlər.
Maddə 25
Bu Müqavilə qüvvəyə minəndən sonra Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasındakı münasibətlərdə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında münasibətlərin əsasları haqqında 16 sentyabr 1996-cı il tarixli Müqavilə öz qüvvəsini itirir.
M add ə 2 6
Bu Müqavilə ratifikasiya edilməlidir və ratifikasiya fərmanları mübadilə edildiyi gündən qüvvəyə minəcək.
Bu Müqavilə qeyri-müəyyən müddətə bağlanılır. Bu Müqavilə Ali Razılığa gələn Tərəflərdən biri digər Ali Razılığa gələn Tərəfin onun qüvvəsini ləğv etmək niyyəti haqqında müvafiq yazılı bildirişini aldığı tarixdən altı ay sonra öz qüvvəsini itirir.
Bakı şəhərində 24 may 2005-ci ildə hər biri Azərbaycan, qazax və rus dillərində iki əsl nüsxədə tərtib edilmişdir, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Müqavilənin müddəalarının təfsiri məqsədilə Ali Razılığa gələn Tərəflər rus dilindəki mətndən istifadə edirlər.
Azərbaycan Respublikası Qazaxıstan Respublikası
tərəfindən tərəfindən
(imza) (imza)
[[Kateqoriya:Azərbaycan–Qazaxıstan münasibətləri]]
[[Kateqoriya:2005-ci ilin beynəlxalq müqavilələri]]
ee6bri0ojdyyjqksqni01qp9664bmev
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə
0
33034
96918
94479
2026-08-23T05:48:57Z
Araz Yaquboglu
734
96918
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə
| müəllif = Azərbaycan Respublikası
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 2024
| qeydlər =
| mənbə =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
[[Fayl:Ilham Aliyev held meeting in Tianjin with Chinese President Xi Jinping - 2025.jpg|300px|thumb|right|Azərbaycan və Çin Prezidentlərinin görüşü. 2025-ci il]]
Azərbaycan Respublikası və Çin Xalq Respublikası (bundan sonra "Tərəflər" adlanır) yekdilliklə hesab edirlər ki, diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən iki ölkə arasında ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə səmərəli nəticələr verib.
Tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər.
1.0 Tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Tərəflər bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər.
1.1 Tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi "Vahid Çin" prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada "Tayvanın müstəqilliyi"nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.
Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.
1.2 Tərəflər terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyini vurğulayırlar.
1.3 Tərəflər milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birlərinə qətiyyətli dəstək verməyə davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə hazırdırlar.
1.4 Tərəflər milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazırdırlar.
1.5 Tərəflər Azərbaycan və Çinin siyasi və ictimai strukturları arasında mübadilə və əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına və daha da dərinləşməsinə töhfə verdiyini vurğulayırlar. Tərəflər Azərbaycanın hakim siyasi partiyası ilə Çin Kommunist Partiyası arasında mübadilə və əməkdaşlığın möhkəmlənməsini dəstəkləyirlər.
1.6 Tərəflər ikitərəfli əlaqələrin genişləndirilməsi və inkişafında Azərbaycan və Çin qanunverici orqanları arasında əməkdaşlığın mühüm rolunu qeyd edirlər. Tərəflər bu kontekstdə iki ölkənin qanunverici orqanları arasında müxtəlif sahələrdə və müxtəlif səviyyələrdə, o cümlədən müvafiq beynəlxalq və regional təşkilatlar çərçivəsində mübadilə və əməkdaşlığın fəallaşmasını vurğulayırlar.
1.7 Tərəflər iki ölkənin hökumətləri arasında kommunikasiya və fikir mübadiləsi mexanizmlərini aktivləşdirməyə, inkişaf məsələlərinə dair siyasi dialoqu gücləndirməyə ehtiyac olduğunu hesab edirlər.
1.8 Tərəflər hüquqi sahədə bərabərlik, qarşılıqlı fayda və hörmətə əsaslanan əməkdaşlığı gücləndirməyə və təcrübə mübadiləsini həyata keçirməyə hazır olduqlarını təsdiqləyirlər.
1.9 Tərəflər, tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və strateji münasibətlərinə xələl gətirən hər hansı bir hərəkətdən çəkinirlər.
1.10 Tərəflər qarşılıqlı razılıq əsasında müntəzəm olaraq hər iki ölkənin xarici işlər nazirlikləri vasitəsilə siyasi məsləhətləşmələr aparırlar.
2.0 Tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını yüksək qiymətləndirir və ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası mexanizminin rolunu artırmağa davam etməyə, o cümlədən Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət yetirməyə hazırdırlar.
2.1 Azərbaycan və Çin güclü iqtisadi tamamlayıcılıq, sənayeləşmə və investisiya sahəsində əməkdaşlığı artırmaq üçün böyük potensiala malikdirlər. Tərəflər Azərbaycan və Çin arasında sənayeləşmə və investisiya üzrə əməkdaşlıq mexanizmindən tam istifadə edəcək, baxış, planlaşdırma və siyasət sahəsində əlaqələri artıracaq, Azərbaycan və Çin şirkətlərinin fəaliyyətini dəstəkləyəcək, enerji, o cümlədən neft və qaz hasilatı və emalı, yaşıl enerji və nəqliyyat infrastrukturu, informasiya və telekommunikasiya, rəqəmsal iqtisadiyyat, əlvan metallar, tikinti materialları və s. kimi prioritet sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edəcək, bazar iqtisadiyyatı prinsipi əsasında iki ölkə arasında əməkdaşlığı reallaşdıracaq və hər iki ölkə və onların xalqları üçün faydalı nəticələr əldə edəcəklər.
2.2 Tərəflər ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazır olduqlarını bildirirlər. Çin Azərbaycanın Çin Beynəlxalq İdxal Ekspo, Çin idxal və ixrac malları sərgisi, Çin beynəlxalq xidmət ticarət sərgisi və digər böyük sərgilərdə fəal iştirakını alqışlayır. Azərbaycan Çinin aparıcı şirkətlərinin ADEX beynəlxalq hərbi sərgisində və Azərbaycan ərazisində keçirilən digər iri sərgi və forumlarda iştirakını alqışlayır. Çin Azərbaycanın tematik təqdimatlar keçirməsini və Çin ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar, eləcə də Çin elektron ticarət şəbəkələri ilə əlaqə qurmasını dəstəkləyir.
2.3 Tərəflər iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə, "Bir kəmər, bir yol" çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə, Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanması prosesini sürətləndirməyə hazır olduqlarını bildirirlər.
2.4 Tərəflər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək, milli qanunvericilik və ikitərəfli sazişlər çərçivəsində tranzit daşımalar üçün əlverişli şərait yaradacaqlar.
2.5 Tərəflər intellektual nəqliyyat sistemlərinin texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafına, habelə beynəlxalq nəqliyyat marşrutlarının fasiləsiz və tammiqyaslı fəaliyyəti üçün texniki-iqtisadi şəraitin təmin edilməsinə istiqamətlənirlər.
2.6 Tərəflər Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılmasını dəstəkləyirlər. Tərəflər həmçinin öz müəssisələrinin Azərbaycan və Çində qarşılıqlı investisiya qoyuluşu və biznesin inkişafında, o cümlədən onların rezident qismində Azərbaycan və Çinin azad iqtisadi zonalarının və sənaye parklarının fəaliyyətində qarşılıqlı iştirakını dəstəkləyirlər. Çin Azərbaycan və Çin arasında neft və qaz, neft-kimya, eləcə də yaşıl enerji, elektrik enerjisi, yüksək texnologiyalar və innovasiyalar, süni intellekt və kosmik sahədə sərmayə əməkdaşlığının inkişafını alqışlayır. Tərəflər iki ölkənin müəssisələri üçün əlverişli şərtlər və lazımi şərait yaratmağa, iki ölkənin əməkdaşlıq layihələrinin və müəssisələrinin heyətinin təhlükəsizliyini birgə təmin etməyə hazır olduqlarını bildirirlər.
2.7 Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin ("Orta Dəhliz") tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir.
2.8 Çin tərəfi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (UNFCCC COP29) Azərbaycanda keçirilməsini alqışlayır və Azərbaycanın Konfransda müsbət nəticələrin əldə olunmasının təşviqində sədrlik rolunu dəstəkləyir. Tərəflər iqlim dəyişikliyi ilə mübarizədə, o cümlədən "yaşıl" enerji sahəsində əməkdaşlığa, iki ölkənin müəssisələrini yeni enerji mənbələrinə əsaslanan yeni istehsal, enerjinin saxlanması, yeni enerji daşıyıcıları, elektrik enerjisinin ötürülməsi, enerjiyə qənaət və emissiyaların azaldılması və s. kimi yaşıl və aşağı karbonlu texnologiyalar sahələrində əməkdaşlığı dərinləşdirməyə təşviq etməyə, təmiz enerji sahələrində əməkdaşlıq üçün qlobal tərəfdaşlığın qurulmasını birgə təşviq etməyə hazır olduqlarını bildirirlər.
3.0 Tərəflər ticarət-iqtisadi sahədə hüquqi bazanın təkmilləşdirilməsini müzakirə etməyə, ticarət və investisiya prosedurlarının liberallaşdırılması və sadələşdirilməsi üçün institusional mexanizmin yaradılması imkanlarını fəal şəkildə araşdırmağa hazır olduqlarını bildirirlər. Tərəflər ÜTT-nin himayəsi altında çoxtərəfli ticarət sisteminə güclü dəstəyi təsdiqləyirlər. Çin tərəfi Azərbaycanın beynəlxalq çoxtərəfli ticarət sisteminin inkişafı və əməkdaşlığında fəal iştirakını, eləcə də Azərbaycanın ÜTT-yə daxil olma prosesi çərçivəsində həyata keçirdiyi tədbirləri dəstəkləyir.
3.1 Tərəflər regionlar arasında əlaqələrin genişləndirilməsini, həmçinin media və informasiya mübadiləsi sahəsində əməkdaşlığı dəstəkləyirlər.
