Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.47.0-wmf.17
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Hamısın tapa bilirəm, birin tapa bilmirəm
0
10750
96963
39435
2026-08-30T04:40:46Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Şeirlər]] silindi; [[Kateqoriya:Əsərlər]] əlavə olundu [[VM:HC|HotCat]]
96963
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Hamısını tapa bilirəm, birin tapa bilmirəm
| müəllif = Mirzə Ələkbər Sabir
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>Bir belə məsel vardır ki, “doğru danışanın papağının qulağı yırtıq olur”. Mən bu barədə çox fikirləşmişəm ki, əcəba, doğru danışanın papağının qulağı niyə gərək yırtıq olsun? Fikirləşirəm, fikirləşirəm… axırda yəqin edirəm ki, hələ gərək belə də olsun.
Məsələn, götürək ki, Məhəmməd Cəfər ağa vəfat edir, bir qədər pulu, mülki, malı və neçə nəfər uşaqları da qalır.
Təşbihən, hacı Molla Feyzi əmi, bu imanın Allah kamil eləmiş kişi, hər növ olur isə uşaqlara qəyyum olub və hər ixtiyarı da yədi-təsərrüfünə keçirir. Söz gəlişi, uşaqların anasına naməhrəm olmasın deyə, nigah da oxudur. Bəli, müsəlman olan adam gərək belə də olsun… Və səğirlərində pulundan çox xərc olmamaqdan ötrü nökərləri-zadları da azad edir. Ancaq uşaqlar nökərlərin xidmətlərin dəröhdə edə bilirlər, eləməselər də yaramaz; çünki Hacı əmi şapalaqlayır. Qaldı ki, mülk, mal və pul - onları da icarəyə və muamiləyə verib işlədir.
Bəli, vəqt o vəqt olur ki, uşaqlar böyüyürlər, indi gərək Hacı əmi uşaqlara hesab versin.
Hesab isə barmaq hesabından başlanır, yanında yatır, palçığa batır, elə qabil bir şey qalmayır ki, Hacı əmi uşaqlara versin. Burasını istəyirəm ərəbcə deyim ki, başa düşən olmasın: deməli ki, Haci əmi “bəllətü” edib “həzmi-rabə”dən oturmuş olur.
Hə, imdi deyəcəksən ki, bu sözlərinin yuxarıda dediyin misal ilə nə münasibəti var?
Yox, əzizim, bir dayan, qoy sözümü ayağa kim deyim, gör münasibəti var, yainki yoxdur.
Vəqt ki, iş bu məqamə yetişir, cəmaət arasında bu söz danışılır, məsələn, bir qəzetə müxbiri də bu sözləri eşidir, götürüb qazeteyə yazdırır.
Hərçənd Hacı əmi oylə israfçı adam deyil ki, ildə beş-on manat verib bir qəzeteyə abunə olsun və yainki gündə bir şahı verib bir nömrə alıb oxusun. Ancaq qonşudan alıb oxuduğu müftə qəzetedə nagah görür ki, bu əhvalat yazılıb, hələ olan kişinin acığı tutub, iki əlli bir qapaz müxbirin başına oylə ilişdirir ki, yazığın papağının nədir ki, öz qulağı yırtıq olur. Odur ki, deyirəm, hələ belə də gərək olsun…
Amma burada yenə bir az fikirləşirəm; fikirləşirəm ki, Hacı əmi müxbirin başına qapazı neçün ilişdirdi?
Tapıram ki, Hacı əminin elədiyi əməlin yazdığına görə…
Fikirləşirəm ki, müxbir bu sözlərin yalandan yazıb imiş, yoxsa doğurdan?
Tapıram ki, doğurdan yazıb imiş.
Fikirləşirəm ki, bu əməl yaxşı əməl [deyil] imiş, hətta hacı əminin xuşkə möminliyinə də yaraşan əməl deyil imiş.
Fikirləşirəm ki, pəs Hacı əmi qapazı öz başına ilişdirməyib müxbirin başına neçün ilişdirdi və halonki bu əməli işləyən hacı əmi özü imiş, müxbirin təqsiri nə imiş? Əcəba, buralarını hərçi fikirləşirəm, tapa bilmirəm ki, tapa bilməyəcəyəm. Deyirəm, görəsən diqqət edim, bunu tapa biləcəyəmmi?
