Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.47.0-wmf.17 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi İstifadəçi müzakirəsi:M.Eşqin 3 33821 96937 96649 2026-08-26T05:18:51Z Araz Yaquboglu 734 /* Mükafat */ yeni bölmə 96937 wikitext text/x-wiki <div style="vertical-align:top; background-color:#e1eae9; padding:1em; margin:2px; border:3px solid #608ab5"><center>'''[[Şəkil:Crystal_ksmiletris.png|29px]]<big>Xoş gəlmisiniz, {{PAGENAME}}!</big>'''</center> Salam, {{PAGENAME}}, '''Wikisource''' virtual-kütləvi kitabxanalarının Azərbaycan dilindəki versiyası — '''[[Vikimənbə]]'''yə '''xoş gəlmisiniz'''! Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur: * Yeni əsər əlavə etmək üçün tərəddüd etmə, '''[[Vikimənbə:Cəsur ol!|cəsur ol,]]''' Vikimənbə hər kəs üçün azad məkandır. * Vikimənbənin yazı üslubu sadədir. Bura ədəbiyyat nümunələri (şeir, roman, hekayə və s.), tarixi, hüquqi və s. sənədlərin mətnləri yerləşdirilə bilər. * Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun. * Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini '''redaktə''' edərək suallarınızı əlavə edin. * Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (əsərlər, kateqoriyalar, şablonlar v.s.) '''imzanızı və adınızı yazmayın.''' Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna '''<nowiki>~~~~</nowiki>''' (4 tilda) işarəsini əlavə edərək və ya [[Şəkil:Signature button.png]] imzanızı atmağı unutmayın. *Yaratmaq istədiyiniz əsərin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın. <inputbox> type=create width=45 break=no </inputbox> ---------------------------------------------------------------------------------------------- [[Şəkil:Nuvola apps important yellow.svg|60px|left]]'''Lütfən özünüz haqqında səhifə yaratmayın. Bu cür informasiyanı [[İstifadəçi:{{PAGENAME}}|öz istifadəçi səhifənizdə]] verə bilərsiniz.'''-- [[İstifadəçi:Doniyor Yóldoshev|Doniyor Yóldoshev]] ([[İstifadəçi müzakirəsi:Doniyor Yóldoshev|müzakirə]]) 07:52, 15 avqust 2026 (UTC) == Mükafat == {{Ulduz1|mövzu= Son günlər Vikimənbədəki aktiv fəaliyyətinizə görə.}} [[İstifadəçi:Araz Yaquboglu|Araz Yaquboglu]] ([[İstifadəçi müzakirəsi:Araz Yaquboglu|müzakirə]]) 05:18, 26 avqust 2026 (UTC) nyruudlo8m79mvxpu64it6ouoqr2dts 96938 96937 2026-08-26T05:20:24Z Araz Yaquboglu 734 96938 wikitext text/x-wiki <div style="vertical-align:top; background-color:#e1eae9; padding:1em; margin:2px; border:3px solid #608ab5"><center>'''[[Şəkil:Crystal_ksmiletris.png|29px]]<big>Xoş gəlmisiniz, {{PAGENAME}}!</big>'''</center> Salam, {{PAGENAME}}, '''Wikisource''' virtual-kütləvi kitabxanalarının Azərbaycan dilindəki versiyası — '''[[Vikimənbə]]'''yə '''xoş gəlmisiniz'''! Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur: * Yeni əsər əlavə etmək üçün tərəddüd etmə, '''[[Vikimənbə:Cəsur ol!|cəsur ol,]]''' Vikimənbə hər kəs üçün azad məkandır. * Vikimənbənin yazı üslubu sadədir. Bura ədəbiyyat nümunələri (şeir, roman, hekayə və s.), tarixi, hüquqi və s. sənədlərin mətnləri yerləşdirilə bilər. * Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun. * Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini '''redaktə''' edərək suallarınızı əlavə edin. * Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (əsərlər, kateqoriyalar, şablonlar v.s.) '''imzanızı və adınızı yazmayın.''' Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna '''<nowiki>~~~~</nowiki>''' (4 tilda) işarəsini əlavə edərək və ya [[Şəkil:Signature button.png]] imzanızı atmağı unutmayın. *Yaratmaq istədiyiniz əsərin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın. <inputbox> type=create width=45 break=no </inputbox> ---------------------------------------------------------------------------------------------- [[Şəkil:Nuvola apps important yellow.svg|60px|left]]'''Lütfən özünüz haqqında səhifə yaratmayın. Bu cür informasiyanı [[İstifadəçi:{{PAGENAME}}|öz istifadəçi səhifənizdə]] verə bilərsiniz.'''-- [[İstifadəçi:Doniyor Yóldoshev|Doniyor Yóldoshev]] ([[İstifadəçi müzakirəsi:Doniyor Yóldoshev|müzakirə]]) 07:52, 15 avqust 2026 (UTC) == Mükafat == {{Ulduz1|Son günlər Vikimənbədəki aktiv fəaliyyətinizə görə. [[İstifadəçi:Araz Yaquboglu|Araz Yaquboglu]] ([[İstifadəçi müzakirəsi:Araz Yaquboglu|müzakirə]]) 05:18, 26 avqust 2026 (UTC)}} dxnxdpj9btmkukmodzzrzyd4yhctf55 İstiqbal təranəsi 0 33927 96932 2026-08-25T17:35:42Z M.Eşqin 12535 Səhifə "{{Başlıq | başlıq = İstiqbal təranəsi | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1944-cü il, 5 oktyabr | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 133..." məzmunu ilə yaradıldı 96932 wikitext text/x-wiki {{Başlıq | başlıq = İstiqbal təranəsi | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1944-cü il, 5 oktyabr | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 133-135 | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem> Günəşlər, aylar, ulduzlar vüqar ilə dolaşdıqca, Müzəffər ordumuz hər gün dənizlər, dağlar aşdıqca, Yerin qəlbində tufanlar, təlatümlər qopub çağlar, Səadət al geyindikcə, fəlakət yas tutub ağlar... Müqəddəs intiqam eşqi qılınc çəkmiş üfüqlərdən, Xəyalım tək uçur göydə şəfəqli, nurlu bir yelkən... O, şimşəkdən qanad taxmış süzür göylərdə sürətlə, O insandır, o insandır, ucalmış ərşə qüdrətlə. O, insandır ki hər haqqı, nəsibi qəhrəmanlıqdır, Hünərsiz millətin yurdu günəşsiz bir qaranlıqdır! Hünərdir ömrə ilk zinət, onun hüsnündə məna var, Qılınclar, nizələr haqdan, hünərdən şövq alıb parlar! Hünər insanla bir yerdə, bir anda qandan olmuşdur; O ən parlaq əməllərdən, ümidlərdən doğulmuşdur. Hünərsiz bir nəfəs sönmüş, kül olmuş aşiyandır, bil! Hünərsiz günlər ulduztək batar bir-bir, sönər bir-bir. Hünərlə hər zaman, hər an həqiqət nuru yanmışdır, Bütün zəncirlərin hökmü hünərlə parçalanmışdır! Hünər dünyası azaddır — fəzalardan aşır qartal. Fələklər hökm edir guya: o ülviyyətdən ilham al! Atıl ümmana eşq ilə, qanad çal, dalğalardan keç, Öz eşqin, haqqın uğrunda səadətdən, bahardan keç! Səfasız bir xəyalatdır hünərsiz bir həqiqət də, Hünərsizlik itaətsə, rəzalətdir itaət də!.. Zamanın şanlı övladı qılınc taxmış bu imanla, Axar çaylar, yaşıl düzlər boyanmışdır qızıl qanla. Dumanlar, tüstülər qopmuş tüfənglər, toplar ağzından; Həyat eşqilə odlardan, alovlardan keçir insan! Mənim yurdum da səf çəkmiş, qoşun tökmüş vüqar ilə, Bu Odlar Yurdu sirdaşdır əzəldən ilk bahar ilə. Alaylar cərgələnmişdir, uçur təyyarələr, tanklar; Əsir çovğun, qopur tufan, yerin qəlbində yanğın var! Zamanın qəlbi dargındır, ömürdəndir keçən hər an, Yanır gözlərdə min şimşək çatılmış qaşlar altından! Uçub səyyar xəyalımla uzaqlaşdım bu aləmdən, Zamanlar adlayıb keçdim, bir istiqbala vardım mən. Bir istiqbal