3.2 Tərəflər elm və texnologiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın tərəqqisini fəal şəkildə təşviq etməyə hazır olduqlarını bildirirlər.
3.3 Tərəflər hesab edirlər ki, təhsil sahəsində əməkdaşlıq sabit şəkildə inkişaf edir. Tərəflər təhsil sahəsində əməkdaşlıq haqqında saziş və təhsil sənədlərinin və elmi dərəcələrin qarşılıqlı tanınması haqqında saziş çərçivəsində kadr və dil mübadiləsini, eləcə də universitetlər arasında qarşılıqlı əlaqəni həyata keçirirlər. Tərəflər ali təhsil müəssisələrinin birgə alyansının yaradılması məsələsini müzakirə edəcəklər.
3.4 Tərəflər dil mübadiləsi sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir, təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisini təşviq edəcək və müəllimlər arasında mübadilələri və mütəxəssislərin hazırlanması təcrübəsini inkişaf etdirəcək, həmçinin Konfutsi İnstitutlarının inkişafına dəstək verəcəklər.
3.5 Tərəflər mədəniyyət sahəsində əməkdaşlığın səviyyəsinin artırılması, qarşılıqlı əsasda Azərbaycan və Çinin mədəniyyət günlərinin keçirilməsi barədə razılığa gəlib və qarşılıqlı olaraq mədəniyyət mərkəzlərinin təsis edilməsi ilə bağlı məsləhətləşmələr aparmağa hazır olduqlarını bildirirlər.
3.6 Tərəflər turizm sahəsində əməkdaşlığı gücləndirməyə və turizmin ümumi inkişafına töhfə verməyə hazır olduqlarını bildirirlər. Çin Azərbaycanın illik Çin beynəlxalq turizm yarmarkasında və digər turizm sərgilərində iştirakını, habelə Azərbaycan tərəfinin turizmin inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiq edilməsi barədə qərarını alqışlayır. Tərəflər bundan sonra da vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər.
3.7 Tərəflər səhiyyə, idman və gənclər sahələrində əməkdaşlığı dərinləşdirməyə, kino, media və beyin mərkəzləri sahələrində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildirirlər.
3.8 Tərəflər dayanıqlı inkişaf naminə əməkdaşlığı gücləndirməyə hazırdırlar.
3.9 Tərəflər yüksək keyfiyyətli və tam məşğulluğun təmin edilməsi, sosial təminat sisteminin təkmilləşdirilməsi və əhalinin rifahının yüksəldilməsi üçün ixtisaslı kadrların hazırlanması məqsədilə mübadiləni gücləndirməyə hazır olduqlarını bildirirlər.
4.0 Tərəflər aktual beynəlxalq problemlər üzrə qarşılıqlı fəaliyyət göstərir, o cümlədən ikitərəfli səviyyədə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq təşkilatlar və forumlar çərçivəsində konstruktiv əməkdaşlığı dərinləşdirirlər.
4.1 Tərəflər Birləşmiş Millətlər Təşkilatının himayəsi altında beynəlxalq sistemi birgə dəstəkləyəcək, beynəlxalq hüquqa əsaslanan beynəlxalq qaydaya, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət edəcəklər. Azərbaycan və Çin hegemonluğa və güc siyasətinə qarşıdır. Tərəflər real çoxtərəfliliyə sadiqdir, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq məsələlərdə konstruktiv rolunu dəstəkləyir, həmçinin BMT çərçivəsində əməkdaşlığı gücləndirməyə davam etməyə hazırdır. Tərəflər bəşəriyyətin ümumi dəyərlərinin – sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin tərəfdarıdırlar, eyni zamanda bəşəriyyətin vahid taleli cəmiyyətinin və yeni beynəlxalq münasibətlər sisteminin yaradılmasını dəstəkləyirlər.
4.2 Azərbaycan və Çin inkişaf etməkdə olan ölkələr kimi əməkdaşlığı gücləndirməyə və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını birgə müdafiə etməyə hazırdırlar.
4.3 Tərəflər hesab edirlər ki, xalqın xoşbəxt həyatı insanın ən böyük hüququdur, insan hüquqlarının təşviqi işi xalq yönümlü olmalıdır. Tərəflər insan hüquqlarının qorunmasının bütün ölkələrin suverenliyinə hörmət kimi sarsılmaz prinsiplərə əsaslanmalı olması mövqeyindən çıxış edir və insan hüquqları ilə bağlı məsələlərin siyasiləşdirilməsinə və ikili standartların tətbiq edilməsinə qarşı çıxırlar. Tərəflər insan hüquqlarının müdafiəsi bəhanəsi altında hər hansı dövlətin daxili işlərinə müdaxiləyə qarşı çıxır, təhlükəsizliyin təmin edilməsi, inkişaf yolu ilə insan hüquqlarının irəlilədilməsi, əməkdaşlıq və dialoq yolu ilə insan hüquqlarının təbliğini dəstəkləyirlər, insan hüquqları sahəsində qlobal mexanizmlərin daha bərabərhüquqlu, ədalətli, səmərəli və tolerant məcrada inkişafına birgə yardım edəcəklər.
4.4 Azərbaycan Çinin təklif etdiyi qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya təşəbbüslərini dəstəkləyir və 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinin icrasını sürətləndirmək və beynəlxalq və regional təhlükəsizlik və sabitliyi birgə qorumaq üçün bu təşəbbüslər çərçivəsində əməkdaşlıqda fəal iştirak etməyə hazır olduğunu bildirir. Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi Azərbaycanın "Bakı prosesi" təşəbbüsünü və onun çərçivəsində toplanan Ümumdünya Forumları ilə bağlı səylərini dəstəkləyir.
4.5 Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.
3 iyul 2024-cü il".
[[Kateqoriya:Azərbaycan–Çin münasibətləri]]
[[Kateqoriya:Bəyannamələr]]
4aw4o0xiurimxun5p12ne3135r9xxed
Bu gövhər sözlərin, ey alicənab
0
33133
96921
94761
2026-08-23T05:52:19Z
Araz Yaquboglu
734
96921
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Aşıq Əli Qaracadaği Kəlibəri
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>Bu gövhər sözlərin, ey alicənab,
Tamam aşiqlərin səminə gəlmiş,
Fəsahətdə, bəlağətdə sənin tək,
İnanma ki, ruyi-zəminə gəlmiş.
Bu əsrdə şairlərin xanı sən,
Müdərrisə bərabərsən yəni sən,
Elmin mədənisən, gövhərkani sən,
Eşidənlər sözün dəminə gəlmiş.
Aşiq oldum bir qaməti rənayə,
Onu sevdim, canım düşdü bəlayə,
Vallah-billah, sən düşdüyün sövdayə
Artıq mən fəqirin sərinə gəlmiş.
Əli çəkər gecə-gündüz ahü zar,
Kəsildi müdava, getdi ixtiyar,
Vaqif olsun bu mənadan xəbərdar,
Mədinə kuyinə Səkinə gəlmiş.</poem>
[[Kateqoriya:Mədinə (şəxs)]]
e62efzfpnbqxqcwwblldnx7t9zaurz2
Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya
0
33287
96915
95202
2026-08-23T05:47:36Z
Araz Yaquboglu
734
96915
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya
| müəllif = Azərbaycan Respublikası
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 2026
| qeydlər =
| mənbə =
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
[[Fayl:Azerbaijan US strategic partnership relations are established on 10 february, 2026. (2).jpg|300px|thumb|right|Azərbaycan və ABŞ rəsmiləri strateji tərəfdaşlıq haqqında xartiyanı imzalayarkən. 2026-cı il]]
Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti:
1. İkitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər;
2. 8 avqust 2025-ci ildə Vaşinqton şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumundan çıxış edirlər;
3. Regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyirlər;
4. Diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayırlar;
5. Strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyətini təsdiqləyirlər.
Bölmə I: Regional Bağlantılar, o cümlədən Enerji, Ticarət və Tranzit
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantısı; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika; və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər. Onlar 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları "Əsrin müqaviləsi", Cənub Qaz Dəhlizi kimi layihələrin həyata keçirilməsi ilə nəticələnmiş və sıx əməkdaşlıq sayəsində hər iki tərəfə və daha geniş regiona fayda vermiş Azərbaycan-ABŞ münasibətlərinin məhsuldar tarixinə əsaslanaraq, ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətindədirlər. Bu məqsədlə:
1. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər;
2. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları regional bağlantıların əhəmiyyətini qəbul edərək, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdırmaq niyyətindədirlər;
3. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək niyyətindədirlər;
4. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər;
5. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər.
Bölmə II: İqtisadi Sərmayələr, o cümlədən Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur
1. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi artımı gücləndirmək, sərmayələri təşviq etmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının qlobal iqtisadiyyata daha da inteqrasiya etmək və Xəzər regionu üçün enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsi kimi mövqeyini gücləndirmək səylərini alqışlayır;
2. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi və ya ticarət dialoqu platformalarının təşkili imkanlarının araşdırılması da daxil olmaqla, ikitərəfli ticarət və sərmayələri artırmaq üçün strateji fürsətləri müəyyənləşdirmək niyyətindədirlər;
3. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları özəl sektorun fəal iştirakı ilə ikitərəfli və regional iqtisadi, ticarət və sərmayə əməkdaşlığını inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər;
4. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları AI tərəfdaşlıqlarının inkişaf etdirilməsi üzrə əməkdaşlığı genişləndirmək və müvafiq hallarda kosmik sənaye sahəsində əməkdaşlığı və Azərbaycan Respublikasında özəl sektorla əməkdaşlıq ilə AI data mərkəzlərinin inkişafı da daxil olmaqla rəqəmsal infrastruktura sərmayə qoyuluşunu təşviq etmək niyyətindədirlər;
5. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq, özəl müəssisə kapitalını təşviq etməyə, texnoloji inkişafı erkən mərhələdə riskdən azad etməyə və kommersiyalaşmanı sürətləndirməyə yönəlmiş birgə Tədqiqat və İnkişaf (R&D) dəstək alətləri, innovasiya körpü platformaları, eləcə də kibertəhlükəsizlik və süni intellekt sahəsində sektorəsaslı təşəbbüslər kimi məxsusi mexanizmlərin yaradılmasını araşdırmaq niyyətindədirlər;
6. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları inkişafda olan texnologiyaların, platformaların və biznes təcrübələrinin tətbiqində uğurlu təcrübələri bölüşmək və texniki yardım göstərmək, dəstəkləyici tənzimləyici mühitə əsaslanaraq Azərbaycan Respublikasında istedadların inkişafı və bacarıqlı texnoloji işçi qüvvəsinin artımı üçün tərəfdaşlığı gücləndirmək və transsərhəd və Trans-Xəzər rəqəmsal bağlantılar üçün sərmayələri təşviq etmək niyyətindədirlər;
7. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasında rəqəmsal infrastrukturun inkişafı və AI tətbiqi üçün birgə tədqiqatı, inkişafı, kommersiyalaşmanı, texnologiyanın mühafizəsini və qarşılıqlı müəyyən edilmiş şərtlər əsasında, hüquqi və tənzimləyici çərçivələrə uyğun olaraq texnologiyaların könüllü ötürülməsini dəstəkləmək məqsədilə hökumətlərarası səviyyədə və dövlət-özəl tərəfdaşlıqları vasitəsilə əməkdaşlıq etmək niyyətindədirlər.