Tapa bilsəm də Hacı əmini başa sala biləcəyəmmi? Amma, heyhat!.. Indi hər kəs bunu tapa bilsə və Hacı əmini də başa sala bilsə, buyursun, bu iş mənim işim deyil!..</poem>
[[Kateqoriya:Əsərlər]]
e0cer8digpd97rb4k9dwocumn2idxws
Müəllif:Əhməd bəy Ağaoğlu
102
12345
96964
94807
2026-08-30T08:10:02Z
Yousiphh
6397
/* Bədii-fəlsəfi əsərləri */
96964
wikitext
text/x-wiki
{{Müəllif
|ad = Əhməd bəy Ağaoğlu
|soyad =
|baş hərf = Ə
|doğum ili = 1869
|vəfat ili = 1939
|qeydlər = Azərbaycan ədibi, filosof və ictimai xadim, jurnalist, pedaqoq və yazıçı. XX əsr Azərbaycan-türk ictimai fikrinin ən tanınmış nümayəndələrindən biri.
|şəkil = Ahmet Agaoglu.jpg
|şəkil başlığı = Əhməd bəy Ağaoğlu
|vikipediya_keçidi = Əhməd bəy Ağaoğlu
|vikisitat_keçidi = Əhməd bəy Ağaoğlu
|commons_keçidi =
}}
==Bədii-fəlsəfi və elmi əsərləri==
* [[Sərbəst insanlar ölkəsində]]
* [[İran və inqilabı]]
==Məqalələri==
* [[Şiə dinində məzdəki inancları]] (1892)
* [[Şərqşünasların konqresində]] (1892)
* [[Türklərə məzalim]] (1911)
== Xarici keçidlər ==
* {{cite book |url=http://elibrary.bsu.az/books_460/N_223.pdf |archiveurl=https://web.archive.org/web/20171008161923/http://elibrary.bsu.az/books_460/N_223.pdf |archivedate=2017-10-08 |title=İran və inqilabı |author=Əhməd Ağaoğlu |date=2009 |publisher="Azərnəşr" |accessdate=2017-10-08 |language=az |location=Bakı |isbn=}}
[[Kateqoriya:Müəlliflər-Ə]]
[[Kateqoriya:1869-cu ildə doğulanlar]]
[[Kateqoriya:1939-cu ildə vəfat edənlər]]
[[Kateqoriya:Azərbaycan publisistləri]]
[[Kateqoriya:Azərbaycanlı publisistlər]]
[[Kateqoriya:Azərbaycan yazıçıları]]
[[Kateqoriya:Azərbaycanlı yazıçılar]]
[[Kateqoriya:Azərbaycan jurnalistləri]]
[[Kateqoriya:Azərbaycan tərcüməçiləri]]
[[Kateqoriya:Azərbaycan siyasətçiləri]]
a0dcazmy9l3ifoffianawp3ls0xo4ex
Kateqoriya:1945-ci ilin əsərləri
14
33947
96962
2026-08-30T04:37:09Z
Araz Yaquboglu
734
Səhifə "{{Vikianbar kateqoriyası|1945 works}} [[Kateqoriya:1945-ci ildə yarananlar|Əsərlər]] [[Kateqoriya:İllərinə görə əsərlər|1945]] [[Kateqoriya:1940-cı illərin əsərləri|1945]] [[Kateqoriya:İllərinə görə XX əsrin əsərləri]]" məzmunu ilə yaradıldı
96962
wikitext
text/x-wiki
{{Vikianbar kateqoriyası|1945 works}}
[[Kateqoriya:1945-ci ildə yarananlar|Əsərlər]]
[[Kateqoriya:İllərinə görə əsərlər|1945]]
[[Kateqoriya:1940-cı illərin əsərləri|1945]]
[[Kateqoriya:İllərinə görə XX əsrin əsərləri]]
gz5wclra8le50ibzgz2e49edufkkvkp