Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.47.0-wmf.20 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Qafqaz müsəlmanlarına xitab 0 29347 97010 95330 2026-09-20T10:24:19Z ~2026-50668-06 12849 Verim boğun yazmışdı onu sildim 97010 wikitext text/x-wiki {{Başlıq | başlıq = Qafqaz müsəlmanlarına xitab | müəllif = Seyid Əzim Şirvani | tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = }} <poem> Əssəlam, ey əhaliyi Qafqaz, Ey rəisani-sahibül-ezaz! Əssəlam, ey güruhi-xeyr-əsər, Millətin qeyrətin çəkən kəslər! …Dadü fəryad, ey güruhi-izam, Oldu zaye bu milləti-islam. Günü-gündən zəlilü xar oluruq, Möhnətü qüssəyə düçar oluruq. Bu qədər dərd kim olur hadis, Ona bielmlik olur bais. Bir bəladır bu dərdi-nadani, Ki, onun elm olubdu dərmani. Bu təəccübdür, ey güruhi-bəşər, Bir kişi yatsa, naxoş olsa, əgər, Axtarır bir təbibi-danadil, Ta ki səhhət ola ona hasil. İndi naxoşdu milləti-islam, Ona lazımdır eyləmək əncam. Dərdimizdir bu dərdi-nadanlıq Ki, tutubdur bizi pərişanlıq. Qeyrilər etdilər tərəqqiyi-tam, Qaldı zillətdə firqeyi-islam. Hər vilayətdə var beş-on kəsəbə, Əlli min seyyidü axund, tələbə. Əlli dərviş, əlli mərsiyəxan, Hamının sözləri tamam yalan. Əlli min suxtə, əlli min sail, Əlli min hoqqabazi-naqabil. Hamının fikri xalqı soymaqdır, Quru yerdə bu xalqı qoymaqdır. Xalqa bunlar hamı qurublar dam, Bir bunu anlamır bu qövmi-avam. Bizə qeyrilər eyləyir töhmət, Çün tərəqqi edibdir hər millət. Gərçi var iş qanan kişi tək-tək, Əksəri-xalq avamdır bişək. …Bilmirik biz hədis mənasın, Qanmırıq əhli-şər fitvasın. Bixəbər olmuşuq şəriətdən, Başımız çıxmır elmi-hikmətdən. Kəsb üçün Həzrəti-Rəsulüllah, Dedi: "Əlkasibü həbibüllah". …Ziynəti-şəxs elmi-ürfandır, Elmsiz şəxs misli-heyvandır. …Çünki var idi bizdə nadanlıq, Bizə üz verdi çox pərişanlıq. </poem> [[Kateqoriya:Şeirlər]] 1l29hk49b8rbnjkbdxl2ikt5tj54uze