Bölmə III: Təhlükəsizlik Əməkdaşlığı
Cənubi Qafqazda sülh Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının ortaq marağındadır və Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik əməkdaşlığı hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verir. Birləşmiş Ştatlar Azərbaycan qüvvələrinin beynəlxalq və regional təhlükəsizliyi irəlilətmək üçün Birləşmiş Ştatlar və koalisiya tərəfdaşları ilə birlikdə xidmət etdiyini nəzərə almaqla, Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələri yüksək dəyərləndirir.
1. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər;
2. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək niyyətindədirlər;
3. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqları artırmaq məqsədilə əməkdaşlıq etmək niyyətindədirlər;
4. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizləmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.
Bölmə IV: İnstitusional Çərçivə və Tətbiq
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları bu Xartiyadan irəli gələn öhdəliklərini yerinə yetirməklə bağlı ortaq niyyəti qəbul edərək mövcud Strateji Tərəfdaşlıq çərçivəsinin bir hissəsi kimi, iqtisadiyyat və ticarət; enerji; bağlantılar, AI və rəqəmsal inkişaf; təhlükəsizlik və müdafiə daxil olmaqla, əməkdaşlıq sahələri üzrə İşçi Qrupları yarada bilərlər.
Müvafiq İşçi Qrupları hazırkı Xartiyanın imzalanmasından sonrakı üç ay ərzində layihələrin siyahısını və onların həyata keçirilməsi üçün yol xəritələrini razılaşdırmaq niyyətindədirlər.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları hazırkı Xartiya çərçivəsində ildə ən azı bir dəfə müntəzəm olaraq görüşmək niyyətindədirlər və tərəfdaşlıqlarının həyata keçirilməsi üçün zəruri olan və qarşılıqlı surətdə müəyyən edilmiş digər dialoq platformaları yarada bilərlər.
Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları
Hökuməti adından Hökuməti adından
[[Kateqoriya:ABŞ–Azərbaycan münasibətləri]]
[[Kateqoriya:Xartiyalar]]
e9y9ks4g1out4z1pfxep6pptvdwkjx7
İşçi (Səməd Vurğun)
0
33803
96912
96621
2026-08-23T05:45:23Z
Araz Yaquboglu
734
[[Kateqoriya:1928-ci ilin şeirləri]] əlavə olundu [[VM:HC|HotCat]]
96912
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1928
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild Bakı, "Şərq-Qərb", 2005, səh.62
}}
<poem>
Əyilsin səcdənə yıldızlar, aylar,
Sənsən dünyaların fəxri, şöhrəti.
Qarşında diz çöktü "Şanlı saraylar".
Çünki qollarının vardır qüvvəti!
Mən səni çox zaman gördüm əzilən,
Ummandın kimsədən imdad, mərhəmət,
Sən ey dost bağçası, sən ey dərd bilən!
Sən öz qüdrətinə sığındın əvət!
O günkü keçmişin məşəli söndü,
Bir yeni kainat çıxdı qarşına.
O qara qüvvələr xəyalə döndü,
Beş guşəli yıldız taxdın başına.
Uzaqdan çınladı əmək səsləri,
Sən də dayanmadan dedin: - İləri.</poem>
[[Kateqoriya:1928-ci ilin şeirləri]]
azihcz9fuhrt9r7jeef07uzculqyj5p
Nə vaxt güləcəyəm? (Səməd Vurğun)
0
33808
96911
96654
2026-08-23T05:45:06Z
Araz Yaquboglu
734
[[Kateqoriya:1927-ci ilin şeirləri]] əlavə olundu [[VM:HC|HotCat]]
96911
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Nə vaxt güləcəyəm?
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1927
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 264 səh.
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Nə qədər məyus, ah, nə qədər ölgün,
Nə qədər cansızam yenə mən bu gün.
Dəyişmiş gördüyün köhnə şiri-nər,
Əsərxəyalıma nəsimi-kədər*.
Hələ gör nə halda, gör nə dəmdəyəm?
Bütün varliğimla yəs, ələmdəyəm.
Vücudum torpaqda, sürünür daşda,
Xəyalımsa durur hamıdan başda;
Rəqs edər o mavi, ağ buludlarda,
Enər, nəfəs alar yaşıl otlarda.
Gəzər-gəzər öylə durmadan bir an,
Arar-arar, yavrum, bir geniş meydan;
Öylə bir meydan ki, gülsün azadə,
Çəkdiyim zillətlər düşməsin yadə.
Bəşər dedikləri duyğusuz vicdan,
O boyalı sima, o dönük iman
Bir az da çırpınsın, gülsün, əylənsin
Ucalmaq istərsə, bir qədər ensin;
Ensin, qaranlıqdan kamiyab† olsun,
Qürurun gülşəni saralsın, solsun!
Dəmir qollarıyla fəxr edən kütlə,
Bağırsın, hayqırsın, həm də cürətlə,
Qursun bir ailə... bircə ailə...
Müjdələr gəlsin bu şeyda bülbülə,
O zaman gülərəm, gülərəm, heyhat...
Bilməm gələcəkmi bir böylə həyat?..
</poem>
[[Kateqoriya:1927-ci ilin şeirləri]]
e082zencj4u5yrtfa5mvdwm797114cb
Şeir və xaltura (Səməd Vurğun)
0
33811
96913
96659
2026-08-23T05:45:55Z
Araz Yaquboglu
734
[[Kateqoriya:1931-ci ilin şeirləri]] əlavə olundu [[VM:HC|HotCat]]
96913
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1931
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild Bakı, "Şərq-Qərb", 2005, səh.125
}}
<poem>
«Kəndə, kəndə və kəndə və yenə də kəndə!»
Belə yazdı bəziləri şeirin başında turp əkəndə.
Sevmədim qurama sözlərin cansız hərəkətini
və beynimə zorla pərçimlənən bu sözlərin ləzzətini...
Sevmədim imzasını görünmək üçün atan,
qəlbi şablon və şarlatan şairlərin
yerində şıllaq atmasını;
Sevmədim onların sənət adına
xaltura yaratmasını.
Qoy oxucu gözlərinə gözlük taxsın
və bu «şeir» adını daşıyan sözlərə bir də baxsın:
«Kəndə, kəndə və kəndə və yenə kəndə!»
Məncə, bu «şeir» açıqca deyir:
İçəriyə pəncərələrdən göz atanların
görüb yaşamadığı
həyat səhnəsini
Və qəlbini pula satanların Ən aciz səsini...
Daloy qəlbini proletarın və şeirdə qəlbi kimi
duymayan şerilik izi qoymayan bu qafiyəli dəllallar!
Sənətin bazarına sürülməsin bu saxta mallar!
</poem>
[[Kateqoriya:1931-ci ilin şeirləri]]
ddgbcueczj24w8pmhe4m7tje4tdpo03
Əyilmə! (Səməd Vurğun)
0
33834
96914
96670
2026-08-23T05:46:23Z
Araz Yaquboglu
734
[[Kateqoriya:1927-ci ilin şeirləri]] əlavə olundu [[VM:HC|HotCat]]
96914
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Əyilmə!
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1927
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 264 səh.
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>Həyat! O çox zaman görünür iyrənc,
Bu səhnədə min bir qanlı pərdə var
Sən bu çətinliyə düşsən də, ey gənc,
İçində saxlanan qüdrətə yalvar!
Zaman! O amansız, qatil bir düşkün
Bəzən dünyaları döyər şiddətlə.
Səni də məhv etmək istərsə bir gün,
Hər şeyə qarşı çıx, həm də cürətlə.
Cürət! Odur bizi güldürən hər an,
Cürətsiz bir həyat məhv olur, inan.
İştə bu düsturu öyrənib də sən,
Ər oğlu ər kimi tab et bəlayə.
Mən bu sözlərimlə nə dedim bil sən,
Çırpın üfüqlərə, uç etilayə!
Ey gənc! Səadəti bir xəyal bilmə,
Nə olursa-olsun, yalnız əyilmə!</poem>
[[Kateqoriya:1927-ci ilin şeirləri]]
et00s2quapc5bqdl1jfpk44aek79us1
Bir az gülmək üçün (Səməd Vurğun)
0
33840
96898
96691
2026-08-23T05:38:33Z
Araz Yaquboglu
734
[[Kateqoriya:1930-cu ilin şeirləri]] əlavə olundu [[VM:HC|HotCat]]
96898
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Bir az gülmək üçün
| müəllif = Səməd Vuğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1930, 5 dekabr
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 264 səh.
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>Söylə sən ey, təbiət! Yoxmu sənin günəşin?
Bu qaranlıq gecələr həmişəlikmi əşin?
