Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.47.0-wmf.21 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Kateqoriya:Gürcüstan 14 16254 97020 69867 2026-09-25T09:59:58Z Iktsokh 12859 97020 wikitext text/x-wiki {{Vikianbar kateqoriyası|Georgia}} [[Kateqoriya:Ölkələr]] [[Kateqoriya:Asiya ölkələri]] [[Kateqoriya:Avropa ölkələri]] 7jyjq4rf07luukr6g853139jt7h3690 Səbr eylə (Ağaəli bəy Naseh) 0 18918 97021 63751 2026-09-25T10:17:39Z ~2026-44514-08 12777 /* */ 97021 wikitext text/x-wiki {{aydınlaşdırma|Səbr eylə}} {{Başlıq | başlıq =Səbr eylə | müəllif = Ağaəli bəy Naseh | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = | mənbə = | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }}<poem> Gözüm qurbani, ah etmә, qәmi-hicranә sәbr eylә! Әgәr könlün dönә hicran әlindәn qanә, sәbr eylә! Qәmi-eşq eylәyibdir çoxların divanә, sәbr eylә! Mәhәbbәt әhlisәn, yan atәşi-suzanә, sәbr eylә! Qәrar et, gözlәrin yadi-vüsal ilә pürab etmә! Mükәddәr xatirinlә ağlama, qәlbim kәbab etmә! Yetәrsәn aqibәt mәqsudә, bunca iztirab etmә! Olar kamınca axır gәrdişi-dövranә sәbr eylә! Mәhәbbәt alәmindә aşiqә daim vüsal olmaz, Bu yolda aşiqi-biçarә hәrgiz bimәlal olmaz, Fәraqә düşmәyincә vәsli-dildarә mәcal olmaz, Sitәmlәr çәkmәyә mötad olub mәrdanә sәbr eylә! Gözüm, әhli-vәfalar yarın hicranından incinmәz, Әgәr min niş vursa, nuki-müjganından incinmәz, Qәmi-firqәtlә canın versә, cananından incinmәz, Bәlayi-eşqi çәk, bu dәrdi-bidәrmanә sәbr eylә! Dağıtma arizi-nәsrininә zülfi-mütәrrani! Dürәfşan eylәmә, ağlatma bunca çәşmi-şәhlani! O şәhla çәşminә olsun fәda min nәrgisi-cani! Gәlir, әlbәttә, bir gün dәrdü qәm payanә, sәbr eylә! Mәhәbbәt әhli, Naseh, tәneyi-әğyardәn qaçmaz, Cәfalәr gәlsә güldәn bülbülә, gülzardәn qaçmaz, Yanar hicran ilә, pәrvanәlәr tәk, nardәn qaçmaz, Vәfa göstәr, nisar et canını cananә, sәbr eylә! </poem> [[Kateqoriya:Mürəbbelər]] cgwxw2i5ho29ksiw3qk6qpcais13b7e Məhəmməd Əmin Rəsulzadənin Əbdürrəhman bəy Fətəlibəylinin anım mərasimindəki çıxışı 0 33642 97022 96323 2026-09-25T10:55:26Z Rəcəb Yaxşı 5409 97022 wikitext text/x-wiki {{Başlıq | başlıq = Məhəmməd Əmin Rəsulzadənin Əbdürrəhman bəy Fətəlibəylinin anım mərasimindəki çıxışı | müəllif = Məhəmməd Əmin Rəsulzadə | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1954 | mənbə = [http://elibrary.bsu.edu.az/files/books%20135/N%2095.pdf Yaqublu, Nəsiman. Əbdürrəhman Fotəlibəyli-Düdənginski (PDF) (az.). Bakı: Abşeron nəşr. 2009. səh:228-232. ISBN 978-9952-8020-8-5.]}} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> Ölülərimizi xeyirlə yad etmək mədəniyyətimizin və ictimai tərbiyəmizin ehtiyacıdır. Siyasət və ya hər hansı digər bir sahədə sivrilmiş vətəndaşların həyatını obyektiv bir qavrayışla təsvir və təqdir etmək-tarixin vəzifəsidir; məzarları başında məziyyətlərindən bəhs etmək isə dəfn mərasiminin ənənəsidir. Rus-bolşevik istilası əleyhində və vətənin hürriyyəti ilə istiqlalı lehində aparılan milli mücadilənin qurbanları olan azərbaycanlıları hörmətlə anmaq vəzifəmizdir. Burada, qəddar düşmənin xain və vəhşi bir