Vikimənbə
azwikisource
https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99
MediaWiki 1.47.0-wmf.17
first-letter
Media
Xüsusi
Müzakirə
İstifadəçi
İstifadəçi müzakirəsi
Vikimənbə
Vikimənbə müzakirəsi
Fayl
Fayl müzakirəsi
MediaViki
MediaViki müzakirəsi
Şablon
Şablon müzakirəsi
Kömək
Kömək müzakirəsi
Kateqoriya
Kateqoriya müzakirəsi
Portal
Portal müzakirəsi
Müəllif
Müəllif müzakirəsi
Səhifə
Səhifə müzakirəsi
İndeks
İndeks müzakirəsi
TimedText
TimedText talk
Modul
Modul müzakirəsi
Tədbir
Tədbir müzakirəsi
Kateqoriya:1935-ci ilin şeirləri
14
26802
96969
72790
2026-09-01T05:01:40Z
Araz Yaquboglu
734
96969
wikitext
text/x-wiki
[[Kateqoriya:İllərinə görə şeirlər]]
[[Kateqoriya:1930-cu illərin şeirləri]]
[[Kateqoriya:1935-ci ilin əsərləri|Şeirlər]]
[[Kateqoriya:1935-ci ildə ədəbiyyat|Şeirlər]]
dhnsdfsbp6twmet8chvbq22km6nzhlv
Leyla (Səməd Vurğun)
0
33774
96967
96581
2026-09-01T04:58:47Z
Araz Yaquboglu
734
[[Kateqoriya:Şeirlər]] silindi; [[Kateqoriya:1935-ci ilin şeirləri]] əlavə olundu [[VM:HC|HotCat]]
96967
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Leyla
| müəllif = Səməd Vurğun
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
| mənbə = {{cite web |url= https://anl.az/el/s/mes_h1.pdf |title= Seçilmiş əsərləri. Beş cilddə. I cild. |author= Səməd Vurğun |publication-place= Bakı |publisher= Şərq-Qərb |date= 2005 |page= 207|isbn= 9952-418-44-X |accessdate=2026-08-15 |language= az }}
}}
<poem>
I
Bu ad şairlərə çoxdan tanışdır,
Bu adla çoxları tutulmuş dərdə...
Bəlkə deyiləcək söz qalmamışdır?
Doğdu Leylasını bizim günlər də...
Füzuli çataraq sıx qaşlarını,
Leylinin eşqinə saldı Məcnunu.
Axıtdı həsrətlə göz yaşlarını,
Bizə xəbər verir tarixlər bunu.
Sevişən iki qəlb, duyan iki qəlb
Döyünüb çırpındı daş qəfəslərdə...
Aşiqin dərdinə "eşq oldu səbəb",
Asıldı ortadan qara bir pərdə.
Məcnunun bəxtiyar və gənc yaşında
Axır qərargahi oldu biyaban.
Quşlar yuva saldı onun başında,
Leylinin gözündə bulandı ümman.
Sanma əfsanədir bu qəmli dastan!
Bunda günəş kimi bir həqiqət var...
Bunda məhəbbətlə ölən bir insan,
Bir könül, bir xəyal, bir də sənət var.
II
Kamal soyundurdu Leylanı çılpaq,
Çıxardı sahilə, ay işığına;
Baxdı dönə-dönə, həzzlər alaraq,
Açıq bir bədənin yaraşığına.
Yazıq ki, Leylanı tutan sətəlcəm
Qızcığın qanına işlədi birdən.
Həyatı tərk etdi o taleyi kəm,
Şair "ilham" aldı bu faciədən...
Baharın fəslində soldu bir çiçək,
Gözəl bir insanın boş qaldı yeri.
"Odalar ağladı inildəyərək"...
Matəm qaytarmamış öləni geri!
Nə mən Məcnun kimi çöllərdəyə, bil,
Nə sən Leyli kimi hicran xəstəsi...
Bizim qismətimiz göz yaşı deyil,
Bizimdir yaşamaq, gülmək həvəsi.
Sən göylər yolçusu bir azad quşsan,
Aylı gecələrdə görürəm səni.
Zöhrə ulduzuna məftun olmuşsan, -
Sürürsən üstünə öz təyyarəni!
Bəzən bu səfərdə ağır dumanlar,
Gəlib quldur kimi kəsir yolunu,
Sənin qüdrətinə inanmayanlar
Tutur xəyalında qız olduğunu...
Bəzən də boşluğa rast gəlir yolun,
Narın bir sarılıq çökür rənginə,
Azacıq qüvvədən düşsə də qolun
Cəsarət yaşadır həyatı yenə!
Gəlir xəyalına: "Anam hardadır?"
Deyen bir körpənin dodaq büzməsi...
Anan yerdə deyil, buludlardadır,
Ona yetişməyir insanin səsi.
Sən ağ dumanları yarıb biçəndə
Sevinir elin də gülür oban da;
Sən bizim dağların üstdən keçəndə
Dalır düşüncəyə çöldə çoban da.
Şöhrətin dolaşır meyli, məzəli
Elin xoş dilində, xoş avazında,
Bir gəl tanış olaq, ellər gözəli!
Aşıqlar adını çalır sazında...
Mən demədim sənə: "Ay ağzı püstə!"
Havadır oylağın, yerdir vətənin.
Dumanlar içindən, əli göz üstə
Qoca Şərq boylanır dalınca sənin...