Mən də bir insanam, ah! Məna ver sözlərimə,
Bəlkə də kor kimiyəm, işıq ver gözlərimə,
Mən də görüm varlığı, Ayı, Günü, ulduzu;
Hər çiçəyi, hər gülü, hər qadını, hər qızı
Oxşamaqdan yoruldum;
Başqalşmaq istərəm.
Qanadlı bir quş kimi dağlar aşmaq istərəm.
Arzularım çoxalır, mən acizəm uçuşda,
Karvanım çıxdı yoldan bir çıxılmaz yoxuşda...
O qaranlıq gecədə mən itirdim yolumu,
Həyat bükdü belimi... Həyat qırdı qolumu...
Sən ey quduz təbiət! Sən ey zəhərli ruzgar!
Bu nəşəsiz günlərin, söylə, nə mənası var?
Bəlkə də hər bir ağ gün bir qara gün deməkdir...
Bəlkə də hər şirinlik bir acılıq yeməkdir...
Bəlkə yalandır Günəş, həqiqətdir gecələr,
Yordu mənim beynimi bu saysız bilməcələr.
Sorsalar bu pərdəli fəlsəfələr neçindir?
Deyin bu göz yaşları bir az gülmək üçündür.
</poem>
[[Kateqoriya:1930-cu ilin şeirləri]]
2rzvuohd752ibzud47nmg37gyuk77kv
96899
96898
2026-08-23T05:38:56Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
96899
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Bir az gülmək üçün
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1930, 5 dekabr
| qeydlər =
| mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 264 səh.
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Söylə sən ey, təbiət! Yoxmu sənin günəşin?
Bu qaranlıq gecələr həmişəlikmi əşin?
Mən də bir insanam, ah! Məna ver sözlərimə,
Bəlkə də kor kimiyəm, işıq ver gözlərimə,
Mən də görüm varlığı, Ayı, Günü, ulduzu;
Hər çiçəyi, hər gülü, hər qadını, hər qızı
Oxşamaqdan yoruldum;
Başqalşmaq istərəm.
Qanadlı bir quş kimi dağlar aşmaq istərəm.
Arzularım çoxalır, mən acizəm uçuşda,
Karvanım çıxdı yoldan bir çıxılmaz yoxuşda…
O qaranlıq gecədə mən itirdim yolumu,
Həyat bükdü belimi… Həyat qırdı qolumu…
Sən ey quduz təbiət! Sən ey zəhərli ruzgar!
Bu nəşəsiz günlərin, söylə, nə mənası var?
Bəlkə də hər bir ağ gün bir qara gün deməkdir…
Bəlkə də hər şirinlik bir acılıq yeməkdir…
Bəlkə yalandır Günəş, həqiqətdir gecələr,
Yordu mənim beynimi bu saysız bilməcələr.
Sorsalar bu pərdəli fəlsəfələr neçindir?
Deyin bu göz yaşları bir az gülmək üçündür.
</poem>
[[Kateqoriya:1930-cu ilin şeirləri]]
mj1xsixew6bcrglyxgj820lyij9mui4
Bir yaz sabahının ilk azanıydı
0
33874
96900
96749
2026-08-23T05:39:26Z
Araz Yaquboglu
734
[[Kateqoriya:1928-ci ilin şeirləri]] əlavə olundu [[VM:HC|HotCat]]
96900
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Bir yaz sabahının ilk azanıydı
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1928,1 sentyabr
| qeydlər =
| mənbə = Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 60
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Bir yaz sabahının ilk əzanıydı,
Süzüldü gözlərim xumarlanaraq.
Xilqətin mənalı bir zamanıydı,
Sular səslənirdi dalğalanaraq.
Açdım önümdəki bir pəncərəni,
Adamı şiddətlə döydü küləklər.
Mən seyrə dalırkən dağı, dərəni,
Uzaqdan gülürdü güllər, çiçəklər.
Ağarırkən göyün siyah kəfəni,
Bu gün bir coşqunluq vardı qanımda.
Mən əski qəlb ilə anaraq səni,
Demişdim: "Ah, Əkrəm olsan yanımda!"
</poem>
[[Kateqoriya:1928-ci ilin şeirləri]]
ecd08p980ttmwdpx5rqpqihe86aluao
Bakının dastanı
0
33883
96897
96757
2026-08-23T05:37:57Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
96897
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Bakının dastanı
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Seçilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2005
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Neçə ildir könül deyir söylə, şair,
Şeir, sənət gülzarında Bakı hanı?
Sən nə zaman yazacaqsan ilk dastanı
Bu müqəddəs, bu möhtəşəm hüsnə dair?!
Lakin bizim böyük şəhər bir ümmandır,
Bu ümmanda üzmək üçün qəvvas gərək.
Bu arzuyla yaşamışam nə zamandır,
Var ol, məni bu ümmana atan ürək!
Var ol sən də, gözəl Bakı, qadir ana!
Camalının şöləsidir bu ilhamım.
Öz borcumu ödəyərsəm bu gün sana,
Gözlərimdə qalmayacaq heç bir kamım!
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
22rksx2711ppgdjblwndbkh5bwora41
Hürmüz və Əhrimən
0
33885
96903
96761
2026-08-23T05:40:44Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
96903
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Hürmüz və Əhrimən
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Seçilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2005
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Azərbaycan, gözəl bir yaz… Həyat bolluq, işıq çoxdur,
Qaranlıqdan, əsarətdən, xəyanətdən nişan yoxdur.
Baharın qəlbi gümrahdır, gülür hər şey səadətlə;
Ocaqlar yandırılmışdır, keçir dövran ziyarətlə.
Qədim dağlar qucağında şəhərlər, qələlər vardır,
Zaman keçmiş… Həyat başqa… Fəqət, dağlar o dağlardır!
Çəmən sevdalı bir qızdır, o tac qoymuş çiçəklərdən,
Müqəddəsdir yerin ruhu, yaranmışdır ürəklərdən…
Buludlar sallanıb bəzən öpər dağlar camalından,
Günəş ilham alıb parlar göyün sonsuz kamalından.
Çatılmış varlığın alnı… Fələklər min xəyal eylər,
Baxıb heyrətlə hər insan zamandan bir sual eylər…
Axar çaylar, sular çağlar, dayanmaz kainat bir dəm,
Bu gün matəm, sabah bayram, əzəldən böylədir aləm…
Əsər ruzgar, qopar yanğın uğursuz bir qığılcımdan,
Ömür keçdikcə odlardan, alovlardan keçən insan.
Gələr Zərdüşt, deyər bəzən: — Mənim öz ehtişamım var,
Bəşər qəlbi müqəddəsdir, bu qüdsiyyətdə kamım var…
Ölüm iblisə layiqdir, həyatdır ən şirin nemət,
Qaranlıqdan uzaqlaş ki, işıqdır ən böyük ziynət
Çalış, qəlbin saf olsun ki, təmizlikdir sənin hüsnün,
Bütün ömründə zəhmətsiz, hünərsiz keçməsin bir gün…
Gözəl sözlər gözəldirsə, azadlıq min hünər istər!
Əməl uğrunda candan keç, özün mərdanəlik göstər!
Dönükdür dövranın hökmü, sən öz simanı saf saxla!
Səadatdən, məhəbbətdən danışma hər bir alçaqla!
Bir "Allah" adlanan eşqi son öz qəlbində axtarsan,
Özün öz hüsnünü tapsan — ölüb getsən də sən varsan!
Zamanın nəbzini tut ki, nə canandan, nə candan tut,
Nəyin vardırsa aləmdə sən öz simana qalxan tut…
Ölüm qorxar cəsarətdən, həyatın şəni qüdrətdir;
</poem>
kgyw3mcvanzlhs2m6g2gieoozis57hl
96904
96903
2026-08-23T05:40:55Z
Araz Yaquboglu
734
[[Kateqoriya:XX əsrin şeirləri]] əlavə olundu [[VM:HC|HotCat]]
96904
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Hürmüz və Əhrimən
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Seçilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2005
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Azərbaycan, gözəl bir yaz… Həyat bolluq, işıq çoxdur,
Qaranlıqdan, əsarətdən, xəyanətdən nişan yoxdur.
Baharın qəlbi gümrahdır, gülür hər şey səadətlə;
Ocaqlar yandırılmışdır, keçir dövran ziyarətlə.
Qədim dağlar qucağında şəhərlər, qələlər vardır,
Zaman keçmiş… Həyat başqa… Fəqət, dağlar o dağlardır!
Çəmən sevdalı bir qızdır, o tac qoymuş çiçəklərdən,
Müqəddəsdir yerin ruhu, yaranmışdır ürəklərdən…
Buludlar sallanıb bəzən öpər dağlar camalından,
Günəş ilham alıb parlar göyün sonsuz kamalından.
Çatılmış varlığın alnı… Fələklər min xəyal eylər,
Baxıb heyrətlə hər insan zamandan bir sual eylər…
Axar çaylar, sular çağlar, dayanmaz kainat bir dəm,
Bu gün matəm, sabah bayram, əzəldən böylədir aləm…
Əsər ruzgar, qopar yanğın uğursuz bir qığılcımdan,
Ömür keçdikcə odlardan, alovlardan keçən insan.
Gələr Zərdüşt, deyər bəzən: — Mənim öz ehtişamım var,
Bəşər qəlbi müqəddəsdir, bu qüdsiyyətdə kamım var…
Ölüm iblisə layiqdir, həyatdır ən şirin nemət,
Qaranlıqdan uzaqlaş ki, işıqdır ən böyük ziynət
Çalış, qəlbin saf olsun ki, təmizlikdir sənin hüsnün,
Bütün ömründə zəhmətsiz, hünərsiz keçməsin bir gün…
Gözəl sözlər gözəldirsə, azadlıq min hünər istər!
Əməl uğrunda candan keç, özün mərdanəlik göstər!
Dönükdür dövranın hökmü, sən öz simanı saf saxla!
Səadatdən, məhəbbətdən danışma hər bir alçaqla!
Bir "Allah" adlanan eşqi son öz qəlbində axtarsan,
Özün öz hüsnünü tapsan — ölüb getsən də sən varsan!
