Vikimənbə azwikisource https://az.wikisource.org/wiki/Ana_s%C9%99hif%C9%99 MediaWiki 1.47.0-wmf.23 first-letter Media Xüsusi Müzakirə İstifadəçi İstifadəçi müzakirəsi Vikimənbə Vikimənbə müzakirəsi Fayl Fayl müzakirəsi MediaViki MediaViki müzakirəsi Şablon Şablon müzakirəsi Kömək Kömək müzakirəsi Kateqoriya Kateqoriya müzakirəsi Portal Portal müzakirəsi Müəllif Müəllif müzakirəsi Səhifə Səhifə müzakirəsi İndeks İndeks müzakirəsi TimedText TimedText talk Modul Modul müzakirəsi Tədbir Tədbir müzakirəsi Tar 0 2365 97120 38547 2026-10-11T16:18:46Z ~2026-54944-92 12893 Herf sehvi 97120 wikitext text/x-wiki {{Başlıq | başlıq = Tar | müəllif = Mikayıl Müşfiq | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = }} <poem> Oxu, tar, oxu, tar!... Səsindən ən lətif şeirlər dinləyim. Oxu, tar, bir qədar!... Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu, tar! Səni kim unudar? Ey geniş kütlənin acısı, şərbəti- Alovlu sənəti! Gözləri qibləyə açılan hasarlı binalar Dinləmiş əzəldən səsini. Papaqlı atalar, çadralı analar Ötürmüş sayəndə köksünü. Düşmüşlər gah şirin, gah acı toruna, Sevinə-sevinə, qoruna-qoruna. Çarparaq çargahın divardan-divara Yolçunu yolundan eyləmiş avara. Çalxanmış dərələr, təpələr, Səs vermiş səsinə ləpələr. Oxu, tar, fikrimdə oyansın Baharın, Seyidin qəzəli; Oxu, tar, ruhlansın Şirvanın, Gəncənin mehriban gözəli! Damağdan düşənlər, Ürəyi şişənlər, İlk bahar seyrinə çıxmayan, Özünü dağların döşünə yıxmayan Sinəsi dağlılar, Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar Dəxilin olmuşlar, Qapında təsəlli bulmuşlar. Zilin var, vəsətin, bəmin var; Sənin də quşların dəmindən ayrılan Bir özgə dəmin var. Səni də avara eyləmiş Dağınıq telli bir “zərəfşan”. Onunçün segahın danışır Pərişan, pərişan. Səsini dinləmiş Şahların, xanların sarayı; Səninlə birlikdə inləmiş :Əsirlər alayı. Bəzən də simlərin qəmləri ovutar, Olardın onların sirdaşı :Sən ey tar!... Gülləri əməkçi barmaqlar qanından :Rəng alan xəlçələr Xəlçələr üstündə uzanmış- :Dodağı qönçələr “- Hey, saqi, mədəd qıl soğudu şərabın, İncitmə könlünü bu xanə-xərabın!”- Söyləyən tox sözlü şairlər, Həvəsdən doymayan aç gözlü şairlər: Nadimlər, Vaqiflər, Gözəllik sirrinə vaqiflər Həp səni dinləmiş; Oxumuş, inləmiş. İndi də bizimçin oxu, tar! Səni kim unutar? Sən qulluq etmədin məscidə, axunda, Çalışdın həyatı sevməyin uğrunda. Çoxları üzünə durdular, Könlünü qırdılar. Nə deyim o yekəbaşlara?! Çaldılar ruhunu daşlara. Üstündən bir qara yel kimi əsdilər, Səsini kəsdilər. Daşlandı çəkənlər nazını, Böyləcə qırdılar aşığın sazını. Sən xalqa “gül!” dedin, “Ey qüssə, öl!” dedin. Başladı məsciddə mərsiyə. Sarıqlı çıxınca ərsəyə, Qüssəmiz ölmədi, Xalqımız gülmədi. Ağladıq daima, ağladıq, Ey qədim aşina, ağladıq. Oxu, tar! Dəyişdi zamana, Bax, indi radio səsini :Dağıdır cahana. Ey tarçı, çal, oxu! Könlümü