zərbəsi ilə aramızdan faciəvi bir surətdə ayrılan mücahid Fətəlibəylinin məziyyətlərindən bir çox məqamları deməklə və mərasim borcunu ödəmək məqsədi ilə hüzurunuzda çıxış edirəm. İl 1943-dür; İkinci Cahan hərbi əsnasında, Alman Xarici İşlər Nazirliyinin vəzifəli şəxsi olan Qraf von Şulenberqin (sonradan Hitlerə edilən sui-qəsd işilə ilgili olaraq edam edilən) dəvəti üzərinə Berlinə getdim. Artıq Milli Azərbaycan Komitəsi təşəkkül etmişdi; bu Komitə Milli Azərbaycan davasının əsaslarını Alman məqamlarına qəbul etdirmək üçün fəaliyyət göstərirdi. Bu sırada "Ostministirlik" deyilən işğal altındakı Şərq məmləkətləri nazirliyində Özəl Şöbə müdiri olan prof. Von Mende vasitəsi ilə cəbhədən 8 may tarixli bir məktub alıram. Tarixi bir vəsiqə mahiyyətini daşıyan bu məktubun əsli ruscadır. Mətnin təcrüməsini eynən oxuyuram: "Mərhǝba, çox möhtərəm Məhəmməd Əmin! Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram. Məmnunluqla Sizə bildirməliyəm ki, vətəndaşlarımız yurdumuzun hürriyyəti və Böyük Almaniya uğrundakı mücadilədə, cəbhədə böyük başarılar qazandılar və misilsiz qəhrəmanlıqlarıyla millətimizin şərəf və heysiyyətini əlçatmaz bir səviyyəyə yüksəltdilər. Cəbhəmizə iki dəfə gəlmiş olan general Konrad bizdən heyranlıqla bəhs edirdi. General Köstringdən təbrik məktubu aldım. General Feldmarşal Kleistin taburumuza xitabən özəl bir əmiri vardır. Ağır səfər və əsgəri hərəkətdən sonra, bir az istirahətə çəkilib, yeni savaşlara hazırlamırıq. Taburumuzun döyüş qabiliyyəti Baş komandanlığın yüksək təqdirlərinə layiq olmuş, əsgərlərimizlə komutanlarımız "Infanterie Sturmabzeichen" medallar ilə təltif edilmişlər. Qəzetimizda (Berlində çıxan "Azərbaycan" qəzeti- N.Y) Milli Azərbaycan Komitəsinin təşkil olunduğunu oxudum; bu məni çox sevindirir. Biz, cəbhədəki əsgərlər şübhə etmirik ki, Milli Komitəmizin üzvləri arasında hamımızca sevilən, legionumuzun qurucusu Babayev Beytullah da olacaqdır. Biz, irəlidə də, millətimizin hürriyyəti uğrunda fədakarcasına döyüşəcəyik. Cəbhədəki əsgərlərdən Sizə salam. Sizə xoş səhhətlər diləyirəm. Sizin: Ə.Düdənginski-Fətəlibəyli". Məktubda adı çəkilən Beytullah legionerlərdən məni görməyə gələn ilk dostumuzdur (indi Amerikadadır). Sonrakı ziyarətlərindən birində Beytullah mərhum Mayorla birlikdə gəldilər. Hərarətli və analyışlı bir ǝsgərlə qarşılaşmışdım. Milli davanın əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu. Milli Azərbaycan Komitəsi, Nazi Alman məqamlarına bir məram anlada bilmədi. Hitler: "heine Komitee" (heç bir komitə istəmirəm) demiş, təşkil olunan milli legionlarla Ordu Qərargahı arasında əlaqə vəzifəsini görən məhdud və müəyyən işlərlə görǝvli bir "Rabitə Heyətləri" ("Verbindungstab") qurulmasını əmr etmişdi. Azərbaycan "Rabitə Heyətinin" başına da mərhum Fətəlibəyli gətirilmişdi. İş bu şəkil alınca, Mayor Fətəlibəyliyə müvəffəqiyyətlər arzu edərək, fəaliyyət sahəsindən çəkilmiş və milli əsaslarımıza sadiq qaldığı müddətcə, onu mənən dəstəkləyəcəyimizi bildirmişdik. Mərhum, üzərinə aldığı vəzifəyə başlarkən, "Rabitə Heyətinin" yanında bir