Zamanın nəbzini tut ki, nə canandan, nə candan tut,
Nəyin vardırsa aləmdə sən öz simana qalxan tut…
Ölüm qorxar cəsarətdən, həyatın şəni qüdrətdir;
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
pbs0ckg5g0hp7mojcokwjj91n1puveh
Bulaq əfsanəsi
0
33887
96901
96776
2026-08-23T05:39:53Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
96901
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Bulaq əfsanəsi
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Seçilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2005
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Deyirlər, bəşərin çocuqluq yaşı
Daim titrəmiş ölümə qarşı…
Ölüm! O matəmin pərişan səsi,
İnsanın ilk dərdi, ilk fəlsəfəsi,
Açarsız, qapısız dəniz kimi lal,
Üstündə çırpınıb, döyünmüş xəyal…
Onun dəhşətini duyduğu zaman
Şaşırmış cəbhədə bəzən qəhrəman…
Bəzən də yaşamaq həvəsilə tək,
Bir insan ətrafa qılınc çəkərək
Bütün bir ordunu heyrətə salmış,
Xeymələr dağıdıb, çadırlar almış.
Ölüm! o matəmin pərişan səsi,
Bəşərin ilk dərdi, ilk fəlsəfəsi
Düşündürür bizi bu gün və yarın.
Böyük dahilərin, filosofların
Duyub düşündüyü bu qorxunc cahan,
Sirlər yuvası olmuş hər zaman.
Onun qüvvətilə düşür xəzəllər,
Şairin ilhamı — dilbər gözəllər
Onun pəncəsilə torpağa dönür,
Parlayan bir həyat onunla sönür.
Sanma ki, qorxuncdur ölüm daim,
Onda da gizlənir bir canlı məna.
Onsuz bu dünyanın olmazdı sonu,
Səadət və həyat yaratmış onu.
Onsuz açılmazdı şüur və xəyal,
Donardı bir yerdə arzu, ideal.
Onsuz açılmazdı yeni çiçəklər,
Uçmazdı düzlərdə ağ kəpənəklər.
Onsuz dəyişməzdi ulduzlar, aylar,
Göylərin alnında məğrur saraylar
Verərdi hökmünü gündə bir qana –
Qılınca, süngüyə, topa, qalxana.
Düşməzdi şahların tacı başından,
Küsərdi hər şeyə könül və insan;
</poem>
243rellxeocj6tqv5id40ha27uorrcg
96902
96901
2026-08-23T05:40:05Z
Araz Yaquboglu
734
[[Kateqoriya:XX əsrin şeirləri]] əlavə olundu [[VM:HC|HotCat]]
96902
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Bulaq əfsanəsi
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = Seçilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2005
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Deyirlər, bəşərin çocuqluq yaşı
Daim titrəmiş ölümə qarşı…
Ölüm! O matəmin pərişan səsi,
İnsanın ilk dərdi, ilk fəlsəfəsi,
Açarsız, qapısız dəniz kimi lal,
Üstündə çırpınıb, döyünmüş xəyal…
Onun dəhşətini duyduğu zaman
Şaşırmış cəbhədə bəzən qəhrəman…
Bəzən də yaşamaq həvəsilə tək,
Bir insan ətrafa qılınc çəkərək
Bütün bir ordunu heyrətə salmış,
Xeymələr dağıdıb, çadırlar almış.
Ölüm! o matəmin pərişan səsi,
Bəşərin ilk dərdi, ilk fəlsəfəsi
Düşündürür bizi bu gün və yarın.
Böyük dahilərin, filosofların
Duyub düşündüyü bu qorxunc cahan,
Sirlər yuvası olmuş hər zaman.
Onun qüvvətilə düşür xəzəllər,
Şairin ilhamı — dilbər gözəllər
Onun pəncəsilə torpağa dönür,
Parlayan bir həyat onunla sönür.
Sanma ki, qorxuncdur ölüm daim,
Onda da gizlənir bir canlı məna.
Onsuz bu dünyanın olmazdı sonu,
Səadət və həyat yaratmış onu.
Onsuz açılmazdı şüur və xəyal,
Donardı bir yerdə arzu, ideal.
Onsuz açılmazdı yeni çiçəklər,
Uçmazdı düzlərdə ağ kəpənəklər.
Onsuz dəyişməzdi ulduzlar, aylar,
Göylərin alnında məğrur saraylar
Verərdi hökmünü gündə bir qana –
Qılınca, süngüyə, topa, qalxana.
Düşməzdi şahların tacı başından,
Küsərdi hər şeyə könül və insan;
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
islrs999uyw6lpt1c2ius6jqt2vgs27
Milli bayramımız münasibətilə
0
33889
96907
96769
2026-08-23T05:43:13Z
Araz Yaquboglu
734
[[Kateqoriya:"Azərbaycan" qəzeti]] əlavə olundu [[VM:HC|HotCat]]
96907
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Milli bayramımız münasibətilə
| müəllif =
| keçidsiz müəllif = F. Əlif. Seyidəlili
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| mənbə = [https://www.ada.edu.az/file_upload/publications/azerbaijannewspaper/file8.pdf 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin tam külliyatı (20 cilddə). VIII. Bakı: ADA Universiteti. 2021. s. 434–35]
| əvvəlki =
| növbəti =
| il = 1919
| qeydlər = Azərbaycan qəzeti – 28 may 1919-cu il
}}
Tǝbiidir ki, hǝr bir şǝxs yaxşı vǝ bǝxtiyar gün keçirtdiyi kimi, pis vǝ fǝna gün dǝxi keçirtmişdir. İştǝ, mǝzkur şǝxs ǝn gözǝl vǝ yaxşı keçirtdiyi günündǝ şu pis gününü yad edǝrǝk, yaxşı vǝ bǝxtiyar gününü daha ziyadǝ yüksǝk vǝ möhtǝrǝm tutaraq, o gündǝ şad vǝ xürrǝm olar. Bilǝks, xoş günündǝ şadlandığı kimi, pis günündǝ dǝxi şad gününü yad edib o günü arzu edǝrǝk, daha ziyadǝ qǝmgin olar. Binaileyh, biz dǝxi keçǝn sǝnǝ mayıs ayının 28-dǝ bütün Qafqaziya cümhuriyyǝtlǝrilǝ bǝrabǝr elani-istiqlal edǝn Azǝrbaycan Cümhuriyyǝtinin sǝneyi-dövriyyǝsi münasibǝtilǝ bu günü ǝn şǝrafǝtli vǝ möhtǝrǝm günlǝrdǝn ǝdd edirik. Hǝpimiz şu günü milli bir bayram ediriz. Əvǝt, bu gün cavan cümhuriyyǝtimiz qarşısında durub keçǝn zǝlalǝtli günlǝrimizi, ǝlǝlxüsus heç unudulmayan Mart hadiseyi-ǝlimǝsini xatırlayaraq, bu günün nǝ dǝrǝcǝ ǝziz vǝ möhtǝrǝm olduğunu müşahidǝ edǝrǝk, kǝndimizi qayǝt dǝrǝcǝ şad vǝ xürrǝm görürüz. İştǝ, bu gün hǝr kǝsin üzündǝ milli bir ruh vǝ milli bir sǝadǝt parlayır. Sanki bunların qǝlbinǝ bu gün yeni bir ruh daxil olaraq onları bu gün hürr vǝ azad yaşamağa dǝvǝt edir. Nǝhayǝt, bu gün hǝr kǝs ürǝyindǝki mübarǝk arzusunun nǝticǝ vermǝsini görüb vǝ kǝndisini yeni bir ǝfkar vǝ hǝyat içindǝ müşahidǝ edǝrǝk qayǝt bǝşşaş çöhrǝsilǝ gözǝl xalılarla vǝ al bayraqlarla tǝzyin edilmiş soqaqlara vǝ evlǝrǝ diqqǝtlǝ tamaşa edǝrǝk, sanki bu gün cahana yeni qǝdǝm qoymuşdur deyǝ kǝndisini nǝhayǝt dǝrǝcǝ mǝsrur vǝ bǝxtiyar ǝdd edir. İştǝ, bu gün Azǝrbaycanın paytaxtı al bayraqlarla tǝzyin edilǝrǝk çıraqban olunmuşdur. Nǝhayǝt, o müqǝddǝs Mǝclisi-Mǝbusanımız üzǝrindǝ tǝmǝvvüc edǝn al bayraq vǝ bayram münasibǝtilǝ böyük xǝtlǝrlǝ orada yazılan “Yaşasın istiqlal” kǝlmǝsi insanın nǝzǝr-diqqǝtini kǝndisinǝ cǝlb edǝrǝk bizi ittihad, ittifaqa dǝvǝt edir. Əcǝba türk vǝ islam alǝmindǝ bu hansı gündür ki, mǝmlǝkǝtimiz bu tövr gözǝl şeylǝrlǝ tǝzyin olunmuşdur? Bu gün hǝman gündür ki, türk arxadaşlarımızın mǝrhǝmǝtilǝ bütün Qafqaziya türk vǝ islam alǝmi ǝcnǝbilǝr zülüm çǝngalı altından xilas olaraq hürr vǝ azad yaşamağa başlamışlar. Binaileyh bu gün bütün türk alǝmindǝ milli vǝ tarixi bir bayram olduğuna binaǝn, Azǝrbaycanın tarix sǝhifǝlǝrindǝ yazılaraq, ümum Qafqaziya ǝhalisi bu günü ǝziz vǝ möhtǝrǝm tutub, parlaq bir surǝtdǝ yola vermǝlidirlǝr. Zira ǝcnǝbilǝr istibdad zǝnciri altında yaşamağımızı vǝ Rusiya inqilabi-kǝbirindǝn sonra tǝsadüf etdiyimiz zülüm vǝ zǝlalǝtlǝrǝ qarşı şimdi kǝndi cümhuriyyǝtimiz sayǝsindǝ hürr vǝ azad yaşamağımızı müşahidǝ edǝrǝk nǝhayǝt bu günün hǝr sǝnǝ yenǝ tǝkrar davam etmǝsinǝ binaǝn istiqlalımızdan möhkǝm bir surǝtdǝ yapışaraq vǝ onun daima paydar olmasını Haqq-taala hǝzrǝtlǝrindǝn istida vǝ istirham edǝriz.