al, oxu! Vur sazı döşünə, ey aşıq! Qalmamış nə aba, nə qəba, nə sarıq. Oxu, tar! Alovlu izlərin Əcəba, neçə şux dilbərin Yasəmən üzünü pul kimi qızartmış? O sarı simlərin lisanı Salmazmı heyrətə insanı? Oxu, tar! Mən səndə İstənən havanı çala da bilərəm. Mən səndən bu günün zövqünü :Ala da bilərəm. Sən bu gün silahsan əlimdə, Səni mən hansı bir hədəfə İstəsəm, çevirə bilərəm. Qəlblərdə gizlənən keçmişi Bir yeni nəğmənin əlilə Devirə bilərəm! Oxu, tar! Fabrikdə, zavodda, Traktor başında. Bu saat qarşında Nə qədər adam var! Utanma, oxu, tar! Mədənli Bakimin, Pambıqlı Gəncəmin, İpəkli Şəkimin Acısı, şərbəti. Alovlu sənəti! Oxu, tar, oxu, tar! Səsindən ən lətif şeirlər dinləyim. Oxu, tar, bir qadar! Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu, tar! Səni kim unutar? Ey geniş kütləmin şirini, şərbəti- Alovlu sənəti!... </poem> [[Kateqoriya:Şeirlər]] njuh3g49nhi6a2h16w4fkapxkqk8fs7 97121 97120 2026-10-12T07:45:53Z Araz Yaquboglu 734 [[Vikimənbə:Qadcetlər/Vikiləşdirici|vikiləşdirmə]] 97121 wikitext text/x-wiki {{Başlıq | başlıq = Tar | müəllif = Mikayıl Müşfiq | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti = | il = | qeydlər = }} <poem> Oxu, tar, oxu, tar!… Səsindən ən lətif şeirlər dinləyim. Oxu, tar, bir qədar!… Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu, tar! Səni kim unudar? Ey geniş kütlənin acısı, şərbəti- Alovlu sənəti! Gözləri qibləyə açılan hasarlı binalar Dinləmiş əzəldən səsini. Papaqlı atalar, çadralı analar Ötürmüş sayəndə köksünü. Düşmüşlər gah şirin, gah acı toruna, Sevinə-sevinə, qoruna-qoruna. Çarparaq çargahın divardan-divara Yolçunu yolundan eyləmiş avara. Çalxanmış dərələr, təpələr, Səs vermiş səsinə ləpələr. Oxu, tar, fikrimdə oyansın Baharın, Seyidin qəzəli; Oxu, tar, ruhlansın Şirvanın, Gəncənin mehriban gözəli! Damağdan düşənlər, Ürəyi şişənlər, İlk bahar seyrinə çıxmayan, Özünü dağların döşünə yıxmayan Sinəsi dağlılar, Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar Dəxilin olmuşlar, Qapında təsəlli bulmuşlar. Zilin var, vəsətin, bəmin var; Sənin də quşların dəmindən ayrılan Bir özgə dəmin var. Səni də avara eyləmiş Dağınıq telli bir "zərəfşan". Onunçün segahın danışır Pərişan, pərişan. Səsini dinləmiş Şahların, xanların sarayı; Səninlə birlikdə inləmiş : Əsirlər alayı. Bəzən də simlərin qəmləri ovutar, Olardın onların sirdaşı : Sən ey tar!… Gülləri əməkçi barmaqlar qanından : Rəng alan xəlçələr Xəlçələr üstündə uzanmış- : Dodağı qönçələr "- Hey, saqi, mədəd qıl soğudu şərabın, İncitmə könlünü bu xanə-xərabın!"