təbliğat təşkilatı da vücuda gətirmiş, bu məqsədlə, 6 noyabr 1943-cü ildə, Berlində bir Qurultay çağırmışdı. Qurultayın, Fətəlibəylinin məruzəsi üzərində qəbul etdiyi qərar surəti milli ana prinsiplərə uyğun bir şəkildə qələmə alınmışdı. Bu vəsiqənin 5 maddədən ibarət olan ana xətlərini 21 noyabr 1943 tarixli, 47 saylı "Azərbaycan" qəzetindən eynən nəql edirəm: "1943-cü ilin noyabrın 6-da Berlin şəhərində toplanmış, cəbhədə vuruşan əsgərlərimizin və vətəndən xaric Azərbaycan siyasi mücahidlərinin nümayəndələrindən ibarət olan Milli Azərbaycan Qurultayı Mayor Fətəlibəylinin məruzəsini və bu ətrafda olan çıxışları dinlədikdən sonra qeyd edir ki: # 1918-ci il 28 Mayısdan, 1920-ci il 27 aprelə qədər davam etmiş Milli Azərbaycan hökuməti dövrü şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir. # Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 illik müddət içərisində, millətimizin istər vətən daxilində və istər yad ellərdə apardığı şanlı və qanlı mübarizə yalnız bu istiqlalın bərpası uğrunda olmuşdur. # Qurultay, bu ağır şərait daxilində aparılan mübarizədən canlarını vətənin azadlığı uğrunda fəda etmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edir. # Dünyanı sarsıdan bu İkinci Cahan müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli mənafeyimiz bizi bu gün bolşevizmə qarşı qəti döyüş aparan və tarix boyu Türk xalqlarının dostu olan Almaniyaya bağlamışdır. # Qurultay əsrlər boyu olduğu kimi, bu gün də Azərbaycan xalqının Qafqaz qonşuları ilə qardaş Şimali Qafqaz, Türküstan, İdil-Ural və Krım xalqları ilə eyni qayə və ideal birliyi müşahidə edir və onlara işbirliyini zəruri sayır... Görürsünüz ki, bu maddələr milli hərəkatın o zamandan bəri qoruduğu ideyaları əks etməkdədir. Mərhum hərarətli bir vətənsevər və atılqan bir müca- hiddi. Bildiyimiz fəaliyyət sahəsinə hələ atılmadan, cǝbhədə adı duyulmayan bir əsgər ikən, hadisələrin axarı ilə üzə çıxan hissiyyatı onun səmimi bir vətənsevər olduğunu göstərir. Buxarestdəyəm. Almanlar hər gün bir az daha geri çəkilir, özləri ilə bərabər bizlərdən də bir çox qaçqınlar Buxarestə gəlir. Bunlardan biri, indi adını xatırlayamadığım bakılı bir yurddaş, Don ətrafında, almanlar tərəfindən, kiçik bir qəsəbənin Bələdiyyə Başqanlığına təyin edilmişdi. Bir gün Düdənginski (Fətəlibəyli), Qızıl ordudan təslim olan bir çox azərbaycanlını özü ilə gətirmiş, bunlara yaxşı baxılmasını tövsiyə etmişdi. Bələdiyyə Başqanı onunla rusca danışmaq istəyəndə o, "Əşşi, ikimiz də Azərbaycanlıyıq, öz dilimizdə danışaq, demiş" və sonra, ruslardan qurtulduğumuz kimi, almanlardan da azad olub özümüzü özümüz idarə etməliyik, demişdir. Hərb bitdikdən sonra müxtəlif məcaralardan keçən Fətəlibəyli, nəhayət amerikalılar tərəfindən maliyyələşən, Münhendə təsis edilmiş "Qurtuluş radiosu"nun Azərbaycan Şöbəsinin başçısı oldu. Bolşevizmə qarşı mücadilə edən Amerikan Komitəsi, mərhumun şəhid olması münasibəti ilə yayınladığı məlumatda, onun bacarıqlı bir radio təbliğatçısı olduğunu bildirdi. Bolşeviklər özlərinə xas olan xain bir üsulla müxaliflərini sıradan