[[Kateqoriya:"Azərbaycan" qəzeti]]
d6ezywjwhlj7pbjqmfys5ib07sbh6gk
96908
96907
2026-08-23T05:43:23Z
Araz Yaquboglu
734
[[Kateqoriya:1919-cu ilin məqalələri]] əlavə olundu [[VM:HC|HotCat]]
96908
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Milli bayramımız münasibətilə
| müəllif =
| keçidsiz müəllif = F. Əlif. Seyidəlili
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| mənbə = [https://www.ada.edu.az/file_upload/publications/azerbaijannewspaper/file8.pdf 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin tam külliyatı (20 cilddə). VIII. Bakı: ADA Universiteti. 2021. s. 434–35]
| əvvəlki =
| növbəti =
| il = 1919
| qeydlər = Azərbaycan qəzeti – 28 may 1919-cu il
}}
Tǝbiidir ki, hǝr bir şǝxs yaxşı vǝ bǝxtiyar gün keçirtdiyi kimi, pis vǝ fǝna gün dǝxi keçirtmişdir. İştǝ, mǝzkur şǝxs ǝn gözǝl vǝ yaxşı keçirtdiyi günündǝ şu pis gününü yad edǝrǝk, yaxşı vǝ bǝxtiyar gününü daha ziyadǝ yüksǝk vǝ möhtǝrǝm tutaraq, o gündǝ şad vǝ xürrǝm olar. Bilǝks, xoş günündǝ şadlandığı kimi, pis günündǝ dǝxi şad gününü yad edib o günü arzu edǝrǝk, daha ziyadǝ qǝmgin olar. Binaileyh, biz dǝxi keçǝn sǝnǝ mayıs ayının 28-dǝ bütün Qafqaziya cümhuriyyǝtlǝrilǝ bǝrabǝr elani-istiqlal edǝn Azǝrbaycan Cümhuriyyǝtinin sǝneyi-dövriyyǝsi münasibǝtilǝ bu günü ǝn şǝrafǝtli vǝ möhtǝrǝm günlǝrdǝn ǝdd edirik. Hǝpimiz şu günü milli bir bayram ediriz. Əvǝt, bu gün cavan cümhuriyyǝtimiz qarşısında durub keçǝn zǝlalǝtli günlǝrimizi, ǝlǝlxüsus heç unudulmayan Mart hadiseyi-ǝlimǝsini xatırlayaraq, bu günün nǝ dǝrǝcǝ ǝziz vǝ möhtǝrǝm olduğunu müşahidǝ edǝrǝk, kǝndimizi qayǝt dǝrǝcǝ şad vǝ xürrǝm görürüz. İştǝ, bu gün hǝr kǝsin üzündǝ milli bir ruh vǝ milli bir sǝadǝt parlayır. Sanki bunların qǝlbinǝ bu gün yeni bir ruh daxil olaraq onları bu gün hürr vǝ azad yaşamağa dǝvǝt edir. Nǝhayǝt, bu gün hǝr kǝs ürǝyindǝki mübarǝk arzusunun nǝticǝ vermǝsini görüb vǝ kǝndisini yeni bir ǝfkar vǝ hǝyat içindǝ müşahidǝ edǝrǝk qayǝt bǝşşaş çöhrǝsilǝ gözǝl xalılarla vǝ al bayraqlarla tǝzyin edilmiş soqaqlara vǝ evlǝrǝ diqqǝtlǝ tamaşa edǝrǝk, sanki bu gün cahana yeni qǝdǝm qoymuşdur deyǝ kǝndisini nǝhayǝt dǝrǝcǝ mǝsrur vǝ bǝxtiyar ǝdd edir. İştǝ, bu gün Azǝrbaycanın paytaxtı al bayraqlarla tǝzyin edilǝrǝk çıraqban olunmuşdur. Nǝhayǝt, o müqǝddǝs Mǝclisi-Mǝbusanımız üzǝrindǝ tǝmǝvvüc edǝn al bayraq vǝ bayram münasibǝtilǝ böyük xǝtlǝrlǝ orada yazılan “Yaşasın istiqlal” kǝlmǝsi insanın nǝzǝr-diqqǝtini kǝndisinǝ cǝlb edǝrǝk bizi ittihad, ittifaqa dǝvǝt edir. Əcǝba türk vǝ islam alǝmindǝ bu hansı gündür ki, mǝmlǝkǝtimiz bu tövr gözǝl şeylǝrlǝ tǝzyin olunmuşdur? Bu gün hǝman gündür ki, türk arxadaşlarımızın mǝrhǝmǝtilǝ bütün Qafqaziya türk vǝ islam alǝmi ǝcnǝbilǝr zülüm çǝngalı altından xilas olaraq hürr vǝ azad yaşamağa başlamışlar. Binaileyh bu gün bütün türk alǝmindǝ milli vǝ tarixi bir bayram olduğuna binaǝn, Azǝrbaycanın tarix sǝhifǝlǝrindǝ yazılaraq, ümum Qafqaziya ǝhalisi bu günü ǝziz vǝ möhtǝrǝm tutub, parlaq bir surǝtdǝ yola vermǝlidirlǝr. Zira ǝcnǝbilǝr istibdad zǝnciri altında yaşamağımızı vǝ Rusiya inqilabi-kǝbirindǝn sonra tǝsadüf etdiyimiz zülüm vǝ zǝlalǝtlǝrǝ qarşı şimdi kǝndi cümhuriyyǝtimiz sayǝsindǝ hürr vǝ azad yaşamağımızı müşahidǝ edǝrǝk nǝhayǝt bu günün hǝr sǝnǝ yenǝ tǝkrar davam etmǝsinǝ binaǝn istiqlalımızdan möhkǝm bir surǝtdǝ yapışaraq vǝ onun daima paydar olmasını Haqq-taala hǝzrǝtlǝrindǝn istida vǝ istirham edǝriz.
[[Kateqoriya:"Azərbaycan" qəzeti]]
[[Kateqoriya:1919-cu ilin məqalələri]]
jwxbk6kf63znledwsjf57hf5svtu1qo
Nizam
0
33891
96909
96781
2026-08-23T05:44:37Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
96909
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Nizam
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1939, 24 avqust
| qeydlər =
| mənbə = Seçilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2005
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Yoğruldu bütün varlığın ümmidlə hünərdən,
Şimşək kimi keçdikcə qaranlıq gecələrdən,
Hər kəlməni, hər şerini bir top kimi atdın,
Sevda yuxusundan bizi vaxtında oyatdın.
Xoş gəldin əzizim, gəlişindən ana yurdu
Dünya evinə bir yeni söz məclisi qurdu…
Keçdikcə nəsillər o sənin söz çəmənindən,
Ellər, obalar dərs alacaqdır hələ səndən.
Ölməz bu gözəl aləmə idrakla gələnlər,
Məna evinin sirrini vicdanla bilənlər.
Sənsən əbədiyyət dediyim sevgili dildar,
Daşlarda, çiçəklərdə, ürəklərdə adm var.
Aydanmı günəşdənmi yarandın, de, nədən sən?
Xalqın gözü də, qəlbi da, vicdanı da sənsən.
</poem>
b14usfqrpop55lonficqrtrdvdvuwlo
96910
96909
2026-08-23T05:44:48Z
Araz Yaquboglu
734
[[Kateqoriya:1939-cu ilin şeirləri]] əlavə olundu [[VM:HC|HotCat]]
96910
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Nizam
| müəllif = Səməd Vurğun
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1939, 24 avqust
| qeydlər =
| mənbə = Seçilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2005
| vikipediya_keçidi =
| vikisitat_keçidi =
| commons_keçidi =
}}
<poem>
Yoğruldu bütün varlığın ümmidlə hünərdən,
Şimşək kimi keçdikcə qaranlıq gecələrdən,
Hər kəlməni, hər şerini bir top kimi atdın,
Sevda yuxusundan bizi vaxtında oyatdın.
Xoş gəldin əzizim, gəlişindən ana yurdu
Dünya evinə bir yeni söz məclisi qurdu…
Keçdikcə nəsillər o sənin söz çəmənindən,
Ellər, obalar dərs alacaqdır hələ səndən.
Ölməz bu gözəl aləmə idrakla gələnlər,
Məna evinin sirrini vicdanla bilənlər.
Sənsən əbədiyyət dediyim sevgili dildar,
Daşlarda, çiçəklərdə, ürəklərdə adm var.
Aydanmı günəşdənmi yarandın, de, nədən sən?
Xalqın gözü də, qəlbi da, vicdanı da sənsən.