- Söyləyən tox sözlü şairlər, Həvəsdən doymayan aç gözlü şairlər: Nadimlər, Vaqiflər, Gözəllik sirrinə vaqiflər Həp səni dinləmiş; Oxumuş, inləmiş. İndi də bizimçin oxu, tar! Səni kim unutar? Sən qulluq etmədin məscidə, axunda, Çalışdın həyatı sevməyin uğrunda. Çoxları üzünə durdular, Könlünü qırdılar. Nə deyim o yekəbaşlara?! Çaldılar ruhunu daşlara. Üstündən bir qara yel kimi əsdilər, Səsini kəsdilər. Daşlandı çəkənlər nazını, Böyləcə qırdılar aşığın sazını. Sən xalqa "gül!" dedin, "Ey qüssə, öl!" dedin. Başladı məsciddə mərsiyə. Sarıqlı çıxınca ərsəyə, Qüssəmiz ölmədi, Xalqımız gülmədi. Ağladıq daim, ağladıq, Ey qədim aşina, ağladıq. Oxu, tar! Dəyişdi zamana, Bax, indi radio səsini : Dağıdır cahana. Ey tarçı, çal, oxu! Könlümü al, oxu! Vur sazı döşünə, ey aşıq! Qalmamış nə aba, nə qəba, nə sarıq. Oxu, tar! Alovlu izlərin Əcəba, neçə şux dilbərin Yasəmən üzünü pul kimi qızartmış? O sarı simlərin lisanı Salmazmı heyrətə insanı? Oxu, tar! Mən səndə İstənən havanı çala da bilərəm. Mən səndən bu günün zövqünü : Ala da bilərəm. Sən bu gün silahsan əlimdə, Səni mən hansı bir hədəfə İstəsəm, çevirə bilərəm. Qəlblərdə gizlənən keçmişi Bir yeni nəğmənin əlilə Devirə bilərəm! Oxu, tar! Fabrikdə, zavodda, Traktor başında. Bu saat qarşında Nə qədər adam var! Utanma, oxu, tar! Mədənli Bakimin, Pambıqlı Gəncəmin, İpəkli Şəkimin Acısı, şərbəti. Alovlu sənəti! Oxu, tar, oxu, tar! Səsindən ən lətif şeirlər dinləyim. Oxu, tar, bir qadar! Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu, tar! Səni kim unutar? Ey geniş kütləmin şirini, şərbəti- Alovlu sənəti!… </poem> [[Kateqoriya:Şeirlər]] 3tssnl5ti5uuphxhqqfsmjnpzwuueog Kateqoriya:1960-cı ilin mahnıları 14 34004 97122 2026-10-12T07:46:36Z Araz Yaquboglu 734 Səhifə "[[Kateqoriya:İllərinə görə mahnılar]] [[Kateqoriya:1960-cı illərin mahnıları]] [[Kateqoriya:1960-cı ildə musiqi|Mahnılar]]" məzmunu ilə yaradıldı 97122 wikitext text/x-wiki [[Kateqoriya:İllərinə görə mahnılar]] [[Kateqoriya:1960-cı illərin mahnıları]] [[Kateqoriya:1960-cı ildə musiqi|Mahnılar]] oxv3avosyxyf2yv93a3dgigqfqlewa3 Kateqoriya:İllərinə görə mahnılar 14 34005 97123 2026-10-12T07:47:17Z Araz Yaquboglu 734 Səhifə "[[Kateqoriya:Tarixlərinə görə mahnılar|*İllər]] [[Kateqoriya:İllərinə görə kateqoriyalar|Mahnılar]] [[Kateqoriya:Musiqi əsərləri]] [[Kateqoriya:Onilliklərinə görə musiqi əsərləri]] [[Kateqoriya:Tipinə və illərinə görə əsərlər]]" məzmunu ilə yaradıldı 97123 wikitext text/x-wiki [[Kateqoriya:Tarixlərinə görə mahnılar|*İllər]] [[Kateqoriya:İllərinə görə kateqoriyalar|Mahnılar]] [[Kateqoriya:Musiqi əsərləri]] [[Kateqoriya:Onilliklərinə görə musiqi əsərləri]] [[Kateqoriya:Tipinə və illərinə görə əsərlər]] l8057u59j3c97pduw3f913yfogeeaxh Kateqoriya:Tarixlərinə görə mahnılar 14 34006 97124 2026-10-12T07:47:47Z Araz Yaquboglu 734 Səhifə "[[Kateqoriya:Tarixlərinə görə əsərlər]] [[Kateqoriya:Mahnılar]] [[Kateqoriya:Dövrlərinə görə musiqi]]" məzmunu ilə yaradıldı 97124 wikitext text/x-wiki [[Kateqoriya:Tarixlərinə görə əsərlər]] [[Kateqoriya:Mahnılar]] [[Kateqoriya:Dövrlərinə görə musiqi]] 8w6ymqxlvd8l7spupa8618x078dg21h