çıxana qədər hər cürə vasitələrlə aradan götürmək və məhv etməyə çalışırlar. Onların vəhşi təcavüzlərinə qurban gedənlərin sayı sayılmaqla bitməz. Fəqət faydasızdır!.. Milli hərəkat bu kimi tədbirlərlə susdurula bilməz. İstiqlal və hürriyyət yolunun qəhrəmanları, hər cürə təhlükəni gözə alaraq, mücadilələrinə davam edəcək, özlərinə ilham qaynağı olan böyük ideal tam bir zəfərə çatmayınca müqəddəs savaşdan əsla yan keçməyəcəklər. Qurtuluşu həyata keçiriləcək hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız Mərhum da olacaqdır. '''"Azərbaycan", jurnalı, Ankara, 1954, N9(33).''' </div></div> [[Kateqoriya:1954-cü ilin nitqləri]] 0htorgk3t6zr1h5wbranakzgeaq1ooi 97023 97022 2026-09-25T10:59:11Z Rəcəb Yaxşı 5409 97023 wikitext text/x-wiki {{Başlıq | başlıq = Məhəmməd Əmin Rəsulzadənin Əbdürrəhman bəy Fətəlibəylinin anım mərasimindəki çıxışı | müəllif = Məhəmməd Əmin Rəsulzadə | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = 1954 | mənbə = [http://elibrary.bsu.edu.az/files/books%20135/N%2095.pdf Yaqublu, Nəsiman. Əbdürrəhman Fotəlibəyli-Düdənginski (PDF) (az.). Bakı: Abşeron nəşr. 2009. səh:228-232. ISBN 978-9952-8020-8-5.]}} <div align="center"> <div style="width:70%; align:center;" align="justify"> Ölülərimizi xeyirlə yad etmək mədəniyyətimizin və ictimai tərbiyəmizin ehtiyacıdır. Siyasət və ya hər hansı digər bir sahədə sivrilmiş vətəndaşların həyatını obyektiv bir qavrayışla təsvir və təqdir etmək-tarixin vəzifəsidir; məzarları başında məziyyətlərindən bəhs etmək isə dəfn mərasiminin ənənəsidir. Rus-bolşevik istilası əleyhində və vətənin hürriyyəti ilə istiqlalı lehində aparılan milli mücadilənin qurbanları olan azərbaycanlıları hörmətlə anmaq vəzifəmizdir. Burada, qəddar düşmənin xain və vəhşi bir zərbəsi ilə aramızdan faciəvi bir surətdə ayrılan mücahid Fətəlibəylinin məziyyətlərindən bir çox məqamları deməklə və mərasim borcunu ödəmək məqsədi ilə hüzurunuzda çıxış edirəm. İl 1943-dür; İkinci Cahan hərbi əsnasında, Alman Xarici İşlər Nazirliyinin vəzifəli şəxsi olan Qraf von Şulenberqin (sonradan Hitlerə edilən sui-qəsd işilə ilgili olaraq edam edilən) dəvəti üzərinə Berlinə getdim. Artıq Milli Azərbaycan Komitəsi təşəkkül etmişdi; bu Komitə Milli Azərbaycan davasının əsaslarını Alman məqamlarına qəbul etdirmək üçün fəaliyyət göstərirdi. Bu sırada "Ostministirlik" deyilən işğal altındakı Şərq məmləkətləri nazirliyində Özəl Şöbə müdiri olan prof. Von Mende vasitəsi ilə cəbhədən 8 may tarixli bir məktub alıram. Tarixi bir vəsiqə mahiyyətini daşıyan bu məktubun əsli ruscadır. Mətnin təcrüməsini eynən oxuyuram: "Mərhǝba, çox möhtərəm Məhəmməd Əmin! Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram. Məmnunluqla Sizə bildirməliyəm ki, vətəndaşlarımız yurdumuzun hürriyyəti və Böyük Almaniya uğrundakı mücadilədə, cəbhədə böyük başarılar qazandılar və misilsiz qəhrəmanlıqlarıyla millətimizin şərəf və heysiyyətini əlçatmaz bir səviyyəyə yüksəltdilər. Cəbhəmizə iki dəfə gəlmiş olan general Konrad bizdən heyranlıqla bəhs edirdi. General Köstringdən təbrik məktubu aldım. General Feldmarşal Kleistin taburumuza xitabən özəl bir əmiri vardır. Ağır səfər və əsgəri hərəkətdən sonra, bir az istirahətə çəkilib, yeni savaşlara hazırlamırıq. Taburumuzun döyüş qabiliyyəti Baş komandanlığın yüksək təqdirlərinə layiq olmuş, əsgərlərimizlə komutanlarımız "Infanterie Sturmabzeichen" medallar ilə təltif edilmişlər. Qəzetimizda (Berlində çıxan "Azərbaycan" qəzeti- N.Y) Milli Azərbaycan Komitəsinin təşkil olunduğunu oxudum; bu məni çox sevindirir. Biz, cəbhədəki əsgərlər şübhə etmirik ki, Milli Komitəmizin üzvləri arasında hamımızca sevilən, legionumuzun qurucusu Babayev Beytullah da olacaqdır. Biz, irəlidə də, millətimizin hürriyyəti uğrunda fədakarcasına döyüşəcəyik. Cəbhədəki əsgərlərdən Sizə salam. Sizə xoş səhhətlər diləyirəm. Sizin: Ə.Düdənginski-Fətəlibəyli". Məktubda adı çəkilən Beytullah legionerlərdən məni görməyə gələn ilk dostumuzdur (indi Amerikadadır). Sonrakı ziyarətlərindən birində Beytullah mərhum Mayorla birlikdə gəldilər. Hərarətli və analyışlı bir ǝsgərlə qarşılaşmışdım. Milli davanın əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu. Milli Azərbaycan Komitəsi, Nazi Alman məqamlarına bir məram anlada bilmədi. Hitler: "heine Komitee" (heç bir komitə istəmirəm) demiş, təşkil olunan milli legionlarla Ordu Qərargahı arasında əlaqə vəzifəsini görən məhdud və müəyyən işlərlə görǝvli bir "Rabitə Heyətləri" ("Verbindungstab") qurulmasını əmr etmişdi. Azərbaycan "Rabitə Heyətinin" başına da mərhum Fətəlibəyli gətirilmişdi. İş bu şəkil alınca, Mayor Fətəlibəyliyə müvəffəqiyyətlər arzu edərək, fəaliyyət sahəsindən çəkilmiş və milli əsaslarımıza sadiq qaldığı müddətcə, onu mənən dəstəkləyəcəyimizi bildirmişdik. Mərhum, üzərinə aldığı vəzifəyə başlarkən, "Rabitə Heyətinin" yanında bir təbliğat təşkilatı da vücuda gətirmiş, bu məqsədlə, 6 noyabr 1943-cü ildə, Berlində bir Qurultay çağırmışdı. Qurultayın, Fətəlibəylinin məruzəsi üzərində qəbul etdiyi qərar surəti milli ana prinsiplərə uyğun bir şəkildə qələmə alınmışdı. Bu vəsiqənin 5 maddədən ibarət olan ana xətlərini 21 noyabr 1943 tarixli, 47 saylı "Azərbaycan" qəzetindən eynən nəql edirəm: "1943-cü ilin noyabrın 6-da Berlin şəhərində toplanmış, cəbhədə vuruşan əsgərlərimizin və vətəndən xaric Azərbaycan siyasi mücahidlərinin nümayəndələrindən ibarət olan Milli Azərbaycan Qurultayı Mayor Fətəlibəylinin məruzəsini və bu ətrafda olan çıxışları dinlədikdən sonra qeyd edir ki: # 1918-ci il 28 Mayısdan, 1920-ci il 27 aprelə qədər davam etmiş Milli Azərbaycan hökuməti dövrü şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir. # Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 illik müddət içərisində, millətimizin istər vətən daxilində və istər yad ellərdə apardığı şanlı və qanlı mübarizə yalnız bu istiqlalın bərpası uğrunda olmuşdur. # Qurultay, bu ağır şərait daxilində aparılan mübarizədən canlarını vətənin azadlığı uğrunda fəda etmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edir. # Dünyanı sarsıdan bu İkinci Cahan müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli mənafeyimiz