</poem>
[[Kateqoriya:1939-cu ilin şeirləri]]
28rjawll9cf4hmpr7bntdfzfrl4b942
Milli bayram münasibətilə
0
33893
96905
96779
2026-08-23T05:42:28Z
Araz Yaquboglu
734
[[Kateqoriya:"Azərbaycan" qəzeti]] əlavə olundu [[VM:HC|HotCat]]
96905
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Milli bayram münasibətilə
| müəllif =
| keçidsiz müəllif = Ağababa Ağababazadə
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| mənbə = [https://www.ada.edu.az/file_upload/publications/azerbaijannewspaper/file8.pdf 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin tam külliyatı (20 cilddə). VIII. Bakı: ADA Universiteti. 2021. s. 432–34]
| əvvəlki =
| növbəti =
| il = 1919
| qeydlər = Azərbaycan qəzeti – 28 may 1919-cu il
}}
Oh! Şu köhnǝ dünyada nǝlǝr olmadı? Hǝyati-bǝşǝrin uzaq sǝhifǝlǝri deyil, şu yaxın zamanlarda axıb gǝlǝn bǝşǝriyyǝt sǝhnǝsindǝki vǝxamǝtli rolları tǝxǝyyül etdikdǝ, nǝzǝrimdǝ tǝcǝssüm etdi. Dedim a: uzaqları deyil, yaxın mazini, Nikolay dövrünü seyr edirǝm. Nǝzǝrimi şu sǝhneyi-alǝmin bir yanında istǝr-istǝmǝz siyasiyyat sǝhnǝsinǝ çǝkilǝn biz Azǝri türklǝrinin halına baxıram. Ah, nǝlǝr vaqe olur. Hökumǝt mǝmurlarının politikası sayǝsindǝ cavanlarımız bir-birinin qatili olur. İştǝ, nahaq qanlar, qǝlbi dağdar analar ya bacılar, gözü yaşlı mǝsum çocuqlar. Hǝbslǝr, mǝnfalar, ziyalılarımız istibdad yumruğu sayǝsindǝ ağızları tıxadılmış, millǝtimizin avam qismi başına nǝ gǝldiyindǝn bixǝbǝr, ǝcnǝbipǝrǝstlǝr iltifatlara nail, vǝtǝnpǝrǝstlǝrǝ hǝbslǝr, mǝnfalar tǝqdim olunur. Mǝktǝblǝrimizin ancaq adı “milli”, fǝqǝt ruhǝn başqalaşmış politikası çǝrxiylǝ fırlanır. İslam qanlı, türk ruhlu bir millǝt dǝ hǝmǝsrlǝrini görüb dǝ tǝrǝqqi vǝ tǝala etmǝk haqqına, yoluna düşmǝyi qǝsd vǝ iradǝ etmǝzmi? İştǝ şu fikrin, şu niyyǝtin doğmasına bir gün olsa da imkan vermǝmǝk qǝsdiiblisanǝsiylǝ özümüz diplomatlar vasitǝsiylǝ biçarǝ millǝtimizin milli fǝaliyyǝtini, ictimai idarǝ istedadını, fitri qüvvǝt vǝ tǝvanını axırı heçistan mǝcralara çevirmǝklǝ başımıza fǝlakǝtlǝr yağdı, pǝk çox proqramlarımız ǝqim qaldı. İştǝ, bu qǝdǝr fǝlakǝtlǝri, müsibǝtlǝri yedik, türk ruhu bunlara sǝbr eylǝdi. Ümum islam alǝminǝ baxdıqda, biri digǝrindǝn müdhiş, ürǝk yandırıcı mǝnzǝrǝlǝr, ǝmri-vaqelǝr. İştǝ, şu halları görǝn, sızıldayan islam övladı birdǝn-birǝ bilaixtiyar: “İlahi, bu gedişlǝ islam dünyasında nǝlǝr daha vüqu bulacaq? İslamı şu bǝlalardan kim qurtaracaq? Dǝstǝ-dǝstǝ islamiyyanı ayırıb nǝrǝlǝrǝ aparırlar?” İştǝ, hǝr bir islam övladının ruhunu böylǝ suallar qarışdırır. Böylǝ acı, uzun sǝnǝlǝr milli ǝnǝnatımızı, bütün ruhumuzu ǝzib keçdilǝr. Hürriyyǝt dövrü yetişdi. Cümlǝ millǝtlǝr milli işlǝrini yoluna qoymağa, mǝsud olmağa qiyam etdilǝr. Bir az keçmǝdǝn bu dövrün nǝticǝsi – başımızın üstündǝ qara buludlar peyda oldu. Ox! Bu dövrdǝ heçaheç bir bǝhanǝ sǝrdiylǝ yenǝ biz al qanlara boyandıq. Hansı vǝhşǝtlǝr qaldı ki, islam, xüsusǝn türklüyǝ düşmǝn bir ruhda tǝrbiyǝ edilmiş daş ürǝkli daşnaqlar icra etmǝdilǝr? Əvǝt, biz, böylǝ xunalud hǝyat sǝhifǝlǝrini görüb dadan millǝtimiz, tǝhrir vǝ tǝsviri bir dürlü qabil olmayan bir neçǝ haqsızlığı, sitǝmi görǝn biz Azǝri türklǝri ancaq Allahın tövfiqi sayǝsindǝ vǝ millǝtimizin hǝmiyyǝti vǝ zuri-bazusuyla bu gün naili-mǝram olub istiqlaliyyǝti-vǝtǝn, o sevgili mǝhbubǝni dǝrağuş ediriz. Bu öylǝ bir nemǝtdir ki, millǝtlǝr böylǝ nemǝti-üzmaya nail olmaq üçün nǝlǝr fǝda etmǝmişlǝr! Ah, biz dǝ bu yolda pǝk çox qanlar qurban eylǝdik. Deyil Mart faciǝsi, biz Azǝri türklǝri Nikolay dövründǝ hǝm Petroqrad ministrlǝrinin vǝ bir çox rus bayquşlarının ulamasıyla, daha doğrusu istiqlaliyyǝt fikri hǝtta ürǝklǝrimizdǝ xütur etmǝmǝk naminǝ pünhan qan nǝhrlǝri Azǝrbaycan torpağını boyamışdı. Nikolay dövründǝ biz milli sǝadǝt naminǝ nǝ yapsaydıq, axırda murad etmǝdiyimiz heçaheç nǝticǝlǝr qarşısındaydıq. İştǝ, istiqlaliyyǝtsiz tǝrǝqqi vǝ tǝali etmǝk olmaz! Tǝrǝqqi etmǝnin vaxtı iştǝ bu gündür. Sǝadǝt qapılarının cümlǝsi üzümüzǝ açıqdır. Bu gün ixtiraatlarıyla mǝşhur millǝtlǝr hǝp istiqlaliyyǝt sayǝsindǝ böyük alimlǝr yetişdirib ağılları heyrǝtǝ salan makinalar icad etmişlǝr. Yaponlar hǝp istiqlaliyyǝt sayǝsindǝ bugünkü dǝrǝceyi-tǝrǝqqi vǝ tǝkamülǝ çatdılar. Halbuki türk övladı bunlardan vǝ bir çox millǝtlǝrdǝn daha müstǝid vǝ daha qabildir. Bir gün Fǝrabilǝr, Ömǝr Xǝyyamlar, Sǝdilǝr, İbn Rüşdlǝr vǝ bu zümrǝ hükǝma vǝ ǝazim yetişdirǝn islam alǝmi istibdad sǝbǝbinǝ öylǝ böyük ruhların nǝşvü-nümasına müsaid deyildi. Minlǝrcǝ şükür, bu gün istiqlaliyyǝt alǝmi ǝlǝlümum islam, ǝlǝlxüsus türk övladı vǝ biz Azǝrbaycan türklǝrinin xilqǝtindǝ mǝrkuz olunan mövhibeyi-ilahi olan o ali xislǝtlǝr, o mǝnǝvi qüdrǝt vǝ tǝvan, o istedadi-xariqüladǝ kamalıyla nǝşvü-nüma bulub vǝtǝnǝ ǝn böyük insanlar yetişdirib, dünyada sǝadǝt nǝ olduğunu bilǝcǝyiz! Ey sabiq dövrün mǝzlumları, mǝğdurları! İştǝ, ey islam bağçasının vaxtsız solan al güllǝri, Mart mǝzlumları! Mǝzarlarınızdan qalxınız. O yaralı bǝdǝn, o qanlı gözlǝrinizlǝ göylǝrdǝ tǝmǝvvüc edǝn, istiqlaliyyǝtimizi elan edǝr şu sevimli bayrağa nǝzǝr ediniz! Nǝzǝr ediniz dǝ, istiqlaliyyǝtimizin paydar olması üçün Cǝnabi-haqq dǝrgahına dualar ediniz. Ey sevgili mǝhbubǝ, sǝn bizim dǝrdimizin dǝrmanı, ruhumuzun qidasısan. Yaşa! Minlǝrcǝ yaşa! Yaşasın azad Azǝrbaycan!