ki, qoynunda gül açmışdır bütün aləm, Onun ulduzlu hüsnündə, Müzəffər, şanlı köksündə Nə bir qəm var, nə bir matəm! Şəhidlər qəbri üstündə o istiqbal qurulmuşdur, Bulanlıq çaylar, ümmanlar, tamam yer, göy durulmuşdur. Könüllər mülkü ney tutmuş, xuramandır bütün dünya... Əməl, arzu, xəyal, sevda Ötür bir sazda, bir simdə, bir ahəng, bir səadətla, Ötür hər qəlbə, vicdana, hər eşqə, hüsnə hörmətlə. Gülür torpaq, gülür insan, O çıxmış yas libasından. Səma şəffaf, Çiçəklər saf, Yerin qəlbində toy-bayram! Gülür sənət, Gülür ilham! Günəş tək nurə qərq olmuş bütün xilqət! Çırağbandır tamam yer, göy; nə zəncir var, nə bir zindan, Bütün insanlıq al geymiş, keçir ömrün baharından. Qılınclar, nizələr, oxlar, ağır toplar pas atmışdır, Kamalın hüsni-eşqilə bəşər cənnət yaratmışdır. Xəyal səyyar pərilərtək süzür göylərdə ülfətlə, Çiçəklər, quşlar, insanlar dil açmış bir məhəbbətlə. Qovuşmuş ayrı ümmanlar... Nə qürbət var, nə həsrət var, Bir eşqin şanlı hüsnilə gəlir dünyaya insanlar... Kamal hakim... Söz azaddır... Xəyal səyyar... Ürək şaddır... Bütün dünya Deyir guya: Bu qardaşlıq şüarımdır! Təbiətdə, Həqiqətdə Nə məna varsa əvvəldən... O sevdadan yarandım mən – Gözəllik ilk baharımdır! Xəyaldır bəlkə bunlar ah!.. Qoy olsun, daş deyil insan. Xəyal idrakla bir yerdə gəlib keçmiş zamanlardan... Xəyalsız fikrin övladı səfildir, daima acdır, Həqiqət bir günəşdirsə, xəyalla eşqə möhtacdır! Qanadsız bir böcək uçmaz, sürünmək qurda adətdir. Kamal səyyar doğulmuşdur, xəyal sevdası nemətdir... Xəyalın hüsnü heç solmaz... Bu sənət daima vardır – Zamanı fəth edən ərlər yenilməz qəhrəmanlardır... Alovlardan yol açdıqca sən öz nizənlə, süngünlə, Yaşar fikrin, gülər eşqin sabahkı şanlı bir günlə. Çırağbandır tamam yer, göy; nə zəncir var, nə bir zindan, Bütün insanlıq al geymiş, keçir ömrün baharından... Səma şəffaf, Çiçəklər saf. Yerin qəlbində toy-bayram, Gülür sənət, Gülür ilham! Günəştək nurə qərq olmuş bütün xilqət! </poem> [[Kateqoriya:1944-cü ilin şeirləri]] 8psm8xg6u7sk6lvxp3morj8eyuijhhx Şair, nə tez qocaldın sən?! 0 33928 96933 2026-08-25T17:55:10Z M.Eşqin 12535 Səhifə "{{Başlıq | başlıq = Şair, nə tez qocaldın sən?! | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1944-cü il, 10 noyabr | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005..." məzmunu ilə yaradıldı 96933 wikitext text/x-wiki {{Başlıq | başlıq = Şair, nə tez qocaldın sən?! | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1944-cü il, 10 noyabr | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 136-137 | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem> Bülbül olub düşdüm bağa, Nalə çəkdim sola, sağa. Səsim düşdü min budağa, Susdu çəmən... dindi gülşən: - Şair, nə tez qocaldın sən?! Könül verdim min axşama, Pərvanə tək yandım şama... Gözündən yaş dama-dama Şam da dilə gəldi birdən: - Şair, nə tez qocaldın sən?! Məclislərə düşdü yolum, Gənclik oldu sağım, solum. Dedim yatıb rahat olum... Sual qopdu hər ürəkdən: - Şair, nə tez qocaldın sən?! Tüfəng alıb çıxdım ova, Doğdu günəş, güldü hava, Ceyranları qova-qova, Cavab gəldi güllələrdən, - Şair, nə tez qocaldın sən?! Kəndə getdim... Bir ağbirçək Qucaqladı məni görcək. O ağladı bir ana tək... Dedi: - Kaş ki, öləydim mən, Şair, nə tez qocaldın sən?! Qəribədir: üzü arsız, Şaxta qəlbi ilk baharsız... Eşqi, sözü etibarsız "Dostlarım" da deyir bəzən: - Şair, nə tez qocaldın sən?! Viran könlüm varaq-varaq... Əsdi xəzan, düşdü yarpaq. Ana vətən, ana torpaq Bir ah çəkdi sinəsindən: – Şair, nə tez qocaldın sən?! Polad sinəm, döz bu dərdə, Günəş batmaz ilk səhərdə... İnsan donlu iblislər də Baxıb mənə deyir qəsdən: – Şair, nə tez qocaldın sən?! Qartal olub qanad açdım, Zamanları keçib aşdım, İnsanlardan uzaqlaşdım, Səda gəldi yerlə göydən: – Şair, nə tez qocaldın sən?! </poem> [[Kateqoriya:1944-cü ilin şeirləri]] jcvbje83zcc71lqk0hb94vhoct1g73b Təzə il sovqatı 0 33929 96934 2026-08-25T18:08:43Z M.Eşqin 12535 Səhifə "{{Başlıq | başlıq = Təzə il sovqatı | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1944-cü il, 28 dekabr | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 138..." məzmunu ilə yaradıldı 96934 wikitext text/x-wiki {{Başlıq | başlıq = Təzə il sovqatı | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1944-cü il, 28 dekabr | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 138–139 | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem> Bu gün daha bəxtiyardır sinəmdə ürək, O, "yaz!" deyir, "yarat!" deyir mənə müttəsil. Başdan-başa silahlanmış bir qəhrəman tək, Yurdumuza ayaq basır qırx beşinci il... Bu təzə il şərəfinə məclis qurulur, Yenə sənət piyaləmi doldururam mən... Gecə keçir... Günəş doğur... Zülmət durulur... İlk baharın müjdələri keçir qəlbimdən. Ayrılıram bir anlığa düşüncələrdən, Unuduram bu məclisi, bu səadəti. Çünki gəlir gözlərimin önünə birdən Bir dostumun səhər üzlü insan surəti. Gözəl dostum! Mən evdəyəm, sənsə uzaqda... Bəlkə bu dəm şinelinə səpələnir qar. Mənim təbim dil açdıqca isti otaqda, Səni bir dağ ətəyində döyür boranlar... Yox! Bəlkə də bir torpaqlı daxmacıqda sən Bir kitabça varaqlayıb məni anırsan? De, bəlkə də ürək yanır öz nəfəsindən, Sevgilini yada salıb alovlanırsan? Uzaqdasan... Görməyirəm... Bəlkə də bu an Qar üstündə sürünürsən bizdən aralı. Sən uğursuz bir güllənin ağrılarından Zarıyırsan pələng kimi, sinən yaralı. De, bəlkə də od içində bu gecə yarı, Söndürürsən yandırılmış bir xanimanı. Ya da, dostum, o yanğının tünd alovları İşıqladır qara geymiş bir asimani. De, bəlkə də qabağında bir dəstə yağı Boyun büküb əsir gəlir... Sənsə vüqarla Anıb yenə ana yurdu, ana torpağı, Yerə-göyə sığmayırsan min iftixarla!.. Uzaqdasan... Görməyirəm surətini ah!.. Qış vaxtıdır... Gödəlmişdir hicran günləri... Budur... budur, pəncərədən boylanır sabah... Surətinə yazılmışdır insan hünəri. Bu təzə il məclisinə göz açır səhər, Al günəşin ilk şəfəqi yayılır dağa. Bu vaxt sənin sağlığına dinir qədəhlər, Bütün məclis ehtiramla qalxır ayağa... Mənsə şerə nəqş edirəm bu diləyimi: Ötərgidir şərablardan qopan ehtiras... Sənsə məni qardaş kimi öz bağrına bas! Sənə sovqat göndərirəm öz ürəyimi. </poem> [[Kateqoriya:1944-cü ilin şeirləri]] dwctj36wsh2dx6r91eko75f0vbkolsw Qəhrəmanın ölümü 0 33930 96935 2026-08-25T18:17:44Z M.Eşqin 12535 Səhifə "{{Başlıq | başlıq = Qəhrəmanın ölümü | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1945-ci il, 2 fevral | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 140..." məzmunu ilə yaradıldı 96935 wikitext text/x-wiki {{Başlıq | başlıq = Qəhrəmanın ölümü | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1945-ci il, 2 fevral | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 140 | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem> Bütün Bakı fikirdədir, göy sükutda, dəniz lal... Nə meh əsir, nə titrəyir ağacların yarpağı. Hər ürəkdə bir döyüntü, hər baxışda bir sual... Bu gün çatmış qaşlarını Azərbaycan torpağı. Vətən oğlu! – Bu iki söz dodaqlarda yandıqca, Hər ürəyin telləri də qəmli-qəmli saz tutur. Vətən mülkü öz oğlunu ana kimi andıqca Ağır dağlar fikrə gedib, öz qəlbində yas tutur. Cəbhədəsə, bizdən uzaq, Həzi! – deyən hər əsgər O tabutun qarşısında diz çökərək and içir. Tanklar uçur, ordu keçir, darılmışdır üfüqlər, İntiqamın yanan qəlbi şaxta udur, qar içir. İllər keçir... Yaşa dolur süd ağızlı körpələr, Nəsil-nəsil ürəklərdə yuva salır qəhrəman. Şəfəq saçır türbəsinə min səadət, min səhər, Bu əməllə, bu eşq ilə o keçdi öz canından. Rəssam alıb fırçasını xəyallara qərq olur, Bahar kimi şəfəqlənir qəhrəmanın surəti. Könüllərdə söhbət olub neçə məclis qurulur, Alqış deyir mərd oğula şerin, sözün qüdrəti. Qərinələr arxasından Cavanşir də, Babək də Qılınc ilə salam verir bu müqəddəs türbəyə. Göydə günəş şölə saçır, nəğmə tutur külək də Yerdə insan nəfəs alır, qəhrəmana eşq! – deyə. </poem> [[Kateqoriya:1945-ci ilin şeirləri]] 8go3sln4sgswrfwnkpmpz10a89c4uae Ah, paxıllar! 0 33931 96936 2026-08-25T18:27:10Z M.Eşqin 12535 Səhifə "{{Başlıq | başlıq = Ah, paxıllar! | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1945-ci il, 24 fevral | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 141 | viki..." məzmunu ilə yaradıldı 96936 wikitext text/x-wiki {{Başlıq | başlıq = Ah, paxıllar! | müəllif = Səməd Vurğun | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1945-ci il, 24 fevral | qeydlər = | mənbə = Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 141 | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} <poem> Biri gedir, biri gəlir paxılların bu dünyada, Bir iblisdir ilan başlı, balıq qanlı bu insanlar. Bir şairin yalnız ömrü tor içində gedir bada... Nə yazıq ki, bu sirrimi nə anlayan, nə duyan var. Haqqım varmı dövranımdan, vətənimdən inciməyə? "Xeyr! Xeyr!" – bu səs gəlir gecə-gündüz ürəyimdən. Mən öz kasıb sənətimi başlamışam "ellər" – deyə Bu ilhamla, bu imanla öləcəyəm cahanda mən. Fəqət, durur gözlərimin qarşısında bu iblislər, Ürəyimdə külək əsir, yarpaq düşür, çiçək solur... Gecəm keçir xəyal ilə, sual verir mənə səhər! – Hansı şair, hansı qələm öz vaxtında xoşbəxt olur?.. </poem> [[Kateqoriya:1945-ci ilin şeirləri]] 4x2wrx9gb41vclyl1ii0m0giob4iset Kateqoriya:1945-ci ilin şeirləri 14 33932 96939 2026-08-26T05:23:06Z Araz Yaquboglu 734 Səhifə "[[Kateqoriya:İllərinə görə şeirlər]] [[Kateqoriya:1940-cı illərin şeirləri]] [[Kateqoriya:1945-ci ilin əsərləri|Şeirlər]] [[Kateqoriya:1945-ci ildə ədəbiyyat|Şeirlər]]" məzmunu ilə yaradıldı 96939 wikitext text/x-wiki [[Kateqoriya:İllərinə görə şeirlər]] [[Kateqoriya:1940-cı illərin şeirləri]] [[Kateqoriya:1945-ci ilin əsərləri|Şeirlər]] [[Kateqoriya:1945-ci ildə ədəbiyyat|Şeirlər]] hob1xrjct6gyksfivx0l6vstdm134ys Kateqoriya:Qərbi Azərbaycan İcması 14 33933 96940 2026-08-26T05:25:19Z Araz Yaquboglu 734 Səhifə "[[Kateqoriya:Qərbi Azərbaycan]] [[Kateqoriya:Azərbaycanda postmüharibə dövrü]]" məzmunu ilə yaradıldı 96940 wikitext text/x-wiki [[Kateqoriya:Qərbi Azərbaycan]] [[Kateqoriya:Azərbaycanda postmüharibə dövrü]] qlnjzr91o6gde2kipzvdgr6k4i08zz7