bizi bu gün bolşevizmə qarşı qəti döyüş aparan və tarix boyu Türk xalqlarının dostu olan Almaniyaya bağlamışdır. # Qurultay əsrlər boyu olduğu kimi, bu gün də Azərbaycan xalqının Qafqaz qonşuları ilə qardaş Şimali Qafqaz, Türküstan, İdil-Ural və Krım xalqları ilə eyni qayə və ideal birliyi müşahidə edir və onlara işbirliyini zəruri sayır... Görürsünüz ki, bu maddələr milli hərəkatın o zamandan bəri qoruduğu ideyaları əks etməkdədir. Mərhum hərarətli bir vətənsevər və atılqan bir mücaiddi. Bildiyimiz fəaliyyət sahəsinə hələ atılmadan, cǝbhədə adı duyulmayan bir əsgər ikən, hadisələrin axarı ilə üzə çıxan hissiyyatı onun səmimi bir vətənsevər olduğunu göstərir. Buxarestdəyəm. Almanlar hər gün bir az daha geri çəkilir, özləri ilə bərabər bizlərdən də bir çox qaçqınlar Buxarestə gəlir. Bunlardan biri, indi adını xatırlayamadığım bakılı bir yurddaş, Don ətrafında, almanlar tərəfindən, kiçik bir qəsəbənin Bələdiyyə Başqanlığına təyin edilmişdi. Bir gün Düdənginski (Fətəlibəyli), Qızıl ordudan təslim olan bir çox azərbaycanlını özü ilə gətirmiş, bunlara yaxşı baxılmasını tövsiyə etmişdi. Bələdiyyə Başqanı onunla rusca danışmaq istəyəndə o, "Əşşi, ikimiz də Azərbaycanlıyıq, öz dilimizdə danışaq, demiş" və sonra, ruslardan qurtulduğumuz kimi, almanlardan da azad olub özümüzü özümüz idarə etməliyik, demişdir. Hərb bitdikdən sonra müxtəlif məcaralardan keçən Fətəlibəyli, nəhayət amerikalılar tərəfindən maliyyələşən, Münhendə təsis edilmiş "Qurtuluş radiosu"nun Azərbaycan Şöbəsinin başçısı oldu. Bolşevizmə qarşı mücadilə edən Amerikan Komitəsi, mərhumun şəhid olması münasibəti ilə yayınladığı məlumatda, onun bacarıqlı bir radio təbliğatçısı olduğunu bildirdi. Bolşeviklər özlərinə xas olan xain bir üsulla müxaliflərini sıradan çıxana qədər hər cürə vasitələrlə aradan götürmək və məhv etməyə çalışırlar. Onların vəhşi təcavüzlərinə qurban gedənlərin sayı sayılmaqla bitməz. Fəqət faydasızdır!.. Milli hərəkat bu kimi tədbirlərlə susdurula bilməz. İstiqlal və hürriyyət yolunun qəhrəmanları, hər cürə təhlükəni gözə alaraq, mücadilələrinə davam edəcək, özlərinə ilham qaynağı olan böyük ideal tam bir zəfərə çatmayınca müqəddəs savaşdan əsla yan keçməyəcəklər. Qurtuluşu həyata keçiriləcək hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız Mərhum da olacaqdır. '''"Azərbaycan", jurnalı, Ankara, 1954, N9(33).''' </div></div> [[Kateqoriya:1954-cü ilin nitqləri]] lacotnnrjn2s2tbhikqf4fyfc3e2tn2 Kateqoriya:1947-ci ilin əsərləri 14 33973 97019 2026-09-25T06:09:15Z Araz Yaquboglu 734 Səhifə "{{Vikianbar kateqoriyası|1947 works}} [[Kateqoriya:1947-ci ildə yarananlar|Əsərlər]] [[Kateqoriya:İllərinə görə əsərlər|1947]] [[Kateqoriya:1940-cı illərin əsərləri|1947]] [[Kateqoriya:İllərinə görə XX əsrin əsərləri]]" məzmunu ilə yaradıldı 97019 wikitext text/x-wiki {{Vikianbar kateqoriyası|1947 works}} [[Kateqoriya:1947-ci ildə yarananlar|Əsərlər]] [[Kateqoriya:İllərinə görə əsərlər|1947]] [[Kateqoriya:1940-cı illərin əsərləri|1947]] [[Kateqoriya:İllərinə görə XX əsrin əsərləri]] j9wg4tyu7jv1vj90hzccy9wgrhhfl5v