</poem>
[[Kateqoriya:1935-ci ilin şeirləri]]
idmcn4o5au123nhqfsecozzz2auhuv8
96968
96967
2026-09-01T04:59:56Z
Araz Yaquboglu
734
[[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]]
96968
wikitext
text/x-wiki
{{Başlıq
| başlıq = Leyla
| müəllif = Səməd Vurğun
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 1935
| vikipediya_keçidi = Leyla (şeir)
| qeydlər =
| mənbə = {{cite web |url= https://anl.az/el/s/mes_h1.pdf |title= Seçilmiş əsərləri. Beş cilddə. I cild. |author= Səməd Vurğun |publication-place= Bakı |publisher= Şərq-Qərb |date= 2005 |page= 207|isbn= 9952-418-44-X |accessdate=2026-08-15 |language= az }}
}}
<poem>
'''I'''
Bu ad şairlərə çoxdan tanışdır,
Bu adla çoxları tutulmuş dərdə…
Bəlkə deyiləcək söz qalmamışdır?
Doğdu Leylasını bizim günlər də…
Füzuli çataraq sıx qaşlarını,
Leylinin eşqinə saldı Məcnunu.
Axıtdı həsrətlə göz yaşlarını,
Bizə xəbər verir tarixlər bunu.
Sevişən iki qəlb, duyan iki qəlb
Döyünüb çırpındı daş qəfəslərdə…
Aşiqin dərdinə "eşq oldu səbəb",
Asıldı ortadan qara bir pərdə.
Məcnunun bəxtiyar və gənc yaşında
Axır qərargahi oldu biyaban.
Quşlar yuva saldı onun başında,
Leylinin gözündə bulandı ümman.
Sanma əfsanədir bu qəmli dastan!
Bunda günəş kimi bir həqiqət var…
Bunda məhəbbətlə ölən bir insan,
Bir könül, bir xəyal, bir də sənət var.
'''II'''
Kamal soyundurdu Leylanı çılpaq,
Çıxardı sahilə, ay işığına;
Baxdı dönə-dönə, həzzlər alaraq,
Açıq bir bədənin yaraşığına.
Yazıq ki, Leylanı tutan sətəlcəm
Qızcığın qanına işlədi birdən.
Həyatı tərk etdi o taleyi kəm,
Şair "ilham" aldı bu faciədən…
Baharın fəslində soldu bir çiçək,
Gözəl bir insanın boş qaldı yeri.
"Odalar ağladı inildəyərək"…
Matəm qaytarmamış öləni geri!
Nə mən Məcnun kimi çöllərdəyə, bil,
Nə sən Leyli kimi hicran xəstəsi…
Bizim qismətimiz göz yaşı deyil,
Bizimdir yaşamaq, gülmək həvəsi.
Sən göylər yolçusu bir azad quşsan,
Aylı gecələrdə görürəm səni.
Zöhrə ulduzuna məftun olmuşsan, -
Sürürsən üstünə öz təyyarəni!
Bəzən bu səfərdə ağır dumanlar,
Gəlib quldur kimi kəsir yolunu,
Sənin qüdrətinə inanmayanlar
Tutur xəyalında qız olduğunu…
Bəzən də boşluğa rast gəlir yolun,
Narın bir sarılıq çökür rənginə,
Azacıq qüvvədən düşsə də qolun
Cəsarət yaşadır həyatı yenə!
Gəlir xəyalına: "Anam hardadır?"
Deyen bir körpənin dodaq büzməsi…
Anan yerdə deyil, buludlardadır,
Ona yetişməyir insanin səsi.
Sən ağ dumanları yarıb biçəndə
Sevinir elin də gülür oban da;
Sən bizim dağların üstdən keçəndə
Dalır düşüncəyə çöldə çoban da.
Şöhrətin dolaşır meyli, məzəli
Elin xoş dilində, xoş avazında,
Bir gəl tanış olaq, ellər gözəli!
Aşıqlar adını çalır sazında…
Mən demədim sənə: "Ay ağzı püstə!"
Havadır oylağın, yerdir vətənin.
Dumanlar içindən, əli göz üstə
Qoca Şərq boylanır dalınca sənin…
</poem>
[[Kateqoriya:1935-ci ilin şeirləri]]
b6pmk74z7zqdgzagjnm07bj1t09wx8o
Kateqoriya:1935-ci ildə nəşr edilən ədəbi əsərlər
14
33949
96966
2026-09-01T04:50:13Z
Araz Yaquboglu
734
Səhifə "[[Kateqoriya:Nəşr edilmə illərinə görə ədəbi əsərlər]] [[Kateqoriya:1930-cu illərdə nəşr edilən ədəbi əsərlər]] [[Kateqoriya:1935-ci ildə yaranan nəşrlər|Ədəbi əsərlər]] [[Kateqoriya:1935-ci ilin əsərləri|Ədəbi əsərlər]]" məzmunu ilə yaradıldı
96966
wikitext
text/x-wiki
[[Kateqoriya:Nəşr edilmə illərinə görə ədəbi əsərlər]]
[[Kateqoriya:1930-cu illərdə nəşr edilən ədəbi əsərlər]]
[[Kateqoriya:1935-ci ildə yaranan nəşrlər|Ədəbi əsərlər]]
[[Kateqoriya:1935-ci ilin əsərləri|Ədəbi əsərlər]]
s82sywzwa5eni2igyq5kajjmyvi71in