[[Kateqoriya:"Azərbaycan" qəzeti]]
hrhno3vmdo94tylpecygth2ukhjgth4
96906
96905
2026-08-23T05:42:42Z
Araz Yaquboglu
734
[[Kateqoriya:1919-cu ilin məqalələri]] əlavə olundu [[VM:HC|HotCat]]
96906
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Milli bayram münasibətilə
| müəllif =
| keçidsiz müəllif = Ağababa Ağababazadə
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| mənbə = [https://www.ada.edu.az/file_upload/publications/azerbaijannewspaper/file8.pdf 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin tam külliyatı (20 cilddə). VIII. Bakı: ADA Universiteti. 2021. s. 432–34]
| əvvəlki =
| növbəti =
| il = 1919
| qeydlər = Azərbaycan qəzeti – 28 may 1919-cu il
}}
Oh! Şu köhnǝ dünyada nǝlǝr olmadı? Hǝyati-bǝşǝrin uzaq sǝhifǝlǝri deyil, şu yaxın zamanlarda axıb gǝlǝn bǝşǝriyyǝt sǝhnǝsindǝki vǝxamǝtli rolları tǝxǝyyül etdikdǝ, nǝzǝrimdǝ tǝcǝssüm etdi. Dedim a: uzaqları deyil, yaxın mazini, Nikolay dövrünü seyr edirǝm. Nǝzǝrimi şu sǝhneyi-alǝmin bir yanında istǝr-istǝmǝz siyasiyyat sǝhnǝsinǝ çǝkilǝn biz Azǝri türklǝrinin halına baxıram. Ah, nǝlǝr vaqe olur. Hökumǝt mǝmurlarının politikası sayǝsindǝ cavanlarımız bir-birinin qatili olur. İştǝ, nahaq qanlar, qǝlbi dağdar analar ya bacılar, gözü yaşlı mǝsum çocuqlar. Hǝbslǝr, mǝnfalar, ziyalılarımız istibdad yumruğu sayǝsindǝ ağızları tıxadılmış, millǝtimizin avam qismi başına nǝ gǝldiyindǝn bixǝbǝr, ǝcnǝbipǝrǝstlǝr iltifatlara nail, vǝtǝnpǝrǝstlǝrǝ hǝbslǝr, mǝnfalar tǝqdim olunur. Mǝktǝblǝrimizin ancaq adı “milli”, fǝqǝt ruhǝn başqalaşmış politikası çǝrxiylǝ fırlanır. İslam qanlı, türk ruhlu bir millǝt dǝ hǝmǝsrlǝrini görüb dǝ tǝrǝqqi vǝ tǝala etmǝk haqqına, yoluna düşmǝyi qǝsd vǝ iradǝ etmǝzmi? İştǝ şu fikrin, şu niyyǝtin doğmasına bir gün olsa da imkan vermǝmǝk qǝsdiiblisanǝsiylǝ özümüz diplomatlar vasitǝsiylǝ biçarǝ millǝtimizin milli fǝaliyyǝtini, ictimai idarǝ istedadını, fitri qüvvǝt vǝ tǝvanını axırı heçistan mǝcralara çevirmǝklǝ başımıza fǝlakǝtlǝr yağdı, pǝk çox proqramlarımız ǝqim qaldı. İştǝ, bu qǝdǝr fǝlakǝtlǝri, müsibǝtlǝri yedik, türk ruhu bunlara sǝbr eylǝdi. Ümum islam alǝminǝ baxdıqda, biri digǝrindǝn müdhiş, ürǝk yandırıcı mǝnzǝrǝlǝr, ǝmri-vaqelǝr. İştǝ, şu halları görǝn, sızıldayan islam övladı birdǝn-birǝ bilaixtiyar: “İlahi, bu gedişlǝ islam dünyasında nǝlǝr daha vüqu bulacaq? İslamı şu bǝlalardan kim qurtaracaq? Dǝstǝ-dǝstǝ islamiyyanı ayırıb nǝrǝlǝrǝ aparırlar?” İştǝ, hǝr bir islam övladının ruhunu böylǝ suallar qarışdırır. Böylǝ acı, uzun sǝnǝlǝr milli ǝnǝnatımızı, bütün ruhumuzu ǝzib keçdilǝr. Hürriyyǝt dövrü yetişdi. Cümlǝ millǝtlǝr milli işlǝrini yoluna qoymağa, mǝsud olmağa qiyam etdilǝr. Bir az keçmǝdǝn bu dövrün nǝticǝsi – başımızın üstündǝ qara buludlar peyda oldu. Ox! Bu dövrdǝ heçaheç bir bǝhanǝ sǝrdiylǝ yenǝ biz al qanlara boyandıq. Hansı vǝhşǝtlǝr qaldı ki, islam, xüsusǝn türklüyǝ düşmǝn bir ruhda tǝrbiyǝ edilmiş daş ürǝkli daşnaqlar icra etmǝdilǝr? Əvǝt, biz, böylǝ xunalud hǝyat sǝhifǝlǝrini görüb dadan millǝtimiz, tǝhrir vǝ tǝsviri bir dürlü qabil olmayan bir neçǝ haqsızlığı, sitǝmi görǝn biz Azǝri türklǝri ancaq Allahın tövfiqi sayǝsindǝ vǝ millǝtimizin hǝmiyyǝti vǝ zuri-bazusuyla bu gün naili-mǝram olub istiqlaliyyǝti-vǝtǝn, o sevgili mǝhbubǝni dǝrağuş ediriz. Bu öylǝ bir nemǝtdir ki, millǝtlǝr böylǝ nemǝti-üzmaya nail olmaq üçün nǝlǝr fǝda etmǝmişlǝr! Ah, biz dǝ bu yolda pǝk çox qanlar qurban eylǝdik. Deyil Mart faciǝsi, biz Azǝri türklǝri Nikolay dövründǝ hǝm Petroqrad ministrlǝrinin vǝ bir çox rus bayquşlarının ulamasıyla, daha doğrusu istiqlaliyyǝt fikri hǝtta ürǝklǝrimizdǝ xütur etmǝmǝk naminǝ pünhan qan nǝhrlǝri Azǝrbaycan torpağını boyamışdı. Nikolay dövründǝ biz milli sǝadǝt naminǝ nǝ yapsaydıq, axırda murad etmǝdiyimiz heçaheç nǝticǝlǝr qarşısındaydıq. İştǝ, istiqlaliyyǝtsiz tǝrǝqqi vǝ tǝali etmǝk olmaz! Tǝrǝqqi etmǝnin vaxtı iştǝ bu gündür. Sǝadǝt qapılarının cümlǝsi üzümüzǝ açıqdır. Bu gün ixtiraatlarıyla mǝşhur millǝtlǝr hǝp istiqlaliyyǝt sayǝsindǝ böyük alimlǝr yetişdirib ağılları heyrǝtǝ salan makinalar icad etmişlǝr. Yaponlar hǝp istiqlaliyyǝt sayǝsindǝ bugünkü dǝrǝceyi-tǝrǝqqi vǝ tǝkamülǝ çatdılar. Halbuki türk övladı bunlardan vǝ bir çox millǝtlǝrdǝn daha müstǝid vǝ daha qabildir. Bir gün Fǝrabilǝr, Ömǝr Xǝyyamlar, Sǝdilǝr, İbn Rüşdlǝr vǝ bu zümrǝ hükǝma vǝ ǝazim yetişdirǝn islam alǝmi istibdad sǝbǝbinǝ öylǝ böyük ruhların nǝşvü-nümasına müsaid deyildi. Minlǝrcǝ şükür, bu gün istiqlaliyyǝt alǝmi ǝlǝlümum islam, ǝlǝlxüsus türk övladı vǝ biz Azǝrbaycan türklǝrinin xilqǝtindǝ mǝrkuz olunan mövhibeyi-ilahi olan o ali xislǝtlǝr, o mǝnǝvi qüdrǝt vǝ tǝvan, o istedadi-xariqüladǝ kamalıyla nǝşvü-nüma bulub vǝtǝnǝ ǝn böyük insanlar yetişdirib, dünyada sǝadǝt nǝ olduğunu bilǝcǝyiz! Ey sabiq dövrün mǝzlumları, mǝğdurları! İştǝ, ey islam bağçasının vaxtsız solan al güllǝri, Mart mǝzlumları! Mǝzarlarınızdan qalxınız. O yaralı bǝdǝn, o qanlı gözlǝrinizlǝ göylǝrdǝ tǝmǝvvüc edǝn, istiqlaliyyǝtimizi elan edǝr şu sevimli bayrağa nǝzǝr ediniz! Nǝzǝr ediniz dǝ, istiqlaliyyǝtimizin paydar olması üçün Cǝnabi-haqq dǝrgahına dualar ediniz. Ey sevgili mǝhbubǝ, sǝn bizim dǝrdimizin dǝrmanı, ruhumuzun qidasısan. Yaşa! Minlǝrcǝ yaşa! Yaşasın azad Azǝrbaycan!
[[Kateqoriya:"Azərbaycan" qəzeti]]
[[Kateqoriya:1919-cu ilin məqalələri]]
77jdf4wgwp63ogpw3v2s5kq3delu2xb
Kateqoriya:1922-ci ildə incəsənət
14
33919
96892
2026-08-23T05:21:21Z
Araz Yaquboglu
734
Səhifə "[[Kateqoriya:1922|İncəsənət]] [[Kateqoriya:1920-ci illərdə incəsənət]] [[Kateqoriya:İllərinə görə XX əsrdə incəsənət]] [[Kateqoriya:İllərinə görə incəsənət]]" məzmunu ilə yaradıldı
96892
wikitext
text/x-wiki
[[Kateqoriya:1922|İncəsənət]]
[[Kateqoriya:1920-ci illərdə incəsənət]]
[[Kateqoriya:İllərinə görə XX əsrdə incəsənət]]
[[Kateqoriya:İllərinə görə incəsənət]]
4npi2ctul1z6trqp2fere11zbbyyz95
Kateqoriya:Səttar xan
14
33920
96894
2026-08-23T05:26:23Z
Araz Yaquboglu
734
Səhifə "[[Kateqoriya:İran siyasətçiləri]]" məzmunu ilə yaradıldı
96894
wikitext
text/x-wiki
[[Kateqoriya:İran siyasətçiləri]]
5vvde06hwd1ocjbv1f09g4h02lcep6g
Müəllif:Azərbaycan Respublikası
102
33921
96916
2026-08-23T05:48:07Z
Araz Yaquboglu
734
[[Portal:Azərbaycan]] səhifəsinə istiqamətləndirilir
96916
wikitext
text/x-wiki
#redirect[[Portal:Azərbaycan]]
nmxyz8lwuwmnaqvxw76cfi8o75o9a7j
Kateqoriya:Əhməd Ağaoğlu
14
33922
96923
2026-08-23T05:58:19Z
Araz Yaquboglu
734
Səhifə "{{catmore|Əhməd bəy Ağaoğlu}} [[Kateqoriya:Yazıçıların kateqoriyaları]]" məzmunu ilə yaradıldı
96923
wikitext
text/x-wiki
{{catmore|Əhməd bəy Ağaoğlu}}
[[Kateqoriya:Yazıçıların kateqoriyaları]]
j6ozaceml0x2yy6e9zh9tt02d0m745e
Əhməd bəy Ağaoğlu
0
33923
96924
2026-08-23T05:58:58Z
Araz Yaquboglu
734
[[Müəllif:Əhməd bəy Ağaoğlu]] səhifəsinə istiqamətləndirilir
96924
wikitext
text/x-wiki
#redirect[[Müəllif:Əhməd bəy Ağaoğlu]]
fdjndxtfmfqbcymxa21oijzahbfvatt
Kateqoriya:Azərbaycan təşkilatları
14
33924
96927
2026-08-23T06:01:40Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikianbar kateqoriyası|Organizations of Azerbaijan}} [[Kateqoriya:Azərbaycan|Təşkilatlar]] [[Kateqoriya:Ölkələrinə görə təşkilatlar]]" məzmunu ilə yaradıldı
96927
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|Organizations of Azerbaijan}}
[[Kateqoriya:Azərbaycan|Təşkilatlar]]
[[Kateqoriya:Ölkələrinə görə təşkilatlar]]
dshxepjtaokxvrgdxaxb9bfx09c4cti